Siz özünüz bu yazınızla özünüzü hörmətdən saldız artıq. Savadınız və səviyyəniz elə bu yazınızdan görünür. Əvvəla göstərdiyim ssılkaya daxil olub orda yerləşdirilən skana baxa bilərsiz. Həmçinin bu və bu tip hədislər Sizin bir çox kitablarınızda var, həmçinin şeyxeynlərin də kitablarında - elə bil bu tip hədisləri əvəələr görməmisiz. Bu hədisi nümunə üçün gətirdim, söhbət hədisin özündən getmir, əqidənizdən gedir. Sizə sual verdim ki, maddi olmayan allahınız maddi dünyanı əlində saxlayacaq? Siz isə mənə nağıl danışırsız ki:
Siz deyəsən iradları qəbul etmirsiniz. Ancaq tərif?
Elə mən də onu deyirəm ki, şeyxeynin kitabında şeyxeynin kitabından dəlil gətir.
Yoxsa gedib hansısa bilinməyən bir kitab bəlkə də ümmətin nəzərində zəif olan bir kitabdan dəlil gətirmək və bununla insanları ittiham etmək düzgün deyil.
Əvvəllər görmüşəm ancaq "Peyğəmbər (s) Allahın ovcunu vəsf edərkən öz əlini açıb yumduğunu" görməmişəm.
Mən də suala cavab verdim ki, "Allah maddidir" demək küfrdür. Deməli "Allahın ovcu maddidir" demək də küfrdür.
Mən Sizdən soruşmadım ki, allahınızın ovucu mənim ovucum kimidir?! Mən Sizə sual verdim ki, allahınızın ovucu maddidi ya yox?!
Bu sualı verəndə bir məqamda da səhv edirsən.
Maddi deyilsə o necə maddi bir şeyi ovucunda tutur?!
1)Deyirsən Allahın ovcu - maddi deyilsə
2) yer - maddidir (aydındır)
3) ovcunda tutmağı - maddi qəbul edirsən (insanın ovcunda tutmağına bənzədirsən)
Burda diqqət yetirmək lazımdır ki, "ovcunda tutmaq" özü də Allaha məxsus ovcunda tutmaqdır və onun keyfiiyəti bizə məlum deyil.
Allahın maddi yeri keyfiyyəti məlum olmayan "ovcunda" keyfiyyəti məlum olmayan "tutmağı" mən necə izah edim?
Allah Quranda yazırsa tutacaq deməli tutacaqdır. Allahın hər şeyə Qadir olmasına şübhə edirsən?
Sənin sualın kafirlərin bu sualına oxşayır:
Biz öldükdən sonra və bədənimiz çürüyüb torpağa qarışdıqdan sonra Allah bizi necə dirildəcək?
Sən bu suala cavab verə bilərsən?
Fərz edək ki, hansısa ölünü yandırdılar kül oldu? Allah onu necə dirildəcək? Sən necəliyini bilirsən?
Siz gözəl başa düşürsünü mən nəyi deyirəm. Sadəcə söz oyunu oynuyursunuz. Mən yuxarıda ümumi tələbləri dedim.
Quranı şərh etməyən insan hədisin şərhini tələb edir. Bu lap gülməlidir.
Mən dedim ki, Allahın sifətləri şərh olunmur. Ancaq ayədə və hədisdə gələn digər məqamlar şərh olunur.
Məsələ də elə bundadır ki, Siz fikirləşirsiz ki, allahınızın əli, ayağı və s. insanda olduğu kimidir, yani maddidir. Bunu Sizin ulu babanız İbn Teymiyyə və s. deyiblər. Əhli-sünnə alimləri isə onları bu əqidəyə görə rədd ediblər. Bu haqda İbn Həcər Əsqəlani yazır:"Əhli sünnə alimləri İbn Teymiyyə haqqında nəzərlərinə görə dörd qismə bölünmüşlər:
I qism - İbn Teymiyyə Allahı cism qərar verir nəzəriyyəsindədirlər və bunu İbn Teymiyyənin "Həməviyyə", "Vasitiyyə" və digər kitablarında qeyd olunan fikirlərilə əsaslandırırlar. Məs: İbn Teymiyyə əl, üz, ayaq və baldır sifətlərini həqiqi mənada Allaha nisbət verir. Onun digər bir əqidəsində Allahın zatıyla ərşdə oturduğu qeyd olunur. İbn Teymiyyəyə belə etiraz olundu ki, əgər Allah Təala zatıyla ərşdə oturmuşsa, bu məkana sığmaq və bölünmək deməkdir. İbn Teymiyyə rədd cavabı olaraq belə buyurdu: "Bölünməyin və məkana sığmağın cismin xüsusiyyətlərindən olması fikriylə razılaşmıram!"
İbn Həcər Əsqəlani "Əd Durarul Kaminətu fi Əyan əl-Miə əs-Saminə" kitabı, c.1, səh 155.
Bu mövzuda isə əqidəniz haqda məlumatlarla yaından tanış ola bilərsiz.
daha bir yalan. İbn Teymiyyə haqqındakı bu müxtəlif fikirlərdən biri doğru ola bilər də. Dördü də doğru ola bilməz ki?
Deməli üçü mütləq yalandır. Əgər üçü mütləq yalandırsa onda elə dördü yalan ola bilər. Bəs sən bilirsən bu fikirlərdən hansı doğrudur?