Перейти к содержимому


Публикации Samir Selefi

59 публикаций создано Samir Selefi (учитываются публикации только с 29-июня 23)



#63295 Əbubəkrin mağara əhvalatı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 14:23 в Şiə-sünni dialoqu

Bizim kitablarda gəlib və biz bunu qəbul edirik. Sadəcə olaraq sizin kitablardakı, hədislər əksini deyir. Əmmamılik edib bunu izah elə.

Harda bunun əksini gördün ki belə ürəkləndin?


Mövzunu oxumamısan məgər?

http://313news.net/f...dpost__p__25897

http://313news.net/f...dpost__p__26012

Əqidədaşın hədisləri diqqətlə oxumayıb.



#63316 Əbubəkrin mağara əhvalatı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 17:07 в Şiə-sünni dialoqu

Əqidədaşın hədisləri diqqətlə oxumayıb.

Mən diqqətlə oxudum
http://313news.net/f...dpost__p__26012

Və nə qərara gəldin? Hədisin biri konkret hadisə haqqındadır, orada Əbu Bəkrin adı çəkilmir, o biri isə ümumi məlumat verir, belə deyil? Məgər Əbu Bəkr Hicrət hadisəsindən sonra heç vaxt Quba məscidində namaz qılmayıb? Və yaxud məsələn onun Hicrət hadisəsindən 5 il sonra Quba məscidində namaz qılması onun ilk mühacir olmasını inkar edir? Və yaxud Salim yalnız Hicrət hadisəsindən sonra dərhal, yalnız bir dəfə Quba məscidində imamlıq edib?



#63282 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 12:48 в Şiə-sünni dialoqu

Nədənsə şiyələr bu məsələdə əhli sünnə mənbələrinə üz tuturlar, halbuki bu rəvayətləri qəbul etmirlər, fəqət öz kitablarında nəql olunan və onlara görə səhih olan imam Cəfərin "Ümmü Gülsüm bizdən qəsb edildi" sözlərini görməzdən gəlirlər.
Amma hamısı yox. Əgər bütün şiyələr bu izdivacın olmamasına etiqad etsəydilər, bu məsələyə müxtəlif izahlar gətirməzdilər.



#63288 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 13:54 в Şiə-sünni dialoqu

Subhanallah!

bəli, Allah vahhabilərin Ona nisbət etdiyi sifətlərdən münəzzəh və subhandır

Siz bundan dəhşətlisini Əli (r.a.) nisbət edirsiniz. Məgər kiminsə onun evinə soxulub zövcəsinə təpik vurması və onun bunları müşahidə etməsi Əli (r.a.) qeyrətinə müvafiqdir?

"Bu vaxt imam ə.s sıçrayıb Ömərin yaxasından tutdu, sonra onu fırladıb yerə atdı, onun burun və boynunu ayağının altına alıb tapdaladı, onu öldürmək istədi, amma Rəsulullahın s.a.a səbr etməsiylə əlaqədar söz və tövsiyələrini xatırlayınca belə dedi: "Ey Sahhak oğlu! Məhəmmədi peyğəmbərliklə üstün qılana and olsun ki, əgər Allahdan tərəf bir əhd olmasaydı, şübhəsiz ki, evimə giremeyeceğini əlbəttə anlamış olacaqdın." Bu əsnada Ömər kömək diləməyə (yəni mələməyə) başladı ..."

Əllamə Məclisi r.a, "Biharul Ənvar", cild 43, səhifə 198

O zaman İmam Cəfərin "Ümmü Gülsüm bizdən qəsb edildi", həmçinin Şeyx Müfidin "Əmirəl-möminin Əli (ə) Ömərin hədələdiyinə, özünün və şiələrinin canı təhlükədə olduğu üçün məcburiyyət qarşısında qalaraq bu təklifi qəbul etmişdir" sözlərini necə başa düşək???
Gətirdiyin hədisi araşdıracam, amma maraqlıdır Əli (r.a.) nəyə səbr etdi? Və sonra niyə beyət etdi?



#63281 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 12:43 в Şiə-sünni dialoqu

Bu hadisə həzrət Əli (ə)-ın qeyrətinə müvafiq deyil. Necə mümkündür həzrət öz qızını nigahdan qabaq şəri hökümləri riyaət etməyən bir şəxsə tapşırsın?!

Subhanallah! Siz bundan dəhşətlisini Əli (r.a.) nisbət edirsiniz. Məgər kiminsə onun evinə soxulub zövcəsinə təpik vurması və onun bunları müşahidə etməsi Əli (r.a.) qeyrətinə müvafiqdir?



#63324 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 17:39 в Şiə-sünni dialoqu

Şiələrdə Əmin əl-İslam ləqəbi ilə tanınan ət-Tabərsi özünün "İləm əl-Vara bi İləm əl-Huda" kitabında (səh: 402) deyir:
وأما أم كلثوم فهي التي تزوجها عمر بن الخطاب وقال أصحابنا إنه عليه السلام إنما تزوجها منه بعد مدافعة كثيرة وامتناع شديد واعتلال عليه بشيء بعد شيء حتى ألجأته الضرورة إلى أن رد أمرها إلى العباس بن عبدالمطلب فزوجها إياه
"Lakin Umm Kulsum, Ömər bin əl-Xattaba ərə getmişdir. Bizim əshabımız dedi: Əli - aleyhis-sələm - onu çoxlu münaqişə, inkar və tərəddüddən sonra zərurət qarşılığında verdi və hətta bu işə Abbas bin Abdulmuttəlib qarışdı və o da ona ərə verdi..."
Təbərsi yalan deyib?
عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ هِشَامِ بْنِ سَالِمٍ وَحَمَّادٍ عَنْ زُرَارَةَ عَنْ أَبِي عَبْدِ اللهِ (عَلَيْهِ السَّلام) فِي تَزْوِيجِ أُمِّ كُلْثُومٍ فَقَالَ إِنَّ ذَلِكَ فَرْجٌ غُصِبْنَاهُ.

"Əli bin İbrahim, atasından, o da İbn Əbu Umeyrdən, o Hişəm bin Səlimdən və Həmməddən, o da Zuraradan, o is\ /bu Abdullahdan - aleyhis-sələm - Umm Kulsumun evliliyi barədə rəvayət etdi. Əbu Abdullah dedi: "Bu verməli olduğumuz bir fərc idi."

Əli ibn İbrahim ibn Haşim əl-Qumi əl-Kuleyninin yanında o qədər siqadır ki, əl-Kafi kitablnln üçdə biri onun rıvayıtlıridir. ən-Nəccaşi və İbn Mutahhar onun haqqında deyir: "siqatun fil hadis"
atası isə İbrahim bin Haşim əl-Qumi və şiələr tərəfindən siqa sayılmışdır.
Muhamməd bin Əbi Umeyr isə digər şiə ravisi və şiələrin qəbul etdikləri siqa biridir. Əbu cəfər ət-Tusi onun haqqında deyir: "Kənə min Əvsaq ən-Nəs" (İnsanların ən siqası idi). Bundan əlavə bu ravi "Əshabul-İcma"dan biri sayılır, bu isə o deməkdir ki, əgər belə bir raviyə qədər gələn sənəd səhihdirsə, onun rəvayət etdiyi sənəd avtomatik səhih sayılır.
Hişəm bin Səlim və Həmməd hər ikisi bunu rəvayət ediblər və onlar da şiələrin məqbul saydıqları ravilərdir.
əz-Zurara isə Əbu Abdullahın əshabındandır.
Bu evlilik olub, fəqət şiyələr Müfidə qədər bunu qəbul ediblər.



#63322 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 17:28 в Şiə-sünni dialoqu

Sizin forumlarda bu evliliyin olmaması barədə yaydığınız məlumat yalnız Müfid və ondan sonra gələnlərə dayanır: "İnsanlar elə bildilər ki, Ömər Əlinin qızı Ümm Gülsümlə evləndi, amma əslində o Ümm Gülsüm bintə Cərvilə Xüzeymə ilə evlənmişdir."
Müfidin buna dəlili nədir? İmam Cəfər "bizdən qəsb etdilər" dedikdə kimi nəzərdə tutur?
O ki qaldı sənin gətirdiyin təzadlara, bu çox qəribə məntiqdir. Əgər bir hadisə baş verərsə, lakin bu hadisənin baş verməsində təzadlı şəhadətlər mövcud olarsa, bu, heç də hadisənin baş vermədiyi anlamına gəlməz. Əgər bir nəfər öldürülərsə, lakin kimsə onun bıçaqla öldürüldüyünü, kimsə onun odlu silahla öldürüldüyünü, kimsə başqa cür öldürüldüyünü söyləyərsə, bu heç də həmin adamın öldürülmədiyi anlamına gəlməz.
Əgər bu məntiqlə biz danışsaq o zaman gərək şiələrin elə üzərində əsaslandıqları etiqadı məsələləri də inkar edək. Ğədir Xum hadisləri barədə də təzadlı rəvayətlər gəlmişdir, lakin heç bir kəs bu hadisənin baş vermədiyini söyləmir.

PS, mənə görə sən elm və mərifətdən uzaq adi bir şiyəsən, dedim Elməddinə nəzərən.



#63296 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 14:33 в Şiə-sünni dialoqu

O zaman İmam Cəfərin "Ümmü Gülsüm bizdən qəsb edildi"

O hədisdə hansı zəmanədən və hansı Ümm Gülsümdən danışılır? Bəlkə bu hədis Umm Gülsüm ləğəbli Zeynəb bintə Əli (sə) haqdadır?!

həmçinin Şeyx Müfidin "Əmirəl-möminin Əli (ə) Ömərin hədələdiyinə, özünün və şiələrinin canı təhlükədə olduğu üçün məcburiyyət qarşısında qalaraq bu təklifi qəbul etmişdir" sözlərini necə başa düşək???

Elə də başa düşək ki, Ömər Əlini məcbur edərək Ümm Gülsümü qəsb edib və bununla da bu "nigah" səhih sayılmır. Həmçinin Ömərlə Əlinin yaxşı münasibətdə olmaları mifini də puç edir.

Gətirdiyin hədisi araşdıracam, amma maraqlıdır Əli (r.a.) nəyə səbr etdi? Və sonra niyə beyət etdi?

Araşdırsaz yaxşı olardı, biz də Sizin cavabları gözləyərik.
Əli bir çox səbəbdən səbr edirdi və beyəti yalnız Sizin saxta xəbərlərinizə görə 6 aydan sonra etdi, bizə görə isə o heç vaxt beyət etməyib.

Sən bir söz deyirsən, Elməddin başqa bir söz, amma mənə görə sənin rəyin daha mötəbərdir, çünki sən onfan daha biliklisən. Ömər Əli (r.a.) necə məcbur edib? Hücum hadisəsində Əlinin (r.a.) Öməri yıxması səhihdirmi? Çünki bu forumlarda sizin ən bilikliniz olan Sadr (bəlkə o sənsən?), bu haqda mübahisəmizdə bir söz söyləməmişdir. Rəvayətin zahiridə ziddiyətlidir, əgər Fatiməyə (əleyhəsalam) qarşı belə bir davranış olsaydı və o qanlar içində yerə sərilmş olsaydı və övladı düşmüş olaydı Əli (r.a.) səbr edərdimi? Həmdə necə oldu, burda səbr etdi, qızını qəsb edəndə səbr etdi, nəticəsi olmadı axı, imamət bərqərar olmadı axı!



#63325 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 17:44 в Şiə-sünni dialoqu

qərib məxluqlarsınız. az öncə Müfidin r.a evliliyi qəbul etdiyini iddia edirdin indi özün öz yalanını açırsan?

Şeyxin r.a dəlilinin nə olduğunu bilmək üçün kitablarına baxmaq və sözlərini tamam oxumaq lazımdır.


Mən sual vermişəm:

Şeyx Müfidin "Əmirəl-möminin Əli (ə) Ömərin hədələdiyinə, özünün və şiələrinin canı təhlükədə olduğu üçün məcburiyyət qarşısında qalaraq bu təklifi qəbul etmişdir" sözlərini necə başa düşək???

Nə isə, bu mövzuda artıq yazmaq istəmirəm, çünki fayda yoxdur. O ki qaldı Qədir Xuma, bu hadisədən imamət, vilayət, xilafət anlayanlar yalnız şiyələrdir.




Рейтинг@Mail.ru