Перейти к содержимому


Фотография

Osmanın (r.a) vəfatından sonra...


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 11

#1 Abu Ali Efendi

Abu Ali Efendi

    Mulazzim – lieutenant

  • Murid
  • 367 сообщений

Отправлено 23 июля 2009 - 04:32

Salam alaykum.

Bir anlıq şiələrin fikirlərini qəbul etsək, desək Əli (r.a) Allah tərəfindən təyin olunmuş imam idi, və o təyin olunmuşdu ki ilk xəlifə olsun. İlk üç xəlifə haqsız olaraq, vəzifəni qəsb etdilər, indi bu üç xəlifə ölüb gedəndən sonra Əli (r.a) nə etdi? Allah tərəfindən ona verilmiş rəhbərliyi dərhal qəbul etdi?

Əbu Müxnəf "Əl-Cəməl" kitabında yazır: Osman öldürüləndən sonra müsəlmanlardan təşkil olunmuş böyük bir dəstə məscidə yığışdı. Məscid ağzına kimi dolu idi. Məqsədləri xəlifə təyin etmək idi. Mühacir və ənsardan Əmmar Yasir, Əbül-Heysəm ibni Təyhan, Rəfaət ibni Rafe, Malik ibni Əclan, Əbu Əyyub Ənsari və s. kimi böyük şəxsiyyətlər rəy verdilər ki, Əli (ə)-la beyət etsinlər. Hamıdan çox Əmmar Əli (ə) barəsində söhbət edərək axırda dedi:–Siz əvvəlki xəlifənin vəziyyətini gördünüz. Əgər cəld hərəkət etməsiniz, ona oxşar hadisəyə düçar ola bilərsiniz. Əli (ə) bu iş üçün ən ləyaqətli şəxsdir, hamınız onun fəzilətlərindən və keçmişdəki xidmətlərindən xəbərdarsınız.
Bu vaxt camaatın hamısı bir səslə dedi:–Biz onun xilafətinə və vilayətinə razıyıq.
Sonra hamısı yerindən qalxıb Əli (ə)-ın evinə tərəf axışdı.
Imam (ə)-ın özü camaatın onun evinə daxil olmasını belə vəsf etmişdir: "Onlar karvandakı susuz dəvələrin ayağının ipini açıb buraxdıqda yaranan izdiham kimi mənim üstümə hücum etdilər. Mən elə güman etdim ki, məni öldürmək, yaxud da onların bəziləri bəzilərini mənim hüzuruma dartıb gətirmək istəyirlər."
O həzrət "Şiqşiqiyyə" xütbəsində mühacir və ənsarın onun evinə daxil olmasından yaranan izdihamı belə vəsf edir: "Onlar kaftarın boynunun tükləri kimi dövrəmə tökülüşdülər və hər tərəfdən mənə tərəf hücum etdilər, hətta Həsən və Hüseyn ayaq altında qaldı, əbamın və paltarımın bir tərəfi cırıldı. Onlar qoyun sürüsü kimi mənim ətrafımı tutmuşdular. Nəhayət, mən onların beyətini qəbul etdim."
Imam (ə) onların cavabında dedi:–Mən sizin məşvərətçiniz olsam, sizə rəhbərlik etməkdən daha yaxşıdır."
Onlar bunu qəbul etməyib dedilər: Səninlə beyət etməyincə əl çəkməyəcəyik.
Imam (ə) buyurdu: Indi ki, israr edirsiniz, onda gərək beyət mərasimi məsciddə təşkil olunsun, çünki mənimlə beyət etmək gizli və müsəlman kütlələrinin razılığı olmadan ola bilməz.

Mənbə: Ayətullah Cəfər Sübhani "Vilayət günəşi" (1-ci cild)
"NQİLABÇILARIN ƏLİ (Ə)-LA BEYƏT ETMƏLƏRİ" babı.


Şiələrin məşhur "Nəhcül-bəlağə" kitabında, qeyd olunur ki insanlar ona beyət etməkə qələndə, Əli (r.a) dedi:

Məndən əl çəkin, başqasını axtarıb tapın, çünki elə bir işə yönəlmişik ki, cürbəcur yolları var, növbənöv rəngləri var. Könüllər bu işdə qərar tuta bilməz, ağıllar bu işin ağırlığına davam gətirə bilməz. Dan yerini başdan-başa məcazi qara bulud tutmuş, açıq-aydın yol görünməz olmuşdur.
Bilin ki, istədiyinizi qəbul etsəm, daha yaxşı bildiyimə uyub gedərəm, nə söyləyənin sözünə fikir verərəm, nə eyib tutanın sözünə qulaq asaram. Amma məndən əl çəksəniz, sizlərdən biriniz kimi olaram. Kimi iş başına gətirsəniz, kimi özünüzə qulluq sahibi etsəniz, o buyruğu sizdən daha artıq dinlərəm, əmrinə sizdən artıq uyaram. Mən sizə vəzir olsam, bu, əmir olmağımdan daha xeyirlidir.

"Osmandan sonra Ona bey`ət etmək istəyənlərə buyurdu" başlıqı altında.




سبحانك اللهم وبحمدك، نشهد أن لا إله إلا أنت، نستغفرك ونتوب إليك
أبوعلي عبد الله الحنبلى العجاراي التركي


#2 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 23 июля 2009 - 08:57

Əvvəla buna forumda bir neçə dəfə cavab verilib. Əsrlər boyu Siz əhli-sünnətin sualları dəyişmədi ki. dəyişmədi.
Sənən cavabını elə Əli (ə) özü verib, elə yazdığın mətndə.

O həzrət "Şiqşiqiyyə" xütbəsində mühacir və ənsarın onun evinə daxil olmasından yaranan izdihamı belə vəsf edir:

Sən gərək o xübtəyə baxardın:

ŞİQŞİQİYYƏ XÜTBƏSİ

And olsun Allaha ki, filankəs onu bir köynək kimi geyindi, halbuki çox yaxşı bilirdi ki, mən xilafətə nisbətdə dəyirman daşının mili kimiydim. Xilafət mənim ətrafımda fırlanırdı. Sel məndən axardı, uçduğum yerə heç bir quş uça bilməzdi. Xilafətlə arama bir pərdə çəkdim, onu qoltuğumdan sivirib atdım. Düşundum: kəsilmiş qolumla həmlə edim, yoxsa bu zülmət korluğa səbr edim? Özü də elə bir korluq ki, qocaları əldən salar, uşağı qocaldar. İnanan isə Rəbbinə yetişənə qədər bu zülmətdə əzab çəkər (1).

Gördüm ki, səbr etmək daha doğrudur – səbr etdim. Səbr etdim, amma gözümdə tikan vardı, boğazımda sümük vardı. Mirasının yəğmalandığını görürdüm. Birincisi onu filankəsə verib getdi (2)

(Sonra Ə`şanın bu beytini oxudular:)
Bu gün dəvəyə minmişəm, səfər zəhmətinə düşmüşəm, Cabirin qardaşı Həyyanla olduğum gün bu günlə müqayisə oluna bilərmi?(3)

Necə də heyrətli bir şeydir ki, həyatda ikən xalqa təklif edərdi ki, onu rahat buraxsınlar, amma ölümündən sonra yerinə başqasının keçməyinə səbəb oldu (4). Bu iki adam, dəvənin iki döşü kimi xilafəti aralarında bölüşdürürdülər. O xilafəti dərəli-təpəli, şoran bir yerə atdı. Sözü sərt idi, insanı yaralayırdı, onunla rastlaşıb görüşənləri incidirdi. Bütün məsələlərə şübhə ilə yanaşar, tez-tez bəhanə gətirərdi. Onunla danışan, yoldaşlıq edən, baş aparan bir dəvəyə minmiş adama bənzərdi. Burnuna keçən yüyənini dartsa, burnu yırtılar, yaralanardı. Boş qoysa, üstündəkini ölüm çalasına atar, həlak edərdi. Allahın əbədiliyinə and olsun, xalq onun zamanında nə edəcəyini bilmirdi. Yoldan çıxdı, rəngdən-rəngə girdi, ora-bura vurnuxdu (5). Uzun müddət ağır möhnətlərə düşdüm, səbr etdim. O da yoluna düzəldi. Xəlifəliyi bir cəmiyyətə verdi ki, mən də sanki onların biriydim.

Allahım, sənə sığınıram: necə də deyingən bir cəmiyyət idi bu. Onların hansı birincisi ilə mənim haqqımda şübhəyə düşdü ki, bu çür adamlara qatıldım? Fəqət enən zaman onlarla endim, qalxan zaman onlarla qalxdım. Enişdə-yoxuşda onlarla birgə oldum. Aralarından biri, həsəddən doğru yolunu azdı. Bir başqası, damadı olduğu üçün ona uydu, məndən üz çevirdi. O biriləri isə elə işlər tutdular ki, dilə gətirmək də olmur (6).

Bu zaman qövmün üçüncüsü qalxdı həm də elə qalxdı ki, iki tərəfi də yellə dolmuşdu. İşi-küçü, yediyini çıxaracaq yerlə yeyəcəyi yer arasında gedib gəlmək idi. Onunla birlikdə atasının oğulları da işə girişdilər. Yazda dəvə otları, çayır-çəməni necə yeyərsə. Allah malını o cür yeyib dağıtdılar. Axırda onun da ipi çözüldü, hərəkəti, tezliklə yaralanıb öldürülməsinə səbəb oldu. Qarnının yekəliyi onu bu hala saldı, işini bitirdi (7).

Sonra xalq hər tərəfdən axışıb kaftarın boynundakı tüklər kmi mənim ətrafıma toplaşdı. Bu məni çox əzdi. Adam o qədər çox idi ki, Həsənlə Hüseyn az qala ayaq altında qalacaqdılar. Qoyunlar ağıla necə toplanarsa, o cür ətrafıma yığıldılar. Bu həngamədə paltarım da cırılmışdı (8).

Amma işi əlimə aldıqdan sonra bir bölük bey`ətdən döndü, əhdini pozdu. O biri bölük ox yaydan çıxan kimi firıldadı, inancından vaz keçdi. Başqaları da itaətdən çıxdılar. Sanki onlar, nöqsan sifətlərindən münəzzəh olan Allahın: «Bu, axirət yurdudur, biz onu yer üzündə ucalıq və fitnə-fəsad istəməyənlərə veririk və nəticə çəkinənlərindir» buyurduğunu eşitməmişdilər («Qisəs» surəsi, 8-ci ayə). Bəli, and olsun Allaha, əlbəttə, eşitmişlər də, əzbərləmişlər də. Fəqət dünya gözlərinə bəzənmiş bir şəkildə göründü, onun bəzəyi xoş gəldi onlara (9).

Amma bunu da bilin ki, and olsun toxumu əkənə, insanı yaradana, bu cəmiyyət bey`ət üçün yığılmasaydı, zalımın doyub zülm etməsi, məzlumun ac qalmaması haqqında Allahın ariflərdən aldığı əhdü-peyman olmasaydı, xilafət dəvəsinin yüyənini üstünə atardım, ümmətin sonuncusunu birincisinin kasasıyla suvarıb gedərdim. Siz də anlamış olarsız ki, bu dünyamızın dəyəri mənim gözümdə bir dişi keçinin asqırığı qədər yoxdur.
(Rəvayətə görə, söz bura çatanda İraq əhalisindən biri durub Həzrətə bir kağız verdi. Həzrət kağızı oxumağa başladı. Qurtaranda İbni Əbbas dedi: «Ey mö`minlər Əmiri, qaldığın yerdən sözünü davam etdir.» Əmir-əl-mö`minin əleyhissəlam buyurdu:)

Heyhat, ey Əbbas oğlu, qızmış nərin ağzına gələn bir köpük idi bu; gəldi də, qayıtdı da (10).

___________________________
(1) «Filankəs» dedikdə birinci xəlifə Əbubəkr nəzərdə tutulur.
(2) Buradakı «filankəs» isə ikinci xəlifə Ömərdir.
(3) Ə`şa – Əbu Bəsir Meymun b. Qeysdir. Çahiliyyə şairlərindən İmriül Qeys və Nabiğə kimi məşhur şairlərdən sayılmış, gözəl səsə malik olmuşdur. Həzrət Rəsuli-Əkrəmə (s) mədhiyyə yazmış, hüzurunda oxumağa gedərkən Əbu Süfyan mane olaraq geri qaytarmışdır. Yolda dəvədən yıxılıb ölmüşdür. Həyyan, öz nəslinin ağsaqqalı idi. İran şahı ilə, Ə`şa ilə dostluğu vardı. Ə`şadan ayrıldıqdan sonra söylədiyi qəsidədə bu beyti işlətmişdi.
(4) Rəvayətə görə, bey`ətdən sonra Əbubəkr demişdir: «Məni buraxın, mən sizin xeyirliniz deyiləm». Həzrət Əmiri, Əbubəkrin yanına apardıqda, Ömər: «Bey`ət etməyincə səndən əl çəkməyəcəyik» demiş və bu cavabı almışdı: «Bu südü yaxşı sağ, yarısı sənin olacaq; bu gün onun faydası üçün düzüb qoşduğun bu iş sabah sənə fayda verəcək.»
(5) Ömərin şəxsi ictihadlarına işarə edilir.
(6) Ömər yaralandıqda vəfat edəcəyini hiss edib yanındakılara demişdi: «Əbu Übeydə sağ olsaydı, onu xəlifə edərdim. Hüzeyfənin köləsi Salim sağ olsaydı, bu işi ona verərdim». Sonra yeddi adamın adını çəkmiş, bunlardan Səid b. Zeydi, öz nəslindən olduğuna görə, o birilərə qatmamışdı. Sə`d b. Əbi-Vəqqas, Əbdürrəhman b. Övf, Təlhə, Zübeyr, Osman və Əlidən ibarət bir şura qurulmasını və bu şuraya Əbdürrəhmanın başçılıq etməsini buyurmuşdu. Bu altı nəfəri xarakterizə edərək demişdi ki, Sə`d sərtdir, Əbdürrəhman bu ümmətin Qarunudur, Təlhə lovğa, Zübeyr xəsisdir, Osman öz nəslini sevir, Əli isə xəlifəliyə çox hərisdir. Sonra Süheybə əmr etdi ki, üç gün xalqa namaz qıldırsın. Əbu Təlhəyə tapşırdı ki, şura üzvlərinin yığıldığı evi 50 nəfərlə mühasirə etsin. Bunlardan beşi birləşib, biri ayrılsa, həmin adamı öldürsün. Üçü bir, üçü də bir olsa, Əbdürrəhmanın olduğu tərəf qəbul edilsin. Əbdürrəhman özünü və Sə`di bu işdən ayırdı. Sə`d ona dedi: «Osman sənə bey`ət etsə, üçüncü bey`ət edən mən olaram, ancaq Osmanı tə`yin etsən, Əlinin tərəfini saxlayacağam». Əbdürrəhman Əlidən soruşdu ki, Əbubəkrlə Ömərin yolunu tutacaq, ya yox. Əli cavab verdi: «Mən Allahın kitabı, Peyğəmbərin sünnəsi üzrə və öz ictihadımla hərəkət edəcəyəm». Eyni sualı üç dəfə Osmana verdi. Üçündə də müsbət cavab aldıqdan sonra Osmana bey`ət etdi.
(7) Osman, Əbdüş-Şəms oğlu Ümeyyə Əbil-Asın oğlu Əffanın oğludur. Yetmiş beş, yetmiş altı, başqa rəvayətə görə səksən, yaxud səksən səkkiz il yaşamış, hicrətin iyirmi dördüncü ilində xəlifəlik məqamına çatmış, on iki ildən on iki, yaxud səkkiz gün əskik müddətdə xəlifəlik etmiş, hicrətin otuz beşinci ili Zilhiccə ayının on səkkizində öldürülmüşdür. Həzrət Rəsulun (s) Rüqəyyə, sonra isə Ümmü Külsüm adlı qızlarını aldığı üçün Zün-Nureyn, yə`ni iki nur sahibi ləqəbiylə məşhur olmuşdur. Qövmün üçüncüsü dedikdə, Osman nəzərdə tutulur.
(8) Osmanın öldürülməsindən sonra xalqın ona bey`ət etmək üçün axışıb gəlməyi təsvir edilir.
(9) Bey`ətdən dönənlər Təlhə və Zübeyrə uyanlardır ki, bunlara bu mə`nada «Naqisin» deyilmişdir. Burada həm də «Fəth» surəsinin 10-cu ayəsinə işarə vardır. «Ox yaydan çıxan kimi fırıldayanlar»a «Marikun» demişlər. «İtaətdən çıxanlar» isə «Qasitun» adıyla yad edilmişlər. (Qur`ani-Məcid,Cinn, 14-15).
(10) İbni Əbbas demişdi: «Vallahi, bu sozün yarıda qalmasına təəssüfləndiyim kimi heç bir sözə təəssüflənməmişdim. Nolaydı, Əmir-əl-mö`minin bu sozü istədiyi kimi deyəydi.»


Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#3 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 23 июля 2009 - 09:09

Bunun ardıyca isə:

QANUNİ VƏ TƏBİİ BİR BEYƏT

Islam xilafəti tarixində heç bir xəlifə Əli (ə) kimi əksəriyyət təşkil edən rəylə seçilməmiş, heç kimin rəhbərliyi onun seçilməsi kimi mühacir və ənsardan olan səhabələrin, böyük şəxsiyyətlərin, fəqihlərin və qarilərin rəyi əsasında olmamışdı. Bu yolla xilafəti ələ alan yalnız Əli (ə) olmuşdur. Imam (ə) öz sözlərinin birində onunla beyət etmək üçün misli görünməmiş izdiham və təntənəni belə vəsf edir:
"Başmağın bəndi qırıldı, əba çiyindən düşdü, zəif şəxslər ayaq altında qaldı. Camaatın mənimlə beyət etmək üçün sevincləri o həddə çatmışdı ki, uşaq sevincək oldu, qoca və zəif beyət etməyə gəldi, qızlar beyət mərasimini müşahidə etmək üçün niqablarını üzlərindən götürmüşdülər."

Əbdüllah ibni Ömər Imam (ə) ilə beyət etmək istəmədi, çünki o, bilirdi ki, xilafət Əli (ə) üçün əsil hədəf və məqsəd deyildir, heç vaxt xilafət üçün əl-ayağa düşmür. Onu yalnız haqqın bərqərar olması, ədalətin icra olunması, zəiflərin və əlsiz-ayaqsızların hüquqlarının özlərinə qaytarılması üçün istəyir. Beyətin ikinci günü (35-ci hicri ili, zilhiccə ayının iyirmi altısı) Əbdüllah Imam (ə)-ı şəkkə və vəsvəsəyə salmaq, onu xilafət fikrindən daşındırmaq məqsədi ilə onun yanına gəlib dedi:–Yaxşı olardı ki, xilafət işini şuraya tapşırasan, çünki hamı sənin xilafətinə razı deyil.
Imam (ə) qəzəblənib dedi:–Vay olsun sənə! Mən onlara demişəm ki, mənimlə beyət etsinlər?! Onların izdihamını görmədinmi? Qalx ayağa və buradan get, ey nadan!

Ömərin oğlu Mədinədəki mühitin əlverişli olmadığını gördükdə Məkkəyə yola düşdü, o, bilirdi ki, Məkkə Allahın əmin-amanlıq hərəmi olduğuna görə Imam (ə) oranın hörmətini həmişə saxlayacaqdır.


Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#4 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 23 июля 2009 - 09:16



Şiələrin məşhur "Nəhcül-bəlağə" kitabında, qeyd olunur ki insanlar ona beyət etməkə qələndə, Əli (r.a) dedi:

Məndən əl çəkin, başqasını axtarıb tapın, çünki elə bir işə yönəlmişik ki, cürbəcur yolları var, növbənöv rəngləri var. Könüllər bu işdə qərar tuta bilməz, ağıllar bu işin ağırlığına davam gətirə bilməz. Dan yerini başdan-başa məcazi qara bulud tutmuş, açıq-aydın yol görünməz olmuşdur.
Bilin ki, istədiyinizi qəbul etsəm, daha yaxşı bildiyimə uyub gedərəm, nə söyləyənin sözünə fikir verərəm, nə eyib tutanın sözünə qulaq asaram. Amma məndən əl çəksəniz, sizlərdən biriniz kimi olaram. Kimi iş başına gətirsəniz, kimi özünüzə qulluq sahibi etsəniz, o buyruğu sizdən daha artıq dinlərəm, əmrinə sizdən artıq uyaram. Mən sizə vəzir olsam, bu, əmir olmağımdan daha xeyirlidir.

"Osmandan sonra Ona bey`ət etmək istəyənlərə buyurdu" başlıqı altında.

Bu da şərhi:

Əmir-əl-mö`minin (ə) Həzrət Peyğəmbərin (s) əbədiyyətə qovuşmalarından sonra xilafətin öz haqqı olduğunu göstərməsi, lakin xilafət ona verilərkən imtina etməsi ziddiyyətli bir şey deyildir. Artıq Həzrət Peyğəmbərin (s) vəfatından iyirmi beş il keçmiş, İslamın ilkin əsasları və prinsipləri xeyli dəyişmişdi. Yeni-yeni ölkələrin alınması ilə bir çox yeni din və əqidələr İslama qarışmış, din xadimləri zəngin həyat keçirməyə alışmışdıdar.
Əmir-əl-mö`minin İslamın bünövrə prinsiplərinə sadiq olduqlarına görə, yaranmış şəraitdə xəlifəlik etməyin, bu prinsipləri ehya etməyin çətin olacağını başa düşürdü. Ancaq xilafəti qəbul etməkdən başqa əlac da yox idi.

http://www.balaghah....otbe/01/k15.htm


Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#5 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 23 июля 2009 - 10:36

Osmanın vəfatından sonra... İslam ümməti nicat tapacaqdır, çünki Allahın istəyi ilə Möminlərin dostu Allahın sevimli bəndəsi nəhayət ki, öz haqqını bərpa edəcəkdi,amma lənətlənmişlər,quduz itlər kimi cumub xilafəti qəsb edib ümməti əbədi qaranlığa sürüklədilər. :angry:

Сообщение отредактировал MUMINE: 23 июля 2009 - 10:39

Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!

#6 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 23 июля 2009 - 14:42

Əgər Ömər vəfatında əvvəl Osmana olan borcunu və ya Osmanın rizasını deyil Allah rizasını fikirləşsəydi, və Həzrəti Əli əleyhissəlam xəlifə olsaydi hər şey çox fərqli olardı. Amma Ömər "borclu" köçmək istəmədi. Həzrəti Əli əleyhissəlami isə 25 il ərzində Peyğəmbərimizin (s.a.a.s.) şəriətində və sünnədə baş vermiş dəyişikliklər narahat edirdi. Və təbii ki, sünnənin yenidən dirçəltməyin və xoşagəlməz halların aradan qaldırılmasının çətinliyini gözəl bilirdi.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#7 Abu Ali Efendi

Abu Ali Efendi

    Mulazzim – lieutenant

  • Murid
  • 367 сообщений

Отправлено 26 июля 2009 - 20:24

Bu isə Subhaninin kitabından dəlil ki Əli (r.a) xəlifə olmaq istəmirdi.


Изображение

سبحانك اللهم وبحمدك، نشهد أن لا إله إلا أنت، نستغفرك ونتوب إليك
أبوعلي عبد الله الحنبلى العجاراي التركي


#8 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 29 июля 2009 - 02:42

Efendi, yaxşı mövzudur, amma bu mövzuda başa düşüləsi çətin bir iş yoxdur.
Mövlam Həzrəti Əli (a) ona görə xilafəti qəbul etmək istəmirdi kİ, çünki əmin idi ki, insanlar onun xilafəti idarə etmək üsullarını qəbul etməyəcəklər. Tarixi bir-az vərəqləsək, açıq-aydın görə bilərik ki, Əli (a) hələ Ömərdən sonra xəlifə ola bilərdi, lakin xilafəti Əbu Bəkr və Ömərin üslubu ilə idarə etməyə razı olmadı və 6 nəfərlik şura Osmanı xəlifə seçdı. Məhz bu məsələyə dahi alim, tarixçı Əllamə Əskəri (r.) geniş şərh verib. Sən gətirdiyin məsələlərin oxşarını nəql etdikdən sonra Əllamə (r.) yazır:

"...Ravi deyir: Osmanın qətlə yetirilməsindən sonra dəfə­lər­lə Əli (əleyhis-salam)-ın yanına gəldilər, axırıncı dəfə o həzrətə dedilər: "Camaat hцkumətdən başqa bir yolla islah olunmaz və bu iş зox uzun зəkdi." Imam Əli onlara dedi: "Siz daim mə­nim yanıma gəlib-gedirsiniz. Mən indi sizə bir sцz deyə­cə­yəm; əgər onu qəbul etsəniz, sizə hakim olmağı qəbul edə­rəm, əks halda ona ehtiyacım yoxdur." Dedilər: "Hər nə desən, inşa­allah, onu qəbul edərik." Sonra məscidə gəlib minbərə зıx­dı və camaat ətrafını tutan halda dedi: "Mən hцkuməti və sizə hakim olmağı istəmirdim, lakin siz yalnız mənim si­zə rəhbər olmağımı qəbul etdiniz. Agah olun: sizsiz heз bir iş gцrməyəcəyəm. Agah olun ki, sizin mal-dцvlətinizin aзa­rı mənim əlimdədir. Agah olun ki, siz olmadan mənim on­dan bir dirhəm gцtьrməyə haqqım yoxdur. Bunu qəbul edir­sinizmi?" Dedilər: "Bəli." Imam dedi: Pərvərdigara, bunlara şahid ol!" Sonra onların bey`ətini qəbul etdi.

Bilazəri rəvayət edərək deyir: Əli зцlə зıxıb evinə tə­rəf getdi. Camaatın hamısı – Peyğəmbərin səhabələri və baş­qaları onun ardınca tələsdilər. Onlar deyirdilər: "Yal­nız Əli mц`minlərin əmiridir!" Sonra onun evinə daxil ola­raq dedilər: "Əlini aз, səninlə bey`ət edək, зьnki ьmmətin hцk­mən bir əmiri olmalıdır." Əli (əleyhis-salam) dedi: "Bu sizin seз­ki­nizlə deyil, yalnız Bədr əhlinin ixtiyarı ilədir. Bədr əh­li hər kəsə razı olsa, xəlifə o olacaqdır." Bədr əhlindən elə bir adam qalmadı ki, Əlinin yanına gələrək "Biz bu işə (xilafətə) səndən də layiqli bir kəsi tanımırıq" – de­mə­sin. Əli vəziyyəti belə gцrdьkdə, minbərə зıxdı. Minbərdə onun yanına qalxan və onunla bey`ət edən ilk şəxs Təlhə idi. Onun bir barmağı şil idi. Əli (əleyhis-salam) onu pis fala yozaraq dedi: "Nə qədər yumşaq və sındırıcıdır." (Bax: "Ənsabul-əşraf", 5/70)

Təbəri belə rəvayət edir: "Təlhə bey`ət edən zaman Həbib ib­ni Zьeyb ona baxıb dedi: "Bey`ət edən ilk əl şil idi, bu iş axıra зatmayacaqdır..." ("Tarixi Təbəri", 1/3068, Avropa çapı)


"Məalimul-mədrəsətəyn", Əllamə Əskəri, 1/140-141

Əli (a) gözəl bilirdi kİ, Allah Təala tərəfindən seçilən xəlifə məzh odur və onun Allahın buyurduğu əsasında idarəsi camaata sərf etməyəcək. Əli (a) xilafətə gələn kimi pulları beytul-mala qaytardı, bir çox vəliləri dəyişdi və s. Bu təbii ki, Osman xilafətinin aşiqlərini bərk narahat etməyə başlamışdı. Təlhə və Zubeyrın İraq və Yəməndən əlləri üzüldükdən sonra, Aişə və Həfsəni (Həfsə Aişənin Bəsrəyə tərəf hərəkətini dəstəkləyib qəbul etmişdir, amma qardaşı Abdullah İbn Ömər onun Aişə ilə birlikdə səfərə çıxmağına icazə verməmişdir) öz tələlərinə daxil edərək, Osmanın Yəməndəki vəlisi Abdullah ibni Əbu-Rabiə, Osmanın qoşun sərkərdələrindən biri - Yəli ibn Üməyyə, Bəsrənin valisi Abdullah ibn Amir və s. köməkliyi ilə Əliyə (a) qarşı çıxmışdır. Əli (a) gözəl bilirdi ki, haqq ədalət üzərində qurulan hakimiyyət azğın düşüncələrin qavrıya bilmədiyi bir məsələdir.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#9 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 29 июля 2009 - 19:09

Osmanın vəfatından sonra...
haqq öz yerini tapdı

#10 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 18 апреля 2010 - 21:55

Osmanın vəfatından sonra qısa müddətə haqq bərqərar oldu...Amma Osman və sələflərinin İslama vurduğu zərbələr ciddi surətdə hiss olunmağa başladı. Müaviyyə (l.ə.) və sülaləsi virus kimi İslama darışmağa və onu yeyib aradan aparmağa başladılar. Bu yolda onları məharətlə dəf edən Həzrət Əli (ə) sonda qətlə yetirilib şəhid oldu. Sonra hakimiyyətə gələn İmam Həsən ibn Əli (ə) bu virusların artıq İslamın qanına keçməsi nəticəsində öz haqqından məhrum edildi. İslam tarixində ən acı səhnələrdən biri yaşandı-İmam Həsən (ə) Müaviyyə ibn Əbu Sufyanla sülh bağlamağa məcbur edildi. Beləliklə, İslam xiləfəti Əməvi xilafəti ilə əvəz edildi. Bir neçə ildən sonra İslam tarixinin ən acı faciəsi olan Kərbəla qətliamı yaşandı... Bəli, bütün bunlar Osman və sələflərinin qurduğu işlərin məntiqi nəticəsi idi...

Сообщение отредактировал al-Islam: 18 апреля 2010 - 21:56

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#11 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 18 апреля 2010 - 22:27

Ahli sunna Osmani mazlum sayir fagur sayirlar yani Osman hamiya inanib amma onu aldatdilar, deyirler

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#12 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 21 апреля 2010 - 15:49

Aişə Mədinədən xaric oldu. Osmanın göstərişi ilə həmin il həcc karvanının rəhbəri Abdullah ibn Abbas idi. İbn Abbas "Səlsəl"də Aişə ilə rastlaşanda, Aişə ona dedi:
-İbn Abbas! Səni and verirəm Allaha, bu kişinin əleyhinə qalxmış camaatı dağıtma! Onları bu üsyankar kişi haqqında şəkkə salma. Şəhərlərdə dəstə-dəstə insanlar qiyam üçün cəm olmuşlar. Mən Təlhənin xəzinənin açarını ələ keçirdiyini gördüm. O əgər hökumətin idarə olunmasını ixtiyarına keçirsə, əmisi oğlu Əbu Bəkrin şivəsini davam etdirəcək.
İbn Abbas cavabında dedi:
-Anacan! Əgər bu kişinin başına bir bəla gəlsə, cammat bizim rəhbərimiz olan Əli ibn Əbu Talibdən başqasına beyət etməyəcək.
Aişə dedi:
-Bəsdir! Mənim səninlə mübahisə etmək fikrim yoxdur!

"Tarixi-Təbəri", c. 5, səh. 140; "Tarixi-İbni Əsəm", səh. 156).


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru