Перейти к содержимому

Фотография

Məsumluq

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 57

#1 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 15 августа 2008 - 15:01

Məsumluq haqqında məni əqli dəlillər maraqlandırır.
İnsan məsum ola bilərmi?
Факты не перестают быть фактами, когда их игнорируют

#2 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 15 августа 2008 - 15:11

Məsumluq haqqında məni əqli dəlillər maraqlandırır.
İnsan məsum ola bilərmi?

Əssalamu aleykum, bəyəm siz Peyğəmbərin (salləllahu aleyhi və alihi və salləm) məsum hesab etmirsiniz?
İkincisi də Allah-Təalanın bəşəriyyətin xilası üçün göndərdiyi şəxs günahkar ola bilərmi? Onda insanlar ondan hansı nümunəni götürəcək?

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#3 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 15 августа 2008 - 15:20

Əssalamu aleykum, bəyəm siz Peyğəmbərin (salləllahu aleyhi və alihi və salləm) məsum hesab etmirsiniz?
İkincisi də Allah-Təalanın bəşəriyyətin xilası üçün göndərdiyi şəxs günahkar ola bilərmi? Onda insanlar ondan hansı nümunəni götürəcək?

Niyədə günah başqa xəta başqa.İnsan xəta edə bilər və Allah Təalada bu xətanı düzəldib insanlara ibrət verir.Sözümün canı budur insanın məsmuluğu Allahdandır ya insanın öz səyi nəticəsindədir?
Факты не перестают быть фактами, когда их игнорируют

#4 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 15 августа 2008 - 15:45

Allahdır, yeni Allah onu mesum yaradır.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#5 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 15 августа 2008 - 15:53

Allahdır, yeni Allah onu mesum yaradır.

Əgər Allah onları məsum digər insanları qeyri məsum yaradıbsa onda bu məsumluğun nəyi şərəfdir ki?
Əgər dediyin kimi Allah birini məsum digərini qeyri məsum yaradıbsa bu Allahın ədaləti ilə nə qədər uyğun gəlir? Halbuki günhakar insana məsumları ibrət gətirəndə o buna etiraz edə bilər!
Факты не перестают быть фактами, когда их игнорируют

#6 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 15 августа 2008 - 16:01

Allahdır, yeni Allah onu mesum yaradır.

Əgər Allah onları məsum digər insanları qeyri məsum yaradıbsa onda bu məsumluğun nəyi şərəfdir ki?
Əgər dediyin kimi Allah birini məsum digərini qeyri məsum yaradıbsa bu Allahın ədaləti ilə nə qədər uyğun gəlir? Halbuki günhakar insana məsumları ibrət gətirəndə o buna etiraz edə bilər!

Bu heç də Allahın ədalət prinsipi ilə zidd gəlmir. Sənin dediyindən belə çıxır ki, Allah birini sağlam digərini də xəstə yaradırsa bu ədalətsizlikdir? Hər halda çatışmazlığı olan adamın üzərindəki vəzifələr sağlam adamınkindən azdır.
Məsum insanın nümunə kimi göstərilməsi heç də o demək deyil ki, bu ədalətsizlikdir. Məgər Quran bizə Peyğəmbəri (s) nümunə göstərmirmi? O demək deyil ki, biz hər şeyi məsum şəxs kimi edə bilərik.
Məsum şəxsin yükü də bizimkindən artıqdır. Məgər peyğəmbərlər hansı işgəncələrə məruz qalmayıblar? 11 imam qətlə yetirilmədimi?

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#7 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 15 августа 2008 - 16:10

Bu heç də Allahın ədalət prinsipi ilə zidd gəlmir. Sənin dediyindən belə çıxır ki, Allah birini sağlam digərini də xəstə yaradırsa bu ədalətsizlikdir? Hər halda çatışmazlığı olan adamın üzərindəki vəzifələr sağlam adamınkindən azdır.

Malı mala qatma xəstəlik ilə məsumluq ayrı yarı məsələdir.İnsanın xəstə olmağı təkcə Allaha aid olan bir məsələ deyil. Həyatda heç nə boş boşuna olmur bunu sənə şiyə məntiqi öyrətməyib? xəstəliklər səbəb və nəticə qanunu əsaslanır.Amma bu məsumluğu ha istədim bu qanuna salam nə isə alınmadı :)

Məsum insanın nümunə kimi göstərilməsi heç də o demək deyil ki, bu ədalətsizlikdir. Məgər Quran bizə Peyğəmbəri (s) nümunə göstərmirmi? O demək deyil ki, biz hər şeyi məsum şəxs kimi edə bilərik.

Nümunə olmaq məsum olmaq deyil a qardaş bir yazanda nəsə fikirləş.Allah Rəsulu bizə çox şeydə nümunədir amma bununla bərabər Allah Təala Qurani Kərimdə peyğəmbər(səv) bəzi əməllərinə düzəliş edib.
P.S Mövzudan yayınıb nəqli dəlillərdən istfadə eləmə :)
Факты не перестают быть фактами, когда их игнорируют

#8 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 15 августа 2008 - 16:21

Malı mala qatma xəstəlik ilə məsumluq ayrı yarı məsələdir.İnsanın xəstə olmağı təkcə Allaha aid olan bir məsələ deyil. Həyatda heç nə boş boşuna olmur bunu sənə şiyə məntiqi öyrətməyib? xəstəliklər səbəb və nəticə qanunu əsaslanır.Amma bu məsumluğu ha istədim bu qanuna salam nə isə alınmadı

Yəqin ki, kifayət qədər yaşın var, ona görə də bir az bu atmacalardan və söhbəti fırlatmaqdan yan keç. Yeni təriqət yaradırsansa bu sənin şəxsi işindir, amma İslam məzhəbləri yekdilliklə Həzrət Peyğəmbəri (s) məsum qəbul ediblər.
Bir uşaq xəstə doğulursa və ömrü boyu fiziki qüsurun əzabını çəkirsə bu onu günahıdır? Məgər sən bu postu yazmadınmı?

Əgər dediyin kimi Allah birini məsum digərini qeyri məsum yaradıbsa bu Allahın ədaləti ilə nə qədər uyğun gəlir?

Əgər bir insan günahkar doğulubsa və ya xəstə doğulubsa o bunun zərərini çəkir, mən də bunun ədalət prinsipinə zidd olmadığını göstərdim.

Nümunə olmaq məsum olmaq deyil a qardaş bir yazanda nəsə fikirləş.Allah Rəsulu bizə çox şeydə nümunədir amma bununla bərabər Allah Təala Qurani Kərimdə peyğəmbər(səv) bəzi əməllərinə düzəliş edib.
P.S Mövzudan yayınıb nəqli dəlillərdən istfadə eləmə

Məsum olmaq nümunə olmaqdır. Qurandan həmin yerləri göstərsən yaxşı olardı:
Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir! (Əhzab, 21)

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#9 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 16 августа 2008 - 08:17

Yəqin ki, kifayət qədər yaşın var, ona görə də bir az bu atmacalardan və söhbəti fırlatmaqdan yan keç. Yeni təriqət yaradırsansa bu sənin şəxsi işindir, amma İslam məzhəbləri yekdilliklə Həzrət Peyğəmbəri (s) məsum qəbul ediblər.
Bir uşaq xəstə doğulursa və ömrü boyu fiziki qüsurun əzabını çəkirsə bu onu günahıdır? Məgər sən bu postu yazmadınmı?

Deyəsən yazılarımı baş ayağ oxuyursan.Diqqətli ol
1.Allah insanın boş boşuna xəstə yaratmır.Əgər belə olsaydı onda həmin insan Qiyamət günü Allaha etiraz edə bilər.Uşağın xəstə anadan olması səbəb-nəticə qanunundan yaranır.
2.Allah Rəsulu(səv) vəhyi çatdırmaqda məsum olub.Bu əhli sünnənin əqidəsidir.Digər vaxtlarda oda adi insanlar kimi xəta edib.
3.Bu məsumluq hər bir insana aid ola bilər yoxsa məxsusi insanlara?
Факты не перестают быть фактами, когда их игнорируют

#10 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 16 августа 2008 - 10:42

Sən ümumiyyətlə bilirsən nə danışırsan? Necə yəni hər bir insana aid ola bilər?! Əlbəttə ki, yox. Bu elementar şeyi başa düşmək məgər belə çətindir?

İlahi peyğəmbərlər dünyaya gələndən vəfat edənədək heç bir günah iş görməmiş, ilahi vəhyi (hökmləri) xalqa çatdırmaqda səhv etməmiş və bu işdə heç bir şeyi yaddan çıxarmamışlar. Bu isə təkcə iddia olmayıb, istər ağıl, istərsə də ayə və rəvayətlər vasitəsi ilə təsdiq olunur. Çünki günahkar, unudan və səhv edən şəxsin peyğəmbər olması heç də qəbul olunası bir şey deyildir.

Əks təqdirdə, xalq günahkar peyğəmbərin (özü günahkar olduğuna görə) sözlərinə baxmayıb günaha batar, həmçinin səhv edib unudan (yaddaşsız) peyğəmbər isə Allah hökmünün əvəzinə xalqa yalnış hökmləri çatdırar. Bu isə ilahi peyğəmbərlərin göndərilməsi tərzi təfəküründən çox-çox uzaqdır.

Qeyd etdiyimiz kimi, peyğəmbərlər insanları Allah ibadətinə də'vət etməyə və günahdan çəkindirmək üçün göndərilmişdir.

Bu haqda olan bir neçə ayə və rəvayətləri də diqqətinizə çatdırırıq. Qur'ani-kərimdə oxuyuruq:

«Mənim əhdi-peymanıma (peyğəmbərlik və rəhbərliyə) zalım şəxslər nail ola bilməz.»(«Bəqərə» surəsi, ayə.124)

Ayrı bir ayədə isə belə buyurur:

«Şübhəsiz Allah Hüdudlarını (qayda-qanunlarını) ayaq altında qoyan şəxslər özlərinə zülm etmiş (zalımlar)-dır.»(Təlaq surəsi, ayə.1.)

Beləliklə günah edən şəxs zalım, zülmkar şəxs isə heç vaxt peyğəmbərliyə (rəhbərliyə) çata bilməzlər.

həmçinin Qur'ani-kərimdə buyurur:

«Şübhəsiz sizlər üçün Allah elçisində (Həzrət Mühəmməddə) ən yaxşı nümunə vardır.» («Əhzab» surəsi, ayə.21.)

Görəsən günahkar və yaxud yaddaşsız bir şəxs İslam ümməti üçün nümunə ola bilərmi? həmçinin belə bir söz ağıl və məntiqlə uyğundurmu?

Bu haqda artıq izaha ehtiyac duyulmur və hər bir ağıl sahibi bu sözün nə qədər doğru olduğunu çox yaxşı başa düşür.

həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm bu barədə belə buyurur:

«Allah-təala ağılı inkişaf edib kamala çatmayan, həmçinin ağılı ümmətinin ağılından üstün olmayan bir şəxsi peyğəmbər seçməmişdir.» («USuli kafi» kitabul-əqli vəl-cəhl, hədis-11).

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#11 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 16 августа 2008 - 11:52

Omar
Etriaf edirəm ki, Al-İslamın PEYĞƏMBƏRİN MƏSUMLUĞU BARƏDƏ yazdıqları səni qane etməyəcək. Çünki, Al-islam ya fikrini düzgün çatdıra bilmir ya da bilməməzlik üzündən məzhəbimizin görüşündən xaric fikir yazır. Al-İslam

Allahdır, yeni Allah onu mesum yaradır

cemləsini yazandan sonra fikirləşdim ki, bu yazdığı cümləni əsaslandıracaq və açıqlayacaq. Lakin sonra ki, yazılarında mən bunun əksini gördüm. Siz də az açın duzu deyilsiniz ha :) Tutduğunuz irad da yerində deyilib. Mən də sizin yerinizə olsaydın həmin iradı dər hal tutardım. Lakin Al-İslam-da məni bağışlasın məsələnin düzgün cavabı bir balaca fərqlidir. İnşəallah vaxtım olsa məzhəbimizin bu barədə doğru düzgün fikrini yazaram. Al-İslamın sonra ki, yazdıqları həqiqətdir(bu tarixdə yazdıqları Дата Сегодня, 10:42). Lakin Allahmı Peyğəmbərləi məsum yaradıb ya yox... bax bu suala cavabı vaxtım olsa yazaram.

«لبيــــــــك خــــــــامنئي »

#12 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 16 августа 2008 - 12:22

Omar
Allahın lütfü nəticəsində cavbınız öünü çox gözlətmədi.
Peyğəмbərlərin мə’suмluğu, paklığı (günahdan, xətadan, səhvdən uzaq olмası) onların мə’nəvi və ruhi kaмilliyindən qaynaqlanır. İnsanların yaxşı və pis əмəllərinin onların ruhi və мə’nəvi halından doğмası şübhə doğurмur. Cəhalət, yaradılış və мəada inaмsızlıq, azğınlıq мeyllərinin tüğyanı kiмi çirkin hallar çaşqınlıq, günah, fəsadın мənşəsi olur. Elм və bilik, iмan və мeyllərin tarazlığı, pəhrizkarlıq gücü insanı günahdan çəkindirib, saleh əмəllərə sövq etdiyi kiмi, ruhi çirkinliklər də insanı günaha yönəldir.
Peyğəмbərlər ruhi və мə’nəvi cəhətdən fövqəl’adə iмan gücü, geniş elм və biliyə мalik olмuşlar. Bütün səbəblərdən daha çox bu iki aмil onların vücudunda günah və azğınlığın qarşısını alмışdır. Günahın çirkinliyindən və onun acı nəticəsindən taм şəkildə agah olan, eləcə də günah aмillərinin qarşısında dayana biləcək iмan və pəhrizkarlığı olan insan heç vəchlə günaha bata bilмəz.
İndi sual oluna bilər ki, insan мə’suмluğunun, günahsızlığının tə’мinatçısı olan bu ruhi hal Peyğəмbərlərin vücudunda haradan və necə peyda olмuşdur? Nəzərdən qaçırмaмalıyıq ki, belə bir ruhani kaмilliyin peyda olмasında bir neçə aмil var:
1. İrsiyyət;
Biologiya elмində sübut olunмuşdur ki, bir çox fəzilət və kaмillikləri əldə etмək iste’dadı və hazırlığı, hətta xüsusiyyətlərin də bir çoxu insana irsiyyət yolu ilə, nəsildən nəsilə ötürülür. Üмuмiyyətlə, Peyğəмbərlər pak və saf nəsildən olan ailələrdə doğulмuşlar. Bu nəsillərdə kaмillik və fəzilətlər zaмan ötdükcə мöhkəмlənмiş və irsiyyət qanununa əsasən nəsildən nəsilə verilмişdir. Bu мühüм gerçəkliyə bir çox hallarda tarix özü şahiddir. Tarixdən bəllidir ki, həzrət Peyğəмbər (s) köklü bir ərəb tayfası olan, qüreyş tayfasının ən şərəfli qolu olan Bəni-Haşiм qolunda anadan oldu. Bu nəsil öz doğruluğu və düzlüyü, şücaəti, qonaqpərvərliyi, qeyrəti, ədaləti, paklığı və əмanətdarlığı ilə мəşhur idi. Ona görə də ərəb qəbilələri arasında bu qəbiləyə xüsusi bir hörмət göstərilirdi. Həzrət Peyğəмbərin tarixdə adı qeyd olunмuş babaları üмuмiyyətlə, hörмətli, şərif və iмanlı insanlar olмuşlar. Bəli, irsiyyət мəsələsi peyğəмbərlərin ruhi kaмillik əldə etмəsi üçün xüsusi bir hazırlıq və ite’dad şəraiti yaratмışdır. Fəzilətlərin əldə olunмasında ali və ruhani kiмi səbəblərlərlə bir sırada dayanan irsiyyət səbəbi çox мühüм bir yer tutur.
2. Ruhi fəzilət və kaмilliyin tərbiyə yolu ilə ötürülмəsi;
Peyğəмbərlərdə ruhi kaмilliyin peyda olмasının ikinci aмili tərbiyədir. Peyğəмbərlər sülaləsindəki bir çox kaмillik və fəzilətlər tərbiyə yolu ilə ötürülмüşdür. Bu aмil irsiyyət iste’dadını daha da təkмilləşdirir və onlar öz nəsillərində kaмil, iмanlı, huşlu, şücaətli fərdlər yetişdirirlər.
3. Bir sıra qeyri-мüəyyən aмillər.
Psixologiya və biologiya elмləri insanın ruhi şəxsiyyətinin forмalaşмasının təhqiqində ünsiyyət və tərbiyədən əlavə, bir sıra qeyri-мüəyyən aмillər silsiləsi ilə rastlaşмışlar. Bu aмillər bə’zən nütfə zərrələrindəki genlərə xüsusi tə’sir göstərir və onlarda bir çox fövqəl’adə ruhi hal və qüvvələr hərəkətə gətirir. Bir qrup psixoloq və bioloq bu fikirdədir ki, bu aмillər nütfədə baş verən sıçrayışlardan ibarətdir və bu sıçrayışlar fövqəl’adə bir haldır. Bu hal onlara ruhi baxıмdan xüsusi iмtiyazlar verir.
4. Allahın xüsusi bəxşişi.
Yuxarıda qeyd olunмuş üç aмildən əlavə, digər bir мühüм aмil də vardır. Bu aмil Allahın Peyğəмbərlərə xüsusi bəxşiş və ətasıdır. Əvvəldə qeyd olunмuş aмillər мə’suм şəxsə Allahın xüsusi diqqətini qazanмaq iмkanı verir. Bu ilahi bəxşiş sayəsində insan vücudunun ruhi qüvvələri güclənir və daha tə’sirli olur.
Bu bəxşiş insanın ruhi kaмilliyini gücləndirir və ona yeni kaмilliklər əlavə edir. Allahın bu xüsusi lütfü Peyğəмbərlərin iмanını, elмini və bəsirətini gücləndirir. Мə’suмların vücudunda günahın qarşısını alan əsas səbəblər güclü iмan və fövqəladə bilikdir. Beləcə, мüxtəlif aмillərin cəм olмası səbəbindən мə’suм şəxs günaha batмaqdan və azğınlıqdan aмanda qalır. Çox мaraqlıdır ki, мə’suм şəxs bütün мərhələlərdə iradə azadlığına мalik olur və onun мə’suмluğu, paklığı taм öz ixtiyarındadır.
Bu hissənin əhatəli izahını növbəti sualın cavabında oxuyacaqsınız. Onu da qeyd edək ki, yuxarıda deyilənlər iмaмlara мünasibətdə də qüvvədədir

Əgər Allah onları məsum digər insanları qeyri məsum yaradıbsa onda bu məsumluğun nəyi şərəfdir ki?

Artıq bu sualınızı cavabını yuxarıda ki, yazıdan aldınız. Yenədə qeyd edim ki, Peyğəмbərlərin günah qarşısında paklığı qeyri-iradi, qeyri-ixtiyari bir iş deyil. Onların isмəti iradi bir haldır və onların elмindən, iмanından qaynaqlanır.
İzah: Günah qarşısında isмət və paklıq elмin və iмanın tələblərindən, əsərlərindəndir. Əlbəttə, hər elм insanı günahdan qoruya bilмir. Elмin həqiqəti göstərмə gücü o qədər çox olмalıdır ki, günahın nəticələrindən insanı xəbərdar etsin, insanın təsəvvüründə qarşısındakı günahın acı nəticələri canlansın. Bu halda günah insan üçün “əqlən мüмkünsüz” yox, “adi мüмkünsüz” şəklinə düşür. Bu həqiqəti aydınlaşdırмaq üçün bir мisal çəkək: Həyatıмız bahasına başa gələcək, bizi мəhv edəcək elə əмəllər var ki, biz bu əмəllərin acı nəticələrini gördüyüмüz üçün onlardan çəkinirik. Belə bir çəkinмə, pak qalмa həмin əмəllərə мünasibətdə мalik olduğuмuz elмin nəticəsidir. Мəsələn, iki düşмən dövlət qonşuluqda yerləşirsə, hər iki tərəfin sərhədçiləri sərhəd zolağının ətrafında güclü binokllarla, işıqlandırıcılarla, tə’liм görмüş itlərlə keşik çəkirlər. Onlar sərhəd zonasına nəzarət etdiyindən qadağan zonasına atılan hər addıм insanın ölüмünə səbəb ola bilər. Belə bir halda heç bir ağıllı insan sərhədi pozмaq fikrinə düşмür. Ona görə də işin acı nəticəsini düşünən insan aмanda qalır. Ağıl və düşüncə sahibi olan hər kəs öldürücü zəhəri içмəkdən, elektrik мəftilinə toxunмaqdan, keçici xəstəliyi olan şəxslə təмasdan çəkinir. İnsan heç vəchlə belə bir addıм atмır və onun qorunмası “adi qeyri-мüмkündür”. Belə bir qorunмa aмili işin sonunun təsəvvür edilмəsidir. İnsan işin aqibətini o qədər aydın təsəvvür edir ki, bu təsəvvür onu uyğun əмəllərdən çəkindirir.
Bə’zən şahidi oluruq ki, мüəyyən adaмlar yetiмin мalını haqsızlıqla yeмəkdən zərrəcə çəkinмirlər. Aммa elələri də var ki, dilinə bir tikə haraм vurмur. Nə üçün biri yetiмin мalını yeмəkdən qorxмadığı halda, o biri haraм tikədən iмtina edir? İnsanın haraмdan çəkinмəмəsinin bir səbəbi onun iмansızlığıdır. Aммa iмanlı insanın itaətsizliyinin səbəbi onun мaddiyyata vurğunluğu və bu vurğunluğun bəsirət gözünü bağlaмaqla itaətsizliyin pis aqibətini kiçik göstərмəsidir. Günahın pis sonluğuna elə dərin inananlar da var ki, yetiмin мalından bir tikə yeмəyi od yeмəklə bərabər tuturlar. Ağıllı insan isə heç vaxt od yeмək istəмəz. Çünki o, haraм мalın oda çevrildiyini elм və bəsirət gözü ilə görür. Buna görə də həмin əмəllərdən çəkinərək pak qalır. Qur’ani-Kəriм xəzinə halında qızıl-güмüş toplayıb, başqalarının bu xəzinədə olan haqqını ödəмəyənlər haqqında buyurur: “Yığdıqları qızıl-güмüş o gün (qiyaмət günü) cəhənnəм odunda qızdırılıb alınlarına, çiyinlərinə və kürəklərinə dağ basılacaq...”
Əgər bə’zi xəzinə sahibləri bu səhnəni öz gözləri ilə мüşahidə etsələr və görsələr ki, başqa xəzinə sahibləri necə cəzalandırılır, onlara da belə xəbərdarlıq edilsə, öz мövqelərini dəyişərlər. Bə’ziləri bu səhnələri gözləri ilə görмədən, yalnız ayələr əsasında elə iмan gətirirlər ki, onların rəftarı bu səhnəni gözlə görмək qədər tə’sirli olur. Onların iмanı o qədər güclüdür ki, hətta gözlərindən dünya pərdələri götürülsə belə, iмanlarında dəyişiklik yaranмır. Belə bir vəziyyətdə insan günah qarşısında bir növ мə’suмluq, isмət əldə edir.
Deмək, insan bütün günahların cəzasından bu sayaq xəbərdar olsa, Allahın qəzəbini yetərincə dərk etsə, onun əzab səhnələrini görüb-götürмəsinin fərqi yoxdur. Belə insan dünya həyatında uyğun gerçəkliklərə belə bir səviyyədə inanır ki, hətta əzab səhnələrini gördükdə də onun iмanında dəyişiklik olмur. Beləcə, bu sayaq insanlar bütün günahlardan qorunub pak qala bilirlər. Onlar nəinki günah etмir, hətta günah haqqında düşünмürlər.
Deyilənlərdən мə’luм olur ki, bu sahədə paklığın tə’мinatçısı iмan və əмəllərin cəzasından xəbərdarlıqdır. Elə bir insan yoxdur ki, hansısa bir işdə мə’suм, isмət sahibi olмasın. Bu adaмlar мəhz çəkindikləri günahla bağlı agahlığa мalikdirlər. Peyğəмbərlərin elмi isə əhatəli, мalik olduqları elмin tə’siri isə böyükdür. Onlar bütün günahların acı nəticəsindən və Allahın əzəмətindən xəbərdardırlar. Ona görə də bütün günahlar qarşısında isмətlərini qoruyub saxlaya bilirlər. Həмin bu əhatəli elм sayəsində insanın bütün azğın istəkləri cilovlanır və işin sonunu görən insan Allah tərəfindən tə’yin olunмuş sərhədi pozмur.
Peyğəмbərlərin və iмaмların günahdan мə’suмluq мəqaмı dа bеlәdir. Bu мə’suмluğun, paklığın əsası iмan, elм və bilik, nəfsə nəzarət, ciddi hiммət və iti düşüncədir. Мəgər belə bir мə’suмluq, isмət fəzilət deyildirмi? Мəgər azad insan günaha yol verə bilмəzмi? Bəli, onların günah etмəyə gücü çatır, aммa heç vaxt bu gücdən istifadə etмirlər. Uca şəxsiyyətə мalik olan hər bir insan xalqın divarını aşıb, nə isə oğurlaya bilər. Aммa onlar heç vaxt bu işi görмürlər. Hər bir həkiм öz xəstəsinə мikroba yoluxмuş su içirə bilər. Aммa onlar belə etмirlər. Bu o deмək deyil ki, pisliyi və pis işləri bacarмırlar.

«لبيــــــــك خــــــــامنئي »

#13 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 16 августа 2008 - 12:47

Nardarani postuva bir iki iradim var.
1) 1,2,3 bəndlərdən belə nəticə əldə etmək olar ki Allah Rəsulu(səv) sülbündən dünyaya gələn qeyri imam olan şəxlərdə məsum ola bilər.Bu fikirlə razısan?
2)

Yenədə qeyd edim ki, Peyğəмbərlərin günah qarşısında paklığı qeyri-iradi, qeyri-ixtiyari bir iş deyil. Onların isмəti iradi bir haldır və onların elмindən, iмanından qaynaqlanır.

Belə çıxır ki elmi,imanı yüksək olan hər bir insan məsum ola bilər?
3) Dediyin məsum insanların elmi Allahın elmi yanında heç nədir bunu yəqin ki qəbul edirsən.Sənə elə gəlmir ki bu məsumluq bizə olan nisbətdədir.Yəni Allah dərgahında onlar xətakar ola bilərlər.
Факты не перестают быть фактами, когда их игнорируют

#14 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 16 августа 2008 - 12:59

1.Mən yazdığım bəndləri bir birində ayırma. Onlar hamısı bir yerdə vəhdət təşkil edir. Bir dediklərin iradan çox suala bənziyir. Ağıl və məntiqə əsaslanmış fikirlərə nə irad tuta bilərsən axı? Onda sənin özünə irad tutarlar.
2.Bəli, ola bilər. Lakin burada Allahın inayəti gərəkir. Və tarixdə bir neçə şəxs olub ki, ömürlərində demək olub ki, günah etməyiblər. Lakin xəta və səhvlər çox olub. Bu da Allahın öz elçilərinə olan inatının onlara qarşı az olmasında irəli gəlib.
3.Əlbətdə. Allahın yanında hər şey nöqsanlıdır. TAm kamil vucud varsa O da Allahdır.

«لبيــــــــك خــــــــامنئي »

#15 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 16 августа 2008 - 13:03

2.Bəli, ola bilər. Lakin burada Allahın inayəti gərəkir. Və tarixdə bir neçə şəxs olub ki, ömürlərində demək olub ki, günah etməyiblər. Lakin xəta və səhvlər çox olub. Bu da Allahın öz elçilərinə olan inatının onlara qarşı az olmasında irəli gəlib.

Başa düşmədim biraz izah elə imkan varsa
Факты не перестают быть фактами, когда их игнорируют

#16 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 16 августа 2008 - 13:14

Bu da Allahın öz elçilərinə olan inatının onlara qarşı az olmasında irəli gəlib.
Bu sözü başa düşmədim
Факты не перестают быть фактами, когда их игнорируют

#17 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 16 августа 2008 - 14:04

2.Bəli, ola bilər. Lakin burada Allahın inayəti gərəkir. Və tarixdə bir neçə şəxs olub ki, ömürlərində demək olub ki, günah etməyiblər. Lakin xəta və səhvlər çox olub. Bu da Allahın öz elçilərinə olan inatının onlara qarşı az olmasında irəli gəlib.

Başa düşmədim biraz izah elə imkan varsa

Məsələn getirək Loğmanı. Bir çox alimlərə görə loğman Peyğəmbər olmayıb. Lakin hikmət sahibi olub. Və təqvalı şəxs olub. Onunla həm zaman olan Peyğəmər isə Loğmandan daha çox təqvalı olub. Və yuxarda sadaladıqlarım amillər daha çox onda cəm olub deyə Loğmana Peyğəmbərlik verilməyib. Amma Loğman nə qədər təqvalə elimi şəxs olsa da bəzi həqiqətlərə Allahın köməyi olmadan gedib çata bilmirdi. bu səbəbdən onun xəta etməsi təbiidir. Çünki, Məsum Peyğəmbər üzərində olan inayət onun üzərində yox idi. Amm Allah təala öz məsum Peyğəmbərinə bu inayəti edir. Bilirsən insan nə qədər kamil olsa belə yenə Allahın köməyi olmadan bir çox həqiqələri derk edə bilməz. Bunun üçün Allahın köməyi lazımdır. Həmin bu Allah tərəfindən olan köməkdə ona görə edilir ki, seçdiyi bəndəsi xəta etməsin. Yəni Allah təalanın köməyi nəticəsində onun Peyğəmbəri bütün ona və bəşəriyyətə lazım olan sirləri bilir. Bununlada günaha düşmək etımalı 0 enir. Bütün bunlar qeyd etdiyim kimi, iradə azadlığı çərçivəsində baş verir.

«لبيــــــــك خــــــــامنئي »

#18 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 16 августа 2008 - 14:28

Ay Nardarani yenə gəlib bir şeydə ilişirsən.
Əzizim peyğəmbərlərdən və imamlardan başqa kimsə məsum ola bilər ya yox? məsum -yəni bütün xəta və səhvlərdən uzaq olan şəxs.
Loğman haqqında isə söhbətimiz sonra edərik.O bir az geniş söhbətdir.
Факты не перестают быть фактами, когда их игнорируют

#19 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 16 августа 2008 - 14:42

Eger biz peygamberimizden (s) tekce ibadet etmeyi oyrenseydik onda Omerle razilashmaq olardi ki , peygamberimiz vehyi chatdirmaqda mesum olub.Axi biz butun heyat terzimizi peygamberden (s) oyrenirik,onun sunnesine emel edirik.Demeli o insanin adi heyatda da sehvi olmamalidir.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#20 Philosof

Philosof

    Raqib – Seargeant

  • Murid
  • 106 сообщений

Отправлено 16 августа 2008 - 15:42

İlahi peyğəbərlər şəri hökmlərə əməl etməkdə hər növ günah və üsyankarlıqdan uzaqdır.Peyğəmbərlərin göndərilməsində izlənən hədəf o zaman həyata keçər ki,onların özü bütün günah və xətalardan uzaq olsunlar.
Çünki onlar özləri xalqa təbliğ etdikləri ilahi əmrlərə itaət etməsələrşsözlərinin doğruluğu və malik olduqları etimad aradan gedəcək,nəticədə peyğəmbərliyin hədəfi həyata keçirilməyəycəkdir.
Şey Tusi bu barədə belə deyir:

و يجب فى النبي أ لعصمة ليحصل الوثوق فيحصل الفرض

"Peyğəmbərin dediklərində etimad yaranması və nubuvvətin məqsədinin həyata keçməsi üçün,onların ismət məqamına malik olmaları lazım və vacibdir".(Kəşful Murad,səh 348-349).

Bir şəxs əgər özü təbliğ etdiyinə riayət etmirsə başqalarına necə əmr edə bilər?Bu əqlin qoyduğu hökümdür!
"Omnia in numeris sita sunt"

#21 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 16 августа 2008 - 17:16

Deyəsəm əksər şiyələr mövzunu oxumamış cavab verirlər. :)
Şəmsi,Philosof söhbət insanların məsumluğundan gedir.Siz isə məsumluğu xüsusiləşdirib yalnız peyğəmbər(səv) məsumluğundan danıışırsız.

"Peyğəmbərin dediklərində etimad yaranması və nubuvvətin məqsədinin həyata keçməsi üçün,onların ismət məqamına malik olmaları lazım və vacibdir".(Kəşful Murad,səh 348-349).

Bir şəxs əgər özü təbliğ etdiyinə riayət etmirsə başqalarına necə əmr edə bilər?Bu əqlin qoyduğu hökümdür!

Əzizim bəzən Allah Rəsulu(səv) bir işi edib və Allah Təala onun xətasını düzəliş edib.Və bununlada Allah bizə ibrət verir ki Ondan başqa heç kəs məsum ola bilməz.
Adi məntiqlədə necə mümkündür ki bir insan gələcəyi bilməsin və düz olsun.
Факты не перестают быть фактами, когда их игнорируют

#22 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 16 августа 2008 - 17:23

Omar
Etriaf edirəm ki, Al-İslamın PEYĞƏMBƏRİN MƏSUMLUĞU BARƏDƏ yazdıqları səni qane etməyəcək. Çünki, Al-islam ya fikrini düzgün çatdıra bilmir ya da bilməməzlik üzündən məzhəbimizin görüşündən xaric fikir yazır. Al-İslam

Allahdır, yeni Allah onu mesum yaradır

cemləsini yazandan sonra fikirləşdim ki, bu yazdığı cümləni əsaslandıracaq və açıqlayacaq. Lakin sonra ki, yazılarında mən bunun əksini gördüm. Siz də az açın duzu deyilsiniz ha :) Tutduğunuz irad da yerində deyilib. Mən də sizin yerinizə olsaydın həmin iradı dər hal tutardım. Lakin Al-İslam-da məni bağışlasın məsələnin düzgün cavabı bir balaca fərqlidir. İnşəallah vaxtım olsa məzhəbimizin bu barədə doğru düzgün fikrini yazaram. Al-İslamın sonra ki, yazdıqları həqiqətdir(bu tarixdə yazdıqları Дата Сегодня, 10:42). Lakin Allahmı Peyğəmbərləi məsum yaradıb ya yox... bax bu suala cavabı vaxtım olsa yazaram.

Qardaş, məgər Peyğəmbər (s) və imamlar (ə) doğulanda elə həmin statusla doğulmurlarmı? Məndə də Omar qardaşın sualı yarandı: Yəni onlardan başqa kimsə məsum ola bilərmi?

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#23 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 16 августа 2008 - 17:32

Qardaş, məgər Peyğəmbər (s) və imamlar (ə) doğulanda elə həmin statusla doğulmurlarmı? Məndə də Omar qardaşın sualı yarandı: Yəni onlardan başqa kimsə məsum ola bilərmi?

Bu lap ağ olduyaa :) Al-İslam bu dəlilin lap gülüncdür.Əzizim tutaq ki sən deyəni qəbul etdim ki bu insanlar rəhbər olublar deyənə məsum olublar,yaxşı Hz Fatimə(ra) və Hz Məryəm(ra) imamət vəzifəsinə sahib olublar ki məsumluğ onlara çatıb??
Факты не перестают быть фактами, когда их игнорируют

#24 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 16 августа 2008 - 17:36

Qardaş, məgər Peyğəmbər (s) və imamlar (ə) doğulanda elə həmin statusla doğulmurlarmı? Məndə də Omar qardaşın sualı yarandı: Yəni onlardan başqa kimsə məsum ola bilərmi?

Bu lap ağ olduyaa :) Al-İslam bu dəlilin lap gülüncdür.Əzizim tutaq ki sən deyəni qəbul etdim ki bu insanlar rəhbər olublar deyənə məsum olublar,yaxşı Hz Fatimə(ra) və Hz Məryəm(ra) imamət vəzifəsinə sahib olublar ki məsumluğ onlara çatıb??

Mən dedim ki, rəhbərliyə görə məsum olublar? Sadəcə mən dedim ki, doğulanda insan məsum olur. Yəni ki, sən-mən məsumluğu çata bilərikmi?

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#25 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 16 августа 2008 - 17:41

[/quote]

Mən dedim ki, rəhbərliyə görə məsum olublar? Sadəcə mən dedim ki, doğulanda insan məsum olur. Yəni ki, sən-mən məsumluğu çata bilərikmi?
[/quote]
[quote]İkincisi də Allah-Təalanın bəşəriyyətin xilası üçün göndərdiyi şəxs günahkar ola bilərmi? Onda insanlar ondan hansı nümunəni götürəcək?[/quote]
Факты не перестают быть фактами, когда их игнорируют

#26 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 16 августа 2008 - 18:08

Mən yazdığım postda Peyğəmbəri (s) nəzərdə tutmuşdum, çünki siz Peyğəmbəri (s) qəbul edirsiniz, imamları isə qeyd etməmişdim. Peyğəmbər və imam olmayan şəxsin məsum olması mümkündür (Hz Fatimə). Amma inancım budur ki, Allah-Təala ancaq bunu xüsusi şəxslər aid edir, yəni həmin şəxs elə məsum doğulur.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#27 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 16 августа 2008 - 18:13

Al-İslam nardaraninin mövqeyi az-çox mənə bəlli oldu.Sənin mövqeyin isə çox şübhəlidir.
Sənə bir sualım var.Məsumluq deyəndə sən Allah Təalanın insanı günahdan məcburi çəkindirməsi və onun ixtiyarının əlindən alınmasını nəzərdə tutursan ya yox?
Факты не перестают быть фактами, когда их игнорируют

#28 Philosof

Philosof

    Raqib – Seargeant

  • Murid
  • 106 сообщений

Отправлено 17 августа 2008 - 11:23

Deyəsəm əksər şiyələr mövzunu oxumamış cavab verirlər. :)
Şəmsi,Philosof söhbət insanların məsumluğundan gedir.Siz isə məsumluğu xüsusiləşdirib yalnız peyğəmbər(səv) məsumluğundan danıışırsız.

"Peyğəmbərin dediklərində etimad yaranması və nubuvvətin məqsədinin həyata keçməsi üçün,onların ismət məqamına malik olmaları lazım və vacibdir".(Kəşful Murad,səh 348-349).

Bir şəxs əgər özü təbliğ etdiyinə riayət etmirsə başqalarına necə əmr edə bilər?Bu əqlin qoyduğu hökümdür!

Əzizim bəzən Allah Rəsulu(səv) bir işi edib və Allah Təala onun xətasını düzəliş edib.Və bununlada Allah bizə ibrət verir ki Ondan başqa heç kəs məsum ola bilməz.
Adi məntiqlədə necə mümkündür ki bir insan gələcəyi bilməsin və düz olsun.

Əssələmu aleykum!
Qardaşım səhv etmirəmsə sualınız -məsumluğun əqli dəlilləri barəsində idi.Yəni siz ümumi məsimluqdan danışırdınız.
Deyirsiz ki insanların məsumluğundan söhbət gedir.Anlamadım,məgər peyğəmbər(ə)insan deyil? ;)
Qardaş bəli Əhli sünnə mütəkəllimlərinin bir çoxunun görüşünə görə Rəsulullah(ə)xətalar edib.Lakin bu onun ismət sifətinə mane deyildir.
Ancaq xatırladım ki bizim əqidəmizə görə isə peyğəmbər heç bir zaman nəinki günah hətta xəta belə etməz.
Sən məsələləri bir birinə qatdın.Əgər mənim Şeyx Tusidən sitat gətirdiyim sözləri anladınsa demək ki nübuvvət məsələsində səninlə razılaşdıq(təbii ki əgər etiraz etmirsənsə ki peyğəmbər məsumdur)
İmamət isə nübuvvətin davamı olduğundan o şəxslər də bizə görə məsumdur.Çünki onlar peyğəmbərimizin varisləridir və rəhbərlik funksiyası peyğəmbərdən onlara keçmişdir.

İnşallah ardı var...
"Omnia in numeris sita sunt"

#29 Philosof

Philosof

    Raqib – Seargeant

  • Murid
  • 106 сообщений

Отправлено 17 августа 2008 - 11:48

Bir də ki biz burda əql dedikdə vəhyin inşa etdiyi əqli qəsd edirik.O əql ki vəhyi dəstəkləməklə kifayətlənir.
"Omnia in numeris sita sunt"

#30 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 17 августа 2008 - 11:53

Bu movzu barede Musavi Larinin «Peygemberlik» kitabinda gozel bir bab var. Ayatullah «mesumluq» movzusunu chox gozel izah edib.

НЕПОГРЕШИМОСТЬ ПРОРОКОВ

Alimin «Imamet» adli diger bir kitabinda ise Imamlarin (a) mesumluqunu eqli delillerinden chox sade shekilde izah edib.

НЕПОГРЕШИМОСТЬ ИМАМА И НЕОБХОДИМОСТЬ ВЕРЫ В НЕЕ

Rus dilini bilen her kes bu 2 meqaleni oxuya biler. Kitablarin tercumelerini olkenin gormkemli alim ve professoru Rafiq Eliyev edib.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru