Перейти к содержимому

Фотография

Həzrəti Əli ə.s. haqqında...

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 48

#1 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 25 июля 2010 - 16:50

Salam Aleykum hamıya. :gizildish:

Peyğəmbərimiz s.a.a.s.-dən belə bir hədis var: Məclislərinizi Əli haqqında söhbətlərə zinətləndirin. Forumda Hz.Əli ə.s.-in fəzilətlərinə aid gözəl mövzular var. Amma bu mövzuda userlərin Hz.Əli ə.s. haqqında fikirlərin bilmək istərdim. Hamımız onun gözəl cəmalın görmək həsrətindəyik. Allah cümləmizə nəsib etsin. Amma İnşAllah nəsib olsa görən kim nə haqda söhbət etmək istərdi o Həzrətlə. Nələri bilmək istərdik, nədən şikayət edərdik?
Valideyinlərimizdən daha yaxın olan bu İnsanın həyatınızda rolu, onu tanıyandan, onun şəxsiyyətiilə tanışlıqdan sonra həyatınızda olan dəyişikliklər haqqında bilmək istərdim.
Şer yazmaq İstedı olanlar şerlə,bir beytlə də olsa izhar edə bilərlər.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#2 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 25 июля 2010 - 21:58

Mövzuya görə əhsən, əziz bacım. Bu dil o Həzrətin fəzilətlərini saymaqda acizdi axı. Bu zehin onu dərk etməkdə acizdi axı. Bu gözlər onu görməyə ləyaqətsizdi axı. Bu dodaq onun ayaqlarından öpməyə nalayiqdi axı. Bu cisim ona nökər olmaqdan məhrum axı. İndi bu zəlil qul necə öysün o mövlanı?! Necə zinətləndirsin özünü?!

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#3 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 25 июля 2010 - 22:01

Cəfəriyəm, əhli-mübarizəm mən!
Şeiriyyatda çağlayan dənizəm mən!
Səni tərif etməyə acizəm mən!
Buna çatır imkanım Əli, ya Əli!
Ey dinim, imanım Əli, ya Əli!

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#4 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 27 июля 2010 - 11:00

Kim Əli ismi ilə hansı işə qoysa qədəm,
Göstərər mütləq həmin şəxsə ulu Tanrı kərəm.
Kim o mövlaya ki sidq ilə təvəssül qılsa,
Yetəcək məqsədi mənzurə, olar xaitiricəm.

Kim Əlinin tuta bilmişsə fəzilət yolunu,
Ruzi məşhərdə yetişməz ona bir zərrə kədər.
Ona kim aşiq isə mən o kəsin aşiqiyəm,
Mənə yetsin onun aşiqinə yetən dərdi-ələm.
Dil açıb söylərəm izni ilə bunu şamu-səhər,
Əli aşiqlərinin dərdini ya Rəbb, mənə ver!

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#5 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 27 июля 2010 - 11:07

Əbdi dərlər o kəsə Tanrıya kim çakərdir,
O ada layiq əzəldən bəri Peyğəmbərdir.
Sordular-kimdi Muhamməd (s)-Əlidən, söylədi ki,
Ona nökər olan insanə Əli nökərdir.
Qələm acizdi sənin vəsfini qılsın, şahin!
Şəninə hər nə gözəl söz də desəm bifərdir!

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#6 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 27 июля 2010 - 11:48

oDUR HƏR GÜN BİZİ ÖZ HÜSNÜNƏ HEYRAN ELƏYƏN
Odur hər gün bu könül mülkünü talan eləyən
Odur hər gün bizi ənhicrində ciyər qan eləy
Odur ecaz ilə bu eşqidə cövlan eləyən

Ona can eylədi qurban gözü giryan və ciyər qan
Odur o munisi canan məhi taban gülü xəndan
O belə sevgili yardır adı dillərdə şüardır

Bilirəm çünkü qulam kəndimə mən şah onu
Göürəm ruzi qiyamətdə ümüdgah onu
Düzdü ki mədh eliyir bir neçə məddah onu
Ən gözəl vəsf eləyibdir böyük Allah onu

Adı şir əldə də şəmşir buna qadir yaranıb bir
Odur o ləli cavahir sözü mahir özü tahir
Dini islama dayaqdır o cənabın yolu haqqdır
Ay üzündən gətirib tanrı günəş haləsini
Arifi halına bənzətdi behişt laləsini
Ərəqindən yaradıb lalələrin jaləsini
Çəkdi səyyar bu gözəllikliyin ah naləsini
Neçə qəm saldı dəmadaəm gözə qan nəm üzə şəbnəm
Olsa o sərvəri aləm mənə həmdəm qəm olar kəm
O mənim axirətimdir , onun imdadı bəsimdir.
  • fidan это нравится
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#7 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 29 июля 2010 - 15:54

Həzrət Əli (ə) 1-cilər silsiləsidi. O, elə bir şəxsdi ki, Allah evində doğulub, Allah evində də şəhid edilib.
O, Peyğəmbərlə (s) ilk əhd-peyman bağlayan kişidir.
O, Peyğəmbərlə (s) ilk namaz qılan şəxsdir.
O, ilk dəfə "möminlərin əmiri" adlandırılan şəxsdir.
O, ilk şəxsdir ki, "siddiq" adlandırılıb.
O, Peyğəmbərin (s) təyin etdiyi ilk xəlifə və imamdır.
O, Qiyamət günü Peyğəmbərlə (s) ilk görüşəcək şəxsdir.
O, ilk şəxsdi ki, Kəbənin üstündə azan deyib.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#8 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 03 августа 2010 - 22:57

Qüdsi Vənəndi
Ey Zülfüqar sahibi, Düldül minən Əli!
Ey zəngi-küfrü din qılıjından silən Əli!
Mövludun oldu Beytdə Məkkə şərafəti,
Şəmşirin oldu aləmə yol göstərən, Əli!

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#9 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 16 августа 2010 - 23:26

Həmin axşam Əli (ə) üçün çox səfalı bir gecə idi. Sübh azanını özü çəkirdi. Səhərin aşılmasına yaxın minarəyə çıxaraq "Allahu əkbər" nidasını ucaltdı. Azandan sonra minarə ilə vidalaşaraq dedi: "Ey sübh! Ey dan yeri! Ey günəşin erkən vaxtı!Əli bu dünyaya göz açandan elə bir gün olubmu ki, sənin dan yerin sökülsün və onun gözləri yuxuda olsun?. Əlinin gözləri bundan sonra həmişəlik yuxuya gedəcəkdir"....

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#10 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 17 августа 2010 - 01:03

Bir gün bir həvəskar şair Hz.Əli(ə)a bir mədhiyyə yazır. Amma mədhiyyə sənət baxımından çox həvəskaryana olur. Gəlir Hz.Əli(ə)ın zərihinin kənarına və şerini oxuyur. Buna baxmayaraq Hz.Əli(ə) lütf edir və zəruhdən ona pay olaraq bir miqdar pul düşür. Bu əhvalat bütün şəhərə yayılır. Bunu eşidən proffesional bir şair Hz.Əli(ə)a gözəl bir mədhiyyə yazıb gəlir Ağanın hərəminə. Üzünü zərihə tutub şerini oxuyur. Amma neçə müddət keçir amma Ağadan bir xəbər çıxmır ki çıxmır. Şair üzünü Hz.Əli(ə)ın zərihinə tutub buyurur ki, Ağam da olsan şerdən bir şey anlamırsan. Bunu deyib gedir. Gecə Hz.Əli(ə) yuxusuna gələrək onunla danışdıqdan sonra ona buyurur ki, get Hindistana bir nəfər bir saray tikib və üstünə mənə mədhiyyə olaraq bir beyt şer yazıb. Və deyib ki, hər kəs bu beytin davamını gözəl surətdə sona çatdırarsa, var-dövlətimin yarısını ona verəcəyəm. O beyt belədir:

"Be zərrə gər nəzəre lütf Əbu Torab konəd"

yəni

"Bir zərrəyə Əbu Turab lütf nəzəri etsə"

Get ona beytinin davamında bu sözləri söylə:

"Be aseman rəvədo kare aftab konəd"

yəni

"Göyə qalxıb Günəşin işini görər"

Həmin şəxs Hindistana gedib həmin sarayı və o adamı tapıb bu beyti ona söyləyir. Beytdən alayı cür ləzzət alan şəxs şairə deyir ki, bu söz şair sözünə oxşamır. Və şair ona bütün əhvalatı danışır. Və həmin şəxs söz verdiyi kimi var-dövlətinin yarısına şairə bəxş edir.

Həqiqətən çox gözəl mədhiyyədir.

Bir zərrəyə Əbu Turab lütf nəzəri etsə

Göyə qalxıb Günəşin işini görər

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#11 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 18 августа 2010 - 17:09

Sünni ilahiyyatçıdan eşitmişəm:
Həzrət Peyğəmbər (s) bir dəfə qabdan su götürüb dəstəmaz alırdı. O Həzrətin üzünü, əllərini yuduğu suyu götürüb bir ağacı suladılar. Bu ağac çox sürətlə inkişaf elədi, gözəl meyvələr verdi, barlı ağac oldu. (Ravi deyir:) Bir gün ağacın barını tökdüyünü, başını aşağı saldığını gördüm. Nə olduğunu soruşdum..."Bu gün Həzrət Peyğəmbər (s) vəfat edib" dedilər...
Bunun üstündən 30 il keçdi. Bir gün ağacın yarpaqlarının töküldüyünü, budaqlarının quruduğunu gördüm. Nə olduğunu soruşdum. "Bu gün İmam Əli (ə) Kufə məscidində şəhid olub" dedilər...
Bir müddət keçdi. Bir gün ağacın tamamilə quruduğunu gördüm. Nə olduğunu soruşdum,"Bu gün Peyğəmbərin (s) reyhanı Hüseyn (ə) Kərbəlada şəhid olub dedilər...

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#12 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 18 августа 2010 - 22:38

"Bəqərə" surəsinin 274-cü ayəsi də İmam Əlinin (ə) şəninə nazil olub:
"Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar".
"Təfsiri-kəbir", "Təfsiri-Safi", "Məcməul bəyan" və s.
Belə ki, İmamın yalnız 4 dirhəm pulu var idi. O, bunu 1-ni gecə, 1-ni gündüz, 1-ni aşkarda, 1-ni isə gizlin ehsan etmişdi.

Сообщение отредактировал al-Islam: 18 августа 2010 - 22:41

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#13 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 01 сентября 2010 - 14:09

Şair qardaşımızın yazdığı bu gözəl şer də mövzuya uyğundur.

Bu nə əla eşqdir ki, qəlbimi viran eliyib,
Nəfsimə qalib olub, ismini fəğan eliyib.

Köksüm susuz səhra idi, onu görməmişdən ki mən
Qəlbimə daxil olub, köksü gülüstan eliyib.

Dünyanın heçdir dəyəri, onu görəndən sonra bil
Edirəm o şəxsə qibtə, kim ona iman eliyib.

Neyləyir bu cani səqir, olanda aşiqi kəbir,
Şəfaət gözləyən fəqir, can ona qurban eliyib.

Şair, o kimdir sorsalar, cavabın bu olsa gərək
Həbibəllah - canım fəda, dəşt-Xumda elan eliyib.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#14 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 06 сентября 2010 - 23:05

İmam Əli (ə) yatağında yaralı halda uzanmışdı. Ömrününü son anları idi. İmam buyurdu ki, Peyğəmbər (s) vəfat edənə yaxın mən onun başı üstündəydim. Allahın peyğəmbəri mənə baxdı və 3 lənət buyurdu:
-Allah aqq-valideynə lənət eləsin!
-Allah xidmətçisinin muzdunu kəsənə lənət eləsin!
-Allah imamına xəyanət edənə lənət eləsin.

İmam sözünə davam elədi: Bu ümmət 3 cəhətdən lənət qazandı.
Mən bu ümmətin atası idim, üzümə ağ oldu.
Mən bu ümmətə xidmət elədim, haqqım tapdalandı.
Mən bu ümmətin imamı idim, mənə xəyanət elədilər!

Сообщение отредактировал Şair: 06 сентября 2010 - 23:16

  • Şair это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#15 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 16 сентября 2010 - 23:42

Bu məlumatı bizim saytlardan birində oxudum.
Bir gün bir yəhudi Həzrət Əliyə (ə) sual verir:
-Mənə elə rəqəm deyə bilərsinizmi ki, 1-dən 10-a qədər bütün ədədlərə kəsrsiz bölünsün?
Həzrət buyurdu:
-Əgər cavab versəm, bunun müqabilində nə edəcəksən?
Yəhudi cavab verdi:
-İslamı qəbul edəcəm.
Həzrət buyurdu:
-Çevrənin dərəcə ölçüsünü həftənin günlərinə vursan, nəticə əldə edərsən.

Doğrudan da 360*7=2520

  • Shemsi это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#16 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 17 сентября 2010 - 00:12

Bu məlumatı bizim saytlardan birində oxudum.
Bir gün bir yəhudi Həzrət Əliyə (ə) sual verir:
-Mənə elə rəqəm deyə bilərsinizmi ki, 1-dən 10-a qədər bütün ədədlərə kəsrsiz bölünsün?
Həzrət buyurdu:
-Əgər cavab versəm, bunun müqabilində nə edəcəksən?
Yəhudi cavab verdi:
-İslamı qəbul edəcəm.
Həzrət buyurdu:
-Çevrənin dərəcə ölçüsünü həftənin günlərinə vursan, nəticə əldə edərsən.

Doğrudan da 360*7=2520

Hz.Əlinin(ə) qəzavətləri kitabındandır.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#17 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 17 сентября 2010 - 02:25

Bu bölmədə yalnız Azərbaycan dilində yazmaq caizdir. Qaydaları oxuyun.
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#18 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 19 сентября 2010 - 15:00

Невежда-Муавие, само притворство!

Скинь маску невежества скорей.

Уж не позабыл ли ты моё коварство

При Сеффейне, в той страшной войне?

Пришли к тебе жители города Шам

Желая тебе подчиниться.

Сказал им я: "В любом деле вам

Его согласия надо добиться."

Услышав от меня эти слова,

Приняли за правду их они.

Спросил меня шамийский голова,

Не отречься ли им от Али.

Ответил я, что выбора им мало,

Что нужно им оставить Али вновь.

Пролил он на землю кровь Усмана,

Пролита должна быть его кровь.

Услышав от меня эти слова,

Настроились шамийцы на вражду.

Все затянули туже пояса,

Чтобы пролить кровь храбрецу.

Воины Али сражались как драконы,

Разбили наголову наши отряды.

На копья нацепить я приказал Кораны

И спас тебя тем самым от беды.

Научил я воинов обнажаться,

Увидев пред собой рассерженного льва.

На землю падать и притворяться

Завидев меч его едва.

Муавие, уж не позабыл ли ты

Что сделал в Думмат ал-Джандале я?

Как ловко я провёл там Аш'ари,

Доверчивого старого глупца?

Он счёл меня таким глупцом как сам,

Увидел он во мне невежду.

Легко попался он впросак,

И оправдал он все мои надежды.

Свергнул Али я с халифата

Как будто он последний из людей.

Тебя я облачил в его халаты

И дал тебе его людей.

О мне и думать ты забыл,

Когда добился ты победы.

Тебя возвёл я на престол

И принял на себя все беды.

Тебя известным сделал я.

Стал ты возлюбленным сердец.

И знай, о, сын жестокой Хенд,

Что знает умный и глупец.

Правителем не стал бы ты, эмир,

Без моего коварства и интриг.

Религию я променял на мир,

И пал я в пропасть мира вмиг.

Разве мы не были в Кадире Хом,

Когда услышали и стар, и млад:

"Остановитесь, пешие, и вы, верхом!"

Так приказал им Мухаммад.

Из седел помост возвели.

Чтоб каждый видеть его мог.

Обнял он за плечо Али,

К себе подняться он помог.

Эмиром правоверных он Али назвал.

Принёс об этом Джибриил приказ.

Али он подчиняться всех призвал,

Всех, кто выполнял его указ.

"Пусть будет Господом наказан тот,

Кто разорвёт наш договор."

Умар, твой шейх, и тот

Немедленно признал тот уговор.

Облобызал Али он руку смело

И первым заключил союз.

А мы с тобой за наше дело

Прямёхонько отправимся в огонь.

Как под предлогом мести за Усмана

Из адского огня спасёмся мы?

Тогда Али врагом нам будет,

Наказаны Всевышним будем мы.

Какой предлог придумать, я не знаю.

Что завтра следует ответить мне?

Просить вражду закончить в твою пользу

Пришёл ты на мою беду ко мне.

Когда твой спор со львом я порешил,

Ты к берегу причалил скоро.

Египтом править мне ты разрешил.

Но сладость власти надоела снова.

Забыв религию, я попытался

Тебя на трон нечестно посадить.

И всё, о чём я так старался,

Тебе предназначалось угодить.

Теперь в стране приказы издаёшь ты,

Со всех сторон ручьём течёт богатство.

Взимать с Египта пошлины надумал ты?

Ну, разве это не нахальство?

Вспомни ка ночь, когда как пёс

Рычал ты на солдат своих.

Как до отчаянья, до слёз

Довёл тебя храбрец Али.

Малик Аштара острый меч

Косил твоих солдат как сено.

От ужаса они лишились речи,

Ища в тебе своё спасенье.

А ты молил освободить тебя.

Мечась, как пойманная птица.

Казался тесным мир тебе,

А горы - зёрнышками перца.

Искал во мне своё спасенье ты,

Я вытащил тебя из пекла.

Теперь ты позабыл про стыд

И вспоминаешь обо мне ты редко.

Слыхал, что ты сказал Отбе,

Чтоб поселился он в Египте.

Услышал истину я о тебе

Что ты препятствуешь моим попыткам.

Как Фараон, подумаешь Египет захватить,

Хамуном стану, посажу на место.

Могу и войско Шама обратить

А с ними и тебя я в бегство.

За твою страсть к великолепию халата

Скатится голова твоя в кусты.

Один Али достоин халифата,

А не такой невежда и подлец как ты.

Как с солнцем светлячку сравниться?

Как в феникс муха превратится?

Муавие - источник зла и бед.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

#19 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 20 сентября 2010 - 03:01

Mockvadan yaziram. Yalniz ingilis qrafikasindan istifada etdiyim ucun uzurlu sayin.

Kecan il televizorda "Cto? Qde? koqda?" (что? где? когда?) verilisinda Hazrati Ali a.s. haqqinda sual oldu. Suali Qazaxstanli sia qardasimiz vermisdi. Sualin qisa mazmunu bela idi:
4-gu xalif Ali Ibn Abu Talibin yanina mamurlarindan biri maslahata galir. Onlar xalifat islarini muzakira etdilar. Galan mamur xalifin dostu (yaxini) idi deya, onlar saxsi danisiqlara kecdilar. Saxci masalaya kecanda xalif sami (lampani) sondurub, basqa bir sami cixarib yandirir. Xalif niya bela etdi?
Rusiyanin an aqilli biligilari Hazrati Ali a.s.-in harakatini izah eda bilmayib, uduzdular. Va o sual hamin gunun an yaxsi suali elan olunub, saxibina coxlu galir gatirdi.
Yagin siz sualin gavabini bilirsiz...
  • Shemsi это нравится
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#20 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 20 сентября 2010 - 09:53

QEYD: Bu hədis əhli sünnələrin dilindən xəlifə Ömər haqqında deyilir.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#21 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 20 сентября 2010 - 10:15

Sualın cavabına gəldikdə, hz Əli (əs)şəxsi işləri üçün dövlətin lampasından istifadə etmirdi.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#22 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 11 октября 2010 - 11:50

Əli Şəriəti Həzrəti Əli ə.s.-a aid yazdığı "Əli" əsərində çox gözəl məqamlara toxunur.

...Fakat ne kadar zordur! Gerçekten Ali ne yapmalıdır? Kılıç mı, yoksa sabır mı?
Ama Ali sabretti, Ali niçin sabretti? Niçin kılıcıyla kendi yarısını, Allah'ın ve resulün ona ait olduğunu söylediği yarısını, Sakife'de [bir başka şeye] yapıştırılan diğer yarısından ayırmadı? Ayırmadığı gibi, o gölgeliğin altında [Sakife] siyasetçilerin eliyle gerçekleştirilen "oldu bittiden Ali'nin haberi olmadığı halde, Muhacirler ve resulün dostları orada bulunmadığı halde üstelik bir de ona tâbi oldu.
Beyat ve Ali'nin sabrı olayını ne güzel bir örnekle açıklamışlardır: Kadının biri bir annenin çocuğunu kaçırır, anne, hakime başvurur, anne ve kadın mahkemeye gelirler, çocuk hakimin önüne konur. Hâkim, zekice şöyle der: "Cellat, bu çocuğu ortadan ikiye ayır, her bir parçasını bu iki kadına ver ta ki böylece hiçbiri mahrum kalmamış ve adalet de gerçekleşmiş olsun." Kadın, sesini çıkarmaz; ama anne, feryat eder, kendini çocuğun önüne atar ve onu mahkeme huzurunda gâ-sıp kadına verir ve acılı bir sesle: "Hayır bu çocuk benim değil, bu kadınındır'' der!
Eğer Ali, İslam'ı halifenin pençesinden kılıçla kesseydi, halifeye karşı silahlı ayaklanmaya başvursaydı, Sakife bağını kılıçla koparsaydı, İslam'da ayaklar altına alınmış olacaktı, var olan her şey havaya gidecekti....

...
Şia'nın, Ali'yi daha ilk baştan beri tanıdığı ve İslam'ın yazgısını anladığı, doğrudur. Sakife seçimini bilmektedir, İslam'ın saklanan hakikatlerini, Alinin haklılığını ve erdemlerini, onun ruhuyla İslam arasındaki gizli, esrarengiz, manevî bağı görmüştür, bir an oturmamış, Ali aşkını, en zor, en tehlikeli tarih dönemlerinde, en kanlı çekişmelerde ve olaylarda gönlünden çıkarmamıştır. Hicrî 11. yılda Peygamber gitmiş ve İslam, Ali'nin bulunmadığı Sakife'de Ebubekir'in eline geçmiştir. Selman, son derece anlamlı bir şekilde ve acıyla seçimi düzenleyenlere hitaben şöyle diyor:
"Yaptınız ve yapmadınız"!
Şia, bu andan itibaren gaspı hissetti ve 33 yıl olaylarla ve kahramanlıklarla dolu bir hayat yaşayan bu kişiye inandı.

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#23 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 13 октября 2010 - 00:59

Qardaşlardan biri Ayətullah Meşkinin(r.a) öz dilindən eşitdiyi bir tarixi hadisəni zikr etdilər ki, Əli(ə) aşiqlərinə həmin hadisəni burada yazmasam eyb etmiş olaram. İlk öncə bildiyiniz bir şeyi xatırlatmaq istəyirəm. Tarixdən və Peyğəmbərlik kinosundan məlumunuzdur ki, döyüş başlamazdan öncə ərəb adəti üzrə hər qoşundan təkbətək döyüş üçün bir nəfər çıxır. Bəzən bir döyüşçü ilə döyüşmək üçün bir neçə nəfər can atır. Döyüşçü təkbətək döyüşdə qalib gəldikdə onunla döyüşməyə can atanların o biri meydana daxil olur.

İndi isə keçək tarixi hadisəyə:

Düşmən Malik Əştərin(r.a) Hz.Əli(ə) üçün nə qədər mühüm olduğunu bildiyi üçün Siffeyn döyüşündə Maliklə(r.a) döyüşməyə bir neçə nəfər qüvvətli döyüşçü hazırlamışdı. Bilirdilər ki, Maliksiz(r.a) Əliyə(ə) çox ağır olacaq. Malik Əştər(r.a) həmin döyüşçülərin bir neçəsinə qalib gəldikdən sonra düşmən axıra saxladıqları pəhləvanı onun üzərinə göndərir. Əli(ə) həmin adamın çox güclü olduğunu və Malikin(r.a) ona qalib gələ bilməyəcəyini bildiyindən əmr edir ki, Maliki(r.a) onun yanına çağırsınlar. Malik(r.a) Həzrətin(ə) yanına gəldikdə Həzrət(ə) ondan yaraq-əsləhəsini və dəbilqəsini alıb geyinir və döyüş meydanına özü yollanır. Başda Müaviyyə və Əmr As olmaqla bütün qoşun Malikin(r.a) məğlubiyyətini gözləyirdilər. Amma döyüş başlayar-başlamaz qurban olduğum Əli(ə) bir zərbəyə düşməni Cəhənnəmə göndərir. Bunu görən Əmr As Müaviyyəyə deyir ki, bu Malik deyil Əlidir. Müaviyyə deyir sübut et. Əmr As deyir əmr et qoşun ona hücum etsin. Əgər geri çəkilsə, bil ki Malikdir. Yox əgər qoşuna cumsa, bil ki Əlidir. Müaviyyə əmr edir ki, qoşun həmin adama hücum etsin. Qoşun onun üzərinə hücuma keçdikdə Əli(ə) qoşunla döyüşə başlayır və özünün öz məşhur sözünü buyurur: "Əgər ərəb dörd bir tərəfimi də mühasirəyə alsa da ona arxa çevirmərəm".

یَا أَبَا الْحَسَنِ یَا أَمِیرَ الْمُؤْمِنِینَ یَا عَلِیَّ بْنَ أَبِی طَالِبٍ یَا حُجَّةَ اللَّهِ عَلَى خَلْقِهِ یَا سَیِّدَنَا وَمَوْلانَا إِنَّا تَوَجَّهْنَا وَ اسْتَشْفَعْنَا وَ تَوَسَّلْنَا بِکَ إِلَى اللَّهِ وَ قَدَّمْنَاکَ بَیْنَ یَدَیْ حَاجَاتِنَا

یَا وَجِیها عِنْدَ اللَّهِ اشْفَعْ لَنَا عِنْدَ اللَّهِ

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#24 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 13 октября 2010 - 02:34

Bir dəfə uşaqlıqda İmamı (ə) yuxuda gördüm. Ağlaya-ağlaya yuxudan ayıldım. Atam və anam da mənim səsimə yuxudan oyandılar. Soruşdular ki; -"Nə olub?" Dedim: -"ALLAH babanı yuxuda görmüşəm". Dedilər: -"İndi yat, sabah nəzir verərik, gedib məscidə verərsən".
Sabahı gün mənim başımı bir sovet manatı ilə aldatdılar. Bəlkə mən elm və təhsilə o vaxtdan başlamalı idim... Bəlkə mən elə o vaxt dərsə başlasaydım, daha yaxşı ustada rast gələrdim... Nə isə...
Yuxu səhnəsi isə qəribə idi. Belə ki, mən paltarlarımı yığdığım dolabın üstünə mələfəmi sərib, dolabın üstünə oturdum. Sonra süzərək göylərə qalxırdım. Bu anda, İmam (ə) göydə, bəlkə də ərşdə idi. Zülfüqarı yarı siyirmiş halda, olduqca vüqar və əzəmətlə, qara paltarda idi. Bunu görəndə qışqırıb yuxudan ayıldım...
Həddi-buluğdan sonra isə, 3 dəfə İmamı (ə) yuxuda görmüşəm. Hər üçündə Xanım Zəhra (s.ə.) ilə birgə...

P.S. İzahı qalsın...

Сообщение отредактировал Gunahkar: 13 октября 2010 - 02:37

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение

#25 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 13 октября 2010 - 02:36

Materialist Şebli Şommayl demisdir: Imam Əli ibn Əbu Talib ne Qerbde ne de Şerqde, ne kecmisde, ne indi ve ne de gelegekde tayi beraberi olmayib ve olmayagaq dahilerden dahi, yegane adamdir.
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#26 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 13 октября 2010 - 09:53

Materialist Şebli Şommayl demisdir: Imam Əli ibn Əbu Talib ne Qerbde ne de Şerqde, ne kecmisde, ne indi ve ne de gelegekde tayi beraberi olmayib ve olmayagaq dahilerden dahi, yegane adamdir.

Düz söz. Həzrəti Əli ə.s. haqqında nə qədər gözəl sözlər deyilsə, yenə də onun mükəmməlliyin çatdirmaq mümkün olmur. Həzrəti Əli ə.s. AllahTəala tərəfindən hərtərəfli seçilmiş biridir. Xanimi ə.s. ilə seçilmiş, uşaqları ilə seçilmiş bir insan. Bir-birindən fəzilətli ailə üzvləri. Həzrəti Əli ə.s. təqvası ilə, səmimiyyəti ilə, mərdliyi ilə, elmi ilə, həyat tərzi ilə, ümümiyyətlə Allah Təalanın insanlığa bəxş etdiyi bütün gözəllikləri özündə cəm etməsi ilə seçilən biridir. Həzrəti Əli ə.s. haqqında fikirəşdikcə ona heyran olursan. Onun haqqında fikirləşdikcə onu yaradan Allahin əzəmətinin, qüdrətinin böyüklüyünə heyran olursan.

Сообщение отредактировал fidan: 13 октября 2010 - 09:54

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#27 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 14 октября 2010 - 03:15

Materialist Şebli Şommayl demisdir: Imam Əli ibn Əbu Talib ne Qerbde ne de Şerqde, ne kecmisde, ne indi ve ne de gelegekde tayi beraberi olmayib ve olmayagaq dahilerden dahi, yegane adamdir.

Düz söz. Həzrəti Əli ə.s. haqqında nə qədər gözəl sözlər deyilsə, yenə də onun mükəmməlliyin çatdirmaq mümkün olmur. Həzrəti Əli ə.s. AllahTəala tərəfindən hərtərəfli seçilmiş biridir. Xanimi ə.s. ilə seçilmiş, uşaqları ilə seçilmiş bir insan. Bir-birindən fəzilətli ailə üzvləri. Həzrəti Əli ə.s. təqvası ilə, səmimiyyəti ilə, mərdliyi ilə, elmi ilə, həyat tərzi ilə, ümümiyyətlə Allah Təalanın insanlığa bəxş etdiyi bütün gözəllikləri özündə cəm etməsi ilə seçilən biridir. Həzrəti Əli ə.s. haqqında fikirəşdikcə ona heyran olursan. Onun haqqında fikirləşdikcə onu yaradan Allahin əzəmətinin, qüdrətinin böyüklüyünə heyran olursan.

Cox tessuf ki, Moskvada Həzrəti Əli ə.s. haqqında olan heqiqetlerin yayilmasina resmi edebiyyat, metbuat, internet-axtarişda gizli mehdudiyyetler ve qadağanlar var. Men bunun Rusiyada şahidi olmuşam.
Meselen, ruslar dahi şexsiyetleri cox sevir öyrenirler. Amma Əli ibn Əbu Talibi (ə.s.) bir tarixi şexsiyet kimi yeni 4-gu Xelif kimi de öyrene bilmirler.
Bilseydiler onlar Həzrəti Əli ə.s. nege sevirdi onlarin Allahini (esteqfulah, men hz. Isa ə.s. nezerde tuturam) bir peyqember kimi?...
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#28 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 14 октября 2010 - 09:45

Bir dəfə uşaqlıqda İmamı (ə) yuxuda gördüm. Ağlaya-ağlaya yuxudan ayıldım. Atam və anam da mənim səsimə yuxudan oyandılar. Soruşdular ki; -"Nə olub?" Dedim: -"ALLAH babanı yuxuda görmüşəm". Dedilər: -"İndi yat, sabah nəzir verərik, gedib məscidə verərsən".
Sabahı gün mənim başımı bir sovet manatı ilə aldatdılar. Bəlkə mən elm və təhsilə o vaxtdan başlamalı idim... Bəlkə mən elə o vaxt dərsə başlasaydım, daha yaxşı ustada rast gələrdim... Nə isə...
Yuxu səhnəsi isə qəribə idi. Belə ki, mən paltarlarımı yığdığım dolabın üstünə mələfəmi sərib, dolabın üstünə oturdum. Sonra süzərək göylərə qalxırdım. Bu anda, İmam (ə) göydə, bəlkə də ərşdə idi. Zülfüqarı yarı siyirmiş halda, olduqca vüqar və əzəmətlə, qara paltarda idi. Bunu görəndə qışqırıb yuxudan ayıldım...
Həddi-buluğdan sonra isə, 3 dəfə İmamı (ə) yuxuda görmüşəm. Hər üçündə Xanım Zəhra (s.ə.) ilə birgə...

P.S. İzahı qalsın...

Xoşbəxt adamsan qardaş!
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#29 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 14 октября 2010 - 09:51

Hz İmam Əli (ə) Fəzilətləri

Peyğəmbər (s.a.v) buyurdmuşdu
Ey Müsəlmanlar Bu Əli Bin Əbu Talibdir
Hz Əli Muhacir ve ənsarın böyüdür
Mənim qardaşımdır əmim oğludur və qızımın Əridir.
Teni tenımdən Qanı qanımdandır.
İlk nəvəmim Atasıdır
Hasan və Hüseyin Cənnət gənclərin seyyidləridir.
Əli bir çox sıxıntımı aradan götürdü.
Çox qüvvətli düşmənləri susturdu.
Əli Allahın aslanı və qılıcıdır
Allahdan uzaq olmaq istəməyən Əlidən uzaq olmasın.
Ya Əli sənin haqqında nə söylədimsə Allahu təala bilir ki fazlası ilə doğrudur.
Hz Əli miladi təqvimə görə 21 mart 598 doğulmuşdur.
Uşağ vaxtında Rəsulullahyanında böyüdü
10 yaşında İslamı qəbul etmişdir.
Hz Xədicədən sonra müslümanlığı ilk qəbul edən Hz Əli olmuşdur.
Hz Peyğəmbər əleyhisəlamla bir Xadicənin bir gün ibadət edərkən görən Hz Əliyə Peyğəmbər əleyhisəlam şirkin kötülüyünü tövhidin mənasını danışdıqda Hz Əli o anda müslüman olmuşdur.
Məkkə dövrundə Hz Əli Rəsulullahın hər-zaman yanında idi
Kəbədə ki bütləri qırmasını belə deyir.
Bir gün Rəsul-u Əkrəm ilə Kəbəyə getdik
Rəsul-u Əkrəm omuzuma qalxmaq istədi Qalxmaq istəyimi zaman qalxamıyacağıı bildi omuzumdan düşdü.Məni omuzuna qaldırdı və ayağa qalxdı.Özümü istəsəm ufuqları tutacaq zənn edirdim.
Kəbənin üzərində bir büt vardı onu sağdan soldan ittim saldım.Büt düşdü parca parca qırıx-qırıx oldu.Rəsululahın omuzlarından düşdüm. Sonra ikimiz də geri qayıtdıq. Rəsul-u Əkrəm ən yaxın əqrabasını uyarmaq və haqqı təbliğ etmək ususunda Allahdan əmir alınca onları səfa təbəsində ilahi əmirləri təbliğ edincə Qureyş müşrikləri onunla istehza etmişlər.İkinci yığıncağı etməsi üşünHz Əliyə (ə) tapşırdı.Hz Əli də bir ziyafət hazırlayaraq Haşim oğullarını dəvət etdi.Rəsulullah yeməkdən sonra.Ey Əbdulmuttalib oğulları mən öncəliklə əvvala sizə və bütün insanlara göndərilmiş bulunuyorum.İçinizdən kim mənim qardaşım və dostum olaraq mənə beyət edəcək dedi.Təkcə Hz Əli (ə) əyağa qalxdı və bütün qohum-əqrabasının təpkisini gözə alaraq orda yanında Hz Muhammədin sözlərini təkrar etdi.Şəhadət edirəm ki Allah birdir Muhamməd Onun qulu və elcisidir.
Hz Peyğəmbər (s.a.v) hicrət etmədən öncə əlində olan əmanətləri sahiblərinə vermək üçün Hz Əliyə verdi tapşırdı.Və o gecə Hz Əli (ə) Rəsullahın yatağına yataraq muşrikləri təücubləndirdi.
�İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq�
yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!
(Əl-Bəqərə.207 ayə.)
Hz Əli Peyğəmbər əleyhissəlamın tapşırdığı əmanətlərini sahiblərinə qaytardıqda və sonra Mədinəyə hicrət etdi.Mədinə-də olandada Peyğəmbər əleyhisəlamın daima yanında oldu.Və bütün döyüşlərdə vuruşdu. Bədir də isə sancaqdardı. Bədir qəzasını başlamasında isə Qureşlə ilə təkpə-tək döyüşən üc kişidən biriydi.Bu döyüşdə Hasmı Vəlid bin Muhəyrəni qılıncı ilə öldürdü kimi Hz Əbu Ubeydə cətin vəziyyətə ikən köməyinə catmış və Onun Hasmınıda öldürdü.Özünə Allahın Aslanı ləqəbi və Bədir qənimətlərindən bir qılın bir kalkan bir də dəvə verildi .Hz Əli (ə) Bədir döyüşündən sonra Hz Peyğəmbər əleyhisəlamın qızı Hz Fatimə ilə evləndi nigahı kəbini Hz Peyğəmbər əleyhisəlam qıldı. Hz Əlini Hz Fatimə dən üc oğlu iki qızı dünyaya gəldi .Bütün Döyuşlərdə Hz Əli qəhrəmancasına döyüşmüş və müşriklərin ən məhşur döyüşcülərin öldürmüşdü.
Resulullah Hz Əliyə buyurdu Musa görə Harun nə isə sən mənə görə o olmaq istəməzmisin dedi. Hz.Əli (ə) geymi çox sadə idi (yəni yoxsulardan fərqlənmirdi.)
Yamaqlı geymi yamaqlı ayaqqabısı varı idi.
Hz.Əli (ə) mallaını gecə gündüz yoxsullara sərf edərdi. �Mallarını gecə və gündüz,gizli və aşkar (yoxsullara) sərf edənlərin Allah yanında böyük mükafatları vardır.Onların axirətdə heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər! (Əl-Bəqərə.274ayə.)� Hz.Əli (ə) ibadəti və səbiri ilə fərqlənirdi. �Ey iman kətirənlər! Səbr və dua ilə namazla Allahdan kömək diləyin.
Çünki Allah səbr edənlərlədir onların dostutur.(Əl-Bəqərə.153 ayə.)�
Hz.Əli (ə) şəxsən özü xalqın işlərinə yetişir, onların ağır problemləri ilə yaxından tanış olurdu.
Hz.Əli (ə) kimi ülvi bir insanın rəftar və davranışı da fərqli idi.Hər hansı bir vəziyyətdə olursa olsun yalnız Allahın razılığını nəzərdə tutur, Allaha görə olmayan işlərdən çəkinirdi.onunla döyüşə girməyə heç kəs cəsarət etmirdi. Susuz bir düşmən əsgəri ilə qarşılaşıb üzbəüz gəldikdə isə ona rəhm edib, yarasını müalicə edərdi.
O Әli ki, Peyğəmbər (s.a.v) dəfələrlə onu xalqın arasında tərifləyib buyurmuşdu: �Әli ümmətimin ən bilicisidir. Mən elmin şəhəriyəm, Әli də onun qapısıdır. Hər kəs mənim elmimi öyrənmək istəyirsə, Әliyə müraciət etsin�.
Ramazan ayının 19-da Ibni Mülcəm namazda səcdə halında olan Hz.Əli (ə) başına zəhərli bir qılıncla vurdu. Bununla da təqva və iman dağını yıxıb Hz.Əli (ə) şəhid edərək islam dünyasını matəmə qərq etdi Hz.Əli (ə) mehrabdakı xitabı budur �And olsun Allaha ki, artıq qurtuldum� səsinin dalınca mələk Cəbrailin səsi yüksəldi: �Vallahi, hidayət sütunları yıxıldı və Әli şəhid edildi.� Camaat Hz.Əli (ə) qatilini tutub imam Həsən-Müctəba təhvil verdilər. İmamın yaralı bədənini isə öz evinə apardılar.
Hz.Əli (ə) öz qatili barəsində oğlu Həsənə belə buyurdu: �Oğlum! Mənim qatilim olan bu adama xörək və su verin. Onu sərbəst buraxmayın. Әgər diri qalsam, ona nə edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc zərbəsindən artıq vurmayın.�
Amma əfsus ki, Hz.Əli (ə) daha yaşamadı. Və Ramazan ayının 21-də, 63 yaşında əbədiyyətə qovuşdu. Onun pak bədəni Nəcəfi-əşrəf şəhərində torpağa tapşırıldı.

Müəllif.Muzzəmmil.Naxcıvani
  • Shemsi это нравится
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#30 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 14 октября 2010 - 10:55

Həzrət Əli (ə) 1-cilər silsiləsidi. O, elə bir şəxsdi ki, Allah evində doğulub, Allah evində də şəhid edilib.
O, Peyğəmbərlə (s) ilk əhd-peyman bağlayan kişidir.
O, Peyğəmbərlə (s) ilk namaz qılan şəxsdir.
O, ilk dəfə "möminlərin əmiri" adlandırılan şəxsdir.
O, ilk şəxsdir ki, "siddiq" adlandırılıb.
O, Peyğəmbərin (s) təyin etdiyi ilk xəlifə və imamdır.
O, Qiyamət günü Peyğəmbərlə (s) ilk görüşəcək şəxsdir.
O, ilk şəxsdi ki, Kəbənin üstündə azan deyib.

O, Qurani-Kərimi toplayan ilk şəxsdir
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru