Перейти к содержимому


Публикации Dr.White

189 публикаций создано Dr.White (учитываются публикации только с 17-июня 23)



#59951 Bu gününüz necə keçdi?

Отправлено автор: Dr.White 03 сентября 2010 - 15:33 в Дискуссии на общие темы

Olsun -ALLAH HEC KİMSƏNİN ARZUSUNU ÜRƏYİNDƏ QOYMASIN!


Bahəm. Caps Lock unu sondür Emir ziddi qanun olma ! :gizildish:



#61561 Bu gününüz necə keçdi?

Отправлено автор: Dr.White 23 сентября 2010 - 00:21 в Дискуссии на общие темы

Günüm günnü kecif :). Gün ərzində başı buxara papaxlı, üzü nurlu , balaca boy ,əlində əsa olan ağsaqqal kişı arzulayaraq kecif , arzulamışam ki qabağıma cıxıf desin bala sallah nəzirsən 80 dərəcə istinin altında ? :gizildish:


Ahmadiyya bajı, məytəvinizdə nüvarəhdi. :gizildish:


Изображение



#59952 Bu gününüz necə keçdi?

Отправлено автор: Dr.White 03 сентября 2010 - 15:35 в Дискуссии на общие темы

göz dəydi :cray:


Demə qardaş elə pis oldum. Elə pis oldum. O qədər ağladım dünən oo qəəədr ağladım.



#69637 Bu gününüz necə keçdi?

Отправлено автор: Dr.White 12 февраля 2011 - 00:17 в Дискуссии на общие темы

maragli gundu.

Qisaca yuxudan durdum.Bir az o yana bir az bu yana getgel etdim.Sonrada ata oldum
:blushL:

indide forumda usag adlari temasini axtariram.isteyrem forumda beyenilen adlardan birini qoyam.


Booy boooy booy . Təbrik edirəm qardaş. Allah saxlasın. Dedesi kimi zır şiə olsun inşallah :) Ən əsası saleh övlad Əhli Beyt (s) aşiqlərindən olsun inşallah.



#60172 Bu gününüz necə keçdi?

Отправлено автор: Dr.White 06 сентября 2010 - 00:01 в Дискуссии на общие темы

Allah rəhmət eləsin. Allah səbr versin qardaş. QƏbri nurla dolsun.



#69531 Bu gününüz necə keçdi?

Отправлено автор: Dr.White 08 февраля 2011 - 02:07 в Дискуссии на общие темы

http://www.rferl.org...es/2299901.html




#61256 Bu gününüz necə keçdi?

Отправлено автор: Dr.White 19 сентября 2010 - 03:18 в Дискуссии на общие темы

Xub.



#69647 Bu gününüz necə keçdi?

Отправлено автор: Dr.White 12 февраля 2011 - 14:21 в Дискуссии на общие темы




#66815 Bu an nə dinləyirsiz?

Отправлено автор: Dr.White 06 декабря 2010 - 01:50 в Musiqi



:yahoo:

Intahasi axırdakı seygah sənnik deyil ... Orda xərəblədün Seri Popuqaay...



#69350 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Dr.White 30 января 2011 - 01:40 в Обсуждение актуальных новостей сайта

Nə demək istəyirsən ? Ürəkli ol de görək , tez tez Hacının sözün yazırsan , cıxart ağzındakı sözü ciyarlı ol.


Din dövlətdən ayrıdır.
Dövlətin adından yalnız dövlət mənsubları danışa bilər!


Fikir söyləmək nə vaxtdan bəyanat, "danışmaq" kimi qəbul olunur ?

Bəs probleminin həll yolunu nədə görürsüz?

- İlk öncə bunu qeyd etmək istəyirəm ki, bu məsələnin həlli ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə məşğul olur. Vətəndaşlar bu idarəyə müraciət edərək, hicab məsələsinin həllində Şeyx həzrətlərinin yardımçı olmasını xahiş edirlər.


yeqin dövlətin işləri ilə hacı Şahin məşgul olur, eləmi ?


Səni anlaya bilmirəm. Sən deyəsən azəri dili ilə əlaqədər problemin var. Dövlətin işləri ilə Hacı məşğul olmur hec onun belə niyyətidə yoxdur. Sual verillər oda məntiqi cavabın verir. Burda dövlətin sən harda gördün mən baş aca bilmədim.



#66252 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Dr.White 23 ноября 2010 - 23:52 в Обсуждение актуальных новостей сайта

Misir özü əvvələr Universitetin rektorunun şöferi işləyib .Şofer indi gəlib elm naziri olub sonrada hicaba qadağa qoyur.DƏHŞƏTDİR VALLAH.

Ona deyən lazımdır ki,ay alcaq hər gün Universitetin (hələ qızlarınkın deyirəm) ayaq yolundan bir vedrə şpris yığırlar gedin bu problemləri həll edində nə düşmüsüz mömin və möminələrin namuslarının arxasıyca.

Allah zalımlara min lənət eləsin.Amin !


Qaaqa, mən bilən Misir Mırtızdan sonra BDU nun rektoru olub ...



#66272 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Dr.White 24 ноября 2010 - 11:03 в Обсуждение актуальных новостей сайта

ALLAH-taala bu dəyirmana su təkən əlləri qurutsun və onu fırlayan uzunqulaqlara ən ağır, alçaldıcı və böyük bəlanı versin! Gün o gün olsun ki, Misirin və onu dəstəkləyənlərin namusu çöllərdə, əllərdə, dillərdə qalsın... ALLAH-taala zalımın zülmünə baş əyənləri də, onlardan ayırmasın! ALLAH bu namussuzlara min-min lənətə etsin!

P.S. Görəsən Sevil Əliyeva hara baxır?


:blink::blink::blink: Seyid, piiiriiicom tut Sevil Heydərsifət Əliyeva ?



#70557 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Dr.White 16 марта 2011 - 02:31 в Обсуждение актуальных новостей сайта

Qərdeşlər cox dərin hörmət və izzətlə sizdən xaiş minnət edirəm özüvüzü lezvalamıyın. Mən sadəcə sual verdim. Vəssalam.
İndi ikinci sualım var , Hacı Abgül Suleymanov milli ruhanidü ? Yanı millidi ya ümummilli və yaxud ümumbəşər ?


Pü.Sü. sualımı interesni labirintvari yozmasaz xeyli xub olar.



#69433 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Dr.White 04 февраля 2011 - 03:21 в Обсуждение актуальных новостей сайта

Əxi , əsəbləşmə. Azərı insanı üçün normal bir haldı. Azərbaycanda bir nəfər irəli gedib geniş kütlənin rəğbətini , hörmətini qazanan kimi insanlar onun ancaq və ancaq olmayan mənfi cəhətlərin axtarıllar ki , "vedrə qoşsunlar". Bir zamanlar Molla Sadrayada o zaman ki "elm" "iman" "mərifət əhli" olan "mollalar" vedrə qoşurdu". Tarıx isə kimin necə olduğunu illər əsirlər sonra ortaya cıxartdı.


hörmətiniz,izzətiniz artıq olsun.
harda oxumusan ki Molla Sədra dövlət siaysətini müdafiə etsin?


Molla Sadranı bəşqa fikirlə misal kimi gətirdim sən təbii ki , başqa cür başa düşdün. Dar düşüncəlisən. Dar düşüncəliyini bir kənəra qoysan düşünürəm ki , sənin üçün daha xeyirli olar.
Sənən soruşsam ki , bəs sən hardan eşidib, oxumusan ki , Hacı Şahin dövlətin tutduğu bu mövqeyin tərəftarıdır üstəgəl onu müdafi edir, cavab tapa bilmiyəcəksən. Ona görə boş boş yersiz hər postunan sonra şer yazmaqdansa bir az düşüncəni genişləndir.



#66236 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Dr.White 23 ноября 2010 - 15:57 в Обсуждение актуальных новостей сайта

http://www.salaminfo...sherh/6898.html



#69319 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Dr.White 29 января 2011 - 19:37 в Обсуждение актуальных новостей сайта

Nə demək istəyirsən ? Ürəkli ol de görək , tez tez Hacının sözün yazırsan , cıxart ağzındakı sözü ciyarlı ol.


Din dövlətdən ayrıdır.
Dövlətin adından yalnız dövlət mənsubları danışa bilər!


Fikir söyləmək nə vaxtdan bəyanat, "danışmaq" kimi qəbul olunur ?



#68276 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Dr.White 06 января 2011 - 16:25 в Обсуждение актуальных новостей сайта

heeee )) yaxşı olajax eşi )))



#69414 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Dr.White 03 февраля 2011 - 14:44 в Обсуждение актуальных новостей сайта

Sizin kimiləri görəndə Siffeyndə Muaviyə (l.ə.) nizələrə Quran taxanda şəkkə düşən kufəlilər yadıma düşür. Aydındı ki, heç bir din xadimi Həzrət Əli (ə) ola bilməz, bu heç...
Elə bil ki, bəzi dindarlar hazırdı ruhanilərə ləkə yaxmağa, şəraitə baxmadan, vəziyyətdən xəbərdar olmadan. Elə hazırsız başqa tərəfə keçməyə. Ya çox tez allanırsız, ya da... Onu da bilin ki, Hacı Şahinin şəxsiyyəti gün kimi aydındı. Heç kim onun haqqında mənfi rəy deyə bilməz, Allah ondan razı olsun. Tam doğru və qərarlı yol tutduğuna görə.

Əxi , əsəbləşmə. :) Azərı insanı üçün normal bir haldı. Azərbaycanda bir nəfər irəli gedib geniş kütlənin rəğbətini , hörmətini qazanan kimi insanlar onun ancaq və ancaq olmayan mənfi cəhətlərin axtarıllar ki , "vedrə qoşsunlar". Bir zamanlar Molla Sadrayada o zaman ki "elm" "iman" "mərifət əhli" olan "mollalar" vedrə qoşurdu". Tarıx isə kimin necə olduğunu illər əsirlər sonra ortaya cıxartdı. :)



#69311 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Dr.White 29 января 2011 - 15:25 в Обсуждение актуальных новостей сайта

Изображение
Hacı Şahin Həsənli ilə müsahibə
"Bu dövlət siyasəti deyil"


Azərbaycanın daxili işlər naziri hicab probleminə münasibət bildirib
Nədən valideyn iradəsinə tabe olan, hələ müstəqil şəxsiyyət kimi tam formalaşmamış yeniyetmə qızları elmə və cəmiyyət həyatında daha faydalı olmağa yox, əksinə, cəhalətə, iki-üç əsr öncəki duruma, geriyə sürükləyirlər? Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq, öz potensialını xalqın, dövlətin inkişafına yönəltmək.



P.S.


Nə demək istəyirsən ? Ürəkli ol de görək , tez tez Hacının sözün yazırsan , cıxart ağzındakı sözü ciyarlı ol.



#66206 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Dr.White 23 ноября 2010 - 01:28 в Обсуждение актуальных новостей сайта

Misir Mərdanov gedib təhsilin səbiyyəsin artırmaqdansa , boş boğazdıq edir.

Siz yatmaqda davam edin hörmətli xalqım , bir azdan bu hakimiyyət hələ cox əndrabadi qanunlar cıxardacaq. Siz yatın cənablar . Lay Lay ...



#67206 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Dr.White 15 декабря 2010 - 11:09 в Обсуждение актуальных новостей сайта

İlahiyyatçılar dini kəsimə müraciət etd

İlahiyyatçılar dini kəsimə müraciət etdi: “Siz əziz inanclılara çağırış edirik ki, təxribatlara yol verməmək üçün Tasua-Aşura günlərində hər hansı formada hicabla bağlı etiraz aksiyası keçirilməsin”

Ölkənin dini kəsiminin əksəriyyətini təmsil edən bir qrup ilahiyyatçı inanclı topluma müraciət etmişdir. Müraciətdə bildirilir:


“Əziz bacı və qardaşlar!


Məhərrəm ayının ongünlüyünü yaşayırıq. Tasua-Aşura ərəfəsindəyik. Bu günlərin müqəddəsliyi və hər bir Azərbaycan insanı üçün önəmliliyi hər kəsə aydındır. Bu müqəddəs duyğular tarixin qanlı-qadalı imtahanlarından keçib. Hətta Sovetin ən ağır günlərində də xalqımız bu günləri bir ümumxalq hüzn dönəmi olaraq keçirmişdir.
Çox böyük əfsuslar olsun ki, bu günlərdə anlaşılmayan, çoxlu sayda suallar doğuran hadisələr baş verməkdədir. Biz bunun şahidiyik ki, hansısa islamofobik qüvvələr bu həssas günlərdə dəfələrlə cəmiyyətin inanclı kəsimi üçün ən müqəddəs, ən heysiyyat tutumlu mövzulara toxunurlar. Bu həssas dönəmdə hicab mövzusu artıq müəyyən məmurların seçdiyi bir hədəfə çevrilib və bu mövzu ətrafında süni və məqsədyönlü ajiotajın yaradılması aşkar sezilir. Son günlərdə ardıcıl surətdə məktəblərdə hicab mövzusu ilə bağlı əsassız çıxışların edilməsi, bunun qıcıq yaradacaq formada edilməsi və bu çıxışların artıq bəzi telekanallar tərəfindən də geniş tirajlanması onu göstərir ki, inanclı insanların təxribatlara çəkilməsi ilə bağlı ciddi proses gedir. Kimlərsə Tasua-Aşura günlərində dəyərli inanclıları təxribatlara çəkməklə bağlı məqsədyönlü addımlar atır, inanclıların müqəddəs duyğularının təbii təzahürlərindən sui-istifadə edərək, dini etiqad azadlığı ilə bağlı köklü pisləşməyə rəvac vermək istəyirlər. Məsələnin təhlili göstərir ki, geniş və fundamental bir təxribat yönündə işlər gedir.


Bütün bunları nəzərə alaraq, Uca Allah qarşısında, toplum qarşısında məsuliyyətimizi dərk edərək, biz heç də sadə olmayan bir çağırışla bütün inanclı kəsimə müraciət etməyi qərarlaşdıq. Siz əziz inanclılara müraciət edirik və çağırış edirik ki, Tasua-Aşura günlərində təxribatlara imkan verməmək üçün hicabla bağlı hər hansı formada etiraz aksiyası keçirilməsin.


Əzizlərimiz, təxribatlara imkan yaratmamaq üçün Tasua-Aşura günlərində hicab mövzusu ilə bağlı hər hansı küçə aksiyasında iştirak etməyiniz. Bu, bizim ümumi məsuliyyətimizdir. Bəsirətlilik, geniş nəzərlilik tələb edir ki, hər vəziyyətə uyğun müvafiq qərarlar qəbul edilsin.


Hicab – namaz kimi, oruc kimi dini vacibatdır, Allah Təalanın buyuruşudur. Bu məsələdə mövqe birmənalıdır və heç bir halda bu məsələdə digər fikir ola bilməz. Bu, Konstitusiyamızla, qanunlarla inanclılara verilən vicdan azadlığının ayrılmaz tərkib hissəsidir. Bəzi məmurların nə deməsindən asılı olmayaraq, dövlətimiz inanclıların bu hüququnu tanımışdır və hazırda bu hüququ təftiş etmək – insan haqlarını məhdudlaşdırmaq cəhdindən başqa bir şey deyildir.
Hicabla bağlı həyata keçirilən müdafiə tədbirləri bundan sonra daha da sistemli, daha da köklü, daha da fundamental surətdə həyata keçiriləcəkdir. Məsələnin tamamilə çözülməsi istiqamətində mövcud qanunlar çərçivəsində mümkün olan bütün addımlar atılacaqdır.


Bu ağır durumda biz bir daha Qafqaz Müsəlmanları İdarəsinin sədri cənab Hacı Allahşükür Paşazadəyə müraciət edirik. Biz onun bu məsələdə daşıdığı tarixi məsuliyyətə diqqət çəkirik və əlində olan bütün səlahiyyət imkanlarından istifadə edərək, ölkə rəhbərliyini problemin mahiyyəti barədə məlumatlandırması üçün, habelə bu problemin Azərbaycan dövlətçiliyinə, Azərbaycanın milli-mənəvi dəyərlərinə təhlükə kəsb etməsini, Azərbaycan toplumunun bütövlüyünə yönəli dağıdıcı xarakter daşımasını ölkə rəhbərliyinin diqqətinə çatdırması üçün ona müraciət edirik. Biz, məsələnin çözülməsi üçün əlindən gələn bütün işləri təcili yerinə yetirmək üçün Hacı Allahşükür Paşazadəyə bir daha müraciət ünvanlayırıq.
Sonda bir daha hər birimiz üçün Uca Allahdan xüsusi tofiqatlar diləyirik. Allahdan istəyirik ki, əsrlər boyunca xalqımızın ülvi hisslərini formalaşdıran Tasua-Aşuranın hörmətinin, müqəddəsliyinin salınması istiqamətində edilən təxribatlardan hamımızı amanda saxlasın və bu müşküllərdən bəsirətliliklə, dinimizin bəyəndiyi şəkildə çıxmağı nəsib etsin.


Hacı İlqar İbrahimoğlu
Hacı Şahin Həsənli
Hacı Əhliman Rüstəmov
Hacı Yüsif Bağırov
Hacı Zülfüqar Mikayılzadə
Hacı Abgül Süleymanov
Hacı İqbal Novruzov
Hacı Ceyhun Cəfərov
Hacı Elşən Mustafaoğlu
Hacı Mir Mehdi Hüseyni
Hacı Bəxtiyar Hüseynov


http://www.salaminfo.az/olke/7196.html



#67264 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Dr.White 16 декабря 2010 - 00:58 в Обсуждение актуальных новостей сайта

HİCAB QADAĞASININ MÜDHİŞ SİRRİ

Azərbaycan hakimiyyətinin Qərblə, xüsusən də ABŞ-la münasibətlərinin pisləşməsi onu yeni planlar cızmağa vadar edib. “WikiLeaks” qalmaqalının yuxarı dairələrdə yaratdığı şok fonunda hökumətin ciddi-cəhdlə hicab qadağasını gündəmə gətirməsinin və ölkədə İslam faktorunun güclənməsi görüntüsü yaratmasının müdhiş səbəbləri barədə redaksiyamıza sensasion məlumatlar daxil olub.

ИзображениеBu məlumatlar son bir neçə gün ərzində bir neçə istiqamətdən gəlib. Onlar həm sırf məlumat xarakterli, həm də dəqiq informasiyalar əsasında təcrübəli ekspertlərin gəldiyi qənaətləri, onların “SOS” xarakteri daşıyan proqnozlarını özündə ehtiva edir. “WikiLeaks” saytının ABŞ Dövlət Departamentinə məxsus məxfi məlumatları əldə edərək yaymasından sonra açıq şəkildə məlum oldu ki, dünyanın ən qüdrətli dövləti sayılan və demək olar əksər bölgələrdə çox ciddi maraqları olan Amerika əslində çoxdan Azərbaycan da daxil, demokratik olmayan ölkələrin hakimiyyətlərinə inanmırmış; onların ikili oyun oynadıqlarını bilir və həmin iqtidarlar əleyhinə dosyelər toplayırmış. Elə “WikiLeaks”ın açıqladığı məxfi hesabatlardan da görünür ki, Amerika onun üçün həyati əhəmiyyət kəsb edən planların reallaşmasına indi və gələcəkdə mane ola biləcək hakimiyyətlərlə hesab çəkməyə, onlara öz yerlərini göstərməyə hazırlaşırmış. Bu sənədlərdən o da aydın olur ki, Amerikanın uzun illər əməllərinə göz yumduğu hakimiyyətlərin hərəsi onu yerləşdiyi bölgənin spesifikasına uyğun olaraq hansısa bir ciddi məsələ ilə təhdid edirmişlər. Bəlli olur ki, bu illər ərzində Azərbaycan hakimiyyəti ABŞ-ın qarşısına əsasən İran kartı və İslam faktoru ilə çıxıb. Doğrudur, ortada demokratiya və Qarabağ məsələsi ilə bağlı müəyyən vədlərin verilməsi də var. Amma bu vədlərin niyə yerinə yetirilməməsi ilə bağlı suallara hakimiyyət özü Qərb üçün daha ciddi işlərlə məşğul olduğunu göstərməklə cavab verib. Bunlar isə Cənubdan olan təhlükənin və İranın burada dindarları radikallaşdırmasının, ölkədə İslam dövləti yaradılması planlarının önlənilməsi və digər bu kimi məsələlərdir. Məlumatlı mənbələr bildirirlər ki, “WikiLeaks” qalmaqalından sonra isə hakimiyyətin bu məsələləri qabartmağa və Amerika qarşısında ondan istifadə etməyə daha çox ehtiyacı yaranıb. Demokratiya, Qarabağ məsələsində, Amerikanın İranla bağlı planlarının reallaşmasında Qərb qarşısında etibarını və nüfuzunu itirən hakimiyyətdə belə bir dəqiq məlumat var ki, Amerika indiki şəraitdə vaxt itirmədən ona alternativ axtarışına çıxıb. Bu axtarışlar müəyyən qüvvələrin fəallaşmasına, “WikiLeaks” vasitəsilə daha müdhiş sirlərin açılmasına, hakimiyyət daxilində çatlara və iqtidarın itirilməsinə gətirib çıxara bilər. Buna görə də, indi hakimiyyət qarşısında bir yol var. Bu da Qərbin Azərbaycanda və bütövlükdə bölgədəki həyati maraqlarına qətiyyən cavab verməyən başqa alternativ qüvvənin meydana çıxması görüntüsünü yaratmaq, Qərbə həmin qüvvələrlə birgə mübarizə aparmaq üçün xitab etməkdir. Bizim əldə etdiyimiz məlumatlara görə, son bir ayda Bakıda inanclılarla baş verən toqquşmalar, hicab qadağası məsələsinin gündəmi zəbt etməsinin də arxasında məhz bu məsələ dayanır.
ИзображениеƏslində bu plan artıq bir neçə ildir ki, dövrədədir. Biz dəqiq bilirik ki, iqtidarımız bu plana yaxşı hazırlaşıb və onun hazır kombinasiyaları özündə daşıyan bir neçə ciddi “ev tapşırıqları” var. Əslində plan sadədir; Qərbi, eləcə də Rusiyanı, hətta qardaş Türkiyəni inandırmaq ki, Azərbaycanda İslam inqilabı etmək istəyən, ölkəni qarışdırmaq iqtidarında olan ciddi dini qruplaşmalar var; onlar xaricdən (əsasən İrandan) idarə olunurlar; bu qüvvələrin də qarşısında yalnız indiki hakimiyyət dayana bilər. Buradan çıxan məntiq də budur: bu hakimiyyət getsə onun yerinə radikal islamçılar gələ bilərlər. Bu baxımdan da, Qərbi, ərazisində milyonlarla müsəlman yaşayan Rusiyanı, Türkiyəni məcbur qoymaq ki, (xoşları gəlsə də, gəlməsə də) Azərbaycanın indiki iqtidarı ilə əməkdaşlıq etsinlər; əks halda, bu regionda onların (Qərb ölkələrinin) strateji maraqları təhlükə altında qala bilər. Bu məqsədlə hətta ölkənin xüsusi xidmət orqanlarının nəzarəti altında olan dini icmalar da yaradılıb. Bu icmalara digər təbii yaranmış icmalardan fərqli olaraq nisbətən geniş şərait yaradırlar; özlərini göstərmək, daha güclü, daha fərqli olduqlarını hiss etmək üçün mümkün olanları edirlər. Yeri gəlmişkən, bu icmaların üzvləri qəti şəkildə bilmirlər ki, mənsub olduqları quruma məxfi şəkildə iqtidar nəzarət edir. Bu prosesi hər icmadan 1, maksimum 3 nəfər bilir. Və hakimiyyətlə də onlar işləyir, təlimatlar alır, iqtidarın işinə yarayan görüntüləri, səhnələri, şüar və mesajları təmin edirlər. Hakimiyyət bütün vasitələrlə Qərbə, dünyaya göstərir ki, indiki halda ölkədəki dini radikallığın qarşısını o alır, dini kəsimin, ölkə ictimaiyyətinin tam İranın təsiri altına düşməsinə məhz o imkan vermir. İndi iqtidara çox kəskin şəkildə lazım olub ki, ölkədə dini fəallığın artmasını, hakimiyyətin üzərinə yeriməsini nümayiş etdirsin. Bu səbəbdən də son günlərdə qəflətən hicab qadağası ortaya atıldı. İnanclı kəsimin ən həssas siniri basılıb - etirazların olacağı hər kəsə aydındır. Və iqtidarımız bu etirazların daha görüntülü, daha ciddi olması üçün də ötən həftə “ev tapşırıqları”ndan birini işə saldı... Bizdə olan bilgilərə görə, aşura günlərində daha başqa “ev tapşırıqları” dövriyyəyə buraxıla bilər.
Bütün bunlarla bağlı bilgilərini bizimlə bölüşən bir məlumatlı qaynağın sözlərinə görə, indi əsas hədəf mümkün qədər vəziyyəti gərginləşdirmək, dindarları qəzəbləndirmək, mümkün olsa, onları təxribatlara çəkmək və iğtişaşlar görüntüsü yaratmağa nail olmaqdır. Hicab qadağasının Məhərrəmlikdə belə sərt formada gündəmə gətirilməsi də təsadüfi sayılmır. Eyni zamanda mənbə qeyd edir ki, Məhərrəm ayında əhalisinin əksəriyyəti dindar olan Nardaran qəsəbəsini 20 gündən çox işıqsız qoymaq da bu planın tərkib hissəsidir. Hansı kəndin, qəsəbənin işığını 10 gün kəssən etiraz etməz? İndi bu vasitə ilə qəsəbə əhalisini gərginlikdə saxlayıb, onları etirazlara sövq etmək, bu etirazları isə ümumi “islam radikalizmi” lövhəsinin bir fraqmentinə çevirmək planı işləməkdədir.
Məlumatlara görə, Məhərrəmliyin 10-cu gününə düşən Aşura mərasimlərində - dekabrın 16-da ölkənin bir çox yerlərində xüsusən də Bakıda dindarların məscidlərə axışmasından istifadə edən qüvvələr böyük təxribatlar törədə, repressiyalar, kütləvi həbslər həyata keçirə bilərlər.
Onu da qeyd edək ki, hakimiyyət deputatları, irili-xırdalı məmurlar hicab qadağası, dindarların buna qarşı etirazları ilə bağlı məsələlərə münasibət bildirərkən Qərbin əsas dəyər verdiyi dünyəvilik prinsipi məsələsini qabardırlar. Bütün bu qadağaların məhz dünyəvilik prinsipinin qorunması üçün tətbiq olunduğunu deyirlər. Məlumatlı mənbə qeyd edir ki, bütün bunlar Amerikanın din amili ilə şantaj olunması, hakimiyyətin zəifləyəcəyi təqdirdə ölkənin dinçi qüvvələrin əlinə keçəcəyi ilə bağlı okeanın o tayına verilən mesajlardır.
İndiki şəraitdə Qərbin bu mesajlara və təhdidlərə necə yanaşacağı, hansı cavabları verəcəyi haqda dəqiq fikir söyləmək mümkün olmasa da, hər halda, “WikiLeaks”ın açıqladığı sənədlər göstərir ki, Amerikada hakimiyyətin siyasətini, nə etdiyini hətta onların özlərindən daha yaxşı bilirlər və bizimkiləri daha yaxşı tanıyırlar.
Bununla belə, ölkədə xoşagəlməz hadisələrin baş verməsi bütövlükdə bu dövlətin və millətin zərərinədir. Ona görə də, əlimizə yetişən məlumatlarla bağlı ictimaiyyəti bilgiləndirməyi ölkənin aparıcı mətbuat orqanı olaraq özümüzə borc bilirik və hər hansı xoşagəlməz proseslərin baş verməsinin önlənməsi istiqamətində əlimizdən gələni edəcəyik.
P.S. Gözlənilən təhlükə ilə əlaqədar dünən bir qrup ilahiyyatçı ölkənin inanclı toplumuna müraciət edib.

http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/90902-H%C4%B0CAB_QADA%C4%9EASININ_M%C3%9CDH%C4%B0%C5%9E_S%C4%B0RR%C4%B0





#70530 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Dr.White 15 марта 2011 - 01:03 в Обсуждение актуальных новостей сайта

Ada əl cəkmədiz bu carşab davasından? Ay balam-nə sıyrılmısız Siz eee- əşşi hicab geyən- hec bir köpəyoğlunun sözünə baxmadan-elə geyir! Hec vecinə də deyil!


“Hicab və hicab məhbusları haqda susmaq haramdır!”


Fətvayi Abgül ?



#67394 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Dr.White 21 декабря 2010 - 15:06 в Обсуждение актуальных новостей сайта

Artıq televizora baxmaq da olmur. Adam hirsindən partlayır. Bəzi nakəslər var ki (çörəyi bilinir hardan çıxır) sən demə neçə illərdi bu məsələnin gündəmə gəlməyini gözləyirlər. Nə vaxta ki Allahın izni ilə ATV yerlə-yeksan olunmayıb bu nakəslər hələ çox at oynadacaqlar.
Təzə söz çıxıb: "Türk qadını...". Nə türk qadını ala? Türk qadını nədi bunlar üçün bilmirəm. Türk qadını 14 əsrdi müsəlmandı artıq. Bunlar 15 əsr əvvəldə qalıblar. Özdərinə 5 kilo şpaklyovka vurub çıxannar özünü türk qadının simvolu hesab eliyillər.

Mənə maraqlıdı axı kimdi türk qadının etalonu? Tənzilə Rüstəmxanlı? Sevil Nuriyeva?

Vallah çox pis qəzavət eliyillər. Onlar elə bilirlər Allah dövrana tabedi. Elə dövran belədi, biz də bu dövrana qul olaq, başqalarına şah! Amma dövran Allaha tabedi. İnşallah ki biz hamımız bütün İslam düşmənlərinin rüsvayçılığına şahid olacağıq.
Adicə, 1 müsəlmanın abrını aparanın, mütləq abrı aradan gedir. Sən durasan, İslamın abrına, müsəlman qadınının abrına əl atasan, Allah səni bu cahana rüsvay eləmiyincə, əl çəkməyəcək.


Nervlənmə gədeş , bizim millət hoydu hoyduya öyrəşib. Bir 20 nəfər yığışıb şirin söhbət elədiyi zaman biri qıraqdan başın divara vurmağa başdıyanda hamı hoydu hoydu salıf , şirin söhbəti buraxıb gedəcək görüm orda nolub. Hakimiyyətin qılığına girmək lazımdı ki , evimdə qazanım qaynasın məntiqiynən yaşayan insanlara nervlənməyin yeri yoxdu.

Qaldı Hicab məsələsidə həll olunacaq inşallah. Hoydu hoyduya salıb lazımsız və vaxtsız küçələrə tökülən "predmet"lər olmasa düzələn işdi. Hakimiyyətə İslamnan problem lazım deyil. Həmcinin hakimiyyətə hoydu hoydudan qorxub zadniyə atıb "İrana" uduzmaqda lazım deyil...



#70581 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Dr.White 17 марта 2011 - 00:58 в Обсуждение актуальных новостей сайта

Qərdeşlər cox dərin hörmət və izzətlə sizdən xaiş minnət edirəm özüvüzü lezvalamıyın. Mən sadəcə sual verdim. Vəssalam.
İndi ikinci sualım var , Hacı Abgül Suleymanov milli ruhanidü ? Yanı millidi ya ümummilli və yaxud ümumbəşər ?


Pü.Sü. sualımı interesni labirintvari yozmasaz xeyli xub olar.


Hər halda fars deyil, millətimizdi yəqin. İnşəAllah ümummilli ruhanimizə çevrilər.
Zindana atmasalar.


Bəgəm dinimiz millətci bir dindi ? Fars da olsa Türk də olsa fərq etməz ,əsas ağıllı olsun 9B yox.




Рейтинг@Mail.ru