Перейти к содержимому


Публикации palchiq

793 публикаций создано palchiq (учитываются публикации только с 02-июля 23)



#18652 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: palchiq 05 октября 2009 - 12:24 в Ümumislam mövzular

palcig, men sordum

Sizin uchun hicab - DIN demekdir? Hicab qeyinmeyen xanimlara ne deyirsiniz?

ve Siz cavab verirsiniz ki

Hicab İslamın ayəsdir..

QURANIN bu ayesini burada inkar eden var beyem (ESTAFRULLAH).

Menim sualima cavab vermediniz.


ola bilər ki, siz verilən cavabdan düzgün nəticə çixarmamisiniz!?

Dİn ümumi bir məfhumdur..Hicab isə İslam dininin xanimlara buyurdugu vacib bir əmrdidir.



#18646 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: palchiq 05 октября 2009 - 12:13 в Ümumislam mövzular

elə dərd də bundadır ki müsəlman olan şəxslər bu söz söhbətə səbəb yaradır. elə bilirlər 1 dənə kəbinlə iş bitdi daha parklarda qol boyun olub camaatin qabağında əylənmək olar. gizlində nə edirlər öz işləridir lakin camaat arasında da yox da


son vaxtlar parklarda olmur..maraqlıdır, parklarda kimlər ədəbsizlik edir?
bunun hicablı xanimlara nə aidiyyati??



#18657 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: palchiq 05 октября 2009 - 12:30 в Ümumislam mövzular

siz aydan düşmüsüz ? gördüyümü dedim sadəcə.

onsuzda "aşıq gördüyün deyər."))
amma, bunun hicablı xanimlarala nə ilgisi??



#18695 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: palchiq 05 октября 2009 - 14:13 в Ümumislam mövzular

Uzr isteyirem sualima dair..Sizin ailenizde butun xanimlar hicablidir?

xeyir

Menim novbeti sual-dushuncem cox sadedir.

Menim Anam-Bacim-Evladim hicabsizdir. Ve onlara fasiq demeye curet edene munasibetim birmenalidir..


Onlara : “Allahın göndərdiyinə (Qurana) tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)
(əl-Bəqərə, 170)



#20690 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: palchiq 22 октября 2009 - 14:04 в Ümumislam mövzular

Təqiyyə etmək nöqteyi-nəzərindən parikdə gəzmək nə dərəcədə dogrudur? şəriətimiz buna icaze verirmi?


????????



#18141 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: palchiq 30 сентября 2009 - 14:54 в Ümumislam mövzular

Mən istərdim ki, Muminə xanımın açdıgı bu mövzuda daha bir məsləni də müzalirə edək.

Azərbaycan mühitində "Çadra" da geyinmək..xanımlarımız üçün düzgün seçimdirmi?

P.S. xahiş edirəm ki, verdiyim sualı yanlış anlamayasınız. bəri başdan deyirəm ki, mən çadranın əleyhinə deyiləm.



Əleyhinəyəm.


səbəbləri göstərin, lütfən?



#18628 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: palchiq 05 октября 2009 - 10:49 в Ümumislam mövzular

bəzi "hicablı" xanımların etdikləri əmələ görə ətrafdakıların ümumiləşdirilmiş münasibəti.



bu barədə heç bir ümumiləşdirici rəy yoxdur...



#18713 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: palchiq 05 октября 2009 - 15:11 в Ümumislam mövzular

palchiq,

Bu ayeni getirmekle Siz ne demek isteyirsiniz? Bir hicab geyinmediklerine gore menim (ve sizin, ve bir coxun) ana-bacilari yalnish yoldadilar, yani AZIBLAR?

Siz umumen getirdiyiniz ayelerin tefsirini getirmezden once oxuyursunuz?

Hayret Vallahi..


170. وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنزَلَ اللّهُ قَالُواْ بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لاَ يَعْقِلُونَ شَيْئاً وَلاَ يَهْتَدُونَ
“O zaman ki, onlara (müşriklərə) deyilər: "Allahın nazil etdiyinə tabe olun!" Onlar deyərlər: "Biz atalarımızın getdiyi yolla gedərik." Əgər ataları bir şey anlamayıb, hidayət olmayıblarsa necə?”

Nöqtələr
Əvvəlki ayə bizim nəzərimizə çatdırdı ki, şeytanın addımlarına və göstərişlərinə tabeçilikdən uzaq olaq. Bu ayə şeytan yollarından biri olan kor-koranə təqlidçiliyə işarədir.
Düşüncəli şəkildə tabeçilik və itaətin eybi yoxdur. Quran o insanların təqlidini məzəmmət edir ki, nə özləri düşüncə sahibi olublar, nə də peyğəmbərləri qəbul ediblər.
İlahi hidayət bütün əsr və zamanlarda mövcud olmuşdur. Quranda buyurulur ki, onların babaları hidayəti, doğru yolu qəbul etmirdilər. Bu ayədən məlum olur ki, ilahi hidayət hər bir zaman olmuşdur, lakin insanlar haqqın səsini qəbul etməmişlər. Həzrət Əli (ə) “Nəhcül-bəlağə” də buyurmuşdur: “Yer üzü heç vaxt səmavi rəhbərsiz qalmır. (Bu rəhbər) istər aşkar, istər məxfi şəkildə xalqı Allahın yoluna dəvət edir.”[389]
Bildirişlər
1. İrtica və geri çəkilmək qadağandır. Babaların sünnət və yolu düşüncə və dəlilə əsaslanmırsa, qəbul edilə bilməz.
2. İrqi və milli təəssüblər haqqın qəbul olunmasında maneədir.
3. Ata-babaların dəvətləri və əqidələri gələcək nəsillərə təsir edir.
4. Haqq yol ağıl və vəhy vasitəsi ilə əldə olunur.
5. Təcrübə və biliyin növbəti nəslə ötürülməsi yaxşıdır. Amma xürafatın növbəti nəslə çatdırılması zərərdir.
6. Ağıl bizi vəhyə itaətə sövq edir.

http://www.haqqyolu....=20081206030329



#18184 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: palchiq 30 сентября 2009 - 21:32 в Ümumislam mövzular

Mən istərdim ki, Muminə xanımın açdıgı bu mövzuda daha bir məsləni də müzalirə edək.

Azərbaycan mühitində "Çadra" da geyinmək..xanımlarımız üçün düzgün seçimdirmi?

P.S. xahiş edirəm ki, verdiyim sualı yanlış anlamayasınız. bəri başdan deyirəm ki, mən çadranın əleyhinə deyiləm.


Ay Palchiq qardaş,bir imkan verin mövzudakı birinci sualın heç olmasa 3-ü çıxsın daaa :unsure:


heç eybi yox., 40-da gəlib başsaglıgı verərəm)



#18312 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: palchiq 01 октября 2009 - 17:04 в Ümumislam mövzular

Amma bu gün qara çarşab bizim məkanda və bizim cəmiyyətdə islamın təbliğinə xidmət etmir


amma, cemiyyetde demek olmaz ki, qara çarshab geyinen xanimlarin hamisi bunu mehz təbligat xatirine görə geyinirler.



#18239 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: palchiq 01 октября 2009 - 12:02 в Ümumislam mövzular

Məktəblərdə Direktor və müəllimlər tərəfindən təzyiq göstərilib, bacılarımızın hicab geyinilməsinə qadağa qoymaları.


zəmanənin Zəhraları, Zeynəbləri hardadır??

Cox təəsüf edici bir haldır ki, bizim dindar xanımlarımızın "Hicab" əleyhinə olan zorakı qansunsuzluqlara qarşı mübarizə etmək əzmkarlıqları demk olar ki, YOXDUR.

Yəni, əksəriyyətimiz gözümüzü döyə-döyə hacı İlqar qardashimizn ətəyindən yapışmışıq..

Niyə görə Hİcablı xanımlar öz hüquqlarını müdafiə edə bilmirlər?? nə üçün onların bu sahədə heç bir təşkilatları yoxdur??



#18158 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: palchiq 30 сентября 2009 - 16:23 в Ümumislam mövzular

Hər bir müsəlmanın müəyyən vəzifələri var. Yaxınlarını, dost-tanışlarını islama dəvət etmək bu vəzifələrdən biridir. Allahın tanımayan adama imam zaman ağanın (ef) zühurundan danışmağın bir mənası yoxdur.

Qələbəyə addım-addım getmək lazımdır, zəmin hazırlamaq lazımdır. Məncə, bu gün QARA CHARSHAB diqqəti daha çox cəlb edir, təbliğ əvəzinə, əks təbliğata xidmət edir. İslam qınaq obyektinə çevrilir. Hicablı çöminələr hələ öz hicablarına cəmiyyətimizi alışdırsınlar, gözəl əməlləri ilə, islama layiq əməlləri ilə dəvət etsinlər. Çarşab sonranın işidir.
Üzeyir Hacibəyovun bir felyotonu yadıma düşür. Başqa millətlər indiki inkişaf səviyyəsinə mərhələ mərhələ gəlirlər, bizimkilər də yatır, yatır, yuxudan oyananda birbaşa fil düzəltmək istəyirlər.


yəni, siz demək istəyrisiniz ki, bizim cəmiyyətdə qara çarşab ikrah hissi yaradır?
görəsən, bizim forumda qara çarşab geyinən xanimlar ishtirak edirmi? onların da mövqeyini öyrənmək maraqlı olardı..



#18307 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: palchiq 01 октября 2009 - 16:05 в Ümumislam mövzular

Azərbaycanda çadra geyinmək anti-təbliğata xidmət deməkdir...


ne teklif edərdiniz?


:blink: Bəlkə mini yubka? yəni təqiyyə :secret:


menə elə gəlir ki, al-islam qardashim "Hicab" geyiminde Türkiyə modelini üstünlük verir.



#18304 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: palchiq 01 октября 2009 - 15:53 в Ümumislam mövzular

Hicabin əleyhine olan qanunsuz əməllərə qarshi qadin teshkilati yaradin ..

və mübariz bir xanim secherek, onu sedr teyin edin

güc SİZİN birliyinizdedir...



Siz lap mənim ürəyimi oxudunuz :secret:


hardan bildiniz ki, men ürək hekimiyem-)))



#28107 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 22 декабря 2009 - 12:13 в Ümumislam mövzular

Senin dediyin sozler ise hec mentiqe sigmir. Hz.Ali(e.s) yamaqli geyinirdi ona gore ki, onun dunya malinda zerrece gozu yox idi. . Kisiler hetta hansi veziyyetde namaz qila bilerler.amma qadin ortunmelidir.hemde namehremlerin ve hetta kafirlerin yaninda tamam ortunmelidir.celb olunmamalidir.Yeni zemaneye gore insan deyismelidir geyimini?duz basa dusdum? Zemaneye gore deyisecek olsa gerek hec qadin evden cixmasin cunki etraf exlaqdan uzaqlarla doludur.
Qara cadra en gozel hicabdir.Emanetdir. Qara cadraya mekruh deyenler ...

əvvəla mən qara çadraya məkruh deməmişəm...yazmışam ki, tam şəkildə qara geyinmək məkruhdur.
İkincisi, əgər qadınlar üçün nümunə Fatimə (as) xanimdirsa, kişilər üçün gərək Hz Ali (as) geyim tərzi nümunə olsun

Sende ele olsan, sende hec ne geyindiyine fikir vermezsen. ele geyinersen.Qadinin geyimini kisinin geyimine qatma

bizim başqa İmamlarımız var ki. onla çox gözəl libaslar geyiniblər..
hətta sənin kimi insanlar onlar tənə edəndə...İmamlar (as) onlara çox gözəl məntiqli cavab veriblər..


...



#28116 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 22 декабря 2009 - 12:49 в Ümumislam mövzular

İnsanlari azdirma ve camaatin basina yeni fikirler salma.

sən buna azgınlig deyirsən?
ikincisi,Nur surəsini mənə niyə misal çəkirsən? bəyəm mən dedim ki, hicab geyinmək olmaz?

Nahaq yere sohbeti bura getirdin. Burda qara geyimden sohbet gedir. Numunevi cadra qara olmalidir

daha nə deyim..
nümunəvidirsə qoy geyinsinlər..



#28209 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 23 декабря 2009 - 11:59 в Ümumislam mövzular

Şəbüstari

Siz məni anlamırsız. Mən demirəm ki təzə dinə gələnə gəl zorla çadra geyindir. Xeyr! Amma çadraya dil uzatmayın! Qara çadra bizə əmanətdir!


qardaş bura forumdur..
Forumda da istənilən dini-şəri məsələlər müzakirə oluna bilər..
Əgər Əllamə Təbatebai (rə) çadra baərəsində öz fikirlərini bilirirsə..bu o demkdir ki, o Çadraya qarşı dil uzadır?

SUAL 708:
İslami Hicabdan çadra örtmək məqsəddir?

CAVAB:
Hicabdan məqsəd budur ki, qadın öz xilqətinin gözəlliyini, hər hansı vasitə ilə olur-olsun, göstərməsin.
Çadra məqsəd və şərt deyil, əsas budur ki, örtük olsun.

İslamda bele hallar çox olub,
İmalaraı geydikləri gözəl libaslara görə tənqid ediblər...
Onların tənqidləridə sənin dediyin arqumentlərə əsaslanıb..
Məsələn: imam Sadiq (as) irad edib biliriblər ki, sənin cəddin yamaqli paltar geyinib, amma sən ondan fərli olaraq gözəl libas geyinirsən..!?
İmam (as) onlara başa salıb ki, bu geyim həmin dövr üçün xarakterik idi..
amma indiki dövrdə müəslmanların iqtisadi vəziyyətləri daha da qüdrətlənib..belə olan halda nə üçün köhnə libaslara üstünlük verilisn?
(üzürlü hesab edin,rəvayəti oldugu kimi deyil, yadimda qalan tərzdə yazdım)



#28104 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 22 декабря 2009 - 11:39 в Ümumislam mövzular

Çadra indi ikrah hissi ilə nəzəri çəkir,amma əlvan geyimlər isə şəhvət hissi ilə,bunlar tam başqa-başqa anlamlardır
Sənin geyimin Allah üçün, onun rizası üçün olmalıdır,day başqaları üçün yox.


mənim bidiyimə görə tam qara rəngdə olan geyim məkruh sayilir..



Xanım Zəhra (s.a) ikrah hissi yaradıbmış? Heç kimin fikri qadına maraqli olmamalıdır. Əgər Allahin emri esasdirsa onun ucun.

Qara cadra bize xanim Fatimeyi-Zehradan(s.a) emanetdir. Hele Azerbaycanda lap vacibdir. Ona gore ki, her cur dinsiz kafir var burda. Tolerantiq bu o demek deyil ki kafir ve kitab ehline gore emanetlerimize xeyanet etmeliyik. onsuzda o qeder tesir ede bilibler ki,valideynlerimiz umumiyyetle dinden uzaqdir coxusu. Sovetin tesirindedirler hele. Ovladlar da behane edir ki, evden icaze yoxdur ve s..Allah esasdir yoxsa ata-ana?

Hec olmasa Xanım Fatimenin (s.a) geyimine mekruh, ne bilim beyenilmeyen deme. Bu seni dinden cixarar.

elə sözlər danışırsınız ki, bu sözlər heç bir məntiqə sıgmır..
Fatimeyi-Zəhra (sa) öz sözlərinə bu şəkildə nümunə gətiməyin..
bir daha təkrar edirəm
...ona qalmış olsa Hz Ali (as) əyninə yamaqlı paltar geyinib...amma bu o demək deyil ki, indiki cavanlar da əyinlərinə yamaqlı paltar geysinlər..



#28249 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 24 декабря 2009 - 10:01 в Ümumislam mövzular

Şəbüstari

Bir qadın imanın ən yüksək dərəcəsində artıq çadralı olar məncə


Qardashim... qara çadranın imanlı nə əlaqəsi var?
"Hicab"da məqsəd bədənin kamil şəkildə örtülməsidir..əsas məsələdə budur..
əgər biz iddia etsək ki, Qara çadra imanın ən yüksək nöqtəsdir...düşünürəm ki,bu səhv nətcə olar.

Onda belə çıxır ki, biz "Hicablı xanımları" iki qismə ayırmış oluruq.
Qara çadra geyinənlər daha imanlı sinifə aid edilir, əlvan geyinənlər isə ikinci dərəcəli sinifə ..
nə üçün?
Bununla biz məsələnin mahiyyətini anlamadan cəmiyyətdə yeni qütübləşmənin ortaya çıxmasına səbəb oluruq..



#26044 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 06 декабря 2009 - 16:51 в Ümumislam mövzular

'MUMINE'

Hər-halda Şəhid Mutəhhəri hara,Əli Şəriəti hara

.
bu mövuzda şəxsiyyətlərin özlərini deyil..onların fikirlərini müzakirə edirik.
forumçulardan xahiş edirəm ki, şəxsiyyət məsələsini ön plana çəkib əsas fikri mövzudan yayındırmasınlar.

Bu günkü dünyada, xüsusi ilə də şərqdə, fərdi və ictimai təbəddülatlar nəticəsində cəmiyyətdə demək olar ki, qarşı-qarşıya dayanmış “ziyalı-müasir” və “mühafizəkar-dindar” təbəqələri formalaşmışdır. Bu ziddiyyətin qarşısını almaq imkansızdır. Cəmiyyət dəyişdikcə kişi geyimləri, paralel olaraq qadın geyimləri, ümumiyyətlə həyat tərzi dəyişilir.

Hz Ali (as) buyurub:" Danışana deyil, onun nə dediyinə bax"
Dr. Əli Şəriəti öz dövrünün sosioluqu olub...
Bəyəm onun öncədən etdiyi xəbərdarlıqlar bu günkü İslam cəmiyyəti üçün aktual deyil ?



#25909 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 05 декабря 2009 - 10:02 в Ümumislam mövzular

doktor Əli Şəriəti

Bu günkü dünyada, xüsusi ilə də şərqdə, fərdi və ictimai təbəddülatlar nəticəsində cəmiyyətdə demək olar ki, qarşı-qarşıya dayanmış “ziyalı-müasir” və “mühafizəkar-dindar” təbəqələri formalaşmışdır. Bu ziddiyyətin qarşısını almaq imkansızdır. Cəmiyyət dəyişdikcə kişi geyimləri, paralel olaraq qadın geyimləri, ümumiyyətlə həyat tərzi dəyişilir. İnsan əbədi bir qəlibdə qala bilməz




Mən bu kitabın dəqiq yazılma tarixini haqqında bir söz deyə bilmərəm..
lakin..bir şey məlumdur ki,
doktor Əli Şəriətinin İran cəmiyyəti üçün öncədən dediyi xəbərdarlıqlar son dövrlər özünü aşkar şəkildə biruzə verməkdədir.



#25965 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 05 декабря 2009 - 19:29 в Ümumislam mövzular

doktor Əli Şəriəti

Amma bu gün əxlaqlı qız öz əxlaqlı anasından “uzaq” düşmüşdür və onlarda bir-birinə qarşı biganəlik var. Cəmi 20-25 yaş bir-birindən fərqlənən bu insanları, eyni bir cəmiyyətdə yaşamalarına baxmayaraq, yalnız şəxsiyyət vəsiqəsi bağlayır
Bu yanaşma qadına münasibətdə daha aşkar görünür. Qadından tələb olunur ki, o qədimdə necə idisə, elə də qalmalıdır. İddia edirlər ki, qadın üçün bu qəlibi İslam bəyənmişdir və dünyanın sonunadək qadın belə qalmalıdır.


"Gör menim qızım ne deyir..Deyir ki, indi sənin ucun 19-cu əsr deyil..Men oxumaga gedirem..Üzüzyü isə qaytar "
( "Əhməd hardadır" filimindən sitat)

Dogurdan da zaman keçdikcə.. keçmiş dövrlə müasir dövr arasında idealoji aspektlərdə müəyyən ucurumlar yaranıb. Bu da öz növbəsində düçüncələrdə qarşıdurmalara səbəb olub.
Yəni, yeni nəsil özündən əvvəlki nəsli bəyənmir. onlara köhnəliyin qalıgı kimi baxır..
maraqlı sula meydana çıxır..

Bu cür hallarda İslam dinini cəmiyyətə aşılamaq üçün hansı metodlardan istifadə etmək lazım gəlir?



#26110 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 07 декабря 2009 - 09:25 в Ümumislam mövzular

MUMINE

Şəxsiyyəti elə onun fikirləri "şəxsiyyət" olaraq formalaşdırır daa

Muminə xanım elə isə deyilən fikirlərə öz münasibətinizi bildirin..
Kimin kimdən üstün olması müakirə mövzusu deyil..

Doktorun xəbərdarlığına gəldikdə isə,o xəbərdarlıq yox,təzə fikir aşılama metodudur


Dr. Əli Şəriətinin dedikləri İran cəmiyyəti üçün xəbərdarlıqlar idi.
"Təzə fikir aşlama" metodu dedikdə nəyi nəzərdə tutdugunuzu anlamadım?



#26309 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 08 декабря 2009 - 11:07 в Ümumislam mövzular

Müzakirələrdən daha yaxşı başa düşürəm Şəriətini, çünki oxuyanda səthi keçdiyim məsələlər forumda qabardılıb. Başa düşürəm ki, Şəriəti hər şeydə ikiüzlülyün əleyhinə çıxıb, onun mübarizəsi ateistlərlə yox, münafiqlərlə olub-- Zahiri namaz, zahiri hicab, zahiri dindarlıq və s.

tsk edirəm Şəms xanım

Dr. Əli Şəriəti..
Bir şəxs məndən hicab əleyhinə söz qoparıb, hay-küy salmaq məqsədi ilə sual verdi. Cavabını yubandırmayıb dedim: «Hicab sənin dediyindir. Vallah, mən nə fəqihəm, nə də bəzzaz (parçasatan). Mən sosioloqam». Dedi: «Elə mən də sosiologiya nəzərincə soruşuram». Dedim: «Sosioloqun işi parça yox, parçadan olan insanlardır». Dedi: Elə onu deyirəm.



#26311 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 08 декабря 2009 - 11:50 в Ümumislam mövzular

Təəssüf ki, müsəlmanlar geri getməkdə davam edirlər. Onda İslama geriləmə dini kimi baxanları qınamayaq, müəyyən mənada düz düşünürlər...


Hmmm, sizin sözlər bu mövzuya aid idi hə? yəni belə başa düşdüm ki,çarşab sizin üçün geriləmək deməkdir,və hicablı xanımların "moda"sı heç də qərbli xanımın modasından geri qalmamalıdır,yəni bu gün əlvan hicab,kişi geyimi olan,müasir hicablı xanımların üstünlük verdiyi şalvar,və get-gedə qısalan koftalar,axırda da topik olsa,bu yeniliyi normal qəbul etmək lazımdır, heyləmiii? :big_boss:


Dr. Əli Şəriəti

..Axır ki, məni danışdırdı. Dedim ki, İran cəmiyyətini üç hissəyə bölmək olar. Onların əksəriyyəti avam adamlardır və hicabları da var. Onların hicabları gerilik, köhnəliklə bağlıdır. Onlar dərin dini düşüncədən məhrum, köhnə adət-ənənəyə bağlı insanlardır.
İkinci qrup isə azlıq təşkil etsə də təhsillidir, dünyadan xəbərdardır. Onlar xaricdə olublar, müxtəlif ictimai fəaliyyətləri var ve eləcə də hicabsızdırlar. Üçüncü qrup tamam başqadır. Onlar yeni nəslin nümayəndələridir. Onlar əsl ziyalılardır və onların ziyalılığı təkcə təhsillə bağlı deyil. Bu insanlar müasir mədəniyyətdən yuxarıda durub, hər işin mahiyyətinə varırlar. Onlar öz insanlıq məsuliyyətini dərk edən imanlı insanlardır. Bu agahlıq təhsildən, diplomdan çox ucada dayanır. Onlar üçün elm və bilik maddi ehtiyacların təmini üçün yox, öz şəxsiyyətlərini dərk etmək üçündür. Onlar hər şeyi, eləcə də hicabı özləri, öz düşüncələri ilə seçənlərdir.




Рейтинг@Mail.ru