Перейти к содержимому


Фотография

Şeyx Kuleyni r.a


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 22 ноября 2011 - 23:14

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

bilindiyi kimi müsəlmanlar tərəfindən "Siqətul İslam" yəni "İslamın güvəni" olaraq tanınan Şeyx Kuleyni r.a Şiələrin ən böyük alimlərindəndir. Ömrümü İslama xidmət ilə keçirmiş və bunun nəticəsinə "əl-Kafi" adlı dəyərli və bənzərsiz kitabı təlif etmişdir. ancaq məlum məsələdir ki, nasibilər Şeyx r.a haqqında ağılalmaz böhtanlar atırlar. əlbəttə ki, burada məqsəd bəllidir, onlar istəyirlər ki,bu yolla Əhli Beyt a.s-ın hədislərinin toplandığı bu kitab haqqında şübhə oyandırsanlar. çünkü belə olacağı təqdirdə Əhli Beyt a.s-ın mübarək hədisləri aradan getmiş, onlar haqqında şübhə ortaya çıxmış olar. və bununlada nasibilər öz uydurma dinlərinin Nəbi s.a.a, Əhli Beyt a.s və səhabə r.a-ın dini olduğunu iddia edə bilərlər. ancaq nasibilərin və sünnülərin ilk dövr alimlərinin Şeyx Kuleyni r.a haqqındaki sözləri onları öz alimlərinin dili ilə yalançı vəziyətinə salır. sünnü və nasibi alimləri onun böyüklüyünü etiraf edərək deyirlər:

1. ibni Əsir və Kuleyni r.a haqqındaki sözləri: bilindiyi kimi ibni Əsir əhli sünnənin böyük hədis, rical və tarix alimlərindəndir. haqqında məlumat üçün linkə baxa bilərsiniz: ibni Əsir kimdir?

həmən bu ibni Əsir "Cami əl-Üsul" adlı kitabında belə bir hədis nəql edir:



أبو هريرة - رضي الله عنه - أَنَّ رسولَ الله -صلى الله عليه وسلم- قال: إِنَّ الله يبعث لهذه الأمة على رأس كل مائة سنة من يُجَدِّد لها دينها
Əbu Hureyrə Rəsulullah s.a.a-dan belə nəql etdi: "Allahhər əsrin əvvəlində dini dirildəcək və ucaldacaq bir şəxsi seçər"


hədisi nəql etdikdən sonra ibni Əsir öz fikrinə əsasən hər dövrün alimlərini sayır. üçüncü əsrin alimlərini sayarkən deyir:



وأما من كان على رأس المائة الثالثة... وأبو جعفر محمد بن يعقوب الرازي من الإمامية
üçüncü əsrin alimlərindən:... və imamiyyədən Əbu Cəfər Muhəmməd b. Yaqub ər-Razi (əl-Kuleyni).

ibni Əsir, "Cami əl-Üsul", 11/329


yəni ibni Əsirin fikrinə görə Kuleyni r.a hicri 3-cü əsrdə dini diriltmək üçün Allah c.c tərəfindən seçilmiş bir alimdir.

2. əz-Zəhəbi və Kuleyni r.a haqqındaki sözləri: əz-Zəhəbi haqqında da elə düşünürəm ki, məlumat verməyə ehtiyac yoxdur. onun adı nasibilərin dillərində əzbərdir. nasibilərin şeyxi olan əz-Zəhəbi "Tarix əl-İslam" adlı kitabında deyir:



محمد بن يعقوب. أبو جعفر الكليني الرازي. شيخ فاضل شهير، من رؤوس الشيعة وفقهائهم المصنفين في مذاهبهم الرذلة
Muhəmməd b. Yaqub Əbu Cəfər əl-Kuleyni ər-Razi, məşhur fəzilətli, şeyx. şiələrin rəsilərindəndir və məzhəblərinin (kitab) müəlliflərindəndir.

وثقه الخطيب
xətib (əl-Bağdadi) siqa (güvənilir) olaraq qəbul etmişdir.

əz-Zəhəbi, "Tarix əl-İslam", 24/249


indi mənim üçün maraqlıdır, görəsən nə üçün nasibilər belə bir İslam aliminə dil uzatmağa çalışırlar? və bunun müqabilində öz ustadı tərəfindən belə sapıq və bidətçilikdə ittiham edilən Buxarini müdafiə edirlər? mövzu haqqında baxın: kim Buxarini kafir adlandırdı?


#2 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 23 ноября 2011 - 01:09

"Allah hər əsrin əvvəlində dini dirildəcək və ucaldacaq bir şəxsi seçər"

Bismillah,Allah razı olsun qardaş!Bu hədis BİZƏ GÖRƏ səhihdir??Çünki nurçular bu hədisi deyir özlərinin kefinə uyğun yozurlar.Səhv etmirəmsə Əbu Davudda var bu hədis...Bu hədis haqda məqaləniz yoxdur??İndidən təşəkkür
P.S ümumiyyətlə,toxunulubsa şiə alimlərin tərəfindən u hədisə,rəyləri yazsaz əla olar.

#3 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 23 ноября 2011 - 09:20

Bismillah,Allah razı olsun qardaş!Bu hədis BİZƏ GÖRƏ səhihdir??

diqqətli olun, mövzu hədis haqqında deyil, mövzu bu hədis səhih olsada, uydurma olsada bir sünnü alimin bu hədisdən Kuleyni r.a haqqında nə anladığıdır. bizim üçün hədis yox sünnü aliminin nəzərində Kuleyni r.a-ın mövqeyi əsasdır.

bununla birlikdə bu hədis uydurmadır. Şeyx Mütəhərri r.a bu hədisin Şiə mənbələrində bir isnadının olmadığını demiş, uydurma və batil olduğuna dair bir neçə dəlil zikr etmişdr.


#4 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 23 ноября 2011 - 13:03

diqqətli olun, mövzu hədis haqqında deyil, mövzu bu hədis səhih olsada, uydurma olsada bir sünnü alimin bu hədisdən Kuleyni r.a haqqında nə anladığıdır. bizim üçün hədis yox sünnü aliminin nəzərində Kuleyni r.a-ın mövqeyi əsasdır.

bununla birlikdə bu hədis uydurmadır. Şeyx Mütəhərri r.a bu hədisin Şiə mənbələrində bir isnadının olmadığını demiş, uydurma və batil olduğuna dair bir neçə dəlil zikr etmişdr.

Bismillah,qardaş,mövzudan kənar olmuşdu,üzrlər!!!Mən sadəcə bir neçə dəfə eşitdiyim hədisin bizə görə əslini soruşmaq istəmişdim..




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru