Перейти к содержимому


Публикации palchiq

793 публикаций создано palchiq (учитываются публикации только с 03-июля 23)



#28173 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 22 декабря 2009 - 22:26 в Ümumislam mövzular

MUMİNE

Çadra indi ikrah hissi ilə nəzəri çəkir,amma əlvan geyimlər isə şəhvət hissi ilə,bunlar tam başqa-başqa anlamlardır
Sənin geyimin Allah üçün, onun rizası üçün olmalıdır,day başqaları üçün yox.

O ki qaldı Çadra məsləsinə..
Hər halda bu barədə Əllamə Təbatəbainin rəyidən sizlər üçün maraqlı ola bilər..

(Kitab, "Əllamə Təbatəbainin hüzurunda 727 sula-cavab")

Çadra örtmək
SUAL 708:
İslami Hicabdan çadra örtmək məqsəddir?

CAVAB:
Hicabdan məqsəd budur ki, qadın öz xilqətinin gözəlliyini, hər hansı vasitə ilə olur-olsun, göstərməsin.
Çadra məqsəd və şərt deyil, əsas budur ki, örtük olsun.

SUAL 709:
Buyurdugunuz kimi Çadra əsas deyil. Bundan başa düşmək olarmı ki, örtük kişinin şəhvətininin qarşısını almaq üçün bir vasitədir.? Odur ki, şəhvəti təhrik etməyə səbəb olmayan qoca qadınlara Hicab vaibdirmi?

CAVAB;
Onlara Hicab vaciv deyil, əlbəttə, şəhvətin təhriki hökmün səbəbi deyil, hikmətidir.



#28209 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 23 декабря 2009 - 11:59 в Ümumislam mövzular

Şəbüstari

Siz məni anlamırsız. Mən demirəm ki təzə dinə gələnə gəl zorla çadra geyindir. Xeyr! Amma çadraya dil uzatmayın! Qara çadra bizə əmanətdir!


qardaş bura forumdur..
Forumda da istənilən dini-şəri məsələlər müzakirə oluna bilər..
Əgər Əllamə Təbatebai (rə) çadra baərəsində öz fikirlərini bilirirsə..bu o demkdir ki, o Çadraya qarşı dil uzadır?

SUAL 708:
İslami Hicabdan çadra örtmək məqsəddir?

CAVAB:
Hicabdan məqsəd budur ki, qadın öz xilqətinin gözəlliyini, hər hansı vasitə ilə olur-olsun, göstərməsin.
Çadra məqsəd və şərt deyil, əsas budur ki, örtük olsun.

İslamda bele hallar çox olub,
İmalaraı geydikləri gözəl libaslara görə tənqid ediblər...
Onların tənqidləridə sənin dediyin arqumentlərə əsaslanıb..
Məsələn: imam Sadiq (as) irad edib biliriblər ki, sənin cəddin yamaqli paltar geyinib, amma sən ondan fərli olaraq gözəl libas geyinirsən..!?
İmam (as) onlara başa salıb ki, bu geyim həmin dövr üçün xarakterik idi..
amma indiki dövrdə müəslmanların iqtisadi vəziyyətləri daha da qüdrətlənib..belə olan halda nə üçün köhnə libaslara üstünlük verilisn?
(üzürlü hesab edin,rəvayəti oldugu kimi deyil, yadimda qalan tərzdə yazdım)



#28172 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 22 декабря 2009 - 22:21 в Ümumislam mövzular

MUMINE

P.S Birdə, qara geyimin (məhz elə çadra da) məkruh olduğunu deyənlərə,bu hökm xanımlara aiddirsə, o zaman Xanımlar Xanımı (s.ə) məkruh olan əmələ əl atıb? Əstəğfirullah!


men.. səhv eləmirəmsə qara rengli geyimin mekruh olması haqqında "Möinlərin zinəti" kitabında rast gəlmişəm.



#28129 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 22 декабря 2009 - 13:28 в Ümumislam mövzular

İnsanları azdırma deyirəm ona görə ki, qara geyimi məhz "Fatimə Fatimədir"mövzusunda məkruh olduğunu deyirsən!


mövzunun əvəllini oxu! Post #1

Əli Şəriəti, "Fatimə Fatimədir".

Qadından tələb olunur ki, o qədimdə necə idisə, elə də qalmalıdır. İddia edirlər ki, qadın üçün bu qəlibi İslam bəyənmişdir və dünyanın sonunadək qadın belə qalmalıdır. Dünya dəyişir, hər şey dəyişir, ata, ər, oğul dəyişir, amma qadın sabit qalmalıdır?! Guya Peyğəmbər (s) bu qəlibi seçmiş və bu beləcə də qalmalıdır. Nə böyük nadanlıq!
Bu insanlar anlamırlar ki, dəyişikliklərin qarşısını almaq imkansızdır. Onsuz da bu yersiz tələblərə əhəmiyyət verən yoxdur. Bəli, dövr dəyişir, cəmiyyət yeniləşir, adət-ənənələr, qayda-qanunlar yeni forma alır. Həqiqət isə sabitdir. Dövrün karvanı bütün maneələri ayaqları altında əzəsidir.
Bəzən köhnəliyi qoruyub saxlamaq üçün dindən istifadə edirlər. Hansı ki, ölmüş, çürümüş köhnəliyi dinin köməyi ilə yaşatmaq mümkün deyil.
Köhnə adətlərlə nadancasına yüklənmiş din özü haldan düşür. Hətta elə olur ki, din köhnəliyin ağırlığına tab gətirmir.
Dinin adət-ənənə ilə bir tutulması nəticəsində, qəlbi yenilik eşqi ilə dolu olan hərəkatlar dini də köhnəliyə qatıb səhnədən çıxarmaq istəyirlər.
Diqqətli olun! Dini, İslamı köhnəliklərə qarışdırmayın! Məsələn, qaynatası ilə qəfil rastlaşan gəlin, guya hörmət üçün qucağındakı körpəni daş döşəməyə atırsa, bu din yox, köhnəlikdir

http://www.haqqyolu....=20081203041857



#28116 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 22 декабря 2009 - 12:49 в Ümumislam mövzular

İnsanlari azdirma ve camaatin basina yeni fikirler salma.

sən buna azgınlig deyirsən?
ikincisi,Nur surəsini mənə niyə misal çəkirsən? bəyəm mən dedim ki, hicab geyinmək olmaz?

Nahaq yere sohbeti bura getirdin. Burda qara geyimden sohbet gedir. Numunevi cadra qara olmalidir

daha nə deyim..
nümunəvidirsə qoy geyinsinlər..



#28249 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 24 декабря 2009 - 10:01 в Ümumislam mövzular

Şəbüstari

Bir qadın imanın ən yüksək dərəcəsində artıq çadralı olar məncə


Qardashim... qara çadranın imanlı nə əlaqəsi var?
"Hicab"da məqsəd bədənin kamil şəkildə örtülməsidir..əsas məsələdə budur..
əgər biz iddia etsək ki, Qara çadra imanın ən yüksək nöqtəsdir...düşünürəm ki,bu səhv nətcə olar.

Onda belə çıxır ki, biz "Hicablı xanımları" iki qismə ayırmış oluruq.
Qara çadra geyinənlər daha imanlı sinifə aid edilir, əlvan geyinənlər isə ikinci dərəcəli sinifə ..
nə üçün?
Bununla biz məsələnin mahiyyətini anlamadan cəmiyyətdə yeni qütübləşmənin ortaya çıxmasına səbəb oluruq..



#28253 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 24 декабря 2009 - 11:46 в Ümumislam mövzular

Qara çadranın imanla əlaqəsi yoxdur? Onda bəs hicabın imanla nə əlaqəsi var? Elə açıq başla gəzərdə.
Siz ümumiyyətlə nə danışırsınız?


yaxşı mən səhv dedim..
Buyur!
Qara rəngli çadranın imanla əlaqəsinə dair bir Quran ayəsi və yaxud da rəvayət de.



#29289 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 31 декабря 2009 - 23:15 в Ümumislam mövzular

Dəxli çoxdur. Biz peyğəmbər(s), imamlar (ə.s) , ayətullahlardan misal gətirməyə çalışırıq, sən tutdurmusan ki, Dr. Əli Şəriəti.)))

başa düşmədim..
sən bunula nə demək istəyirsən?



#29231 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 31 декабря 2009 - 16:11 в Ümumislam mövzular

Sən o Dr.Əli Şəriətinin yazılarının təsirindən çıxa bilmirsən hələ?
O ( Dr. Əli Şəriəti) peyğəmbər olmayıb ki, hər kəliməsi dürr ola?

heç dəxli var?

Bəli, hicrətin 7-8 ci illərində hicab məsələsi açıqlanır, çünki Allah belə əmr edir ona. O axı özündən söz söyləməzdi. Allah ona belə vəhy edir ki, məhz indi hicab məsələsinin vaxtıdır, çünki din yeni yaranmışdı. Bəs bizə? Bizə ki,Quran tam olaraq gəlib çatıb və biz də dərk edərək müsəlman olmuşuq(yəqin ki). Müsəlman olduqdan sonra, Allahın bir əmrinə tabe, digərinə itaətsizlik edəcəyik??


siz gedin qadınlara mecburi şəkildə Hicab geyindirin...sonrada deyin k, biz qeyretli kişilərik...
amma yadinda saxla ki..
Peygəmbər (as) qəlbləri Fəth edirdi.....
Fəth olan yerdə...məcburiyyətə ehtiyac yoxdur.



#28817 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 28 декабря 2009 - 20:04 в Ümumislam mövzular

vusal114

Hicablının yoldaşı homoseksual da ola bilər. Şəri nöqteyi-nəzərdən qadının hicablanması kişinin boynundadır. Qəbul etsəz də, etməsəz də. Əgər bir kişiyə çox rahadırsa, onun yoldaşına naməhrəm tamaşa etsin buna başqa ad verə bilərik?

Yaxşı kişi döyül.


onda belə çıxır ki, kişilər hicabsız arvadlarını döyə-döyə hicab geyindirsinlər və olsunlar qeyrətli kişi!
budur məntiq.

bəlkə arvadını boşasın?? nə var ki, qiraqdan ona baxanlar deməsinlər ki, bu kişi qeyrətsizdir!
Hicaba görə arvadı boşamaga şəriət icazə verir??
tamamilə əsasız fikilərdir.



#28354 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 24 декабря 2009 - 23:46 в Ümumislam mövzular

Necə ki, anlamadım, siz örtünün imanla heç bir əlaqəsi olmadığını deyirsiniz???

mən anlamıram ki. siz niyə verilən sualdan yayinırsiniz?
beyem mənim verdiyim sual örtük haqqındadır ?
Sual:
Qara rəngdə olan çadranın imana olan nisbəti haqqında hansı rəvayət mövcuddur?



#28107 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 22 декабря 2009 - 12:13 в Ümumislam mövzular

Senin dediyin sozler ise hec mentiqe sigmir. Hz.Ali(e.s) yamaqli geyinirdi ona gore ki, onun dunya malinda zerrece gozu yox idi. . Kisiler hetta hansi veziyyetde namaz qila bilerler.amma qadin ortunmelidir.hemde namehremlerin ve hetta kafirlerin yaninda tamam ortunmelidir.celb olunmamalidir.Yeni zemaneye gore insan deyismelidir geyimini?duz basa dusdum? Zemaneye gore deyisecek olsa gerek hec qadin evden cixmasin cunki etraf exlaqdan uzaqlarla doludur.
Qara cadra en gozel hicabdir.Emanetdir. Qara cadraya mekruh deyenler ...

əvvəla mən qara çadraya məkruh deməmişəm...yazmışam ki, tam şəkildə qara geyinmək məkruhdur.
İkincisi, əgər qadınlar üçün nümunə Fatimə (as) xanimdirsa, kişilər üçün gərək Hz Ali (as) geyim tərzi nümunə olsun

Sende ele olsan, sende hec ne geyindiyine fikir vermezsen. ele geyinersen.Qadinin geyimini kisinin geyimine qatma

bizim başqa İmamlarımız var ki. onla çox gözəl libaslar geyiniblər..
hətta sənin kimi insanlar onlar tənə edəndə...İmamlar (as) onlara çox gözəl məntiqli cavab veriblər..


...



#28104 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 22 декабря 2009 - 11:39 в Ümumislam mövzular

Çadra indi ikrah hissi ilə nəzəri çəkir,amma əlvan geyimlər isə şəhvət hissi ilə,bunlar tam başqa-başqa anlamlardır
Sənin geyimin Allah üçün, onun rizası üçün olmalıdır,day başqaları üçün yox.


mənim bidiyimə görə tam qara rəngdə olan geyim məkruh sayilir..



Xanım Zəhra (s.a) ikrah hissi yaradıbmış? Heç kimin fikri qadına maraqli olmamalıdır. Əgər Allahin emri esasdirsa onun ucun.

Qara cadra bize xanim Fatimeyi-Zehradan(s.a) emanetdir. Hele Azerbaycanda lap vacibdir. Ona gore ki, her cur dinsiz kafir var burda. Tolerantiq bu o demek deyil ki kafir ve kitab ehline gore emanetlerimize xeyanet etmeliyik. onsuzda o qeder tesir ede bilibler ki,valideynlerimiz umumiyyetle dinden uzaqdir coxusu. Sovetin tesirindedirler hele. Ovladlar da behane edir ki, evden icaze yoxdur ve s..Allah esasdir yoxsa ata-ana?

Hec olmasa Xanım Fatimenin (s.a) geyimine mekruh, ne bilim beyenilmeyen deme. Bu seni dinden cixarar.

elə sözlər danışırsınız ki, bu sözlər heç bir məntiqə sıgmır..
Fatimeyi-Zəhra (sa) öz sözlərinə bu şəkildə nümunə gətiməyin..
bir daha təkrar edirəm
...ona qalmış olsa Hz Ali (as) əyninə yamaqlı paltar geyinib...amma bu o demək deyil ki, indiki cavanlar da əyinlərinə yamaqlı paltar geysinlər..



#26041 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 06 декабря 2009 - 16:26 в Ümumislam mövzular

Bağışlayın, onda mənim poeziyamda problemlər var :)

Palçıq, Dr.Şəriətidən yazırsız, bir öz fikrinizi də yazsanız yaxşı olar. Şəriətiylə razısınız ya yox? Postlarda görürəm, suallarınızı yazmısız altında da doktorun cavabları. Cavabları sizi qane edir?

əgər razı olmasaydım onun fikirlərini burra qeyd etməzdim...



#26044 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 06 декабря 2009 - 16:51 в Ümumislam mövzular

'MUMINE'

Hər-halda Şəhid Mutəhhəri hara,Əli Şəriəti hara

.
bu mövuzda şəxsiyyətlərin özlərini deyil..onların fikirlərini müzakirə edirik.
forumçulardan xahiş edirəm ki, şəxsiyyət məsələsini ön plana çəkib əsas fikri mövzudan yayındırmasınlar.

Bu günkü dünyada, xüsusi ilə də şərqdə, fərdi və ictimai təbəddülatlar nəticəsində cəmiyyətdə demək olar ki, qarşı-qarşıya dayanmış “ziyalı-müasir” və “mühafizəkar-dindar” təbəqələri formalaşmışdır. Bu ziddiyyətin qarşısını almaq imkansızdır. Cəmiyyət dəyişdikcə kişi geyimləri, paralel olaraq qadın geyimləri, ümumiyyətlə həyat tərzi dəyişilir.

Hz Ali (as) buyurub:" Danışana deyil, onun nə dediyinə bax"
Dr. Əli Şəriəti öz dövrünün sosioluqu olub...
Bəyəm onun öncədən etdiyi xəbərdarlıqlar bu günkü İslam cəmiyyəti üçün aktual deyil ?



#26005 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 05 декабря 2009 - 23:47 в Ümumislam mövzular

Biz dedik «radio-televiziya haramdır». Amma alıb evimizə qoyduq. Biz institut-universitetə qarşı çıxdıq, amma gənc nəsli həmin ocaqlara yönəltdik. İndi fəryad çəkirik: “Bu necə institutdur ki, allahsızlığı təbliğ edir, bu necə radio-televiziyadır ki, əxlaqsızlıq yayır?!” Bəs necə olmalı idi?! Vaxtında “haramdır” deyib kənara çəkilməsəydin, istənilən yeniliyə öz milli-dini “rəngini” vursaydın, bu gün özünü bir vaxt iyrəndiyin qərbli simasında görməzdin


Dr Əli Şəriəti haqlı olaraq önəmli bir məsələni diqqətə çəkir..
təkcə alimlər "o haramdır bu haramdır"
və yaxud "o olmaz, bu olmaz "deməklə hara qədər getmək olar?
bəs o alimlər bir çox qadagaların qarşılıgında sənə nələri təklif edirlər?
bir misal çəkim..
Bu gün bizim milli toylarımızı "dərviş toyu" halaına gətirib çıxaranlar nə düşünürlər?

həmçinin, səhv etmirəmsə forumda hansısa xanımların birindən sual etdilər ki, sən nə üçün aga Sistaniyə təqlid edirsən?
cavabı bu oldu ki, o daha çox muhafizəkardır. ( yadımda qalanı dedim, əgər xəta olsa üzürlü hesab olunsun)



#25996 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 05 декабря 2009 - 22:54 в Ümumislam mövzular

doktor Əli Şəriəti

Amma bu gün əxlaqlı qız öz əxlaqlı anasından “uzaq” düşmüşdür və onlarda bir-birinə qarşı biganəlik var. Cəmi 20-25 yaş bir-birindən fərqlənən bu insanları, eyni bir cəmiyyətdə yaşamalarına baxmayaraq, yalnız şəxsiyyət vəsiqəsi bağlayır
Bu yanaşma qadına münasibətdə daha aşkar görünür. Qadından tələb olunur ki, o qədimdə necə idisə, elə də qalmalıdır. İddia edirlər ki, qadın üçün bu qəlibi İslam bəyənmişdir və dünyanın sonunadək qadın belə qalmalıdır.


"Gör menim qızım ne deyir..Deyir ki, indi sənin ucun 19-cu əsr deyil..Men oxumaga gedirem..Üzüzyü isə qaytar "
( "Əhməd hardadır" filimindən sitat)

Dogurdan da zaman keçdikcə.. keçmiş dövrlə müasir dövr arasında idealoji aspektlərdə müəyyən ucurumlar yaranıb. Bu da öz növbəsində düçüncələrdə qarşıdurmalara səbəb olub.
Yəni, yeni nəsil özündən əvvəlki nəsli bəyənmir. onlara köhnəliyin qalıgı kimi baxır..
maraqlı sula meydana çıxır..

Bu cür hallarda İslam dinini cəmiyyətə aşılamaq üçün hansı metodlardan istifadə etmək lazım gəlir?


Dr Əli Şəriəti..

Çoxları anlayırdılar ki, bu “gerçəklik” (“qərb havası”) tezliklə bütün dini və əxlaqi dəyərləri aradan qaldırıb, beyinlərdə öz imzasını atacaq. Bəs bunun qarşısını almaq üçün nə etdilər? Əmr edildi: “Haramdır! Radio almayın! Filmlərə baxmayın! İnstitut, universitetlərə ayaq basmayın! Qəzet oxumayın! Cəmiyyət qurmayın! Bir sözlə, bildiklərimiz bizə yetər, yenisinə ehtiyac yoxdur! “Qadının adını çəkməyin!”.
Bizim mənəviyyat keşikçilərimiz “eskimosa soyuducu satan” kapitalizm qarşısında, sadəcə “olmaz” deməklə kifayətləndilər. Daha doğrusu, xalqın qulağına iki söz sırğa edildi: “haram” və “olmaz”!

Nəticə nə oldu? Nəticə gördüyümüz kimi oldu. Avropa gerçəklikləri, qərb kapitalizmi, hiyləgər tülkülər və yırtıcı goreşənlər bir növ müdafiəsiz qalmış sadəlövh ümmətlərin mənəviyyatını və təbii xəzinələrini viran qoydular. Gəldilər, qırdılar, apardılar, amma bir buxaralı kişinin Çingiz qoşunu haqqında dediyi kimi - “çıxıb getmədilər”!
Nə üçün? Çünki onları görən olmamışdı. Çünki, bu gəlmələrə nifrət edən keşikçilərimiz üzlərini “yana tutmuşdular”. Gətirilmiş yenilikləri xalqın “boyuna” islah etmək belə kimsənin yadına düşməmişdi.
Kiçik bir misal. Qadınımız örtüklüdür. Bu örtüklü xanım hamilədirsə, doğuşu kim qəbul etməlidir? Əlbəttə ki, qadın oxuyub təhsil ala bilməzsə, uşağı kişi həkim tutmalıdır. Bəs nə üçün qadın həkim olmamalıdır? Hicablı qadına kişinin mamalıq etməsi hansı çərçivəyə sığışır?
Demək, istəsək də, istəməsək də, texniki tərəqqinin ağuşuna düşdük. Xaricdən gəlmiş, mənəvi kodekslərlə nizamlanmamış gerçəkliklər özünə lazımi yer aldı. Biz dedik «radio-televiziya haramdır». Amma alıb evimizə qoyduq. Biz institut-universitetə qarşı çıxdıq, amma gənc nəsli həmin ocaqlara yönəltdik. İndi fəryad çəkirik: “Bu necə institutdur ki, allahsızlığı təbliğ edir, bu necə radio-televiziyadır ki, əxlaqsızlıq yayır?!” Bəs necə olmalı idi?! Vaxtında “haramdır” deyib kənara çəkilməsəydin, istənilən yeniliyə öz milli-dini “rəngini” vursaydın, bu gün özünü bir vaxt iyrəndiyin qərbli simasında görməzdin



#25965 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 05 декабря 2009 - 19:29 в Ümumislam mövzular

doktor Əli Şəriəti

Amma bu gün əxlaqlı qız öz əxlaqlı anasından “uzaq” düşmüşdür və onlarda bir-birinə qarşı biganəlik var. Cəmi 20-25 yaş bir-birindən fərqlənən bu insanları, eyni bir cəmiyyətdə yaşamalarına baxmayaraq, yalnız şəxsiyyət vəsiqəsi bağlayır
Bu yanaşma qadına münasibətdə daha aşkar görünür. Qadından tələb olunur ki, o qədimdə necə idisə, elə də qalmalıdır. İddia edirlər ki, qadın üçün bu qəlibi İslam bəyənmişdir və dünyanın sonunadək qadın belə qalmalıdır.


"Gör menim qızım ne deyir..Deyir ki, indi sənin ucun 19-cu əsr deyil..Men oxumaga gedirem..Üzüzyü isə qaytar "
( "Əhməd hardadır" filimindən sitat)

Dogurdan da zaman keçdikcə.. keçmiş dövrlə müasir dövr arasında idealoji aspektlərdə müəyyən ucurumlar yaranıb. Bu da öz növbəsində düçüncələrdə qarşıdurmalara səbəb olub.
Yəni, yeni nəsil özündən əvvəlki nəsli bəyənmir. onlara köhnəliyin qalıgı kimi baxır..
maraqlı sula meydana çıxır..

Bu cür hallarda İslam dinini cəmiyyətə aşılamaq üçün hansı metodlardan istifadə etmək lazım gəlir?



#26110 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 07 декабря 2009 - 09:25 в Ümumislam mövzular

MUMINE

Şəxsiyyəti elə onun fikirləri "şəxsiyyət" olaraq formalaşdırır daa

Muminə xanım elə isə deyilən fikirlərə öz münasibətinizi bildirin..
Kimin kimdən üstün olması müakirə mövzusu deyil..

Doktorun xəbərdarlığına gəldikdə isə,o xəbərdarlıq yox,təzə fikir aşılama metodudur


Dr. Əli Şəriətinin dedikləri İran cəmiyyəti üçün xəbərdarlıqlar idi.
"Təzə fikir aşlama" metodu dedikdə nəyi nəzərdə tutdugunuzu anlamadım?



#26126 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 07 декабря 2009 - 11:27 в Ümumislam mövzular

Təəssüf ki, müsəlmanlar geri getməkdə davam edirlər. Onda İslama geriləmə dini kimi baxanları qınamayaq, müəyyən mənada düz düşünürlər...


Dr. Əli Şəriəti

İslamın təbliğ metodu məntiqi və tədricidir. Bəli, müsəlmanlarda elə bir hazırlıq olub ki, Allah-təala əmr edib: “Şərabı, qumarı... tərk edin!”. Bu əmrin nəticəsi nə oldu? Mədinənin bütün küçələrində insanlar şərab küplərini dağıdırdılar! Polissiz, ordusuz! Yalnız Allahın əmri ilə!

Bəs biz necə təbliğ edirik? Dərindən düşünmədən, niyəsini bilmədən “Haram, kafir” -deyə bağırırıq. Bu metodla yalnız geriləmək olar, necə ki, geriləyirik! Bizim məntiqsiz təbliğimizə qəzəblə cavab verilir, hətta “Əl çək, bəli, mən kafirəm!” deyənlər tapılır. Demək, həqiqəti çatdıra bilməyən kəs yerində oturmalı, vəziyyəti gərginləşdirməməlidir!
Mən öz müəllimlik təcrübəmdə daim bu məsələyə diqqətli olmağa çalışmışam. Bir dəfə də olsun “Hicab örtün, namaz qılın!” -deyə əmr etməmişəm. Çünki təcrübədə belə metodların səmərəsizliyinə əmin olmuşam.
Bir vaxtlar təbliğ mərkəzi olan bir hüseyniyyədə çalışdığımız zaman hicaba riayət etməyən bəzi xanımlarla aparılan söhbətlər çox şeyləri aydınlaşdırdı. Məlum oldu ki, insanı hicaba zorla bürümək mümkün olduğu hallarda da onlar daxilən “hicabsız” qalırlar.
Hicabın məfhumu aydınlaşdırılmalıdır



#26326 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 08 декабря 2009 - 14:39 в Ümumislam mövzular

Dr.White
Зaкройте эту тему.
Автор сам не знает , что он вообще хочет обсудить .Cказано - сделано

Cказано - сделано


yəqin ki,
əl-ələ verib bu temanı yaxın günlərdə baglamaycaqsınız.)



#26311 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 08 декабря 2009 - 11:50 в Ümumislam mövzular

Təəssüf ki, müsəlmanlar geri getməkdə davam edirlər. Onda İslama geriləmə dini kimi baxanları qınamayaq, müəyyən mənada düz düşünürlər...


Hmmm, sizin sözlər bu mövzuya aid idi hə? yəni belə başa düşdüm ki,çarşab sizin üçün geriləmək deməkdir,və hicablı xanımların "moda"sı heç də qərbli xanımın modasından geri qalmamalıdır,yəni bu gün əlvan hicab,kişi geyimi olan,müasir hicablı xanımların üstünlük verdiyi şalvar,və get-gedə qısalan koftalar,axırda da topik olsa,bu yeniliyi normal qəbul etmək lazımdır, heyləmiii? :big_boss:


Dr. Əli Şəriəti

..Axır ki, məni danışdırdı. Dedim ki, İran cəmiyyətini üç hissəyə bölmək olar. Onların əksəriyyəti avam adamlardır və hicabları da var. Onların hicabları gerilik, köhnəliklə bağlıdır. Onlar dərin dini düşüncədən məhrum, köhnə adət-ənənəyə bağlı insanlardır.
İkinci qrup isə azlıq təşkil etsə də təhsillidir, dünyadan xəbərdardır. Onlar xaricdə olublar, müxtəlif ictimai fəaliyyətləri var ve eləcə də hicabsızdırlar. Üçüncü qrup tamam başqadır. Onlar yeni nəslin nümayəndələridir. Onlar əsl ziyalılardır və onların ziyalılığı təkcə təhsillə bağlı deyil. Bu insanlar müasir mədəniyyətdən yuxarıda durub, hər işin mahiyyətinə varırlar. Onlar öz insanlıq məsuliyyətini dərk edən imanlı insanlardır. Bu agahlıq təhsildən, diplomdan çox ucada dayanır. Onlar üçün elm və bilik maddi ehtiyacların təmini üçün yox, öz şəxsiyyətlərini dərk etmək üçündür. Onlar hər şeyi, eləcə də hicabı özləri, öz düşüncələri ilə seçənlərdir.



#26309 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 08 декабря 2009 - 11:07 в Ümumislam mövzular

Müzakirələrdən daha yaxşı başa düşürəm Şəriətini, çünki oxuyanda səthi keçdiyim məsələlər forumda qabardılıb. Başa düşürəm ki, Şəriəti hər şeydə ikiüzlülyün əleyhinə çıxıb, onun mübarizəsi ateistlərlə yox, münafiqlərlə olub-- Zahiri namaz, zahiri hicab, zahiri dindarlıq və s.

tsk edirəm Şəms xanım

Dr. Əli Şəriəti..
Bir şəxs məndən hicab əleyhinə söz qoparıb, hay-küy salmaq məqsədi ilə sual verdi. Cavabını yubandırmayıb dedim: «Hicab sənin dediyindir. Vallah, mən nə fəqihəm, nə də bəzzaz (parçasatan). Mən sosioloqam». Dedi: «Elə mən də sosiologiya nəzərincə soruşuram». Dedim: «Sosioloqun işi parça yox, parçadan olan insanlardır». Dedi: Elə onu deyirəm.



#26133 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 07 декабря 2009 - 12:15 в Ümumislam mövzular

İran Polisi

İran polisi get-gedə daha gödək paltarlar geyinən, saçlarının ucunu, kənarını göstərərək geyim qanununu pozanlara qarşı əməliyyata başlayıb
ANS PRESS İranın "Etimad" qəzetinə istinadən bildirir ki, İranın paytaxtı Tehranda geyim haqqında qanunu pozan qadınlar 5 illiyinə sürgün edilmə ehtimalı qarşısında qalıblar. Qəzetin xəbərinə görə, Tehranın prokuroru Səid Murtəzavi “İctimai yerlərdə əxlaq səviyyəsi aşağı, mankenlər kimi görünən belə qadınlar, yeniyetmələrin şərəfini və məsumluğunu təhlükə ilə qarşı-qarşıya qoyurlar” deyib. Polis isə get-gedə daha gödək paltarlar geyinən və saçlarının ucunu, kənarını göstərərək geyim qanununu pozanlara qarşı əməliyyata başlayıb. Qanunu pozanlara qarşı qamçı, pul və həbs cərimələri tətbiq edilir. Prokuror Murtəzavi “Bu cərimələrin təsiri olmayanlar və qanunu pozmaqda inad edənlər 5 il müddətinə Tehrandan uzaqlaşdırılma cəzası ilə qarşılaşacaq” deyib. Tehran polis rəsmiləri şənbə günündən etibarən keçirilən əməliyyatlarda 3 242 nəfərə geyim qanunu pozduğu üçün xəbərdarlıq edildiyini bildirib. Xatırladaq ki Rəsmi İran vaxtaşırı belə qərarlarla ölkədəki insanların Qərb geyim tərzinə olan meyl etməsinin qarşısını alır.

http://muselmanlar.u...s/2008-06-12-17

Dr. Əli Şəriəti

Bir vaxtlar təbliğ mərkəzi olan bir hüseyniyyədə çalışdığımız zaman hicaba riayət etməyən bəzi xanımlarla aparılan söhbətlər çox şeyləri aydınlaşdırdı. Məlum oldu ki, insanı hicaba zorla bürümək mümkün olduğu hallarda da onlar daxilən “hicabsız” qalırlar.
Hicabın məfhumu aydınlaşdırılmalıdır




#25909 Fatimə Fatimədir...

Отправлено автор: palchiq 05 декабря 2009 - 10:02 в Ümumislam mövzular

doktor Əli Şəriəti

Bu günkü dünyada, xüsusi ilə də şərqdə, fərdi və ictimai təbəddülatlar nəticəsində cəmiyyətdə demək olar ki, qarşı-qarşıya dayanmış “ziyalı-müasir” və “mühafizəkar-dindar” təbəqələri formalaşmışdır. Bu ziddiyyətin qarşısını almaq imkansızdır. Cəmiyyət dəyişdikcə kişi geyimləri, paralel olaraq qadın geyimləri, ümumiyyətlə həyat tərzi dəyişilir. İnsan əbədi bir qəlibdə qala bilməz




Mən bu kitabın dəqiq yazılma tarixini haqqında bir söz deyə bilmərəm..
lakin..bir şey məlumdur ki,
doktor Əli Şəriətinin İran cəmiyyəti üçün öncədən dediyi xəbərdarlıqlar son dövrlər özünü aşkar şəkildə biruzə verməkdədir.




Рейтинг@Mail.ru