Digər mövzuda Peyğəmbərdən (s) yetişən "Əlini (ə) söyən, məni söymuş olar" hədisi müzakirə etdikdə digər bir məhşur hədisnən də qarşılaşdım ki, bu hədis də öz növbəsində bəzi nasibilərin "zövqünə" xələl gətirmişdir. Müzakirə edəcəyimiz hədis belədir. Peyğəmbər (s) buyurub: "Əliyə əziyyət verən kəs, mənə əziyyət vermişdir". Ləfzən bu hədis "Əlini (ə) söyən, məni söymuş olar" hədisiynən fərqli olsa da, məna cəhətindən onun oxşarıdır. Lakin bu hədisin bir xüsusiyyəti də bundan ibarədir ki, bu hədis daha geniş mətləbləri və incəlikləri açığlayır. Keçək hədisə.
əl-Albani özünün "Əs-Silsilətu əs-Səhihə" (5/373) (Səhih hədislər silsiləsi) kitabına bu hədisi də daxil etmişdir.
2295 - " من آذى عليا فقد آذاني "
(Peyğəmbər (s) buyurub): "Əliyə əziyyət verən kəs, mənə əziyyət vermişdir".