Перейти к содержимому


Публикации Malik Eshter

64 публикаций создано Malik Eshter (учитываются публикации только с 25-июня 23)



#88718 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 01 февраля 2012 - 10:46 в Ümumislam mövzular

İdğam
İki eyni cinsli hərfləri bir-birinə qovuşdurub birgə tələffzü etmək 2 idğam" adlanır. Məs: مَدَدَ مَدَّ Burada iki "dəl" bir-birinə qovuşmuşdur. Əlbəttə bu qayda müzaəf sözlərə aiddir ki, onların iki hərfi təkrar olub, məsələn: مَدَدَ ٫ حَقَقَ ٫ جَرَرَ



#88190 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 16 января 2012 - 10:46 в Ümumislam mövzular

Alət ismi
"İsmi alət" iş vasitələrini, alətlərini bildirir, məsələn: مِفْتَاحْ açar, مِقْرَاضْ qayçı
İsmi alətin vəzni müştəqq (düzəltmə) isimdən 3 vəzndə düzəlir.

1. مِبْرَدْ - مِفْعَلْ- itiləyən, döyüş topu

2. مِطْرَقَةٌ - مِفْعَلَةٌ- çəkic, - qaşıq

3. مِصْبَاحٌ - مِفْعَالٌ - lampa, - dimdik

"İsmi alətin" qeyri (düzəltmə isim) müştəqdən düzəldilməsi üşün xüsusi bir qayda yoxdur. Alət mənasını bildirən hər bir isim "ismi alət2 hesab olunur. سِكِّينٌ bıçaq, قَدُومْ teşə, فَاسْ balta, قَلَمْ qələm



#88189 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 16 января 2012 - 10:36 в Ümumislam mövzular

Məkan və zaman isimləri
Qeyd: Aşağıdakı isimlərin müzarisi "يَفْعَلُ" vəznində olmasına baxmayaraq "مَفْعَلْ" əvəzinə "مَفْعِلْ"vəznində olurlar. Məs:
يَسْجُدُ - مَسْجِدْ٫ يَشْرَقُ - مَشْرِقْ٫ يَغْرُبُ - مَغْرِبْ





#88758 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 03 февраля 2012 - 10:09 в Ümumislam mövzular

İdğam qaydası
1. İdğamın şərti budur ki, müzaəfin birinci hərfi sükunlu və ikinci hərfi isə hərəkəli olsun.

2.Əgər təkrar olunan hər iki hərf mütəhərrik (hərəkəli) olarsa və özlərindən əvvəlki hərf də hərəkəli olsa, müzaəfin birinci hərfi sükunlu edilib sonra bir-birinə idğam edilir.

Məsələn: مَدَّ مَدْدَ مَدَدَ

Ardı var...



#88857 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 07 февраля 2012 - 11:03 в Ümumislam mövzular

Ardı
İdğam qaydası
3.Əgər hər iki təkrar olunan hərf mütəhərrik (hərəkəli) olarsa və özlərindən əvvəlki hərf də hərəkəli olsa, müzaəfin 1-ci hərfi sükunlu edilib sonra bir-birinə idğam edilir. Məs;
يَمُدُّ يَمُدْدُ يَمْدُدُ
4.Əgər təkrar olunan ikinci hərf sükunlu olarsa və ardınca bitişən zəmir (əvəzlik) gələrsə, məsələn: "مَدَدْتُمْ" onu idğam etmirlər və olduğu kimi oxuyurlar. Əgər onun ardınca zəmir gəlməsə hər iki surətdə (idğam və qeyri-idğam) oxumaq olar, məsələn:

Məsələn: لَمْ يَمُدُّ مُدَّ



#91502 İki nəfər arasında elmi müzakirə

Отправлено автор: Malik Eshter 09 мая 2012 - 11:40 в Şiə-sünni dialoqu

Salam aleykum və rəhmətullahi və bərəkatuhu!
Necəsən Nicat qardaş!
Maşallah qardaş! Hələ də qarşı tərəf susur. Bunun özü məzhəbin və məktəbin nailiyyəti və uğurudur. Buna görə təbrik edirəm səni qardaş.



#87955 Şiə cavab verir

Отправлено автор: Malik Eshter 09 января 2012 - 14:29 в Şiə-sünni dialoqu

Allahin Salami ve Rehmeti Olsun cumle Ehli Beyt (e) terefdarlarinin ve davamchilarinin uzerine!
uzun zamandir shubheleri dindirmishdim. Yene bir iki sualla sizi yoracaqam. Dushunurem ki bu meseleler sizden chox sorushulubdur ve artiq cavab vermisinizdir. BUna gore sadece bir ssilka qoysaniz ve ya bir meqale verseniz ve ya istenilen cur cavab verseniz mene kifayet olar.
1. Indi deqiq xatriime gelmir, amma Qurani Kerimde hansisa ayede sehv etmiremse muhacir ve ensarlardan ALLAH RAZIDIR deye buyurulur. Hemin sehabeler arasinda 3 xelife ve ya Shiyenin sevmediyi her hansisa bir shexs varmi.
2. yene de hansia aye variydi. ehd baqlayanlarla baqli, onu da xatirlamiram deqiq hansiydi. bu sehabelere hiyenin munasibeti necedir?
3. IMAM sozunun Qurani Kerimde 12 defe ishlenmeyi dogrudurmu, yoxsa kiminse shiyeler adina uydurduqu bir sheydirmi ki sonra menim kimi savadsizlar bilmeyib bunu ishletsin ve yalanchi adlandirsinlar bizi?
4. Biz deyirik ki, Imamet Meqami Resulluq meqamindan ustundur. delili gormushem, lebbeyk. bele sualim ortaya chixdi. a. Bizim imamlarimiz, Hz. Ibrahim (e) kimi hem imam hem de peyqember olan Resullardan (e) da mi ustundur ve buna mentiqi ve ya delili subut nedir? b. umumiyyetle bele iddiamiz varmi yoxsa, biz sadece meqamlari muqayise edir ve shexsiyyet olaraq Allahin xelifelerini (e) efzellikde bir biri ile muqayise etmirikmi (sehv etmiremse bele bir shey de eshitmishdim)?
5. Eger bir insan shiye mezhebinde olan mueyyen eqidevi meseleleri aqli ve qelbi ile derk ede bilmese ki,: "IMamlardan istemek Olar" - amma bunu redd de etmese, Allah daha yaxshi biler dese, o shiyelikden ve ya dinden chixarmi? Mesele orasindadir ki, bir qardash ozunu ehli sunneden qetiyyen gormur, amma IYYAKE NEBUDU ve IYYAKE NESTEIN - ayesine gore her defe shekke dushur (qarshiliqinda verilen butun delil ve subutlar oxuyub. dediyim kimi deyir redd ede bilmirem, ehsen dellilerdir amma yene de qebul da etmekden qorxuram). bu halda hemin mesele barede sukut ede ve yene de ozune shiye deye bilermi? p.s. tevessulu rahatliqla qebul edir!
Vaxtinizi aldiqima gore uzr isteyirem. INSEALLAH yadima duwsun, bir neche sualim daha olacaq icazenizle...


Sen nikini "heqiqet axtariram" deyil "fitne saliram" qoysaydin lap gozel olardi.



#89491 Əhzab surəsi ayə 33

Отправлено автор: Malik Eshter 29 февраля 2012 - 11:21 в Qur'an və onun təfsiri

Sual yaranır :
Əgər - Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir - onların hamısına aiddirsə və əl qədəru şəriyyə (şərti) mənasındadırsa , onda Əli və onun ailəsi qarşısında qoyulmuş şərtlər hanı ?

Yox əgər - Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir -onların hamısına aiddirsə və əl qədəru kovniyyə (şərtsiz) mənasındadırsa , onda niyə Peyqəmbərin zövcələri qarşısında tələblər qoyulur ?

Axı bir cümlənin içində , eyni kütləyə qarşı müraciətdə Allahın həm şərti , həm şərtsiz istəyi ola bilməz.

Əvvəla Maidə 5/6 , Əzhab 33/33 -ilə heç müqaisəyə getmir - təmizlənmə , pak olma barədə sözlər Əzhab 33/33-də xüsusi vurğu ilə verilir , Maidə 5/6-da isə belə deyil.Bunu ayələrin tərcüməsindən də görmək olur.

Sonrada kı hətta müqaisənin özü belə imaməti qəbul etməyənlərin əleyhinə işləyir.İkisinin arasında seçim qarşısında qalırlar : 1.Həmin cümlədə ancaq Peyqəmbərin zövcələri/qadınlar nəzərdə tutulub və Allahın onlara qarşı istəyi şərtidir. 2. Həmin cümlədə ancaq Əli və onun ailəsi nəzərdə tutulub və Allahın onlara qarşı istəyi şərtsizdir.

Yuxarıda göstərdiyim kimi 1-ci variant mümkün deyil - tək zövcələr/qadınlar ola bilməz ,qramatik qaydaya görə ən azından bir və ya bir neçə kişi bu cümlədə nəzərdə tutulub.

Qalır ikinci variant.Əlhəmdulillah.

Anlaşılmayan məqam qaldısa - buyurun , soruşun.



Allah sizi hifz etsin, elminizi kamil etsin, inşəllah!



#96456 İmamət haqqında bəhs

Отправлено автор: Malik Eshter 21 ноября 2012 - 11:28 в Şiə-sünni dialoqu

Aleykum səlam qardaş ! Buyur bu da link!

http://www.boxca.com...S._001.mp3.html


Yuxaridaki link ölub!

http://www.boxca.com...S._001.mp3.html



#96455 İmamət haqqında bəhs

Отправлено автор: Malik Eshter 21 ноября 2012 - 11:14 в Şiə-sünni dialoqu

salam aleykum. linkdəki fayl silinibdir, ancaq bir qardaşa bu söhbət lazımdır. forumdan kimdəsə bu söhbət var? əgər varsa xahiş edirəm yükləyib link qoysunlar.


Aleykum səlam qardaş ! Buyur bu da link!

http://www.boxca.com...S._001.mp3.html



#87094 Ələsgərlə Qamətin pul boğuşması

Отправлено автор: Malik Eshter 28 декабря 2011 - 16:16 в Şiə-sünni dialoqu

Qamətin oputu olmayan vaxtlaridi? :gizildish:

Əgər bunlar ikisidə vəhabiye-sələfidirsə onda nöş boğuşurlar?

interesni adamlardilaree.


Onların biri daha vəhabi deyil, vəhabidən betərdir. O diskussiya edənin biri olan Ələsgər yalançı peyğəmbərlik iddiasındadır. O Qamətdən də bədbəxtdir.



#87126 Ələsgərlə Qamətin pul boğuşması

Отправлено автор: Malik Eshter 29 декабря 2011 - 10:18 в Şiə-sünni dialoqu

deyäsän Bakinin Ämircan kändindä qalir.bir dä belä eshitmishäm ki diyäsän qamätlä calagi var,ämi ogltdular.her ikside sapig.


Məhşur vəhabi Əlixan Musayevin əmisidir.



#94858 Abu Zeyd

Отправлено автор: Malik Eshter 08 августа 2012 - 09:41 в Şiə-sünni dialoqu

Məhşur Əbu Zeyd


Изображение



#94859 Abu Zeyd

Отправлено автор: Malik Eshter 08 августа 2012 - 09:42 в Şiə-sünni dialoqu

Məhşur Əbu Zeyd


Изображение



#94957 Abu Zeyd

Отправлено автор: Malik Eshter 13 августа 2012 - 09:36 в Şiə-sünni dialoqu

Bismillah, bu kimdi)))


Tatar qardas salamun aleykum necesen, bu mehsur Ibn Ziyaddir.



#94902 Abu Zeyd

Отправлено автор: Malik Eshter 10 августа 2012 - 09:29 в Şiə-sünni dialoqu

Mən Abu Zeydi görmüşəm və buna görə də bilirəm ki onlar Abu Zeydin şəkilini hansısa proqram ilə eybəcər şəkilə salıblar.Abu Zeyd həyatda bu şəkildəki kimi deyil.Üzü nurlu bir müsəlmandır.


Yox a, nə danışırsan, Abu Zeydin qəlbinin qəsavəti üzünə vurub. Allah bunu montaj edib bura qoyana lənət eləsin, yalan danışana da Allah lənət eləsin! Amin! de. De görək hələ!

Amin!



#92633 Tülkü vəhhabinin şeyx Cavidə zəngi

Отправлено автор: Malik Eshter 12 июня 2012 - 14:30 в Şiə-sünni dialoqu

Bu da Vüqarın inet-də olan nömrəsi

Sahil əgər bilmək istəyirsənsə buyur!





#85927 Əbu Zeydin yalanlarının bir daha ifşası

Отправлено автор: Malik Eshter 14 декабря 2011 - 15:23 в Şiə-sünni dialoqu

1.Müəllif öz risaləsinin 2-cisəhifəsində yazır. “Bu hədis səhih olsa da, şiələrin zənn etdikləri mənadan təmamiləuzaq və onların leyhləri-nə yox, əleyhlərinə dəlildir. İstər Müslimin nəqletdiyi hədisdə “haqlarının qorunması” əmredilən və istərsə də Tirmizinin nəql etdiyi hədisdə “tabe olunmaları” əmr edilən əhli-beytdən məqsəd şiələrin iddiaetdikləri kimi yalnız Əli (radiyallahu anh) və onun övladları deyil. Əvvəla, əhli-beytdedikdə Peyğəmbərin zövcələri nəzərdə tutulur. Bu həm Quran, həm Sünnət baxımındanvə həm də dilçilik və adət baxımından bu cürdür.

Qurandan dəlil əl-Əhzab/33-cü ayədir. UcaAllah buyurur:

{ وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلاَتَبَرَّجْنَ تَبَرُّجَ الجَاهِلِيَّةِ الأُولَى وَأَقِمْنَ الصَّلاَةَ وَآتِينَالزَّكَاةَ وَأَطِعْنَ اللهَ وَرَسُولَهُ إِنَّمَا يُرِيدُ اللهُ لِيُذْهِبَعَنكُمُ الرِّجْسَ أَهْلَ البَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا وَاذْكُرْنَ مَايُتْلَى فِي بُيُوتِكُنَّ مِن ءَايَاتِ اللهِ وَالحِكْمَةِ إِنَّ اللهَ كَانَلَطِيفًا خَبِيرًا }.

Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz.Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsaqəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın.Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin.Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli!Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, AllahLütfkardır, hər şeydən Xəbərdardır.” (əl-Əhzab/32-34). Ancaq burada əhli-beytə olan xitabın kişi cinsində olması şiələriniddia etdikləri kimi Peyğəmbər (salləllahu aleyhi və səlləm) zövcələrinin əhli-beytdənsayılmayacağına dəlalət etmir. Çünki evin kişisi ev əhlinin rəisi olduğundanötrü, ev əhlinə (yəni zövcələrə) müraciət də kişi cinsində olmuşdur.



Cavab: Burada ev Peyğəmbərin məxsus ev kimi nəzərdətutulmur ki, ev əhlindən danışaq. Çünki, Qurani-kərimdə 2 yerdə peyğəmbərinevindən danışdığı zaman “evlər” ifadəsi işlədilmişdir. Bunu elə yuxarıda qeydolunan “evlərinizdə qərar tutun” ayəsində də görmək olar. Hər bir zövcəninözünün ayrıca evi olmuşdur.

Bunu əhzabsurəsinin 53-cü ayəsi də “Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyəicazə verilmədən (yeməyə dəvət olunmadan) girib onun bişməsini gözləməyin...”sübuta yetirir. Əgər müəllifin dediyi kimi zövcələr “əhli-beyt” məfhumunun tərkibinədaxil olsaydı, gərək onlara “ev əhli” deyil, “evlərin əhli” olmalıydı.





#85929 Əbu Zeydin yalanlarının bir daha ifşası

Отправлено автор: Malik Eshter 14 декабря 2011 - 15:25 в Şiə-sünni dialoqu

3. Sünnətdən dəlil isə Peyğəmbərinnamazlarında oxuduğu salavat duasının belə bir formasıdır: “Allahım! İbrahimə və onun ailəsinəbərəkət verdiyin kimi, Muhəmmədə və onun zövcələrinə, zürriyətinə də bərəkətver!” (Buxari və Müslim 1/306)

Cavab:Bu bizim üçün dəlil sayıla bilməz. Çünkü mənbə şiə mənbəyi deyildir.




#85930 Əbu Zeydin yalanlarının bir daha ifşası

Отправлено автор: Malik Eshter 14 декабря 2011 - 15:26 в Şiə-sünni dialoqu

4. Bütünbu dəlillər göstərir ki, Peyğəmbərin zövcələri əhli-beytdən sayılır. Hətta şiəalimlərin-dən bəziləri əl-Əhzab/33-cü ayəyə qarşı bir cavab tapa bilmədiklərindənötrü, iddia etmişdirlər ki, ayənin əhli-beyt ilə əlaqəli hissəsi səhabələr tərəfindənqəsdən əl-Əhzab/33-cü ayənin içərisinədaxil edilmişdir ki, bu ayəni oxuyan hərkəs elə bilsin ki, Peyğəmbərin zövcələri də əhli-beytdəndir. Bunu şiə məzhəbininən asas səkkiz kitabından birinin müəllifi olan Məclisi[1] “Biharul-ənvər”(c.35 səh.234) adlı əsərində demişdir. Bu da Quranın təhrif edildiyinə etiqadetməkdir ki, belə bir etiqadın sahibi İslam dairəsindən kənara çıxmış olur.

Cavab:Açıq aydındır burda söhbət ayələrin tərtib və nizamından gedir. Əhli-sünnə əqidəsidə budur ki, bu Quranın tərtib olması sonradan baş vermişdir. Bunun təhrifləheç bir əlaqəsi yoxdur. Aydındır ki, Quranın təhrifi onun artırılıb,azaldılması mövzusudur. Burada isə təhrifdən söhbət gedə bilməz. Özü də Məclisi(r.ə) bu ifadəni “ola bilsin ki” (ləəllə) ifadəsi ilə işlədirsə burada hansıetiqaddan söhbət gedə bilər.



#85928 Əbu Zeydin yalanlarının bir daha ifşası

Отправлено автор: Malik Eshter 14 декабря 2011 - 15:24 в Şiə-sünni dialoqu

2.Sonramüəllif yenə həmin səhifədə Hud surəsinin 73-cü ayəsində keçən əhli-beytqavramıyla əlaqəli olaraq İbrahim (ə.s)-ın xanımının əhli-beyt dən sayılmasınımisal göstərmişdir.

Cavab: Bunun cavabı Hud surəsinin 81-ci ayəsindəolan ayədir. Bu ayədə ailənin tərkibindən Lutun xanımı istisna edilmişdir. “Mələklər)dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər.Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcəövrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların(ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?”

Bu odeməkdir ki, hər hansı bir ifadədə “əhl” kəliməsi göstərilibsə, mümkündür ki,xanımlar o “əhl”in tərkibində sayılsın və həm də sayılmasın. Bunu təyin edənAllahdır.

Həttaoğul övladının da “əhl”-dən istisna edilməsi ilə bağlı Quranda ayəmövcuddur.Hud surəsinin 45, 4, 47 –ci ayələrində deyilir: “NuhRəbbinə (dua ilə) müraciət edib dedi: “Ey Rəbbim! Oğlum (Kənan) mənim ailəüzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!”(Allah) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o(küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etməkxahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənəcahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürəm)”. (Nuh) dedi: “Ey Rəbbim!Bilmədiyim bir şeyi Səndən istəməkdən (belə bir işə cürət etməkdən) Sənəsığınıram. Əgərməni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!”

Hörmətli oxucu! Burada da biz oğul övladınınailədən istisna edildiyini gördük. Sonda Allah ailədən kimin olub-olmamasınıNuhun bu məsələni bilməməsinə bağlayır. Maraqlıdır ki, nəyə əsasən müəllifPeyğəmbər ailəsinin xanımlardan ibarət olmasını iddia edir?



#92630 Tülkü vəhhabinin şeyx Cavidə zəngi

Отправлено автор: Malik Eshter 12 июня 2012 - 14:17 в Şiə-sünni dialoqu

Cavidə zəng edən şiədir .Özüdə cavidin tanıdıqı adamdır.Çünki cavid ona arada "məşhədi" deyərək müraciət edir.Nə gülünc teatr düzəltmisiniz. Bu sizin növbəti "Əhli beyt production " məfhumunuzun təqdimatıdır.


Cavidə zəng edənin adı Vüqardır istəsən nömrəsini də verə bilərəm, şiə zad deyil. Zəng et gör kimdir.

Şeyx Cavid hamıya məşədi deyə müraciət edir.

həmin şəxs bax elə budur!

http://www.youtube.com/watch?v=OZsbc0j7cQU



#92631 Tülkü vəhhabinin şeyx Cavidə zəngi

Отправлено автор: Malik Eshter 12 июня 2012 - 14:19 в Şiə-sünni dialoqu

mən şübhə etmirəm axı zəng edən şiədir.


O şəxs Vuqardır, nömrəsi də internetdə var - şiə niyə Cavidə iftira atsın ki ?



#92691 Peyğəmbər (s) öz qızlarını fəzilətli olmayan şəxsə ərə verərdimi?

Отправлено автор: Malik Eshter 14 июня 2012 - 12:46 в Şiə-sünni dialoqu

buna mümkünsə dəlil gətir


Təbərani “Əl-kəbir” kitabında Əbu Əyyub Ənsaridən xəbər vermişdir ki, Allahın elçisi (s) buyurdu: “Ey Fatimə, bil ki, Allah yer əhlinə nəzər salıb, onların arasından atanı seçdi və peyğəmbərlik taxtına oturtdu. Sonra yenidən nəzər salıb sənin ərini seçdi və mənə vəhy etdi ki, səni onunla evləndirim və onu özümə vəsi seçim.”
Mənbə - Bu hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 153-cü səhifəsindəki 2541-ci hədisin sözləri və həmin sənədi ilədir. Onu “Müntəxəb”də də vermişdir. Əhmədin “Müsnəd”inin 5-ci cildinin 31-ci səhifəsinin haşiyəsində “müntəxəb”ə baxa bilərsiniz.
İbn Əbu Hatəm Ənəsdən nəql etmişdir: “Əbu Bəkr və Ömər Fatiməyə elçiliyə getdilər. O həzrət sükut etdi və cavab vermədi. Onlar Əlinin yanına getdilər ki, onu bu vəziyyətdən xəbərdar etsinlər. Dedilər: Elə bilirik ki, əgər sən Fatiməyə elçi getsən, qəbul edəcəkdir.” Bir qrup etibarlı adamlar, o cümlədən İbn Həcər “Səvaiq”in 11-ci babının əvvəlində, eləcə də İbn Əbu Hatəm bu hədisi nəql etmişlər. Orada bu hədisi Əhməddən, o da Ənəsdən nəql etmişdir. Əbu Davud Sistani onu İbn Həcərin “Səvaiq”də 11-ci babındakı ayələrdən 12-ci ayənin izahındakı kimi nəql etmiş: “Əbu Bəkr Fatiməyə elçi getdi. Peyğəmbər ondan üz çevirdi. Ömər də elçi getdi və ona da razılıq vermədi. Gəlib Əlini onun elçiliyinə vadar etdilər və ona çatdırdılar ki, Peyğəmbərin bu haqda razılığı var.” Əlidən (ə) də buna oxşarı nəql olmuşdur: “Əbu Bəkr və Ömər Fatiməyə elçi getdilər və Peyğəmbər (s) etiraz etdi. Ömər dedi: Ey Əli, onunla evlənməyə sən layiqsən.” Bu hədisi İbn Cərir xəbər vermiş və Dolabi “Əz-zürriyyətüt-Tahirə” kitabında onu düzgün bilmişdir. Bu hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 392-ci səhifəsindəki 6007-ci hədisdir.
Xətib “Müttəfəq” kitabında İbn Abbasdan xəbər vermişdir ki, Peyğəmbər (s) Fatiməni Əli ilə evləndirəndə Fatimə ərz etdi: “Ey Allahın rəsulu, məni kasıb və mal-dövlətsiz bir kişiyəmi verdin? Peyğəmbər (s) buyurdu: Razı deyilsənmi? Allah yer üzünün adamları arasından iki nəfəri seçdi: biri atan, o birisi ərin.” - Mənbə - Bu hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 391-ci səhifəsindəki 2992-ci hədisdir (söz və sənədiylə birgə) ki, Əlinin fəzilətlərində vermiş və sənədinin düzgünlüyünü bəyan etmişdir.



#92681 Peyğəmbər (s) öz qızlarını fəzilətli olmayan şəxsə ərə verərdimi?

Отправлено автор: Malik Eshter 14 июня 2012 - 10:57 в Şiə-sünni dialoqu

Rəsuli Əkrəm (ə.s) öz fəzilətli qızını Hz.Əli (ə.s)-a ərə vermişdi. Bu xanım "Seyyidətun nisail aləmin- Aləmlərin xanımların ağasıdır". Bəli bu qızın Rəsuli Əkrəm (s.ə.ə) tərəfindən kiməsə verilməsi ilahi tapşırıq idi. İstəsən dəlil gətirə bilərəm. Həm də fəzilətdir. Bu öz yerində.
O ki qaldı Rəsuli Əkrəm (ə.s) in öz qızını kimləsə evləndirməsi məsələsinə, həm də bu xanım (Rüqəyyə və Ümmü Gülsüm) fəzilət sahibi deyilsə, necə bu həmin şəxs (Osman) üçün fəzilət sayıla bilər?

Hud - (78) Və (Lut (ə.s)-ın) qövmü tələsik onun yanına gəldilər (ki, həmin qonaqlara təcavüz etsinlər) və onlar bundan qabaq da bu çirkin işləri görürdülər. Dedi: «Ey mənim qövmüm, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha pakdırlar (ki, kəbinlərini kəsib aparasınız). Buna görə də Allahdan qorxun və məni qonaqlarım barəsində xəcalətli və rüsvay etməyin. Məgər sizin aranızda xəbərdar və doğru yolu tapmış bir kişi yoxdur?!»

(79) Dedilər: «Sən yaxşı bilirsən ki, bizim sənin qızların barəsində bir haqqımız (onlara rəğbətimiz və ehtiyacımız) yoxdur. Və əlbəttə, sən bizim nə istədiyimizi yaxşı bilirsən».


Sual: Bəyəm Lut (ə.s)öz qızını fəzilətli insanlara verirdi, yoxsa Allahın əzabı gələn qövmə verirdi?




Рейтинг@Mail.ru