Перейти к содержимому


Фотография

Muhəmməd b. Osman Əz-Zəhəbi


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 11

#1 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 18 августа 2009 - 04:12

Hənbəli adlı yuzer Əz-Zəhəbini pəhləvan adlandırır. Mən isə onun təcsimçi olması ilə bərabər həmçinin nasibi ruhlu olmasina inanıram. Çünki bu şəxsin Əli b. Əbu Talib a.s.-ın fəzilətlərinə və bu barədə ağzını açıb bir az artıq danışanlara qarşı allergiyası olub. Təbii ki, vəhhabilər də ondan və onun kimilərdən ilham alaraq sünnü və ya şiyə olmasından asılı olmayaraq kim onların marağına zidd danışsa və ya yazsa həmən ittiham atəşinə tuturlar.

Əz-Zəhəbi "Əl-Kəbair" kitabında yazır:

وأجمعت علماء السنة أن أفضل الصحابة العشرة المشهود لهم وأفضل العشرة أبو بكر ثم عمر بن الخطاب ثم عثمان بن عفان ثم علي بن أبي طالب رضي الله عنهم أجمعين ولا يشك في ذلك إلا مبتدع منافق خبيث

Sünnü alimlərinin icması budur ki, 10 nəfər səhabənin ən fəzilətliləridir. 10 nəfərdən ən fəzilətliləri isə birinci Əbu Bəkr, sonra Ömər b. Xəttab, sonra Osman b. Əffan, sonra isə Əli b. Əbu Talibdir. (radiyallahu anhum). Buna bid`ətçi, münafiq və xəbis(merskiy) adamdan başqa heç kəs şübhə etmir.

كتاب الكبائر



Deməli hər kəs Əli a.s.-ı Osmandan fəzilətli bilsə Əz-Zəhəbiyə görə onlar bid`ətçi, münafiq və xəbisdir. Onda baxaq görək bu bid`ətçi, münafiq və xəbis siyahısına əhli-sünnədən kimlər daxil olur.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#2 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 18 августа 2009 - 06:02

Başqa bir əhli-sünnə pəhləvanı adını tez-tez eşitdiyimiz İbn Həcər Əsqalanı "Lisanul-Mizan" kitabında 215-ci ravi İbrahim b. Əbdül-Əziz b. Əz-Zahhakın tərcüməsində yazır:



إبراهيم بن عبد العزيز بن الضحاك بن عمر بن قيس بن الزبير أبو إسحاق المديني الأصبهاني كان يقال له شاه بن عبدكويه روى عن بن علية وغيره روى عنه يونس بن حبيب ذكره أبو الشيخ ثم أبو نعيم انه قعد للتحديث فاخرج الفضائل فاملأ فضائل أبي بكر ثم عمر ثم قال نبدأ بعثمان بعلي فقالوا هذا رافضي فتركوا حديثه قلت وهذا ظلم بين فان هذا مذهب جماعة من أهل السنة اعني التوقف في تفضيل أحدهما على الآخر وان كان الأكثر على تقديم عثمان بل كان جماعة من أهل السنة يقدمون عليا على عثمان منهم سفيان الثوري وابن خزيمة

..........................(İbrahim b. Əbdül-Əziz b. Əz-Zahhak) Əbu Bəkr və Ömərin fəzilətlərini rəvayət etdikdən sonra dedi:" Osmanın fəzilətlərini rəvayət etməyə başlayım yoxsa Əlinin?". (Ona qulaq asanlar)Dedilər: "Bu şəxs rafizidir!". Bununlada onun hədislərini tərk etdilər.
(İbn Həcər Əsqalani)Deyirəm: "Bu açıq-aşkar zülmdür(ədalətsizlikdir). Çünki bu əhli-sünnə camaatından bə`zilərinin məzhəbidir. Yə`ni əksəriyyət Osmanı Əlidən üstün hesab etsələr də, onları bir-birindən üstün tutmaq məsələsinə gəldikdə dayanmaq (əhli-sünnədən bə`zi camaatın məzhəbidir). Hətta əhli-sünnədən bə`zi camaat Əlini Osmandan üstün hesab edirdilər. Onlardan
Süfyan Əs-Sauri və İbn Xüzeymə.


"Lisanul-Mizan" İbn Həcər Asqalani 1-ci cild 215-ci ravinin tərcüməsi



فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#3 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 18 августа 2009 - 06:35

İbn Xuzeymə ilə Sufyan Əs-Saurinin adı dillər əzbəridir. Odur ki, onlar barədə deyilən sözləri bura yerləşdirmək vaxt israfından başqa bir şey deyil. Elə təkcə desək ki, İbn Xuzeymənin "Tovhid" kitabı vəhhabilərin bəh-bəh ilə oxuduqları kitablardandır elə bilirəm bəs edər. Pəhləvan İbn Həcər Asqalanının dediyinə görə bu cütlük Əli a.s.-ı Osmandan üstün bilirdilər.
Digər pəhləvan Əz-Zəhəbi isə bu cür şəxsin bid`ətçi, münafiq və xəbis(merskiy) olduğunu deyir. Vəhhabilər sizi bu münasibətlə təbrik edirəm. Əqidənizin xüsusəndə "Allahı göz ilə görmək" və "Adəmi öz surətində yaratmaq" barəsində sə`yini əsirgəməyən ulu lideriniz İbn Xuzeymə Əz-Zəhəbiyə görə münafiq, bid`ətçi və xəbisdir. :rolleyes:

Ümid edirəm rical elmində ustad olan Hənbəli adlı yuzer Asqalaninin adlarını sadalamadığı və Əz-Zəhəbiyə görə münafiq olanların siyahısını bizlərə bildirəcək. Və bununlada sübut edəcək ki, onların mənbələrindəki hədislər münafiqlər və xəbislər tərəfindən rəvayət olunub. Omar adlı yuzerdə ona "Yaşa Əxi yüz yaşa deyəcək!" yadaki Hənbəli demiş ona çırtma çalacaqlar.

Hadi sizi göriyim..............

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#4 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 18 августа 2009 - 07:15

Pəhləvan Əz-Zəhəbi "Mizanul-İtidal" kitabında 4965-ci ravi Əbdür-Rəhman b. Əbu Hatəmin tərcüməsində yazır:

، وله الكتب النافعة ككتاب الجرح والتعديل ، والتفسير الكبير ، وكتاب العلل ، وما ذكرته لولا ذكر أبى الفضل السليمانى له ، فبئس ما صنع ، فإنه قال ذكر أسامي الشيعة من المحدثين الذين يقدمون عليا على عثمان : الاعمش ، النعمان بن ثابت ، شعبة بن الحجاج . عبد الرزاق ، عبيد الله بن موسى ، عبدالرحمن بن أبى حاتم



............(əhli-sünnəyə görə) Şiyələrdən Əlini Osmandan üstün bilənlərin adını söyləmişdir: Əl-Ə`məş, Nu`man b. Sabit (məşhur İmamul-Ə`zəm Əbu Hənifə), İbn Həccac, İbn Musa, Əbdür-Rəhman b. Əby Hatəm(sözü gedən ravi).


"Mizanul-İ`tidal" 2-ci cild 4965-ci ravinin tərcüməsi

Baho, İmamul Ə`zəm Əbu Hənifənin müqəllidlərini təbrik edirəm. Əz-Zəhəbiyə görə Əbu Hənifə münafiq, bid`ətçi və xəbisdir.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#5 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 18 августа 2009 - 07:37

Əl-Ə`məş, Əbdür-Rəzzaq, Süfyan və İbn Əl-Həccac əhli-sünnənin 6 məşhur kitabının hədis ravilərindəndir. Əsqalaninin adlarını çəkmədikləri əhli-sünnədən bə`zi camaatında adlarını bu siyahıya əlavə etsək əhli-sünnə sizi təbrik edirəm. Əz-Zəhəbiyə görə sizin kitablardakı bir çox hədisləri münafiqlər, bid`ətçilər və xəbislər rəvayət edib.

Xahişim Hənbəli adlı yuzerdəndir. Əz-Zəhəbi nasibi ruhu səbəbinə yə`ni Əli a.s.-in fəzilətlərini qəbul edə bilməməyi səbəbinə daha kimləri ittiham etmişdir? Əli a.s.-ın fəzilətləri barədə olan hansı hədisləri uydurma hesab etmişdir? Vəhhabi "alim"lərinin internetdə təhqiqatlarına baxanda adamı dəhşət bürüyür. Əhli-beyt ilə bağlı olan hədisləri zəif çıxartmaq üçün bunlar necə də öz sə`ylərini əsirgəmirlər.


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#6 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 19 августа 2009 - 23:12

Sünnü alimlərinin icması budur ki, 10 nəfər səhabənin ən fəzilətliləridir. 10 nəfərdən ən fəzilətliləri isə birinci Əbu Bəkr, sonra Ömər b. Xəttab, sonra Osman b. Əffan, sonra isə Əli b. Əbu Talibdir. (radiyallahu anhum). Buna bid`ətçi, münafiq və xəbis(merskiy) adamdan başqa heç kəs şübhə etmir.

Ibni Teymiyyə özü "al-Aqida al-Vasitiyah" kitabında qeyd edir ki, Osmanın və Əlinin (a) üstünlüyü və fəziləti barədə Əhli-Sünnədə ixtilaf mövcuddur. Yanı dəqiq bilinmir, kim daha üstündür. Və ibni Teymiyyə bunu küfr adlandırmır.
Abu Sufyan ordusu, indi deyəsən belə getsə İbni Teymiyyənidə o bidətçı, münafiq və xəbis insanlar siyasına əlavə etməli olacıq. Siyahı artır...

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#7 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 18 сентября 2009 - 23:45

Başqa bir məqam Əz-Zəhəbinin Malik b. Ənəs (Malikilərin imamı)barədə olan bu sözləridir:

كان عالم المدينة في زمانه بعد رسول الله -صلى الله عليه وسلم- ، وصاحبيه ، زيد بن ثابت ، وعائشة ، ثم ابن عمر ، ثم سعيد بن المسيب ، ثم الزهري ، ثم عبيد الله بن عمر ، ثم مالك .

Malik (b. Ənəs) Peyğəmbər s.a.s və səhabələri Zeyd b. Sabit və Ayişə, sonra İbn Ömər, Səid b. Əl-Museyyib Əz-Zuhri, Ubeydullah b. Ömərdən sonra Mədinənin alimi idi.



Malik b. Ənəs

Maraqlıdır bu alimlər siyahısında Əli a.s.-ın adına niyə rast gəlmirik? Yə`ni Əli a.s. Zeyd b. Sabit və ya Ayişə qədər də bilmirdi?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#8 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 24 сентября 2009 - 23:58

O gün bir məsələ barədə oxudum. Dəqiqləşdirmək istərdim.

əz-Zəhəbi özünün "Siyar Alam al-Nubala" (12/509-510) bu hədisi qeyd edir.

فمعناه : أَنَّ حُبَّ علي من الإيمان ، وبغضه من النفاق .

"Həqiqətən, Əlini (a) sevmək imandandır, ona nifrət isə münafiqlikdir."



Lakin söhbət bu hədisdən getmir, söhbət əz-Zəhəbinin bu hədisə verdiyi "əntiqə" şərhindən gedir, daha doğrusu "ört-bastırından".
əz-Zəhəbi davam edir:

فمن أحبه وأبغض أبا بكر كان في منزلة من أبغضه وأحب أبا بكر. فبغضهما ضلال ونفاق ، وحبهما هدى وإيمان

Fəqət, Əlini (a) sevib Əbu Bəkrə nifrət edən, Əbu Bəkri sevib Əliyə (a) nifrət etmiş kimidir. Onlara hər ikisinə nifrət azğınlıq və münafiqlikdir və onların hər ikisinə sevgi həqiqi imandandır.



Ört-bastır görmüşdüm, amma beləsi necə deyərlər "redkiy sluchay"-dı. Deyəsən əz-Zəhəbi müəllimin əlində "Əbu Bəkri sevən Əlini (s) sevər, Əbu Bəkrə nifrət edən Əliyə (a) nifrət edər" hədisi var, amma bizim bundan xəbərimiz yoxdur. Əks halda belə gülməli "ört-bastır" nəyə lazımdır? Kimi aldadırlar? Hə, başa düşdüm, özlərinə bu cür təsəlli verirlər.

P.S Bu məsələni daha dəqiqləşdirmək istərdim. Əgər tərcümədə hər-hansısa bir xətam varsa, buyurun.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#9 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 25 сентября 2009 - 07:49

Yuxarıda yazılanların mənbəsi:

سير أعلام النبلاء 12/510

Subhani, Əz-Zəhəbi Əli a.s. barədə olan məşhur olan hədisin şərhində sənin yazdıqlarını qeyd edir.

فمعناه أن حب علي من الإيمان ، وبغضه من النفاق ، فالإيمان ذو شعب ، وكذلك النفاق يتشعب ، فلا يقول عاقل : إن مجرد حبه يصير الرجل به مؤمنا مطلقا ، ولا بمجرد بغضه يصير به الموحد منافقا خالصا . فمن أحبه وأبغض أبا بكر ، كان في منزلة من أبغضه ، وأحب أبا بكر ، فبغضهما ضلال ونفاق ، وحبهما هدى وإيمان ، والحديث ففي " صحيح " مسلم .

(Hədisin) Mənası: Həqiqətən, Əliyə (a) sevgi imandan, ona nifrət isə nifaqdandır. İmanın şöbələri var, həmçinin nifaq da şö`bələrə bölünür. Aqil olan bir kəs deməz ki, onun (Əli a.s.) mücərrəd sevgisi insanı mütləq mömin edər, və ona mücərrəd nifrət muvəhhid bir insanı xalis münafiq edər. Kim onu (Əli a.s.) sevsə və Əbu Bəkrə nifrət etsə, ona nifrət edib Əbu Bəkri sevən kimi olar. Onların hər ikisinə nifrət zəlalət və nifaq, sevgi isə hidayət və imandır. Hədis Muslimin "Səhih"indədir.


Əbu Bəkr hələ toya getməlidir. Sən Əz-Zəhəbinin Müaviyə və onun aşıqlərinin nasibi olmaqlarının necə ört-basdır etdiyinə bax.


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#10 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 25 сентября 2009 - 08:29

Yeri gəlmişkən nasibilərin acığına "Səni (Əli a.s.) mömindən başqa heç kəs sevməz və münafiqdən başqa səninlə heç kəs düşmənçilik etməz" hədisinin mənbələrindən bə`zilərinə ssılka verim.

"Sünən" Ən-Nəsai 8/116 5018-ci hədis

"Səhih" Muslim " Ənsar və Əlinin sevgisi iman və (imanın) əlamətlərindəndir" fəsli

"Müsnəd" Əl-Bəzzar 560-cı hədis

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#11 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 25 сентября 2009 - 08:57

وخلف معاوية خلق كثير يحبونه ويتغالون فيه ويفضلونه ، إما قد ملكهم بالكرم والحلم والعطاء ، وإما قد ولدوا في الشام على حبه ، وتربى أولادهم على ذلك . وفيهم جماعة يسيرة من الصحابة ، وعدد كثير من التابعين والفضلاء ، وحاربوا معه أهل العراق ، ونشأوا على النصب ، نعوذ بالله من الهوى . كما قد نشأ جيش علي - رضي الله عنه ورعيته إلا الخوارج منهم - على حبه والقيام معه ، وبغض من بغى عليه والتبري منهم ، وغلا خلق منهم في التشيع . فبالله كيف يكون حال من نشأ في إقليم لا يكاد يشاهد فيه إلا غاليا في الحب ، مفرطا في البغض ، ومن أين يقع له الإنصاف والاعتدال ؟ فنحمد الله على العافية الذي أوجدنا في زمان قد انمحص فيه الحق واتضح من الطرفين ، وعرفنا مآخذ كل واحد من الطائفتين ، وتبصرنا ، فعذرنا واستغفرنا وأحببنا باقتصاد ، وترحمنا على البغاة بتأويل سائغ في الجملة ، أو بخطأ - إن شاء الله - مغفور ، وقلنا كما علمنا الله ربنا اغفر لنا ولإخواننا الذين سبقونا بالإيمان ولا تجعل في قلوبنا غلا للذين آمنوا وترضينا أيضا عمن اعتزل الفريقين ، كسعد بن أبي وقاص ، وابن عمر ، ومحمد بن مسلمة ، وسعيد بن زيد ، وخلق . وتبرأنا من الخوارج المارقين الذين حاربوا عليا ، وكفروا الفريقين . فالخوارج كلاب النار ، قد مرقوا من الدين ، ومع هذا فلا نقطع لهم بخلود النار ، كما نقطع به لعبدة الأصنام والصلبان .

"Siyər" Əz-Zəhəbi 3/128

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#12 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 01 октября 2009 - 23:16

Allah razı olsun! Axırıncı postu tərcümə etməyini xahiş edərdim.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru