bakigeceleri, mənim əziz qardaşım. Bu fəqir də əhli-beyt (s.a.s) məktəbinin alimlərindən, elm əhlindən azdan-çoxdan nə öyrənə bilibsə onu paylaşmağa çalışır. Bilmədiklərimi də öyrənirəm və hələ də öyrənməkdəyəm Allahın izni ilə. Bu, məsələnin bu tərəfi.
Azanda üçüncü şəhadətə gəlincə. Azanda üçüncü şəhadətin verilməsini şiə fəqihləri caiz görüblər. Buna işarə edən bir çox dəlillər, qərinələr var. Dəlillərdən biri də İmam Cəfər əs-Sadiqdən (s.a) nəql olunan bir hədisdə imam (s.a) buyurur: "Sizdən biriniz "Lə iləhə illəllah, Muhəmmədun rasulullah" desə, "Əli əmirulmuminin" (də) desin".
Ümumiyyətlə mənim əziz qardaşım. Bu mövzu geniş mövzudur. Dəlilləri Quran və səhih sünnəyə müvafiqdir. Həm də qəlbin, əqlin rahat qəbuledəcəyi dəlilləri var
Lakin, xahiş edirəm, əgər daha geniş izahını istəyirsizsə bunun üçün xüsusi bir mövzu açın orda davam edək ki, mövzular bir-birinə qarışmasın. Gələcəkdə başqa möminlər də istədikləri mövzunu öz başlığı altında rahat şəkildə tapa bilsinlər inşaAllah
Qardas sexsi mesaj yazdim sene,zehmet olmasa nezer edersen