Перейти к содержимому


Фотография

imam Əli a.s: "Zülqərneyn kimisi sizin içərinizdə də vardır"


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 15 февраля 2013 - 10:45

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

məlum olduğu kimi biz müsəlmanların/şiələrin inanclarından biri də rəcətin haqq olduğudur. "rəcət"in mənası Allah Təalanın ölənlərin bir qurupunu öldükləri şəkildə dünyaya qaytaracağı və məzlumları zalımlara üstün edəcəyidirdir. hansı ki, bu dirilmə imam Mehdi a.s-ın zühurundan sonra olacaqdır.

bu inancın haqq olmağının dəlili həm Quran və həmdə Sünnədir. inşaAllah sonralar Qurandan bu məsələ haqqında dəlil gətirəcəyik, bu mövzuda isə rəcət inancının Sünnədən olan dəlilini sizlərə təqdim edəcəyik.

rəcət haqqında Sünnədən dəlil imam Əli a.s-ın "Zülqərneyn kimisi sizin içərinizdə də vardır" sözüdür. hansı ki, bu söz imam a.s-dan həm şiə və həmdə sünnü mənbələrdə səhih olaraq nəql edilmişdir.

1. şiə mənbələrində: şiə alimlərindən Əli b. Hüseyin b. Babveyh əl-Qummi, onun oğlu Şeyx Səduq, Əyyaşi və Ravəndi kimi mühəddislər bu hədisi rəvayət etmişdirlər.


recat-ibni babaveyh.gif

şəkildə gördüyünüz Şeyx ibn Babaveyh əl-Qummi r.a-ın "əl-İmamə vət-Təbsira" adlı kitabıdır, işarələdiyim yerdə deyilir:

سعد بن عبد الله, عن أحمد بن محمد بن عيسى, عن علي بن النعمان, عن هارون بن خارجة, عن أبي بصير, عن أبي جعفر عليه السلام قال: إن ذا القرنين لم يكن نبيا, ولكنه كان عبدا صالحا أحب الله فأحبه الله, وناصح لله فناصحه الله, أمر قومه بتقوى الله, فضربوه على قرنه, فغاب عنهم زمانا, ثم رجع إليهم, فضربوه على قرنه الآخر, وفيكم من هو على سنته
Sad b. Abdullah mənə Əhməd b. Muhəmməd b. İsadan, o Əli b. Numandan, o Harun b. xəzrəcədən, o Əbu Basirdən, o da Əbu Cəfər (imam Baqir a.s)-dan danışdı, dedi: "Zülqərneyn peyğəmbər deyil, lakin saleh bir qul idi, o Allahı, Allah da onu sevərdi, o Allaha və Allah da ona kömək edərdi. Qövmünü Allah təqvasına dəvət etdi, onu başından vurdular və öldü. Sonra onlara rəcət etdi, yenə başından vurdular və öldü. sizin aranızda da bu sünnə üzrə olanlar var."

Əli b. Hüseyn b. Babaveyh əl-Qummi r.a, "əl-İmamə vət-Təbsira", səhifə 121, hədis 116


bu hədisi ibni Babaveyh əl-Qumminin oğlu Şeyx Səduq r.a "Kəmaliddin", səhifə 393-də atasından; Əyyaşi r.a "Təfsiri Ayyaşi", 2/339-340-da öz mürsəl olaraq Əbu Bəsirdən; Ravəndi r.a "Qisasul Ənbiya", səhifə 120-də ibni Babaveyh əl-Qummiyə qədər öz sənədi ilə ondan sonra isə onun sənədi ilə rəvayət etmişdir.

hədisin bütün raviləri siqa (güvənilir) və isnadı müttəsildir. Şeyx Asif əl-Muhsini bu hədis haqqında deyir:

صحيحة أبي بصير عن الباقر عليه السلام
səhih olaraq Əbu Bəsir imam Baqir a.s-dan rəvayət etmişdir.

Şeyx Asif əl-Muhsini h.a, "Muaşərə Bihraul Ənvar", 1/276


2. sünnü mənbələrində: əhli sünnə alimlərindən ibni Əbi Şeybə və Təbəri kimi mühəddislər başda olmaq üzrə bir çox alim bu hədisi öz sənədləri ilə səhabə Əbu Tufeyl r.a-dan, o da imam Əli a.s-dan rəvayət etmişdir.


recat-ibni ebi seybe.jpg recat-ibni ebi seybe1.jpg

şəkildə gördüyünüz sünni hədis alimi, Buxari və Müslüm başda olmaq üzrə sünnilərin bir çox aliminin müəllimi olan ibn Əbi Şeybənin "Musannaf" kitabıdır, işarələdiyim yerdə deyilir:

حدثنا وكيع, عن بسام, عن أبي الطفيل, عن علي, قال: كان رجلا صالحا ناصح الله فنصحه فضرب على قرنه الأيمن فمات فأحياه الله, ثم ضرب على قرنه الأيسر فمات فأحياه الله وفيكم مثله
Vəki mənə Basimdən, o Əbu Tufeyldən, o da Əlidən danışdı, dedi: "Zülqərneyn saleh bir qul idi. O, Allaha səmimiyyətlə bağlanmış, Allah da ona kömək olmuşdu. Qövmünü Allaha dəvət etdi, onu alnından vurdular da öldü. Sonra Allah onu diriltdi. Qövmünü yenə Allaha dəvət etdi, yenə alnından vurdular da öldü. onun kimisi sizin aranızda da vardır."

ibni Əbi Şeybə, "Musannaf", 6/346, hədis 31913


bu hədisi ibni Əbu Asim "əs-Sünnə", 2/884-də ibni Əbi Şeybədən; hədisin bənzərini isə Təbəri "Təfsir ət-Təbəri", 15/370-də öz sənədi ilə Əbu Tufeyl r.a-dan rəvayət etmişdir.

həm ibni Əbi Şeybənin və həmdə Təbərinin nəql etdiyi hədisin sənədinəki bütün ravilər siqa (güvənilir) isnadları müttəsil və ravilərin əksəriyyəti Səhiheynin (Səhihi Buxari və Səhihi Müslümün) ravilərdir. indi ravilər haqqında qısa məlumat veririk:

Əbu Tufeyl (أبي الطفيل): hədisin ilk ravisidir, səhabədir və sünnülərə görə bütün səhabələr ədalətli və etibarlı olduğu üçün haqqında ətraflı məlumat vermirik.

Basim b. Abdullah (بسام بن عبد الله): Hədisimizin ikinci ravisidir, siqa (güvənilir)-dir. rical alimi əl-Mizzi onun haqqında deyir:

بسام بن عبد الله الصيرفي أبو الحسن الكوفي
Basim b. Abdullah əs-Səyrafi, (künyəsi) Əbul Həsən, əl-Kufi.

قال إسحاق بن منصور عن يحيى بن معين صالح
وقال عباس عن يحيى ثقة
وقال أبو حاتم صالح الحديث لا بأس به
İshaq b. Mənsur Yəhya b. Main'den dedi ki: "salehdir"
Abbas Yəhya b. Main'den dedi ki: "sika (güvənilir)-dir"
və Əbu Hatəm dedi ki: "hədisi salehdir, onda problem yoxdur"

əl-Mizzi, "Tehzib əl-Kamal", 4/58-59, 664-cü ravi


həmçinin, rical alimi əz-Zəhəbi onun haqqında deyir:

بسام بن عبد الله الصيرفي عن عكرمة وعطاء وعنه الفريابي وخلاد بن يحيى وجماعة ثقة
Basim b. Abdullah əs-Səyrafi, İkrimə və Atadan (rəvayət etmişdir). ondan isə Fəryabi, Xalid b. Yəhya və camaat (rəvayət etmişdir). sika (güvənilir)-dir.

əz-Zəhəbi, "Kəşşaf", 1/265, 557-ci ravi


Veki (وكيع): Hədisimizin sonuncu ravisidir, nasibilere görə etibarlıdır, "Səhihi Buxari" və "Səhihi Müslim" də daxil olmaqla Kutubu sittə kitablarında ondan hədis rəvayət edilmişdir. əz-Zəhəbi onun tərcüməsidə geniş şəkildə məlumat verir, mən isə yalnız əz-Zəhəbinin onun haqqında istifadə etdiyi ləqəbləri gətirməklə kifayətlənirəm:

وكيع (ع) ابن الجراح, بن مليح, بن عدي بن فرس بن جمجمة بن سفيان, بن الحارث, بن عمرو, بن عبيد, بن رؤاس, الإمام الحافظ, محدث العراق أبو سفيان الرؤاسي, الكوفي, أحد الأعلام
Veki b. Cərrah ..... b. Ravas, imam, hafiz, İraqın mühəddisi, Əbu Süfyan əl-Ravas əl-Kufi, ulemadandır.

əz-Zəhəbi, "Siyər", 9/154


həmçinin, Təbərinin hədisini öz kitabında qeyd edən sünnü alimlərdən Əbu Cəfər ən-Nəhhas hədis haqqında deyir:

قال أبو جعفر وهذا أجل اسناد روى في تسميه بذي القرنين
Əbu Cəfər dedi: "bu sənəd Zülqərneyn adı ilə əlaqədar rəvayət edilənlərin ən gözəlidir"

Əbu Cəfər ən-Nahhas, "Məani əl-Quran", 4/238


görüldüyü kimi həm Şiə və həm də sünnü mənbələridə imamlar a.s-dan Hz. Zülqərneyn a.s-ın xüsusiyyəti ilə əlaqədar rəvayət edilən bu hədislərdə Hz. Zülqərneyn a.s-ın iki dəfə qövmünü Allaha c.c dəvət etdiyi, bu mübarizəsində öldürüldüyü və dünyaya rəcət etdiyi (qaytarıldığı) bildirilir. Bu məlumatları verdikdən sonra iamlarımız a.s "sizin aranızda da onun kimiləri vardır" deyərək özlərini nəzərdə tutmuşdur. Yəni imamlarımız a.s da Hz. Zülqərneyn kimi rəcət edəcəkdir.





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru