Ramiz Rövşən şeirləri
#1
Отправлено 02 Март 2010 - 21:34
#2
Отправлено 02 Март 2010 - 21:40
Yene bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkədə xoşbətik, xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim sənsiz ğlərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!
...Sağımız-solumuz adamla dolu,
Qol-qola kişiler, qadınlar keçir.
Özünden xebersiz
ömründe min yol
Özünü öldüren adamlar keçir.
keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu...
Hamı günahkardı dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdu
#3
Отправлено 02 Март 2010 - 21:45
Deyirlər, yuxuda ölmək asandı...
Özün də bilmirsən necə ölürsən
Səhər tezdən eşidirsən əzandı,
Yuxuda kirimişcə ölürsən.
Bir göz qırpımında qurtulur canın,
Ruhun bədənindən uçur quş kimi.
Əlində qalmırsan dərdin, dərmanın,
Dərdə də salmırsan evdə heç kimi.
Kim deyir yuxuda ölmək asandı?..
Kim bilir, necədi yuxuda ölmək?!
Bəlkə də, ən böyük dərddi, əzabdı,
Ən pis işgəncədi yuxuda ölmək.
Bir göz qırpımında yuxuda bəlkə
İllərcə belində daş daşıyırsan.
Nəfəsin kəsilir axırda bəlkə,
Ömrünü daşlara bağışlayırsan.
#4
Отправлено 02 Март 2010 - 21:51
Cəllad baltasıyla üzülür başın.
Orda qızıl qanın axanda bəlkə
Yastığa süzülür burda göz yaşın.
Yuxuda ölməkdi ən rahat əcəl...
Bu da bir yalançı təsəllidirmi?
Görəsən yuxuda səni boğan əl
Düşmən əlidimi, dost əlidimi?!
Nədi bircə anda ömrə son qoyan?
Beynə axıb sızan bir damla qandı.
Kimdi qəbrin üstə ən bərk ağlayan?
Bəlkə də, yuxuda səni boğandı.
Gecəqorxu çpkər yuxumuza da;
Tərpənər kiminsə qara kölgəsi.
Bəlkə hasar çəkək yuxumuza da,
Heç kəs yuxumuza girə bilməsin.
Bəlkə heç yatmayaq - hər yatanın da
Əgər oyanmamaq qorxusu varsa.
Bəlkə heç yatmayaq - ömrün sonunda
Onsuz da, bir əcəl yuxusu varsa.
Amma yuxun gəlir - görürəm elə;
Daha yavaş - yavaş yumulur gözün,
Yat ... sabah oyanmaq ümidi ilə...
Yuxun şirin olsun - uyu, əzizim...
#5
Отправлено 03 Март 2010 - 11:52
Bu ağac oləcək
Bu ağac öləcək,
Üzündən gözündən tökülür ölüm.
Bu ağac öləcək
Bu gün ya sabah.
Bu ağaca gonan o quş oləcək,
Üzündən gözündən tökülür ölüm.
O quş da öləcək
Bu gün ya sabah.
O quşa dən səpən o gız öləcək,
Üzündən gözündən tökülür ölüm.
O gız da öləcək
bu gün ya sabah.
O qızı sevməyə dəyməz.
O quşa baxmağa dəyməz.
Ağaca çıxmağa dəyməz.
Ağaca çıxmadım.
Quşa baxmadım.
Qızı sevmədim.
Quş ucdu isti bir yerə,
Qız getdi,
qız getdi ərə,
Ağac da ki, durur hələ.
Bir mənəm bir də ağac
Kəndir tapıb
bu ağacdan asılmağa
qaldı əlac.
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#6
Отправлено 03 Март 2010 - 13:24
Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.
Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
dünyadan qaçar bəlkə də.
Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!.
...Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#7
Отправлено 03 Март 2010 - 14:26
Gözəl mövzu və gözəl şeirlər üçün təşəkkür.
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#8
Отправлено 07 Март 2010 - 00:18
Amine (2.3.2010, 21:34) писал:
Birara sahv elamiramsa televizorda gorsanib o,amma axir vaxtlar yox.
http://ya-mehdi.ucoz.ru/
#9
Отправлено 23 Август 2010 - 13:27
əvvəlcə Çadranı açdılar sənin
sonra paltarını soyundurdular
sonra səni sogan kimi
qat-qat soydular.
#10
Отправлено 02 Сентябрь 2010 - 14:14
Deyirlər, yuxuda ölmək asandı...
Özün də bilmirsən necə ölürsən.
Səhər tezdən eşidirsən əzandı,
Yuxudaca kirimişcə ölürsən.
Bir göz qırpımında qurtulur canın,
Ruhun bədənindən uçur quş kimi .
Əlində qalmırsan dərdin, dərmanın,
Dərdə də salmırsan evdə heç kimi.
Kim deyir, yuxuda ölmək asandı?..
Kim bilir, necədi yuxuda ölmək?
Bəlkə də, ən böyük dərddi, əzabdı,
Ən pis işgəncədi yuxuda ölmək.
Bir göz qırpımında yuxuda bəlkə
İllərcə belində daş daşıyırsan.
Nəfəsin kəsilir axırda bəlkə,
Ömrünü daşlara bağışlayırsan.
Bir göz qırpımında yuxuda bəlkə
Cəllad baltasıyla üzülür başın.
Orda qızıl qanın axanda bəlkə
Yastığa süzülür orda göz yaşın.
Yuxuda ölməkdi ən rahat əcəl...
Bu da, bir yalançı təsəllidimi?
Görəsən yuxuda səni boğan əl
Düşmən əlidimi, dost əlidimi?!
Nədi bircə anda ömrə son qoyan?
Beynə axıb sızan bir damla qandı.
Kimdi qəbrin üstə ən bərk ağlayan?
Bəlkə də, yuxuda səni boğandı.
Gecə qorxu çökər yuxumuza da;
Tərpənər kiminsə qara kölgəsi.
Bəlkə hasar çəkək yuxumuza da,
Heç kəs yuxumuza girə bilməsin.
Bəlkə heç yatmayaq -hər yatanın da
Əgər oyanmamaq qorxusu varsa.
Bəlkə heç yatmayaq -ömrün sonunda
Onsuz da, bir əcəl yuxusu varsa.
Amma yuxun gəlir -görürəm elə;
Daha yavaş-yavaş yumulur gözün.
Yat... sabah oyanmaq ümidi ilə...
Yuxun şirin olsun -
uyu, əzizim...
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#11
Отправлено 13 Сентябрь 2010 - 15:43
Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.
…Qorxasan qaçıb gedələr, -
Tez qapını bağlayasan.
Geri dönüb içəridə
bir təzə qonaq görəsən.
Görəsən ki, qapqaradı
o qonaq başdan ayağa.
Ondan başqa hamısının
üst-başını ağ görəsən.
Pəncərədən içəriyə
dola, dola gün işığı.
İçəridə boş-boşuna
yanan bir çıraq görəsən.
Söndürəsən o çırağı -
hamı birdən yoxa çıxa....
Otaqda bir qara qələm,
bir də ağ vərəq görəsən.
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#12
Отправлено 10 Февраль 2011 - 16:09
fidan (13 Сентябрь 2010 - 15:43) писал:
Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.
… Söndürəsən o çırağı -
hamı birdən yoxa çıxa....
Otaqda bir qara qələm,
bir də ağ vərəq görəsən.
Hər şeyi yenidən, hər şeyi təzədən, hər şeyi əvvəldən, hər şeyi başdan başlamaq olmur..olsa da çox çətin
Qaranlıqda ag vərəqə qara qələmlə nə yazasan?
#13
Отправлено 10 Февраль 2011 - 16:41
Gedəcək, hamı gedəcək.
Biz dünyadan gedən təki…
Dünyanın qanı gedəcək.
Solacag bağcası-bagı,
Quruyacaq son budağı,
Dənizin suyu, balığı,
Sahilin qumu gedəcək.
Birtəhər, pismi, yaxşımı,
Yola salıb son axşamı,
Söndürüb sonuncu şamı
Ən son adamı gedəcək...
#14
Отправлено 11 Февраль 2011 - 02:06
Səni sevmək çətindir, Vətən
Nə gündəsən ki,
Təpədən dırnağacan ...
günah içindəsən ki.
Bilirsən səni sevmək
bu saat nəyə bənzər?
Zorlanmış bir qızı sevməyə bənzər.
O sevgidən için-için
gizlicə yanar adam.
Amma açıb deməyə
qorxar, utanar adam.
Bu nə haldır düşmüsən,
bu necə gündür, Vətən?
Adam səni sevməyə indi utanır, Vətən.
Üstündə neft ləkəsi
kim yuyacag bu ləkəni,
Milyonçular ölkəsi, dilənçilər vətəni.
Neftlə getdi bərəkətin,
bərəkət qaçdı səndən.
Neftlə getdi bəkarətin,
borular keçdi səndən.
Qarış-qarış qazılsan da
sevin hələki sağsan,
Hələ neftin qurtaranda
ağ günə çıxacaqsan.
Harda "kitayski" şıə görürem - qorxuram !
#16
Отправлено 13 Февраль 2011 - 03:21
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirrdən aşağı?
Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı.
Demə, biz ki quş deyilik,
Allaha tanış deyilik...
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı...
#17
Отправлено 13 Февраль 2011 - 13:39
İstedadlı cavanlar var.. amma o cavanlar ortada deyil..Özləri-özlərini sevməyə səbəb tapa bilmirlər və sevilənləri vurmaqdan ötəri sevəilənləri söyürlər ..Bu da qısqanclıqdan irəli gəlir.
Bizim ən böyük bəlalarımızdan biri.. əxlaqımızın içəri yox, çölə hesablanmasıdır..."
Ramiz Rövşən..
#18
Отправлено 18 Март 2011 - 18:47
Heç bir şeydən dəli olur.
Özü də xəbər tutmadan,
Qəflətən gülməli olur.
Düz yolda çaşır ayağı,
Qarışdırır solu-sağı.
Və bu işdə nə Allahın,
Nə bəndənin əli olur.
Beynini gəmirən zəli,
Deyir ki, dəlisən, dəli
Hər yandan üzülür əli,
Və adam ölməli olur…
#19
Отправлено 09 Май 2011 - 01:25
KÖLGƏ
Sənin kölgən düşür burda hər şeyə;
Bu evə-eşiyə,
yorğan-döşəyə,
Körpəm mışıl-mışıl yatan beşiyə
sənin kölgən düşür gecəbəgündüz.
Kölgən düşür
qadınımın üzünə,
Gizlədir üzünün eyiblərini...
...Ağac kölgəsinə,
daş kölgəsinə
Maşın kölgəsinə, quş kölgəsinə
ilişir, dolaşır, qarışır kölgən.
Bütün kölgələri çəkib canına
təzədən canıma daraşır kölgən.
Görəsən, bir azca səni unudub
birtəhər başımı qatarammı heç?
Görəsən, kölgənin ucundan tutub
gəlsəm, gəlsəm sənə çatarammı heç?
Bəlkə ən dözümlü kölgədi kölgən,
qırılan, cırılan, sökülən deyil.
Tanrı kölgəsidi, bəlkə də, kölgən,
ölüncə üstümdən çəkilən deyil.
Gecələr kölgənlə üstümü örtüb
yuxlaya biləydim bu dünyada kaş.
Kölgənə üzümü-gözümü sürtüb
ağlaya biləydim bu dünyada kaş.
Ağlaya bilmirəm...
yağır yağış-qar,
Çöldə kölgən qalır yağış-qar altda.
Keçir kölgən üstdən
ağır maşınlar,
Kölgən tapdalanır
ayaqlar altda.
Kölgən dirsəklənib daşa-torpağa
dikəlmək istəyir, qalxmaq istəyir.
Dayanıb mənimlə qabaq-qabağa
gözümün içinə baxmaq istəyir.
Tez-tez bu şəhərdə aldanır gözüm,
sən donda görükür gözümə qızlar.
Bəlkə parça-parça doğrayıb-kəsib
kölgəndən don tikib özünə qızlar.
Kölgənə nə qədər əllər uzanır,
o küncə-bu küncə qısılır kölgən.
Aylar ötüb keçir, illər uzanır,
günbəgün gödəlir, qısalır kölgən.
Kölgən qısaldıqca
uzaqlaşırsan,
Bəlkə də, hardasa çılpaqlaşırsan.
Beləcə sən məndən, mən səndən uzaq
ölüncə yaşarıq tək-tək
dünyada.
Hələ bircə qarış kölgən qalıbsa,
mən qərib deyiləm, demək, dünyada.
Bir gün sən hardasa dil-dil ötəndə
son sözüm kölgənə yazılar sənin.
Kaş ki, vaxt bitəndə, əcəl yetəndə
qəbrimi kölgəndə qazalar sənin...
#20
Отправлено 21 Май 2011 - 02:07
Özün də bilmirsən necə ölürsən
Səhər tezdən eşidirsən əzandı,
Yuxuda kirimişcə ölürsən.
Bir göz qırpımında qurtulur canın,
Ruhun bədənindən uçur quş kimi.
Əlində qalmırsan dərdin, dərmanın,
Dərdə də salmırsan evdə heç kimi.
Kim deyir yuxuda ölmək asandı?..
Kim bilir, necədi yuxuda ölmək?!
Bəlkə də, ən böyük dərddi, əzabdı,
Ən pis işgəncədi yuxuda ölmək.
Bir göz qırpımında yuxuda bəlkə
İllərcə belində daş daşıyırsan.
Nəfəsin kəsilir axırda bəlkə,
Ömrünü daşlara bağışlayırsan.
Ramiz Rövşən
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"
#21
Отправлено 14 Июнь 2011 - 19:35
Dırnağım ovcumu deşib,
Barmaqlarım düyün düşüb,
Gəlin açın yumruğumu...
Nə gedib yata bilirəm,
Nə qələm tuta bilirəm,
Nə bir daş ata bilirəm,
Gəlin açın yumruğumu...
Mən ki bir fağır oğuldum,
Birdən yay kimi yığıldım,
Boğuldum ALLAH boğuldum..
Gəlin açın yumruğumu.
Uçdu mən quran qalalar,
Yaxşı ki var, gül balalar
Dedilər - ovcunda nə var,
Gələk açaq yumruğunu...?
Дополнительные действия:
Свернуть категорию Похожие темы
| Название темы | Автор | Статистика | Последнее сообщение | |
|---|---|---|---|---|
![]() |
Ramiz Təkani
|
Ehli beyt ashigi ![]() |
|
|

Помощь





















