Перейти к содержимому


Публикации Vey-sal

643 публикаций создано Vey-sal (учитываются публикации только с 02-июля 23)



#76897 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: Vey-sal 08 июля 2011 - 05:14 в Əqidə və fiqh


ne olsun imam qeybdedir .Bu o demekdir ki o sizden beyet ala bilmez?Siz ona seslenerek ona beyet ede bilersiniz.Meger Allah qeybde deyil ki? sen Ona dua eden de seni esitmir ki ?elbette esidir.imam de beledir size gore .Size gore imam sizi esidir.Size gore Imam huseynin meyiyit sizi qebrde esidir o ki qalmisdi qeybde imam esitmesin


İmam (ə) nəinki bizi eşidir, o bizi görür və hətta biz də onu görürük. Sadəcə olaraq, bilmirik ki, qarşımızdakı məsum İmam sahibi-zamandır (ə).
Siz "Məhdiviyyatın" fəlsəfəsinin elementar əsaslarını öyrənin foruma gəlın.
Sizi Əbuzeyd öyrətməyib? O, ki hər şeyi bilir.
Heç olmasa saytımızda oxuyun. Boş-boç danışmağın nə faydas.?
Əstəqfrula, bu mövzuya Allah-Taalanı qatmayın, amandı.
Yoxsa, kimdi sizin üçün "göyün goğrafi qatlarını" araşdıran. Buna vaxt çatmaz.

Tesekkur edirem cavabiniza gore demeli sizin Imam eslinde qeybde yox aramizdadir ve o bizi ve bizde onu goruruk sadace olaraq biz onu gorduyumuz halda onun imam olduqunu bilmirik.Duz anladim?


:shades: 50% düz anladınız! :shades:

bes anlamadiqim 50 faiz nedir?


Odur ki, İmam (ə) qeybəti-kubradadır.



#76870 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: Vey-sal 08 июля 2011 - 04:11 в Əqidə və fiqh

Ay zındıq, sən deyilsən damarlarıvı doğrayan ki, siz İmama (ə) beyət eləməmisiz deməli murtədsiz ?

Mənim harda və nə vaxt belə bir şey yazdığımı göstərməyən özü zındıqdır və Yezidin (L) tayıdır.

Bizləri günahlandırdınız ki, guya müctəhidlərə təqlid etməklə "məsumdan qeyrisinə beyət etmişik"

Harda günahlandırdığımı göstər! Sən "şırım"ın yerinə "cırım" oxuyursansa, bu mənim təqsirim deyil!


325-ci postunuzda yazmısınız:

Bunu da birdəfəlik sırğa elə qulağında: islamda zamanın imamına vacib olan beyət o imamın qeybdə olub-olmamasından asılı deyil, hər hansı halda ona beyət olunmalıdır. "İmam qeybdədir deyə, beyət zahirən mümkün deyil deyə, gəlin müctəhidlərə təqlid edin, bu da olsun sizin imama olan beyətiniz" - bax bu, sizin müctəhidlərin düzəltdiyi dindir.


Həmçinin 319-ci postunuzu təkrarən oxuyun.

Əgər bunları da inkar etsəniz, deməli siz özünüzü "çox ağıllı" sayırsınız.



#76899 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: Vey-sal 08 июля 2011 - 05:20 в Əqidə və fiqh

Imam nece qeybeti kubradadir(boyuk qeyb)ki o qeybde olmaq evezine bizim aramizdadir?

Bu məqaləni oxuyun:

İmam Mehdinin əleyhis-salam həyatına bir baxış.

http://abna.ir/data....ng=13&Id=190007



#76901 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: Vey-sal 08 июля 2011 - 05:59 в Əqidə və fiqh

Siz oxuyun da Sonra oxuduqlariniz esasinda cavabsiz qoyduqunuz sualima cavab verin


Baş üstə Rembo. Mütləq.
Rembo mən olduqca şadam ki, siz hidayət olundunuz. Bilirəm bunu inkar edəcəksiniz. Çünki...

Çünki, hər birimizi təkəbbür,
məhz təkəbbür hissləri yandırır.

Eybi yoxdur Rembo Qardaşım!
Təqiyyə saxla. And olsun Allaha, and olsun (tək Allaha istinadən) Məhdinin (ə) zühr etdiyi günə, and olsun (Allaha istinadən) Qiyamət gününə siz özünüzü dünyanın ən xoşbəxt bəndəsi hiss edəcəksiniz. Hətta qəlbiniz başqa cür döyünəcəkdir, nəfəsinizi daha harmonik duyacaqsınız.

Halal olsun sizə, aldığınız qonararlar, halal olsun sizə missiyanıza görə əldə etdiyiniz qazanclar (əgər beləsi varsa). Amandır təqiyyə saxlayın, heç kim bilməz.
Bu pullar bizim dövlətimizin, xalqımızın, sərvətimizin hesabınadır, halalımızdır (vəhabi, sələfilərə verilən pulları nəzərdə tuturam). Amandı azadlığınızı satmayın, nəslı-nəcabətinizi qoruyun.
Təqiyyə saxlayın, eybi yox şıyələrlə mübahisə edin, çörək pulunuzu (və əlavə qazanc) əldə edin, amma özünüz üçün həqiqəti bilin. Həqiqəti qəlbinizin dərinliyində qoruyub, saxlayın. Haçansa lazımımız olacaqdır.

Əgər sizə yanlış sözlər yazdımsa, məni əhv edin.
Sizin timsalınızda bütün xəvarıc - Azərbaycan oğullarına üzümü tutdum.

Allah əcr versin!

Moderatorlardan xahiş edirəm, mövzudan kənara cıxsam da postumu pozmayın!
Allah sizdən razı olsun!

"Məhdəviyyət" barəsində bəhs etməyin zərurəti və "imamət" haqqında ümumi anlayış.İkinci bəhs:

http://abna.ir/data....ng=13&Id=190050



#76002 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: Vey-sal 02 июля 2011 - 01:51 в Əqidə və fiqh

Məsumdan qeyrisinə beyət edən mürtəddir!


Salam Istifadəçi!

Bununla nə demək istəyirsiz?

Kim və nə vaxt qeyrisinə beyət etdi?

Əleykə salam.

Məsələn: http://www.islamtime...72.a,lmw.p.html

Sonra, prikol üçün bu linkdəki 2284 nömrəli sualı (sualın 2-ci hissəsini) və ona verilən cavabı oxu: http://haqyolu.com/f...ndex/2/page:457

Sizin müctəhidlər şiəlikdə hər bir zamanda məsum İmama vacib olan beyəti bu gün mümkünsüz sayır, amma özləri camaatla beyət edir və bu qədər camaatı Yer üzünün məsum İmamına (ə) beyətdən yayındıraraq, özlərinə təqlid etdirməklə (guya ki, müctəhidə təqlid etməklə insanların boynunda zamanın İmamına (ə) vacib olan beyət yerinə yetir), dünyadan beyətsiz yola salıb mürtəd edirlər.


Asif
Azərbaycan
Ayətullah Sistani
salam sualım belədi zaman hökmə tabedi hök zamana .....biz İmamıza necə beyət edə bilərik
Cavab:

Fiqhi fətvalar Kitab (Quran), sünnə (Peyğəmbər (s), və məsumların (ə) sözü, əməli və təsdiqi), ağıl və üsuli-əməliyyəyə uyğun olaraq verilir.
Hal-hazırda imam (əc.) qeybəti-kubrada olduğu üçün onunla zahirdə biət etmək mümkün deyil. Ona görə də dəlillərə əsasən, imamın (ə) qeybəti dövründə müctəhiddən təqlid etmək vacibdir.


Bu cavabın nəyi sizi qane etmir?
Qane deyilsinizsə deməli siz şiyə deyilsiniz. Sizin hidayət olunmanız bizim üçün cox savab iş sayılır. Bizim azmağımız sizə qəpik-quruş dünya malı gətirə bilər. İndi, bizim halda nə sən məni əmin etdin, nə də mən sənin hidayət edilməvə səbəb ola bilirəm.
İstifadəçi yaxşı olar "mürtəd" anlayışı ilə beynivi doldurma. Ən birincisi "mürtədi" qəlbən hiss etmək və əməl ilə duymaq lazımdır.
Ondan sonra sizin üçün növbəti suallar gəlir; məsumlar kimdir?, beyət nədir?, qeybəti-kübra nədir? və s.
İndi mənə yazma şiyəyəm, cəfəriyəm. Nəbadə yazasan!
Hər-halda "Haqqyolu" saytından olan linkə görə cox sağ ol.



#76861 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: Vey-sal 08 июля 2011 - 03:53 в Əqidə və fiqh

Yuxulusuzsa, gedin yatın da, gücnəndir bəyəm.


Yuxulu özünsən.
Mənim 365-ci postumda nə aydın deyilsə onu yaz.
Bu da postum;
http://313news.net/f...dpost__p__76841

Bu postla mən sizin yalanı üzə çıxartdım.



#76877 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: Vey-sal 08 июля 2011 - 04:23 в Əqidə və fiqh

İstifadəçi sizə cənab Şvarsneğer rolunda çıxmaq daha yaraşacaq.
Çunki o, həm idmançı, həm siyasətçi, ən başlıcası sizin kimi artistdir



#76601 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: Vey-sal 07 июля 2011 - 02:05 в Əqidə və fiqh

sizin de imamiminiz bunlarin imamindandir? yoxsa ayri ayridir?

Əstəqfrulla.
Xeyir avvam qardaşım.
Sizə lori dildə yazacam.
Tutaq ki, sizin imamıniz (bosunuz) Ariel Şərondur.
Onların imamı (bosları) isə ölüb.



#76858 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: Vey-sal 08 июля 2011 - 03:16 в Əqidə və fiqh

Oxu:


siz İmama (ə) beyət eləməmisiz deməli murtədsiz

Bu cavab sizi qane edirmi, İstifadəci?
Yoxsa artistliyivi davam etdirəcəksən?

Yoxsa o sitatdakını mənim yazdığımı düşünürsən? Get yaxşı-yaxşı bax gör onu kim yazıb.
Yenə deyirəm, göstər görüm mən harda yazmışam ki, imama beyət eləməyən mürtəddir və ya siz müctəhidlərə təqlid etməklə qeyri-məsuma beyət etmisiz.


Sitatı sitata qatma!
Bu forumun qaydalarına ziddir.
Sitatın müəllıfini göstər.
Bura sənin üçün "dışovıy" vəhabi saytı deyil!
Bağışla Moskvada sübh namazının vaxtıdır.
...Həya Əla Xəyril Əməl...



#76608 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: Vey-sal 07 июля 2011 - 02:08 в Əqidə və fiqh

Aranıza Söyüşsüz təhqirsiz mübahisə etməyi bacaran və özünü əsl şiə sayan varsa buyursun mənim sualıma cavab versin.Sizə Qurandan bir ayə gətirəcəm.
يا أيها ال>ين آمنوا أطيعوا الله و رسوله و ألو الامر منكم

Mənim sualım belədir.Ayədə çəkilən الوالامر sözündə Allah sübhanəhu təalənin qəsd etdiyi kimdir?

Biz söyüşsüz-təhqirsiz eliyirik mübahisəni, ancaq sən bu mövzunu səhv salmısan deyəsən, burda tamam başqa şey müzakirə olunur. Xahiş edirəm ki, səni maraqlandıran suala başqa mövzularda cavab axtar. Çünki bu mövzuda müzakirə edənlərin, sənin verdiyin sual barəsində fərqli fikirləri yoxdur, o haqda fikirlərimiz eynidir. Odur ki, mövzudan kənar yazmayaq.

Qardaş LS ilə yazın ki, özünküyəm. Yoxsa zəhmətiniz puça gedəcəkdir. Boslarınıza nə cavab verəcəksiniz?



#76443 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: Vey-sal 06 июля 2011 - 16:20 в Əqidə və fiqh

Sən elə düşünürsən ki, ediblər? Sən bilirsən ki, qəlbən olunmayan beyət - beyət sayılmaz? Özünüz bu forumda Əli (ə)-ın 3 xəlifəyə beyət edib-etməməsini müzakirə etmisiz ki, get o mövzunu yaxşı-yaxşı oxu. İmamlardan (ə) hansınınsa qəlbən hansısa qeyri-məsuma beyət etdiyinə dair Cəfəri məzhəbində sübut var? Eləcə də onların sadiq şiələrinin.


1-cə dənə dəlil gətir ki,Peyğəmbərdən(s.ə.v.) ya məsum İmamlardan(ə.s.) azanda 12-ci İmamın adını cəkib şəhadət verməliyik.
Birdə ki,sən dediyin hədis İmamını tanımayana aiddir,tanıyana yox.Bizdə ƏlhəmdulillAh İmamımızı tanıyırıq.

Gəncəlilər demişkən: Get topunu geniş yerdə oyna.

Dini oyuncağa döndərmisiz!Hec dəxli var camaat dinə gəlmək istəyir,bunun kimi şeytan sifətlər imkan vermirlər.Azanda belə demək lazımdır elə demək lazımdır.
Tutaq ki,mən hec Əliyyən vəliyullah demirəm,bunda nəsə qəbahət var?Hansı ki,buna hədislərlə dəlil var.İmamlarımızda deyib.O ki,qala bircə dənədə dəlili olmayan şeyi camaata sırımağ istəyirsiz.

Bəlkə sən elə bilirsən imamını tanımaq - onun adını, künyəsini, ləqəblərini, atasının adını, kimin nəslindən gəldiyini bilmək deməkdir? Yoxsa hədislərdə onun haqqında oxumaq onu tanımaq deməkdir? Tanımaqda məqsəd tanıyıb itaət etməkdir, beyət etməkdir. Zahirən tanımağa qalsa, kafir də tanıyar imamı, bu o deməkdir ki, peyğəmbərin (s.ə.s) hədisindəki "imamını tanımadan" ifadəsi o kafirə aid olmaz? Və o kafir dünyadan imama beyəti olan şəxs kimi, şiə kimi gedər?
Zamanının məsum imamını tanıyan kəs, nə adla olur-olsun, qeyri-məsuma beyət etməz. Edibsə, demək boynunda məsum imama vacib olan beyətini qeyri-məsuma etdiyi beyətlə dəyişib, məsum imama və ona olan beyətinə xəyanət edib. Mürtəddir. Ya da heç zamanın məsum imamını tanımayıb, ona beyəti olmayıb. Bu cür ölərsə, cahiliyyə ölüsü kimidir.

Məsum imama beyətə çağıran "şeytan sifət" olmur, "şeytan sifət" avam camaatı azdırıb, imama beyətdən yayındıranlardır.

Azan və azanda şəhadət vermək barədə əvvəldə müzakirə olunub, təkrar yazası deyiləm. Salamat.


İstifadəçi, sizin məzhəbiniz, təriqətiniz nədir?
Gəlib biz şiyə-cəfəriləri öyrətmək istəyirsiniz?
Siz gedin bu naçıllarınızı sünnilərə danışın. Bəlkə, onları azdıra bildiniz. Bəlkə onları dindən çıxartdınız.
Bizə ağıl verməyiniz ən azında həyasızlıq əlamətidir və təkəbbürünüzdən irəli gəlir. Biz şiyəyik. Bizim üçün 1-ci yerdə həya, sadəlik və təvazökarlıqdır.
Siz şiyə (şiyə-cəfəri) deyilsiniz. Bilirsiz dəlilim nədir?
Bu mövzunun #314-cü postu. Siz bizim müctəhidlərə gülürsüz. İctihad, təlqid məsələlərini lağa qoyursunuz. Sonra deyirsiniz ki, güya biz azmışıq, siz əsil beyət edənlərdənsiniz...
Gedib xristianlara deyə bilərsən nə bilim belə ritual etmə başqa cür et?
Gedib yəhudiyə deyə bilərsən nəbilim filan yəhudi bayramı günahdır, siz cəhənnəmə gedəcəksiz? Xeyir. Çünki sənin özünü cəhənnəmə vasıl edəcəklər.
Bizim xeyirxahlıq və sadəliyimizdən istifadə edib bizə gəfəngiyyat danışma. Bizim öz icmamız var. Bu icmanın rəhbərləri var. Ən azından, Quranı, sünnəni öyrənib qəbul edin ki, müzakirələr edək.
Bu mövzunun 315-ci postuna niyə cavab yazmadın?
Niyə bu suala Sistani ağanın verdiyi cavabı qəbul etmədin?
Çünki Quranı, sünnəni, İmamlardan çələn hədisləri qəbul etmirsən. Mən hələ demirəm Zamanın İmamını (ə.s).
Bundan sonra özün hansı dindəsən?
Yoxsa Əbu Zeyd davamçıları kimi təkəbbürün qardaşı oğlusan? Dünya təkəbbürlüləri İsraildə oturublar. Onların dininin əsası tərəbburdən ibarətdir.
Biz isə şiyələrik. İmam Əli (ə.s) şiyələri. Təkəbbür bizdən uzaqdır



#76857 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: Vey-sal 08 июля 2011 - 03:09 в Əqidə və fiqh


Əşi, demədin ki, İslamda zamanın İmamına beyətin vacibliyini inkar edirsən?


Allah yalancıya lənət eləsin əgər mən elə demişəmsə.
yuxarıda göstərdim sənə yalancı olmağını.Onlara cavab ver!

Bütün millət sənində yazılarını bizimdə yazılarımızı görürlər.Guya indi bu bizimlə danışmaq istəmirdə.Nə burcudursan,nə naza qoymusan özünü?Özün gəlib girmisəndə bu foruma.Sözün ,dəlilin varsa yaz yoxdursa sürüşqulu.

Min lənət eləsin!
Mən yazdım ki: "Yəqin heç biriniz inkar etmirsiniz ki, İslamda zamanın İmamına beyət var, olmalıdır və vacibdir."
Sən də yazdın: "Bura bax!Mən inkar edirəm.Dəlil gətir ki,beyət deyilib."

Sən yaxşısı budur, səhər get özünü həkimə göstər.


Sual da cavab da dolğun deyildir.
Çünki, hansı; zahiri ya da batini beyətdən söhbət getdiyi yazılmır. Müctəhid də bunu qeyd edir ki, İmamdan (ə) Qürbəti-kubrana görə zahırən beyət almaq olmaz.
Qardaş düzgün yazıbdır: Əsas odur ki, Zamanıvın İmamını (ə) tanıyasan.
Sən isə vəhabilərə məxsus şəkildə firladırsan.



#81727 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 04 октября 2011 - 12:27 в Şiə-sünni dialoqu

Bir dövrdə ki, Allah hökm etməyi, hökümət qurmağı, dünyanı ədalətlə doldurmağı, zülmün kökünü kəsməyi, insanları tam olaraq kəlimeyi-şəhadətə gətirməyi bir adamın ixtiyarında qoya, buna siz nə deyərsiniz?



Şeytanpərəstlərin arzusu budur, Qardaşım.



Zamanın və əsrin sahibi bax elə budur.



Onların nəzəri ilə bax elə İblisin oğlu özüdür ki, var.



#81363 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 26 сентября 2011 - 21:41 в Şiə-sünni dialoqu

Vey-sal , bu vahabi diger movzuda bizlerden delil isteyir Imam Zaman aganin zamanin agasi olmasina aid. Mene de maraglidi ki ozleri de hedislere gore Imam Zaman aganin zuhur edeceyini Isa mesihin de onun arxasinda namaz qilacagini qebul edirler ancaq bizden Qurannan delil isteyirler :rolleyes:


Qardaş, bu məqaləni oxu:

Ayətullah Vəhid Xorasani İmam Zaman (ə.f.) barədə danışdı

Ayətullah Vəhid Xorasani: “Musa peyğəmbər (ə) Allahdan İmam Zaman ağanın (ə.f.) məqamını istəmişdir”


http://abna.ir/data....ng=13&Id=253973

Məqalədən sitatlar:

Həzrət Peyğəmbəri (s) tanımamışıq

Ömrümüz keçir, ancaq hələ də dərk etməmişik ki, hansı İmamın (ə) rəiyyətiyik? O zaman ki, İmam Zaman (ə.f.) tanınar, Xatəmül-Ənbiya tanınmış olsun. Niyə? Belə bir hədis vardır ki, bütün fəqihlər bu hədisin sənədinə əsasən əhkami məsələlərdə fitva verirlər. Fəqihlərin bu hədisə görə dəlilləri müxtəlifdir. Əksəriyyəti bu hədisi hüccət bilirlər, ancaq bəziləri fəqih Nəhrir kimi səhih hədislər kimi fitva verir.

Bu mövzu səhih hədisdədir. Həmin hədis belədir: “Əl-Məhdi mən vuldi ismuhu ismi və kuniyətih, kuniyəti, əşbəhun nəsi bi xəlqa və xulqa”. (Aləmdə sonuncu Peyğəmbərin adı və kuniyəsi heç kim üçün caiz deyildir, ancaq bir nəfər vardır ki, həm Xatəmin adı onun adıdır, həm də Xatəmin kuniyəsi onun kuniyəsidir).

Əvvəlcə baxaq görək Xatəmül-Nəbi kimdir? O, elə bir insandır ki, Quranda bir surə vardır. Bu surənin adı “Bələd”dir. Quranda olan başqa surələrin adı müxtəlifdir: “Yasin”, “Mulk” surələri kimi. Ancaq bu surənin adı “Bələd”dir. Bələd nə deməkdir? Şəhər deməkdir. Məşhəd şəhərdir, Mədinə şəhərdir, Məkkə şəhərdir. Milyard ulduzlar Onun iradəsi ilə kainatda fırlanır, bütün mümkün aləm onun “Ol” kəlməsi ilə var olmuşdur. Allah Peyğəmbərin (s) olduğu şəhərə and içir: “Çünki sən bu şəhərdəsən, Mən də bu şəhərə and içirəm”. Xatəmin əzəməti bu idi. Axı o, kimdir? O, elə bir kəsdir ki, Quranda belə bir surə vardır, “İsra” surəsidir və Allah buyurur: “Öz bəndəsini (Muhəmmədi (s)) Özümüzün (tövhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidul-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidul-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır”. (“İsra”, 1). Bəli, Allah bu ayədə buyurur ki, həmin gecə onu apardıq ki, öz nişanələrimizi ona göstərək.

Merac gecəsinin ulduzları

Quranda “Nəcm” adlı da bir surə vardır. Bəli, Allah bu surədə ulduza and içir. Bu surədə Peyğəmbərin (s) Meraca getməyindən bəhs edilmişdir. Belə ki, Peyğəmbərin (s) Meraca getdiyi gecə Allah gözündəki pərdəni götürür. On iki ulduz görür. Ulduzun birincisi İmam Əli (ə) idi. Sonra görür ki, bir ulduz sübh ulduzu kimi bu ulduzların arasında nur saçır. Soruşur: “Pərvərdigara! Bu kimdir?”. Allah tanış edir: “Bu Ali-Muhəmmədin Məhdisidir. İmam Zaman budur. Vəliyyi-Əsr məqamı budur”. Bu zaman həmin hədisi söyləyir: “Aləmdə sonuncu Peyğəmbərin adı və kuniyəsi heç kim üçün caiz deyildir, ancaq bir nəfər vardır ki, həm Xatəmin adı onun adıdır, həm də Xatəmin kuniyəsi onun kuniyəsidir”.

Həzrət Peyğəmbərin (s) adı Məhdiyə (ə.f.) məxsusdur


Həzrət Peyğəmbərin (s) iki adı vardır: Səma adı olan Əhməd və yer adı olan Muhəmməd. Bu iki adın hər ikisini Peyğəmbər (s) özü Həzrət Məhdiyə (ə.f.) hədiyyə etmişdir. Həm adını, həm də kuniyəsini. Adı Xatəmin adı, kuniyəsi Əbul Qasimdir. Bu ad və kunyə heç bir İmamda (ə) yoxdur, İmam Zamandan (ə.f.) başqa.

Buna görə də İmamı (ə.f.) tanımalıyıq. Peyğəmbər (s) buyurur ki, “əşbəhin nəs”, yəni aləmlərin bütün insanlarının həm xəlqində, həm də əxlaqında mənə bənzəyənlərin bütün xüsusiyyətləri onda öz əksini tapmışdır.

Bəs Peyğəmbərin (s) hansı xüsusiyyətləri var idi? Bu, bir elmdir ki, Allah buyurur: “Elmi o qədər əzəmətlidir ki, Əliyul Əzim olan Allah o elmi əzəmətli hesab etmişdir.” O zaman ki, əxlaqına çatır, buyurur ki, həm o elm və həm də o əxlaqın hər ikisi Ali Muhəmmədin Məhdisinə verilmişdir. İmam Zaman (ə.f.) budur.

Musanın Allahdan istədiyi arzu ki, yerinə yetmədi

Mərifət və elm nə qədər uca olarsa, dəyər də bir o qədər çox olar. Bu nə məqamdır, bu nə mənsəbdir? Quran oxu. Musa ibni İmran kimdir? Musa elə bir insandır ki, Allah ona doqquz nişanə vermişdi. Biri əsası idi ki, atırdı. Sehri bütün sehrləri udurdu. Nişanələrindən biri də bu idi ki, əlini paltarın qolundan çıxaranda dünyanı onunla işıqlandırırdı. Musa Allahın İmam Zaman ağaya (ə.f.) verdiyi təmkin və fəziləti mütaliə edir və deyir: “Ey Allah! Məni bu məqama çatdır”. Cavab gəlir: “Ey Musa! Bu məqam heç kim üçün mümkün deyildir”. Musa yenə nəzər salır və o fəziləti və kamalı görəndə yenə dua edir: “Ey Allah! Məni o, qərar ver”. Cavab gəlir: “Bu mümkün deyildir”. Üçüncü dəfə Musa dua edir: “Allahım, məni o Xatəmin canişini qərar ver”. Cavab gəlir: “Bu mümkün deyildir”. Bəli, budur İmam Zamanın (ə.f.) məqamı. (Hazırladı: Məşhədi Xanım. Hövzə xəbər agentliyinə istinadən)



#81783 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 05 октября 2011 - 21:50 в Şiə-sünni dialoqu



QardaŞ,özüvü bu :nasibi: ilə yorma! Görürsən ki, cavab verə bilmədiyinə görə publikaya oynayır! :rolleyes:


Qardaşlar bu adam lap PUBLİÇİST imiş, biz bilməmişik.



#81841 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 06 октября 2011 - 21:26 в Şiə-sünni dialoqu

men selef eqidesindeyem.
Peyqamberin ailesine -her 2-sine Allahin salami olsun ,selefin munasibeti bellidir. biz onlari sevirik,onlarin yolundayiq,selefe gore ehli-beyti sevmek IMAN-dandir.ve iddia da edirem ki,ekser shiyelerden cox sevirem ehli-beyti.
valideyinler haqda suali ne ucun verdiyini anlamadim.


Peyqamberin ailesine -her 2-sine Allahin salami olsun


Sələfi əqidəli bəni-adam!
Peyğənbərə (S.A.S.) və onun ailəsinə (Ə.S.) bir səlavət göndər, deyim ki, münafiqlik etmədin:

Bismillahir-Rəhmanir-Rəhim!

Allahun Muəssəli Əla Mühəmməd və Əli Mühəmməd!

Təkrar elə, Əbdülhey! Gözləyəcəm!

ve iddia da edirem ki,ekser shiyelerden cox sevirem ehli-beyti.


Soruşmaq ayıb olmasın, hansı (əstaqfrulla!) əhli-beyti? Axı, sizin dediyinizə görə Peyğənbərin (S) iki ailəsi var.

valideyinler haqda suali ne ucun verdiyini anlamadim.


Bilmək istəyirdim, etnik şiyə olmusuz yoxsa etnik sünni. Axı, babalarımızın dövründə sələfi zad hərrəmirdilər.
SÜBHƏNALLAH!
Kişilər və xanımları hammı müsəlman idilər.

Bir dənə də sual:
Sələfiliyin Azərbaycanda banisi (əsasını qoyan) kim olub?



#81314 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 26 сентября 2011 - 10:32 в Şiə-sünni dialoqu

Narkotik ölkəmizə ən çox İrandan gəlir.

Bu narkotik mövzusu olmasa da yazaram.
Narkotik əkilib becərilirsə və istifadə olunursa Kosmosdan olsa belə gətiriləcək. Narkobaronlar üçün heç bir sərhəd yoxdur. İstəyir şaquli olsun, istəyirsən üfüqi sərhəd.
Yerdə qalanlar siyasətdir.



#81852 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 07 октября 2011 - 09:33 в Şiə-sünni dialoqu

salavat gondermek neye deyirsiniz ki? o qalin shriftle yazdigini deyirsen?))) sen dememisden qabaq onlarin adin zikr edende artiq salavat demisem.


Sələfi təkəbbürünü sındır
Bir səlavət göndərsəna?

butun zovceler ehli-beytdendir.



Onda belə çıxır ki, Əliylə (Ə) düşmənlik edən Aişə xanım də müqəddəsdir. Və onun müsəlmanlar üzərinə qoşun yeritməsi də haqq davası idi. :rolleyes:

az-da qedimdede selef alimleri olub.deqiqliyini bilmirem.


Bir-ikisinin adını çək, biz də bilək. Bəlkə Nizami Gəncəvi də sələfi olub ?)))

sen nese sozlu adama oxshuyursan.mis-mis eleme "mustafani" de!


mis-mis :loool: mis-mis...



#77158 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 10 июля 2011 - 22:44 в Şiə-sünni dialoqu

Sələfi soydaşlarıma (Qardaş deməyə dilim gəlmədi, bunlar qardaşlarını öldürürlər!) sualım belədir; Bu müftinin dediklərini necə yoza bilərsiniz?
Rembo (ƏrəB), əgər "nik"ivi dəyişmədinsə müzakirəyə qoşul.

Suudi Vahabi Müftülerden Şeyh Salih el Fevzan, namaz qılmayanlar ve onlar qarşısındaki Müsəlmanların tutumu haqqında ona verilən bir suala belə cavab verdi: "Belə adamların uzaqlaşdırılmasının və əğer tövbe etməzlərsə öldürülmələrinin farz! olduğu iddiasındayıq".

Mənbə:
Vahabi Müftü:
Namaz Kılmayan İş Arkadaşlarınızı Öldürün
http://abna.ir/data....ng=10&id=250665



#80361 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 11 сентября 2011 - 05:05 в Şiə-sünni dialoqu

)))mekkede de muwrikleridi,sonra islam geldi. onlarda peyqambere-Allahin salami ona ve ailesine olsun-tene edirdiler.(men demiremhe sen mushriksen esdagfurullah,seni tanimiram.)
elhamdulillah tovhid hemishe olub,Azerbaycanda ise ateizm olub. devlet seviyyesinde.
men selefem. bura gelmemishem.ele buraliyam.karennoy Sumqayitti.niyyetimin ekseri Allah rizasi ucundur,
elhamdulillah hal hazirda Azerbaycanda 10-larla elm telebesi var-SELEF. Allah onlardan razi butun suallarimaza cavab verirler.Qametin saytida hemcinin.


Selefi sizə bir neçə sualım var?

1. Mənə bir tarixi mənbə göstərə bilərsiniz ki, sələfilər "korennoy" azərbaycanlılardır?

2. Elə bir fəxrlə Sumqayıt şəhərini yazmısınız ki, güya bu şəhər 1000 ilin şəhəridir. Siz də onun korennoy sakinisiniz. Sumqayıtın əhalisinin 95% (bəlkəm də 100%) Azərbaycanın ayrı-ayrı bölçələrindən gəliblər də. Sumqayıt Sovet şəhəridir.
Nə demək istəyirsən?
30 il bundan qabaq valideynlərin kəbinsiz bir Sovet nigahı yapdılar. Onlardan törənən oldu korennoy sələfi?
Ay vəhabi, yazanda bir düşün. Allah-Tala insana beyin verib ki, ağlını, zəkasını işlətsin.

3. Niyyətivi bildik. Siz sələfilər üçün Allahın rizası nədir?



#79414 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 17 августа 2011 - 13:48 в Şiə-sünni dialoqu

he,duz deyirsen.Allaha dua ele,qebrdekine yox.


Bütün dualar Allah-Talaya xatirən edilir.

Amma, bil:
Sən ölüb gedəndən sonra, səndən və sənin kimidən bir şey qalmaz. Bir qəbir (məzar) qalacaq. Ona da ziyarət və dua edən olmayacaqdır. Deməli sən var idin, bu dünyada bir az çapalıyıb sonra da yox oldun - unuduldun. Nə "bu dünyanın cənnətini" gördün nə də cənnətin özünü. Bu minvalla yəhudilər bu dünyanın ağaları. Sən, mən və Pirvəli də onların qulu.
Bunumu bizə sübut etmək istəyirsən?
Necə istəyirsən elə də yaşa, elə də öl. İstəmirsən heç baba və nənələrivin qəbirlərini ziyarət etmə, dua etmə. Amma bizə də ağıl vermə!

Ay "in-san" dua və ziyarətlərin qısa fəlsəfəsin sənə yazıram:

1.Ziyarətgahlar (o cümlədən qəbirıər) və orda edilən dualar bizim ölməzliyimizin 1-ci dəlilidir. Yəni babam öldü mən ona dua etdim, mən öldüm nəvəm mənim məzarımın üstündə dua etdi. O, duaları ki, Peyğəmbərimiz (s) və İmamlarımız (ə) İbrahim (ə) və əcdadları üçün etmişlər.

2. Qəbir üstə Qurandan oxunan dualar həm ölüyə həm diriyə onun haqlarını (hüquqlarını) xatırladır. O haqları bizə Allahımız verdi. Birimizin haqqı tapdalandı - getdi, o birimiz alacaqdır!

3. Qəbirlər, pirlər və ziyarətgahlar bizim tariximizdir. Bizim əcdadlarımızın kimlər olduğuna və neçə minilliklər bu torpaqlarda yaşadıqlarına dəlalət edir. Heç bir müqəddəs torpaqda bu qədər pirlər yoxdur, o qədər Azərbaycanımızda var. Deməli bizlər Peyğəmbər (s) nəsliyik, İmamlar (ə) və seyyidlərin nəvə-nəticələriyik. Yəhudilər gəlib, Allah-Talanın bizə bəxş etdiyi və ayaqlarımızın altında olan sərvətləri daşıyıb yeyəcəkdir. Sonra da zıyarətgahlarımızı sökəcəkdir, tariximizi siləcəkdir. Biz də onlara əl çalmalıyıq?
Harda yazılıb bu?
Ay Allaha dua edən, ay Quranı əzbər bilən "in-san" kimə ağıl vermək istəyirsən?

4. Qəriban, əcdadlarının məzarında Quran ayələrini oxuyan azmayıb. Sən azmısan, biz yox.
Oyan Qəriban oyan! Nəslin, zatın pakdırsa bir onları da düşün. Elə olmayaq ki, nəvə-nəticələrimiz bizləri lənətləsin. Qoy, onlar bizim məzarlarımız üzərində 100 ildən sonra Quranda Allah-Tala kimi lənətləyibsə, onları lənətləsinlər. Dostunu-düşmənini tanısınlar. Bu bizim ölməzliyimiz, əbədiliyimizdir.

5. Qəriban, bir baba ocağına get. Orda əcdadlarına bir Yasin surəsin oxutdur. Bəlkə bu sənin hidayət olunmağına kömək oldu.



#80486 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 13 сентября 2011 - 10:31 в Şiə-sünni dialoqu

Səudiyyə Kukla-satira teatırının baş əttökəni şeyx Adnan Şənsəsə oxşatdım.



#80637 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 16 сентября 2011 - 23:03 в Şiə-sünni dialoqu



İbrahim əeyhissəlamın atasının kafir olmasının dəlili nədir? Bəlkə sən bilmədiyini danışırsan? :rolleyes:


Qardaş, bu sələfinin başını burax getsin. O, təkalahlığı sevsəydi belə danışmazdı. Kafirlik anlayışı səmavı kitablar və Qurani-Kərimlə hallandırıldı. İbrahimin (a) dövründə heç bir səmavi kitab Peyğəmbərlərə nazil olmamışdı. Buna görə də Sələfinin dedikləri səhvdir.
Amma, biz bilirik ki, təkalahlılıq İbrahim Peyğəmbərlə
başlayır. Yəni İbrahim (a) bütləri (çoxalahlığı) qirib dağıdan birinci Peyğəmbər olub, yəni monoteizm İbrahimlə (a) başladı. Onun atasının əvvəlcə bütpərəst olduğunu demək olar, amma Məhəmməd Peyğəmbər (s) və onun ata-babları yəni İbrahimin (ə) oğlu İsmayıl (ə) qədər bunlar təkallahlı olublar.



#80932 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 21 сентября 2011 - 17:37 в Şiə-sünni dialoqu

P.S
Allah siz :nasibi: - ləri hidayət eləsin! Bəlkə o zaman İslam alimləri ilə düşmənçilikdən əl çəkdiz! :rolleyes:



Qardaş,
Çaş ki, nəsibilik islam alimləri ilə düşmənçiliklə qurtaraydı...

Bunlar xəvarıclərin ən ultra radikal qoludurlar. İmam Hüseyni (ə.s.) qətlə yetirən, Əhli-Beytin (ə.s.) ən uğursuz düşmənləri, İslam Peyğəmbərinə (S) isə kafir deyənlərdir.

Azərbaycan vəhabilərinin əksəriyyəti Allah-Talanın köməyi ilə hidayət olunacaqlar. Yerdə qalan ən inadkarları nəsibi olub, xalqın başına oyun acacaqlar.
Məncə foruma gələn vəhabilərin coxu imanı zəif olanlardır, ya da sadəcə münafiqlərdir. Gah mıxa vururlar, gah da nala.
Yaxşı olardı ki, alimlərimizə böhtan atanlara "nəsibi" deməyə tələsməyək. Cünki, nəsibi olanlar bu gün forumlarda sözlə deyil, real həyatda camaatın başına oyun acanlardır. Bir gün gələcək üzə çıxacaqlar. Narahat olmayın.

Narahatçılıq hələ qabaqdadır.
Allah sionistlərə lənət eləsin!



#81301 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 25 сентября 2011 - 23:46 в Şiə-sünni dialoqu

SELEFI, Imam Mehdinin zuhur edeceyini ve Isa Peygemberin onun arxasinda namaz qilacagina Qurandan delil getir.


Ebul Hesen Qardaş, soruşmaq ayıb olmasın siz bu sualı Sələfidən nəyə görə soruşdunuz?
Birincisi, Məhdiyyata görə bu həqiqətdir.
İkincisi, belə həqiqətlər Quranda yazılmayıb, hədislərdə yazılıb.
Ücüncüsü, bu barədə Sələfilərin nəyə görə xəbəri olmalıdr ki? Onlar şiyəliyin elementar həqiqətlərini təhrif edirlər. Qaldı ki, İmam Məhdi (ə.s) haqda Qurandan delil gətirsinlər.




Рейтинг@Mail.ru