Перейти к содержимому


Публикации Vey-sal

643 публикаций создано Vey-sal (учитываются публикации только с 02-июля 23)



#80388 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 11 сентября 2011 - 21:54 в Şiə-sünni dialoqu

senin sherefinde,menliyinde yazilarindan mene aydindi.birde tekrar edirem eger birinci defeden yaxshi anlada bilmedimse-men,heyatda demedikleri,deye bilmediklerini forumlarda,catlarda nik dalindan deyenleri layiqli adam saymiram,ve beleri ile sual-cavab elemirem.vassalam.


Antibidət İsraildə nə var nə yox?
Ərəblər və türklər (farsları qoyaq qırağa) sizləri incitmirlər?
Nə yapışmısan 2009-cu ilin postlarından? Sən mənim 170-ci postumu cavabla. Vəhabilik etmə. Axı, yazmışdın ki, vəhabi zad deyilsən.
Sənə bir də deyirəm söhbətdən qaçma.
Ay layiqli adam zındıqlıq etmə. Özün özünü inkar etmə. İndi sən nik dalında niyə yazırsan? Çıx Azadlıq meydanına orda bir söz deyərsən.
Mən burda dediklərimi həyatda da deyirəm. Sadəcə layiqli vəhabilər (yəni sələfilər) rastıma çıxmırlar.



#80370 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 11 сентября 2011 - 13:12 в Şiə-sünni dialoqu

seninle aydindi, komp dalinda shire donenlerdensen,menimle uz-beuz olsan menim ailem haqda nese diline getirmeye curetin catmaz. komp dalinda bele sheyler yazmaqsa sherf ve menlikde olan naqisliyi gosterir.senin kimisi ile forumda danismaq xetadir.


Antibidət, xətrinizə dəydisə bağışlayın.
Amma, sovet vaxtı müsəlmanların əksəriyyəti dünyəvi nigah bağlayırdı, vəssalam. Çoxları kəbindən düşünmürdü. Öz qohumlarımdan da belələrin tanıyırdım. Bu ateistlər üçün adi bir hal idi. Burda heç bir naqislik yox idi. Özünüz yuxarıda yazmısınız ki, -"Azerbaycanda ateizm olub, dövlət seviyyesinde".
Şerefsizlik və menliyində naqislik olanlar Qamətin saytı ılə öyünənlərdir. Mən belələrinə yalnız tənqidi yanaşıram. Bu saytla öyünənlərin əksəriyyəti ateistlərin və kəbinsizlərin nigahından törənənlərdir.
Siz mövzudan qaçmayın. Burda sələfilərə suallar verilir. Zəhmət olmasa suallarıma cavab yazın.
Lazım olsa, vətənə gələndə görüşərik "Korennoy Sumqayıtlı Sələfi Balası".



#81314 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 26 сентября 2011 - 10:32 в Şiə-sünni dialoqu

Narkotik ölkəmizə ən çox İrandan gəlir.

Bu narkotik mövzusu olmasa da yazaram.
Narkotik əkilib becərilirsə və istifadə olunursa Kosmosdan olsa belə gətiriləcək. Narkobaronlar üçün heç bir sərhəd yoxdur. İstəyir şaquli olsun, istəyirsən üfüqi sərhəd.
Yerdə qalanlar siyasətdir.



#81827 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 06 октября 2011 - 18:26 в Şiə-sünni dialoqu

aye ne publikasi.cemi-cumu 5 nefer sizsiniz-onun da 1-si iqnorda, 1cede men...sizde birleshib agiz-agiza vermisiniz.beledeki problem deyil.ne sualiniz varsa deyin gelsin,amma tekrarsiz...


Təkrar biliyin anasıdır!

Abdülhey, siz sələfisiniz yoxsa nəsibi?
İslam Peyğənbərinin (S) ailəsinə (Ə) necə yanaşırsınız? Ata-babalarınız İslamın hansı təriqətində idilər (şəxsi sual)?

P.S. Birdən deməyin sən "iqnor"dasan. Ya da verdiyim sualları "iqnor" edəcəksiniz?



#80361 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 11 сентября 2011 - 05:05 в Şiə-sünni dialoqu

)))mekkede de muwrikleridi,sonra islam geldi. onlarda peyqambere-Allahin salami ona ve ailesine olsun-tene edirdiler.(men demiremhe sen mushriksen esdagfurullah,seni tanimiram.)
elhamdulillah tovhid hemishe olub,Azerbaycanda ise ateizm olub. devlet seviyyesinde.
men selefem. bura gelmemishem.ele buraliyam.karennoy Sumqayitti.niyyetimin ekseri Allah rizasi ucundur,
elhamdulillah hal hazirda Azerbaycanda 10-larla elm telebesi var-SELEF. Allah onlardan razi butun suallarimaza cavab verirler.Qametin saytida hemcinin.


Selefi sizə bir neçə sualım var?

1. Mənə bir tarixi mənbə göstərə bilərsiniz ki, sələfilər "korennoy" azərbaycanlılardır?

2. Elə bir fəxrlə Sumqayıt şəhərini yazmısınız ki, güya bu şəhər 1000 ilin şəhəridir. Siz də onun korennoy sakinisiniz. Sumqayıtın əhalisinin 95% (bəlkəm də 100%) Azərbaycanın ayrı-ayrı bölçələrindən gəliblər də. Sumqayıt Sovet şəhəridir.
Nə demək istəyirsən?
30 il bundan qabaq valideynlərin kəbinsiz bir Sovet nigahı yapdılar. Onlardan törənən oldu korennoy sələfi?
Ay vəhabi, yazanda bir düşün. Allah-Tala insana beyin verib ki, ağlını, zəkasını işlətsin.

3. Niyyətivi bildik. Siz sələfilər üçün Allahın rizası nədir?



#81967 Sələfilərə suallar

Отправлено автор: Vey-sal 09 октября 2011 - 21:56 в Şiə-sünni dialoqu

Selefiler Peygember(s.e.s)in movludu gununu qeyd edirler???


Ebul Hesen bu sualı sələfə verməkdə məqsədin nə idi? Nə demək istəyirdin? Xahiş edirəm mövqeyini yaz.



#77156 Allahı görmək olarmı?

Отправлено автор: Vey-sal 10 июля 2011 - 21:25 в Şiə-sünni dialoqu

səndə bunlar kimi,ölümün gələndə əraf 172-173 iman gətirəcəksən.ancaq onda gec olacaq.
sən 1 ci əraf 172 yə iman gətir,sonra cahillik haqqında danışarıq.


Pərvərdigara!
Ölmədik bu günü də gördük.
Sələfilər Şiyələrə Quran ayələrinə ayrı-ayrılıqda iman gətirməyi təklif edirlər. "Statistik seçmə metodu" ilə?!
Ay müsəlman, biz Qurana bütovlükdə bir müqədəs kitab kimi iman gətirdik. Orda məcazilik də görürük. Ən qəlız (sıravi müsəlman üçün şərhi asan olmayan ayələr) ayələrinin şərhini alimlərimizdən ,təqlid etdiyimiz müctəhidlərdən soruşuruq. Əgər səhv şərh edilsə biz bəndələr deyil, imamlarımız, müctəhidlərimiz bizim əvəzimizə cavab vermiş olacaqlar. Biz isə qorxmuruq. Sən bizi cəhənnəmlə qorxutma, cahilliklə ölməknən qorxutma. Özünə gün ağla. Tövbə et. Dinə gəl. Dində ziddiyyət görürsənsə təqlıd üçün müctəhid seç. Onda, əgər bir günahın olsa, bağışlanacaqsan, inşəAllah.
Şükür Allaha, müctəhidlərimizin islam qanunları və şəriətlə idarə etdikləri islam cəmiyyəti və dövləti dirçəlib və çiçəklənir. İnsanlar mənəvi cəhətdən azaddırlar.
Sizin rəğbət bəslədiyiniz Səudlar kimi depresionda yaşamırlar. Sonra da gedib özünü psixoanalitikə göstərməyə lüzum qalmır.



#86978 Хадисы об имаме Махди (ДБМ)

Отправлено автор: Vey-sal 26 декабря 2011 - 23:05 в Хадисы

А может Вы один из этих 313-ти? что Вы скажите про это http://sy-islam.omkara.ru/imam.htm :shades: ну раз Вы не хотите говорить что видели, поможем Вам подругому. :okL:


Ребята не надо зындыгничить!
Все таки тема называется "Ответ в Хадисы об имаме Махди (ДБМ)".
Макс вы являетесь заместителем Дауда?
У нас здесь бродить один Мехмет с замом Абу Мухаммад. Вы тоже на паре работаете?
Прошу не офтопит тему. Реклама буддийского сайта "Йога и Ислам" тут не уместна.



#88242 Хадисы об имаме Махди (ДБМ)

Отправлено автор: Vey-sal 17 января 2012 - 21:30 в Хадисы

Значит через семь лет надо ждать Ису? почему семь лет? и что ани ему дадут(эти семь лет)? :shades:


Max, когда откроете тему про Дорджа Буша младшего, тогда будете впендироваться и умничать.
Здесь обсуждается хадисы про Имама Махди (А).



#87746 Хадисы об имаме Махди (ДБМ)

Отправлено автор: Vey-sal 05 января 2012 - 15:47 в Хадисы

Ас саламу алейка)
Есть хадисы(шиитские) о внешности Имама Махди(да ускорит Аллах его пришествие) и о том сколько он будет править? Если есть выложите пожалуйста. Заранее благодарин.


Вот некоторые хадисы про Имама Махди (А):
http://313news.net/f...dpost__p__66567

Хадисы об имаме Махди (да ускорит Аллах его пришествие!

http://abna.ir/data....ang=4&Id=175416

Четыре периода жизни Имама Махди (A)

http://abna.ir/data....ang=4&Id=243745



#87046 Хадисы об имаме Махди (ДБМ)

Отправлено автор: Vey-sal 27 декабря 2011 - 19:50 в Хадисы

Ты чё несёш, дядя? может ты ещё подскажеш мне какие вопросы задовать? Поверь мне, если можно было бы эти сообшения удалить, я давно это зделал бы. :shades:


Дядка, откройте-ка, тему "Макс и его убеждения для переубеждении Дауда". Там, сколько хотите задавайте друг-другу вопросов.
К стати вы уже "мурид" и можете самостоятельно открыть тему.



#87725 Любимые стихи

Отправлено автор: Vey-sal 05 января 2012 - 03:11 в Литература

Bismillah!

Atıldı dağlardan zəfər topları
,Bürüdü elləri əsgər, bismillah!
O xan sarayında çiçəkli bir qız
Bəkliyor bizləri zəfər, bismillah!

Ey döyünən yürək, dumanlı şəhər,
Bilirmisən, bu zor gurultu nədir?
Aç sisli qoynunu, ordumuz gəlir,
Nişanlın qoynuna girər, bismillah!

Ey hərbin taleyi, bizə yol ver, yol!
Sən ey gözəl dəniz, gəl türkə ram ol!
Sən ey sağa, sola qılınc vuran qol,
Qollarına qüvvət gələr, bismillah!

Ey Baku, sən qorxma, gəldik, gələli,
Səninçün atıldıq daim irəli!
Sağ qalanlar annələrə təsəlli,
Şəhidlərin ruhu gülər, bismillah!

Ey düşman, alnının yazısı qara,
Öldürməz bizləri, vurduğun yara!
Yolladığın qurşun ərməğan sana,
O kirli alnını öpər, bismillah!

Sən mərd olub dursan qarşımda əgər,
Qudurğan sazmalı növbətin keçər;
Sağlandığın topraq qanını içər,
Yurdun olmaz sana sipər, bismillah!

Yurdumuzda bizə meydan oxuyan,
Murdar cəmdəkləri murdar qoxuyan.
Təkbir səslərini uzaqdan duyan,
Düşmənimi zaman istər, bismillah!


Ə.Cavad. Yasamal, 1918.



#88812 Son Xəbərlər

Отправлено автор: Vey-sal 05 февраля 2012 - 21:34 в Ümumislam mövzular

Daha bir azərbaycanlı TALİBAN öldürüldü
http://abna.ir/data....ng=13&id=294864

Daha bir azərbaycanlı vəhabi soydaşımız cəhənnəmə vasil oldu. Ay bədbəxt sənin deynən kimin ölüb Pakistanda...

Еще один азербайджанец-ваххабит был отправлен в ад.



#86536 Son Xəbərlər

Отправлено автор: Vey-sal 21 декабря 2011 - 00:16 в Ümumislam mövzular

http://www.islamazer...6832-haber.html


Ali Səud Məscidul-Hərəmin iki qapısının adını Ali Səud krallarının adı ilə əvəz edib

Ali Səud rejimi Məscidul-Hərəmin iki qapısının adını öz ata-babalarının adları ilə əvəz edib. Belə ki, əl-Ümrə və əl-Fəth qapıları Kral Səud və Kral Xalid adlarına dəyişdirilib.

45 saylı qapı əl-Fəth qapısı Kral Xalid, 62 saylı qapı əl-Ümrə qapısını isə Kral Səud adı ilə əvəz etməklə bir daha İslam və müsəlmanları təhqir edən Ali Səud rejimi öz addımını belə izah edib ki, həmin krallar müsəlmanlara və İslama xidmət göstərdikləri üçün onların adlarını əbədiləşdirmək qərarına gəliblər. \ahlibeyt\
islamazeri.az



#82123 Son Xəbərlər

Отправлено автор: Vey-sal 11 октября 2011 - 23:11 в Ümumislam mövzular

http://abna.ir/data....ng=13&id=271172

Seyyid Mübarizə məktub

Biz səni unutduq, heç olmasa sən bizi unutma!

Seyyid Mübarizə məktub

Salam Mübariz


Canım igid qəhrəmanım! Bilirəm bizdən çox nigaransan. Hərçənd məktubunda səndən nigaran qalmamağı yazmışdın. Biz sənin sözünə “əməl etdik.” Unutduq səni. Qarabağı işğal günlərində xatırladığımız kimi səni də ancaq doğum və ölüm günündə xatırlayacağıq. İncimə qardaş bu bizim qanımızdadır. İndi sən də dönüb oldun bizlər üçün 100 il bundan qabaqkı adam. Hay-hüy saldıq, adına məktəb qoyduq, küçə filan ki səni əbədiləşdirəcəyik. Amma… Sən demə bütün bunlar sadəcə bir göstəriş imiş. Sənin qəhrəmanlığın bizlərə örnək olacaq yerinə biz səni unutmağa qərar verdik. Qınama bizi qardaşım. Bax sən tək deyilsən. Səndən əvvəl şəhid olan neçə-neçə oğlanlarımız var. Onlar da yaddan çıxıb. Düzdür heç kəs və heç nə unudulmur deyirik. Amma bu sözdədir. Sabir demiş iş görəcək yerdə söz əzbərləməyi bacarırıq.

Yaxın günlərdə ziyarətinə gəlmişdim. Səssizlik və tənhalıq tək sənin deyil orda yatan bütün şəhidlərin qismətidir. Bu artıq neçənci ziyarətimdir ki, sizi tənha görürəm. Nə demək olar. Xalqımız dəyərlərinə, ideallarına yadlaşır. Çünki xalqımızın yeni "eurovision"-u var. Daha Qarabağıda xatırlamır. Sən elə bir iş gördün ki, əgər bu düşmənlərdə olsaydı səni heç vaxt unutmazdılar.

Ermənilərin bir qaniçən terrorçu avoları var. Onu da ki, bir Azərbaycan oğulu it kimi gəbərdib. Özü də təkbətək döyüşdə. Ermənilərin az qala adını belə çəkəndə qorxduqları avonu İbad adlı bir oğlan özü də cəmi 22 yaşı olanda başını kəsib. Amma ermənilər onun başsız bədəni basdırılan yeri bu gün ziyarətgaha çeviriblər. Amma sənin məzarına…Eh qardaş biləsən ki, hələ də Qarabağı ala bilməmişik. Hələ ümidimizi dikmişik bir-iki gədə-güdəyə ki, gəlib torpağımızı alıb bizə verəcəklər. Erməni isə Qarabağda seçkilər keçirir, artıq özünü oralı hesab edir.

Əzizim Mübariz! Məktubunda ibadətimizə diqqət etməyi tapşırmışdın. Amma buna da imkan vermirlər. İbadətin bizi olan namazı qılmaq üçün həbsxanada arayış istəyirlər. Gərək yaşadığın yerdən, məsciddən axundun imzası, möhürü ilə arayış ola ki, namaz qıla bilək. Hə bir də hicab geyinməyə qoymurlar. Balaca qızlarımız gərək soyunsunlar. Sən isə bizə ibadətimizdə möhkəm olmağı tapşırmışdın. İbadətində möhkəm olub, zülmə qarşı çıxan 7 nəfəri isə bu yaxında məhkəmədə hökm oxudular. Onlara terrorçu, adam öldürən damğası vurub hərəsinə 12 il həbs verdilər. Bilmirəm xəbərin oldu ya yox? Dedim ki, bunu da biləsən.

Salamat qal Mübariz. Biz səni unutduq, heç olmasa sən bizi unutma!

P.S. Hə bir də lap yadımdan çıxmışdı. Əhmədə də Fəridə də salam de. Onlar deyəsən elə mənim də yadımdan çıxıb…

Tural Əliyev



#84016 Son Xəbərlər

Отправлено автор: Vey-sal 17 ноября 2011 - 20:46 в Ümumislam mövzular

Veysal, qardaş!
Bir sözlə :

Deməli, İsrail İrana Hücum eləməmişdən qabaq Azərbaycanda təhlukəsizliyini təmin eləməyə çalışır! :rolleyes:



Razıyam Qardaşım,
amma İsrailin İrana hücum etməyə hünəri çatmaz.

İsrailin və sionizmin planları daha genişdir. Azərbaycan və azərbaycan xalqı bu "şeytani planların" qurbanlarından biridir. Əslində sionistlər İmam Qaimin (Ə) zuhurundən bərk qorxurlar. Onlar şiyəliyin yayılmasından qorxurlar. Harda Əlinin (Ə) vilayətini tanıyanlar cəmlənibsə oranı xərabəzara döndərmək istəyirlər.
Nəyin bahasına olursa olsun!

İran, İraq, Suriya, Bəhreyn şiyələri və o cümlədən şanlı Azərbaycan şiyələri. Ən qansız planlarını bizdə həyata keçirirlər. Məsələn, onlar Azərbaycan xalqına qarşı sosial terorlar həyata keçirirlər. Dünyanı gəzib dolaşsan başa düşmək olur ki, ən bədbaxt günlərini azərbaycanlılar yaşayırlar. Sanki, kütləvi ev dustaqlarıyıq.

Sonuncu qanun dəyişiklikləri Məhərrəmlik ayının yaxınlaşması ilə bağlıdır. Camaatı birləşdirə bilən əzadarlıq məclisləri və toplantıların qaqşısını alsınlar, ki xalq çoxluğu öz gücünü hiss etməsin.



#81772 Son Xəbərlər

Отправлено автор: Vey-sal 05 октября 2011 - 15:02 в Ümumislam mövzular

http://abna.ir/data....ng=13&id=269835


İslamçıların lideri son sözün dedi

Mövsüm Səmədov: İnsanın bir gün azad yaşaması bir ömür boyu qul kimi yaşamasından üstündür.

İslamçıların lideri son sözün dedi (Yenilənib)

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: FaktXeber.com saytının məhkəmədə olan müxbiri bildirdi ki, fasilədən əvvəl Mövsüm Səmədov, Vaqif Abdullaey, Fəraməz Abbasov son sözlə çıxış ediblər. Son sözlə çıxış edən İslamçıların lideri əvvəlcə məhəkəməyə gələnləri salamlayıb. Daha sonra çıxışına davam edən Mövsüm Səmədov bildirib ki, məhkəmədən əvvəl buraya gələn insanlar döyülüb, təhqir olunublar. Qanunsuz başlayan məhkəmə prosesini görmüşdük. Təəssüflər olsun ki, bu gündə bu qanunsuzluqlar davam edib. 3 aya yaxındır davam edən məhkəmədə 20-dən çox iclas keçirilib. Bu iclaslarda biz haqq görmədik. Nahaqqlarla qarşılaşdıq. Məhəkəmə iclaslarında şahidlərin yalançılığı ifşa olundu. Bu onun göstəricisidir ki, bu şahidlər polislərin ştatdankənar işçiləridir. Şahidlər dindar olduqlarını iddia edirlər, amma məscidin qapısını, quruluşunu bilmirlər. Burada oturan şəxslərin üzünə duran şahidlərinin hamısının iç üzü açıldı. Yalançı şahidlərin özlərini müdafiə etməsi üçün 3 ay vaxt verilir, amma bizim özümüzü müdafiə etməmiz üçün 2 saaat vaxt verildi.

Ekspertiza rəyinə toxunan Mövsüm Səmədov bildirdi ki, ekspertiza rəyi ötəri oxundu. Ekspertizanın verdiyi rəy məhkəməyə gətirilmədi. Bəlkə mənim onlara bir sözüm var idi. Onlar nə haqla mənim "müdafiə" sözümü "cihad" sözü ilə əvəz ediblər. Bu onların savadsızlığını göstərir. Deyirlər ki, xalqı mübarizəyə çağırmısan. Nəyə görə, nə formada çağırmışam, mənim sözlərim var idi , amma hamısı ürəyimdə qaldı.

İslam Partiyasının fəaliyyətindən danışan partiya lideri qeyd etdi ki, Azərbaycan İslam Partiyası Azərbaycanda olan tək-tük siyasi partiyalardandır. Mən 1992-ci ildə partiyaya işə gələndə David Sidneyin o vaxt ki, sədr Əlikram Əliyevə olan məktubu əlimə keçdi. David Sidney Əlikram Əliyevi evinə qonaq çağırmışdı. Lakin Əlikram Əliyev bu dəvətdən imtina etmişdi. Soruşandakı niyə bu dəvətdən imtina etdiniz!?, - cavabında demişdi ki, "Mən insanlara zülm edən dövlətin işçisinin evinə getmərəm!".

Biz belə bir partiyanın üzvüyük. Heç bir partiya şəhid verməyib. Bizim partiyamız şəhid verib. Kəblağa Quliyev MTN-də öldürüldü. Gətirdilər evinə ki, guya xəstə olub. 2007-ci ildən biz bu siyasəti davam etdirmişik. Biz həmişə xalqa dayaq olmuşuq. Bizi silah-sursat saxlanmaqda ittiham edirlər. Bilirəm ki, onsuzda bu məhkəmə sifarişlə iş görür və hamımızda iş kəsiləcək. Mən xaiş edirəm burada heç kəsə iş kəsilməsin. Mənə ikiqat cəza verilsin. İnsanın bir gün azad yaşaması bir ömür boyu qul kimi yaşamasından üstündür. Biz bir ömür yaşayaq amma Allahın nəzərindən kənarda qalmayaq.

Daha sonra məhəkəmədə Vaqif Abdullayev və Fəraməz Abbasov son sözlərini söyləyiblər. Məhkəmə fasilə elan olunub.



#77418 Son Xəbərlər

Отправлено автор: Vey-sal 12 июля 2011 - 23:24 в Ümumislam mövzular

AİP: Bakı milli meyarlardan uzaqlaşdırılır

http://www.abna.ir/d...ng=13&id=253048



#77345 Son Xəbərlər

Отправлено автор: Vey-sal 11 июля 2011 - 23:10 в Ümumislam mövzular

Nardarana “Eurovision” zərbəsi

Utanmaz utanmaz hələ bir namazlarında Fərəc duasınıda oxuyurlar.İmamın əsgərlərinə baxda.
Nə oldu ey Nardaranlılar?Sizin də ruhanilərinizi satın aldılar?


Qardaş bu söhbətdə mən sizin yazdıqlarınızla razı deyiləm. Yuxarıdakı mənim postumda oxuyun görün necə "dünyəvi Azərbaycanda" bizim mömin qardaşlarımızı şərləyib, damlara basırlar. Nardaranlılar nə etməlıdıki?
Bir şeytanı hotel tikiblər. Hotelin açılışını şeytanlara layiq qeyd ediblər. Buna dindarlar nə etməlidi, Qardaşım? O, yazıqlar öz elementar hüquqlarını müdafiə edə bilmirlər.
Dünyavi ölkədə yaşayırıq biz, şeytani ölkədə...
Müaviyənin bacısı oğlu helə gərək "şeytan-hoteli" müqəddəs məqbərənin olduğu yerə yaxın tikəydi? Budur səbəb, ilişirlər qardaşım. Az keçməz təqiyyə saxlayan dindarlara da iş açarlar bunlar...
Hörmətlə qardaşınız.



#76837 Son Xəbərlər

Отправлено автор: Vey-sal 08 июля 2011 - 01:51 в Ümumislam mövzular

ABŞ-dan AZƏRBAYCANA NÖVBƏTİ ZƏRBƏ + FOTO "ŞUŞA"

http://abna.ir/data....ng=13&id=252040



#77479 Son Xəbərlər

Отправлено автор: Vey-sal 14 июля 2011 - 22:59 в Ümumislam mövzular

Qardaşlar əsəbləşməyin!

İranlıların elə bir dövrü olub ki (50-100 il bundan əvvəl), müctəhidlərimizi bir sözə görə dar ağacindan asıblar.
Amma, indi?
Qeyd etmək lazımdır ki, İslamda təqiyyə saxlamaq bəzi dövrlər müstəhəbdir. İmamlarımız (Ə) buna yol veriblər.
O ki qaldı, Nardarana siz möminlərə bir şeyi arzulamaq istərdim;
İnşəAllah bu hotelə bir neçə ildən sonra İmamın (ə) bacısının ziyarətinə gələnləri yerləşdirəcəklər.



#79219 Son Xəbərlər

Отправлено автор: Vey-sal 16 августа 2011 - 01:14 в Ümumislam mövzular

"Bakı polisindən nümunə götürün"

http://abna.ir/data....ng=13&id=259765



#75413 Son Xəbərlər

Отправлено автор: Vey-sal 13 июня 2011 - 15:03 в Ümumislam mövzular

Саудовская Аравия остается единственной в мире страной, где женщинам запрещено садиться за руль. :loool:

В Саудовской Аравии еще 6 женщин отправили в тюрьму за вождение автомобилем
http://abna.ir/data....ang=4&id=246965



#79631 Son Xəbərlər

Отправлено автор: Vey-sal 20 августа 2011 - 21:53 в Ümumislam mövzular

”Çox qəribə ittihamdır”

Yevda Abramov: “Mövsüm Səmodovun yaxınları mənimlə ən yaxın adamlardır, onlar həmişə və indi də qəsəbədə yaşayan yəhudilərin hüzür və şənlik məclislərində iştirak edib və edirlər”

http://abna.ir/data....ng=13&id=260836



#81773 Son Xəbərlər

Отправлено автор: Vey-sal 05 октября 2011 - 15:09 в Ümumislam mövzular

http://abna.ir/data....ng=13&id=269825

Seyyid Fəraməz “əliyevlər məhkəməsi”n tənqid atəşinə tutdu

“MƏNİ QATI DİNDAR ADLANDIRIRSINIZ, AMMA İÇKİLİ ADAMLARLA BİR YERDƏ SAXLAYIRSINIZ”


Seyyid Fəraməz “əliyevlər məhkəməsi”n tənqid atəşinə tutdu

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslamçıların məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları fasiləyədək davam edib. Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovdan sonra partiya sədrinin birinci müavini Vaqif Abdullayev, daha sonra isə Masallıdan olan ruhani Fəramiz Abbasov çıxış edib.

F.Abbasov son çıxışında ona qarşı elan olunmuş ittihamı xülya adlandırıb: “Dövlətin mənə qarşı düzüb-qoşduğu ittiham gülüncdür. Şahidlər öyrədilmiş adamlardır və onlar xülya danışıblar. Xülya danışmaq isə düşüncəsiz adamların işidir”.

F.Abbasov konstitusiya hüquqlarının, onlara qarşı təqsirsizlik prezumpsiyasının pozulduğunu vurğulayıb: “Mənə deyirlər ki, ölkəyə terror gətirmisən. Başa düşə bilmirəm ki, söhbət hansı terrordan gedir. Mən guya hansısa siyasi cərəyanlarla birləşib dövlətin hansısa orqanını devirməliymişəm. Bu nə deməkdir? Nə qədər gülməli olmalısan ki, bir adamla bağlı bu qədər gülməli iddia qaldırasan? Azərbaycan elə bir ölkədir ki, bu situasiyaya hər kəs düşə bilər. Bəs mən kiminlə işləmişəm, hanı o tərəfin adamları?

Heç bir ibtidai dini savadı olmayan ittiham tərəfi özlərindən “Quran”dan nümunələr gətirirlər. İttiham irəli sürmüsünüz, zəhmət çəkib hüquqi faktlarla danışın, ittihamınızı əsaslandırın. Əgər burada dini məhkəmə qurmusunuzsa, heç olmasa mənim ittihamımı “Quran”la düzgün əsaslandırın. Mən “Quran”da özümə qarşı heç bir fakt görmürəm. İslamı burda yanlış təbliğ edirlər”.

Çıxışında Məhəmməd peyğəmbərdən misal gətirən F.Abbasov deyib: “Məhəmməd peyğəmbər öz ümmətini balaları bilib və insanları bir-birindən muğayat olmağa çağırıb. Məni qatı islamçı, dindar adlandırırsınız. Bəs onda niyə məni narkomanlarla, içkili adamlarla, oğurluq edənlərlə bir yerdə saxlayır, onlarla bərabər aparıb-gətirirsiniz? İnsanlıq bu qədər qiymətdən düşüb?”

Məhkəmə fasilə elan edib. Fasilədən sonra Rufulla Axundzadənin, Zülfüqar Mikayılzadənin, Dəyanət Səmədovun və Firdovsi Məmmədrzayevin çıxışları olacaq.




Рейтинг@Mail.ru