Перейти к содержимому


Фотография

Əlinin qapısı niyə açıq qaldı?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 5

#1 axi77

axi77

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 17 сообщений

Отправлено 01 июня 2010 - 10:46

Həmd olsun Allaha , Muhəmmədə və onun əhli-beytinə və əshabına Allahın Salavatı və Salamı olsun!


أخبرنا أبو بكر أحمد بن جعفر البزاز ببغداد ثنا عبد الله بن أحمد بن حنبل حدثني أبي ثنا محمد بن جعفر ثنا عوف عن ميمون أبي عبد الله عن زيد بن أرقم قال كانت لنفر من أصحاب رسول الله أبواب شارعة في المسجد فقال يوما سدوا هذه الأبواب إلا باب علي قال فتكلم في ذلك ناس فقام رسول الله فحمد الله وأثنى عليه ثم قال أما بعد فإني أمرت بسد هذه الأبواب غير باب علي

"Bağdadda Əbu Bəkr Əhməd ibn Cəfər əl-Bəzzaz bizə xəbər verdi: bizə Abdullah ibn Əhməd ibn Hənbəl rəvayət etdi: bizə atam rəvayət etdi: bizə Muhamməd ibn Cəfər rəvayət etdi: bizə Auf, Meymun Əbu Abdullahdan, o da Zeyd ibn Arqamdan rəvayət etdi: Rasulullahın, salləllahu aleyhi va səlləm, əshabında bəziləri üçün məsciddə küçəyə açılan qapılar var idi və bir gün (peyğəmbər) Əlinin qapısından başqa bütün bu qapıları bağlamağı buyurdu. (ravi) dedi: İnsanlar bu barədə söz söhbət yaratdılar və peyğəmbər, salləllahu aleyhi va səlləm, ayağa duraraq Allaha həmdü-səna etdi və sonra dedi: "Əmmə badu. Mən Əlinin qapısından başqa bütün qapıların bağlamaqla əmr olundum."


Hədisi İmam Nəsai "əl-Xasais" əsərində (13), Tirmizi (13/173), Beyhəqi (7/65) rəvayət ediblər və eləcədə Əl-Hakim "Müstədrək" əsərində (3/125) zikr edərək dedi: "Bu hədisin isnadı səhihdir" və İmam Zəhəbi təlxisində deyir: "Bunu Auf ibn Meymun ibn Abdullah rəvayət etmişdir", çox ehtimal ki, "Auf Meymun ibn Abdullahdan rəvayət etmişdir" demək istəmişdir. Çünki burda Meymun zəifdir və bununla hədisin zəif olduğun işarə edir. Çünki İmam Zəhəbi "Mizən əl-İtidəl" əsərində (4/235) onu zikr edir və bu hədisin onun münkərlərindən olduğunu qeyd edir. Hədisə eləcədə Əl-Heysəmi "Mucmə əz-Zəvaid" əsərində (9/114) zəif hökmü vermişdir. bax: İmam Əhmədin "Müsnəd" əsərinin (32/41) təhqiqinə!

Əbu Səid əl-Xudru (Allah ondan razı olsun!) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanlara xütbə verərkən dedi: "Allah bir bəndəyə ya dünyanı ya da Onun nəzdində olanı seçməkdə ixtiyar etmişdir. O bəndə Allahın nəzdində olanları ixtiyar etdi". Bu zaman Əbu Bəkr ağlamağa başladı. Biz isə onun ağlamasından təəcübləndik. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir bəndənin ixtiyar etməsindən danışır. Və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ixtiyar edən idi, Əbu Bəkr isə bizim elmlimiz idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Mənim dostluğunda və malında ən arxayın olduğum adam Əbu Bəkrdir. Əgər mən özümə Allahdan başqasını xəlil seçəsi olsaydım Əbu Bəkri seçərdim. Lakin bu sadəcə İslam qardaşlığı və nəvazişidir. Məsciddə olan bütün qapılar bağlansın yalnız Əbu Bəkrin qapısı açıq qalsın"
(Buxari: Kitab Fədailus Səhabə, Bab: Qavlun Nəbiyy Səddu əl-Əbvab, № 3654)


Hər şeydən əvvəl hədis haqqında alimlərin hökmünü ələ alaq və insaf ilə hədisin səhihlik dərəcəsinə işarə edək.

İbnul-Cəvzi, İbn Teymiyyə, əl-Hafiz əl-İraqi, əl-Hafiz əz-Zəhəbi - rahiməhumallah - və digər bir çox hafiz mühəddis alimlər bu hədisi uydurma hədislər arasına daxil etmişlər. Onlar bu görüşlərində ona əsaslanıblar ki, hədislərin rəvayət yolları zəifdir və hədis digər səhih hədislərə ziddir. Yəni "əs-Səhih"də rəvayət olunan Əbu Bəkr haqqında gəlmiş hədisə ziddir.
Lakin əl-Hakim "əl-Müstədrək"də, Ziya əd-Din əl-Maqdisi "əl-Muxtara" əsərində bu hədisi rəvayət etmişdir, bu isə onların hədisi səhih gördüklərinə işarə edir. Məlumdur ki, hədisi İmam Əhməd "əl-Müsnəd" əsərində rəvayət etmişdir. Alimlər əl-Müsnəd əsərində uydurma hədislərin olub olmamasında fərqli görüşdədirlər, bəziləri uydurma hədislərin olmadığını demişdir. Şeyxul-İslam İbn Teymiyyə, İbn Kəsir, Hafiz əl-İraqi, İbnul-Cəvzi kimi hədis mütəxəssisləri "əl-Müsnəd" əsərində uydurma hədislərin olduğunu təsdiq edirlər. Əbul-Alə əl-Həmədəni, əs-Suyuti və digər hafiz alimlər isə orada uydurma hədisin olmadığı görüşündədirlər. İbnul-Cəvzi uydurma hədisləri topladığı "əl-Məvduat" adlı kitabında İmam Əhmədin "əl-Müsnəd" əsərindən otuza yaxın hədisi də o kitabına daxil etmişdir. Lakin əl-Hafiz İbn Hacər - rahiməhullah - "əl-Qaul əl-Musəddəd fiz-Zəbbi anil-Musnədi lil-İməmi Əhməd" adlı kitab yazaraq İbnul-Cəvzinin ora saldığı bir çox rəvayətə cavab vermişdir və məlumdur ki, İbnul-Cəvzi hədislərə uydurma hökmü verməkdə çox gevşək davranır, hətta kitabında "əs-Səhih"də rəvayət olunmuş bir hədisi belə daxil etmişdir. əl-Hafiz İbn Hacər adı gedən kitabında məhz bu hədis barədə də geniş danışmış və hədislərin səhih olduğunu qeyd etmişdir. İbn Hacərə görə Əbu Bəkr və Əli haqqında gəlmiş eyni məzmunlu hədislər arasında ziddiyət yoxdur, əksinə onların arasını cəm etmək olar. Eynilə Əbu Bəkr əl-Kələbəzi "Məani əl-Əxbar" kitabında və İmam ət-Tahavi "Muşkil əl-Əsər" kitabında iki rəvayətin arasını cəm etmişdir; bunu əl-Hafiz İbn Hacər "əl-Qaul əl-Musəddəd" kitabında zikr etmişdir. Eləcədə İmam əl-Qurtubi də bu şəkildə rəvayətləri cəm etmişdir. (bax: "Təfsir əl-Qurtubi", 5/199)
əl-Hafiz İbn Kəsir - rahiməhullah - təfsirində sözü gedən hədisdə xəta olduğunu qeyd etmişdir. Yəni, İbn Kəsirə görə qapıları bağlamaq hədisi Əbu Bəkr haqqındadır. (bax: "Təfsir İbn Kəsir", 1/665)
əl-Hafiz əl-Bəzzar müsnədində qeyd edir ki, "Əlinin qapısından başqa məscidin bütün qapılarını bağlayın" hədisini Kufəlilər, "Əbu-Bəkrin qapısından başqa məscidin bütün qapılarını bağlayın" hədisini isə mədinə əhli rəvayət etmişdir. (bax: "əl-Qaul əl-Musəddəd fiz-Zəbbi anil-Musnədi lil-İməmi Əhməd", səh: 16, Məktəbə İbn Teymiyyə, birinci çap, hicri1401, Qahirə)
əl-Bəzzar'ın sözündən anlaşılır ki, kufə əhli şiələr olduğu üçün Əbu Bəkrin yerinə Həzrəti Əlini gətiriblər. Bu, eynilə İbnul-Cəvzi, İbn Teymiyyə və digərlərinin də söylədiyi görüşdür.
"əl-Müsnəd" kitabının təhqiqində Şeyx əl-Mühəddis Şueyb əl-Arnavut əl-Hənəfi bütün rəvayət yollarını bir-bir ələ almış və rəvayətin sənədlərinin zəif olduğunu və mətninin isə münkər olduğunu demişdir. Sonunda qeyd edir ki, "əl-Hafiz İbn Hacər - rahiməhullah - bunun kimi sənədlərlə rəvayət olunmuş bu hədisi güclü çıxarmaq üçün ortaya bir şey qoymamışdır və iki hafiz alim İbnul-Cəvzi və əl-İraqi'ni bu hədisi uydurma hədislər sırasına daxil etdiklərinə görə tənqid etməsində doğru davranmamışdır." (bax: "Müsnəd əl-İmam Əhməd", 32/43, Müəssəsə ər-Risalə, hicri 1420 - miladi 1999)

Hədisin səhih olub olmamasından asılı olmayaraq burada böyük bir problem yoxdur. Əgər bu hədis ilə Əli haqqında fəzilət sabit olursa, o zaman bundan da səhih hədislərdə eyni fəzilət Əbu Bəkr haqqında sabit olmuşdur. Əbu Bəkr haqqında sabit olan hədisdə isə peyğəmbərimiz - salləllahu aleyhi va səlləm - ölüm xəstəliyində olarkən məsciddəki evlərə açılan pəncərələri bağlatmağı, yalnızca Əbu Bəkrin pəncərəsini açıq saxlamağı əmr etmişdir. Ona görə də İbn Kəsir və bir çox alimlər bunu Əbu Bəkrin xəlifəliyi üçün dəlil gətirirlər. Doğrusunu Allah bilir!

Nəticə: Qeyd olunmuş hər iki hədisin sənədində Maymun Əbu Abdullah var.
Yahya al-Qattan ondan rəvayət etməzdi. İmam Əhməd deyib ki onun hədislərində münkər var. İbn Muin deyib ki bir şey deyil.
Bax "Mizanul itidal" 4/235/n8971.

#2 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 01 июня 2010 - 11:46

Həmd olsun Allaha , Muhəmmədə və onun əhli-beytinə və əshabına Allahın Salavatı və Salamı olsun!


أخبرنا أبو بكر أحمد بن جعفر البزاز ببغداد ثنا عبد الله بن أحمد بن حنبل حدثني أبي ثنا محمد بن جعفر ثنا عوف عن ميمون أبي عبد الله عن زيد بن أرقم قال كانت لنفر من أصحاب رسول الله أبواب شارعة في المسجد فقال يوما سدوا هذه الأبواب إلا باب علي قال فتكلم في ذلك ناس فقام رسول الله فحمد الله وأثنى عليه ثم قال أما بعد فإني أمرت بسد هذه الأبواب غير باب علي

"Bağdadda Əbu Bəkr Əhməd ibn Cəfər əl-Bəzzaz bizə xəbər verdi: bizə Abdullah ibn Əhməd ibn Hənbəl rəvayət etdi: bizə atam rəvayət etdi: bizə Muhamməd ibn Cəfər rəvayət etdi: bizə Auf, Meymun Əbu Abdullahdan, o da Zeyd ibn Arqamdan rəvayət etdi: Rasulullahın, salləllahu aleyhi va səlləm, əshabında bəziləri üçün məsciddə küçəyə açılan qapılar var idi və bir gün (peyğəmbər) Əlinin qapısından başqa bütün bu qapıları bağlamağı buyurdu. (ravi) dedi: İnsanlar bu barədə söz söhbət yaratdılar və peyğəmbər, salləllahu aleyhi va səlləm, ayağa duraraq Allaha həmdü-səna etdi və sonra dedi: "Əmmə badu. Mən Əlinin qapısından başqa bütün qapıların bağlamaqla əmr olundum."


Hədisi İmam Nəsai "əl-Xasais" əsərində (13), Tirmizi (13/173), Beyhəqi (7/65) rəvayət ediblər və eləcədə Əl-Hakim "Müstədrək" əsərində (3/125) zikr edərək dedi: "Bu hədisin isnadı səhihdir" və İmam Zəhəbi təlxisində deyir: "Bunu Auf ibn Meymun ibn Abdullah rəvayət etmişdir", çox ehtimal ki, "Auf Meymun ibn Abdullahdan rəvayət etmişdir" demək istəmişdir. Çünki burda Meymun zəifdir və bununla hədisin zəif olduğun işarə edir. Çünki İmam Zəhəbi "Mizən əl-İtidəl" əsərində (4/235) onu zikr edir və bu hədisin onun münkərlərindən olduğunu qeyd edir. Hədisə eləcədə Əl-Heysəmi "Mucmə əz-Zəvaid" əsərində (9/114) zəif hökmü vermişdir. bax: İmam Əhmədin "Müsnəd" əsərinin (32/41) təhqiqinə!

Əvvəla bu (Əlinin qapısının açıq olması) hədisi nəql edən Nəsai və Hakim onu səhih adlandırıb. İbn teymiyyə və onun şagirdi olan Zəhəbi isə aydındır niyə bu və buna bənzər əhlibeytin fəzilətləri haqda olan hədisləri zəif adlandırıblar. Onların gözünü nasibilik tutub və ona görə də həqiqiəti görə bilməyiblər.

Əbu Səid əl-Xudru (Allah ondan razı olsun!) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanlara xütbə verərkən dedi: "Allah bir bəndəyə ya dünyanı ya da Onun nəzdində olanı seçməkdə ixtiyar etmişdir. O bəndə Allahın nəzdində olanları ixtiyar etdi". Bu zaman Əbu Bəkr ağlamağa başladı. Biz isə onun ağlamasından təəcübləndik. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir bəndənin ixtiyar etməsindən danışır. Və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ixtiyar edən idi, Əbu Bəkr isə bizim elmlimiz idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Mənim dostluğunda və malında ən arxayın olduğum adam Əbu Bəkrdir. Əgər mən özümə Allahdan başqasını xəlil seçəsi olsaydım Əbu Bəkri seçərdim. Lakin bu sadəcə İslam qardaşlığı və nəvazişidir. Məsciddə olan bütün qapılar bağlansın yalnız Əbu Bəkrin qapısı açıq qalsın"
(Buxari: Kitab Fədailus Səhabə, Bab: Qavlun Nəbiyy Səddu əl-Əbvab, № 3654)

Bu hədisi Buxari qeyd etsədə o heç cürə səhih ola bilməz, çünki tarix göstərir ki, Peyğəmbər 2 dəfə qardaşlıq edib, Məkkədə və Mədinədə və 2 dəfə də Əbu Bəkri yox, Əlini özünə qardaş seçib. Əlini seçib Əbu Bəkri necə qardaş adlandıra bilər?
Həmçinin, Əbu Bəkrin qapısı necə məscidə açıla bilər, əgər o nəinki məscidin içində, heç onun yaxınlığınd da yaşamırdı. Bunu da elə Buxari deyir:

1252 ـ حَدَّثَنَا بِشْرُ بْنُ مُحَمَّدٍ، أَخْبَرَنَا عَبْدُ اللَّهِ، قَالَ أَخْبَرَنِي مَعْمَرٌ، وَيُونُسُ، عَنِ الزُّهْرِيِّ، قَالَ أَخْبَرَنِي أَبُو سَلَمَةَ، أَنَّ عَائِشَةَ ـ رضى الله عنها ـ زَوْجَ النَّبِيِّ صلى الله عليه وسلم أَخْبَرَتْهُ قَالَتْ أَقْبَلَ أَبُو بَكْرٍ ـ رضى الله عنه ـ عَلَى فَرَسِهِ مِنْ مَسْكَنِهِ بِالسُّنْحِ حَتَّى نَزَلَ، فَدَخَلَ الْمَسْجِدَ، فَلَمْ يُكَلِّمِ النَّاسَ، حَتَّى نَزَلَ فَدَخَلَ عَلَى عَائِشَةَ ـ رضى الله عنها ـ فَتَيَمَّمَ النَّبِيَّ صلى الله عليه وسلم وَهُوَ مُسَجًّى بِبُرْدِ حِبَرَةٍ، فَكَشَفَ عَنْ وَجْهِهِ، ثُمَّ أَكَبَّ عَلَيْهِ فَقَبَّلَهُ ثُمَّ بَكَى فَقَالَ بِأَبِي أَنْتَ يَا نَبِيَّ اللَّهِ، لاَ يَجْمَعُ اللَّهُ عَلَيْكَ مَوْتَتَيْنِ، أَمَّا الْمَوْتَةُ الَّتِي كُتِبَتْ عَلَيْكَ فَقَدْ مُتَّهَا
http://al-eman.com//...ID=13&CID=47#s4


Peyğəmbərin vəfatı zamanı Əbu Bəkr atına minib yaşadığı “Sonh” adlı yerdən Mədinəyə gəldi və Həzrətin cənazəsi kənarında əyləşərək belə dedi: “Atam-anam sənə fəda, Allah sənə iki ölüm yazmamışdır. Sənə yazdığı bir ölüm idi. Onu da artıq ötürdün".
Səhih Buxari", “Kitabuc-cənayiz, babud-dxul ələl-məyyit bədəl məvt”.


Axırda da qeyd edirsiz ki, bu hədislərin ikisi də uydurmadır! Deməli qəbul edirsiz ki, Buxarinin Səhihində uydurma hədislər var? Onda niyə o kitabın adı Səhih adlanır?
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#3 Fajr

Fajr

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 06 сентября 2010 - 01:17

Al-Fath, bu hədisin həsən və səhih sənədləri vardır ki, Hz. Əlinin (ə) fəzilətlərindən hesab olunur, çünki məhz onun qapısı mesçidə açılırdı. Bunu hansısa uydurma hədislərə əsaslanaraq digərlərinə şamil etmək cəhdi, sadəcə Hz. Əlinin (ə) bu açığ-aydın fəzilətini kölgəyə almaq cəhdindən irəli gəlir ki, Müaviyyənin dövründə onun əmriylə bu cür irgənc əməllər (hədis uydurmaq) geniş fürsət almışdı. Nəsai "Xəsais"-ində bu cür hədisləri nəql edib və mühəddislər bu hədislərə həsən, səhih kimi rəylər veriblər. Bu ərəbcə "Xəsais"-dən (səh. 50-51) "scan"-lardı:

xasais_p50-51.jpg

Digər mövzuda qeyd etdiyim kimi, "Xəsais" bizim dilə də tərcümə olunub. Tərcümədən (s.22, hədislər №41-42) qeydlər:

hz-ali_p22.jpg


41 - Əbu Bələc, o da Amr b. Meymundan, o da İbn Abbasdan - radıyallahu anhum – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm –, Əli - radıyallahu anhu – nun qapısından başqa, məsçidin bütün qapılarının bağlanmasını əmr etdi».


Bu hədisdən sonra mütərcim qeyd edir:

Muhamməd b. Vəhb b. Əbi Kərimə səbəbilə isnadı həsəndir. Tirmizi 3732, əl-Albani səhih.


42 - Yəhyadan, o da Amr b. Meymundan, İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – nun qapısından başqa məsçiddəki bütün qapılar bağlanıldı; cunub ikən məsçidə girərdi, çünki yolu oradan idi, ondan başqa (məsçidə girəcək) yolu yox idi».

Mütərcim:

əl-Albani: Bu hədisin isnadı həsəndir.


Maalim.Net - Особенности школы Ахл аль-Бейт (а) и ответы на критику

Передал Хаким в "Мустадрак" (10/382):

... فأقبل رسول الله (ص) والغضب يُعرف في وجهه فقال: "ما تريدون من علي، إنَّ علياً مني وأنا منه وهو وليُّ كلِّ مؤمن بعدي". هذا حديث صحيح على شرط مسلم

Посланник Аллаха (с) сказал: «Что вы хотите от Али (а)? Али (а) от меня и я (с) от него. И он повелитель всех мусульман после меня!»

Хаким ан-Нишабури: "Хадис достоверен по условиям Муслим" и согласился с ним аз-Захаби.
ал-Албани: "Достоверен". ("ас-Силсила ас-сахиха", ал-Албани, 5/222)
Ибн Хиббан: "Достоверен". ("Сахих", Ибн Хиббан, 28/400)


#4 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 07 сентября 2010 - 17:12

Ümumiyyətlə Neo-sələfilər bu hədisi oxuyanda başlarına daş düşür. Allah onlara heç Əlinin (ə) qapısından içəri keçməyi nəsib eləməsin. Allah onları Əbu Bəkrlə məşhur etsin. Ona görəcəklər kimin qapısı açıq, kimin qapısı isə bağlı idi.

Nəsibilər kralı İbn Teymiyyə bu hədis barədə nə desə yaxşıdır?


قوله وسد الأبواب كلها إلا باب علي فإن هذا مما وضعته الشيعة

"Əlinin qapısından başqa bütün qapıları bağlayın" hədisi şiələrin uydurmalarıdır.

"Minhac əs-Sünnə", 5/17




أخبرنا أبو بكر أحمد بن جعفر بن البزاز ببغداد ثنا عبد الله بن أحمد بن حنبل حدثني أبي ثنا محمد بن جعفر ثنا عوف عن ميمون أبي عبد الله عن زيد بن أرقم قال : كانت لنفر من أصحاب رسول الله صلى الله عليه و سلم أبواب شارعة في المسجد فقال يوما : سدوا هذه الأبواب إلا باب علي قال : فتكلم في ذلك ناس فقام رسول الله صلى الله عليه و سلم فحمد الله و أثنى عليه ثم قال : أما بعد فإني أمرت بسد هذه الأبواب غير باب علي فقال فيه قائلكم و الله ما سددت شيئا و لا فتحه و لكن أمرت بشيء فاتبعته
هذا حديث صحيح الإسناد و لم يخرجاه
تعليق الذهبي قي التلخيص : صحيح


Zeyd b. Ərqəm nəql edir ki, Allahın Peyğəmbərinin (s) səhabələrindən bir qisminin evinin qapısı məscidin içinə açılırdı. Bir gün Allahın Peyğəmbəri (s): "Əlinin (ə) qapısından başqa bütün qapıları bağlayın." - deyə əmr etdi. Belə olduqda, camaat söz-söhbət yaratdı. :mad: Allahın Peyğəmbəri (s) Allaha həmd-səna edib şəninə təriflər söylədikdən sonra dedi: Əlinin qapısından başqa qapıları bağlamaq mənə əmr olunmuşdur. Bəziləriniz isə bu barədə söz-söhbət yaratdınız. And olsun Allaha ki, onun nə mən bağladım, nə də mən açdım. Lakin, mənə əmr olundu və mən onu yerinə yetirdim.

Bu hədis Buxari və Müslimin şərtləri ilə səhihdir, lakin onlar (Buxari və Müslim) yazmayıblar.
Zəhəbi "Təlxis"də yazır: Səhihdir.


"Müstədrək əs-Səhiheyn", 4/218, hədis 4631

Digər onlayn mənbə, fərqli çap, 3/135



Hədisdə diqqət ediləsi məqamlardan biri də budur ki, orda olan səhabələrin bəziləri narazılıqların bildirirlər. Başa düşənlər başa düşdü nə demək istədiyimi. Burada uzun-uzadı dayanmayaq. Keçək digər mənbələrə.




14672
وعن عبد الله بن الرقيم الكناني قال : خرجنا إلى المدينة زمن الجمل فلقينا سعد بن مالك بها فقال :
أمر رسول الله صلى الله عليه و سلم بسد الأبواب الشارعة في المسجد وترك باب علي
رواه أحمد وأبو يعلى والبزار والطبراني في الأوسط وزاد : قالوا : يا رسول الله سددت أبوابنا كلها إلا باب علي قال : " ما أنا سددت أبوابكم ولكن الله سدها " . وإسناد أحمد حسن


Heysəmi qeyd edir ki, Əhmədin isnadı həsəndir.

14678
وعن محمد بن علي عن إبراهيم بن سعد عن أبيه وعن محمد بن علي مرسلا قال : كان قوم عند النبي صلى الله عليه و سلم فجاء علي فلما دخل علي خرجوا فما خرجوا تلاوموا فقال بعضهم لبعض : والله ما أخرجنا فارجعوا فقال النبي صلى الله عليه و سلم : " والله ما أدخلته وأخرجتكم ولكن الله أدخله وأخرجكم "
رواه البزار ورجاله ثقات


Bəzzar nəql etmişdir və raviləri siqədir.

Heysəmi, "Məcməüz-Zəvaid", 9/149, 9/151
Digər onlayn mənbə



O cümlədən, sələfilərin başına and içdikləri şeyxləri Albani "Səhih Tirmizi"də bu hədisi qeyd etmişdir.

2935
عن ابن عباس أن رسول الله صلى الله عليه و سلم أمر بسد الأبواب إلا باب علي


Səhih Tirmizi, səh. 215



İnşaAllah davam edəcək...
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#5 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 13 сентября 2011 - 18:32

əl-Hafiz əl-Bəzzar müsnədində qeyd edir ki, "Əlinin qapısından başqa məscidin bütün qapılarını bağlayın" hədisini Kufəlilər, "Əbu-Bəkrin qapısından başqa məscidin bütün qapılarını bağlayın" hədisini isə mədinə əhli rəvayət etmişdir. (bax: "əl-Qaul əl-Musəddəd fiz-Zəbbi anil-Musnədi lil-İməmi Əhməd", səh: 16, Məktəbə İbn Teymiyyə, birinci çap, hicri1401, Qahirə)
əl-Bəzzar'ın sözündən anlaşılır ki, kufə əhli şiələr olduğu üçün Əbu Bəkrin yerinə Həzrəti Əlini gətiriblər. Bu, eynilə İbnul-Cəvzi, İbn Teymiyyə və digərlərinin də söylədiyi görüşdür.


yəni bunu sizlər deyirsiniz? yəni utanmaq və s. heç nə yoxdur hə sizdə? bir haldaki sizin kitablarınız Əhli Beytin a.s fəzaili haqqındaki bütün hədislərin kopyasını səhabələr üçün uydurublar siz nədən danışırsınız? Rəsul s.a.a "Ulduzlar yer əhli üçün aman mənbəyi olduğu kimi, mənim Əhli-beytim də mənim ümmətim üçün aman mənbəyidir" buyurub, sizinkilər isə "Mənim səhabələrim ulduzlar kimidir, onların hansına iqtida etsəniz, hidayət olarsınız" hədisini uydurub. Rəsul s.a.a buyurub: "ya Əli sənin mənim yanımda sahib olduğun məqamın Harunun Musa yanındaki məqamı kimdir ancaq məndən sonra peyğəmbər yoxdur" siz isə uydurmusunuz "məndən sonra peyğəmbər olsaydı Ömər olardı". səhabə r.a-dan nəql olunub: "ilk iman edən Əli a.s-dır", siz uydurmusunuz: "ilk iman edən Əbu Bəkirdir", səhabə r.a-dan nəql olunub: "ilk namaz qılan Əlidir", siz isə uydurmusunuz "ilk namaz qılan Əbu Bəkirdir". Rəsul s.a.a buyurub: "Həsən və Hüseyin cənnət cavanların Seyyididir", siz isə uydurmusunuz: "Əbu Bəkir və Ömər cənnət qocalarının seyyididir"; Rəsul s.a.a buyurub: "sizin üçün 2 əmanət qoyuram: Kitab və İtrət", siz isə uydurmusunuz: "kitab və sünnət"

daha yüzlərlə misal verə bilərəm. amma bu qədəri kifayətdir. inşaAllah bunların hamısını bir-bir "hədis analizi" fəslində işləyəcəyik.


"əl-Müsnəd" kitabının təhqiqində Şeyx əl-Mühəddis Şueyb əl-Arnavut əl-Hənəfi bütün rəvayət yollarını bir-bir ələ almış və rəvayətin sənədlərinin zəif olduğunu və mətninin isə münkər olduğunu demişdir.

əl-Arnaut da elə ustadınız ibni Teymiyyə kimi zır nasibidir. bu hədisin isnadına olan Əbu bəlcə etiraz edib ki, bəs o şiədir. özünə sərf eləyən yerdə isə deyib ki, "Əbu Bəlc səduqdur" bu necə olur?

#6 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 июня 2012 - 18:55

"Əlinin qapısından başqa məscidə açılan bütün qapıları bağlayın" hədisinin nəql edildiyi nasibi mənbələri, hədisin sihhətini təsdiq edən nasibi alimləri və Əbu Bəkir haqqında uydurulmuş olan "Əbu Bəkirin qapısından başqa məscidə açılan bütün qapıları bağlayın" hədisinin sənəd və mətn yönündən tənqidi üçün baxın: Seddul Ebvab hadisi « velayet




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru