Перейти к содержимому


Фотография

Hüseyinə yerlər ağlar, göylər ağlar


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 13

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 октября 2011 - 11:10

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

bildiyiniz kimi, nasibilərin üzərində xüsusi ilə durduqları məsələlərdən biri də Aşura günü və Şiələrin bu günə olan münasibətləridir. imam Hüseyin a.s üsyanı ilə Əməvilərin əslində kim olduqlarını tam şəkildə ortaya qoyduğu üçün nasibilər bu məsələyə xüsusi önəm verirlər. çünkü bugünün Əməvilərini qorumaq üçün imam Hüseyin a.s, Aşura və "Hər gün Aşura, hər yer Kərbala" şuarı unudulmalıdır. biz inşaAllah bu mövzuda səhih sənədlər ilə imam Hüseyin a.s və Kərbala şəhidləri üçün ağlamağın, yas tutmağın sünnə olduğunu ortaya qoyacağıq. beləliklə sözü uzatmadan keçək hədislərə:


#2 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 октября 2011 - 11:32

1. Rəsulullahın s.a.a ağlamağı:

1-1. Rəsulullahın s.a.a imam Hüseyin a.s-ın şəhadətindən öncə ağlamağı:


1-1-1. imam Əli a.s-ın rəvayətində:


maktel-ebu yala.JPG
kitab: "əl-Müsnəd", 1/298, hədis 363
müəllif: Əbu Yalə əl-Mövsili



حدثنا أبو خيثمة حدثنا محمد بن عبيد أخبرنا شرحبيل بن مدرك عن عبد الله بن نجي عن أبيه : أنه سار مع علي وكان صاحب مطهرته فلما حاذى نينوى وهو منطلق إلى صفين فنادى علي : إصبر أبا عبد الله إصبر أبا عبد الله بشط الفرات قلت : وماذا يا أبا عبد الله ؟ قال : دخلت على النبي صلى الله عليه و سلم ذات يوم وعيناه تفيضان قال : قلت : يا نبي الله : أغضبك أحد ؟ ما شأن عينيك تفيضان ؟ قال : بل قام جبريل قبل فحدثني أن الحسين يقتل بشط الفرات قال : فقال : هل لك أن أشمك من تربته ؟ قال قلت : نعم قال : فمد يده فقبض قبضة من تراب فأعطانيها فلم أملك عيني أن فاضتا
...Abdullah b. Nəciy atasından belə nəql etmişdir: mən Əli ilə birlikdə yolda gedirdim. Ninevyay çatdıqda o Sıffına (muaviyə üzərinə) gedərkən belə dedi: "səbr elə ey Əbu Abdullah, səbr elə ey Əbu Abdullah, Fərat sahilində səbr elə" mən ona dedim "ey Əbu Abdullah" nədir (yəni mənası nədir)? dedi: "bir gün Rəsulullahın s.a.a yanına getdim, gözlərindən yaşlar axırdı. dedim ki: "ya Rəsulullah! nə üçün ağlayırsan?" dedi ki: "biraz əvvəl Cəbrail yanımda idi. mənə Hüseyinin Fərat sahilində öldürüləcəyini dedi və əgər istəsəm öldürüləcəyi yerin torpağının iyini mənə iylədəcəyini də dedi. əlini uzatdı və bir ovuc torpaq gətirib mənə verdi. məndə o torpağı görəndə özümə hakim ola bilmədim, yaşlar axmağa başladı"


hədisdən sonra kitabın mühəqqiqi nasibi Hüseyin Salim Əsəd deyir:



قال حسين سليم أسد : إسناده حسن
Hüseyin Salim Əsəd: isnad həsən

Əbu Yalə əl-Mövsili, "Müsnəd", 1/298, hədis 363


hədisi ibni Kəsir "əl-Bidayə vən Nihayə" 8/218-də Əhməd b. Hənbəldən nəql etmişdir. təkrara yol verməmək üçün yazmıram. həmçinin hədisi Heysəmi, "Məcmə əz-Zəvaid"də rəvayət etdikdən sonra deyir:



رواه أحمد وأبو يعلى والبزار والطبراني ورجاله ثقات ولم ينفرد نجي بهذا
Əhməd, Əbu Yalə, Bəzzar və Təbərani rəvayət etmişdirlər və ricalları "Siqat" (güvənilir)dir.

Heysəmi, "Məcmə əz-Zəvaid", 9/300, hədis 15112


eyni ilə Buseyri bu hədisi nəql etdikdən sonra deyir:



رواه أبو بكر بن أبي شَيْبَة وأحمد بن حنبل ، وأَبُو يَعْلَى بسند صحيح
Əbu Bəkir b. Əbu Şeybə, Əhməd b. Hənbəl və Əbu Yalə səhih isnad ilə rəvayət etmişdirlər.

Buseyri, "İthaful xıyaratul Məhara", 7/237-238, hədis 6753


və eyni ilə nasibilərin ulu mühəddisi əl-Albani "Silsiləti əhadis əs-Səhihə" 1171-ci hədisdə səhihliyini təsdiq etmişdir.


#3 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 октября 2011 - 11:56

1-1-2 Ənəs b. Malikin rəvayətində:

maktel-ibni hibban 6742.JPG
kitab: "əs-Səhih"
müəllif: ibni Hibban



أخبرنا الحسن بن سفيان قال : حدثنا شيبان بن فروخ قال : حدثنا عمارة بن زاذان قال : قال : حدثنا ثابت : عن أنس بن مالك قال : استأذن ملك القطر ربه أن يزور النبي صلى الله عليه و سلم فأذن له فكان في يوم أم سلمة فقال النبي صلى الله عليه و سلم : ( احفظي علينا الباب لا يدخل علينا أحد ) فبين هي على الباب إذ جاء الحسين بن علي فظفر فاقتحم ففتح الباب فدخل فجعل يتوثب على ظهر النبي صلى الله عليه و سلم وجعل النبي يتلثمه ويقبله فقال له الملك : أتحبه ؟ قال : ( نعم ) قال : أما إن أمتك ستقتله إن شئت أريتك المكان الذي يقتل فيه ؟ قال : ( نعم ) فقبض قبضة من المكان الذي يقتل فيه فأراه إياه فجاءه بسهلة أو تراب أحمر فأخذته أم سلمة فجعلته في ثوبها
قال ثابت : كنا نقول : إنها كربلاء
...Ənəs b. Malikdən dedi: yağış mələyi Rəsulullahın s.a.a yanına gəlmək üçün icazə istədi. (Rəsulullah s.a.a) icazə verdikdə mələk içəri girdi. Rəsulullah s.a.a Ümmü Sələməyə "qapını bağla və qapıda dur ki, heç kim yanımıza gəlməsin" dedi. ancaq Hüseyin b. Əli gəldi, qaçaraq içəri girdi və Rəsulullahın s.a.a çiyninə çıxdı. mələk Rəsulullaha s.a.a "sən bunu sevirsən?" dedi. Rəsulullah s.a.a "hə" dedi. mələk "sənin ümmətin onu öldürəcəkdir. istəyirsənsə öldürüləcəyi yeri də sənə göstərim" dedi və bundan sonra əlini çırdı və Rəsulullaha s.a.a qırmızı bir torpaq göstərdi. Ümmü Sələmə də o torpağı alıb paltarının bir ucuna düyümlədi. biz Hüseyinin Kərbəlada öldürüləcəyini əvvəllər eşidərdik.


ibni Hibbanın nəzərinə görə hədis səhihdir çünkü o bu kitabında ancaq səhih hədisləri toplamışdır. həmçinin kitabın mühəqqiqi nasibi Şueyb əl-Arnaut deyir:



قال شعيب الأرنؤوط : حديث حسن
Şueyb əl-Arnaut dedi: hədis həsən.

ibni Hibban, "əs-Səhih", 5/142, hədis 6742


bu hədisi Əhməd b. Hənbəl də rəvayət etmişdir. kitabın mühəqqiqi Əhməd Şakir hədisdən sonra deyir:



إسناده صحيح
isnad səhih

Əhməd b. Hənbəl, "Müsnəd", hədis 13473
(qardaşımız master_ierin postu)


həmçinin hədisi Əbu Yalə əl-Mövsili də rəvayət etmişdir. təkrar olmasın deyə yazmıram, ancaq kitabın mühəqqiqi nasibi Hüseyin Səlim Əsədin hədis haqqında ki, bəyanını yazmamaq olmaz:



قال حسين سليم أسد : إسناده حسن
Hüseyin Səlim Əsəd: isnad həsən

Əbu Yalə əl-Mövsili, "Müsnəd", 6/129, hədis 3402


eyni ilə, Heysəmi "Məcmə əz-Zəvaid" də rəvayət etdikdən sonra deyir:



رواه أحمد وأبو يعلى والبزار والطبراني بأسانيد وفيها عمارة بن زاذان وثقه جماعة وفيه ضعف وبقية رجال أبي يعلى رجال الصحيح
Əhməd, Əbu Yalə, Bəzzar və təbərani rəvayət etmişdirlər. Əbu Yalənin ricalları "Səhih"in ricallarıdır.

Heysəmi, "Məcmə əz-Zəvaid" 9/300, hədis 15111


həmçinin Buseyri rəvayət etdikdən sonra deyir:



رواه أبو يَعْلَى وابن حبان في صحيحه
Bu Yalə və ibni Hibban "Səhih"də rəvayət etmişdir.

Buseyri, "İthaful xıyaratul Məhara", 7/239, hadis 6757


  • qulam это нравится

#4 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 октября 2011 - 12:21

1-1-3. Ümmü Sələmə anamızın r.a rəvayətində:

maktel-fedail 1357.JPG
kitab: "Fədail əs-Səhabə", 2/965, hədis 1357
müəllif: Əhməd b. Hənbəl



حدثنا عبد الله قال حدثني أبي قثنا وكيع قال حدثني عبد الله بن سعيد عن أبيه عن عائشة أو أم سلمة قال وكيع شك هو أن النبي صلى الله عليه وسلم قال لأحداهما لقد دخل على البيت ملك لم يدخل على قبلها فقال لي إن ابنك هذا حسين مقتول فإن شئت آتيك من تربة الأرض التي يقتل بها قال فأخرج إلى تربة حمراء
...Səid Aişə və ya Ümmü Sələmədən rəvayət etdi: Rəsulullah s.a.a dedi: "evə heç kimi buraxma, mələk ilə danışacağam" sonra dedi: (mələk) Hüseyinin öldürüləcəyini və əgər istəsəm onun öldürüləcəyi yerin torpağını göstərə biləcəyini dedi. sonra qırmızı bir topraq gətirdi.


hədisdən sonra kitabın mühəqqiqi Vəsiyullah b. Muhəmməd Abbas deyir:



إسناده صحيح
isnad səhih

Əhməd b. Hənbəl, "Fədail əs-Səhabə", 2/770, hədis 1357


hədisi ibni Kəsir "əl-Bidayə və Nihayə" 8/218-də Əhməd b. Hənbəldən rəvayət etmişdir. təkrara yer verməmək üçün yazmıram. sadəcə bunu deyim ki, türk sünnülər kitabı tərcümə edərkən bu hədisi çıxarıblar. həmçinin Hakim "Müstədrək"də biraz fərq ilə rəvayət etmişdir. hədisdən sonra Hakim və nasibilərin ulu imamı əz-Zəhəbi deyirlər:



هذا حديث صحيح على شرط الشيخين ولم يخرجاه
تعليق الذهبي قي التلخيص : مر هذا على شرط البخاري ومسلم
(Hakim): hədis şeyxeynin (Buxari və Müslüm) şərtlərinə görə səhihdir və rəvayət etməmişdirlər.
əz-Zəhəbi: Buxari və Müslüm şərtlərinə görə (səhih)

Hakim, "Müstədrək", 4/440, hədis 8202



#5 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 октября 2011 - 12:42

1-2. Rəsulullahın s.a.a imam Hüseyin a.s-ın şəhadətindən sonra ağlamağı:

nasibilər bu başlğı görəndə dəli olarlar ki, "belə şey olar? Hüseyin öldürüləndə Rəsulullah çoxdan ölmüşdü" məndə cavab olara deyirəm ki, olar. və bunu səhabə r.a nəql etmişdir.

1-2-1. ibni Abbas r.a-ın rəvayətində:


maktel-ahmed 2165.JPG
kitab: "Müsnəd", 1/242, hədis 2165
müəllif: Əhməd b. Hənbəl



حدثنا عبد الله حدثني أبي ثنا عبد الرحمن ثنا حماد بن سلمة عن عمار بن أبي عمار عن بن عباس قال : رأيت النبي صلى الله عليه و سلم في المنام بنصف النهار أشعث أغبر معه قارورة فيها دم يلتقطه أو يتتبع فيها شيئا قال قلت يا رسول الله ما هذا قال دم الحسين وأصحابه لم أزل أتتبعه منذ اليوم قال عمار فحفظنا ذلك اليوم فوجدناه قتل ذلك اليوم
...Əmmar b. Əbu əmmar ibni Abbas r.a dedi: Rasulullahı s.a.a günün ortasında yuxu halında tozlu və saçı başı dağınıq halda gördüm, əlində içi qan dolu bir şüşə var idi. dedim ki "ya Rəsulullah! bu nədir?" buyurdu ki: "Hüseyinin və əshabının qanıdır" (ibni Abbbas r.a) mən o gündən etibarən bu hadisənin nə zaman olacağını gözləyirdim.

(hədisin ravisi) Əmmar dedi: biz o günü hesabladıq və sonradan anladğımıza görə Hüseyin o gün öldürülmüşdü.


hədisdən sonra mühəqqiq Şueyb əl-Arnaut deyir:



تعليق شعيب الأرنؤوط : إسناده قوي على شرط مسلم
Şueyb əl-Arnaut: Müslümün şərtinə görə qəvi (gözəl)

Əhməd b. Hənbəl, "Müsnəd", 1/242, hədis 2165


həmçinin hədisi Əhməd b. Hənbəl "Fədail əs-Səhabə"də rəvayət etmişdir. kitabın mühəqqiqi Vəsiyullah b. Muhəmməd Abbas hədis haqqında deyir:



إسناده صحيح
isnadı səhih

Əhməd b. Hənbəl, "Fədail əs-Səhabə", 2/778, hədis 1380


ibni Kəsir "əl-Bidayə vən Nihayə" 8/219 hədisi Əhməd b. Hənbəldən nəql edəndən sonra deyir:



إسناده قوي
isnad qəvi (gözəl)

ibni Kəsir "əl-Bidayə vən Nihayə" 8/219


eyni hədisi Təbərani "Mucəm əl-Kəbir" 3/110-da nəql etmişdir. həmçinin Hakim "Müstədrdək"də nəql etmişdir. Hakim ilə birlikdə əz-Zəhəbi deyir:



هذا حديث صحيح على شرط مسلم ولم يخرجاه
تعليق الذهبي قي التلخيص : على شرط مسلم
(Hakim): bu hədis Şeyxeyn (Buxari və Müslüm) şərlərinə görə səhihdir və rəvayət etməyiblər.
əz-Zəhəbi: Müslüm şərtinə görə (səhih)

Hakim, "Müstədrək," 4/439, hədis 8201


Heysəmi "Məcmə əz-Zəvaid"də nəql etdikdən sonra deyir:



رواه أحمد والطبراني ورجال أحمد رجال الصحيح
Əhməd və Təbərani rəvayət etmişdir və ricalları "Səhih"in ricallarıdır.

Heysəmi, "Məcmə əz-Zəvaid", 9/130, hədis 15141


həmçinin Buseyri nəql edəndən sonra deyir:



رواه أبو بكر بن أبي شَيْبَة وأحمد بن حنبل وأحمد بن منيع وعبد بن حميد بسند صحيح
Əbu Bəkir b. Əbu Şeybə, Əhməd b. Hənbəl və Əbd b Humeyd səhih isnad ilə rəvayət etmişdirlər.

Buseyri, "İthaful xıyaratul Məhara", 7/238, hədis 6754



#6 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 октября 2011 - 12:50

1-2-2. Ümmü sələmə anamızın r.a rəvayətində:

maktel-tirmizi 3771.JPG
kitab: "Sünən"
müəllif: Tirmizi



حَدَّثَنَا أَبُو سَعِيدٍ الْأَشَجُّ حَدَّثَنَا أَبُو خَالِدٍ الْأَحْمَرُ حَدَّثَنَا رَزِينٌ قَالَ حَدَّثَتْنِي سَلْمَى قَالَتْ دَخَلْتُ عَلَى أُمِّ سَلَمَةَ وَهِيَ تَبْكِي فَقُلْتُ مَا يُبْكِيكِ قَالَتْ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَعْنِي فِي الْمَنَامِ وَعَلَى رَأْسِهِ وَلِحْيَتِهِ التُّرَابُ فَقُلْتُ مَا لَكَ يَا رَسُولَ اللَّهِ قَالَ شَهِدْتُ قَتْلَ الْحُسَيْنِ آنِفًا
...Səlma dedi: Ümmü Sələmənin yanına getmişdim, ağlayırdı. "nə üçün ağlayırsan?" dedim. dedi ki "Rəsulullahı s.a.a yuxuda gördüm, saçı və saqqlaı torpaqlı idi. sənə nə oldu ey Allahın Rəsulu?" dedim. buyurdu ki: "biraz əvvəl Hüseyinin öldürülməyinə şahid oldum"


hədisdən sonra Tirmizi deyir:



قَالَ هَذَا حَدِيثٌ غَرِيبٌ
Bu hədis qəribdir

Tirmizi, "Sünən”, Mənaqib, hədis 3771


lakin əl-Alabni razı deyil. kişi deyir ki, hədis səhihdir.


#7 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 октября 2011 - 12:53

1-3. Rəsulullah s.a.a-dan bu mövzuda gələ hədislərin mütəvatir olmağı:

əhli sünnə hədis və tarix alimi ibni Əsakir deyir:



ما ورد عن النبي (ص) بنحو التواتر في إخباره، عن شهادة ريحانته الإمام الحسين بكربلاء، أو بأرض الطف، وبكائه عليه قبل وقوع الحادثة
imam Hüseyinin Kərbalada şəhid ediləcəyi Nəbi s.a.a-dən mütəvatir olaraq rəvayət edilmişdir.

ibni Əsakir, "imam Hüseyinin biyoqrafyası", səhifə 236



#8 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 октября 2011 - 12:57

nəticə: bütün müsəlmanlar Rəsulullahın s.a.a sözünün, felinin və təqririnin sünnə olduğuna icma etmişdir. bu hədislərdən əldə etdiklərimiz isə:

1. Rəsulullah s.a.a imam Hüseyinin a.s həyatda olduğu dönəmdə imamın a.s şəhadəti üçün ağlamışdır.
2. Hz. Cəbrail və yağış mələyi bu hadisəni bir neçə dəfə təkrarən bildirmişdir ki, bu hadisənin önəmini göstərir.
3. mələklər a.s Rəsulullaha s.a.a Kərbəla torpağını gətirmişdirlər.
4. Rəsulullah s.a.a bu torpağı Hz. Ümmü Sələmə anamıza r.a vermiş və o da bunu evində saxlamışdır.
5. Rəsulullah s.a.a imamın a.s şəhadətindən sonra əza saxlayan halda olmuşdur, paltarı, saçı və saqqalı toz və torpaq içərisində olmuşdur.

elə isə bu əməllər sünnədir və sünnənin inkarı küfürdür.


#9 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 октября 2011 - 12:58

2. Cinlərin ağlamağı:

2-1. Ümmü Sələmə anamızın r.a rəvayətində:


maktel-taberani 2862.JPG
kitab: "Mucəm əl-Kəbir", 3/121, hədis 2862
müəllif: Təbərani



حدثنا علي بن عبد العزيز ، ثنا حجاج بن المنهال ، ثنا حماد بن سلمة ، عن عمار بن أبي عمار ، عن أم سلمة رضي الله عنها قالت : " سمعت الجن تنوح على الحسين بن علي رضي الله عنه
...Əmmar b. Əbu Əmmar Ümmü Sələmə r.a-dan belə nəql edib: "icnlərin Hüseyin b. Əli r.a üçün ağladıqlarını eşitdim"

Təbərani, "Mucəm əl-Kəbir", 3/121, hədis 2862


Heysəmi "Məcmə əz-Zəvaid"də eyni hədisi qeyd etdikdən sonra deyir:



رواه الطبراني ورجاله رجال الصحيح
Təbərani rəvayət etmişdir və ricalları "Səhih"in ricalalrıdır.

Heysəmi, "Məcmə əz-Zəvaid", 9/321, hədis 15179


eyni hədisi Əbu Nuaym əl-İsfahani "Marifət əs-səhabə" 5/331-də başqa bir sənəd ilə Ümmü Sələmə r.a-dan nəql etmişdir. həmçinin ibni Kəsir "əl-Bidayə vən Nihayə" 8/220-də Əhməd b. Hənbəldən nəql etmişdir.


#10 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 октября 2011 - 13:19

2-2. Hz. Meymunə anamızın r.a rəvayətində:

maktel-heysemi 1580.JPG
kitab: "Məcmə əz-Zəvaid", 9/321, hədis 15180
müəllif: Heysəmi



وعن ميمونة قالت : سمعت الجن تنوح على الحسين بن علي
və Meymunədən dedi: "cinlərin Hüseyin b. Əli r.a üçün ağladıqlarını eşitdim"


hədisdən sonra heysəmi deyir:



رواه الطبراني ورجاله رجال الصحيح
Təbərani rəvayət etmişdir və ricalları "Səhih"in ricallarıdır.

Heysəmi, "Məcmə əz-Zəvaid", 9/321, hədis 15180


həmçinin Əbu Nuaym əl-İsfəhani "Marifət əs-Səhabə" 5/30-da başqa bir sənəd ilə Hz. Meymunə anamızdan r.a nəql etmişdir.


#11 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 октября 2011 - 13:34

3. göylərin və yerlərin ağlamağı:

nasibi ibni Kəsir bu mövzuda deyir:



ولقد بالغ الشيعة في يوم عاشوراء، فوضعوا أحاديث كثيرة كذباً فاحشاً‏.‏ من كون الشمس كسفت يومئذ حتى بدت النجوم، وما رفع يومئذٍ حجر إلا وجد تحته دم، وأن أرجاء السماء احمرت، وأن الشمس كانت تطلع وشعاعها كأنه دم، وصارت السماء كأنها علقة، وأن الكواكب ضرب بعضها بعضاً، وأمطرت السماء دماً أحمر، وأن الحمرة لم تكن في السماء قبل يومئذٍ، ونحو ذلك
Şiələr Aşura günü haqqında şişirtmə rəvayətlər nəql ediblər və bu məsələdə yalan və əsilsiz bir çox hədis uydurublar. məsələn Hz. Hüseyinin öldürüldüy zaman Aşura günündə ünəşin tutulduğu və ulduzların ortaya çıxdığını, o gün hansı daş qaldırılarsa altında mütləq qan göründüyünü, göyün kənarlarının qızardığını, günəşin çıxarkən qan kimi ışıqlar saçdığını, ulduzların bir-birinə çırpıldığını, o günə qədər daha öncə o şəkildə səmada bir qırmızılıq görünmədiyini iddia ediblər. və buna bənzər bir çox yalanlar uydurublar.

ibni Kəsir, "əl-Bidayə vən Nihayə", 8/220


və mən deyirəm ki, ibni Kəsirin burada iddia etdiyi bəzi şeylərin, məsələn ulduzların bir-birinə çırpılmağını və s. heç bir rafizi kitabında ögrməmişəm. ama qalan şeylərə gəldikdə isə biz kimin yalan danışdığının aşkara çıxmağı üçün əhli sünnə mənbələrindən bir neçə rəvayət ilə kifayətlənəcəyik:

3-1. Ümmü Həkimin rəvayəti:


maktel-heysemi 15161.JPG
kitab: "Məcmə əz-Zəvaid", 9/316, hədis 15161
müəllif: Heysəmi



وعن أم حكيم قالت : قتل الحسين وأنا يومئذ جويرية فمكثت السماء أياما مثل العلقة
və Ümmü Həkimdən dedi: "Hüseyinin şəhid edildiyi gün mən balaca qız idi, göyün üzü bir neçə gün qırmızı rəngdə qalmışdı"


hədisdən sonra Heysəmi deyir:



رواه الطبراني ورجاله إلى أم حكيم رجال الصحيح
Təbərani rəvayət etmişdir və ricalları "Səhih"in ricallarıdır.

Heysəmi, "Məcmə əz-Zəvaid", 9/316, hədis 15161



#12 ƏLİ HAQDİR

ƏLİ HAQDİR

    Jundi – Soldier

  • Ibtidai
  • 7 сообщений

Отправлено 07 ноября 2011 - 19:10

Allah razi olsun

#13 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 29 ноября 2011 - 13:32

4. Əhli-beyt (ə.s) üçün göz yaşı tökmək


حدثنا أحمد بن إسرائيل قال رأيت في كتاب أحمد بن محمد بن حنبل رحمه الله بخط يده نا اسود بن عامر أبو عبد الرحمن قثنا الربيع بن منذر عن أبيه قال : كان حسين بن علي يقول من دمعتا عيناه فينا دمعة أو قطرت عيناه فينا قطرة اثواه الله عز و جل الجنة


Əhməd bin İsrail bizə rəvayət etdi və dedi: Mən Əhməd bin Hənbəlin ® öz şəxsi əlyazmasından oxudum ki, bizə Əsvəd b. Amir Əbu Əbdur-Rəhman rəvayət etdi və dedi: ər-Rubey b. Munzir atasından onun belə dediyini rəvayət etdi: Hüseyn bin Əli deyərdi: Hər kim bizim üçün ağlasa, yaxud bir damla göz yaşı töksə, Allah onu cənnətlə mükafatlandırar.

Fədail əs-Səhabə, c.2, s.675, #1154


Hədisin sənədinin araşdırılması:

1. Əhməd b. İsrail

(Zəhəbi dedi:) İmam, hafiz, fəqih, alimlərin şeyxidir (şeyxul-uləma). Xətib (əl-Bağdadi) dedi: səduq və arifdir. (əz-Zəhəbi, Təzkirət əl-Huffaz, c.3, s.868, #838)

2. Əhməd b. Hənbəl

Əhli-sünnənin 4 imamından biridir.

3. Əsvəd b. Amir

Kutubi-Sittənin ravisidir. İbn Həcər dedi: siqədir. əz-Zəhəbi dedi: imamdır, hafizdir, səduqdur. İbn Muin dedi: la bəsə bihi (o, bu termini siqə ravilər üçün işlədir). İbn əl-Mədini dedi: siqədir. Əbu hatim dedi: səduqdur, salehdir. İbn Sad dedi: salihul-hadisdir. İbn Hibban onu "əs-Siqət" əsərində zikr edib. (Təhzib ət-Təhzib, c.1, s.297, #619, Təqrib ət-Təhzib, c.1, s.146, #503, Siyər əlam ən-Nubəla, c.10, s.113).

4. ər-Rubey b. Munzir

əl-İcli dedi: siqədir. (Mərifət əs-Suqat, c.1, s.356).

5. Munzir b. Yalə əs-Səuri

Kutubi-Sittənin ravisidir. İbn Həcər dedi: siqədir. İbn Sad, İbn Muin, əl-İcli, ibn Xərraş onu siqə hesab ediblər. İbn Hibban "əs-Siqət" əsərində zikr edib. (Təhzib ət-Təhzib, c.10, s.270, #532, Təqrib ət-Təhzib, c.2, s.533, #6894).


Hədisə tutulan irad:

Munzir b. Yalə 6-cı təbəqədəndir, ona görə də o, səhabələrdən rəvayət nəql edə bilməz, o cümlədən də İmam Hüseyndən (ə.s). Rəvayətin sənədi qopuqdur.

Cavab:

İrad yersizdir.

1. İbn Həcərin "Təhzib ət-Təhzib" əsərində onun Rabi b. Xəseymdən (səhabə deyil) rəvayət etdiyi qeyd edilmişdir və o, hicrətin 63-cü ilində vəfat etmişdir.
2. İbn Sad "ət-Təbəqat" əsərində Munziri 3-cü təbəqədə zikr etmişdir.

Növbəti irad:

İbn Sad bundan qabaqkı səhifələrdə ikinci təbəqədə İbn Abbas, Abdullah b. Ömər, Əbu Hüreyrə, Cabir b. Abdullah kimi səhabələrdən rəvayət edən şəxsləri zikr etmişdir. Əgər üçüncü təbəqədə olan Munzir b. Yalə hicrətin 78-ci ilində vəfat edən Cabir b. Abdullahdan rəvayət etməmişdirsə, 61-ci ildə şəhid olan İmam Hüseyndən (ə.s) necə rəvayət edə bilər?

Cavab:

Bu kimi iradlar sadəcə hədis elminə dar çərçivələrdən baxan insalara xas ola bilər. Əgər Munzir b. Yalə Cabir b. Abdullahdan sadəcə bir neçə il sonra vəfat edən Muhəmməd bin Hənəfiyyədən rəvayət edirbsə, bu o demək deyil ki, Cabiri görməmiş və ya Cabirin zamanında yaşamamışdır. Bir kəslə eyni zamanda, hətta eyni məkanda yaşamaq ondan mütləq hədis rəvayət etməli olduğunu göstərmir. İbn Sadın da qeyd etdiyi kimi "قليل الحديث" yəni, az sayda rəvayətləri var. Bundan əlavə, yuxarıda da zikr etdiyimiz kimi, Rabi səhabə olmasa belə, hicətin 63-cü ilində vəfat edib və Munzir ondan rəvayət etmişdir.

O zaman Hüseyn b. Əli b. Əbu Talibdən (ə.s) rəvayət etməsinə nə mane olur ki?

Maneə yalnız bir şeydir: Hədisi qəbul etməyə imkan verməyən nasibi ruh. Bu elə bir şeydir ki, insanın xəbəri də olmadan ruhuna hopur və yavaş-yavaş insanı cəhənnəmə sürükləyir. Allah sizləri bundan qorusun.

Xüsusi qeyd: Gələcəkdə hədisin mətninə tutula biləcək iradlara cavab olaraq deyirik ki, bu hədis o demək deyil ki, İmam Hüseynə (ə.s) hər ağlayan cənnətə düşəcək. Hədis barədə dərin düşünən insanlar üçün aydındır ki, İmam Hüseyn (ə.s)-a həqiqi yas tutanlar - onu tanıyan, şəhadətini dərk edən və özünü ağlamağa məcbur etməyən kəslərdir.

İmam Hüseynə (ə.s) sadəcə dilində deyil, əməlində də sevgisini nümayiş etdirən insanların gözləri hər namazda Kərbəla torpağından olan möhürə səcdə edəndə də yaşla dolar. Onlar üçün hər gün Aşura, hər yer Kərbəladı.
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#14 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 14 января 2012 - 11:31

İmam Rza əleyhissalam buyurub: “Hər kim bir işin görülməsinə razı olarsa, o işi görmüş kimidir”. Əgər bir şəxs şərqdə öldürülərsə, onun öldürülməsinə qərbdə razı olan şəxs şəriətə görə qatil ilə şərikdir. Bu səbəbdəndir ki, Həzrət Sahibəz-zaman İmam Mehdi (ə.c) zühurdan sonra İmam Hüseyn əleyhissalamın qatillərinin nəsillərindən qalanları və bu işə razı olanları qətlə yetirəcəkdir.
“Bəqərə” surəsi, ayə 190: “Onlarla müharibə edib onları öldürün ki, yer üzündə fitnənin kökü kəsilsin və itaət Allah taalaya məxsus olsun”. Bu ayənin təfsiri haqqında deyib “İmam Rza əleyhissalamdan hökmlərin səbəbi haqqında soruşulanda həzrətə deyildi: -Ey Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in balası! İmam Sadiq əleyhissalamdan nəql olunan bu rəvayət haqqında nə deyirsiniz? İmam Zaman əleyhissalam zühur edəndə İmam Hüseyn əleyhissalamın qatillərinin övladlarını onların babalarının əməllərinə görə öldürəcək? İmam Rza əleyhissalam buyurdu: -Bəli, o cürdür. Bu vaxt İmam əleyhissalama dedilər: -Elə isə Allah taalanın bu kəlamının, (Heç bir günahkar başqa bir günahkarın cəzasını çəkməyəcək. “Fatir” surəsi, ayə 18) mənası nədir? İmam Rza əleyhissalam buyurdu: -Allah taalanın bütün sözləri düzdür, lakin İmam Hüseyn əleyhissalamın qatillərinin övladları babala-rının əməllərindən razı olub ona iftixar edirlər. Hər kim bir işdən razı olsa onda o işi əncam verən adam kimi olacaq. Əgər şərqdə bir nəfəri öldürsələr və qərbdə bir nəfər onun qətlinə razı olsa onda o razı olan qatillə şərik olar. Həzrət İmam Zaman əleyhissalam zühur edəndən sonra onları ata babalarını əməllərinə razı olduqlarına görə öldürəcək”.

mənbə “Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 344, bölmə 80, hədis 3. Nəhcül-bəlağə kitabından nəql olunub. Həzrət Əmirəl-mö`minin əleyhissalam buyurub: “Ey camaat! Razılıq və nifrət camaatı bir yerə cəm edər. Səmud tayfasının dəvəsini bir nəfər kəsdi. Allah taala onların hamısını əzabda şərik etdi. Çünki onların hamısı o bir nəfərin işinə razı olmaqda şərik idilər. Allah taala buyurur: “Səmud tayfası dəvəni kəsdilər və etdikləri işə görə peşiman oldular”.”Şüəra” surəsi, ayə 26.
“Təfsirul-Safi”, səh. 59.

Сообщение отредактировал Arif: 14 января 2012 - 11:33

ваххабизм – это дистилированный суннизм




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru