![Изображение](http://s56.radikal.ru/i152/1103/fd/96abe68a2ef8.jpg)
Azərbaycan İslam Partiyasının (AİP) keçmiş sədri Hacı Əlikram Əliyev vəfat edib.
APA-nın məlumatına görə, Hacı Əlikram Əliyev uzun sürən xəstəlikdən sonra 17.03.2011 saat 17.00 radələrində yaşadığı Sabunçu rayonu Nardaran qəsəbəsindəki evində dünyasını dəyişib. Yaxınları APA-ya bildirib ki, Ə. Əliyev bir neçə ildir şəkər, təzyiq və digər xəstəliklərdən əziyyət çəkirmiş. Mərhum Nardaran qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Əliyev Əlikram İsmayıl oğlu 1940-cı ildə Bakı şəhərində anadan olub. 1996-cı ilin mayında Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə həbs olunub (köhnə redaksiya “vətənə xəyanət”), 1999-cu ilin noyabr ayında əfv edilib. O, 2002-ci ildə Nardaran qəsəbəsindəki hadisələr zamanı fəallıq göstərib, 6 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2003-cü ildə yenidən əfv edilib.
Azərbaycan İslam Partiyasının ilk sədri olub.