Перейти к содержимому


Публикации Malik Eshter

64 публикаций создано Malik Eshter (учитываются публикации только с 24-июня 23)



#94957 Abu Zeyd

Отправлено автор: Malik Eshter 13 августа 2012 - 09:36 в Şiə-sünni dialoqu

Bismillah, bu kimdi)))


Tatar qardas salamun aleykum necesen, bu mehsur Ibn Ziyaddir.



#94902 Abu Zeyd

Отправлено автор: Malik Eshter 10 августа 2012 - 09:29 в Şiə-sünni dialoqu

Mən Abu Zeydi görmüşəm və buna görə də bilirəm ki onlar Abu Zeydin şəkilini hansısa proqram ilə eybəcər şəkilə salıblar.Abu Zeyd həyatda bu şəkildəki kimi deyil.Üzü nurlu bir müsəlmandır.


Yox a, nə danışırsan, Abu Zeydin qəlbinin qəsavəti üzünə vurub. Allah bunu montaj edib bura qoyana lənət eləsin, yalan danışana da Allah lənət eləsin! Amin! de. De görək hələ!

Amin!



#87126 Ələsgərlə Qamətin pul boğuşması

Отправлено автор: Malik Eshter 29 декабря 2011 - 10:18 в Şiə-sünni dialoqu

deyäsän Bakinin Ämircan kändindä qalir.bir dä belä eshitmishäm ki diyäsän qamätlä calagi var,ämi ogltdular.her ikside sapig.


Məhşur vəhabi Əlixan Musayevin əmisidir.



#87094 Ələsgərlə Qamətin pul boğuşması

Отправлено автор: Malik Eshter 28 декабря 2011 - 16:16 в Şiə-sünni dialoqu

Qamətin oputu olmayan vaxtlaridi? :gizildish:

Əgər bunlar ikisidə vəhabiye-sələfidirsə onda nöş boğuşurlar?

interesni adamlardilaree.


Onların biri daha vəhabi deyil, vəhabidən betərdir. O diskussiya edənin biri olan Ələsgər yalançı peyğəmbərlik iddiasındadır. O Qamətdən də bədbəxtdir.



#96456 İmamət haqqında bəhs

Отправлено автор: Malik Eshter 21 ноября 2012 - 11:28 в Şiə-sünni dialoqu

Aleykum səlam qardaş ! Buyur bu da link!

http://www.boxca.com...S._001.mp3.html


Yuxaridaki link ölub!

http://www.boxca.com...S._001.mp3.html



#96455 İmamət haqqında bəhs

Отправлено автор: Malik Eshter 21 ноября 2012 - 11:14 в Şiə-sünni dialoqu

salam aleykum. linkdəki fayl silinibdir, ancaq bir qardaşa bu söhbət lazımdır. forumdan kimdəsə bu söhbət var? əgər varsa xahiş edirəm yükləyib link qoysunlar.


Aleykum səlam qardaş ! Buyur bu da link!

http://www.boxca.com...S._001.mp3.html



#89491 Əhzab surəsi ayə 33

Отправлено автор: Malik Eshter 29 февраля 2012 - 11:21 в Qur'an və onun təfsiri

Sual yaranır :
Əgər - Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir - onların hamısına aiddirsə və əl qədəru şəriyyə (şərti) mənasındadırsa , onda Əli və onun ailəsi qarşısında qoyulmuş şərtlər hanı ?

Yox əgər - Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir -onların hamısına aiddirsə və əl qədəru kovniyyə (şərtsiz) mənasındadırsa , onda niyə Peyqəmbərin zövcələri qarşısında tələblər qoyulur ?

Axı bir cümlənin içində , eyni kütləyə qarşı müraciətdə Allahın həm şərti , həm şərtsiz istəyi ola bilməz.

Əvvəla Maidə 5/6 , Əzhab 33/33 -ilə heç müqaisəyə getmir - təmizlənmə , pak olma barədə sözlər Əzhab 33/33-də xüsusi vurğu ilə verilir , Maidə 5/6-da isə belə deyil.Bunu ayələrin tərcüməsindən də görmək olur.

Sonrada kı hətta müqaisənin özü belə imaməti qəbul etməyənlərin əleyhinə işləyir.İkisinin arasında seçim qarşısında qalırlar : 1.Həmin cümlədə ancaq Peyqəmbərin zövcələri/qadınlar nəzərdə tutulub və Allahın onlara qarşı istəyi şərtidir. 2. Həmin cümlədə ancaq Əli və onun ailəsi nəzərdə tutulub və Allahın onlara qarşı istəyi şərtsizdir.

Yuxarıda göstərdiyim kimi 1-ci variant mümkün deyil - tək zövcələr/qadınlar ola bilməz ,qramatik qaydaya görə ən azından bir və ya bir neçə kişi bu cümlədə nəzərdə tutulub.

Qalır ikinci variant.Əlhəmdulillah.

Anlaşılmayan məqam qaldısa - buyurun , soruşun.



Allah sizi hifz etsin, elminizi kamil etsin, inşəllah!



#87955 Şiə cavab verir

Отправлено автор: Malik Eshter 09 января 2012 - 14:29 в Şiə-sünni dialoqu

Allahin Salami ve Rehmeti Olsun cumle Ehli Beyt (e) terefdarlarinin ve davamchilarinin uzerine!
uzun zamandir shubheleri dindirmishdim. Yene bir iki sualla sizi yoracaqam. Dushunurem ki bu meseleler sizden chox sorushulubdur ve artiq cavab vermisinizdir. BUna gore sadece bir ssilka qoysaniz ve ya bir meqale verseniz ve ya istenilen cur cavab verseniz mene kifayet olar.
1. Indi deqiq xatriime gelmir, amma Qurani Kerimde hansisa ayede sehv etmiremse muhacir ve ensarlardan ALLAH RAZIDIR deye buyurulur. Hemin sehabeler arasinda 3 xelife ve ya Shiyenin sevmediyi her hansisa bir shexs varmi.
2. yene de hansia aye variydi. ehd baqlayanlarla baqli, onu da xatirlamiram deqiq hansiydi. bu sehabelere hiyenin munasibeti necedir?
3. IMAM sozunun Qurani Kerimde 12 defe ishlenmeyi dogrudurmu, yoxsa kiminse shiyeler adina uydurduqu bir sheydirmi ki sonra menim kimi savadsizlar bilmeyib bunu ishletsin ve yalanchi adlandirsinlar bizi?
4. Biz deyirik ki, Imamet Meqami Resulluq meqamindan ustundur. delili gormushem, lebbeyk. bele sualim ortaya chixdi. a. Bizim imamlarimiz, Hz. Ibrahim (e) kimi hem imam hem de peyqember olan Resullardan (e) da mi ustundur ve buna mentiqi ve ya delili subut nedir? b. umumiyyetle bele iddiamiz varmi yoxsa, biz sadece meqamlari muqayise edir ve shexsiyyet olaraq Allahin xelifelerini (e) efzellikde bir biri ile muqayise etmirikmi (sehv etmiremse bele bir shey de eshitmishdim)?
5. Eger bir insan shiye mezhebinde olan mueyyen eqidevi meseleleri aqli ve qelbi ile derk ede bilmese ki,: "IMamlardan istemek Olar" - amma bunu redd de etmese, Allah daha yaxshi biler dese, o shiyelikden ve ya dinden chixarmi? Mesele orasindadir ki, bir qardash ozunu ehli sunneden qetiyyen gormur, amma IYYAKE NEBUDU ve IYYAKE NESTEIN - ayesine gore her defe shekke dushur (qarshiliqinda verilen butun delil ve subutlar oxuyub. dediyim kimi deyir redd ede bilmirem, ehsen dellilerdir amma yene de qebul da etmekden qorxuram). bu halda hemin mesele barede sukut ede ve yene de ozune shiye deye bilermi? p.s. tevessulu rahatliqla qebul edir!
Vaxtinizi aldiqima gore uzr isteyirem. INSEALLAH yadima duwsun, bir neche sualim daha olacaq icazenizle...


Sen nikini "heqiqet axtariram" deyil "fitne saliram" qoysaydin lap gozel olardi.



#91502 İki nəfər arasında elmi müzakirə

Отправлено автор: Malik Eshter 09 мая 2012 - 11:40 в Şiə-sünni dialoqu

Salam aleykum və rəhmətullahi və bərəkatuhu!
Necəsən Nicat qardaş!
Maşallah qardaş! Hələ də qarşı tərəf susur. Bunun özü məzhəbin və məktəbin nailiyyəti və uğurudur. Buna görə təbrik edirəm səni qardaş.



#88709 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 31 января 2012 - 10:22 в Ümumislam mövzular

Mötəl fel (xəstə fel)
İzahı...
Yuxarıda qeyd olunanların sağlam olmamasının səbəbi "həmzəli", "xəstə hərfli", "təkrar hərfli" olmalarıdır. Onların felləri " اَفْعَلَ - فَعَلَ - يَفْعِلُ- فَعَلَ" vəznlərində sərf olunmur və bəzi hərfləri digərinə verilir və yaxud atılır, məs: قِ - لِيقِ - يَقِي - وَقَي - يَوْقِيُ
Bu cür kəlmələr "xəstə"(illəli) olduğu üçün deyilmiş qaydalarla oxunmur, buna görə də onların belə uyğunsuzluğu müəyyən qaydalar ilə aradan qaldırılmalıdır. Bu müalicənin adına "Elal" deyilir. Elal bəhsini "tibbul-əlfaz" adlandırmaq olar.
Qeyd: Tərkibində həmzə və təkrar hərflər olub lakin "xəstə" hərfləri (ا-و-ي) olmayan fellər "səhih adlanır. Məsələn: ضَرَبَ٫ مَدَدَ٫ اَمَرَ




#88658 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 30 января 2012 - 10:28 в Ümumislam mövzular

Mötəl fel (xəstə fel)
Qeyd: 1. Bir felin həm "xəstə" və həm də həmzəli olması mümkündür. Məsələn, يَئِسَ naümid oldu,
Bu kəlmə misal "yə"ye və "məhmuzul ayn"dır. جَاءَ (gəldi) kəlməsinin (əcvəfi "yə"yi və məhmuz "lam"dır)
2. Kök hərflərindən ikisi "xəstə" (illə) olan kəlmə "ləfif" (bürünmüş) adlanır. Bu da iki növdür. Əgər "xəstə" hərflərdən ikisi ardıcıl olarsa, "məqrun (yanaşı) ləfif" və əgər "xəstə" hərflər ardıcıl olarsa "məfruq (ayrı) ləfif" adlanır, məs: طَوَي kəlməsi "məqrun", وَقَي kəlməsi isə "məfruq"dur.
İzahı davamında...



#88718 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 01 февраля 2012 - 10:46 в Ümumislam mövzular

İdğam
İki eyni cinsli hərfləri bir-birinə qovuşdurub birgə tələffzü etmək 2 idğam" adlanır. Məs: مَدَدَ مَدَّ Burada iki "dəl" bir-birinə qovuşmuşdur. Əlbəttə bu qayda müzaəf sözlərə aiddir ki, onların iki hərfi təkrar olub, məsələn: مَدَدَ ٫ حَقَقَ ٫ جَرَرَ



#88758 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 03 февраля 2012 - 10:09 в Ümumislam mövzular

İdğam qaydası
1. İdğamın şərti budur ki, müzaəfin birinci hərfi sükunlu və ikinci hərfi isə hərəkəli olsun.

2.Əgər təkrar olunan hər iki hərf mütəhərrik (hərəkəli) olarsa və özlərindən əvvəlki hərf də hərəkəli olsa, müzaəfin birinci hərfi sükunlu edilib sonra bir-birinə idğam edilir.

Məsələn: مَدَّ مَدْدَ مَدَدَ

Ardı var...



#88857 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 07 февраля 2012 - 11:03 в Ümumislam mövzular

Ardı
İdğam qaydası
3.Əgər hər iki təkrar olunan hərf mütəhərrik (hərəkəli) olarsa və özlərindən əvvəlki hərf də hərəkəli olsa, müzaəfin 1-ci hərfi sükunlu edilib sonra bir-birinə idğam edilir. Məs;
يَمُدُّ يَمُدْدُ يَمْدُدُ
4.Əgər təkrar olunan ikinci hərf sükunlu olarsa və ardınca bitişən zəmir (əvəzlik) gələrsə, məsələn: "مَدَدْتُمْ" onu idğam etmirlər və olduğu kimi oxuyurlar. Əgər onun ardınca zəmir gəlməsə hər iki surətdə (idğam və qeyri-idğam) oxumaq olar, məsələn:

Məsələn: لَمْ يَمُدُّ مُدَّ



#88287 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 19 января 2012 - 10:18 в Ümumislam mövzular

Müzaəf (təkrar hərfli) fel
Kəlmənin kök hərflərinin ikisi eyni olub ardıcıl gələrsə, bu müzaəf fel adlanır.
Məs: حَقَقَ ٫ مَدَدَ . Belə kəlmələr "idğam qaydası ilə düzəlir. حَقَّ ٫ مَدَّ




#88087 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 12 января 2012 - 10:13 в Ümumislam mövzular

Ismi təfzil

Qeyd: 1. İsmi təfzilin düzəldilməsinin bir neçə şərti vardır. Artırılması mümkün olan, nöqsan bildirən sifət olsun, kökü 3 hərfli olsun, məlum və təsdiqdə olsun, məs; اَمْوَاتٌ - sözünü daha ölü, اَحْجَرَ - sözünü bərk daş, və s. kimi demək olmaz.

2.Rənglər və eyblər ümumiyyətlə "اَفْعَلَ" vəznində olurlar, məsələn:
Rənglər

اَزْرَقَ - mavi
اَخْضَرَ - yaşıl

اَسْوَدَ - qara

Eyblər
اَلْكَنَ -pəltək

اَعْوَرَ -tək göz

اَعْرَجَ -topal

اَحْوَلَ - çəpgöz

اَبْكَمْ - lal



#88038 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 11 января 2012 - 10:44 в Ümumislam mövzular

Ismi təfzil
İsmi təfzil (və ya sifət təfzili) bir sifətin dügərindən üstün olmasını bildirir.

عَلِيٌّ اَكْبَرُ مِنْ اُخْتِهِ مَرْيَمْ - Əli bacısı Məryəmdən böyükdür.

مَرْيَمْ صُغْرَي مِنْ اَخِيهَا عَلِيّ - Məryəm qardaşı Əlidən kiçikdir.

Ismi təfzilin vəznləri
Mücərrəd sülasi fellərdən düzələn ismi təfzilin 2 vəzni var.

1. "اَفْعَلُ" müzəkkər üçün - عَلِيٌّ اَعْظَمُ مِنْ زَيْنَبَ

2."فُعْلَي" müənnəs üçün - زَيْنَبُ عُظْمَي مِنْ فَاطِمَةَ



#87992 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 10 января 2012 - 10:41 в Ümumislam mövzular

Mübaliğə siyğəsi
Mübaliğə siyğəsi faildəki çoxluq, üstünlük dərəcəsini bildirən bir isimdir. Məs: رَزَّاقْ - çox ruzi verən. Bu ismin də sifəti müşəbbihə kimi xüsusi qayda və vəzni yoxdur. Amma onun əsl vəznləri aşağıdakılar ola bilər. Bunlar mücərrəd fellərdən düzəlirlər.

كَزَّابٌ - فَعَّالٌ - Çox yalan danışan

صَدُوقٌ - فَعُولٌ - Çox düz danışan

كِبَارٌ - فِعَالٌ -çox mehriban

مِسْكِينٌ - مِفْعِيلٌ - Çox kasıb, miskin

عَلَّامَةٌ - فَعَّالَةٌ - Çox -çox bilən

صِدِّيقْ - فِعِّيلْ - Çox sədaqətli

رَحِيمٌ - فَعِيلٌ -Çox mehriban, rəhmli

مِفْضَالٌ - مِفْعَالٌ - Çox-çox alim

Qeyd: Mübaliğə siyğəsində müzəkkər və müənnəs eynidir. Əgər onun axırına "tə mərbutə" (ة) artırılırsa, o, müənnəsə deyil, mübaliğənin şiddətini bildirir, məsələn: عَلَّامَةٌ - Çox -çox bilən, صَدُوقَةٌ - Çox - çox düz danışan



#87951 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 09 января 2012 - 12:23 в Ümumislam mövzular

Sifəti müşəbbihə
Sifəti müşəbbihə daimi və ya sabit sifəti bildirən bir isimdir, məsələn: كَرِيمْ -"kərim"- həmişə kəramət edən, دَلِيرْ - "dəlir" - daim şücaətli olan. sifəti müşəbbihənin xüsusi vəzni yoxdur. Sabit sifət mənasını ifadə edən bütün kəlmələr sifəti müşəbbihədir. Fail və məful isimlər də sabit sifəti bildirirsə sifəti müşəbbihədirlər, məs: طَاهِرْ - حَامِضْ - مَجْنُونْ
Bir sıra vəznləri sifəti müşəbbihə vəznləri kimi qeyd ediblər ki, onlar aşağıdakılardır.
رَحِيمْ - فَعِيلْ - Mehriban
ذَلُولْ - فَعُولْ - Əhliləşmiş, ram
سَهْلٌ- فَعْلٌ - Asan
خَشِنٌ- فَعِلٌ - Tünd xasiyyət
عَطْشَانٌ-فَعْلَانٌ - Susuz
حَسَنٌ - فَعَلٌ -Yaxşı-gözəl
جِبَانٌ - فِعَالٌ - Qorxaq
يابِسٌ - فاعِلٌ - Quru
سَكْرَانٌ - فَعْلَانٌ - Məst




#88122 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 13 января 2012 - 11:24 в Ümumislam mövzular

Ismi təfzil

Qeyd: 3. Rəng və nöqsan bildirən qeyri mücərrəd sülasidən ismi təfzil düzəltmək üçün əvvəl onların məsdərini mənsub halda götürüb onlara
"اَشْكَرَ - اَكْبَرَ - اَكْثَرَ - اَعْظَمَ - اَوْسَعَ يا اَبْلَغَ" kəlmələrindən birini artırırıq, məsələn


Bunların hərəsinin 6 siyğəsi var, məsələn:


اَشَدُّ حُمْرَةً - اَكْثَرُ اِجْتِمَاعًا - اَكْبَرُ دَراجَةً - اَعْظَمُ اِعْوِجَاجًا

4. خير شر yaxşı və pis kəlmələri əslində اَخْيَر اَشَرّ(daha yaxşı və daha pis) kimidirlər. Sonradan çox işləndikləri üçün həmzələri düşmüşdür, məsələn:

عَالِمٌ يُنْتَفَعُ بِعِلْمِهِ خَيْرٌ مِنْ عَبِدْ "Elmindən istifadə edilən alim min abiddən xeyirlidir". (Peyğəmbər (s.ə.ə)




#88149 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 14 января 2012 - 10:14 в Ümumislam mövzular

Məkan və zaman isimləri
Felin baş verdiyi zaman və məkanı bildirən bir isimdir, məs; مَطْلَعْ (günəş) çıxan zaman, مَسْجِدْ səcdə və zaman yeri, مَغْرِبُ (günəş) batma zamanı və yeri

Məkan və zaman isimlərinin vəznləri mücərrəd sülasidə iki vəznə malikdir.

1. "مَفْعِلْ" o vaxt düzəlir ki, müzarisinin "eynul feli" kəsrəli olsun "يَفْعِلُ", məsələn:
يَجْلِسُ - مَجْلِسْ ٫ يَحْمِلُ - مَحْمِلُ ٫ يَنْطِقُ - مانْطِقُ

2."مَفْعَلْ" isə o vaxt düzəlir ki, müzarisinin "eynul feli" fəthəli olsun, yəni "يَفْعَلُ", ya zəmməli olsun, yəni "يَفْعُلُ" vəznlərində olsun. Məsələn:
يَكْتُبُ - مَكْتَبُ ٫ يَشْرَبُ - مَشْرَبُ ٫ يَطْبَخُ - مَطْبَخُ

Qeyri-mücərrəd sülasidən onun məful ismi vəzni ilə eynidir, məsələn: مُجْتَمَعُ ictimai yer, مُسْتَقَرُّ qərar yeri, qərargah



#88260 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 18 января 2012 - 15:10 в Ümumislam mövzular

Salim və qeyri-salim
Kök hərfləri baxımından kəlmə iki növdür: salim və qeyri-salim. Bir kəlmədə əgər həmzə, xəstə hərf (ا-و-ي) və ya təkrar (ardıcıl eyni) hərf olarsa, o "qeyri-salim" və əgər bunlardan heç biri olmazsa, o kəlmə "salim" adlanır. Belə hesab etmək olar ki, bu amillər feldə bir xəstəlik kimidir və onu aradan qaldırmaq lazımdır.
Məhmuz (həmzəli) fel
Kök hərflərindən biri həmzə olan fel "məhmuz fel" (həmzələnmiş) adlanır.
"Məhmuz fel" 3 qismdir.
1."Faul feli" (birinci hərfi) həmzə olan fel, məs: أمَرَ ٫ أمَلَ

2."Eynul feli" (İkinci hərfi) həmzə olan fel, məs: رَأَيَ ٫ سَأَلَ

3."Lamul feli" (üçüncü hərfi) həmzə olan fel, məs: بَدَأَ ٫ قَرَأَ



#88190 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 16 января 2012 - 10:46 в Ümumislam mövzular

Alət ismi
"İsmi alət" iş vasitələrini, alətlərini bildirir, məsələn: مِفْتَاحْ açar, مِقْرَاضْ qayçı
İsmi alətin vəzni müştəqq (düzəltmə) isimdən 3 vəzndə düzəlir.

1. مِبْرَدْ - مِفْعَلْ- itiləyən, döyüş topu

2. مِطْرَقَةٌ - مِفْعَلَةٌ- çəkic, - qaşıq

3. مِصْبَاحٌ - مِفْعَالٌ - lampa, - dimdik

"İsmi alətin" qeyri (düzəltmə isim) müştəqdən düzəldilməsi üşün xüsusi bir qayda yoxdur. Alət mənasını bildirən hər bir isim "ismi alət2 hesab olunur. سِكِّينٌ bıçaq, قَدُومْ teşə, فَاسْ balta, قَلَمْ qələm



#88189 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 16 января 2012 - 10:36 в Ümumislam mövzular

Məkan və zaman isimləri
Qeyd: Aşağıdakı isimlərin müzarisi "يَفْعَلُ" vəznində olmasına baxmayaraq "مَفْعَلْ" əvəzinə "مَفْعِلْ"vəznində olurlar. Məs:
يَسْجُدُ - مَسْجِدْ٫ يَشْرَقُ - مَشْرِقْ٫ يَغْرُبُ - مَغْرِبْ





#88482 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 24 января 2012 - 10:08 в Ümumislam mövzular

Mötəl fel (xəstə fel)
Kök hərflərindən biri xəstə (ilə) hərf olan ( ي-و - ا) fel "mötəl" fel adlanır. Məs: قَوَلَ - وَعَدَ - رَمَيَ
Bu fel 3 növdür: Misal, əcvəf, naqis
1. "Mötəlul-fa" adlanan felin birinci hərfi "vav" və yaxud "yə" olur. Məs: "وَعَدَ" ("vav"lı misal), "يَسَرَ" ("yə"li misal). Bu növ felə misal fel deyilir.
2."Mötəlul-eyn" adlanan felin ikinci hərfi "vav" və yaxud "yə" olur. Məs: "قَوَلَ" ("vav"lı əcvəf), "بَيَعَ" ("yə"li əcvəf). Bu növ felə əcvəf fel deyilir.
3."Mötəlul-lam" adlanan naqis felin üçüncü hərfi "vav" və yaxud "yə" olur. Məs: "دَعَوَ" ("vav"lı naqis), "رَمَيَ" ("yə"li naqis). Bu növ felə əcvəf fel deyilir.




Рейтинг@Mail.ru