Перейти к содержимому


Фотография

Peyğəmbər (s.ə.a.s)-in zövcələrinin Hz.Əli (ə.s)-a qarşı münasibətləri


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 18 февраля 2011 - 16:12

Əhli-sünnənin 4 imamından biri olan Əhməd b. Hənbəl özünün “Müsnəd”ində yazır:

حدثنا عبد الله حدثني أبي ثنا أبو أحمد قال ثنا عبد الله بن حبيب عن حبيب بن أبي ثابت عن عطاء بن يسار قال : جاء رجل فوقع في علي وفي عمار رضي الله تعالى عنهما عند عائشة فقالت أما علي فلست قائلة حدثنا عبد الله حدثني أبي ثنا أبو أحمد قال ثنا عبد الله بن حبيب عن حبيب بن أبي ثابت عن عطاء بن يسار قال : جاء رجل فوقع في علي وفي عمار رضي الله تعالى عنهما عند عائشة فقالت أما علي فلست قائلة لك فيه شيئا واما عمار فإني سمعت رسول الله صلى الله عليه و سلم يقول لا يخير بين أمرين الا اختار أرشدهما
تعليق شعيب الأرنؤوط : إسناده صحيح على شرط مسلم

Bir nəfər Aişənin yanına gəlib Əli və Əmmara qarşı nalayiq sözlər dedi. Aişə dedi: "Əli barəsində səninlə bir söz danışmayacağam. Amma Allah Rəsulunun (s.ə.v) Əmmar barəsində belə buyurduğunu eşitdim: “O hər vaxt iki işin arasında hansı birini seçməkdə ixtiyar sahibi olsa, onun ən yaxşısını seçər.”
Şeyx Şueyb əl-Ərnaut deyir: Müslimin şərtlərinə əsasən səhihdir.

Müsnəd Əhməd, 6/113, №24864



Müsnəd Əhməd kitabının surəti, əl-Ərnautun təliqi ilə.

ayesha.jpg ayesha-0.jpg ayesha1.jpg


Həmçinin İbn Əsakir bu hədisi
Tarixi Diməşq, №9294 kitabında Əhmədin “Müsnəd”indən nəql edir.


Bəli, Ümmül-möminin Aişə Əmmara qarşı nalayiq sözlər deyilməsinin qarşısını alır, lakin Əli (ə.s)-a bu cür sözlərin deyilməsi qarşısında sükut edir!


İbn Səd
“Təbəqatul-Kübra” kitabında (c.2, səh.232) yazır:

فخرج بين رجلين تخط رجلاه في الارض بين ابن عباس تعني الفضل ، وبين رجل آخر ، قال : عبيدالله : فأخبرت ابن عباس بما قالت قال : فهل تدري من الرجل الاخر الذي لم تسم عائشة ، قال : قلت : لا ! قال ابن عباس : علي ! ان عائشة لا تطيب له نفسا بخير

Peyğəmbərin ayaqları yerlə sürünən halda iki kişinin arasında – İbni Abbas (yə`ni Fəzl) və başqa bir kişi ilə çölə çıxdı. Übeydullah deyir: Onun sözlərini Ibni Abbasa dedikdə, mənə dedi: “Ayişənin adını çəkmədiyi o biri kişinin kim olduğunu bilirsənmi?” Dedim: “Xeyr.” Ibni Abbas dedi: “O, Əli idi ki, Ayişə onun hər növ fəzilətini dilə gətirməyə ikrah hissi ilə yanaşırdı.”


aisha5.jpg aisha6.jpg



Hədisin sənədinin araşdırılması:


Bu araşdırma üçün əhli-sünnənin hədis elmində “əmiril-muminin” adlandırdıqları İbn Həcər əl-Əsqəlaninin “Təqribut-Təhzib” rical kitabına müraciət edək.

1. Əhməd b. Həccac – siqə (Təqribut-Təhzib, №23) və ya BURADAN

2. Abdullah b. Mübarək – siqə səbt (Təqribut-Təhzib, №3570) və ya BURADAN

3. Muamər b. Rəşid Əzdi – siqə səbt (Təqribut-Təhzib, №6809) və ya BURADAN

4. Yunus b. Xabbab – səduq (Təqribut-Təhzib, №7903) və ya BURADAN

5. Zühri – fəqih, hafiz (Təqribut-Təhzib, №6296) və ya BURADAN

6. Ubeydullah b. Abdullah – fəqih, siqə səbt (Təqribut-Təhzib, №4309) və ya BURADAN

Buxari öz “Səhih” kitabında c.3, səh.63-də (onlayn mənbə: 4/1614, №4178) yazır:

عبد الله بن عباس: هل تدري من الرجل الآخر الذي لم تسم عائشة؟ قال: قلت: لا، قال ابن عباس: هو علي بن أبي طالب

İbn Abbas dedi: “Aişənin adını çəkmədiyi o biri kişinin kim olduğunu bilirsənmi?” Dedim: “Yox!” İbn Abbas dedi: “O, Əli b. Əbi Talib idi.”

Göründüyü kimi Buxari İbn Abbasın dediyi Aişə onun hər növ fəzilətini dilə gətirməyə ikrah hissi ilə yanaşırdı.” – sözlərini bu hədisdə ixtisara salmışdır.

İndi isə Peyğəmbərin (s.ə.a.s) digər xanımı olan Ümmü Sələmənin Hz.Əliyə (ə.s) olan münasibətinə baxaq:

أخبرنا أحمد بن كامل القاضي ثنا محمد بن سعد العوفي ثنا يحيى بن أبي بكير ثنا إسرائيل عن أبي إسحاق عن أبي عبد الله الجدلي قال : دخلت على أم سلمة رضي الله عنها فقالت لي : أيسب رسول الله صلى الله عليه و سلم فيكم فقلت معاذ الله أو سبحان الله أو كلمة نحوها فقالت : سمعت رسول الله صلى الله عليه و سلم يقول : من سب عليا فقد سبني

Əbu Əbdullah əl-Cədəli belə nəql edir: "Ümmü Sələmənin yanına gəldim. O məndən: "Aranızda Allahın Peyğəmbərini (s) söyürlər?" - deyə soruşdu. Mən "SübhanAllah və ya "Allah eləməsin",-dedim. O dedi: "Allah Peyğəmbərindən (s) belə eşitmişəm: "Əlini söyən kəs şübhəsiz ki, məni söymüş olar".



Bu hədisi nəql edəndən sonra Hakim yazır:

هذا حديث صحيح الإسناد و لم يخرجاه

Bu hədisin isnadı səhihdir, lakin onlar (Buxari və Müslüm, bu hədisi öz kitablarına) daxil etməyiblər.

əz-Zəhəbi "Müstədrəkə" yazdığı "Təlxis"-ində bu hədisdən sonra buyur:

صحيح - (Bu hədis) səhihdir.



Həmçinin, Əhməd b. Hənbəl də bu hədisi qeyd edib:

حدثنا عبد الله حدثني أبى ثنا يحيى بن أبى بكير قال ثنا إسرائيل عن أبى إسحاق عن عبد الله الجدلي قال دخلت على أم سلمة فقالت لي : أيسب رسول الله صلى الله عليه و سلم فيكم قلت معاذ الله أو سبحان الله أو كلمة نحوها قالت سمعت رسول الله صلى الله عليه و سلم يقول من سب عليا فقد سبني
تعليق شعيب الأرنؤوط : إسناده صحيح

Əbu Əbdullah əl-Cədəli belə nəql edir: "Ümmü Sələmənin yanına gəldim. O məndən: "Aranızda Allahın Peyğəmbərini (s) söyürlər?",-deyə soruşdu. Mən "SübhanAllah və ya "Allah eləməsin",-dedim. O dedi: "Allah Peyğəmbərindən (s) belə eşitmişəm: "Əlini söyən kəs şübhəsiz ki, məni söymüş olar".
Şeyx Şueyb əl-Ərnaut deyir: isnadı səhihdir.

Müsnəd Əhməd, 6/323, №26791



Bir tərəfdə Hz.Əli (ə.s) barədə susan Peyğəmbər xanımı, digər tərəfdə isə Hz.Əliyə (ə.s) söyülməsinə üsyan edən Peyğəmbər xanımı.

Vəssəlam.

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru