Перейти к содержимому


Публикации RahilMR

57 публикаций создано RahilMR (учитываются публикации только с 17-июня 23)



#78850 Mən elmin şəhəriyəm, Əli onun qapısıdır

Отправлено автор: RahilMR 09 августа 2011 - 10:44 в Hədislər

Hər kəs bu ŞƏHƏRƏ (s) qapıdan (ə) girməsə O OĞRUDUR.
Oğrunun da əli kəsilməlidir.



#80832 11 sentyabr hadisələrinin arxasında kimlər dayanır?

Отправлено автор: RahilMR 20 сентября 2011 - 13:35 в Ümumislam mövzular



Harun Yahyanın özündən zəhləm getsədə bu materiala baxmağa dəyər.



#83602 Товары из США

Отправлено автор: RahilMR 09 ноября 2011 - 16:31 в Продаю

Əssəlamu aleykum və rəhmətullah!

Qardaşlar, sizlərdən və ya tanışlarınızdan notebook, iphone və sairə
hətta avtomobil istəyən olarsa Bakıdakından çox ucuz qiymətə ABŞ-dan gətirə bilərəm.
Məlumat üçün bildirim ki, notebook ~120~150 $ qiymət fərqi edir.
Xatırladıram ki, ABŞ üçün istehsal olunan notebook və s.keyfiyyətinə görə də Dubay mallarından xeyli üstündür.

Əlaqə : furqan85@mail.ru email addresinə müraciət edə bilərsiniz. (Rahil)

Vəssəlamu aleykum və rəhmətullah!



#77423 İSRA 60

Отправлено автор: RahilMR 13 июля 2011 - 12:43 в Qur'an və onun təfsiri

Xanım Zeynəb (salamullahi əleyha) buyurur:
"Qardaşım Huseynin (ə) başını kəsən bu qılınclar "Səqifə"də itilənmişdi".

Deməli, ilk meymunlar da Səqifədə toplaşanlar idilər.



#76333 İSRA 60

Отправлено автор: RahilMR 05 июля 2011 - 14:07 в Qur'an və onun təfsiri

Hər ikisi.



#76351 İSRA 60

Отправлено автор: RahilMR 05 июля 2011 - 17:19 в Qur'an və onun təfsiri

İsra/60:
وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِالنَّاسِ وَمَا جَعَلْنَا الرُّؤيَا الَّتِي أَرَيْنَاكَ إِلاَّ فِتْنَةً لِّلنَّاسِ وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي القُرْآنِ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلاَّ طُغْيَانًا كَبِيرًا
“(Xatırla,) o zaman ki, sənə dedik: Həqiqətən, Rəbbin insanları əhatə etmişdir. Sənə göstərdiyimiz röyanı və Qur’anda lənətlənmiş ağacı xalq üçün yalnız sınaq qərar verdik. Biz insanları qorxuduruq, amma (Bizim xəbərdarlığımız) onlarda tüğyan və azğınlıqdan başqa bir şey artırmır.”

Dəvə adi bir heyvandır. Amma Allah Salehin dəvəsi haqqında “Allahın dəvəsi” təbirini işlədir. Çünki Allaha aid olan hər şey müqəddəsdir. Qur’anda hətta Əbu-Ləhəbin adına belə dəstəmazsız toxunmaq olmaz. Bu ayədə isə Peyğəmbər (s) Əhli-beytinin (ə) qatili olmuş mə’lun ağacdan söz açılır.
Rəvayətlərdə oxuyuruq ki, Əhli-beyt (ə) buyurmuşdur: “Biz Salehin dəvəsindən əskik deyilik, bizə qarşı düşmənçilik fəlakətlə sonuclanır.” “Bihar”, c. 28, s. 206; c. 50, s. 192
Qur’anda İslam Peyğəmbərinin (s) bir neçə yuxusuna işarə olunur: Bədr döyüşü astanasında röyada Allah düşmənləri Peyğəmbərə (s) azsaylı göstərildi.“Ənfal”, 43 Digər bir röyada həzrət Məscidül-Hərama qalib halda daxil olduğunu gördü.“Fəth”, 27 Başqa bir yuxu isə bu ayədə bəyan olunur. Əvvəlki iki yuxu hicrətdən sonra Mədinədə gerçəkləşmişdi. Bu yuxu isə Məkkə dövrünə aiddir. Bəziləri bildirirlər ki, bu röya me’racla bağlıdır. Halbuki me’rac gerçəkdə baş vermişdir, röya isə yuxuda görülənlərdir.
Həmin yuxu və lənətlənmiş ağac bir-birindən ayrı deyil. Çünki hər ikisinin nəticəsi eynidir və bu nəticə xalq üçün fitnədən ibarətdir. Allah lənətlənmiş ağac və onların əməllərini Peyğəmbərə (s) yuxuda göstərdi. Bildirildi ki, bu, ümmətinin fitnə səbəbidir. “Rəbbin insanları əhatə edir” cümləsi ilə Peyğəmbərə (s) təsəlli verildi.
“Şəcərə” həm ağac, həm də budağı olan hər hansı gövdə mənasını bildirir. Bu səbəbdən qəbilə, tayfa da şəcərə adlanır. Həzrət Peyğəmbər (s) buyurur: “Mən və Əli bir şəcərəyik.”“Bihar”, c. 38, s. 309 Əsil-nəsil silsiləsi də “şəcərənamə” adlanır. Demək, lənətlənmiş şəcərə (ağac) dedikdə, lənətlənmiş qövm nəzərdə tutulur.
Ayənin sonunda deyilir ki, lənətlənmiş ağacla bağlı ilahi xəbərdarlıq düşmənlərin yalnız tüğyanını artırdı. “Tuğyanən kəbira” təbiri yalnız bu ayədə işlədilmişdir. Demək, bir lənətlənmiş ağacdan, qövmdən danışılır. Bu qövm zahirən müsəlman olsa da, daxilən münafiqdir və xalq arasında fitnəyə səbəb olur.
Qur’anda bir çox işlər lənətlənmişdir. Məsələn, İblis, yəhudilər, münafiqlər, müşriklər, haqqı gizlədən alimlər, Peyğəmbərə (s) əziyyət verənlər. Amma yalnız münafiqlər müsəlmanlarladır və onlar arasında fitnə törədirlər. İblis, kitab əhli və müşriklərin siması aydındır. Yalnız münafiqlər müsəlman qiyafəsində fitnə axtarırlar.
Bə’ziləri elə düşünürlər ki, lənətlənmiş ağac dedikdə, ilahi əzab vasitəsi olan Zəqqum ağacına işarə olunmuşdur. Amma əzab vasitəsi olan başqa amillər də var və bu səciyyə lənətlənmə göstəricisidir. Fironun qərq olduğu Nil çayı, yolunu azmış qövmlərə əzab gətirən mələklər, Allahın qüdrəti ilə kafirləri məhv edən mö’minlər misal göstərilə bilər.“Tövbə”, 14
Əllamə Təbatəbai “Qədr” surəsi ilə bağlı rəvayətlərdən danışarkən Xətib Bağdadi, Termizi, İbn Cübeyr, Təbərani, Beyhəqi, İbn Mərdəvey kimi sünni, “Kafi” kitabının sahibi Kuleyni kimi şiə alimlərindən belə nəql edir: Həzrət Peyğəmbər (s) yuxuda öz minbərindən meymunların yuxarı qalxdığını görüb çox qəmgin oldu. Cəbrail nazil oldu. Həzrət öz yuxusunu ona danışdı. Cəbrail səmaya qalxıb çox keçməmiş qayıtdı və özü ilə bu ayələri gətirdi: “Görmürsənmi, əgər onlara illər uzunu bəhrə versək, sonra vəd olunmuş əzab soraqlarınca gəlsə, dünyadan aldıqları bəhrənin heç bir faydası olmayacaq.”“Şüəra”, 205-207 Bu röya həm də “Qədr” surəsinin nazil olma səbəblərindəndir. Peyğəmbərə (s) təsəlli verildi ki, əgər Bəni-Üməyyənin hakimiyyəti min il çəkərsə, əvəzində sənə min aydan üstün qədr gecəsi əta etdik.
Peyğəmbərin (s) yuxuda meymunları görməsi, onların Peyğəmbərin (s) minbəri ilə yuxarı qalxaraq hakimiyyəti ələ keçirmələri məsələsi imam Baqir (ə) və imam Sadiqdən (ə) də nəql olunmuşdur.“Təfsiri-Tibyan” Şiə və sünni təfsirçiləri bildirirlər ki, lənətlənmiş ağac (şəcərə) dedikdə Bəni-Üməyyə tayfası nəzərdə tutulmuşdur. İmam Səccad (ə) buyurur: “Cəbrail meymunları Bəni-Üməyyə kimi yozdu. Peyğəmbər (s) soruşdu: “Bu hadisə mənim dövrümdəmi baş verəcək?” Cəbrail cavab verdi: “Xeyr, sənin hicrətindən qırx il sonra!”“Təfsiri-Lahici”
Bəni-Üməyyə arasında ən böyük tüğyan qoparmış, Kərbəla hadisəsini vücuda gətirmiş şəxs Yezid idi. Bu faciə tarixin ən böyük faciəsidir.

Bu hissə "NUR TƏFSİRİ"ndəndir Cild 7, səh.55



#76324 İSRA 60

Отправлено автор: RahilMR 05 июля 2011 - 12:20 в Qur'an və onun təfsiri

Və (yada sal) o zaman(ı) ki, sənə «həqiqətən sənin Rəbbin insanları (elm və qüdrət baxımından) əhatə etmişdir, (buna görə də qəm yemə və öz işində möhkəm ol)» dedik. Və Biz sənə (meymunların sənin minbərindən yuxarı çıxmalarını) göstərdiyimiz o yuxunu və Qur’anda lənətlənmiş o ağacı (xəbis Bəni-Üməyyə ağacını) insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuduruq, lakin (bu,) onlarda böyük itaətsizlikdən başqa bir şey artırmır.
İSRA surəsi 60

Qardaşlar, bu ayənin təfsiri barədə məlumatı olan varsa xahiş edirəm bildirsin.




Рейтинг@Mail.ru