Yadımdadır-anası evdə olmayan körpə qızım ,məni cox istədiyindən,anasının yanımda qiymətini cox eləməkdən cəkinərək-adyal altında hıcqırırdı.Ona niyə ağlayırsan soranda,o-mamamı itəyiləm-dedi. Mənim kimi zalım-qan icən iblis-inanın ki-o gecə gordüyüm səhnədən dəhşətə cəlib ağladım.Uşaq anasının xalatını qucub-necə də xoşbəxt röyalara qapılmışdı.Budur bu məxluqların SİRRİ. Budur ALLAHIMIZIN onlara bəxş etdiyi kəramət.Onlarsız dünya zənnimcə zülmət və qaranlıq olardı.Onlarsız həyat -həyat adlı bir cəhənnəmə cevrilər,bizlər isə iblislər kimi bu cəhənnəmi dolaşardıq!
Cənnət ANALARIN ayaqları altındadır-buyrulmuşdur. Mən də cənnətə getmək istəyirəm və bəşər evladının arzusudur bu. O zaman o ayaqlar altındakı yola -nə xoşbəxt ki-yolcu olam.
Bu gündə hər birinizə dualarım var-ey bəşər tarixinin qızıl yazıları! Hər biriniz qəlbimizin aynasında kölgəsiz və şəffafsınız! Cün Cənnətin nişanəsi var Sizlərdə-cənnət isə ləkə götürməz.Fərqli fikirlər olsa belə-dünyamızda adınıza coxlu əyriliklər,yaraşmaz əməllər olsa belə-külək əsər və torpaq altdan bahar cicəkləri cücərər.Yağışlar yağar,aranızdakı qanqallar cürüyər- güllər isə ətir sacar!
Bayramınız mübarək-bayramlara zinət olan məxluqlar ! Bayramınız qəlbinizə və özünüzə layiq olsun-cənnət əhli! ALLAH- hər birinizə cəkdiyiniz əziyyət müqabilində-savab yollar acsın ki,o yolun hər iki tərəfi-xoş günlərin cılcıraqları ilə işıqlansın.Zülmətiniz yox-günəşiniz var olsun QADİNLAR!
Сообщение отредактировал MIROTVORES70: 08 марта 2011 - 02:07