Перейти к содержимому


Фотография

Donuz ətini yemək niyə qadağan edilib?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 5

#1 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 01 ноября 2009 - 01:33

Məqaləmizi Allahın biz insanlara Qurani-Kərimdə olan göstərişləri ilə başlamaq istərdik: «O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və … (yeməyi) qəti haram etmişdir» (surə 2, ayə 173). «Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, … sizə haram edildi…» (surə 5, ayə 3). «Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini… haram buyurmuşdur…» (surə 16, ayə 115).

Çoxları deyir ki, nəyə görə qoyun əti yemək olar, mal olar, toyuq olar, ancaq donuz olmaz, o da heyvandır da! Bəziləri isə donuz ətinin faydalı olduğunu düşünürlər. Onların fikrincə, Məhəmməd Peyğəmbərin (s.ə.s) zamanında soyuducu olmadığından donuz əti tez xarab olurdu. İndi isə bir çoxları bu əti yeyir və onlara heç nə olmur. Lakin gördüyümüz kimi, Qurani-Kərim donuz ətini yeməyi qadağan edir. Sizin üçün də, yəqin, maraqlıdır: Allah nəyə görə donuz ətini yeməyi qadağan edib?İnsan hər şeydən öncə bunu bilməlidir ki, Allah tərəfindən qoyulan hər bir qadağa yalnız insanın xeyrinədir. Allahın bu qadağasının əsl səbəbini, əlbəttə, yalnız və yalnız Allahın Özü bilir. Ancaq səbəb nə olur-olsun, insanın xeyri üçündür. Allaha, Onun nazil etdiyi Qurana iman gətirən hər bir kəs üçün bu məsələdə zərrə qədər də şəkk-şübhə yoxdur! İlk növbədə, Allah bu qadağa ilə insanın onun göstərişinə əməl edib-etməyəcəyini öyrənir, yəni insanı sınağa çəkir. Allaha imanı olan və Onun buyruğunu rəhbər tutan hər kəs birmənalı olaraq donuz əti yeməkdən çəkinəcək. Niyə? Çünki Allah «yemə!» buyurub. Bu baxımdan da insana baş sındırıb Allahın bu qadağanı nəyə görə etdiyini araşdırmağa dəyməz. Ən doğrusunu Allah bilir! Allah Quranda buyurur: «Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək» (surə 18, ayə7). Bəlkə də donuz ətini yemək qadağası elə Allahın ən böyük sınaqlarından biridir…

Donuz əti xeyirlidir?

Allahın qadağa qoyduğu donuz barədə tarixən saysız-hesabsız araşdırmalar aparılıb. Onu da qeyd etmək lazımdır ki, donuzu yemək qadağası İncildə də yer alır. Bir çoxları bundan xəbərsiz olsalar da, İncildə aşkar şəkildə donuz əti yemək qadağan edilib: «Lakin gövşəyən, yaxud qoşadırnaqlı heyvanlar içində bunları yeməyin: …Donuz, çünki o qoşadırnaqlı olsa da, gövşəmir, buna görə də sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun, onlar sizin üçün haramdır» (İncil. Levililər – fəsil 11: 4, 7-8).

Bir sıra elmi tədqiqatların nəticələri göstərmişdir ki, donuz ətinin insan orqanizmi üçün çox böyük zərəri var. Buna baxmayaraq insanlar yenə də bu ətdən istifadə edirlər. Alimlər bildirirlər ki, donuz əti yeyən insan trixinelloz xəstəliyinə yoluxa bilər. Bu xəstəliyin törədiciləri donuzun orqanizmindəki «trixinella» parazitidir. Yoluxmuş donuz əti ilə qidalanmadan 2-3 həftə sonra trixinelloz xəstəliyi baş qaldırır. Adıçəkilən parazitləri ətdə, demək olar, məhv etmək mümkün deyil. Yüksək və aşağı temperatur onlara təsir elə bilmir. Bu baxımdan da bir çoxlarının «o zaman soyuducu olmayıb» kimi iddiaları yersiz görünür. Soyuducu və refrijeratorlar belə bu problemin qarşısında acizdir.
Donuz əti yemək bədxassəli şişin əmələ gəlməsinə səbəb olur
Donuz orqanizmində başqa viruslar da yaşayır. Ensefalit (baş-beyin iltihabı) kimi ağır bir xəstəliyin virusları donuzdan qansoran həşəratlar vasitəsilə insanlara yoluxur. Ensefalit iflic, udma və tənəffüs proseslərinin pozğunluğu, psixikanın pozulması, bəzən isə hətta ölümlə də nəticələnə bilər. Hətta alimlərin qənaətinə görə, piyli donuz hüceyrələri mədə şirəsində həzm olunmur, yad cism kimi insan orqanizmində qalaraq, sonradan bədxassəli şişin yaranmasına səbəb olur. Özü də nəzərə almaq lazımdır ki, donuz ətinin zərəri dərhal deyil, müəyyən bir vaxt keçdikdən sonra özünü göstərə bilər.
Bizə ancaq tibb elminin üzə çıxardığı zərərlər məlumdur. Özü də bugünkü elmə məlum olan çərçivədə. Ancaq Allah daha yaxşı bilir, donuz ətinin istifadəsi daha neçə-neçə mənfi nəticələrə səbəb ola bilər. Sadəcə, əgər insan Allaha inanırsa, Ona etibar edirsə, Onu özünə dost bilirsə, onda Onun göstərişlərinə də inanıb əməl etməlidir. Tam əmin olaraq ki, bu onun xeyrinədir! Çünki Allah insanıları sevir və onların ziyan görməsini istəməz. Ən doğrusunu Allah bilir!

ANS PRESS (KARVAN)
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#2 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 01 ноября 2009 - 20:20

Bu cür açıqlama üçün təşəkkürlər
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#3 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 03 ноября 2009 - 16:34

Donuz çoox mundar heyvandır.
Mən biləni, donuz başqa heyvanlardan fəqrli olaraq, üzr istəyirəm, toksinlərini 20% nəcis, 80% isə tər ilə ifraz edir :shades:
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!

#4 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 03 ноября 2009 - 16:47

"Allahın xoşu gəlməyən heyvan" (sehirl xalat filmindən sitat) haqqında gözəl mövzu açmısız.
Maraqlı məqalədir

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#5 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 03 ноября 2009 - 19:17

DONUZ_ƏTİNİ_YEMƏK_NİYƏ_HARAMDIR.doc - 49.5 Kb

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#6 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 03 ноября 2009 - 22:18

Mirotvores70
Mövzuya görə təşəkkürlər.

Bütün userlərdən üzr istəyirəm və qeyd edim ki, donuz elə heyvandır ki, o başqa erkəyin onun dişisi ilə yaxınlıq etməsinə baxıb ləzzət alır. Bu qədər qeyrətsiz bir heyandır. Yaşasın XORUZ!

Eşitmişəm, amma hələ ki, bir yerdə oxumamışam:
Hədislərdə xoruz haqqında belə deyilir:
-Xoruz əti yeyin ki, qeyrətiniz artsın.
Başqa bir hədisi də, Peyğəmbərdən (s) eşitmişəm ki, buyurur:
-Mənim 5 xüsusiyyətim xoruzda var:
1. Qeyrətlidir.
2. Səxavətlidir.
3. Azanın vaxtını bilir.
4. Çox arvadlıdır.
5. ............................. Yadımda deyil...................


Hər halda mən uşaq olanda bizim bir toyuğumuz var idi, öz həyətimizdə olan xoruza xəyanət etməzdi. :victoryL:
Nə isə bir dəfə, cavan xoruz var deyib, bir az qocaman xoruzu kəsdik. Sonra qonşunun xoruzu uçub bizim həyətə girdi. Cavan xoruz da qonşunun xoruzuna məğlub olub qırağa çəkildi. Qonşunun xoruzu bu toyuğa təcavüz etmək istədi... amma toyuq onunla bir yastığa baş qoymağa razı olmadı... qonşunun xoruzu özünü cırsa da bir şey alınmadı... Sonra da mən özümü yetirib o xoruzu qavdum... xoruz qırağa çəkilib mənə elə baxırdı ki... :loool:

Nə isə, o toyuq mənim üçün həyətin ən adlı-sanlı məxluquna çevrildi... :)
Dünyanın bütün donuzları qurban olsun o toyuğa...

P.S. O toyuq, "mənim nəzərimdə" ərli ola-ola zinakarlıq edən bütün qadınlardan üstündür.
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru