Перейти к содержимому


Публикации hənbəli_84

224 публикаций создано hənbəli_84 (учитываются публикации только с 26-июня 23)



#96196 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: hənbəli_84 22 октября 2012 - 15:05 в Əqidə və fiqh

Şiələrdə dinə maraqlı yanaşma var.

Sən deməmişdən əvvəllər şiələrdə baş yarmaq normal qəbul olunurmuş. O vaxtı heç kim fikirləşmirmiş belə bir əməli imamlar etməyib.

İndi başa düşüblər ki, sən deməmişdən imamlar belə bir əməl etməyib, bu əməl dində yoxdur.

Təbrik edirəm bir addım irəli gedibsiniz.

İnşəAllah sizdən sonra gələn şiələr sizdən daha qabağa gedər və ələm, mərsiyə demək, qəbirlərin üstündə məscid tikmək, qəbirləri dövrə vurmaq, qəbirləri qabağında sürünmək, qəbirləri öpmək və qucaqlamaq və s. kimi əməlləri etməzlər.

Axı imamlar bu əməlləri də etməyib, bu əməllər də dində yoxdur.



#96657 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: hənbəli_84 01 декабря 2012 - 20:09 в Əqidə və fiqh

Hənbəli 84, sənə malades! Tam zamanında özünü yetirdin. Mən də qardaşlara bildirmək istəyirdim ki, sənin kimilərın tənəsınə, mızına etina etmək doğru deyil.


Sən bunu başa salmaq istəyirsənsə Qurandan insanların tənəsindən qorxmamaqla bağlı ayələri yaz.
Ümumiyyətlə dini insanların tərifinə və tənəsinə görə yaşamırlar, sizin əsas problemlərinizdən də biri budur.
Ona görə baş yarmağa, ağlaşma etməyə, mərsiyə deməyə, əzadarlıq etməyə başlamışdınız ki, özünüzü camaata göstərəsiniz.
İndi görəndə ki, baş yarmağı və zəncir vurmağı camaat bəyənmir bundan çəkinməyə başlayıbsınız.
Sizin dininiz camaata şou göstərməkdir.



#96624 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: hənbəli_84 28 ноября 2012 - 11:12 в Əqidə və fiqh

Mənə görə bu günkü məclislərimiz olduqca süstdür və günü-gündən də süstləşir. Onun-bunun tənəsindən qorxa-qorxa elə bir günə düşmüşük ki, .......Allah eləməmiş bir gün də görəcəyik ki, əzadarlıq məclislərimiz yubiley xarakteri alıb, beş-üç qalstuklu kişi ilə sadə hicaba riayət etməyən qadın-"islam alimi" oturub "məlikməmməd nağılı" danışırlar.
Bu minval ilə Allah eləməmiş günlərin bir günü göz yaşlarını, mərsiyyələri, sinə vurmaqları da dəfn edəcəyik. Məgər bu əməlləri topa-gülləyə tutan azdır?

Sən istəyirsən məclislərin ruhunu daha da artır. Baş yarmaq, elə-belə qan çıxartmaq azdır sən daha artığını elə. Get özüvü Qız qalasından atginən. Sənə malades deyəcəklər.



#96658 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: hənbəli_84 01 декабря 2012 - 20:21 в Əqidə və fiqh

Əzizim, şiələrin əzadarlıq mərasimləri ilə bağlı yüzlərlə video olduğu halda, sən niyə bu videonu mənə misal göstərirsən? Şiələrin əzadarlıq mərasimlərinin əslində necə, hansı qanunlar ilə keçirildiyini sən də, sənə dərs keçənlər də gözəl bilir. Haradasa bu mərasimlərə xürafatın qarışdığı, inhirafın yarandığı bizə məlumdur və görüdüyün kimi biz qardaşlarla bu mövzudu həmin problemləri müzakirə edirik.

Qarşıma bu video çıxdı, bunu qoydum. Həmin qayda-qanunlu, səhih və mütəvatr dəlillərə söykənən məclislərdən 1-2-sini bura qoy baxım. Mənim belə məclislərinizdən xəbərim yoxdur.
Əgər baş yarmaq xurafat idisə əvvəllər mugtəhidləriniz niyə caiz bilirdi?


Çox təəssüf edirəm ki, İmam Hüseynə (ə) "Ləbbeyk" demək əvəzinə, onun əzadarlığında hansısa eyb axtarırsız.

"Ləbbeyk" demək ibadətdir, müsəlmanlar həcc zyarəti zamanı deyirlər. mən Uca Allahdan başqasına "Ləbbeyk" demərəm. "Ləbbeyk" demək ibadətində Uca Allaha şərik qoşmaram.
Allaha həmd olsun ki, bu əqidəyəm. Allah məni dinimdə sabit etsin.



#93862 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 08:23 в Şiə-sünni dialoqu




Ələsgər sənin əxivin əmisidi mənim yox ))

Elə sənin də tərcümələrin əxin Əlixanın tərcümələrinə oxşayır.

Əlixanın da tərcümələri Ələsgərin tərcümələrinə ))

Deməli, elə səni tərcümələrin ələsgərin tərcümələrinə oxşayır ))


Ələsgər Əlixanın əmisi olanda nə olur ki?
Əbu Ləhəb də Peyğəmbərin (s) əmisidir.



#93861 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 08:21 в Şiə-sünni dialoqu




Doğurdan ? :rolleyes:

Zəhmət olmasa göstərərsən!

Bundan əlavə, İmam Xomeyni (r.a) də məsum deyil, ictihad edib xəta edib bir savabını qazana bilər. SƏn mənə icmanın fikrini göstər, icmanın! ))



Bəs İmam Xomeynini təqlid edənlər? Onlardamı səhv edirlər?
Sizdə icma rəyimi götürülür yoxsa təqlid etdiyin alimin fikri?
Sən kimi təqlid edirsən?

Bütün yazdıqlarını təqlid etdiyin şəxsdənmi götürüb yazırsan?



#93719 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 09 июля 2012 - 09:10 в Şiə-sünni dialoqu






Qaldı ki, سأل felinə , tərcümədə "istəmək" sözü işlədilib. Amma, tərcümə edən ümumi olaraq cümləni ŞƏRHİ İLƏ BİRGƏ asanlaşdırıb.

Qandığın bir şey də yoxdu. Elə ancaq yekə-yekə danışmağın var. :rolleyes:




Nəyə əsasən şərh edib? Batil əqidəvizə görə? Buna niyə təhrif demirsən? Şərh yazan orjinalı yazır, yanınada ulduz qoyur aşağıda şərhini verir.



#93863 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 08:29 в Şiə-sünni dialoqu



Yaxşı, İbn Kəsir Quranı nəyə əsasən təfsir edib ? Batil əqidəvizə görə ?

İbn Teymiyyə hədisləri, ayələri nəyə görə şərh edib ? Batil əqidəvizə görə ? Sən niyə buna təhrif demirsən ?

Ay balaca, sən heç bildün ki, mən nə dedim ?

Mən dedim ki, ŞƏRH yazıb ? :rolleyes:

Sən heç qanmırsan mən nədən danışıram, başun girmir, bədənivi soxursan!

Get də, get başqa yerdə oyna! :rolleyes:



SƏn söhbəti başa düşmürsən.
Özün dedin ki,


"Tərcüməni şərhinə görə yazıb"

Buna təhrif deyilir.

Doğru olan olduğu kimi tərcümə eləməlisən, altında şərh verməlisən. SƏn özün qanmırsan təhrif nədir, şərh vermək nədir.



#93867 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 09:03 в Şiə-sünni dialoqu

Ey şiələr əgər üləmaya ibadət etmirsinizsə aşağıdakı məsələlərə dəlil gətirin:

1) imamlar müqəddəsdirlər
2) bizim üçün mübah imamlar üşn günah hesab olunur
3) imamlar günahsız və ya məsumdurlar



#93718 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 09 июля 2012 - 08:56 в Şiə-sünni dialoqu

Bismihi təala!

Osman əl-Xəbis, şiə üləmasının icmasına görə peyğəmbərdən (s.a.s) sonra 13 məsum (ə) var. Birliklə 14 məsum edir.

Biri peyğəmbər (s.a.s) , biri Xanım Zəhra (s.a) , 12 nəfər də 12 imam.





Bəlkə şiə üləması yolunu azıb. Xristian üləması da yolunu azıb. Üləma hüccət deyil.
Sən üləmaya ibadət edənlərdənsən? Get dəlillərlə araşdır.




Demək, yazdığın bu və bu kimi hədislərin halı əsasən üç haldan biridir :

1. Ya hədislərin şərhə ehtiyacı var ki, heç birinin mənası siz nasibilərin iddia etdiyi kimi deyil. Çünki, bunun belə olmadığına şiə üləması (r.a) icma edib.




Şərh də dəlillə olmalıdır.


2. Ya hədislər səhih deyil.


Nə sizin batil əqidəvinizə uyğun gəlmirsə səhih deyil. Nə uyğundur səhihdir hə?


3. Hədislər səhih olsa belə mutəvatir deyil. Deməli,əqidəvi məsələlərdə huccət deyil.




Sən burda nağıl danışma. Get araşdır gör bu hallardan hansıdır?
Bəsdir üləmaya ibadət etdin.



#93865 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 09:00 в Şiə-sünni dialoqu




Bəlkəyə qalsa, bəlkə elə sünni və vahabi ülaması yolunu azıb. Xristian ülaməsı da yolunu azıb. Ülamə huccət deylsə,başına deysün İbn teymiyyənin də, digər alimlərivizin də yazdıqları. Razısan ? )

Sən ülaməyə ibadət edirsən ? Onda başına dəysün İbn Teymiyyənin yazdığı kitablar. Heç biri huccət deyil. Razısan ?
Get sən də dəlillərlə araşdır.
Hə ... Sİzin də şərhlər dəlillərlə olmalıdır. Onda başına deysün İbn Teymiyyənin hədislərə verdiyi şərhlər. Başına deysün İbn KƏsirin Qurana verdiyi təfsir. get özün araşdır. Alimlərivizə ibadət eləmə!
Şərh dəlillə olmalıdı. Nə ki, sizin batil əqidəvizə uyğun gəlmirsə səhih deyil.

Nə uyğundur səhihdi hə?
Sən burda nağıl danışma. Get araşdır gör bu hallardan hansıdır?
Bəsdir üləmaya ibadət etdin. :rolleyes:
Sən get başqa yerdə oyna balaca! :rolleyes:

Sən qanmırsan ? Yoxsa, ümumiyyətlə səndə qanma qabiliyyəti yoxdur ? :rolleyes:
Bütüüüüüüüün bu və bu kimi hədislərə vaqif olan üləma İCMA OLARAQ qəbul edib ki, 14 kimsə məsumdur.

Bunun əksinə, hansı hədis gəlsə, dediyimiz hallardan birindədir. BU mütləqdir.

Özü də mən demədim səhihdi ya səhih deyil. Qanmırsan ? Ya sözləri başa düşmürsən ?

Sənə dedim ki, SƏHİH OLSA BELƏ HUCCƏT DEYİL! :rolleyes:


Çünki, mutəvatir deyil. Sən "səhih" , "huccət", "mutəvatir" anlayışlarını qanırsan ?


Mutəvatir olseydi, bizim üləma nəinki bunun əksini, mütləq bunu qəbul edərdi.

Şiə üləması icma olaraq nəyi qəbul edibsə, o da huccətdi. :rolleyes:

Şübhələrə qalsa, get hələ öz alimlərivizdən şübhə eləginən də ))

Xeyir ola gedib gəlib bizim alimlərdən şübhə edirsən ki ?

Heç öz alimləriviz haqqında bircə dəfə , bircə dəfə də olsa şübhə eləmisən ki, BƏLKƏ BİZİM ALİMLƏRİMİZ YOLUNU AZIB ? AXI, XRİSTİANLAR DA YOLUNU AZIB!

Buna mütləq cavab ver :

Şübhə eləmisən ya yox ?



Bundan əlavə!

İddianı edən sənin nasibi əxin olub, sübutu də gərək o gətirsin!

Başun girmiyən yerə bədənivi soxma!

Yoxsa, mən səndən! Sırf səndən Quranın təfsirini istəyəcəyəm. Özü də bütün ayələrin təfsirlərini bircə bircə . Gətirəcəyin hədisləri bircə bircə səndən soruşacağam. O hədislərin səhih olub-olmamasını da səndən soruşacağam. Nəyə görə səhih olub-olmamasını da . Ravilərininin hansının etibarlı , hansının etibarsız olmasını soruşacağam. Bundan əlavə. Ravilərin də etibarlı olub olmamasını özün qeyd edəcəksən. Rical kitablarıvıza əsasən yoxaaaa. Rical kitablarını yazanlar da alimlər, insanlardı. Məhz özün araşdıracaqsan etibarlıdılar ya yox. Daha mən bilmirəm, yatıb yuxuda görəcəksən, sənə ilham olunacey ya necə ... Axır ki, hallarını özün qeyd edəcəksən! :rolleyes:

İbn Kəsir, İbn teymiyyə və sair bu kimi alimlərivizin də kitablarından dəlil gətirə bilməzsən. Çünki, biz onların kitablarını sənin məntiqinlə çırpdıq öz başlarına! :rolleyes:

Nə deyirsən ? Razısan ?



Sən deyəsən ömürboyu səhabələr arasındakı ixtilaflı məsələləri, imamların şişirdilməsini və Əhli Sünnənin zəif hədislərini öyrənibsən. Sən deyəsən heç Tövhidi öyrənməyibsən və başa düşmürsən.

Sənə məsləhət görürəm ki, bir dəfə gedib sələfi alimlərin yazdığı Tövhid kitablarını oxuyasan. Oxu gör sələfi əqidəsində Tövhid nədir? Sonra bəlkə haqqı qəbul edərsən.

Bax sənə yenə deyirəm. Yəhudi üləması da, Xiristian üləması da, Buddistlərin üləması da və s. üləmalar yolunu azıb.
Təsəvvür elə həmin üləmaların ardınca gedən şəxslər özlərini haqq yolda hesab edirlər.

Bəlkə sən də belə azıbsan.
Bir neçə gün lazımdır bir kitabı oxumağa get gör oxu gör sələfi əqidəsində Tövhid nədir?
Alimlərə ibadət nədir?

Sələfi əqidəsində istər alimlər kitab yazsın, istər fətva versin dəlilləri göstərirlər.
Dəlillər ayələrə və səhih hədislərə olmalıdır.

Alimin kim olmağından asılı olmayaraq dəlilsiz danışan alimin sözü qəbul olunmur.
Bütün camaat Quranı və hədis kitablarını öyrənməyə təşviq olunur. Mədinədə hətta Qurandan əlavə 6 hədis kitabını bütün raviləri ilə əzbər bilən insanlar var.

Sizdəki kimi hər müctəhid heç bir istinad vermədən bir risalə yazmır.
Və İnsanlara da təbliğ olunmur ki, bir alimi seçin təqlid edin.

Qaldıki hədislərin səhih olub-olmamasının araşdırılmasına

Hər kəs imkanı çatdığı qədər öyrənir.
Başqa bir tərəfdən əksər hədislərlə bağlı Əhli Sünnənin alimlərinin rəyi ya eynidir, ya da oxşardır.
İstər hənəfi, istər şafi, istər maliki, istər hənbəli məzhəbinin alimləri olsun. Rəylər əksər hədislərdə üst-üstə düşür.

Qaldı ki, mən heç fikirləşmişəm ki, Əhli Sünnə alimləri və Sələfi alimləri yollarını azıblar?
Bəli fikirləşmişəm və əvvəl bu fikirdə olmuşam. Dədəm, babam, nəslim şiə əqidəsində olub. Özüm araşdıraraq gəlmişəm sələfi əqidəsinə.

Bir neçə gün lazımdır bir kitabı oxumağa get gör oxu gör sələfi əqidəsində Tövhid nədir?
Alimlərə ibadət nədir?



#93864 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 08:36 в Şiə-sünni dialoqu

Ey qoyun yığını, əgər belə dəqiq bilirsizsə, imamlar(ə) böyük günah sahibidirlər, o zaman birini misal gətirin.


Əvvəla qoyun sən və sənin kimilərdi ki, tək bir yaradan Allahı qoyub, Allahın yaratdıqları əməlisaleh insanlardan, onların qəbirlərindən və əşyalarından kömək istəyirsən.

İkincisi heç kim demədi ki, imamlar böyük günah sahibidirlər. Ancaq günahsız da deyillər. Kiçik günahlar hamıda olur. Bununla bağlı qardaş sizin kitablardan hədislər gətirdi.

Sən dəlillər gətirə bilmədin. Haqqı qəbul etmək əvəzinə təkəbbürlük göstərib inkar edirsən.



#92671 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 14 июня 2012 - 09:11 в Şiə-sünni dialoqu

Qardaşlar, Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!





Bu hənbəli_84 nikli nasibinin də maskası cırıldı . Artıq görürsüz ki, səviyyəsiz vahabi alimləri kimi səviyyəsiz - səviyyəsiz danışır.

Görürsüz ki, suallara cavab verə bilmir, verdiyi suallara da tutarlı cavab verilib ağzı yumulub.

İndi bir dənə çıxış yolu qalır : Səviyyəsizliyini aşkar eləmək! Məhz bunu edir.

Əvvəldə də şiələrə iftira atan bu nasibi, bu şərhlərində də ağzına gələni danışır, yalan deyir, şər, böhtan atır.

Çox güman ki, səviyyəsizliyini elə bu şəkildə də nümayiş etdirəcək.

Başqa əlindən nə gəlir ki ? Alimi Əməviyyə məzhəbinin ardıcıllarından olan İbn Teymiyyə kimi səviyyəsiz olanın özü də səviyyəsizlikdə ondan geri qalmamalıdı axı :rolleyes:



Bu nasibilər elə bilirlər ki, cürbəcür niklərlə gəlməklə nasibiliklərini gizlədə biləceylər .

Nə isə ... BOş verün getsün! :rolleyes:


Hər kəsin öz səviyyəsinə görə söhbət edirlər.
Səviyyəsiz söhbətə birinci kim başladı?
"Kalori bidətdir" sözünü kim dedi?



#92602 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 12 июня 2012 - 11:41 в Şiə-sünni dialoqu



Bismilləh.
Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!

Sən də mənim salamıma cavab verməmisən!

Əxican, bilirsən biz burda olduğumuz qısa zaman zərfi içində nə qədər vahabi aferistlər, artistlər görmüşük ? )

Hamısının da oxşar iradları olub : "suala cavab verməmisən", "cavab məntiqsizdir" və s. Odur ki, sənin də belə irad tutmağın məni heç də təəccübləndirmədi.

Bundan əlavə sən burda mübahisə etməyə gəlmisən ya sual verməyə ?

2. SUbhanALlah! Bu suala artıq cavab verib və ətraflı da izah edilib. Muhəqqiq qardaşımız da cavab da razı qalıb. Əgər etirazı olsa, özü edər. Sən kimsən ki, kiminsə adından nə isə danışasan ? )

Yaxşı, sən özün ayrıca sual verirsənsə, gəl sənə cavab verim )

Əvvəla, qeyd edildiyi kimi, bu barədə rəy müxtəlfliyi mövcuddur ki, o qızlar peyğəmbərin (s.a.s) qızları olub ya yox.

İkincisi, cavab verildi ki, əgər qızları olubsa da OSMAN FƏZİLƏTLİ OLUB DEYƏ, FƏZİLƏTLİ ADAMA QIZ VERMƏK MƏQSƏDİ İLƏ verilməyib .

BU da açıq -aşkar yazılmışdı. İndi sən başa düşməmisən bizim nə günahımız var ki ?

Yox əgər iddia edirsənsə ki, peyğəmbərin (s.a.s) məqsədi bu deyildi, başqa idi, o zaman buyur sən dəlil gətir, sübut elə ki, OSMAN MƏHZ FƏZİLƏTLİ OLDUĞUNA GÖRƏ PEYĞƏMBƏR (s.a.s) qızlarını ona vermişdi. Mütləq cavab gözləyəcəyəm!



Sən deyirsən ki, məqsəd filan şey olmuyub. Məqsəd özü nə olub bundan danışmırsan.

Məqsəd nə olub de görək?

Sən verilmiş sualı bir neçə dəfə oxu bəlkə başa düşəsən səndən nə soruşulur



#92607 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 12 июня 2012 - 12:05 в Şiə-sünni dialoqu



Muhəqqiqə də verdiyin sualın cavabını verirəm :

Sən nəzərdə tutduğun bu "səhabələrin fəziləti" barədə bircə dənə də mötəbər hədis yoxdur. Yox, əgər peyğəmbərin (s.a.s) adından uydurduğunuz "hədisləri" deyirsənsə bəli oxumuşam. Sənə dəqiq say lazımdı ? )



Sən mötəbər olmadığını necə müəəyyən etdin? Niyə Əhli Sünnə mənbələrindən əqidəvə uyğun olan hədisləri qəbul edirsən və dəlil kimi gətirirsən uyğun olmayanları isə inkar edirsən?

Meyar sənin batil əqidəndir. Nə uyğun gəlir qəbul edirsən, nə uyğun gəlmir təkzib edirsən.



Sən öz xalavı dəvənin belinə mindirib onun "şotuna" ordu yığarsanmı ?

Sən öz arvadıvın dəvənin belinə minib döyüşə getməsinə razı olarsanmı ?

2. Zahirən şəhadət gətirdiyinə görə mən sənin bacılarıvı, qızlarıvı özümə arvad edə bilərəm. Heç bir problemi yoxdur!



Belə şeylər sənin fikrinə gəlir. Deməli belə əxlaq sahibisən. Belə şeylər fikirləşirsən.
Peyğəmbər (s) aid etdiyivi özüvə aid edəndə niyə belə reaksiya verirsən?
Özüvü Peyğəmbərdən (s) üstün tutursan?

Mən öz bacılarımı və qızlarımı sənin kimi qəbirlərə pərəstiş edən şəxsə vermərəm istəyirsən 100 dəfə kəlmeyi şəhadət denən.



3. "ZAHİRƏN ŞƏHADƏT GƏTİRMƏYİN" mənası budur ki, bir insan zahirən şəhadət verirsə, sən onun həmin anda müsəlman olduğuna qərar verirsən.

Yoxsa, siz zahirən şəhadəteyni deyən insanları kafir hesab edirsiz ?

subhanALlah! Bəli! Sizin əqidənizdə hətta, namaz qılmayanlar da kafir sayılırlar.




elədir zahirən şəhadət verirsə müsəlman hesab olunur. Bizim əqidədə namaz qılmayanın kafir hesab olunması isə iftiradır



Məgər sən öz qızlarıvı ZAHİRƏN şəhadəteyni qəbul edib müsəlman olmuş kimsəyə qızlarıvı verməzsən ?

Gərək məhz sənin kimi sapıq birinə qızlarıvı verəsən ? )



zahirən şəhadət gətirməyi ilə kifayətlənmirsən ki. ibadətlərinə baxırsan, əməllərinə baxırsan, əxlaqına baxırsan.
baxırsan qəbirlərdən kömək istəyir ya yox. Təkcə Allahdan kömək istəyir ya yox?
Bu ömürlük ailə həyatıdır. Yarımsaatlıq siğə deyil ki,



#92595 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 12 июня 2012 - 10:36 в Şiə-sünni dialoqu

Beli Peygemberler serf elemir onu xec kes inkar etmir!Ve kim deyib ki ALLAHIN Resulu (s) ozu elci gonderib aisheyenin ve hefsenin evlerine?abu bekir ve omer can oz ishlerni cox gozel bilirdiler ve oz gizlarni gesten ALLAHIN Resuluna (s) caliyiblar!O ki galdi osman4ika,ALLAHIN Resuli (a) oz gizlarni ona vermemishti o Xanim Xeticenin (k) bacisinin gizlariydi!


Sən özün öz yazdıqların haqqında heç fikirləşirsənmi?

Peyğəmbərin (s) öz razılığı olmadan Aişə (rad) və Həfsə (rad) ilə evlənmişdi?
Lap deyək ki, calamaq istəyiblər Peyğəmbər (s) o qədər zəif insan idi ki, etiraz edə bilmirdi və öz istəyini ifadə edə bilmirdi?
Allah sənə hidayət versin.

Lap tutaq ki, Xədicənin bacısının qızları idi. Yaxşı sənin fikrincə Xədicənin bacısının qızlarını niyə münafiq Osmana vermişdi?
Öz qızlarına başqa cür yanaşırdı, başqasının qızlarına başqa cür?
Öz qızını başqa qızlardan üstün tuturdu?



#92590 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 12 июня 2012 - 09:05 в Şiə-sünni dialoqu




Məgər süzün əqidəvizə görə peyğəmbərlər də (ə) səhv eləmirlər ? :rolleyes:



Bəs sizin əqidəvizə görə isə peyğəmbərlər səhv eləmir. Onda nəticədə alırıq ki, bu evliliklər doğru olub.
Həm Aişə (rad), həm Həfsə (rad), həm də Osman (rad) mömin olublar.



#92589 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 12 июня 2012 - 09:01 в Şiə-sünni dialoqu




Əbu Bəkr, yaxud, Xanım Aişə "təqvalı" olduqlarına görə evlənmir.

Bunun dəlili də islami mənbələrdə sabitdir.


Məgər evlənirsə, deməli, təqvasına görə evlənir ? Xanımları asi olan peyğəmbərlər (ə) nəyə görə Allahın əmrindən çıxan xanımları ilə evlənmişdilər ?



Peyğəmbər (s) aşağıdakı ayəyə əməl etmirdimi?

2:221
Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.

Xanımları asi olan peyğəmbərlər (ə) həmin xanımları onlara peyğəmbərlik veriləndən sonra almışdırlar, yoxsa peyğəmbərlik verilməmişdən əvvəl?



#92614 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 12 июня 2012 - 12:18 в Şiə-sünni dialoqu

hənbəli_84

Muheqqiq

Sən niyə İslamı bu forumdan öyrənirsən. Bəlkə bu forumda məsələlər birtərəfli işıqlandırılır. Bəlkə Əhli sünnə tərəfdən bu forumda elmli şəxslər iştirak etmir və ya iştirak etsə də məsələləri kifayət qədər izah etmirlər.

Haqq-hesab günü Allahın qarşısında nə cavab verəcəksən? Deyəcəksən dini forumdan öyrənmişəm?

Sene kim dedi ki men islami yalniz bu forumdan oyrenirem?)))) Men bu foruma bir nece ay olar gelmiwem amma islami artiq nece ildir oyrenirem elhemdulilleh. Ve dediyin kimi mehz her iki terefin kitablarini ve goruwlerini mutalie ederek oyrenirem. Bele de ki forumdan islam oyrenmek "zapadlodur" meger?)))) Exilerin butun gunu saytlarda, forumlarda propaqandayla mewguldur hec onlari demirsen)) Savadlilarinizi da gormuwem hem virtualda hem realda qeti narahat olma))) Bu forumda ise elhemdulilleh kifayet qeder elmli qardawlar var ve onlarin suallara verdiyi cavablar realda ustadlarin verdiyi cavablarla demek olar ki ferq etmir. Sene de meslehet gorurem ki dinini abu zeyd kimi kezzeblerden oyrenmekdense bu forumdaki qardawlardan oyrenesen. Inan ki uduzmazsan.


Sən Əhli Sünnənin mötəbər hədis kitablarında olan bu səhabələrin fəzilətləri haqqında olan yüzlərlə hədisləri oxuyubsan?



#92638 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 13 июня 2012 - 08:20 в Şiə-sünni dialoqu

Salam hanbali

sen seher yemeyini subh namazindan evvel yemisen yoxsa subh namazindan sonra ?

yediyin yemeklerin kalorisi cox olub yoxsa az?

Zehmet olmasa cavab yazarsan ciddi sualimdi sene !!!


Sən get özüvü dola. Bütün dünya sizin əqidənizə gülür.

Zəncirlə öz başını döyənlərin ağılsızlığına bütün dünya gülür.

Mən burda bir daşın üzərində barmaq izi tapmışam. Bəlkə hansısa seyidindir.
Sən forumdakı şiələri yığ dəstə ilə gəlin bu barmaq izini ziyarət edib dövrə vurmağa.

Dəstənin qabağına N_ن_N nikli istifadəçini qoy, əlinə də böyük metaldan düzəlmiş ələm ver. Qoy sizin bayraqdar olsun.
Özün də var gücünlə şaxsey-vaxsey qışqır. Bəlkə belə çoxlu savab qazanarsınız.

)))))))



#92670 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 14 июня 2012 - 09:11 в Şiə-sünni dialoqu

Qardaşlar, Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!





Bu hənbəli_84 nikli nasibinin də maskası cırıldı . Artıq görürsüz ki, səviyyəsiz vahabi alimləri kimi səviyyəsiz - səviyyəsiz danışır.

Görürsüz ki, suallara cavab verə bilmir, verdiyi suallara da tutarlı cavab verilib ağzı yumulub.

İndi bir dənə çıxış yolu qalır : Səviyyəsizliyini aşkar eləmək! Məhz bunu edir.

Əvvəldə də şiələrə iftira atan bu nasibi, bu şərhlərində də ağzına gələni danışır, yalan deyir, şər, böhtan atır.

Çox güman ki, səviyyəsizliyini elə bu şəkildə də nümayiş etdirəcək.

Başqa əlindən nə gəlir ki ? Alimi Əməviyyə məzhəbinin ardıcıllarından olan İbn Teymiyyə kimi səviyyəsiz olanın özü də səviyyəsizlikdə ondan geri qalmamalıdı axı :rolleyes:



Bu nasibilər elə bilirlər ki, cürbəcür niklərlə gəlməklə nasibiliklərini gizlədə biləceylər .

Nə isə ... BOş verün getsün! :rolleyes:


Hər kəsin öz səviyyəsinə görə söhbət edirlər.
Səviyyəsiz söhbətə birinci kim başladı?
"Kalori bidətdir" sözünü kim dedi?



#92669 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 14 июня 2012 - 09:09 в Şiə-sünni dialoqu

Sene yenede bu suallari unvanlayiram evvel gerek bilinsinki sen umumiyyetle ne ile qidalanirsan

ki bizde hemen qidalardan istifade edek seninle sohbete gucumuz taqetimiz olsun

yoxsa sen gelib ele enerji gosterirsen ki burda fovqelade bacarigina lap mat qaliram

yazirsan ki




evvela sen hele menim eqidemin ne oldugunu bilmirsen ? ve hemin eqideninde dunyada ne cur qarwilandigini iddia edib ozunu zelalete salmisan!!!



dawin userinde ne tapmisan ozun bilersen bunun seyide aid oldugunuda dawin uzerinde barmaq izini tapdigin kimi arawdir melumat verersen forumdaki dawda barmaq izi axtaran eqidedawlariva sene mukafat vererler
yenede deyirem eqidemin ne oldugunu bilmeden bow bow laqqirdama




Bu yazinla ne isbat elemek istediyin melum deyil sene bu dunyada seninle bir yawayan varliq kimi meslehetim budur ki get eqidevi duzelt

Yalniw bawa duwme Dini eqidevi demirem ( cnki o yoxdu ) Insani bu dunyada yawayan yaradilmiw olan mexluq kimi eqidevi arawdir ve itirdiklerini yerine qoy



Əgər səni kalori və səhər yeməyi maraqlandırırsa bunları Nun-dan soruş. Onun yazısı kəmiyyətcə mənim yazımdan 2 dəfə çoxdur



#92668 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 14 июня 2012 - 09:07 в Şiə-sünni dialoqu

henbeli_84. Arab, indi de henbeli cildine girmisen?))) evvela Sistani r.a. Iran alimi deyil Iraq alimidir. Sonra da Nehcul belage hedis kitabi deyil.
Wieler ise oz eqidelereni tesdiq etmek ucun deyil, iki mezheb arasindaki ixtilafli meseleleri muzakire ederken sizin nasibilikle zeherlenmiw meneviyyatinizi mualice etmek ucun hem wie, hem de ehli sunnet kitablarindan istifade edirler. Lakin nasibilik ele qorxulu ve cetin mualice olunan merezdir ki xerceng merezi onun yaninda toya getmelidir, ozu de vehabi toyuna))) Eger nasbilerle ixtilafli meseleler olmasa idi, seni narahat eden mesele de baw vermeyeceydi))) Cunki Ehli beytin e.s.fezileti ve Onlara e.s.itaetin vacibliyi haqda Quranda ve heqiqi sunnenin esasi olan Wie menbelerinde nasslar kifayet qederdir. Ehli sunnetin hec bir meselede Wie menbelerine muraciet etmediyini ise yalan deyirsen)) Ve en nehayet dediyim kimi ehli sunnet adindan daniwma cunki sen vehabisen. Tovbe et hele ehli sunne ol sonra daniwariq.


Muheqqiq arab kimdir?

Vəllahi ki, mən arab nikli istifadəçi deyiləm



#92639 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 13 июня 2012 - 08:21 в Şiə-sünni dialoqu




)))

Subh namazından sonra yemək yemək "şirkdi".

"kalori"
sözü isə bidətdir :rolleyes:



Sən nəyə gülürsən?

Harda qaldı sənin "Hər gün Aşura, hər yer Kərbəla" əqidən?
Nə tez unutdun öz əqidəvi?



#92588 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 12 июня 2012 - 08:52 в Şiə-sünni dialoqu




Bismilləh. Va Aleykum əs-salam va rahmətullahi va bərakətuhu.

Əstəğfirullah qardaşıM. narahat etmirsiz )
Yuxarıda da qeyd etdiyimiz kimi onların peyğəmbərin (s.a.s) öz qızları olub-olmaması haqqında rəy müxtəlifliyi mövcuddur.

Peyğəmbərin (s.a.s) öz qızları olması təqdirdə də bir insanın ZAHİRƏN şəhadəteyni deyib islamı qəbul etməsi kifayətdir.

Bu baxımdan Osmana peyğəmbərin (s.a.s) öz qızlarını verməsi o demək deyildir ki, Osman yükəsk iman sahibi, Allah və rasulu (s.a.s) qatında sayğı dəyər bir şəxs olmuşdur.

Məsələn, Allah rasulu (s.a.s) Əbu Bəkrin də, Ömərin də qızlarını alıb.

Bu iki qəsbkara qarşı Həzrət Əlinin (ə) ƏSLƏN yaxşı münasibət bəsləməməsi mütəvatir həddədir.Hətta, əhli-sünnə mənbələrində də bu məsələni sübut edən SƏHİH hədis mövcuddur.

Məgər Əbu BƏkr yüksək iman sahibi idimi ? Məhz Ona görə peyğəmbər (s.a.s) onunla qohum olmuşdu ?

Halbuki, Xanım ZƏhranın (s.a) Əbu BƏkrə münasibəti bəlli idi. Ömrünün sonuna kimi ondan qəzəbli oldu və onu dindirmədi. Əbu bəkr Zəhranı (s.a) qəzəbləndirməklə ALlah rasulunu (s.a.s) , Allah rasulunu (s.a.s) qəzəbləndirməklə Allahı qəzəbləndirmişdi. Amma, peyğəmbərin (s.a.s) qaynatası idi. Peyğəmbərin (s.a.s) qaynatası olması məgər onun imanlı olmasının göstəricisidirmi ? )

Həmçinin də Ömər .

Yaxud, Xanım Aişəyə nəzər salaq. Dəvənin belində dövrünün imamına qarşı, xəlifəsinə qarşı savaşmağa gəlmişdi. Əliylə (ə) müzalifət edirdi. Əli (ə) olmasın , qeyri - Əli (ə) olsun! Məgər , xanım Aişənin vəzifəsi idimi ki cihada gəlsin ?

Cihada gəlmək bir yana. ONa açıq-aşkar əmr edilmişdi ki, evində qərar tutsun. Xanım Aişə bir yox, bir neçə
dəfə , özü də bir neçə cəhətdən Allahın əmrinə qarşı gəlmişdi.

Məgər Allah rasulu (s.a.s) razı idimi ki , xanım Aişə Əlini (ə) incitsin. Aişə ilə düşmənçilik etmək peyğəmbərlər, Allahla düşmənçilik etmək deyil.

Amma, Əliylə (ə) düşmənçilik etmək, Allah rasulunun (s.a.s) özüylə, Allahla düşmənçilik etmək deməkdir .

Bu isə açıq-aşkar təqvanın zəifliyindən xəbər verir. Məgər Xanım Aişə peyğəmbər (s.a.s) xanımı idi deyə təqva əhli sayılırdımı ?

Osman da həmçinin. Layiq olmadığı halda xilafət məqamını qəsbi olaraq mənimsəmiş, dəfələrlə haqqa qarşı savaşmışdır.

Peyğəmbərin (s.a.s) kürəkəni olması , onun təqva əhli olması, yaxud, TƏQVA əhli olduğuna görə peyğəmbərin (S.a.s) qızlarıyla evlənməsi demək deyildir.

Peyğəmbərlərin (s.a.s) qohumlarının da , zövcələrinin də, övladlarının da zəlalət əhli olması mümkündür bu hadisələr baş verib də .


N_ن_N

Sən hələ Muhəqqiqin sualına cavab vermiyibsən. Muheqqiq Peyğəmbər (s) məqsədini soruşurdu. Sən isə bu haqda heç nə yazmayıbsan.
Peyğəmbərin (s) məqsədi nə idi qızlarını Osmana (rad) ərə verməkdə? Bu suala cavanb ver

Muheqqiqe verdiyim sualı sənə də verirəm. SƏn də bu səhabələrin fəzilətləri haqqında olan yüzlərlə hədisləri oxuyubsan?

Səncə zahirən şəhadət gətirmək kifayətdirmi?

Sən öz qızlarını zahirən şəhadət gətirənə verərsənmi?

Peyğəmbər (s) münafiq ilə mömini ayırd edə bilmirdimi?

Sən fikirləşirsən ki, Peyğəmbər (s) münafiq ilə mömini ayırd edə bilmirdi, ancaq sən ayırd edə bilirsən?

Din Peyğəmbər (s) vasitəsilə bizə çatdırılıb. Münafiq kimdir, mömin kimdir Peyğəmbər (s) vasitəsilə insanlara çatdırılıb.
İndi sən özüvü Peyğəmbərdən (s) daha bilgilimi hesab edirsən?




Рейтинг@Mail.ru