Перейти к содержимому


Фотография

Nasibilərin ulu imamı ibni Teymiyyə əl-Hərraninin yalanı


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 28 марта 2012 - 19:26

Fajr! mən bunların necə məxluq olduğundan xəbərdaram. sənin də dediyin kimi bir şey yazırlar, cavabları verilir, həmən bu məluatın yalan və ya xətalı olduğu onlara məlum olur ancaq yenədə onu yaymaqdan çəkinmirlər. beləsini isə həyasız və yalançı deyirlər. mənim məqsədim bu həyasızlarla, yalançılarla məşğul olmaq deyil, sadəcə bu Əfəndi deyilən məxluqa qulaqburması vermək lazımdır deyə düşünürəm. biraz onunla onayaq, sonra işimizə qayıdarıq.

2. nasibilərin ulu imamı ibni Teymiyyə əl-Hərraninin yalanı: hamıya məlum məsələdir ki, ibni Teymiyyə nasibi və yalançıdır. ancaq onun bugünkü davamçıları ondan daha dəhşətdirlər. çünkü bunlar nasibi və yalançı olmaqla birlikdə eyni zamanda səfehdirlər. bu səfehlərdən biri Əbu Əli Əfəndi öz oyunlar dünyasında ustadı ibni Teymiyyədən belə nəql edir:


subha tesmiyye ravafiz.jpg

Rafizi kəliməsi nə zaman onlara tətbiq olunmuşdur

Zeydin dövründəki qiyam tarixindən başlayaraq, şiələr Rafizilər və Zeydilərə bölündülər. Zeyddən Əbu Bəkr və Ömər haqqında soruşduqda o, onların hər ikisi üçün rəhmət oxuduqda (Allah onlara rəhmət etsin dedikdə), insanlar onu inkar, rədd etdilər, qəbul etmədilər (ərəbcə-rafadahu) və o (Zeyd) onlara dedi: “Siz məni rədd etdiniz, qəbul etmədiniz” (ərəbcə-rafadtumuunii). Beləcə (bundan sonra) onları, Zeydi rədd etdiklərinə görə “ər-Rafida” adlandırdılar. Şiələr arasında Zeydi rədd etməyənləri ona nisbət edərək “Zeydiyyə” adlandırdılar.

Minhəc əs-Sünnə ən-Nəbəviyyə, 1/35

cavab olaraq deyirəm ki, bu yalan nasibilər arasında çox məşhurdur lakin bunun heç bir dəlili yoxdur. Əşəri və Bağdadi kimi məzhəblər tarixi haqqında kitab yazan nasibilər bu yalandan çox istifadə etmiş ancaq heç bir isnad göstərə bilməmişdirlər. adama deyərlər ki "ay Bağdadi sən kimə gəlirsən? sən dünyaya gəlmisən hicri 392-ci ildə, Hz. Zeyd a.s üsyanı isə olub hicri 122-ci ildə. arada 270 il fərq var, bəs sən 270 il öncədən necə xəbər verirsən?"

bunun yalan olduğunu isbat üçün dediyimiz qədəri kifayətdir ancaq biz bu səfehlərə elə ibni Teymiyyənin "Minhac əs-Sünnə" adlı kitabından cavab verəcəyik. ibni Teymiyyə bu kitabında deyir:



قال لي الشعبي أحذركم هذه الأهواء المضلة وشرها الرافضة
əş-Şəabi demişdir: "mən yaradılmışların ən şərliləri olaraq Rafiziləri görürəm"

ibni Teymiyyə, "Minhac əs-Sünnə", 1/8


bu qədəri yalanın isbatı üçün kifayətdir. çünkü bu nasibilərin iddiasına görə Şiələri "Rafizi" adlandıran Hz. Zeyddir a.s və o Kufədə üsyan edən zaman Şiələr onu tərk etdikləri üçün onları belə adlandırıb. ancaq Hz. Zeyd a.s hicri 122-ci ildə qiyam edib əş-Şəabi l.a isə hicri 103-cü ildə ölüb. əgər Şiələri ilk dəfə "Rafizi" adlandıran Hz. Zeyd a.s-dırsa əş-Şəabi bu sözü haradan bilirdi?


#2 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 14 октября 2012 - 01:57

İbn Teymiyyə Həzrət Əli (ə.s)ın ruku halında üzük vermə həqiqətinin var-gücü ilə inkarına çalışır. Ümumi şəkildə bütün elm əhlinin adından, xüsusi şəkildə isə beş böyük əhli-sünnə aliminin adından yalan danışır.

Mənbə:

Müəllif: İbn Teymiyyə, "Minhac əs-Sünnə" kitabı, Abdullah Mahmud Muhamməd Ömərin təhqiqilə 4 cild, səh 5-6

"Nəql əhli icma etmişlər ki, bu ayə(əl-Maidə 55) xüsusən Əlinin haqqında nazil olmayıb. Əli namaz halında üzüyünü sədəqə verməyib. Hədis elminin alimləri icma edirlər ki, bu mövzuda nəql olunan hadisə uydurma yalandır".

"Bəğəvi hədis alimidir. Hədis elmində Sələbi və Vahididən daha ələmdir.Bəğəvi öz təfsirində, Muhamməd ibn Cərir Təbərinin təfsiri kimi, Bəqi ibn Məxlət kimi, İbn Əbi Hatim kimi.öz təfsirlərində buna bənzər uydurmalar qeyd etməmişlər.Bu cür uydurmaları Əbd ibn Humeyd nə də ki, şiə meyilli olan Əbdür Rəzzaq nəql etməmişlər".

Yalanın ifşası:

http://www.youtube.com/watch?v=2GoXyOSjPJE

Kitabların mənbəsi:"İbn Teymiyyənin misilsiz yalanı" http://burhani.info/az-newss/36.2.html




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru