Перейти к содержимому


Фотография

Əhli-Beytin (Ə.s.) Fəziləti Haqqında


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 24

#1 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 28 марта 2010 - 15:10

1. Həzrəti Peyğəmbər (s) təkrar-təkrar buyurardı: “Fatimə mənim ümmətimin qadınlarının ən yaxşısıdır” (“Tarix”, “İstiab”, “Məvəddətül-qurba”).

2. Həzrəti Rəsulillah buyurmuşdur: “Dünya qadınlarının ən yaxşıları dörd qadındır: “Asiya (Fironun arvadı), Məryəm (Həzrəti İsanın (ə) anası), Xədicə (Peyğəmbərin (s) xanımı) və Fatimə” (“Müsnəd”, “Nüzuzul-Quran fi-Əli”, “İstiab”).

3. Cəmi bin ət-Teymiyyi rəvayət edir ki, “Xalamla birlikdə Aişənin ® yanına getmişdim. Soruşdum ki, Peyğəmbər (s) hansı qadını daha çox sevirdi. “Fatiməni” – deyə cavab verdi. “Bəs kişilərdən kimi?” – deyə soruşduqda: “Fatimənin ərini! (Əlini (ə)) Bildiyimə görə o çox oruc tutur, çox namaz qılır” – dedi. (“ət-Tirmizi”, “Mənaqib”, 3873).

4. Möminlərin anası, Ümmu Sələmə ® rəvayət edir ki, Fəth ilində Peyğəmbər (s) Fatiməni (ə) çağıraraq onunla xüsusi söhbətləşdi. Fatimə (ə) ağladı. Təkrar söhbət etdilər, bu dəfə Fatimə ® güldü. Rəsulullah (s) vəfat etdikdə Fatimədən ağlamağının və gülməyinin səbəbini soruşduqda, dedi: “Əvvəlcə Rəsulullah (s) mənə öləcəyini xəbər verdi, ağladım. Daha sonra məni Məryəm bint İmrandan başqa bütün Cənnət qadınlarının seyyidi (xanımı) olacağım ilə müjdələdi. Buna görə güldüm” (“ət-Tirmizi”, Mənaqib, 3872).

5. Misvər bin Məxrəmə Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Fatimə məndən bir parçadır. Kim onu qəzəbləndirsə məni qəzəbləndirmiş olar” (“əl-Buxari”, Kitabul-fadail əshab, 12/61, 31/107).


6. Aişədən ® rəvayət olunur ki, Peyğəmbər (s) vəfatından əvvəl xəstələndiyi zaman Fatiməni (ə) yanına çağırdı və ona gizli bir şey dedi. Fatimə (ə) ağladı. Sonra bir daha çağırıb Fatiməyə (ə) yenə gizli bir şey dedi. Bu dəfə Fatimə (ə) güldü. Fatimədən bu ağlama və gülmənin səbəbini soruşduqda, Fatimə: “Peyğəmbər (s) mənə gizlincə bu xəstələyinin sonunda ruhunun alınacağını xəbər verdi. Buna görə ağladım. Sonra mənə yenə gizlincə, mənim onun Əhli-beytindən ona ilk çatan insan olacağımı və ondan sonra gələcəyimi xəbər verdi. Buna görə də güldüm” – dedi”. (“əl-Buxari”, Kitabul-fadail əshab, 12/62).

7. Misvər bin Məxrəmə Peyğəmbərin (s) belə dediyini rəvayət edir: “Haşim bin Muğirə oğulları qızlarını Əli bin Əbu Talibə (ə) vermək üçün məndən izin istədilər. “Mən izin vermirəm! İzin vermirəm! İzin vermirəm! Əgər Əbu Talibin oğlu istəsə qızımı boşasın, sonra onların qızları ilə evlənsin. Çünki Fatimə məndən bir parçadır. Onu incidən şey məni də incidir, ona əziyyət verən şey mənə də əziyyət verir” – dedim” (“əl-Buxari”, “Kitabun-nikah”, 110/159).

8. Həzrəti Rəsulullah buyurmuşdur: “Həqiqətən Allah Fatimənin qəzəbi ilə qəzəblənər, razılığı ilə razı olar” (“Müstədrəkül-səhiheyn”, cild 3, səhifə 153).

9. Hakim Aişədən ® nəql edir: “Mən Fatimə qədər danışığında, söhbətində Peyğəmbərə (s) oxşayan şəxs görmədim. Fatimə, Rəsulullahın yanına gələndə, Peyğəmbər (s) ona “Xoş gəldin” deyər, sonra yerindən qalxıb Fatiməyə tərəf gedər, əlindən tutub öpər və onu öz yerində otuzdurardı” (“Müstədrəküs-səhiheyn”, cild 3, səhifə 154; “Əl-İstihab”, cild 2, səhifə 51; “Sünəni Beyhəqi”, cild 7, səhifə 101).

10. Müslim ibn Həccac İbn Məsudun belə dediyini nəql edir: “Rəsulullah (s) Kəbənin yanında namaz qılırdı. Əbu Cəhil və dostları da bir kənarda oturmuşdular. Bir gün əvvəl isə orada bir dişi dəvə kəsilmişdi. Əbu Cəhil “Sizlərdən kim qalxıb bu dəvənin bir parçasını götürüb Məhəmmədin (s) boynuna qoya bilər” deyə soruşdu. Onlardan ən bədxah olanı qalxıb onu götürdü və Peyğəmbər (s) səcdəyə gedən zaman onun boynuna qoydu. Onlar bir-birlərinə baxıb gülüşməyə başladılar. Mən də bunu seyr edirdim. Əgər gücüm olsaydı onu Rəsulullahın üstündən götürərdim. Peyğəmbər (s) eləcə səcdədə qalmışdı, başını qaldırmırdı. Bir nəfər gedib bunu Fatiməyə (s.a.) xəbər verdi. Fatimə, balaca bir qız idi. Həzrəti Fatimə gəlib (s) onu bir qırağa atdı və üzünü onlara çevirib arlamağa, qınamağa başladı” (“əl-Buxari”, “Bab ül-Vüdu”, hədis-233; “Müslim”, “Cihad kitabı”, hədis-3349; “Müsnədi-Əhməd”, hədis 3537).


11. Həzrəti Peyğəmbərin (s) xidmətçisi Səvban nəql edir: “Rəsulullah (s) yola çıxanda ailəsindən ən son görüşdüyü şəxs Fatimə olardı (s.ə.) olardı; Getdiyi yerdən qayıdanda da ilk görüşdüyü şəxs Fatimə olardı” (“Əbu Davud”, 3680; “Müsnədi Əhməd”, cild 5, səhifə 275, hədis-21329; “Sünəni Beyhəqi”, cild 1, səhifə 26).

12. Əbu Sələbə rəvayət edir ki, “Peyğəmbər (s) müharibə və ya səyahətdən qayıdanda məscidə gedib, iki rəkət namaz qılardı; sonra Fatiməni görməyə gedərdi və daha sonra xanımlarının yanına gedərdi” (“Müstədrəküs-səhiheyn”, cild 3, səhifə 155).

13. Sələbi nəql edir ki, Abdullah ibn Həmid Cabir ibn Abdullahdan rəvayət etmişdir ki, “Həzrəti Peyğəmbər (s) bir neçə günü yemək yemədən keçirdi. Bu vəziyyətdən aclığa düşən Rəsulullah (s) xanımlarının evlərində yeməyə xörək axtardı, amma heç nə tapmadı. Sonra Fatimənin yanına gəlib, “Qızım, yeməyə bir şeyin varsa gətir yeyək, mən acam” dedi. Fatimə “Xeyr, Allaha and olsun ki, heç nə yoxdur” deyə cavab verdi. Allahın elçisi (s) oradan gedəndən sonra Fatimənin (ə) qonşusu iki çörək və bir az da ət göndərdi. O da onları götürüb bir qabın içinə qoyub, üstünü örtdü. Özü və uşaqları yeməyə möhtac olmasına baxmayaraq, “Peyğəmbəri (s) özümdən və yanımdakilərdən üstün tutacağam” dedi. Sonra Həsən və Hüseyini (əleyhimüssalam) o həzrətin (s) arxasınca göndərdi və Allahın elçisi (s) geri döndü. Fatimə (s.ə.) “Uşaqlarım sənə fəda olsun, Allah bizə bir şey verdi və mən onu sənin üçün ayırdım” dedi. Peyğəmbər (səllallahu əleyhi və əleyhissalam) də “Gətir” buyurdu. Onu gətirib üstünü açdıqda, qabın çörək və ət ilə dolu olduğunu gördü. Gördüyündən təəccübləndi və Allaha həmd edib, Peyğəmbərə (s) salavat gətirdi. Peyğəmbər (s) “Bunu haradan tapdın?” deyə soruşanda, Fatimə “Bu Allahdan gələn bir nemətdir. Allah istədiyinə saysız bərəkət verər” dedi. Rəsulullah (s) da Allaha həmd edərək buyurdu: “Həmd olsun Allaha ki, səni Bəni İsrail qadınlarının ən üstünü olana bənzətmişdir. Ona da Allah gözəl bir nemət verəndə, əgər ondan bu nemət haqqında soruşulsaydı, “Bu Allahın göndərdiyindəndir. Həqiqətən istədiyinə saysız nemət verər Allah” deyərdi. Sonra Həzrəti Peyğəmbər (s) Əlini (ə) də çağırdı. O da gəldi. Peyğəmbər (s), Əli, Fatimə, Həsən, Hüseyn (ə) və Peyğəmbərin bütün xanımları ® o yeməkdən doyunca yedilər. Amma qab yenə olduğu kimi dolu qalmışdı. Həzrəti Fatimə (ə) demişdir ki, “Mən o yeməkdən bütün qonşularıma da verdim. Allah ona bərəkət və qalıcı bir xeyir vermişdi. Qapdakı yeməyin əsli iki çörəkdən və bir parça ətdən ibarət idi, qalanı isə Allahın bəxş etdiyi bərəkət idi” (“Qəsəsül-Ənbiyya”, səhifə 513).

14. Əbu Hüreyrə rəvayət edir ki, Həzrəti Peyğəmbər (s) buyurdu: “Cənnətə girəcək ilk şəxs Fatimədir (Qeyd edək ki, Zəhəbi bu hədisin səhih olduğunu bildirmişdir)” (“Mizanül-İtidəl” cild 2, səhifə 131).


15. Əbu Səid nəql edir ki, Həzrəti Peyğəmbər (s) Əliyə (ə) belə buyurdu: “Sənə verilən üç xüsusiyyət vardır ki, onlar heç kimə, hətta mənə belə verilməmişdir-Sənin mənim kimi qayınatan var, mənim belə qayınatam yoxdur; Sənin Fatimə kimi xanımın var, mənim xanımım onun kimi deyildir (fəzilət baxımından) və sənin sülbündən Həsən və Hüseyn kimi övladlar dünyaya gəlmişdir, mənim belə uşaqlarım yoxdur. Amma siz məndən, mən də sizdənəm” (“Ər-Riyaz-ün Nəzirə”, cild 2, səhifə 202).

16. Xətibi Bağdadi İbn Abbas vasitəsilə Peyğəmbərin (s) belə dediyini nəql edir: “Mən merac gecəsi cənnətin qapısında belə bir yazı olduğunu gördüm: “La ilahə illəllah, Muhammədən rəsulullah, Əliyun həbubullah (Əli Allahın məhbubudur), əl-Həsənu və Hüseyinu səfvətullah (onlar Allahın seçilmiş bəndələridirlər), Fatimətu Hiyərətullah (Fatimə Allahın bəyəndiyi şəxsdir), Əla bağizihim lənətullah (onlarla düşmənçilik edənlərə Allahın lənəti olsun)” (“Tarixi-Bağdadi”, cild 1, səhifə 259).

17. Abdullah ibn Məsud Peyğəmbərdən (s) rəvayət edir ki, Peyğəmbər (s) buyurmuşdur: “Fatimə iffətini kamil olaraq qorudu. Buna görə də Allah onun nəslinə (cəhənnəm) odunu haram qılmışdır” (“Müstədrəküs-səhiheyn”, cild 3, səhifə 152; “Kənzül-Ümmal”, cild 6, səhifə 219).

18. Müttəqi Həzrəti Peyğəmbərin (s) belə buyuruduğunu rəvayət etmişdir: “Cənnətə girəcək ilk şəxs Məhəmmədin (s) qızı Fatimədir. Fatimənin bu ümmətdəki yeri, Məryəmin Bəni İsraildəki yeri kimidir” (“Kənzül-Ummal”, cild 6, səhifə 219).

Сообщение отредактировал Abu Sufyan ordusu: 05 апреля 2010 - 15:04

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#2 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 28 марта 2010 - 18:23

-

15. Əbu Səid nəql edir ki, Həzrəti Peyğəmbər (s) Əliyə (ə) belə buyurdu: “Sənə verilən üç xüsusiyyət vardır ki, onlar heç kimə, hətta mənə belə verilməmişdir-Sənin mənim kimi qayınatan var, mənim belə qayınatam yoxdur; Sənin Fatimə kimi xanımın var, mənim xanımım onun kimi deyildir (fəzilət baxımından) və sənin sülbündən Həsən və Hüseyn kimi övladlar dünyaya gəlmişdir, mənim belə uşaqlarım yoxdur. Amma siz məndən, mən də sizdənəm” (“Ər-Riyaz-ün Nəzirə”, cild 2, səhifə 202).

16. Xətibi Bağdadi İbn Abbas vasitəsilə Peyğəmbərin (s) belə dediyini nəql edir: “Mən merac gecəsi cənnətin qapısında belə bir yazı olduğunu gördüm: “La ilahə illəllah, Muhammədən rəsulullah, Əliyun həbubullah (Əli Allahın məhbubudur), əl-Həsənu və Hüseyinu səfvətullah (onlar Allahın seçilmiş bəndələridirlər), Fatimətu Hiyərətullah (Fatimə Allahın bəyəndiyi şəxsdir), Əla bağizihim lənətullah (onlarla düşmənçilik edənlərə Allahın lənəti olsun)” <FONT color="red">(“Tarixi-Bağdadi”, cild 1, səhifə 259).</FONT>

17. Abdullah ibn Məsud Peyğəmbərdən (s) rəvayət edir ki, Peyğəmbər (s) buyurmuşdur: “Fatimə iffətini kamil olaraq qorudu. Buna görə də Allah onun nəslinə (cəhənnəm) odunu haram qılmışdır” <FONT color="red">(“Müstədrəküs-səhiheyn”, cild 3, səhifə 152; “Kənzül-Ümmal”, cild 6, səhifə 219).</FONT>

18. Müttəqi Həzrəti Peyğəmbərin (s) belə buyuruduğunu rəvayət etmişdir: “Cənnətə girəcək ilk şəxs Məhəmmədin (s) qızı Fatimədir. Fatimənin bu ümmətdəki yeri, Məryəmin Bəni İsraildəki yeri kimidir” <FONT color="red">(“Kənzül-Ummal”, cild 6, səhifə 219).</FON
B>

Buyurun rusca olan versiyaları.
Посланник Аллаха враг всякому, кто является врагом Фатимы, Али, Хасана и Хусейна (ДБМ) и друг всякому, кто будет их другом
صحيح الترمذى ج 2 ص 319- روى بسنده عن صبيح مولى ام سلمة عن زيد بن ارقم اَنّ رسول الله (ص) قال لعلى و فاطمة و الحسن و الحسين (ع): اَنا حرب لمن حاربكم و سلم لمن سالمكم.
Перевод:
В книге «Сахих» /том 2, стр. 319/ Термези приводит Хадис, передатчики которого восходят к Сабиху Мавла Ум Саламе, а он передаёт от Зейд ибн Аркама, он говорит со слов посланника Аллаха (ДБАР), что его светлость, обращаясь к Али, Фатиме, Хасану и Хусейну, изволил сказать: «Я являюсь врагом, и готов к войне со всяким, кто будет враждовать с вами и буду другом всякому, кто будет дружить с вами».
الرياض النضرة ج 2 ص 199- قال و عن ابى بكر قال: رأيت رسول الله (ص) خيم خيمة و هو متكىء على قوس عربية و فى الخيمة علىّ و فاطمة و الحسن و الحسين (ع) فقال: معشر المسلمين انا سلم لمن سالم اهل الخيمة، حرب لمن حاربهم، ولىّ لمن والاهم، لا يحبّهم اِلا سعيد الجد، طيب المولد و لا يبغضهم اِلا شقى الجدّ ردىّ الولادة.
Перевод:
В книге «Ар-Рияз ан-Назарат» /том 2, стр. 199/ приводится предание от Абу Бакра, что он сказал: «Я видел посланника Аллаха (да благословит Аллах его и род его!), когда он зашел в шатер, и в том шатре были Фатима, Али, Хасан и Хусейн (да будет мир с ними!). Посланник Аллаха изволил сказать: «О, мусульмане! Я друг тем, кто дружит с обитателями этого шатра и враг тем, кто враждует с ними. И никто не будет их любить, если только люди счастливые, рожденные дозволенным путем, и никто не будет с ними враждовать, если только люди несчастные, рожденные недозволенным путем».
От автора: Эту фразу из хадиса «Я друг тем, кто будет дружить с вами и враг тем, кто будет враждовать с вами» привели в своих книгах Хаким в «Мустадрак» /том 3, стр. 149/, Ибн Асир Джазри в книге «Усд аль-Габе» /том 5, стр. 523/, Муттаки Хинди в книге «Канз аль-Уммал» /том 6, стр. 216/, «Муснад» Ахмада ибн Ханбала /том 2. стр. 442/, Хатиб Багдади в книге «Тарих Багдад», том 7, стр. 136/, «Захаир аль-Укба» /стр. 23/.

– Фатима от Пророка и всякий, кто причинит ей обиду, причинит обиду Пророку

صحيح البخارى فى كتاب بدء الخلق ج 5 ص 21 سطر 3 روى بسنده عن المسور بن مخرمة اِنّ رسول الله (ص) قال فاطمة بضعة منّى فمن اَغضبها اَغضبنى.


Перевод:
В книге «Сахих», в разделе «Бад’ аль-Халк» /том 5, стр. 21/, на третьей строке Бухари приводит хадис с передатчиками, восходящими к Мусаввир ибн Махраму, что Пророк Ислама (да благословит Аллах его и род его!) изволил сказать: «Фатима является моей частью и всякий, причинивший ей обиду, причинит обиду мне».
صحيح مسلم فى كتاب فضائل الصحابه ج 2 ص 248 روى بسنده عن المسور بن مخرمة قال: قال رسول الله (ص): انما فاطمة بضعة منّى يوذينى ما آذاها.
Перевод:
В книге «Сахих», в разделе «Фазаил сахаба», /том 2, стр. 248/ Муслим приводит хадис с передатчиками, восходящими к Мусаввир ибн Махраму, что Пророк Ислама (да благословит Аллах его и род его!) изволил сказать: «Поистине, Фатима является моей частью и всякий, причинивший ей мучение, причинит мучение мне».
صحيح الترمذى ج 2 ص 319- روى بسنده عن عبد الله بن الزبير حديثاً عن رسول الله (ص) قال فيه: انما فاطمة بضعة منّى يوذينى ما آذاها و ينصبنى ما اَنصبها.
Перевод:
В книге «Сахих» /том 2, стр. 319/ Термези приводит хадис с передатчиками, восходящие к Абдалле ибн Зубейру, что посланник Аллаха изволил сказать: «Поистине, Фатима является моей частью, всякий, кто обидет ее, обидет меня, а причинивший ей мучение, причинит мучение мне».
От автора: Этот хадис в таком же варианте привели Хаким в книге «Мустадрак ас-Сахихайн» /том 3, стр. 158/, Ахмад ибн Ханбал в книге «Муснад» /том 4, стр. 323/, Байхаки в книге «Сунан» /том 7, стр. 64/, Абу Наим в книге «Хильят аль-Аулия» /том 2, стр. 40/, Муттаки Хинди в книге «Канз аль-Уммал» /том 6, стр. 219 и том 8, стр. 315/, Насаи в книге «Хасаис» /стр. 36/, Ибн Хаджар в книге «Саваик аль-Мухрика» /стр. 107/.

– Аллах гневается гневом Фатимы (да будет мир с ней!

)مستدرك الصحيحين ج 3 ص 153- روى بسنده عن على (ع) قال: قال رسول الله (ص) لفاطمة: اِنّ الله يغضب لغضبك و يرضى لرضاك، هذا حديث صحيح الاسناد.


Перевод:
В книге «Мустадрак ас-Сахихайн» /том 3, стр. 153/ приведен хадис с передатчиками, восходящими к Али (да будет мир с ним!), что Пророк Ислама (да благословит Аллах его и род его!) изволил сказать о святой Фатиме следующее: «Поистине, Аллах гневается твоим гневом и доволен твоим довольством».
От автора: Это хадис также привели: Ибн Асир в книге «Усд аль-Габе» /том 5, стр. 522/, Ибн Хаджар в книге «Аль-Асабат» /том 8, стр. 159/, в «Тахзиб ат-Тахзиб» /том 12, стр. 441/, Муттаки Хинди в книге «Канз аль-Уммал» /том 6, стр. 219 и том 7, стр. 111/, Захаби в книге «Мизан аль-И’тидаль» /том 2, стр. 72/, Мухиб Табари в книге «Захаир аль-Укба» /стр. 39/.

– Фатима первая, кто войдет в рай
كنز العمال ج 6 ص 219- اِنّ اَول شخص يدخل الجنة فاطمة بنت محمد (ص) و مثلها فى هذه الامة مثل مريم فى بنى اسرائيل.
Перевод:
В книге «Канз аль-Уммал» /том 6, стр. 219/, автором которой является Муттаки Хинди, приводится хадис, что посланник Аллаха (да благословит Аллах его и род его!) изволил сказать: «Поистине, первым человеком, вошедшим в рай, будет Фатима, дочь Мухаммада, она для этой уммы подобна Марьям (Мария) для сынов Исраиля».
ميزان الاعتدال للذهبى ج 2 ص 131- ذكر حديثاً مسنداً قد اعترف بصحته عن ابى هريرة قال رسول الله (ص): اول شخص يدخل الجنة فاطمة (ع).
Перевод:
Хафиз Шамсуддин Мухаммад ибн Ахмад, известный как Захаби, в книге «Мизан аль-И’тидаль» /том 2, стр. 131/ приводит хадис с достоверными и надежными повествователями. Абу Хурайра также подтвердил достоверность этого хадиса. Дорогой посланник Аллаха (да благословит Аллах его и род его!) изволил сказать: «Первым человеком, вошедшим в рай, будет Фатима».



– Когда посланник Аллаха отправлялся в поход, то последней, с кем он прощался, была Фатима, когда же он возвращался, то первой, кого он навещал, была Фатима (да будет мир с ней!)صحيح ابى داود سجستانى ج 26 فى باب ما جاء الانتفاع بالعاج روى بسنده عن ثوبان مولى رسول الله (ص) قال: كان رسول الله (ص) اذا سافر كان آخر عهده بانسان من اهله فاطمه (ع) و اوّل من يدخل عليه اذا قدم فاطمة (ع) الحديث.
Перевод:
В книге «Сахих» Абу Дауда Саджистани приводистя хадис, передатчики которого восходят к Субану, что посланник Аллаха, когда отправлялся в поход или путешествие, то последним человеком, с кем он прощался, была Фатима и по возвращению, первым человеком, кого навещал Пророк Ислама (да благословит Аллах его и род его!) была Фатима».
مستدرك الصحيحين ج 3 ص 156- روى بسنده عن ابن عمر اِن النبى (ص) كان اذا سافر كان آخر الناس عهداً به فاطمة (ع) و اذا قدم من سفر كان اول الناس عهداً به فاطمة (ع)، ثم رواه بطريق آخر و زاد فيه: فقال رسول الله (ص): فداكِ ابى و امى.
Перевод:
В книге «Мустадрак ас-Сахихайн» /том 3, стр. 156/ приводится хадис с повествователями, восходящими к Ибн Умару, что посланник Аллаха (да благословит Аллах его и род его!), отправляясь в поход, в последнюю очередь прощался, с Фатима, возвращаясь, первым, кого навещал посланник Аллаха, была Фатима (да будет мир с ней!).
В другом хадисе с другими передатчиками приводится, что посланник Аллаха (да благословит Аллах его и род его!), встречаясь с Фатимой (да будет мир с ней!), говорил: «Пусть отец и мать будут жертвой за тебя!».
От автора: Этот хадис в другом варианте привели также Хаким в книге «Мустадрак ас-Сахихайн» /том 1, стр. 489/ и том 3, стр. 155/, Ахмад ибн Ханбал в книге «Муснад» /том 5, стр. 275/, Байхаки в книге «Сунан» /том 1, стр. 26/.


HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#3 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 28 марта 2010 - 21:46

Хайсами от Айши приводит хадис:
مارأيت افضل من فاطمة غير أبيها

«Я не видела более великого человека (имеющего наилучшие достоинства) чем Фатима, не считая ее отца».

ما رأيت احدا اصدق من فاطمة

مجمع الزوائد، ج9 ،‌ ص201.
ابن حجر هم در كتاب الإصابة ، ج8 ، ص264

Также Айша говорит: «Я не видела никого более правдивого, чем Фатима».

Эти хадисы приводит Хейсами в «Маджма аз Заваид» том 9 стр. 201, Ибн Хаджар в книге «аль Исаба», далее он говорит, что эти хадисы достоверные с условиями Бухари и Муслима.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#4 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 29 марта 2010 - 00:52

Saqi və Vüsal qardaşlarımızdan xahiş edərdim ki, doğma dilli forumda rus dilində materiallar yerləşdirməsinlər, çünki bu forumun qaydalarına ziddir.

Vusal, sənin Heysəmidən gətirdiyin hədisin oxşarların tapdım:

عن عائشة قالت: ما رأيت أفضل من فاطمة غير أبيها. قالت: وكان بينهما شيء؟ فقالت: يا رسول الله سلها فإنها لا تكذب.
رواه الطبراني في الأوسط وأبو يعلى إلا أنها قالت: ما رأيت أحدا قط أصدق من فاطمة. ورجالهما رجال الصحيح.


"Məcməuz-Zəvaid", Heysəmi, 9/136

Heysəmi bu hədisi Təbəraninin "Övsət"-indən gətirir və hədisin sənədində işkal yoxdur (bütün raviləri səhihdir).Ümümiyyətlə "Məcməuz-Zəvaid"-də Əhli-beytin (ə) fəzilətinə dair çoxlu səhih hədis mövcuddur.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#5 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 03 апреля 2010 - 16:15

1. Peyğəmbər (s.a.s) buyurmuşdur: “Ümmətimin arasında Əhli-beytimin məsəli Nuhun gəmisinin məsəli kimidir. Hər kəs o gəmiyə minsə nicat tapar və hər kəs ondan üz döndərsə həlak olar” (“Biharul-ənvar” /27/113).

2. Ümmul möminin Aişə ® rəvayət edir ki, Rəsulullah (s) üzərində qara naxışlı bir parça olduğu halda çıxdı. Bu zaman Həsən gəldi. Onu örtüyün altına saldı, sonra Hüseyn gəldi, onu da saldı, sonra Fatimə gəldi, onu da saldı. Sonra Əli gəldi, onu da saldı. Sonra dedi: "Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər" (“əl-Əhzab”, 33) (“Müslim”, Fadalius- səhabə, 61/2424).

3. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər (s) demişdir: "Nəfsim əlində olan Allaha and olsun ki, Əhli-beytimi qəzəbləndirən cəhənnəmə vasil olar" (“Səhih hədislər silsiləsi”, 5/643, 2488-ci hədis )

4. Peyğəmbər (s) buyurdu:”Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır” (“Kifayətül-əsər” və “Təfsiri-burhan”).


5. İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən hər bir ibadətdən üstün bir ibadət var. Ən yaxşı ibadət isə biz Əhli-beytə məhəbbət bəsləməkdir” (“Biharul-ənvar” /27/91).

6. Peyğəmbər (s) buyurdu.“Mən asimanam, Əhli-beytimdən olan imamlar isə onun bürcləridir. Onlar on iki nəfərdir” (“Yənabiul-məvəddət”, 3-cü cild, səh.253, 59-cu hədis).

7. Sad bin Əbu Vaqqas rəvayət edir: "Sənə göndərilən elmdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de ki: "GƏLIN BIZ DƏ OĞLANLARIMIZI, SIZ DƏ OĞLANLARINIZI; BIZ DƏ QADINLARIMIZI, SIZ DƏ QADINLARINIZI; BIZ DƏ ÖZÜMÜZÜ, SIZ DƏ ÖZÜNÜZÜ ÇAĞIRAQ!" (Ali-Imran, 61) nazil olanda, Rəsulullah (s) Əlini, Fatiməni, Həsən və Hüseyni (əleyhimüssalam) çağırdı və: "Allahım, bunlar da mənim ailəmdir" buyurdu" (“ət-Tirmizi”-Təfsir, Ali-Imran, 3002).

8. Abdullah bin Abbasdan rəvayət olunur ki, Peyğəmbər (s) buyurmuşdur: ”Nemətləri ilə sizi bəslədiyi üçün Allahı sevin. Allahı sevdiyiniz üçün məni sevin. Məni sevdiyiniz üçün Əhli-beytimi sevin" (“ət-Tirmizi”; Mənaqib, 4042).


9. Peyğəmbər (s) buyurmuşdur: “Mən, Әli, Həsən, Hüseyn və Hüseynin övladlarından doqquz şəxs bütün pisliklərdən paklanmış və bütün günahlardan məsumdurlar” (“Yənabiul-məvəddə”).

10. Həzrəti Peyğəmbər (s) buyurdu: “Mən sizin aranızda iki şey qoyub gedirəm və siz onlara sarılsanız heç vaxt azmazsınız. Onlar Quran və mənim Əhli-beytimdir” (“Əl-Kafi”, “Biharul-ənvar”, “İstisbar”və s.)

11. İmam Sadiq (ə) buyurur: “Allaha edilən heç bir dua Məhəmməd və onun Əhli-beytinə salavat göndərməyincə qəbul olunmaz (…Yəni Allahummə səlli əla Muhəmməd və Ali-Muhəmməd deməyincə) “ (“Əl-Kafi”, 2/493).

12. Buxari, Cabirdən nəql edir ki, Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “Rəhbərlər 12 nəfərdir”. Daha sonra nəsə desə də eşitmədim, atam dedi: “Peyğəmbər (s) buyurmuşdur ki, hamısı Qureyşdəndir”.

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#6 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 03 апреля 2010 - 16:23

1. Peyğəmbər (s) buyurmuşdur: “Hər kim Әlini (ə) söyərsə, məni söymüşdür. Məni söyənsə, Allahı söymüşdür” (Hədisi qeyd edənlər: Müslim ibn Həccac, İmam Fəxri Razi, İmam Sələbi).

2. Həzrəti Əli (ə) rəvayət edir ki, Peyğəmbər (s) buyurdu: “Əli mənim vəzirim və canişinimdir, ona itaət edin!” (“Tarixi Təbəri” cild 2, səhifə 321; “Əbil Fidanın tarixi” cild 1, səhifə 116; “Əl bidəyətu vən nihayə”, cild 3, səhifə 39, “Həyatul Məram” səhifə 320).

3. Peyğəmbər (s) buyurmuşdur: “Hikmət on yerə bölünmüşdür, onun doqquz hissəsi Əliyə, bir hissəsi isə bütün müsəlmanlara nəsib olmuşdur” (“Əl-bidayətu vən-nihayə”, cild 7, səhifə 359).

4. Cabir deyir ki, Peyğəmbərin (s) yanında idim, Əli (ə) uzaqdan göründükdə o həzrət buyurdu: “Canım qüdrət əlində olan Allaha and olsun! Bu şəxs və onun şiələri qiyamətdə nicat tapacaqlar” ( “Əd-durrul-mənsur” cild 6, səhifə 379).

5. Rəsuli-əkrəm (s) buyurmuşdur: “Əli ibni Əbu Talibi yad etməklə məclislərinizi zinətləndirin” (“Biharul-ənvar” /38/199).


6. Səhl bin Səd rəvayət edir ki, Peyğəmbər (s) demişdir: “Bayrağı sabah elə bir adama verəcəyəm ki, Allah onun əli ilə müsəlmanlara zəfər bəxş edəcək. Hamı səhərə qədər bayrağın kimə veriləcəyi haqqında düşündü. Səhabələr səhər Peyğəmbərin (s) yanına gəldilər. Onlardan hər biri bayrağın ona verilməsini arzulayırdı. Peyğəmbər (s) Əli bin Əbu Talibin (ə) harada olduğunu soruşduqda, səhabələr onun gözlərindən şikayət etdiyini Peyğəmbərə (s) xəbər verdilər. O, Əlini (ə) çağırtdırdı və onun üçün dua etdikdən sonra onun gözlərinin ağrısı keçdi. Peyğəmbər (s) bayrağı ona verdi” (“əl-Buxari”, 7/87, 3701-ci hədis).

7. Sad bin Əbu Vaqqas rəvayət edir ki, Həzrəti Peyğəmbər (s) Tabuk döyüşünə gedərkən Əlini (ə) arxada (Mədinədə) saxlamışdı. Əli (ə) soruşdu: “Ey Allahın Rəsulu, məni qadın və uşaqların arasında saxlayırsan?”. Peyğəmbər (s) cavab verdi: “Sən, Harunun Musa yanında aldığı yeri mənim yanımda almaqdan razı deyilsən? Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur". (“əl-Buxari”, Kitabul-məğazi 80/409, Fədail-əshab 9/54; “Müslim” Fədail-əshab, 31 (2404); “ət-Tirmizi”, Mənaqib, 3731)

8. Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Əlini sevmək imandandır, düşmənçilik etmək nifaqdandır” (“Müslim”, cild 1, səhifə 61).

9. Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Əli, məndən sonra bütün möminlərin rəhbəridir” (“ət-Tirmizi”, cild 5, səhifə 201).

10. Həzrəti Rəsulullah buyurmuşdur: “Əli mənim qardaşım və xəlifəmdir” (“Tarixi Təbəri”, cild 2, səhifə 319).

11. Peyğəmbər (s) buyurmuşdur: “Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir” («Səhih hədislər silsiləsi», 5/263 ).


12. Peyğəmbər (s) demişdir: “Ey Əli! Səni yalnız mömin sevər və sənə yalnız münafiq olan nifrət edər” («Səhih hədislər silsiləsi», 4/298, 1720-ci hədis).

13. İbn Abbas rəvayət edir ki, Ömər ibn Xəttab demişdir: "Bizim içərimizdə ən gözəl Quran oxuyan Ubey və ən gözəl qazi (ədalətlə hökm verən) isə Əlidir" (“əl-Buxari”, 3/99).

14. Abdullah bin Ömər rəvayət edir ki, Rəsulullah (s) səhabələri bir-biri ilə qardaşlaşdırmışdı. Əli (ə) gəldi və dedi: “Səhabələri bir-biri ilə qardaşlaşdırdın, amma məni heç kəslə qardaşlaşdırmadın”. Rəsulullah (s) dedi: “Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan" (“ət-Tirmizi”, Mənaqib, 3722).

15. Cabir bin Abdullah rəvayət edir ki, Taif günü Həzrəti Peyğəmbər (s) Əlini (ə) çağırdı və onunla xüsusi görüşdü. Görüşün uzun çəkdiyinə görə adamlar: "Rəsulullah (s) əmisi oğlu ilə görüşməsini uzatdı" dedilər. Bunu duyan Peyğəmbər (s) buyurdu: “Onunla xüsusi görüşü mən (öz arzumla) etmədim, Allah etdi" (“ət-Tirmizi”- Mənaqib, 3728).

16. Ənəs rəvayət edir: "Rəsulullah (s) Bəraət (ət-Tövbə) surəsini (Ərafatda həcc ziyarətinə gələnlərə təbliğ etmək üçün) Əbu Bəkrə göndərmişdi. Sonra onu çağıraraq: "Bunun, ailəmdən olmayan bir kimsə ilə təbliğ edilməsi müvafiq deyil" buyurdu. Əlini (ə) çağıraraq surəni ona verdi" (“ət-Tirmizi” –“Təfsir ət-Tövbə”, 3089).


17. Allah taala Quranda buyurur:"Həqiqətən sən qorxudansan və hər ümmət üçün bir hidayət edən vardır"(Rad:7)
Hədisçilər bu haqda belə deyirlər:Peyğəmbər(s) buyurdu:"Mən qorxudan ,Əli isə hidayət edəndir.Sənin Əlinlə ey Əli, hidayət olanlar nicat tapanlardır” ("Caməul-bəyan" Rad surəsi ,17- ci ayənin təfsirində).
Bu hədisin məzmununu 9 nəfər səhabə 24 nəfər əhli-sünnə alimi kitablarında qeyd etmişlər.


18. Ümmu Sələmədən ® nəql olunur ki, Peyğəmbər (s) buyurdu: “Ya Əli, sən və sənin səhabələrin, sən və sənin şiələrin (ardıcılların) cənnətdə olacaqlar” (Seyyid Əli Şafei-“Məvəddətül-qurba” və İbni Həcər-“Əs-səvaiqul-mühriqə” kitabında qeyd etmişlər).

19. Həzrəti Peyğəmbərdən (s) nəql olunur: “Mən və Әli, Adəm peyğəmbər (ə) yaranmazdan 14 min il (yəqin ki, yer ili deyil) öncə Allahın yaratdığı vahid nur idik. Adəm yaranan gün Allah bu nuru onun sülbündə qərar verdi. Bu nur sülblərdən sülbə gələrək Әbdül-müttəlibin sülbündə ikiyə parçalandı. Nübuvvət məndə, imamət isə Әlidə qərar verildi” (Əhməd ibn Hənbəl-“Müsnəd” kitabı).

20. Həzrəti Peyğəmbərə (s) “Həqiqətən sizin mövla və rəhbəriniz Allah, Allahın rəsulu və iman gətirən, namaz qılıb rüku halında zəkat verənlərdir” ayəsi nazil oldu. Bu ayə nazil olan kimi Peyğəmbər (s) məscidə getdi. Bu zaman bir dilənçinin sevincək məsciddən çıxdığını gördü. Həzrət bunun səbəbini soruşduqda, dilənçi namaz halında olan bir şəxsi göstərib dedi: “O rükuda olduğu zaman əlini mənə tərəf uzadıb barmağındakı bu üzüyü mənə verdi”. Peyğəmbər (s) namaz halında olan şəxsin Әli (ə) olduğunu görəndə təkbir deyərək buyurdu: “Ayə Әlinin barəsində nazil olmuşdur” (Hədisi rəvayət etmişlər: İmam Sələbi, imam Fəxri Razi, Carullah Zəməxşəri, İbni Sə᾿dun Qurtəbi, Fazil Nişapuri, Әbu Bəkr Cəssas, Әbu Bəkr Şirazi, Beyzavi, Siyuti, Şukani, imam Nəsai, İbni Təlhə Şafei, İbni Səbbağ Sibti, ibni Cuzi).

21. Həzrəti Rəsulullah (s) İmam Əlinin (ə) əlini bacardıqca qaldırdı və buyurdu: “Mən kimin ağasıyamsa, Əli də onun ağasıdır! İlahi, onu sevəni Sən də sev. Onu düşmən olana Sən də düşmən ol! Onun kömək edənə Sən də kömək et, onu zəlil etmək istəyəni sən də zəlil et! (Rəvayət edənlər: Əbu-Talib Əhməd ibni Məhəmməd ibni Məhəmməd Ər-Razi, Əbu Talib Übeydullah ibni Əhməd ibni Zeyd Əl-Ənbari Əl-Vasiti, Əbulfəzl Məhəmməd ibni Əbdullah ibni Müttəlib Əş-Şəybani və s.).


22. Həzrəti Rəsulullah (s) buyurmuşdur: “Əli Quran ilə, Quran da Əli ilədir” (“Müstədrək”, 124/3).

23. Həzrəti Peyğəmbər (s) buyurmuşdur:”Əli haqq ilə, haqq da Əli ilədir” (“Tarixi Bağdad”, 221/14).

24. Cabir ibn Abdullah Həzrəti Rəsulallahdan (s) belə nəql etmişdir: “Cənnətin qapısında belə yazı vardır: “La ilahə illəllah, Muhammədən rəsulallah, Əliyən vəliyullah, əhu Rəsulullah qəblə ən yəhlukəs səmavati vəl ərzi-bi-əlfəy amin” (Allahdan başqa Tanrı yoxdur, Məhəmməd (s) onun elçisidir, Əli (ə) Allahın dostu və Peyğəmbərin (s) qardaşıdır. Göylə yer yaradılmamışdan 2 min il əvvəl) (“Yənabiul-məvəddə”-səhifə 134, hədis 19, “Məvəddətül-qurba”, “Mənaqib”).

25. İmam Əli (ə) Peyğəmbərin ona belə dediyini nəql edir:”Sən imam və on bir imamın atasısan” (“Müntəxəbül-əsər”, səhifə 29).

26. Peyğəmbər (s) buyurmuşdur: “Həqiqətən Əli, mənimlə ilk namaz qılan şəxsdir” (“Yənabiul-məvəddə”, 62).

27. Peyğəmbər (s) buyurmuşdur: “Əli möminlərin ağasıdır” (“Əl-Kafi”, 1/294/1).

28. Əbu Hüreyrə rəvayət edir ki, Həzrəti Peyğəmbər (s) buyurdu: “Ərşin sütununa belə yazılmışdır: La ilahə illəllah vəhdəhu lə şərikə ləh və Muhammədən abduhu və rəsulu, əyyəttuhu bi Əli ibni Əbu Talib” (“Təfsiri-Kəbir”, “Əsakir-Tarix”, “Yənabiul-məvəddə”-56-cı bab, səhifə 238, hədis 52).

29. Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Mən hikmətin tərəzisi, Əli də onun gözləridir” (“Əlqaqul-haqq”, cild 6, səhifə 46).


30. Əhli-sünnət alimi İbni Әbil Hədid Mötəzili «Şərhu-nəhcil-bəlağə» kitabında əvəzsiz bir cümlə yazmışdır: “Nə deyim sənin şəxsiyyətin qarşısında ya Әli? Sənin fəzilətlərini amansız düşmənlər qəlblərində yatan kin-küdurətdən, dostların isə qorxudan gizlətdilər. Bununla belə sənin fəzilətlərini sayıb qurtarmaq mümkün deyil...”.

31. Peyğəmbərdən (s) nəql olunur: “Qiyamət günü Kövsərin kənarında mənim yanıma gələn ilk şəxs, hamıdan əvvəl iman gətirən Әli olacaq” (İbni Әbdül-birr “İstiab” kitabında, İbni Әbil Hədid “Şərhu-nəhcil-bəlağə” kitabında, Hakim Nişapuri “əl-Müstədrək” kitabında nəql edirlər).

32. İkinci xəlifə, Ömər ibn Xəttab şəri məsələləri həll etmək üçün Həzrəti Əliyə (ə) müraciət edib deyərdi: “Ya Əli, sən daha savadlısan”. Hətta bir dəfə İmam Əli (ə) ibn Xəttabı pis vəziyyətdən çıxardı və Ömər ibn Xəttab belə dedi: “Əli olmasaydı Ömər həlak olardı” (Əl-cəm-bəynəs-səhihəyn).

33. Ömər ibn Xəttab dedi: “Əli olmayan zaman qarşılaşacağım çətinlikdən Allaha pənah aparıram” (“Əl-Füsusul-mühimmə”və “Kifayətul-Talib”).

34. Cabir bin Abdullahdan Əli (ə) haqqında soruşduqda o demişdir: “O, bəşərin (insanların) xeyirlisindən idi” (Əbdu-r-Rəzzaq. «əl-Müsənnəf», 12/82)

35. Əhməd bin Hənbəl demişdir: “Əlinin fəzilətləri ilə bağlı olan xüsusiyyətlər Peyğəmbərin (s.a.s.) başqa səhabələrinə verilməmişdir” («Müstədrək», 3/107).

36. İbni Әbil Hədid “Şərhu-nəhcil-bəlağə” kitabının 1-ci cildinin əvvəllərində yazır: “Həqiqətən o, Peyğəmbərdən (s) sonra bütün bəşəriyyətin əfzəl və üstünü idi”.

37. Kitabın ilk səhifəsində bu böyük əhli-sünnət alimi maraqlı bir xütbə ilə sözə başlamışdır: “Bağışlayan və mehriban Allahın adı ilə! Həmd olsun o Allaha ki, üstün olmayanı (ilk xəlifələri) üstün olandan (Әli) önə çəkdi”.

38. Həzrəti Peyğəmbər (səllallahu əleyhi və Alihi və səlləm) İmam Əliyə (əleyhissalam) xitab edərək buyurmuşdur: “Ey Əli, səni Allahdan və məndən başqa heç kim haqqıyla tanımamışdır” (“Biharul-ənvar”, 84).

Сообщение отредактировал Abu Sufyan ordusu: 05 апреля 2010 - 15:14

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#7 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 03 апреля 2010 - 16:40

1. Əl-Bəra belə rəvayət edir ki, mən Peyğəm¬bərin (s) Əlinin (ə) oğlu Həsəni (ə) çiyninə alıb: “Allahım, mən bunu sevirəm, bunu Sən də sev!” – buyurduğunu gördüm” (“əl-Buxari” “Kitabul-fadail-əshab” 24/89; “Müslim” “Fadail-səhabə”, 58-59 (2422); “ət-Tirmizi” -“Mənaqib”, 3784).

2. Ənəs bin Malik demişdir: “Heç kim Həsən bin Əli (ə) kimi Peyğəmbərə (s) çox oxşamırdı” (“əl-Buxari”, “Kitabul-fadail əshab”, 24/92).

3. Üsamə bin Zeyddən ® rəvayət olunur ki, “Peyğəm¬bər Üsaməni Həsənlə bərabər qucağına alıb: “Allahım, mən bunları sevirəm, Sən də bunları sev” , yaxud buna oxşar bir söz deyərdi” (“əl-Buxari”-“Kitabul-fadail əshab”, 24/87).

4. Uqbə bin əl-Haris belə demişdir: “Əbu Bəkr ikindi (əsr) namazını qıldı, sonra Əli (ə) ilə getdi. Yolda o, Həsəni (ə) uşaqlarla oynayan görüb onu çiyninə aldı və ona: “Peyğəmbərə (s) oxşayan, Əliyə oxşamayan, atam sənə fəda olsun” – dedi. Əli isə güldü” (“əl-Buxari”-“Kitabul-fadail əshab”, 24/90).

5. Ənəs rəvayət edir ki, Bir kimsə Rəsu¬lullahdan (s) Əhli-beytindən kimi daha çox sevdiyini soruşanda, o, “Həsən və Hüseyni” – deyərdi. Rəsulullah (s) Fatiməyə (ə): “Mənim oğullarımı çağır” – deyər, onları qucaqlayar və öpüb ətirlərini duyardı” (“ət-Tirmizi”- “Mənaqib”, 3774).

6. Əbu Musa Həsən əl-Bəsridən Əbu Bəkrin belə dediyini eşitdiyini rəvayət edilir: “Mən Peyğəmbərin (s) minbərdən bir dəfə insanlara, bir dəfə də yanındakı nəvəsi Həsənə ® baxaraq belə dediyini eşitdim: “Mənim bu oğlum seyyiddir. Allah onun əli ilə iki müsəlman kütləni barışdıracaq” (“əl-Buxari”/ “Kitabul-fadail əshab”, 24/86).


13. Həzrəti Peyğəmbər (s) Cabirə buyurdu: “Ey Cabir, onlar mənim (haqq) xəlifələrimdir, məndən sonra müsəlmanların imamlarıdır. Onların birincisi Əli ibni Əbi Talib, ikincisi Həsən, üçüncüsü Hüseyn, dördüncüsü Əli ibni Hüseyn, beşincisi Tövratda Baqir ləqəbi ilə tanınan Məhəmməd ibni Əlidir. Ey Cabir, sən onu görəcəksən, o zaman məndən ona salam yetirərsən. Altıncısı Sadiq-Cəfər ibni Məhəmməd, yeddincisi Musa ibni Cəfər, səkkizincisi Əli ibni Musa, doqquzuncusu Məhəmməd ibni Əli, onuncusu Əli ibni Məhəmməd, on birincisi Həsən ibni Əli, on ikincisi adı mənim adımla, künyəsi mənim künyəmlə eyni olan, Allahın yer üzündəki höccəti Həsən ibni Əlinin oğludur. O, həmin şəxsdir ki, Allah-taala onun əli ilə yer üzünün şərq-qərbini fəth edəcək; O, həmin şəxsdir ki, öz şiələrinin və dostlarının gözündən qeybə çəkiləcək, elə bir müddətə qeybə çəkiləcək ki, onun imamətinə inam (əqidə) barəsində yalnız Allahın qəlblərini iman (nuru) ilə imtahan etdiyi şəxslər sabit qalacaqdır” (“İlkmauliddin”, 1/253).

14. Maliki məzhəbinin banisi Malik ibni Ənəs İmam Sadiq əleyhissalamın fəzilətinə dair belə deyir: “Fəzilət, elm, ibadət və vərə`(təqvanın ən yüksək mərhələsi) baxımından Cəfər Sadiqdən daha üstün bir kəsi heç bir göz görməmiş, bir kəsin qulağı ondan üstün bir fəzilət eşitməmiş, heç bir bəşərin qəlbindən ondan fəzilətli adam keçməmişdir” (“Biharul-ənvar”, 47/128).

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#8 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 03 апреля 2010 - 22:35

Allahın Peyğəmbəri(s):«Həsən məndəndir və mən ondanam. Hər kim onu sevsə Allah onu sevər. Həsənlə Hüseyn mənim nəvələrimdirlər» (Biharul-Ənvar, c.43, səh.306, hədis 66)

İmam Səccad (ə): "Həsən ibn Əli ibn Əbu Talib (ə) öz zəmanəsinin ən abid, zahid və fəzilətli insanı olub. Həccə gedəndə piyada və bəzən ayaqyalın gedərdi. Nə vaxt ölümdən söhbət düşərdisə ağlayardı. Nə vaxt qəbrdən söz düşərdisə ağlayardı. Nə vaxt Qiyamətdən söz düşərdisə ağlayardı. Siratdan keçməkdən danışılanda ağlayardı. Allahın ədalət məhkəməsində cavab verməkdən söz düşəndə elə ah-nalə edərdi ki, özündən gedərdi. Namaza başlayanda bədəni Rəbbinin qarşısında titrəyərdi. Cənnət və Cəhənnəmdən söhbət düşəndə ilan çalmış adam kimi qıvrılardı, Allahdan Cənnəti istəyərək oddan Ona pənah aparardı" (Əmali-Səduq, səh.150, hədis 8).

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#9 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 05 апреля 2010 - 14:34

1. Yəla bin Murrəh Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Hüseyn məndəndir, mən də Hüseyndənəm. Allah Hüseyni sevəni sevər. Hüseyn “Əsbat”dan biridir” (“ət-Tirmizi”- “Mənaqib”, 3774). Hədisdəki “əsbat” sözü 3 məna verir: nəvə, qəbilə, ümmət.

2. İmam Cəfər ibn Məhəmməd (ə) buyurmuşdur: “Həzrəti Hüseynin qəbri ətrafında dörd min mələr (başqa rəvayətə görə isə 70 min) toza bulanmış halda qiyamətə qədər Hüseynə ağlayacaqlar” (“Zəhərül-Ükba”, səhifə 151).

3. Əbu Səid Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Həsən və Hüseyn Cənnət əhlinin iki gəncidir” (“ət-Tirmizi”/ “Mənaqib”, 3778).

4. Peyğəmbər (s) buyurmuşdur: “Hüseyn məndəndir. O, mənim oğlum və övladımdır, qardaşınadan sonra insanların ən üstünüdür. O, müsəlmanların imamı, möminlərin mövlası, aləmlərin Rəbbinin xəlifəsidir. Kömək istəyənlərin köməyinə qaçan, sığınacaq axtaranlara sığınacağı, Allahın yaratdıqlarına olan höccətidit. O, cənnət gəclərinin rəhbəri və ümmətin qapısıdır. Onun əmri mənim əmrimdir, ona itaət mənə itaədir. Ona tabe olan məndəndir, ona qarşı çıxan mən deyildir” (Səduq, səhifə 101).

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#10 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 05 апреля 2010 - 14:38

1. Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Xoş o adamın halına ki, mənim Əhli-beytimin qaimini görə, qiyam etməzdən qabaq ona iqtida edə, onun dostu ilə dost, düşməni ilə düşmən ola və ondan qabaqkı hidayətedici imamları da qəbul edə. Bunlar mənim dostlarım, mehr-məhəbbətimi qazananlar və ümmətim içərisində ən əzizlərimdir” (“Biharul-ənvar”, 52;129).

2. Cabir ibn Abdullah rəvayət edir ki, Həzrəti Peyğəmbərin (s) belə dediyini eşitdim: “Qiyamətə qədər ümmətimdən bir şəxs haqq naminə mübarizə aparacaq”. Sonra isə buyurdu: “İsa Məsih (ə) göydən enəcək və onların rəhbəri ona deyəcək: “Gəl bizə namaz qıldır”. O, isə deyəcək: “Xeyr, sizin bəziləriniz digərləriniz rəhbərləridir. Allahın bu ümmətə verdiyi bir üstünlükdür bu” (“Müslim”, cild 1, səhifə 95-Misir çapı).

3. Həzrəti Rəsuli-əkrəm (s) buyurmuşdur: “Xudavəndi-aləm mənim Əhli-beytimdən bir nəfəri məbus edəcək və o da yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduracaq” (“Əl-Müsənnəf”, 11/171).

4. Peyğəmbər (s) buyurmudur: “Mehdi mənim nəslimdən, Fatimənin övladlarındandır“ (“Sünəni- Əbu Davud”, 4/107).


5. Allahın elçisi (s) buyurmuşdur buyurmuşdur: “Əgər dünyanın sonuna bircə gün də qalsa, Allah-taala həmin gün mütləq bizim nəsildən bir nəfəri üzə çıxarar, o da dünyanı zülmlə dolduğu kimi haqq-ədalətlə doldurar” (“Əl-Müsnəd”, cild 1, səhifə 99).

6. İmam Əmirəl-möminin Əli (ə) buyurur: “Bizim qaimimiz qiyam edən zaman asiman öz yağışını tökəcək, yer öz bitkilərini göyərdəcək, bəndələrin ürəklərindən kinlər gedəcək, dörd ayaqlılar və yırtıcılar mehribanlaşacaq və bir-birindən hürkməyəcəklər” (“Biharul-ənvar”, 52/316).

7. İmam Baqir (ə) buyurur: “Bizim Qaimimiz qiyam etdiyi zaman, şərafətli əlini bəndələrin başı üzərinə qoyar, ağıllarını bir yerə toplayıb elmlərini təkmilləşdirər, Allah-taala onların görmə-eşitmə qabiliyyətini artırar və nəhayət onlarla Qaim (ə.c) arasında maneə olmaz. Həzrət Qaim (İmam Zaman) hər zaman onlarla danışmaq istəsə, hər yerdə olsalar eşidərlər və onlar haradan istəsələr Həzrətə baxar və Onu öz iqamətgahında görərlər” (“Yovmul-Xilas”, 269).

8. İmam Sadiq (ə) buyurur: “Qaim (ə.c)-ın zamanında mömin şəxs günçıxanda olsa, məğribdə olan mömin qardaşını və əgər məğribdə olsa, məşriqdəkiləri görər” (“Biharul-ənvar”, 52/391).

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#11 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 05 апреля 2010 - 15:12


Vusal, sənin Heysəmidən gətirdiyin hədisin oxşarların tapdım:

عن عائشة قالت: ما رأيت أفضل من فاطمة غير أبيها. قالت: وكان بينهما شيء؟ فقالت: يا رسول الله سلها فإنها لا تكذب.
رواه الطبراني في الأوسط وأبو يعلى إلا أنها قالت: ما رأيت أحدا قط أصدق من فاطمة. ورجالهما رجال الصحيح.


"Məcməuz-Zəvaid", Heysəmi, 9/136

Heysəmi bu hədisi Təbəraninin "Övsət"-indən gətirir və hədisin sənədində işkal yoxdur (bütün raviləri səhihdir).Ümümiyyətlə "Məcməuz-Zəvaid"-də Əhli-beytin (ə) fəzilətinə dair çoxlu səhih hədis mövcuddur.


Diqqət ediləsi məsələlərdən biri budur ki, Heysəminin "Hər ikisinin ricalları "Səhih"in ricallarıdır" söyləməsi sənədin səhih olmasına dəlalət etmir.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#12 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 16 апреля 2010 - 12:31

İmam Sadiq (ə) buyurur: “Onda Rükn ilə Məqam arasında dayanar və ucadan səslənər: Ey köməklərim və yaxın adamlarım! Ey o kəslər ki, Allah sizi zühurumdan qabaq mənim üçün köməkçi hazırlayıb, mənə tərəf tələsin. Dünyanın şərqində, qərbində, mehrabda və ya yataqda olanlar İmamın səsini eşidərlər. Həmin çağırış onların hamısının qulağına çatar və hamısı Həzrətə sarı tələsərlər. Bir göz qırpımında hamısı onun yanına toplaşarlar. Bu hadisə gün çıxandan bir az əvvəl baş verəcəkdir” (“Biharul-ənvar”, 53/7).


İmam Sadiq (ə) Müfəzzələ Mehdi (ə.c) həzrətləri və onun zühuru barədə bir şey danışıb buyurdu: “Ey Müfəzzəl, İmam Mehdi (ə.c.) həzrətlərinə aid olan xəbərləri şiələrimizə çatdır ki, dinlərində şəkk-şübhə etməsinlər” (“Biharul-ənvar”, 53/6).


İmam Mehdi (ə.c.) buyurur: “Amma qarşıya çıxacaq yeni hadisələrdə bizim hədislərimizi rəvayət edənlərə müraciət edin, çünki onlar sizin üçün mənim höccətlərimdir və mən də onlar üçün Allahın höccətiyəm” (“Kəmalüddin”,484).


İmam Mehdi (ə.c.) Şeyx Müfidə yazdı: “Biz sizin vəziyyət və xəbərlərinizdən tamamilə agahıq və heç bir şey bizə gizli deyildir” (“Biharul-ənvar”, /53/175).

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#13 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 10 мая 2010 - 14:52

Merac Hədisi:

İbni Ömər rəvayət edir:

Rəsulullahdan (s.ə.v.v) soruşdular: "Merac gecəsində Allah (c.c) səninlə kimin dili ilə danışdı?" Rəsulullah (s) buyurdu ki: "Allah, Əli ibn Əbi Talibin dili ilə mənimlə danışdı. Ondan soruşdum ki: "Ey Rəbb, sənmi mənimlə danışırsan yoxsa Əlimi?"
Allah (cc) buyurdu ki: "Ey Əhməd, mən əşyalar kimi bir şey deyiləm, insanlar ilə müqayisə edilə bilmərəm və əşyalar ilə vəsf edilmərəm. Səni nurumdan yaratdım və sənin nurundan Əlini yaratdım. Ürəyinin içinə baxdım, ürəyində Əli ibn Əbi Talibdən daha sevimli olanı görmədim və beləcə ürəyin rahat olsun deyə onun dili ilə səninlə danışdım."


Mənbələr:
1) Mənakib Xarəzmi əl-Hənəfi s. 37
2) Xətib Xarəzmi əl-Hənəfinin "Maktəlil Hüseyn" c. 1, s. 42
3) Süleyman əl-Kunduzinin "Yənabiül Məvəddə" s. 83
4) Yunus Ramadanın "Buğyətüt Talib" s. 451 Beyrut nəşri.
5) Enis Əmrin "Fəzilətül Əhli Beyti Rəsulullah" s. 463

Сообщение отредактировал Şair: 10 мая 2010 - 14:54


#14 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 10 мая 2010 - 16:35

Bürəydə rəvayət edir ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allah mənə 4 nəfəri sevməyi əmr etdi. Özünün də onları sevdiyini mənə bəyan etdi”. Bundan sonra, “Ey Allahın elçisi, bizə onların adlarını bildir” deyildi. Peyğəmbər (s) buyurdu: “Onlardan biri Əlidir”. O, bunu 3 dəfə təkrarladı. Sonra isə “Digərləri isə Əbuzər, Miqdad və Salman” dedi (“Sünəni Tirmizi”, 3718; “Sünəni ibn Macə”, müqəddimə 27).
  • Şair это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#15 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 10 мая 2010 - 16:40

al-Islam +1.

Bürəydə rəvayət edir ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allah mənə 4 nəfəri sevməyi əmr etdi. Özünün də onları sevdiyini mənə bəyan etdi”. Bundan sonra, “Ey Allahın elçisi, bizə onların adlarını bildir” deyildi. Peyğəmbər (s) buyurdu: “Onlardan biri Əlidir”. O, bunu 3 dəfə təkrarladı. Sonra isə “Digərləri isə Əbuzər, Miqdad və Salman” dedi (“Sünəni Tirmizi”, 3718; “Sünəni ibn Macə”, müqəddimə 27).

Tirmizî: Bu hadis hasendir.
"Sünəni Tirmizi", "Mənakib" 21-ci hissə

#16 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 16 мая 2010 - 17:05

Rasulullah(s.ə.s) buyurmuşdur:

”Nəfsim əlində olan Allaha and olsun Əhli-Beytimə nifrət edəni Allah Cəhənnəmdə yandıracaq."


(ibn Hibban, Səhih, 15/435)
Başqa hədisdə isə :

”Əhli-Beytimə söyən Allahdan və İslamdan dönmüşdür.Allahın lənəti olsun itrətim barədə mənə əziyyət edənə.”


(ibn Hacər,əs-Səvaiqul-Muhriqə).


#17 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 16 мая 2010 - 22:27

Peyğəmbər (s) Əli ibn Əbu Talibə (ə): «Ya Əli siz (Əhli beyt) Allah evi (Kəbə) kimisiniz. Hər kəs ora daxil olsa, amandadır. Deməli, hər kəs sizi sevib tərəfdarınız olsa, cəhənnəm odunun əzabından amanda qalar. Amma kimsə sizə düşmən kəsilərsə,cəhənnəm oduna atılar. Ya Əli, imkanı çatan hər kəs Allah evinin həccini yerinə yetirsin. Hər kəsin üzrü varsa, o, üzrlü hesab olunur. Kimin yol azuqəsi azdırsa, onun üzrü yol azuqəsinin azlığıdır. Kimə xəstdirsə, xəstəliyi onun üzrüdür. Amma Allah-təala Əhli-beytin dostluğu və tərəfdarlığı məsələsində nə varlının üzrünü qəbul edəcək, nə kasıbın. Nə xəstənin, nə sağlamın, nə korun, nə də görənin.»

Ayətullah Məhəmmədi Reyşəhri,"Əhli-Beyt (ə) Quranda və hədisdə", səh.106-107, hədis 126


ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#18 for_ISLAM

for_ISLAM

    Raqib – Seargeant

  • Murid
  • 174 сообщений

Отправлено 12 марта 2011 - 15:19

Merac Hədisi:

İbni Ömər rəvayət edir:

Rəsulullahdan (s.ə.v.v) soruşdular: "Merac gecəsində Allah (c.c) səninlə kimin dili ilə danışdı?" Rəsulullah (s) buyurdu ki: "Allah, Əli ibn Əbi Talibin dili ilə mənimlə danışdı. Ondan soruşdum ki: "Ey Rəbb, sənmi mənimlə danışırsan yoxsa Əlimi?"
Allah (cc) buyurdu ki: "Ey Əhməd, mən əşyalar kimi bir şey deyiləm, insanlar ilə müqayisə edilə bilmərəm və əşyalar ilə vəsf edilmərəm. Səni nurumdan yaratdım və sənin nurundan Əlini yaratdım. Ürəyinin içinə baxdım, ürəyində Əli ibn Əbi Talibdən daha sevimli olanı görmədim və beləcə ürəyin rahat olsun deyə onun dili ilə səninlə danışdım."


Mənbələr:
1) Mənakib Xarəzmi əl-Hənəfi s. 37
2) Xətib Xarəzmi əl-Hənəfinin "Maktəlil Hüseyn" c. 1, s. 42
3) Süleyman əl-Kunduzinin "Yənabiül Məvəddə" s. 83
4) Yunus Ramadanın "Buğyətüt Talib" s. 451 Beyrut nəşri.
5) Enis Əmrin "Fəzilətül Əhli Beyti Rəsulullah" s. 463

BELE GULMELİ HEDİSLERİ HARDAN CİXARİRSİZ.. HEE BİRDEKİ ONU NİYE YAZMADİNİZ..MERACDA HAMİ HZ.EBUBEKRİ YALANLARKEN RESULLAH DEDİSE DOGRUDUR DEDİ.. SİZ SADECE BU HEDİSLER USAQ BASİ ALLADİRSİZ EN COXDA OZUVUZU..


Baş hərflərlə yazdığınıza görə reytinqinizi 10% artırıram.

#19 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 13 марта 2011 - 03:21

Merac Hədisi:

İbni Ömər rəvayət edir:

Rəsulullahdan (s.ə.v.v) soruşdular: "Merac gecəsində Allah (c.c) səninlə kimin dili ilə danışdı?" Rəsulullah (s) buyurdu ki: "Allah, Əli ibn Əbi Talibin dili ilə mənimlə danışdı. Ondan soruşdum ki: "Ey Rəbb, sənmi mənimlə danışırsan yoxsa Əlimi?"
Allah (cc) buyurdu ki: "Ey Əhməd, mən əşyalar kimi bir şey deyiləm, insanlar ilə müqayisə edilə bilmərəm və əşyalar ilə vəsf edilmərəm. Səni nurumdan yaratdım və sənin nurundan Əlini yaratdım. Ürəyinin içinə baxdım, ürəyində Əli ibn Əbi Talibdən daha sevimli olanı görmədim və beləcə ürəyin rahat olsun deyə onun dili ilə səninlə danışdım."


Mənbələr:
1) Mənakib Xarəzmi əl-Hənəfi s. 37
2) Xətib Xarəzmi əl-Hənəfinin "Maktəlil Hüseyn" c. 1, s. 42
3) Süleyman əl-Kunduzinin "Yənabiül Məvəddə" s. 83
4) Yunus Ramadanın "Buğyətüt Talib" s. 451 Beyrut nəşri.
5) Enis Əmrin "Fəzilətül Əhli Beyti Rəsulullah" s. 463

BELE GULMELİ HEDİSLERİ HARDAN CİXARİRSİZ.. HEE BİRDEKİ ONU NİYE YAZMADİNİZ..MERACDA HAMİ HZ.EBUBEKRİ YALANLARKEN RESULLAH DEDİSE DOGRUDUR DEDİ.. SİZ SADECE BU HEDİSLER USAQ BASİ ALLADİRSİZ EN COXDA OZUVUZU..


Baş hərflərlə yazdığınıza görə reytinqinizi 10% artırıram.

Bismillah,mən başa düşə bilmirəm,məgər hədisdə nə var ki,sizi qıcıqlandırır.Əli(ə) haqda fəzilət sizə bu qədər mənfi təsir edir?? Qaldı ki,Əbu bəkrə,onun haqqında olanı yaz,sonra qardaşlar batilliyini isbat edərlər(mənbə+link).Biz heç kimi allatmırıq,amma Əbu Hüreyrə(lə) nağılları ilə çooox adamın başını alladıb

#20 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 19 августа 2011 - 20:58

BELE GULMELİ HEDİSLERİ HARDAN CİXARİRSİZ.. HEE BİRDEKİ ONU NİYE YAZMADİNİZ..MERACDA HAMİ HZ.EBUBEKRİ YALANLARKEN RESULLAH DEDİSE DOGRUDUR DEDİ.. SİZ SADECE BU HEDİSLER USAQ BASİ ALLADİRSİZ EN COXDA OZUVUZU..


Baş hərflərlə yazdığınıza görə reytinqinizi 10% artırıram.

İndi Ömərin oğlu gülməli hədis nəql edirsə, sünnü alimləri də yazırsa, bizim nə günahımız ? :gizildish:


#21 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 20 августа 2011 - 16:44

أحمد بن حنبل - فضائل الصحابة - من فضائل علي (ع)



1109 - وفيما كتب إلينا أيضا ، يذكر أن يوسف بن نفيس حدثهم قثنا عبد الملك بن هارون بن عنترة ، عن أبيه ، عن جده ، عن علي قال : قال رسول الله (ص) : النجوم أمان لأهل السماء ، إذا ذهبت النجوم ذهب أهل السماء ، وأهل بيتي أمان لأهل الأرض ، فإذا ذهب أهل بيتي ذهب أهل الأرض .


"Ulduzlar səma əhli üçün amandır.Əgər ulduzlar yox olsa, səma əhli də yox olar.
Əhli-beytim də yer əhli üçün amandır"


Əhməd ibn Hənbəl."Fədailus-Sahabə" - "Əlinin (ə) fəzilətlərindən".1109-cu hədis.


"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#22 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 20 августа 2011 - 16:52

السيوطي - الجامع الصغير - الجزء : ( 2 ) - رقم الصفحة : ( 680 )



9313 - النجوم أمان لأهل السماء ، وأهل بيتي أمان لأمتي .


"Ulduzlar səma əhli üçün amandır.Əhli beytim də ümmətim üçün amandır"


Siyuti."Camius-sağir".İkinci cild,səhifə 680,9313-cü hədis.


Qeyd edim ki, Hakim Nişapuri də bu məzmunda hədislərin səhih olduğunu təsdiq edir. :rolleyes:
Ehtiyac olsa bu hədisin gəlidiyi digər sünni mənbələrini də qeyd etmək olar.


"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#23 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 20 августа 2011 - 17:10

المتقي الهندي - كنز العمال - فضائل علي ( ر ) - الجزء : ( 11 ) - رقم الصفحة : ( 604 )



32917 - علي بن أبي طالب يزهر في الجنة ككوكب الصبح لأهل الدنيا‏‏ .


"Əli bin Əbi talib (ə) cənnətdə dünya əhli üçün dan uluduzu kimi parıldayacaq"

Muttəqi Hindi."KƏnzul-Ummal", 11-ci cild, "Əlinin fəzilətlər" babı.604-cü səhifə,32917-ci hədis.


"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#24 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 20 августа 2011 - 19:37

Merac Hədisi:

İbni Ömər rəvayət edir:

Rəsulullahdan (s.ə.v.v) soruşdular: "Merac gecəsində Allah (c.c) səninlə kimin dili ilə danışdı?" Rəsulullah (s) buyurdu ki: "Allah, Əli ibn Əbi Talibin dili ilə mənimlə danışdı. Ondan soruşdum ki: "Ey Rəbb, sənmi mənimlə danışırsan yoxsa Əlimi?"
Allah (cc) buyurdu ki: "Ey Əhməd, mən əşyalar kimi bir şey deyiləm, insanlar ilə müqayisə edilə bilmərəm və əşyalar ilə vəsf edilmərəm. Səni nurumdan yaratdım və sənin nurundan Əlini yaratdım. Ürəyinin içinə baxdım, ürəyində Əli ibn Əbi Talibdən daha sevimli olanı görmədim və beləcə ürəyin rahat olsun deyə onun dili ilə səninlə danışdım."


Mənbələr:
1) Mənakib Xarəzmi əl-Hənəfi s. 37
2) Xətib Xarəzmi əl-Hənəfinin "Maktəlil Hüseyn" c. 1, s. 42
3) Süleyman əl-Kunduzinin "Yənabiül Məvəddə" s. 83
4) Yunus Ramadanın "Buğyətüt Talib" s. 451 Beyrut nəşri.
5) Enis Əmrin "Fəzilətül Əhli Beyti Rəsulullah" s. 463

Bİsmillah,3 nömrəni boyunlarına qoymaq olmur.Deyirlər,axırda şiə olub və ya şiə idi təqiyyə edirdi.4məhzəbə höccət deyil(
Bəs,"Kənzul-Ummal" və "Hakimin Müstədr."(tam adını yaza bilmədim) etibarlıdır,sünnülərdə?

#25 bakigeceleri

bakigeceleri

    Arif – Corporal

  • Murid
  • 88 сообщений

Отправлено 23 марта 2012 - 22:55






Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru