Перейти к содержимому


Фотография

Əli (ə) Peyğəmbərdən (s) şücaətlidirmi?


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 Fajr

Fajr

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 13 сентября 2010 - 11:51

Salam aleykum.
Axır vaxtlar hər ikinci vəhhabi saytında şiələrin əleyhinə aparılan növbəti prapaqandanın şahidi oluruğ ki, bu prapaqanda da bundan ibarətdir ki, quya şiələr, Hz. Əlinin (ə) Peyğəmbərimizdən (s) daha şücaətli olduğuna əqidə bəsləyirlər. Bu məsələyə "vəhhabisayağı" deyil, elmi şəkildə yanaşmağ istərdik.

Vəhhabilər deyirlər:

Peyğəmbər (s) buyurub: “....3 amil Əlidə var, hansı ki məndə onlar yoxdur. Onda cəsurluq var ki məndə yoxdur (yəni Peyəmbərdə yoxdu), onun həyat yoldaşı Fatiməsi var, məndə isə ona bərabər heç bir həyat yoldaşım yoxdur, onun uşaqları Hüseyn və Həsəni var ki, məndə onlara bərabər uşaqlarım yoxdur”
Mənbə: əl-Cəzairinin “Ənvər ən-Nomaniyə” kitabı
Vəhhabilərin məhşur skanı:
shucaet_meselesi.GIF

Vəhhabilərin bu hədisə iradı "onda cəsurluq var ki məndə yoxdur" cümləsinədir.

Hədisin araşdırılması:

Bu hədis mərhum Nemətullah əl-Cəzairinin "əl-Ənvar ən-Numaniyə" (1/16-17) kitabından gətirilmişdir. Şərti şəkildə desək, hədis iki hissədən ibarətdir ki, birinci hissəsi Peyğəmbərin (s), ikinci hissədə isə Əlinin (ə) fəzilətlərindən bəhs edir. Hədisin özü Peyğəmbərdən (s) nəql olunur.

İrad hədisin ləfzində keçən " فإنه اعطي شجاعة ولم اعط مثل" - "Ona elə bir şücaət əta olunub ki, məndə onun misli yoxdur" cümləsinədir.

Bu məsələyə iki ehtimal verilir. Birinci ehtimal budur ki, mərhum əl-Cəzairi hədisin mətnini qeyd edəndə xəta etmişdir. İkinci ehtimal budur ki, bu xəta əl-Cəzairinin kitabının sonraki nüsxələrində baş vermişdir. Çünki, bu hədis digər kitabların heç birində bu cür - "فإنه اعطي شجاعة ولم اعط مثل" - "Ona elə bir şücaət əta olunub ki, məndə onun misli yoxdur" - ləfznən işlənməyib.

Əksinə məhşur olan ləfz bu cürdür - "اعطي حَمواً مثلي ولم أعط مثله - "Ona elə bir qayınata (yəni, Hz. Peyğəmbər s.) vermişdir ki, mənə onun mislidə birisi əta olunmamışdır". Bu cür ləfz Şazan əl-Qumminin "Ər-Rövzə" (səh. 56) kitabında qeyd olunmuşdur. Bu cür ləfz hədisin bəlağətinə daha yaxındır, çünki gördüyünüz kimi də, hədisdə Peyğəmbər (s) övlad, zövcədən danışdığı halda qayınata və s. məsələlərə toxunmuşdur, nəinki "şücaət" kimi fərdi xüsusiyyətlərə. "Şücaət" məsələsi hədisin mətniynən və Peyğəmbərin (s) bəlağətinə açıq-aşkar zidd bir məsələdir.

Bu hədis digər bir ləfzi də bu cürdür - "فأنه أعطي إبن عم مثلي ولم أعط مثل" - "Ona elə bir əmioğlu (yani Hz. Peyğəmbər s.) əta olunub ki, mənə onun mislində bir kəs əta olunmayıb". Hədis bu cür ləfznən Əllamə Məclisinin "Biharul-Ənvar" (29/90) kitabında keçmişdir ki, bu da öz növbəsində hədisin məntinə və bəlağətinə daha uyğundur.

Gördüyünüz kimi, hədis hər iki ləfzdə Peyğəmbərin (s) öz məqamını göstərməsinə və Hz. Əli (ə)-dan daha üstün olmasına dəlalət edir. Xanım Zəhra (s), İmam Həsən (ə), İmam Hüseyn (ə) məsələsində üstünlük isə aydın məsələdir ki, nisbi üstünlükdür ki, bu üstünlüyün mütləqi yenə də Peyğəmbərə (s) şamil olunur. Çünki Xanim Zəhra (s) Peyğəmbərin (s) qızıdır, Həsən (ə) və Hüseyn (ə) isə Peyğəmbər (s) balaları və nəvələridirlər. Digər tərəfdən, Əhli-beyt (ə) məzhəbinə bu cür iradlar yağdırmağ gülüncdür, çünki hamı (helə vəhhabilərin özləri də) gözəl bilirlər ki, şiələr Hz. Peyğəmbəri (s) bütün məxluqlardan üstün bilir və əfzəl sayırlar.

Əlhəmdulillah!

Maalim.Net - Особенности школы Ахл аль-Бейт (а) и ответы на критику

Передал Хаким в "Мустадрак" (10/382):

... فأقبل رسول الله (ص) والغضب يُعرف في وجهه فقال: "ما تريدون من علي، إنَّ علياً مني وأنا منه وهو وليُّ كلِّ مؤمن بعدي". هذا حديث صحيح على شرط مسلم

Посланник Аллаха (с) сказал: «Что вы хотите от Али (а)? Али (а) от меня и я (с) от него. И он повелитель всех мусульман после меня!»

Хаким ан-Нишабури: "Хадис достоверен по условиям Муслим" и согласился с ним аз-Захаби.
ал-Албани: "Достоверен". ("ас-Силсила ас-сахиха", ал-Албани, 5/222)
Ибн Хиббан: "Достоверен". ("Сахих", Ибн Хиббан, 28/400)





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru