Перейти к содержимому


Фотография

Peyğəmbərin həyatında sual doğuran məqamlar


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 28 июня 2010 - 22:11

Xədicə xanım Peyğəmbərdən (s) əvvəl başqası ilə ailə qurubmu?

Xədicə xanım (ə) Həzrət Peyğəmbərin (s) ilk xanımıdır. O, 4 müqəddəs qadından biridir. Bu möhtərəm xanım İslamı ilk qəbul edən qadın olmaq fəxarətinə sahib olmuş, həmişə Peyğəmbər (s) tərəfində məhəbbətlə anılmışdır.

Bəzi tarixçilər Peyğəmbərin (s) Aişə xanımdan başqa digər xanımlarının dul olduğunu qeyd ediblər. İnşallah bu məqalədə bunun belə olmadığı, Xədicə xanımın (ə) da başqasına ərə getmədiyini isbat edəcəyik.

İddia olunur ki, guya Xədicə xanım Həzrət Peyğəmbərdən (s) əvvəl Ətiq ibn əbidil-Məhzumi və Əbu Hələ ət-Təmimi adlı 2 şəxsdə ərdə olub, hətta onlardan övladı olub. Amma biz bu rəvayətlərin doğruluğuna şübhə ilə yanaşır, bunların uydurulmasının əsasında daha çox siyasi məqsədlərin durduğunu düşünürük:

1. Hər şeydən əvvəl bu rəvayətləri yoxlayan şəxs onların arasında bir çox ixtilafların olduğunu görə bilər. Məsələn, bəzi rəvayətlərdə Əbu Hələ künyəsi daşıyan şəxsin adının "Nəbbəş ibn Zürarə”, digərlərində isə "Zürarə ibn Nəbbəş” olduğu göstərilir. Həmin şəxsin adının "Hind” və yaxud da "Malik” olduğunu deyən rəvayətlər də var. Bəzi rəvayətlərdə onun səhabə olduğu, bəzilərində isə olmadığı göstərilir. Bəzi tarixçilər onun Ətiqdən əvvəl, bəziləri isə sonra Xədicə ilə evləndiyini qeyd ediblər.

Bəzi rəvayətlərdə göstərilir ki, Xədicə xanımın (ə) bu şəxslərdən Hind adlı uşağı olub, amma bir qism rəvayətlərdə onun qız uşağı olmağı və Ətiqdən olduğu, digər qism rəvayətlərdə isə oğlan olduğu və digər ərinə aid olduğu göstərilir. Eyni zamanda oğlan olduğu deyilən rəvayətlərdə onun sonradan taun xəstəliyindən ölməsi və ya digər sənədlərdə Cəməl müharibəsində İmam Əlinin (ə) cəbhəsində şəhid olduğu qeyd olunur. (Qeyd etdiyimiz rəvayətlər və onların arasındakı ixtilaflar üçün bax: "əl-Əvail”, c.1, s. 159; "əl-İsabə”, c.3, s.611-612; "Üsdül-qabə”, s.12-13-17; "əs-Siratul-Hələbiyyə”, c.1, s.140;"Nisabu-qüreyş”, s.22; "Qamusur-rical”, c.10, s.431) .

2. Bu iddiaların əksini rəvayət edən alimlər də vardır. İbn Şəhrəşub "Mənaqibi Əli ibn Əbi Talib” kitabında yazır: "...Əhməd Bələzuri "Ənsəbul əşraf” kitabında, Əbül Qasim Kufi "əl-İstiğasə” kitabında, böyük şiə alimi Seyid Mürtəza "əş-Şafi” kitabında, digər böyük şiə alimi Əbu Cəfər Tusi "Təlhisüş-şafi” kitabında Həzrət Peyğəmbərin (s) Xədicə xanımla (ə) bakirə olduğu halda evləndiyini rəvayət ediblər. Həmçinin "əl-Ənvəru vəl-Bidə” kitabında Rüqəyyə və Zeynəbin Xədicənin bacısı Hələnin qızları olması nəzəri də bu nəql etdiyimiz rəvayəti gücləndirir ("Mənaqibi Əli ibn Əbi Talib”, c.1, s.159; "Biharul-ənvar”, "Ricalul-Məməqani”, Qamusur-rical” kitablarında da eynən rəvayət edilmişdir).

3. Əbül Qasım Kufi yazır: "Əsər sahibləri və tarixçilər ümum, xüsus hamısı icmai şəkildə rəvayətlər ediblər ki, Qüreyş əşrəfi, böyükləri və varlılarından Xədicəyə evlənmək üçün elçilik etməyən qalmadı. Amma o, onların hamısında imtina etdi. Sonradan o, Peyğəmbərlə (s) izdivac edəndə Qüreyş qadınları ondan incidilər və dedilər: "Qüreyşin şərəfli və böyük şəxsləri sənə elçi düşdülər. Amma sən onların hamısını rədd edib, Əbi Talibin pulsuz, malsız, yetim və fəqir qardaşı oğluna ərə getdin?!”

Belə olan halda, Xədicənin (ə) Qüreyşin adlı-sanlı kişilərini qoyub Təmimli bir bədəviyə ərə getməsini hansı əql sahibi qəbul edər?! ("əl-İstiğasə”, c.1, s.70).

4. Maddi, mənəvi heç bir dəyərə, şan-şöhrətə sahib olmayan bədəvi ilə izdivac etmək Xədicənin (ə) rədd etdiklərinin onu xar etmələri üçün əlinə tutarlı bir bəhanə vermək deyildimi?!

Bəziləri Haris ibn Əbi Hələ adlı şəxs barəsində danışarkən onun Xədicənin (ə) oğlu olduğunu və Məkkədə Həzrət Peyğəmbər (s) dəvətini açıq şəkildə bəyan edəndə müsəlmanların verdiyi ilk şəhid olduğunu iddia etmiş və bunu Xədicənin əvvəlcədən ərə getdiyinə dəlil göstərməyə çalışmışlar. Həmin şəxsin Xədicə xanımın (ə) oğlu olmasına dəlil ancaq Xədicənin əri olan Əbi Hələnin adını daşımasıdır (Biz də bunun əksini sübut etməyə çalışırıq).

Həmçinin Haris adlı şəxsin İslamiyyətin ilk şəhidi olması fikri də doğru deyildir. Bu bir çox məşhur rəvayətlərin ziddinədir. İbn Abbas deyir ki, Əmmarın (r.ə.) atası və anası müsəlmanların verdikləri ilk şəhidlərdir ("Siffin”, s.325).
"İslamda ilk şəhid Süməyyədir” ("ət-Təbəqat”, c.8, s.193; "əl-İsabə”,c.4,s.335).
ARDI VAR..

  • Şair это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#2 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 02 июля 2010 - 23:14

Peyğəmbərin (s) Xədicədən qızları olubmu?
Bəzi rəvayətlərdə Peyğəmbərin (s) Xədicədən Zeynəb, Rüqəyyə, Ümmü Gülsüm adlı qızlarının olduğu və onların Əbül As ibn Rabi və 3-cü xəlifə Osmanla ailə qurduqları qeyd olunur. Əslində isə bu rəvayətlər doğru deyildir.

Əbül Qasım Kufi yazır: "Xədicənin Hələ adında bacısı vardı. Bəni-Məhzum qəbiləsində bir kişi ilə evlənəndən sonra ondan Halə adında qızı oldu. Daha sonra Bəni-Təmim qəbiləsindən biri ilə ailə quranda ondan Hind adında uşağı oldu. Həmin o kişi Hələdən başqa arvadı vardı və ondan da Rüqəyyə və Zeynəb adlı 2 qızı vardı. Bundan sonra Hələ, ardından da əri vəfat etdi. Hind öz ata qəbiləsinin yanına getdi. Ortada qalan Hələ, Zeynəb və Rüqəyyəyə isə Həzrət Xədicə baxmağa başladı. Sonra Hələnin vəfatı və Peyğəmbərlə (s) izdivacdan sonra Zeynəb və Rüqəyyə Peyğəmbərin (s) himayəsinə alındılar. Bundan sonra ərəblər arasında Peyğəmbərin (s) qızları kimi çağırılmağa başladılar” ("əl-İstiğasə”,s.68-69).

Bu qızların Peyğəmbərin (s) doğma qızları olduğunu deyənlərin rəvayətləri arasında bir çox ziddiyətlər mövcuddur.



"Rüqəyyə və Ümmü Gülsüm cahiliyyə dövründə "Əbu Ləhəbin iki əli qurusun; qurudu da” ayəsi nazil olanda Əbu Ləhəb və arvadı atalarının dininə girdiklərini əsas göstərərək Peyğəmbərin (s) qızlarını boşamalarını tələb etdilər. Onlar da hələ cinsi əlaqəyə girməmiş arvadlarını boşadılar. Sonra Osman ibn Əffan Rüqəyyə ilə evlənib onunla birlikdə Hicrətin 5-ci ilində Həbəşistana hicrət etdi. Bu əsnada Rüqəyyə hamilə idi və gəmidə uşağı düşü. Həbəşdən Mədinəyə gələndən sonra isə vəfat etdi” ("əl-İsabə”, c.4, s.304; "əl-Vədu vət-Tarix”, c.5, s.17; "Təhzibu tarixi-Dəməşq”, c.1, s.298; "Nihayətul-İrb”, c.212-214).



Məqdisi yazır: "Xədicə cahiliyyə dövründə Əbdü Manaf adında oğlu, sonradan isə 2 oğlan və 4 qız övladı olmuşdur...” ("əl-Bədu vət-Tarix”, c.5, s.16).



"Peyğəmbərin (s) besətdən əvvəl Əbdü Manaf adında oğlu oldu. Bununla Peyğəmbərin (s) bütün övladlarının sayı 12-dir. Digər övladlarının hamısı İslamiyyətdən sonra doğulmuşlar” ("əl-Məvahibül Lədüniyyə”, c.1, s.196; "Tarixul-xamis”, c.1, s.272).



"Abdullah, Ümmü Gülsüm, Fatimə və Rüqəyyə-hamısı növbə ilə besətdən sonra dünyaya gəliblər” ("əl-Bidayətu vən-nihayə”, c.2, s.294; "Məcməüz-zəvaid”, c.9, s.217).



Həmçinin bəziləri də Rüqəyyənin bütün uşaqlardan, hətta Fatimədən (ə) də kiçik olduğunu qeyd ediblər (bax: "əl-İsabə”, c.4, s.304; "Nəsəbu-qüreyş”, s.21).



Əgər onlar besətdən sonra dünyaya gəliblərsə, cahiliyyə dövründə Əbu Ləhəbin oğlanları ilə izdivac etmələrini necə iddia etmək olar?! Bu açıq-aşkar bir ziddiyət deyilmi?!



Deyirlər ki, guya Rüqəyyə Osmanla ailə qurub. Bütün tarixçilərə görə Həbəşə ilk hicrət besətin 5-ci ilində baş verib. Rüqəyyənin (besətdən sonra dünyaya gəldiyini bilərək) lap İslamın 1-ci ilində dünyaya gəldiyini təsəvvür etsək belə ağlasığmazdır: 5 yaşındakı qız Osmana necə ərə verilir və hamilə qalaraq uşağını itirir?!



Həmçinin deyilir ki, "Məsəd” surəsi nazil olandan sonra Əbu Ləhəbin oğlanları Peyğəmbərin (s) qızlarını boşadılar. Bundan sonra Osman Rüqəyyə ilə evləndi. Bu da öz növbəsində növbəti ziddiyətdir:



Bir çox rəvayətlərə görə bu surə müsəlmanlar "Şibi-Əbu Talib”də mühasirə altında saxlandıqlarında nazil olmuşdur ("əd-Durrul-Mənsur”, c.6, s.408).

Bu mühasirə isə besətin 6-cı ilində, yəni Həbəşə hicrətdən 1 il sonra baş vermişdir (!).

Digər tərəfdən: Peyğəmbərin (s) qızlarının müşriklərin əziyyətlərindən və "Məsəd” surəsinin nazil olmasından sonra boşandığını fərz etmək mümkün deyil. Bu vaxta qədər onların ərləri ilə cinsi yaxınlıq etməməsini nə ilə izah etmək olar?!



Bu məsələdə başqa bir böyük ziddiyət də var. Zübeyr ibn Bəkər Cəfər ibn Məhəmməddən o da atasından rəvayət edir ki, Peyğəmbərin (s) oğlu Qasım Məkkədə vəfat etdi. Peyğəmbər (s) onun dəfn mərasimindən qayıdanda As ibn Vail və oğlu Əmr ibn Asın yanından keçəndə As Peyğəmbərə (s): "Bu kişinin nəsli kəsik və ocağı sönük vəziyyətə düşdü”. Bundan sonra "Sənə sonsuz deyənin özü sonsuzdur” ayəsi nazil oldu ("əd-Durrul-mənsur”, c.6, s.404).



Başqa bir rəvayətdə isə deyilir: "Əvvəlcə Peyğəmbərin (s) oğlu Qasım dünyaya gəldi, sonra Ümmi Gülsüm, Fatimə və Rüqəyyə. Sonra Qasım, ardından da Abdullah vəfat edəndə As bin Vail: "Onun nəsli kəsildi, o sonsuzdur” dedi və bu ayə nazil oldu ("Təbəqət”, c.1, s.133; "Nihayətul-irb”, c.18, s.208; "Müxtəsəru-tarixi-Dəməşq”, c.2, s.262).

Bu ayənin atasının yox, elə Əmr bin As haqqında nazil olduğu da deyilib. Bu şəxsin Əbu Ləhəb və ya Əbu Cəhl olması haqqında da rəvayətlər var (bax: "Dəliliün-nübüvvə (Beyhəqi) c.2, s.69-70; "Təfsirul-kəbir”, c.32, s.133; "əd-Durrul-Mənsur”, c.6, s.403-404 və s.).



Bütün bunları ümumiləşdirsək, "Kövsər” surəsinin Qasımın vəfatından sonra nazil olmasını və onun da besətdən sonra doğulmasını, Rüqəyyə və Ümmü Gülsümün Abdullah və Qasımdan sonra dünyaya gəldiklərini nəzərə alsaq, onların cahiliyyə dövründə Əbu Ləhəbin oğlanlarına ərə getmələrinin və sonra Rüqəyyənin Osman ibn Əffanla izdivacının mif olduğunu görərik

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#3 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 16 июля 2010 - 16:44

Peyğəmbərin (s) ən kiçik qızı kimdir?
Cürcani: "Mənim nəzərimdə səhih olan budur ki, Rüqəyyə Peyğəmbərin (s) ən kiçik qızı idi. O, hətta Fatimədən (ə) də kiçik idi” ("Tarixi-Xamis”, c.1, s.273; "əl-İsabə”, c.4, s.304).

Bəziləri isə Ümmü Gülsümün hamısından kiçik olduğunu qeyd ediblər: İbn Qəyyim "Zadul-məad”,c.1, s.25; "Təbəqətul-Kübra”, c.1, s.133

Əbu Ömər deyir ki, Fatimə və Ümmü Gülsüm Peyğəmbərin (s) ən kiçik qızlarıdır. Amma onlardan hansının ən kiçik olması ixtilaflıdır. Amma ibni Sərrac Ubeydullahil Haşimidən Fatimənin Peyğəmbər (s) 41 yaşında olarkən doğulmasını nəql edib ("Nihayətul-İrb”, c.18, s. 213).

Bəziləri isə Fatimə xanımın (ə) ən kiçik qızı olmasını qeyd etmiş və səhih saymışlar: "Tarixil-Xamis”, c.1, s.272; "əl-Vəfa”, s.656; "Siratul-hələbiyyə”, c.3, s.308 və s.

Hər halda əgər biz Rüqəyyə və Ümmü Gülsümün Zəhradan (ə) kiçik olduğunu götürsək, Xanım Fatimeyi-Zəhranın (ə) doğum tarixinə baxmalıyıq.

Elə həmin mənbələrdə Fatimənin (ə) ya besətdən bir az əvvəl, ya besət ilində, ya da besətdən 2 il sonra dünyaya gəldiyi bildirilir. Bu nəzərlərdən hansını götürsək də Fatimədən (ə) kiçik olan qızların cahiliyyə dövründə Əbu Ləhəbin oğlanları ilə ailə qurmaları, sonra Osmanla izdivac edib besətin 5-ci ilində Həbəşə hicrət etmələri necə mümkündür?!

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#4 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 16 июля 2010 - 16:47

Peyğəmbər (s) Xədicə (ə) ilə nə vaxt evləndi?
PEYĞƏMBƏR (S) XƏDİCƏ İLƏ NƏ VAXT EVLƏNDİ?

Rəvayətlərə baxdıqda bu evliliyin besətdən 15-20 il əvvəl olduğunu deyən nadir nəzərlər də vardır ("Tarixil-Xamis”, c.1, s.264; "Məcməuz-Zəvaid”, c.9, s.219 və s.). Ancaq bunlara qarşılıq bu izdivacın 10, 5, 3 il əvvəl olduğunu deyən rəvayətlər də var ("Müxtəsəru tarixi-Dəməşq”, c.2, s.275; "əl-Əvail”, c.1, s.16; "Siratu-məğlatay”, s.12 və s.).

Xüsusi ilə son nəzəri dəstəkləyən sənədlər daha güclüdür. Məsələn, Beyhəqi Xədicə xanımın izdivac zamanı 50 yaşında olduğunu bildirib. Xədicə xanımın vəfat etmə yaşını bununla müqayisə etsək son nəzər daha doğru görünür.

Əvvəldə qeyd etdiyimiz kimi mənbələr Xədicənin cahiliyyə zamanında Əbdü Manafdan başqa övladının olmadığı qeyd olunurdu. Bu isə Xədicənin (ə) besətdən xeyli əvvəl Peyğəmbərlə (s) ailə qurması fikri ilə uzlaşmır. Zahirən bir səbəb olmadığı halda o qədər müddət övladlarının olmaması məntiqə uyğun deyil. Bu da besətə yaxın vaxtlarda evləndikləri fikrini gücləndirir.

Bu isə Rüqəyyə və Ümmü Gülsümün cahiliyyə zamanında doğulub böyüməsi, Əbu Ləhəb oğlanları ilə izdivac edib, sonra boşanaraq Rüqəyyənin Osmanla izdivac etməsi haqqındakı rəvayətlərin etibarını heçə endirir.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru