Перейти к содержимому


Публикации Vey-sal

643 публикаций создано Vey-sal (учитываются публикации только с 27-июня 23)



#84174 Sual-Cavab

Отправлено автор: Vey-sal 20 ноября 2011 - 23:35 в Ümumislam mövzular

Bismillah,mən demədim ki,qardaş haram olduğunu deməyib,kimsə səhvən və ya düz olaraq,başqasının sözü ilə razı olmaya bilər,bu nə əxlaqsızlıqdır,nə də təhqir.Nə isə,kimsə incidisə,haqqını halal eləsin
Başqa sual,xiftənin vaxtı sübhə qədərdir,yaa gecə yarısına qədər??


Xeyir, mən demək istəmədim kimsə kiminsə haqqına girdi. Sadəcə fikrimi bildirdim. İslamla əlaqədar haqqı araşdırmaq özü də halal işdir. Tak çto, sizə hallaldır!
Çalıçmalıyıq təlqid etdiyimiz müctəhidin şəri hökmlərindən cavabları tapaq.

Başqa suala cavabım;
Qardaş bax siz tələbəsiniz. Sizə ali məktəbdə ixtisasınızın nəzəriyyəsini öyrədirlər. İxtisaınız üzərə işə düzələndə praktika tələb olunacaq.
Sizin suala loru dildə belə cavab verərdim: Xiftənin vaxtı nəzəriyyədə sübh namazına qədərdir, praktikada gecə yarısına qədərdir. Nəticə çıxarın!

Ən doğrusu namazı azan veriləndə qılmalıyıq.
:rolleyes:



#82441 Sual-Cavab

Отправлено автор: Vey-sal 17 октября 2011 - 23:00 в Ümumislam mövzular

Sünni saytında İmam Əlinin (ə) Rəcəb ayının 13-də dünyaya gəldiyi yazılıb. Bilmək istəyirəm biznən sünnilər arasında kiminsə doğulduğu və ya vəfat etdiyi gün arasında da fərq var?


Müsəlmanlar, yəni şiyələrlə sünnilər hicri tarixi təqvimini qəbul edirlər və əksər tarixi faktlar bu təqvimlə qeyd olunur. Və onların hər ikisi tarixi, həmçinin İmamların (Ə) doğum və şəhadət tarixlərində ayrı-seçkiliyə yol vermirlər.
Amma, başqa səbəbdən doğum və şəhadət tarixləri sünnilərdə bizimkindən fərqli ola bilər. Məsələn bizim əksəriyyətimiz Xanım Fatimeyi-Zəhranın (ə.s.) təxminən 18 il ömür sürdüyünü bilirik. Amma, bəzi mənbələrdə qeyd olunur ki, Xanım (Ə) 20 il yaşayıb.

Vəhabilərin başqa qaydaları təhrif etdiyləri kimi, qəsdən tarixi təhrif etməsinə inanmaq olar. Amma, onların əhli-sünnə olmasına böyük şübhəm var.



#78742 Sual-Cavab

Отправлено автор: Vey-sal 07 августа 2011 - 01:17 в Ümumislam mövzular

Bakı kəndləri olmağı heç nəyi həll etmir. Bakının çıxışlaı var. Oradan 22 km aralandın UJE FSO qəsrdir.


Zəhmət deyilsə "qəsr" anlayışını bir qədər açıqlayın. Tutaq ki, mənim Moskvadan Bakıya 5-10 günlük səfərim Ramazan ayına təsadüf edir. Mən müvəqqəti Bakıda olsam belə orucumu Ramazan ayında tutmaq istəyirəm. Bu qəsrdir? Yəni mənim Bakıda müvəqqəti oruc tutmağa ixtiyarım yoxdur? Yoxsa könüllü olaraq tuta da bilərəm, ya da saxlayıb qayıdandan sonra daimi yaşadığım məmləkətdə qəza şəklində tuta bilərəm?



#83644 Sual-Cavab

Отправлено автор: Vey-sal 10 ноября 2011 - 17:36 в Ümumislam mövzular

Bismillah,Osman Nəbinin(s) iki qızı ilə evlənib,düzdür bu???


Bismillah, Nəbinin (S) bircə doğma qızı olmayıb ki? Digər qızları dedikdə yəqin qızlığa götürdüyü yetim uşaqlar, ya da ögey qızları olub. Elə deyilmi?



#81943 Sual-Cavab

Отправлено автор: Vey-sal 09 октября 2011 - 00:39 в Ümumislam mövzular

Bismillah,avtomat-kazino oyunları təbii ki,qumardır,mütləq haram.Mənə maraqlı bu tip yarışlar idi,əslində burda fərq yoxdur ki Counter Strike oynanılır,yaa PS2-də futbol,yaa PS1 crash maşın..Bu oynlar özlüyündə caizdir,sadəcə oyundur.Mənə maraqlı bu idi ki,əgər bir qrup adam bu oyunlardan biri üzrə yarış təşkil edirsə və giriş PULLUDURSA,sonda da pul mükafatı olursa,qumar hökmü daşıyırmı?Qardaş dedi,qumar hökmündədir,mən də elə fikirləşirdirm...



Əgər sizin aldığınız biletin hökmü qumar deyilsə, lotoreyadırsa bəlkə də bu uduş haram sayılmır.



#88583 Sual-Cavab

Отправлено автор: Vey-sal 28 января 2012 - 22:08 в Ümumislam mövzular

Sizin təqlid etdiyiniz müctehid deyir kiiiiiiiiiiii,naməhərəmlə maneə olmadan görüşmək olar!!!(tutuaq ki)...Bir qardaş da hansı ki sizin təqlid etdiyinizə təqlid edir,gəlib soruşsa ki,bunun hökmü nədir???Bilə-bilə ki,Allah haram buyurub,deyəcəksiz,problem yoxdur müctehid caiz bilir-ya yoox?

Bismillahir Rəhmanir Rəhim!

Kanan_313N nikli Qardaş, sizə bir əqidə qardaşı kimi 1-2 nəsihət vermək istəyirəm. Qəbul edərsənsə Şukrənillalah, qəbul etməzsənsə özün bilərsən, ixtiyar sahibisən. SübhənAllah!
1. İlahiyyətdə səriştəniz çox olmadığı üçün tanıdığınız və tanımadığınız vəhabilərlə deyişməyin. Onlardan bir qismi hipnoz, sehirbazlıq və psixologiyada sizdən səriştəlidirlər.

2. Sosial setdə, ələlxüs fasebook-da və vəhabi-sələfi saytlarında öz yəqininlə özünü elmli bilib şiyə əqidəsini müdafiə etmə.
Əmin olduğun mövzularda öz fikrivi bildirmək qəbahət deyil. Amma, demə ki, mən şiyə-cəfəri icmasındanam və ilahiyyətçiyəm. De ki, sadəcə şiyə-müsəlmanam. Bilmədiymi öz alimlərimdən öyrənirəm. Onlar sənə güləcəklər. Amma, bu normal haldır. Səndə onların təkəbbürünə və möhürlənmiş qəlblərinə gülərsən. Onlar cəhənnəm əhlidirlər. Sənə nə olub?

3. İctihad məsələsi bizim əqidəmizin ən ali formasıdır.
Necə ola bilər ki, sıravi zabit qoşun başcısı olan generalın əməlində səhv axtarsın?
Bir müsəlmanın təqliddən uzaq düşməsi eyib deyil, amma ictihad işinə şübhə edib bu barədə publikaya car çəkmək böyük günahdır.
Allah sizi qorusun.

Bu gün islam düşmənlərinin tək qorxduqları adamlar şiyə mərceyi-təlqidləridir.
Məsələn, Moskva şəhərində sizin təlqid etdiyiniz müctəhidin, yəni Sistani ağanın bir neçə nəfər nümayəndəsi var. Hər biri özünün həqiqi nümayəndə olduğunu bəyan edir, diğərlərin qəbul etmir. Bilinmir rəsmi nümayəndə kimdir. Ağanın həqiqi nümayəndələrinə dünyanın hər yerində sui-qəsd edirlər. Deməli düşmənin tək qorxduğu şey ictihad məsələsidir. Gəlin onları sevindirməyək.



#84304 Sual-Cavab

Отправлено автор: Vey-sal 23 ноября 2011 - 18:41 в Ümumislam mövzular

Qardaşım, əgər tez cavab almaq istəyirsinizsə, haqyolu.com saytından öz təqlid etdiyiniz müctəhidin adını seçib sual göndərməyiniz məsləhətdir.

Qardaş biz bir-birimizdən xəbərsiz (eyni vaxtda) eyni məsləhəti Şirxana verdik.



#84303 Sual-Cavab

Отправлено автор: Vey-sal 23 ноября 2011 - 18:38 в Ümumislam mövzular

Salam!!

Cox sagolun cavaba görə..ALLAh razı olsun ...Amma iş orasındadırki bu cür kəsməyi müsəlmanlar özləri edirlər yəni qeyri müsəlman etmir. Sadəcə olaraq belə bir problem varki bu ölkələrdə yaşayan müsəlmanlar üçün dövlət ikinci bir çıxış yolu qoymur. Yəni heyvanl keyləşdirib kəsməlidirlər başqa cür mumkun deyil..Mənə maraqlidırki Müctehidlərimizin bu cür hallar ücün fətvaları varmı? Əks təqdirdə əlbətdeki günaha əl atmayacayıq. Ona görədə biraz ətraflı məlimat almaq istərdim.İnanıramki fikrimi düzgün catdıra bildim.

Əgər kiminsə imkanı varsa bu məsələni daha dərindən araşdıra bilərsə cox sevinərəm.Mən bunu edə bilmədim cunki dini savadim və biliklərim cox azdır.Burda cox bilikli və məlumatlı qardaşların yazılarını tez-tez oxuyuram və ona görədə burdan daha dəqiq cavab tapa biləcəyimə inanıram. ALLAH elminizi və biliklərini daha kamil etsin!!!


Qardaş madam ki, bu məsələdə siz bu qədər dərinə getdiniz, deməli siz mərceyi-təqlid olan müctəhidlərimizdən birinə təlqid edirsiniz.
Bu cür yeni suallar Avropa və qeyri-islam dövlətlərində yaşayan şiyə Qardaşlarımızı tez-tez narahat edir. Məsləhət bilirəm ki, müctəhidlərimizin saytında "Suallarınızı verin" bölməsində bu sualınızı yerləşdirin. 2-3 həftəyə cavab alacaqsınız.

Hər halda, mənim fikrimcə sizin bu sualınıza neqativ cavab olacaq.
Çünki, halal məhsul Allahın adı ilə sağlam heyvanın başını kəsməklə (qanını axıtmaqla) əldə olunur.
Bu qaydalara hətta müsəlman ölkələrində tam riayət etmək olmur. Məsələn, statistikaya görə Azərbaycanda 40-dən artıq halal məhsul buraxan müəsisələr var. Onlardan yalnız 2-sinə QMİ rəsmi icazə vermişdir. Qalanları qalıbdır bu müəsisələrin sahiblərinin vicdanına.
O, ki qaldı Avropa və Rusiyaya mən özüm 10 ildən artıqdır Rusiyada yaşayıram, yalnız dünən bilmişəm ki, əksər süd məhsullarının, yağın və pendirin istehsalında haram yağlardan istifadə olunur.



#80577 Игра

Отправлено автор: Vey-sal 15 сентября 2011 - 22:24 в Игры, приколы, анекдоты и другие забавы

R İ T M



#83649 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 10 ноября 2011 - 19:48 в Şiə-sünni dialoqu

nedi,durub-durub tezden birde yazirsan? senin seviyyesiz ve cefeng yazilarina vaxt israf elemek fikrim yoxdur.oxuyanlar qiymet vererler kimdir agzina geleni yazan.men haqqi bilmek isteyenlere quran ayeleri teqdim edecem,elmin varsa cavab ver.
niye xoshuna gelmediki? sene demishdim quran delilleri getirecem,bu da deliller,menim senin kimi icinde qiraginda bir shey olmayan cefengiyyatlar yazmaga hevesim yoxdur.birdeki quran delilleri varse dastan niye yaziram ki? o sene lazimdir,cunki bashqa shey yaza bilmirsen, qalib sohbeti azdirmaq,tehqir ve bohtan elemek.sen davam ele ,mense 1-1 delillerimi getirecem inseAllah.gor ne gune qalmisan ki,quran ayesi getirerem ona da deyirsen agzina geleni yazma.


Türk sən Əhli-kitabsan (Əhli-Quran) yoxsa Əhli-sünnə?
Sünnədən sənə dəlilər gətirilib, özünü bilməməzliyə vurma.
Pusudasan TURK?



#83678 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 11 ноября 2011 - 17:26 в Şiə-sünni dialoqu

TURK artıq sizə heç bir şey təsir etmir. Deyirəm bir yoxla.
Uca Tanrıya təvəssül duası et!
Bəlkə Allah-Tala sənə kömək etdi. Onda bu saytdakı - biz şiyələr sənə haqqımızı halal edəcəyik.
Turk, kəndinə gəl, Allah-Talanı və Onun sevimli Əhlı-Beytini (ə.s.) unutma, bəlkə Tanrı səni bağışladı. Allah ən uca mərhəmət sahibidir.



#84243 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 22 ноября 2011 - 21:10 в Şiə-sünni dialoqu

3_Rengli_HeyaT yazir-İstənilən duaların keyfiyyəti İmama Allah tərəfindən bildirilir inşaAllah …… ))) bu cefengiyyata nece inanirsiniz.bunu hardan ciaxrtdiniz? Subutunuz var?


Ahha, daha Qurandan dəlil istəmədiniz. Çünki Qardaş sizdən antidəlil istədi. O da sizdə yox idi. Keçmisiniz subuta?
Yadınızda qalsın; sübut və isbat fizika-riyaziyyat elmlərində olur. İlahiyyətdə nə subut?
Bizim sübutumuz Allahın elçisi İslam Peyğənbəri (S) və onun pak Əhli-beytidir (Ə). Onlara (Ə) iman gətirsəniz sübutunuz da olar, irfanınız da artar. Tem bolee, məntiq elmindən bir az xəbəriniz var.
Allah ruhi şəfa versin!



#84088 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 18 ноября 2011 - 22:14 в Şiə-sünni dialoqu

Sen hele bir klichkada qoyursan camaata? Yeqin Rafka seni kimilerine deyiller...
o ki qaldi shubheye yox,shubheye niye dushuremki? menim elimde elhamdulillah quran ayeleri ver


TURK bu şeyxiniz fətva verəndə hansı Quran ayəsini əsas tutub, maraqlıdır?

Vəhabi Şeyxin yeni fətvası
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Misirin Sələfi məzhəbinə mənsub olan nüfuzlu Şeyxi Muhəmməd Həsən Prezident və parlament seçkiləri qabağı yeni fətva verib.

Fətva bundan ibarətdir: "Səs vermə məsuliyətli bir əməldir. Hər bir insanda gərək ən layiqli və nüfuzlu namizədə səs versin. Əgər seçici Xristian olsada belə müsəlman namizəddən layiqli birisidirsə vacibdir ki, səs həmən o xristiana verilsin."

http://abna.ir/data....ng=13&id=278803



#83754 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 12 ноября 2011 - 22:22 в Şiə-sünni dialoqu

burda ne varki, ay Vey-sal? deyirsinizki Ya imam Rza ,mene ovlad ver demek olar,men de size quran ayesi getiriremki Allah orada aciq aydin deyirki mene dua edin menden isteyin.


Turk, əgər uca Tanrı İmam Rzaya (ə.s.) xatirən hansısa sonsuzu xoşbəxt edibsə burda heç bir şirk (ya da kufr) yoxdur.
Bu yaxınlarda müqəddəs Məşhəd ziyarətində bir lal kürd qız uşağı dil açdı. İndi biz demirik ki, buna səbəb Allahdan qeyrisidir. Biz bu işdə Allah-Talanın yanında Əhli-Beytimizim (Ə) və İmamlarımızın (Ə) uca məqamını görürük.
Siz harada gördünüz ki, şiyələr kütləvi şəkildə Allahdan başqasından nəsə diləyirlər. Əksinə şiyələr Allahdan daha çox qorxur, Allah-Talanı Peyğəmbərlərimiz (S) və İmamlarımız (Ə) vasitəsilə ilə tanımağı özlərinə borc bilirlər. Şiyələrin Tək Allahdan qorxusu daha güclüdür. Onlar sizlər və qeyriləri kimi küfrə düşməsinlər deyə Əhli-Beytdən (Ə) möhkəm yapışırlar. Öz hədislərinizi yada salın, bəlkə oyanasınız qəflət yuxusundan.



#83136 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 29 октября 2011 - 12:49 в Şiə-sünni dialoqu

oxuyanlarin nezerine: menim 2-cedene sualim olub:

1.oluler diri vaxti bilmedikleri dilleri olenden sonra nece anlayirlar?
2.Mirmovsum,bibi Heybet ve s.lerinin o dunyada senin evezine dua elemisine delil nedir?


Türk nikli bəni-adam!

1. Ölülər 2 cür olur: a ) cismani (fiziki ölmüşlər) dünyasını dəyişənlər; b ) qəlbi ölmüşlər.
Siz hansı ölülərdən danışırsınız?

2. O dünyaya: bərzəx həyatına, axirətə və s. şübhə edənlərin
kafirlərdən fərqi azdır. Axirətlə əlaqədar dəlil axtaranlar dəlixanaya müraciət etsələr daha tez cavab tapacaqlar.

3. Mövzu təvəssüldür. Təvəssül etmək hər kəsə nəsib olmayacaqdır. Bunun üçün ən azından namazını "xüşu" ilə qılmaq lazım gərəkir.

"O möminlər nicat tapdılar ki, namazlarını xüşu ilə qıldılar."
("Muminun" surəsi, ayə 1-2.)



#81965 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 09 октября 2011 - 21:53 в Şiə-sünni dialoqu

xeyir,sehvin var.1-cisi ibn Teymiyye tek deyil, selefin tevessul barede butun alimlerinin gorushu sabitdir.tekfircilerin saytindan kopi etdiklerinde adlari kecen alimlerin hec biri selef deyil,onlarin hansi eqidede olduqlari bilinmir.selefin be barede reyi beledir-oluler esitmir,qul istediyini yalniz Allahdan istemelidir.
butun bashqa metodlar batildir.
sene basqa hedis getirirem,sabit ve sehih-Xəlifə Ömər (r.a) qıtlıq və ya quraqlıq vaxtı Abbas ibn Abdulmuttalib (r.a) ilə yağmur duasına çıxardılar və: "Allahım! Biz sənə Peyğəmbər (s.a.v) ilə təvəssül edərdik, Sən də bizə yağmur yağdırdın. İndi də Peyğəmbərin (s.a.v) əmisi ilə Sənə təvəssül edirik. Bizə yağış göndər"(əl-Buxari 2/ 398, 7/ 67, Müxtəsər əl-Buxari 536.)

indide sual verirem,sehabeler niye Abbas (ra)ile tevessul etdiler? peyqamberin qebri bilmirdiler haradadir?
getirdiklerin hedislerin hamisi 1 yerde 1 qara qepik qiymeti yoxdu bu hedisin qarshisinda.


Biz hədislərimizin dəyərini qiymət verməklə ölçmürük. Qiyməti bazar təyin edir. Zaman ötdükçə qiymət düşür, amma dəyər qalır.

Bizim Peyğənbərimizdən (S) və İmamlarımızdan (Ə) olan hədislərimiz dəyərsizdir.
Ona görə də bu dünyanın bizim üçün İmam (Ə) və alimlərimiz üçün böyük dəyəri yoxdur.
Pulu, qiyməti yəhudilər çox sevər. Gedib bu nağılları onlara danışasan. Bizim üçün Əhli-beyt (ə.s) və onların ruhu sağdır. Vəssalam.



#81831 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 06 октября 2011 - 19:00 в Şiə-sünni dialoqu

hormetli,Kenan 313,kopi etdiklerin butun hedisleri oxudum, o hedislerin her 1-i haqda 1-1 danishmaq olar. onlarin icinde zeif olanlar,sherhe ehtuyaci olanlar var.
men sene ve digerlerine sabit Quran ayesi getirirem. Ayeni diqqetle oxu!
35. Fatir 13. O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.14. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz

indi senden sorushuram-yazdigin hedisler hamisi 1 yerde bu ayeni nesx ede biler?


Əvvəlcə, "təvəssül" sözünün mənasını özünüz üçün araşdırın, sonra bizlərə Qurandan dəlil gətirərsiniz. Bir kəlmənin mənasını qavramayan nə təhər Quranı və hədisləri başa düşə bilər?



#81110 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 24 сентября 2011 - 19:07 в Şiə-sünni dialoqu

Həqiqətən də çox dəyərli məlumatlardır.Görəsən bu bir neçə cəbhəyə bölünən vahabilərdən təvəssülü inkar edənlər bu barədə nə düşünürlər? :rolleyes:


Qardaş, bir neçə cəbhə deyəndə ki, bunların cəbhə komandiri yəhudilərdir. Onların da əcdadları Musaya (ə.s) dedilər; - "Göstər bizə Allahı". Allahın nəbisi (ə.s) göstərə bilməzdi. Onlar də qızıldan bir buzov düzəldib ona sitayiş etdilər. Onlar üçün Musayla (ə.s) nubuvvət bitdi, Tövrətdən başqa kitab yoxdur. Paxıllıqdan dini zəif olan müsəlmanları dünya malı ilə aldadırlar. Yoxsa kütbeyın vəhabinin nəyinə gərək, müsəlmanlar təvəssül edir ya etmirlər. Məqsəd birdir: Əlaqə. Allahla əlaqənı qırsınlar, müsəlmanlar məsumları unutsunlar. Sonra da bunların tək Allahını otuzdurub kürsüdə, kül olsun müsəlmanların başına. Sonra da Çinlilər kimi hambal kimi işlətsinlər bizləri...
Hammısı yəhudilərin hiyləsidir. Vəhabilər kimdir ki? Tutuquşu.

Kənan Qardaş dəyərli infoya görə cox sağ ol. Allah əvəzini versin.



#80581 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 15 сентября 2011 - 22:46 в Şiə-sünni dialoqu

xeyir ola shert qoyursan mene? yaman yazib tokursuz.

1. yazıb tökmürük, döşüyürük!

Admin 1 ucudan sunnuleri ban eliyir,sizede meydan genish gelir deyesen.

2. Sünniləri deyil, vəhabilər qəbiləsinin sələfilər tayfasını.

heqiqi din nedir?

3. din - adəm övladına xidmət üçündür, həqiqət-həqiqətdir, 2-ci mənası yoxdur.

men namazi terk ederem ,amma shiye olmaram.

4. Tərk eləmə, din qardaşların səni öldürə bilərlər!
5. Tövbə etməsən, şiyə ola bilməzsən.
Bəs axı, şiyələrin düşmənləri ilə kim vuruşacaq?



#82007 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 10 октября 2011 - 17:54 в Şiə-sünni dialoqu

butun getirilen shubheler bu hedis kimi zeif ve uydurma hedislerdir.selefin tevessul barede gorushu mohkem ve aydin delillere esaslanir.

Əbdulhay, sizi kim məcbur edir ki, təvəssül edəsiniz. Xoşuna gəlmir təvəssül etmək, onda birbaşa və təvəssülsüz, şəfaət etmədən və Peyğəmbəri (S) və Onun pak Əhli-Beytini xatırlamıyıb tək Allahdan (c.c.) nə istəyirsiz diləyin. Niyyətin təmiz olsa Rəbbin sənin duanı eşidər və qəbul edər.

Digər tərəfdən, mənə elə gəlir ki, sən özünü dünyanın ən gözəl və pak olan naz-nemətindən məhrum edirsən.
Təvəssülsüz duan bilirsən nəyə bənzər?
Sanki, bir əyalətin Padşahı rəiyyətə şahyanə bir qonaqlıq verir. Hamının arzusu budur ki, o qonaqlıqda iştirak edələr. Amma ora dəvət olunanların sayı məhduddur. Xoşbəxtlikdən sən də dəvət olunmusan.
Sən bilirsən nə edirsən?
Qonaqlığa gəlmisən, amma ağzıva heç nə vurmursan. Sanki sənin üçün fərqi yox idi.
Onda yerini verəydin birinə də...
Niyə xəsislik edirsən???...



#82230 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 13 октября 2011 - 12:48 в Şiə-sünni dialoqu

Ozunu itirme,hesablasaq balam yerinde sen olarsan.emmeli cavabin yoxdu deye atmacalara kecirsen artiq.menim sozum hele coxdur.hec bashlamamishamda.hele ki senin "geydirme" hedislerini redd edirem.men bashlayanda sen calish xetde qal.ishin-zad cixsa getmemishden ,qabaqcadan xeber edersen ki,narahat olmuyum.
super kitablarindan xeberin yoxdur senin.kitablarina guvenirsense teze tema ac ,yazim oxuyun,shoka dushersen.
menim sozlerimide tehrif edib yozma,alim sehv rey verirse,bu beli ,xetadir.hemen sehv reye uyarsa bidet de ede biler ,shirkde,hele bashqa sheyde.elede sual verib cavabimdan "zasepka"elemisen ki elebil men alimzadam fetvamdan "oshibka" tutursan.bu ishlerinin sebebi aydindir.sohbeti dolashdirmaq,vaxti uzatmaq ne bilim bashqa ne...bekar qalmayasan deye o yapon shyenin meselesine qayidaq ve onu aciqla.axi aydin olmadi,bu sohbet yarimciq qaldi.
nece olur sagliginda yapon dilini bilmeyen qebirdeki ovliya,imam yapon shiyenin yaponca etdiyi duani basha dushur? sen salam meselesini getirmishdin.bu kecmir axi,hedis salam haqdadir,dua haqda yox.esebleshme rica edirem.ozun demish 1-1 basha sal.

Tfuu... Yapon bütü...

Belə yerdə hətta ruslar söyüş kimi deyirlər;
Тфуу... Японский бог...



#83147 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 29 октября 2011 - 20:49 в Şiə-sünni dialoqu

senin bashqa temada bele yazina rast geldim-Mənim buna inanıb, inanmamağım çox da önəmli deyil. Əsas odur ki, Qeybəti-kübrada İmam Mehdi (ə) bizləri görür. Mən buna inanıram.
o bizi gorurse yeqinki eshidirde.bu haqda melamat vere bilersen?basqa hansi keyfiyyetleri var?eceb edib inanirsan,bu inandiqlarin barede quranda nese varmi?yeni bizi eshidib gormeyi haqda.


Bu sualları həmin mövzuda verin, cavablayım. Bu mövzumuz təvəssül barəsindədir. İndi isə qısa olaraq yazıram; bu haqda Quranda işarə olunmuşdur, Peyğənbərimizdən (S) və onun Əhli-beytindən (Ə) olan hədislərdə bu haqda açıq-aydın yazılıb. Sadəcə islam Peyğənbərinin (S) sünnəsinə əməl etmək lazımdır. Axı siz özünüzü, arabir əhli-sünnə vəl cammat adlandırırsınız.

"Turk" mövzudan yayınmayın. Siz mənim təvəsüllə əlaqədar suallarımı cavablamadınız.



#82985 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 26 октября 2011 - 01:32 в Şiə-sünni dialoqu

Niye gore Islamda gosterish verilmishdir ki qebristanliqa girende salam verin ehli-qubura?Peygember o ayeni bilmirdi bes niye salam verirdi?Ayede gelmiyib axiki salami eshitdire bilersen amma.Bosh yerede salam verilmez axi.

1. Salam bir növ Allahın adıdır.
2. Əhli-quburda olanların bir qismi Allahın rəhmətini qazanıb.
3. Orda səslənən salam daha çox "ocağın sahibinə" verilir.



#82842 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 23 октября 2011 - 20:57 в Şiə-sünni dialoqu

he,3 rengli heyat senle sohbet qurtardi. menasiz vaxt israfina son verim.senin meqamin dogurdanda ignorda olmaqdir.
P.S. Suallarim ise cavabsiz qaldi.bu cavablar mene lazim deyil zaten,cunki Mirmovsum ve sairlerinden shefaet istemeyi batil sayiram.Amma size her sey gerek aydin ola idi,chunki muslim shubhenin dalinca getmesin gerek.


Sələfi mübahisəni üdüzanda "iqnor" anlayışını ortaya qoyur. Bu artıq sizdə adətdir.
Əlhəmdulilah, Qardaş sizin suallara layiqincə cavabladı, təzə sualların olanda verginən, gəlsin.

O, ki qaldı "müslimə" biz sadəcə müslim deyilik, - biz müsəlmanıq.



#83166 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 30 октября 2011 - 22:11 в Şiə-sünni dialoqu

b]"hamin görməsi"[/b]-hamini gormesi .post1210-a bax


Turk, firlatma, axı sən özünü nəsibi (Peyğəmbər (S) və onun Əhli-beytinin (Ə) düşməni) saymırsan. Onda ədalətin qalib gələcəyinə inan! Özünü mənəvi azad insan hiss edərsən.



Hələkik, Fizuli Şəfiyevin hazırladığı məqalə ilə tanış olmağı sənə məsləhət bilirəm. Lazım olsa digər materialların lingini bura qoyaram.

Һәзрәт Мәһдинин (ә.ф.) ваһид дүнја һөкумәти

Имам Мәһдинин (ә.ф.) гураҹағы ваһид дүнја һөкумәти һәгигәтдә инсанын өз ҝәләҹәји үчүн кечирдији ниҝаранчылыглара бир ҹавабдыр.

Ислам инсанын ҝәләҹәк һәјатыны чох ајдын ҝөрүр, “Зүһур интизары” гәлибиндә инсанлары ҝәләҹәк һәјата үмидли едир, ҝәләҹәк һәјат барәсиндә инсанларын ниҝаранчылыгларына сон гојур вә ҝәләҹәк һәјаты даһа мәналы, даһа һәрарәтли тәсәввүр едир.

Мүсәлман өз ҝәләҹәји үчүн һеч вахт ниҝаран дејил. Әслиндә әксәр динләрдә диндар инсанлар ҝәләҹәк барәсиндә бәдбин дүшүнмүрләр. Онларын һамысында ҝәләҹәк һәјат Хиласкарын бајрағы алтында ајдынлыг вәд едир. Амма ислам тәлиминдә бу мәсәлә даһа ајдын олуб, хүсуси имтијаза маликдир. Исламын чағырышларына диггәт јетирәндә мәлум олур ки, онун мәгсәди милләтләри мүттәһид етмәк, милләтләр арасында мәнасыз вә тәсирсиз манеәләри арадан галдырмаг, әсасы төвһид, иман олан ваһид бир кәлмәни, ваһид бир бағлылығы бәргәрар етмәкдән ибарәтдир.

Ислам мүхтәлиф адларла ортаја чыхмыш бүтүн ихтилафлары төвһидә инанмагла арадан галдырмаға чалышыр. Ирги, милли, синфи, ҹоғрафи вә саир ихтилафлар арадан галхмалыдыр. Јәни бүтүн садалананлар ифтихара, хүсуси имтијаза сәбәб олмамалыдыр. Һәтта дини ихтилафлар дә кәнара гојулмалыдыр. Һамы Аллаһын фәрманына тәслим олмалыдыр: “(Ја Рәсулум!) сөјлә:“ Еј китаб әһли, сизинлә бизим арамызда ејни олан (фәрги олмајан) бир кәлмәјә тәрәф ҝәлин! ( О кәлмә будур: ) “Аллаһдан башгасына ибадәт етмәјәк. Она шәрик гошмајаг вә Аллаһы гојуб бир-биримизи Рәбб гәбул етмәјәк! Әҝәр онлар јенә дә үз дөндәрсәләр, о заман (онлара) дејин:“Инди шаһид олун ки, биз, һәгигәтән мүсәлманларыг. (Аллаһа тәслим олмалыјыг)”. (“Али-Имран” сурәси, 64)

Ислам бәшәр үчүн белә бир ҝүнүн ҝәләҹәјини прогнозлашдырыр вә һәмән ҝүнүн реаллашмасыны там шәраитин јетишмәси илә бағлајыр.

Өнҹә ишарә етдијимиз кими, дүнјада ҹәрәјан едән һадисәләр, бәшәријјәтин мадди зәминәдә әлдә етдији наилијјәтләр, һазырки әлагә васитәләри илә инсанларын бир-бирләрилә сых әлагәдә олмасы - һамыны һәгиги бир иттиһада, мәнәви вә сәмими һәмкарлыға әввәлдә олдуғундан даһа артыг мөһтаҹ етмишдир. Нә гәдәр габаға ҝедириксә, бу еһтијаҹы даһа чох һисс едирик. Јәни Гәрб мүтәфәккирләринин 20-ҹи әсрдә еһтимал вердикләри ваһид дүнјаны ислам 1400 ил бундан габаг, бөјүк тәкид вә гәтијјәтлә хәбәр вермиш, һәтта онун неҹә баш верәҹәјини, һөкумәт системини, бу һөкумәтә рәһбәрлији ашкар шәкилдә мүәјјән дә етмишдир. Гурани-Кәримдә хәбәр верилир ки, ҝәләҹәк ваһид һөкумәтдә һаким дин - ислам, гәләбә мүстәзәфләрин вә салеһләрин тәрәфәиндәдир. Һәмин ҝүн иманын күфрә гәләбә чалдығы ҝүндүр. Мөтәбәр һәдисләрдә дә ҝөстәрилир ки, һәмин һөкумәтин һакими Ибраһим пејғәмбәрин (ә) сојундан чыхан, Ислам Пејғәмбәринин (с) нәвәләриндән олан, ады “Муһәммәд”, күнјәси “Әбул-Гасим”, ләгәби “Гаим” олан бир шәхсдир.

Инди исә, јухарыдакы мүддәалары әсасландырмаг үчүн әсас гајнаглара - ајә вә һәдисләрә мүраҹиәт едирик:

“Биз бу китабдан (Төвратдан, јахуд лөвһи-мәһфуздан) сонра Зәбурда да јер үзүнә јалныз Мәним әмәлисалеһ бәндәләримин варис олҹағыны јазмышдыг”. (“Әнбија”, 105)

Тәбәрсинин “Мәҹмәүл-бәјан” тәфсириндә бу ајәнин шәрһиндә Имам Муһәммәд Багирин (ә) дилиндән дејилир: “Јер үзүнүн варисләри - ахирәз-заманда ҝәләҹәк Һәзрәт Мәһдинин әсһабларыдыр”.


“Аллаһ араныздан иман ҝәтириб јахшы ишләр ҝөрәнләри өзләриндән әввәлкиләр кими јер үзүнүн варисләри едәҹәјини, онлар мөминләр үчүн Аллаһын Өзү бәјәндији динини (исламы) мөһкәмләндирәҹәјини (һәр тәрәфә јајаҹағыны) вә онларын горхусуну сонра әмин-аманлыгла (архајынчылыгла) әвәз едәҹәјини вәд бујурмушдур. Бундан сонра күфр едәнләр, шүбһәсиз ки, (Аллаһын итаәтиндән чыхмыш) әсл фасигләрдир”.

Бу шәриф ајәдә мөминләрә үч ачыг-ашкар мәсәлә вәд олунур: 1. Јер үзүндә әмәлисалеһ инсанларын хәлифәлији. Јәни бүтүн Јер күрәсиндә һөкумәтин онларын әлиндә олмасы. Аллаһын Јер үзүндә нүмајәндәси олараг һагг вә әдаләт әсасында һөкумәт едилмәси. 2. Динин тәмкини. Јәни, бүтүн јер үзүндә мәнәви дәјәрләрин, Илаһи ганунларын һаким олмасы. 3. Горху вә ниҝаранчылығын әмин-аманлыгла әвәзләнмәси. Јер үзүндән тәһлүкә вә горхуја сәбәб олан амилләрин чәкилмәси, онун јерини архајынчылыг вә асудәлијин тутмасы.

“Мәҹмәүл-бәјан” тәфсириндә јухарыдакы ајә һаггында Имам Зејналабдинин (ә) дилиндән белә ачыглама верилир: “Анд олсун Аллаһа! Һәмин дәстә бизим тәрәфдарларымыздыр ки, Аллаһ бизим сојумуздан бир нәфәрин васитәсилә бу вәди ҝерчәкләшдирәҹәкдир. Һәмин о бир нәфәр бу үммәтин Мәһдисидир”.

“Мүшрикләрин хошуна ҝәлмәсә дә, ону (Исламы) бүтүн динләрдән үстүн етмәк үчүн (сонда гәләбәнин исламла олмасы үчүн) Өз пејғәмбәрини һидајәт (Гуран) вә һагг динлә ҝөндәрән Одур!”. (“Әс-Сафф”, 9)

Һәдисдә ҝөстәрилир ки, Һәзрәт Әли (ә) бу ајәни охудуғу заман өз әсһабындан сорушду: “Бу үстүнлүк (гәләбә) әлдә олунубму?”. Дедиләр: “Бәли”. Има Әли (ә) бујурду: “Хејр! Анд олсун О кәсә ки, ҹаным Онун әлиндәдир, бу гәләбә о заман үзә чыхаҹаг ки, јер үзүндә елә бир јер олмајаҹаг ки, орада “ла илаһә илләллаһ” сәдалары ешидилмәсин”.

Бу ајә вә һәдисләрдән белә нәтиҹәјә ҝәлирик ки:

1. Сонда јер үзүнүн варисләри салеһ инсанлар олҹагдыр. Јер үзәриндә һөкмранлыг салеһ бәндәләрин ихтијарында олҹаг, нә гәрбин, нә шәргин, нә ҹәнубун, нә дә ки, шималын!

2. Ләјагәтли инсанлар өзләриндән габагкы сәләфләринин хәләфи олараг јер үзүндә үстүнлүјү әлә алаҹаглар вә онларын гүдрәтләри бүтүн аләмдә заһир олаҹаг.

3. Ислам дини диҝәр динләри үстәләјәрәк, бүтүн Јер күрәсиндә бәргәрар олаҹаг.

4. Бүтүн бунлар Һәзрәт Мәһдинин (ә.ф.) зуһуру заманында баш верәҹәк.

Белә нәтиҹәјә ҝәлмәк олар ки, Һәзрәт Мәһдинин (ә.ф.) һөкумәти - дүнја һөкумәти олаҹагдыр. Һәмин ваһид дүнја һөкумәти Аллаһын инсанлара вәд етдији вәдләрдәндир вә Аллаһ вәдинә хилаф чыхмаз. Чүнки, “Аллаһ Өз вәдәсиндән әсла дөнмәз!” (“Али-Имран”, 9)

Өнҹәки суалларын ҹавабы олараг демәк олар ки, Һәзрәти Мәһдинин (ә.ф.) гураҹағы ваһид дүнја һөкумәтини глобализм алтында формалашан дүнја һөкумәти илә ејниләшдирмәк олмаз. Һәтта, бу глобаллашма өз тәбии ахары илә ҝетсә белә. Бу ҝедиш чох олса, Һәзрәт Мәһдинин (ә.ф.) гураҹағы һөкумәтә бир зәмин јарада биләр. Дүнја идеологларынын ваһид дүнја һөкумәтинин тәшкилиндә нәзәријјә ирәли сүрәрәк, мәсәләнин әсасында Исламла сәсләшән фикирләр сәсләндирмәсинин өзү дә аз мәсәлә дејил. Чүнки, дүнәнә гәдәр мәсум Имамын (ә.ф.) башчылығы алтында Гуранын вәд етдији ваһид дүнја һөкумәти идејасына чохлары шүбһә илә јанашырды. Белә бир шејин мүмкүнлүјүнү гәбул етмирдиләр. Амма бу ҝүнләр Гәрбин өзү бу ишин сонда гачылмаз олдуғуну дилә ҝәтирир. Һәр јердә дүнјанын тәдриҹлә ваһид дүнја һөкумәтинә тәрәф ҝетдијиндән сөз ачылыр. Әҝәр дүнәнә гәдәр ваһид дүнја һөкумәти идејасыны анҹаг исламын “тәхәјјүлү” һесаб едирдиләрсә, артыг бу ҝүн онларын өзләри бу лајиһәнин гәбул едилмәсини зәрури һесаб едир, глобализм ады илә Аллаһын вәд етдији ваһид дүнја һөкумәтини өзләри өз мараглары даирәсиндә реаллашдырмаға сәј едирләр. Глобализм ојуну әслиндә бундан башга бир шеј дејил.

Исламын ирәли сүрдүјү дүнја системи инсан әглинин гавраја биләҹәјиндән даһа бөјүк хүсусијјәтләри еһтива едир. Белә олан сурәтдә кимләринсә охшар лајиһә илә чыхыш етмәләри адда охшар олсалар да, ән азындан Аллаһын вәд етдији дүнја һөкумәтиндән тамам фәргли бир шеј олҹагдыр. Һәтта фәрз етсәк ки, нә вахтса белә бир лајиһә һәјата кечәҹәк, чох олса, диҝәр бејнәлхалг тәшкилатларын ҝурултулу шүарларла ортаја чыхыб, сонда аҹиз вәзијјәтдә галмасындан башга бир шеј олмајаҹагдыр.

Һәгигәтдә ҝүҹлүләрин зәифләри әзмәк үчүн јени планыны, дүнјаны истисмар етмәјин модерн формасыны ортаја гојаҹагдыр. Демәли, белә бир һөкумәт нә јаранаҹаг, нә дә - әҝәр бир фәрзлә - јаранмыш олса белә, дүнјада һагг-әдаләти бәрпа едә билмәјәҹәкдир.

Исламда ирәли сүрүлән ваһид дүнја һөкумәти идејасы бу идејанын иҹрасына замин дурур. Онун иҹрасыны етибарлы әлләрә тапшырыр. Бу мәнада ки, Исламын нәзәрдә тутдуғу һөкумәт әмәлисалеһ вә нәфсинә галиб инсанларын рәһбәрлији алтында иҹад едилир. Ҹәмијјәтә Илаһи ганунлар һаким олур. Әслиндә ганунлар нә гәдәр доғру-дүрүст олса белә, онун иҹрачылары, рәһбәр ишчиләри нәфси ислаһ едилмәмиш инсанлар олаҹагса, сонда һәмин системдә әдаләтсизлик баш верәҹәкдир. Глобализм дејилән ваһид дүнја һөкумәти нәфси истәкләринә хидмәт едән гүввәләрин әли илә гурулур. Бәлкә дә бу мүддәа онларын БМТ-дә өзләринә чыхардыглары һәмин «вето һүгугу»дур. Белә ки, глобализм БМТ-нин јарадылмасыны зәрури һесаб едирди. Ајдын мәсәләдир ки, мүхтәлиф мәнафеләрин тоггушдуғу бу дүнјада БМТ өз нијјәтини ҝерчәкләшдирмәк үчүн мүәјјән бир әсаснамәјә мөһтаҹ иди вә бу “Милләтләрин бәјаннамәси” ады илә ҝерчәкләшди. Бир нечә суперҝүҹләр отуруб, бүтүн дүнјаја бејнәлхалг ганунлар јаздылар. Бу ганунлар даһа чох онларын мәнафеләри үзәриндә көкләнмишди. Әҝәр нә вахтса, ишди, шајәд бу ганунлар онларын өзләринә тушланмасын дејә, вето һүгугу адлы имтијаз тәјин етдиләр ки, истәдикләри заман, өз мәнафеләри тапдалананда бу ганунларын гаршысында дајана билсинләр. Вето һүгугу бүтүн бәшәријјәти өз хидмәтләриндә ҝөрмәк истәјән гүввәләрин диктаторлуг ганунларыдыр. Әҝәр бу ҝүн биз мүхтәлиф милләтләрә гаршы БМТ-нин мүхтәлиф мөвге сәрҝиләмәсини, әдаләтсиз гәрарларыны мүшаһидә едириксә, тәәҹҹүбләнмәмәлијик. Әслиндә јенә дә ҹәнҝәллик ганунлары һөкм сүрүр: Ким ҝүҹлүдүрсә сағ галыр, зәиф мәһв олур. Ганун ҝүҹлүјә ишләјир. Сон сөзү милләтләр јох, вето саһибләри дејир.

Һәзрәт Мәһдинин (ә.ф.) дүнја һөкумәтиндә бүтүн ганунларын мәркәзиндә Гуран дајаныр

Һәзрәт Әли (ә) бујурур: “Инсанлар Гураны өз рәјләринә ујғун тәфсир етдикләри заман Имам Заман ҝәлиб онларын рәјләрини Гурана табе етдирәр”.

Һәзрәт Әлинин (ә) бу кәламындан ҝөрүнүр ки, ахирәз-заманда һәр бир шејин мәһвәри Гуран олҹагдыр. Һалбуки, глобализм ады илә ирәли сүрүлән дүнја һөкумәтиндә Гуранын әслән јери јохдур. Онун анҹаг бәзи әхлаг мәсәләләринә диггәт јетирилир.

Һәдисләрдә ҝөстәрилир ки, Һәзрәт Мәһдинин (ә.ф.) заманында елми тәрәгги өзүнүн ән јүксәк пилләсинә чатаҹаг. Имам Садигдән (ә) бујурулан һәдисләрин бириндә белә дејилир: “Илаһи пејғәмбәрләрин (ә) халга ҝәтирдикләри ики һәрфдән чох дејилди. Инсанлар индијә кими о ики һәрфдән артыг бир шеј танымырлар. Амма бизим Гаимимиз гијам едәндә галан 25 һәрф ашкар олаҹаг. Һәзрәт (ә.ф.) о ики һәрфи дә 25 һәрфә әлавә едиб, халг арасында јајаҹаг”.


Һәдисдән анлашылан мәна будур ки, ахирәз-заманда Һәзрәт Мәһдинин (ә.ф.) ҝәлиши илә һәр саһәдә ҝүҹлү инкишаф ҝедәҹәк. Елм ҝөрүнмәмиш дәрәҹәдә инкишаф едәҹәк. Бүтүн тәбии сәрвәтләрдә, немәтләрдә бир бәрәкәт мүшаһидә олунаҹаг. Буна охшар башга бир һәдисдә дејилир ки, ахирәз-заманда јер өз хәзинәләрини үзә чыхараҹаг.

Һәзрәт Мәһдинин (ә.ф.) ваһид дүнја һөкумәтинин әсас хүсусијјәти - онун әдаләт әсасында идарә едилмәсидир. Јер үзүндә елә бир јер тапылмајаҹаг ки, орада әдаләт өз јерини тутмамыш олсун. Мүхтәлиф һәдисләрдә ишарә олунур ки, Јер үзү әдаләтлә долаҹаг вә бу, Јер үзү зүлмлә долдугдан сонра баш верәҹәк. Јер үзүндә иғтишашларын, әдаләтсизликдән доған игтисади, иҹтимаи, мадди-мәнәви бөһранларын һәр јердә баш галдырдығы вахтда Һәзрәт Мәһди (ә.ф.) зүһур етмәлидир. Иншәаллаһ.

Һазырлады: Фүзули Шәфијев

http://abna.ir/data....ng=14&id=275420




Рейтинг@Mail.ru