Перейти к содержимому


Фотография

Rəd 43


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 ноября 2011 - 12:06

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

Allah c.c Rəd surəsi 43-cü ayədə buyurur:



وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَسْتَ مُرْسَلًا ۚ قُلْ كَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِنْدَهُ عِلْمُ الْكِتَابِ
Kafirlər deyirlər: "Sən göndərilmiş elçi deyilsən!" De: "Mənimlə sizin aranızda Allahın və yanında Kitabın elmi olan şəxsin şahid olması yetər"

Rəd surəsi 43-cü ayə


bu ayədə "yanında kitab elmi olan şəxs"dən məqsəd imam Əli a.s-dır. inşaAllah biz bu mövzuda ayənin təfsiri haqqında Şiə və Sünnü mənbələrindən bir neçə hədis nəql edəcəyik.


1. Şiə mənbələrindən hədislər: bu ayənin təfsiri haqqında Şiə mənbələrində bir çox hədis vardır. Şiə hədis və təfsir alimlərindən Qummi, Əyyaşi, Təbərsi, Kuleyni, Müfid, Səduq və daha başqaları r.a bu ayənin təfsiri haqqında hədislər nəql etmişdirlər. indi biz nümunə üçün bir onlardan neçəsini qeyd edəcəyik:



علي بن إبراهيم، عن أبيه، ومحمد بن يحيى، عن محمد بن الحسن، عمن ذكره جمعيا عن ابن أبي عمير، عن أبن اذينة، عن بريد بن معاوية قال: قلت لابي جعفر عليه السلام: " قل كفى بالله شهيدا بيني وبينكم ومن عنده علم الكتاب (6) "؟ قال: إيانا عنى، وعلي أولنا وأفضلنا وخيرنا بعد النبي (صلى الله عليه وآله
...Bureyd b. Muaviyədən dedi: Əbu Cəfər (imam Baqir a.s)dan "De: Mənimlə sizin aranızda Allahın və yanında Kitabın elmi olan şəxsin şahid olması yetər" ayəsinin mənasını soruşdum. (imam a.s) dedi: "burada biz nəzərdə tutulmuşuq, Rəsulullah s.a.a-da sonra Əli a.s bizim ən üstünümüz və ən xeyirlimizdir"

"əl-Kafi", 1/299, hədis 6


hədisin bütün raviləri güvənilirdir, Əllamə II Məclisi r.a "əl-Kafi" şərhi olan "Miratul Uqul"-da deyir:



حسن كالصحيح
həsən, səhih kimi.

"Miratul Uqul", 3/34


həmçinin Şeyx Səduq r.a bu ayənin təfsiri haqqında belə nəql edir:



حدثنا محمد بن موسى بن المتوكل (رضي اللّه عنه ), قال : حدثنا محمدبن يحيى العطار (رحمه اللّه ), قال : حدثنا احمد بن محمد بن عيسى , عن القاسم بن يحيى , عن جده الحسن بن راشد, عـن عـمرو بن مغلس , عن خلف , عن عطية العوفي , عن ابي سعيد الخدري , قال : سالت رسـول اللّه (صـلـى اللّه عـلـيـه وآلـه ) عـن قـول اللّه جـل ثـنـاؤه : (قـال الذى عنده علم من الكتاب ) قال : ذاك وصي اخي سليمان بن داود. فـقـلـت لـه : يـا رسول اللّه , فقول اللّه عز وجل : (قل كفى باللّه شهيدا بينى وبينكم ومن عنده علم الكتاب ) , قال : ذاك اخي علي بن ابي طالب
...Atiyyə əl-Uvfi Əbu Səid əl-xudri r.a-dan dedi: Rəsulullah s.a.a-dan Allah c.c "Kitabdan bir qədər xəbəri olan birisi" buyruğu haqqında soruşdum. (Rəsulullah s.a.a) dedi: "bu qardaşım Süleyman b. Davud a.s-ın vəsisidir." dedim: ya Rəsulullah s.a.a! bəs Allahın c.c "yanında Kitabın elmi olan şəxs" buyruğu? (Rəsulullah s.a.a) dedi: "bu qardaşım Əli b. Əbu Talibdir"

"Əmali", hədis 3 (892)


Seyyid Həsən Hüccət Kuh Kəməri hədisin səhih olduğunu demişdir.


2. əhli sünnə mənbələrindən hədislər: əhli sünə müfəssirləri -hər ayənin təfsirində olduğu kimi- bu ayənin təfsirində ixtilaf etmişdirlər. onlardan bəziləri "yanında kitab elmi olan şəxs"in Abdullah b. Səlam; bəziləri xristian Təmim əd-Dari; bəziləri də Salman Farisi r.a olduğunu iddia etmişdirlər. bəziləri isə "bununla nəzərdə tutulan Allahdır" demişdirlər. bununla birlikdə əhli sünnə təfirslərində bu ayənin imam Əli a.s haqqında nazil olduğu haqqında hədislər də vardır. məsələn:

kitab ilminin sahibi-salebi.JPG
kitab: "Kəşf əl-Bəyan"
müəllif: əs-Sələbi



أخبرني أبو محمد عبد الله بن محمد الفاسي حدثنا القاضي الحسين بن محمد بن عثمان النصيبي أخبرنا أبو بكر محمد بن الحسين السميعي بحلب حدثني الحسين بن إبراهيم بن الحسين الجصاص . أخبرنا الحسين بن الحكم حدثنا سعيد بن عثمان عن أبي مريم وحدثني بن عبد الله ابن عطاء قال : كنت جالساً مع أبي جعفر في المسجد فرأيت ابن عبد الله بن سلام جالساً في ناحية فقلت لأبي جعفر : زعموا أنّ الذي عنده علم الكتاب عبد الله بن سلام . فقال : إنما ذلك علي بن أبي طالب
...Abdullah b. Əta dedi: mən Əbu Cəfər (imam Baqir a.s)a dedim: "Yanında kitabın elmi olan şəxs"in Abdullah b. Səlam olduğunu iddia ediblər. O (imam Baqir a.s) dedi: "xeyr! bu şəxs Əli b. Əbu Talibdir"

وفيه عن السبيعي : حدثنا عبد الله بن محمد بن منصور بن الجنيد الرازي عن محمد بن الحسين بن الكتاب أحمد بن مفضل حدثنا مندل بن علي عن إسماعيل بن سلمان عن أبي عمر زاذان عن ابن الحنفية ومن عنده علم الكتاب قال: هو علي بن أبي طالب
...Əbu Əmr Zazan dedi: (Muhəmməd) ibni Hənəfiyyəyə "yanında kitabın elmi olan şəxs kimdir?" dedim. dedi: "o Əli b. Əbu Talibdir"

əs-Sələbi, "Kəşf əl-Bəyan", 5/303


bir digər əhli sünnə müfəssiri əl-Qurtubi bu hədislərin hər ikisini mürsəl (sənədsiz) olaraq rəvayət etmişdir: əl-Qurtubi, "əl-Camiul Əhkamil Quran", 9/294

həmçinin digər əhli sünnə müfəssiri Əbu Həyyan əl-Əndəlusi də imam Baqir a.s və Muhəmməd ibni Hənəfiyyə a.s-dan eynisini nəql etmişdir: əl-Əndəlusi, "əl-Bəhrul Muhit", 5/401


3. ayənin təfsiri haqqında əhli sünnə mənbələrindəki digər görüşlərə cavab: əvvəldə də dediyimiz kimi əhli sünə müfəssirləri bu ayənin təfsirində ixtilaf etmişdirlər. onlardan bəziləri "yanında kitab elmi olan şəxs"in Abdullah b. Səlam; bəziləri xristian Təmim əd-Dari; bəziləri də Salman Farisi r.a olduğunu iddia etmişdirlər. biz bunlara cavab olaraq deyirik:

1. biz bu görüşlərin heç birini qəbul etmirik, çünkü bu görüşləri irəli sürənlər bizim nəzərimizdə heç bir dəyə sahib olmayan şəxslərdir. biz qarşı dəlil olmağı üçün bizə ancaq bizim mənbələrdən dəlil gətirilməlidir.
2. bu təfsirlərdən heç biri nəqlə əsaslanmır, əksinə sadəcə Mücahid və s. kimi şəxslərin içtihadıdır.
3. ayənin haqqında nazil olduğu iddia edilən bu şəxslərin -Təmim əd-Dari, Abdullah b. Səlam və Salman Farisi r.a- hamısı Mədinədə müsəlman olmuşdur, halbuki bu ayə Məkkidir və onların müsəlman olmalarından öncə nazil olmuşdur. Seyyid Təbətəbai r.a "əl-Mizan"da bu ayənin təfsirində "əl-Bəhr" adlı kitabdan uləmanın bu surənin tamamən Məkki olduğu haqqında ittifaq etdiyini nəql etmişdir. həmçinin bu ayənin təfsirində əl-Qurtubi demişdir:



قلت : وكيف يكون عبد الله بن سلام وهذه السورة مكية وابن سلام ما أسلم إلا بالمدينة ؟
(mən əl-Qurtubi) Deyirəm ki: bu şəxs necə Abdullah b. Səlam ola bilər? halbuki bu surə Məkkədə nazil olmuşdur, abdullah b. Səlam isə ancaq Mədinədə müsəlman olmuşdur.

əl-Qurtubi, "əl-Camiul Əhkamil Quran", 9/293






Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru