Перейти к содержимому


Публикации hənbəli_84

224 публикаций создано hənbəli_84 (учитываются публикации только с 27-июня 23)



#94334 Təqlid

Отправлено автор: hənbəli_84 22 июля 2012 - 10:22 в Şiə-sünni dialoqu

İnşəAllah, təqlid mövzusunu davam edək.


Təqlidin haram olmasına dair Qurandan dəlillər:

3:32
Söylə: “Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!”

3:132
Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun.

4:59
Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.

5:92
Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).

Gördüyümüz kimi çoxlu ayələrdə Allaha və Peyğəmbərə (s) itaət olunması əmr olunur.

İndi

Allaha itaət nədir - Ayələrə əməl etmək
Peyğəmbərə itaət nədir - Hədislərə əməl etmək

Kor-koranə dəlil (ayə və hədis) bilmədən alimin sözünü qəbul edən Allaha və Peyğəmbərə yox alimə itaət edir. Alimə itaət etməklə bu ayələrə əməl etmir.

Əgər alimin Allahın və Peyğəmbərin sözünü deməsinə əmin olduqdan sonra alimin sözünü qəbul etmək lazımdır.

47:33
Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin!


Yolunu azmış alimlərə tabe olanlar haqqında

2:166
O zaman tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq, (onların hamısı qiyamətdəki) əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır.

2:167
O zaman tabe olanlar: “Əgər bir də (dünyaya) qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq”, - deyərlər. Beləcə (qiyamətdə) Allah onların əməllərinin yalnız həsrətdən (peşmançılıqdan) ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər.

Başqa bir dəlil

9:31
Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur!

Mən Al-İslam "alimləri özlərinə tanrı qəbul etmək" haqqında soruşdum. Sualım cavabsız qaldı.

Bu ayənin izahı hədisdə gəlir.

Adiy ibn Hatim demişdir: “Mən Peyğəmbərin (s) bu ayəni belə oxuduğunu eşitdim: “Onlar Allahı qoyub öz kahinlərini və rahiblərini özlərinə tanrı etmişlər” (ət-Tövbə, 31) Mən ona dedim: “Biz onlara ibadət etmirik”. O dedi: “Məgər onlar Allahın halallarını haram edəndə onlarla birlikdə haram hesab edən, haramlarını halal edəndə onlarla birlikdə halal hesab edən siz deyilsinizmi?” Cavab verdim: “Bəli, elədir”. Peyğəmbər (s) dedi: “Bu elə onlara ibadət etmək deməkdir”.

Düşünürəm ki, aydındır. Buna sizin əqidədən də misal çəkmək olar.

Məsələn məlumdur ki, insanın öz bədəninə zərər yetirməsi haramdır.
Bu bəradə heç bir ayə və hədis olmadan alimləriniz əzadarlığa icazə veriblər.

əzadlarlığın nəticəsi



#94382 Təqlid

Отправлено автор: hənbəli_84 25 июля 2012 - 08:17 в Şiə-sünni dialoqu

Hacı, hamısı qaçıb ee :rolleyes: Bunların yaralı yeri təqlid imiş sən demə :whistling:


Bir neçə gün foruma girməmişəm. Nə olub səs-küy niyə salırsan?



#94383 Təqlid

Отправлено автор: hənbəli_84 25 июля 2012 - 09:00 в Şiə-sünni dialoqu

Üsuli-Kafidəki səhih hədislərin sayı Buxaridəkilərdən çoxdur. Gör Buxarinin əsəri (sizin əsəriniz) nə vəziyyətdədir ki, namazda əlin vəziyyəti haqqında 1 dənə də hədis rəvayət etməyib. Bu cür önəmli məsələ (müsəlmanın qabağına hər gün çıxır) necə ola bilər ki, Buxarini maraqlandırmasın və o bu barədə mötəbər rəvayətə çatmasın? Yoxsa sərf etməyib həmin rəvayəti nəql etmək?
[/b]


İnşəAllah hədis külliyatlarının vəziyyətini başqa mövzuda müzakirə edərik.


Allah yalançıya lənət eləsin deyəkmi? Mən nəzərdə tuturam ki, inşallah ki, sən qəsdən yalan danışmırsan. Əqidəvi məsələlərdə olduğu kimi bu məsələdə də səni aldadıblar. Mizan təfsiri, Fatihə surəsi "Bismillah"ın təfsiri: http://quran.al-shia...n/fatehe/03.htm
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) bu hədisi nəql etdikdən sonra əlavə edir: “İnsan hər bir işi yerinə yetirmək istəsə, gərək “Bismillah” desin. Yə’ni desin ki, bu əməli Allahın adı ilə başlayıram. Allahın adı ilə başlanan hər əməl bərəkətlidir.”
[/b]


Mənim burda qəsd ilə yalan danıma istəyim necə ola bilər ki? Çünki bu forumda elmli şiələr iştirak edir. Onlar bunu tez açarlar.
Məni aldadan elə şiələr olub. Bir dəfə bu haqda özünü elmli hesab edən şiələrə sual olmuşdu, cavabsız qoymuşdular. Mən də zənnə qapılmışdım ki, yoxdur.
Hər bir halda mənə də məsuliyyət düşür. Mənim də səhvimdir. Haqqınızı halal edin.


Osman heç nəyin dəlilini bilmir. Osman mənə səhih adıynan hədis göstərirdi. Mürsəl çıxdı.
[/b]


SƏn göstərdiyin linkdə bir alimin rəyi göstərilib. Başqa alim bu hədisi səhih hesab etmişdir.
Sən bir alimin rəyinə görə hədisə mürsəl deyə bilməzsən.
İbn Hüzeymədəki hədisin mürsəl olduğunu o zaman sübut etmiş olarsan ki, bütun alimləri bu hədisə yanaşmasına baxasan və müqayisə edəsən ki, kimin yanaşması doğrudur.


Təqlid- hər hansı bir məsələdə bir alimin nəzərini götürməyə deyilir. Siz hamınız təqlid edirsiniz. Özdə kor-koranə təqlid edirsiz. Amma bizdə kor təqlid yoxdur.
Bizdə istənilən şəxs həmin alimin dərslərinə qatılıb, onun qəbuluna düşüb sualını verə bilər. Tutaq ki, alim risalə yazır. Risalədə 3 min məsələ var. Burada hər məsələnin ardınca dəlil, sübutu və hətta bunun izahını yazsa, 10 cildlik kitab eliyir. Bu isə əlverişli deyil. Amma alim öz nəzərini mütləq hansı bir dərsdə, yaxud kitabda izah və isbat edir.
[/b]


Al-İslam özün-özüvü aldatma. SƏn indi özün-özüvü də aldada bilərsən. Məni də aldada bilərsən. Ancaq Allahı heç vaxt aldada bilməzsən.
Sİzin bir çox fətvalarınız bir cümlədən və ya bir sözdən ibarət olur. Fətvalarda niyə dəlillər göstərilmir?
Deyirsən alim öz nəzərini hansısa kitabda sübut edir. Hansı kitablarda?
Gəl məsələni konkretləşdirək. Məsələn elə namaza dair.
Türk dilində qoyduğun linkə baxdın? Namazın bütün detalları ilə bağlı hədislər şərh olunur. Hansıların səhih, hansıların zəif olduğu qeyd olunur.
Başqa bir misal. Şeyx Albaninin kitabı "Peyğəmbərin namazı sanki gözlərin önündə: təkbirdən təslimədək". Namazın bütün detalları ilə bağlı səhih hədislər istinadları ilə verilir. Peyğəmbər (s) necə rüku edir, necə səcdəyə gedir, haralarda təkbir gətirir, hansı təkbirlərdə əllərini qaldırır, harda nə deyir, camaat namazlarında hansı surələri oxuyur və s.

Bu risalələrə bənzər şiə namazının bütün detallarını ayə və hədislərlə əsaslandıran risalə varmı? "Məşhur İslam alimləri" belə risalə yazıblarmı?


Ağlın öz alimlərinizə getməsin. Hansısa məqsədlər naminə sizlərə yalnış fətvalar verərək aldadıblar. Əhli-sünnətin 4 imamından 3-ü namazı zəif hədisə istinadən qılıb və beləliklə namazın doğruluğu ən azı şübhəlidir. 1 dənə də səhih hədis yoxdu ki, bilsinlər hansı düzdür. Gör bu fiqh nə gündədir :D
[/b]



Əgər bir məsələdə səhih hədis yoxdursa, alimlərin ictihadını götürməkdə problem yoxdur. Sizin fiqhdə bütün məsələlərlə bağlı səhih hədislər var? əgər yoxdursa nə edirlər?
Başqa bir tərəfdən niyə sizin alimlərinizin hərəsi bir risalə yazır? Niyə bu risalələrdə fərqlər var? Hamısı səhih dəlilə əsaslanmır? SƏhih dəlillərdə məgər eyni şey deyilmir?


Bir sualım da var. Bu səhih adı ilə göstərdiyiniz (sonra mötəbər olmadığı məlum olan) İbn Xuzeymin hədisi niyə o 3 imama çatmayıb və İmam Şafiya çatıb?


Bu sualın cavabı çox bəsitdir. Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra səhabələr dünyanın müxtəlif şəhərlərinə gedirlər. Xilafətin sürətlə böyüməsi, yeni torpaqların fəth olunması və dəvəti yaymaq səbəbi ilə səhabələr müxtəlif uzaq şəhərlərə gedirlər. Həmin dövrdə də indiki internet və informasiya vasitələri inkişaf etməmişdi ki, hədislər toplansın və bir-birlərinə ötürsünlər. Sonralar hədis alimləri səhabələrin getdiyi şəhərləri gəzərək hədisləri toplamışlar.



#94385 Təqlid

Отправлено автор: hənbəli_84 25 июля 2012 - 09:05 в Şiə-sünni dialoqu

Hənbəli və Osman, siz niyə öz əqidənizdən xəbərsiz ola-ola burada bəhs aparırsız ki, sonrada qaçmağa üz tutasınız? Məsələn, Şeyx Qamət təqlidi təsdiq edir:

3)Seyx,İbn Teymiyyə alim olmadan öncə hənbəli məzhəbini təqlid edibmi?Bu doğrudurmu?

3. İbn Teymiyyə (rahimahullah) Mütləq Muctəhid olub, o təqlidçi olmayıb. Sadəcə yaşadığı yerdə hənbəli məzhəbçiləri olduğu üçün gənc yaşlarında bu məzhəbin üsullarını öyrənib, amma bununla kifayətlənməyib və başqa məzhəbləri öyrənib. Bir şeyi bilin ki, fiqhi məsələdə hansısa məzhəbi təqlid eləmək olar, xüsusən də avam adama, amma əqidə məsələsində olmaz.
http://www.abubakr-m...indpost&p=47906


Yəqin ki buna da cavab verə bilməyəcəklər :lol:


Burda Qamət qardaş şərt qoyur.
1-ci fiqhi məsələ olması
2-cisi avam olması



#94386 Təqlid

Отправлено автор: hənbəli_84 25 июля 2012 - 09:11 в Şiə-sünni dialoqu

Əhli-sünnətdə də təqlid zəruridir:
http://www.sorularla...si-caiz-mi.html


Bu məzhəbçilərin yazdığı bir şeydir.
Bu insanın yazdığı elə Şafinin, Əbu Hənifənin, imam Malikin, Əhməd ibn Hənbəlin əqidəsinə ziddir.
AL İslam, sən özün denən. əgər səhih hədis ilə məsələn Əbu Hənifənin qıldığı namaz ziddiyyət təşkil edərsə hansını götürməliyik?



#94387 Təqlid

Отправлено автор: hənbəli_84 25 июля 2012 - 09:27 в Şiə-sünni dialoqu

Mən həm əqli yolla, həm dəlillərlə təqlidin haram olduğunu sübut etdim.
Yazdıqlarıma heç bir irad tuta bilməsiniz.

İndi guya bizim də təqlid etməyimizi sübut etməyə çalışırsan.
Əgər mənim təqlidin haram olması ilə bağlı yuxarıda yazdığım dəlilləri qəbul edirsənsə hətta bizim təqlid etməyimizi sübut etsən belə bu sizə bəraət qazandırmır.

Bizim təqlid etməyimizi o vaxt sübut etmiş olarsan ki,
1) Hansısa alimin nəzərinə görə səhih hədisi tərk edib zəif hədisi götürmüşük.
2) Etdiyimiz əməl ilə bağlı ayə və hədisləri bilmirik, alimin nəzərinə əsasən götürmüşük.

Bu halların heç biri bizdə yoxdur, sən də bunu göstərə bilmədin.

Ancaq indi sizin əqidədən suallar verirəm. Görək nə cavab verəcəksən.

47:33
Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin!


9:31
Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur!


Bu ayənin izahı hədisdə gəlir.

Adiy ibn Hatim demişdir: “Mən Peyğəmbərin (s) bu ayəni belə oxuduğunu eşitdim: “Onlar Allahı qoyub öz kahinlərini və rahiblərini özlərinə tanrı etmişlər” (ət-Tövbə, 31) Mən ona dedim: “Biz onlara ibadət etmirik”. O dedi: “Məgər onlar Allahın halallarını haram edəndə onlarla birlikdə haram hesab edən, haramlarını halal edəndə onlarla birlikdə halal hesab edən siz deyilsinizmi?” Cavab verdim: “Bəli, elədir”. Peyğəmbər (s) dedi: “Bu elə onlara ibadət etmək deməkdir”.


İnsanın öz bədəninə zərər yetirməsi haramdır.

Alimləriniz əzadarlığa icazə veriblər. Siz də bunu heç bir dəlil olmadan qəbul edibsiniz.
Başqa sözlə desək alimləriniz haramı halal ediblər, siz də bunu qəbul edibsiniz.

Sübut şiələrin əzadarlığı






#94393 Şalvarın topuqdan yuxarı gödəldilməsi

Отправлено автор: hənbəli_84 25 июля 2012 - 13:43 в Əqidə və fiqh

Ay salafi meger shia san salafiye iddia edib? Demirsen salaf hagg yoldadir buyur subut ela. Mene hedis gatir harada peygambar(s) shalvar ozuda gisa icaze verib geyinmek. ?? Eks halda bidet ehli olarsan cunki peygambar bela geyinmayib (yani shalvar gisa) gozlayiram ay salafi


Tatar, sən deyəsən bilmirsən ki, Bidət nədir, Sünnə nədir.

Bir sual verim. Dörd rukətli zöhr namazını beş rükətli etmək olar? Olmazsa niyə olmaz?



#94868 Abu Zeyd

Отправлено автор: hənbəli_84 09 августа 2012 - 10:09 в Şiə-sünni dialoqu

Yaraşiqdiye :dancep6:


Heç utanmırsınız?

Mən Abu Zeydi görməmişəm. Bu şəklin onun olub-olmadığını bilmirəm.

Ancaq hər bir halda

Kiminsə xarici görünüşünə lağ edirsiniz? Bilmirsiniz ki, Allah insanların xarici görünüşünə, malına-mülkünə, məqamına baxmır, Allah insanların qəlbində olan təqvaya baxır.


Başqa bir tərəfdən Allahın yaratdığına eyib tutursunuz?

Allahın yaratdığına eyib tutmaq elə Allaha irad tutmaq deyilmi?

Özünüzün yaraşıqlı olmağınızla fərəhlənirsiniz?

Qorxmursunuz ki, Allahın başqa bir quluna xor baxdığınıza görə Allah sizi eybəcər və rəzil bir şəklə salar.
Yaxud sizin övladlarınızı.

Allahdan qorxun.

Əgər sizin yaraşıqlı görkəminiz varsa bilin ki, bu görkəmi sizə Allah verib və buna görə lovğalanmayın, Allaha şükür edin.

Əgər başqalarının yaraşıqsız görkəmi varsa bilin ki, bu görkəmi həmin şəxsə də Allah verib və buna görə həmin şəxsə xor baxmayın, Allahdan qorxun.

Hələ axirətdə kimin necə görünəcəyini və kimin hansı məqamda olacağını məlum deyil.

Bu hədisi oxuyun, ibrət alın

Səhih Buxaridə belə bir hədis rəvayət olunur,

“Beşikdə [İsrail övladlarından] ancaq üç nəfər danışmışdır."
Bir dəfə körpə uşaq anasının döşündən süd əmərkən bəzəkli bir at üzərində gözəl bir kişi oradan keçirmiş. Körpənin anası: “Allahım! Oğlumu da bunun kimi et!” – deyə dua etmişdir. Körpə anasının döşünü buraxıb üzünü atlıya tərəf çevirmiş, ona baxdıqdan sonra: “Allahım! Məni onun kimi etmə” – deyə dua etmişdir. Sonra yenidən anasının döşünü əmməyə davam etmişdir.
Əbu Hüreyrə: “Allah elçisinin (s) şəhadət barmağını ağzına salaraq körpənin döşü əmməsini vəsf etməsi gözlərimin önündədir. Barmağını əmməyə başladı. Sonra sözünə belə davam etdi:
“Camaat bir kənizin [cariyənin] yanından keçərkən onu döyməyə başlamış, ona: “Sən zina etmisən, oğurluq etmisən” – demişlər. O isə: “Allah mənə bəs edər. O nə gözəl vəkildir” – deyə zikr edirmiş. [Bayaqkı körpənin] anası: “Allahım! Oğlumu bunun kimi etmə” – deyə dua edərkən körpə döşü buraxıb üzünü kənizə tərəf çevirmiş, ona baxdıqdan sonra: “Allahım! Məni onun kimi et” – deyə dua etmişdir. Burada ana ilə oğul arasındakı söhbət belə davam edir:
– Yanımızdan gözəl və yaraşıqlı bir atlı keçdi, mən: “Allahım! Oğlumu bunun kimi et” – dedim. Sən isə: “Allahım! Məni onun kimi etmə” – dedin. Camaat yanımızdan bir kənizi döyə-döyə aparır və ona: “Sən zina etmisən, oğurluq etmisən” deyirlər. Mən: “Allahım! Oğlumu bunun kimi etmə” – deyə dua edirəm, sən isə: “Allahım! Məni onun kimi et” – deyirsən. Uşaq:
– Bu kişi zalım idi. Mən də [buna görə]: “Allahım! Məni onun kimi etmə” – deyə dua etdim. Camaat bu kənizə zina etmədiyi halda “Zina etmisən”, oğurluq etmədiyi halda isə: “Oğurluq etmisən” – deyə [iftira atırdılar]. Mən də [buna görə] “Allahım! Məni onun kimi et” – deyə dua etdim.



Allah sizi doğru yola yönəltsin.



#94869 Terrorçu sələfilərdən iyrənc fətva!!!

Отправлено автор: hənbəli_84 09 августа 2012 - 10:49 в Əqidə və fiqh


İlk qiyas edən şeytan olub Adəmə səcdə etməyən zaman. Sonra deyirsən ki, niyə salam almırsan.


Sizdən çox qiyas edən məgər varmı ki?
Elə bilirəm ki, qəbirlərə dövrə vurmağı Kəbəyə dövrə vurmağa görə qiyas edibsiniz. bu elədirmi?


Ömərin təravihi camaatla qıldırması "bidəti həsənə" deyil? Özü dili ilə deyib ki.


Bu bidət deyildi. Peyğəmbər (s) də camaat ilə təravih namazı qııb. Maraqlanıbsanmı ki, Ömər (rad) bidət həsənə deyəndə nəyi nəzərdə tutub?


Hansı əqidəsini rədd ediblər? Əl, ayaq? Sizdə əqidə deyəndə elə bu başa düşülür?


Allahın iki əlinin olması ilə bağlı Quranda ayə var. Siz sadəcə Quranın zahirini inkar edirsiniz.


Paho. Sizin alimlər də minbərdən krala bu cür desələr, kral da kranın ağzını bağlayar, deyər DİNCƏLİN.



Bizim əqidədə heç kəs dini biznesə çevirməyib. Pul ilə kəbin kəsmir, pul ilə məclis aparmır, pul ilə Quran oxumur.




Azca düşünsəydin sənə də aydın olardı ki, gör əş-Şafeinin zamanında Əhli-beytə (ə.s) qarşı necə zülüm və nifrət var imiş ki, Əhli-beyti sevənlərə də Rafizi damğası vurulurdu. Sadəcə sevənlərə ha. Çünki, əş-Şafeinin rafizilər barədə mövqeyi məlumdu, neçə-neçə kəskin tənqidlərini sitat gətirmək mümkündür.



Subhənəllah.

Əhli beytə sevgi anlayışı nisbidir.

Bizim əqidədə əhli beytə sevgi dedikdə - əhli beytin həyat tərzini və əxlaqını özümüzə nümunə götürmək başa düşülür. Ona görə biz hədis əhli olmuşuq.

Sizin əqidədə əhli beytə sevgi dedikdə isə - əhli beytin həyat tərzini və əxlaqını özünüzə nümunə götürməkdən əlavə əhli beytin qəbirlərini ziyarətgah yerlərinə çevirmək, əhli beytin ad günlərini keçirmək, əhli beytin ölüm günlərini yas etmək, əhli beyt üçün əzdarlıq etmək, mərsiyə demək, əhli beytə insana xas olmyan təriflər demək başa düşülür.


İndi biz çox sevirik yoxsa siz?

Sualı başqa cür qoyaq: Biz düzgün qaydada sevirik yoxsa siz?

Bizə görə siz əhli beytə sevgidə həddi aşıbsınız.

Bir misal çəkim.

İsanı (ə) ilah kimi qəbul edən ona insanüstü təriflər yağdıran camaatın sevgisi düzgündür, yoxsa İsanı (ə) Allahın qulu və elçisi qəbul edən camaatı sevgisi düzgündür?

Sevgidə həddi aşmaq ilə bağlı Quranda bu ayə haqqında bir az fikirləş.

2:165
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.


Bu ayədə diqqət yetir. Həmin insanlar eyni zamanda Allahı da sevirlər.



#95193 Azər İbrahim peyğəmbərin (ə.s) atası idi yoxsa əmisi?

Отправлено автор: hənbəli_84 23 августа 2012 - 12:27 в Qur'an və onun təfsiri

Müsəlmanlara salam olsun.

Azərin İbrahimin atası olmamasına dəlil nədir?

Yuxarıda göstərdiyiniz dəlillərdə ancaq "əbəti" kəlməsinin əmi üçün də işlənə biləcəyindən danışırsınız.

Ancaq bu kəlmə həmçinin doğma ata üçün də işlənə bilər.

Bəlkə elə doğma atasıdır. Əmisi olmasına dəlil nədir?



#95366 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 03 сентября 2012 - 08:57 в Şiə-sünni dialoqu

Salafilere gore peygambar savadsiz olub(estagfrullah)
Salafiler ozleri deyirler ki biz sirf peygambarin sunnasi ile gedirik, bes siz salafiler eger gabul edirsiz ki rasulillah(s) ne yazib ne oxumagi bacarib, bes ne ucun siz salafiler yazib oxuyursuz?? Demak siz rasulillahin sunnasi ile getmirsiz??( eceb sualdir Vallahi))


Ay şiə, yazdıqlarından görünür ki, sən hələ başa düşmürsən rasullahın (s) sünnəsi nədir, sələfi əqidəsi nədir.

Allahın izni ilə başa salıram bəlkə başa düşdün.

Sünnə Peyğəmbər (s) etdiklərinə, dediklərinə və görüb etiraz etmədiklərinə deyilir.

Peyğəmbər (s) özü yazıb oxumasa da müsəlmanlardan bu işlə məşğul olanlara qarşı çıxmayıb və əksinə buna təşviq edib.

Bununla bağlı çoxlu hədislər var.

Deməli yazıb-oxumaq da sünnədir.

Biz sələfilər də bu sünnəyə əməl edirik.



#95367 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 03 сентября 2012 - 09:12 в Şiə-sünni dialoqu

[font="Palatino Linotype"]

İmam Əli (ə): «Dinin başlanğıcı Allahı tanımaqdır. Allahı tanımağın zirvəsi isə Onun varlığına inanıb etiraf etmək və Onu təsdiqləməyin kamalı, tək olduğunu bilməkdir.



وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ

29:61
(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər?

Arif, onda İmam Əlinin (rad)sözlərindən belə çıxır ki, Məkkə müşrikləri Allahı tanımağın zirvəsində olublar.

Əli (rad) kimi elmli və fəzilətli səhabə, möminlərin əmiri olan şəxs Qurana zidd olan belə sözlər deyə bilməz. Bunlar hamısı uydurmadır. Bir az bu haqda fikirləş.



#95368 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 03 сентября 2012 - 09:27 в Şiə-sünni dialoqu

İmam Əli (ə): «Belə isə kim Allahı vəsf edərsə, Ona oxşar və bənzər yaratmış, hər kim Ona

oxşar və bənzər təsəvvür etsə Onu iki saymış olar. Hər kim Onu iki sayarsa, Onun hissədən ibarət olmasına inanmışdır. Onun hissələri

olmasına inanan Onu tanımamışdır. Onu tanımayan Ona işarə edər və Ona işarə edənsə Onu (hədd-hüdud və istiqamətlə) məhdudlaşdırar. Onun üçün hədd müəyyənləşdirən Onu saya gətirmişdir. . (Nəhcül-bəlağə, xütbə 1)



Bu xütbənin özündə İmam Əli (rad) Allahı vəsf etmirmi? Aşağıda yazılanlar Allahın vəsfi deyilmi?



«Varlığı var, ancaq varlığı yaradılmış deyil. Mövcuddur,

ancaq yoxluqdan yaranmayıb. Hər bir şeylədir, ancaq belə deyil ki, ona bənzəmiş olsun. Hər şeydən ayrıdır, ancaq belə deyil ki, ondan kənarda və ayrı olmuş olsun. Faildir, ancaq belə deyil ki, fəaliyyətdə olsun və alətdən istifadə etsin. Görmək üçün bir varlıq olmayan zaman da görən idi. O tək və yeganə idi.(Hətta) o zaman ki,ülfət bağlamağa və ya yoxluğundan tənhalıq duymağa kimsə və yaxud nə isə yox idi»



Xütbənin özündə ziddiyyətlər var.
Allahı vəsf etmək olar. Ancaq Allah Özü Özünü Quranda necə vəsf edirsə həmin qaydada Allahı vəsf etmək olar.



#95373 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 03 сентября 2012 - 12:08 в Şiə-sünni dialoqu


İmam Kazim(ə):
Buna görə də Onu,özünün özünü vəsf etdiyi kimi vəsf edin və ondan qeyri vəsfdən çəkinin.


Bu elə sələfi əqidəsidir. Belə çıxır ki, siz imamın dediklərinə əməl etmirsiniz.

قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَنْ تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَيَّ ۖ أَسْتَكْبَرْتَ أَمْ كُنْتَ مِنَ الْعَالِين

38:75
(Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”

Allah (subhənə və təalə) Özü Quranda deyir ki, "iki Əlim var".

Allah Özü Özünü belə vəsf edir. Həmin kəlmənin mənasını yozmaq isə artıq insan ağlının məhsuludur, Allahın Özünün Özünə etdiyi vəsf deyil.



#95374 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 03 сентября 2012 - 12:17 в Şiə-sünni dialoqu


ziddiyətlər səndədi problemi özündə axtar xütbədə yox



Niyə belə danışırsan? Ola bilər elmim azdır yaxşı başa düşmürəm.
Sən də səbirlə başa sal.

İmam Əli (rad) əvvəlcə deyir ki, kim Allahı vəsf edərsə, Ona oxşar və bənzər yaratmışdır.
Sonra başlayır Allahı vəsf etməyə.

Birinci dediyi söz özünə aid olmurmu?
Olmursa niyə olmur?



#95407 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 05 сентября 2012 - 10:28 в Şiə-sünni dialoqu

yox mən elə danişmiram hənbəli,sənə elə gəlir vallahi,həqiqi mənada deyirəm qardaşim,zülm etmişəmsə haqqini halal et,elə mən də haqqin

axtarişina cixmişam,və xütbədə problem görmürəm problem mənim və ya sənin başa düşməməyimdədir və bu problemi aradan qaldirmaq ücün

cixiş yolu özümüzü düzəltməkdir nəinki xütbədə səhv bəhanə, axtarmaq,bunun ücün də cixiş elm öyrənməkdir elmul yeqine catmaq ücün.sonra

bəlkə eynul yeqine catdiq...


Əgər haqqıma girdinsə halal edirəm.

Sənə bir sual verim, ancaq səmimi cavab ver. Səmimi cavab versən İnşəAllah haqq yolu da taparsan.

İmam Kazim(ə)deyir ki:
Buna görə də Onu,özünün özünü vəsf etdiyi kimi vəsf edin və ondan qeyri vəsfdən çəkinin.

Quranda ayədə gəlir ki:


قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَنْ تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَيَّ ۖ أَسْتَكْبَرْتَ أَمْ كُنْتَ مِنَ الْعَالِين


38:75
(Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”

Allah (subhənə və təalə) Özü Quranda deyir ki, "iki əlim var".
Allah Özü Özünü belə vəsf edir. Həmin kəlmənin mənasını yozmaq isə artıq insan ağlının məhsuludur, Allahın Özünün Özünə etdiyi vəsf deyil.

Sələfilər deyir ki: "Allahın iki əli var"

Şiələr deyir ki: "Allahın iki əli yoxdur"

sual:

Kim Allahı Allah Özü Özünü necə vəsf edirsə elə vəsf edir?



#95409 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 05 сентября 2012 - 11:50 в Şiə-sünni dialoqu

salam aleykum hənbəli ,bəs ona görə sizlərə Əli ə.s xutbəsini yazmişam siz elə dediyinizi deyirsiz.dedim axi ki problem

səndə ya məndə ola bilər xutbədə yox.aciqladim ki,problem sənin beynindədir və Əimmədən də sübut gətirdim ki niyə sən elə


beynində formalaşan fikirdən əl cəkə bilmirsən.ona görə ki əl deyəndə istədin istəmədin beynin əl fikirləşir.elm və

qüdrətin isə sərhədi və hududu yoxdur ( sənin mənim kimi əli olan sərhədlərlə məhdudlanmişdir )qisa yaziram otur fikirləş

qardaş,aldatma özünü.azad ol


Va aleykumussələm.


1)Mən sənə Quran ayəsini dəlil gətirirəm, sən xütbə deyirsən. Sən xütbəni Quran ayəsindən üstün tutursan?

2) Onda Allah niyə ayədə "iki əlim" deyir, niyə "elm və qüdrət" demir? Bəlkə ayə də səhvdir?

3) Sən "Allahın əli" deyəndə sənin və mənim əlimi fikirləşmə, heç bir tayı və bənzəri olmayan əl fikirləş.

Allahın əli sənin və mənim əlimə bənzəmir, sadəcə adları eynidir.

İxlas surəsi
Onun heç bir tayı bənzəri yoxdur

Necə Allah Eşidəndir, insan da eşidəndir.
Ancaq Allahın Eşitməyi insanın eşitməyinə bənzəmir, sadəcə adları eynidir.



#95422 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 06 сентября 2012 - 08:40 в Şiə-sünni dialoqu

Arif, bizə təəssübkeşlik etməyin deyirsən.

Unutma ki, eyni təəssübkeşlik səndə də ola bilər.

Çünki sən də bizim kimi insansan.

Mən də sənə deyirəm sən də təəsübkeşliyi bir tərəfə qoy 476-cı postu diqqətlə bir neçə dəfə oxu, sonra fikrini bildir



#95425 Tahavi deyir Allahın iki ayağı var?

Отправлено автор: hənbəli_84 06 сентября 2012 - 10:13 в Şiə-sünni dialoqu

əl varsa demək ki əlin məhdud sərhədləri var


Buna dəlil nədir?



#95427 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 06 сентября 2012 - 11:37 в Şiə-sünni dialoqu

eynən hənbəliyə də aiddir yazilanlar.476 ci postuna cavab dəyişməzdir sənin beynin

əl deyəndə sən istəməsən də belə sərhədləri olan və boşluqla əhatə olunmuş əl fikirləşir,mən isə əli məcaz formada

deyildiyini fikirləşirəm və sərhədi və hüdudu olmayan ELMİ və QÜDRƏTİ fikirləşirəm hansi ki beynim bu barədə cox acizdir
vəssalam[/b]


Mən "Allahın əli" dedikdə sərhədləri olan və boşluqda əhatə olunmuş əl fikirləşmirəm. Bu iftiradır.

Sən "əl"in Elm və Qüdrət olmasına Qurandan dəlil gətir.

Əks halda Allahı Özü Özünü vəsf etdiyi kimi vəsf etmədiyin sübut olacaq.



#95438 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 07 сентября 2012 - 09:28 в Şiə-sünni dialoqu

iftira deyil mən sənə olduğunu deyirəm.sən nə qədər desən belə fikirləşmirəm beynin əl oldugunu təsdiq edir.özünü dəqiq

tani,elmini artir.sənin beyninin funksiyalarini öyrən.sən görürsən deyəndə gözlərin görür yoxsa beynin?gözlərini yumanda

gördüyün bir şeyi yumulu gözlə görə bilirsən bilmirsən?məsələn sən noutbuk deyirsən amma onu görmürsənsə bu o demək deyil

ki sən noutbuk görməmisən,deyirsən ki,görmüşəm və noutbukun təsviri sənin fikrində canlanir halbuki noutbuku o zaman

görmürsən.


1) Gəl sənə bir misal çəkim.
Biri gəlib desə Amerikada təzə bir aparat düzəldiblər.Adı "noutbuk"-dur, ancaq özü tamam fərqlidir, biz bildiyimiz "noutbuk"lara bənzəmir, robot kimidir, robotun funksiyalarını yerinə yetirir.

Onda kimsə mənim yanımda "Amerikada yeni ixtira olunmuş noutbuk" desə mənim ağlıma bildiyimiz "noutbuk" yox, "robot" gələcək. Baxmayaraq ki, adı "noutbuk"-dur.

Eləcə də mən "Allahın əli" deyəndə ağlıma heç nə gəlmir, çünki bilirəm ki, "Allahın əli" mən bildiyim heç nəyə bənzəmir.

2) Əgər "Allahın əli" deyəndə sənin ağlıva insan əli gəlirsə bu problemlidir.
Çünki yəqin Quranı oxuyursan və ya tilavət edirsən.
Və ya namazda Quranı qiraət edirsən.

Quranı tilavət edəndə "Allahın əli" kəlmələrini tələffüz edəndə sənin ağlıva "insan əli" gəlirmi?
Ya bu kəlmələri tələffüz etmirsən?

Əgər Quranı tilavət edəndə ağlıva "insan əli" gəlmirsə onda niyə sələfilər "Allahın əli var" deyəndə ağlıva insan əli gəlir?

Hər iki ifadədə "əl" sözü var və "insan" sözü yoxdur.

3) Sənə "top" deyildikdə ağlıva oyun topu gəlir, yoxsa döyüş topu.


Fəth surəsi 10 cu ayə-Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir.

nali mixi qoy kənara indi qardaş,


[/font][/size][/color]


Bu ayədə "Elm" və "Qüvvət" sözləri yoxdur. Bu yozum insan ağlının məhsuludurmu?


əks halda sən bizə ya əlinin ustundəki əli göstərməli olacaqsan ya da ki beyət etmədiyin məlum olacaq


Məsələləri bir-bir müzakirə edək. Əvvəl "Elm" və "Qüvvət"-ə dəlil gətir.



#95444 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 08 сентября 2012 - 10:33 в Şiə-sünni dialoqu

bəli eləcə də sənin aqlina özünün qeyd etdiyin kimi noutbuk yox robot gələcək ( öz əlinə oxşar əl yox,əl sözünə uyğin gələn bütün

əllər gələcək və beynin müqayisələr aparacaq

[/font]


Arif, mənim misalımı düzgün başa düşmədin. Baxmayaraq ki, həmin aparatın adı "noutbuk"-dur, mənim ağlıma "robot" gəlir. Yəni öz adında bizim qəbul etdiyimiz əşyalardan fərqli bir əşya ağlıma gəlir.

Eyni qayda ilə "Allahın əli" dedikdə mənim ağlıma "insan əli" gəlmir.

mənim aglima Elm və Qüdrət gəlir.



Bu nəticə insan ağlının məhsuludur, yoxsa yox?


Şuəra surəsi 215 -Sənə tabe olan möminləri qanadının altına al

bunu həqiqi oxudugun kimi başa düş və yozma ! yozsan bu ağlinin məhsuludur.yozmasan öz adini özün qoy



Arif səndən xahiş edirəm. Gəl bir şeyi müzakirə edək qurtaraq, sonra keçək başqa şeyə. Yoxsa mövzu dolaşır. Bu verdiyin sualların cavabı var, sonra müzakirə edərik.
Mən səndən "Allahın əli"nin Elm və Qüdrət kimi təvil edilməsinə dəlil istəmişəm.
SƏn isə mənə konkret cavab verməmisən.
Bu sualın iki mümkün cavabı var:
1-ci mümkün cavabı) dəlilləri göstərirsən. ya ayədə ya da səhih və mütəvatir hədislərdə konkret göstərilir ki, "Allahın əli" dedikdə "Elm və Qüdrət" nəzərdə tutulur.

2-ci mümkün cavabı) dəlil yoxdur, bizim alimlərimiz öz məntiqlərinə əsasən belə təvil ediblər.



#95446 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 08 сентября 2012 - 11:55 в Şiə-sünni dialoqu

Əl Qazi Ənsari "Əhadisu-ş-şuyuxi-s-siqat" (Məşyəxətu-l-Kubra) kitabı, 1090-cı səhifə,

Peyğəmbərin minbərdə dayanıb Allah haqqında danışdığını gördüm. Dedi: "Qiyamət günündə Allah yeddi göyü və yeddi yeri öz ovucunda cəmləyəcək". Sonra peyğəmbər (ovucunu bağlayıb açaraq) dedi: Sonra bu cür deyəcək: "Mən Allaham, mən Rəhmanam, mən Məlikəm, mən Quddusam.
http://az.313news.ne...ticle/a-75.html

1. Gördüyünüz kimi sizin peyğəmbər də Allahın əlini vəsf edərkən öz əlini camaata göstərir!!!



Bismilləhir rahmənir rahim,

Belə hədis kitabı ilə rastlaşmışam.Siz əgər bu saytın hazırlanması ilə məşğul olursunuzsa mümkünsə aşağıdakı iradlarımı qəbul edin.
1) göstərdiyiniz hədislər mötəbər hədis kitablarında olsun
2) hədislərin səhihliyi və mütəvatir olması şərh olunsun
3) Əhli Sünnənin məşhur mühəddislərinin bu hədis haqqında nəzəri bildirilsin
4) Əhli Sünnənin məşhur alimlərinin bu hədisi necə şərh etməsi bildirilsin
5) bütün yuxarıda sadaladığım məsələlər dəlillərlə, kitablardan scan eləməklə göstərilsin

Əks halda bu tip məqalələr hazırlamaqla özünüz özünüzü hörmətdən salırsınız. Bir azacıq hədis elmindən başı çıxanın sizin uydurmaçı və böhtançı olması qənaətinə gələ bilər.

Bu hədis də yəqin Əhli Sünnə nəzərində uydurma qəbul olunur.
Mən bunu dəqiq bilirəm ki, sələfi alimlərinin icma rəyinə əsasən

"Allah maddidir" demək küfr hesab olunur

"Allah maddi deyil" demək bidət hesab olunur.


2. Allahınızın əli maddi əl deyilsə bəs o maddi dünyanı necə öz əlində tutacaq?


Əhli sünnə əqidəsinə Allahın sifətləri ilə bağlı necə sualını vermək bidət hesab olunur.
Böyük İslam alimləri imam Malik, Əbu Hənifə və s. bu əqidədə olublar.

bir çox insanların əsas problemi ondadır ki, onlar Allahın sifətlərini tam mənada başa düşmək istəyir.

Quranda isə ayə var:
Əl Bəqara, 255
Onlar Onun istədiyindən başqa heç bir şey qavraya bilməyəcəklər.

İnsanın qavrama qabiliyyəti özü məhduddur.

Heç bir tayı bənzəri olmayan bir varlığı insan tam mənada necə başa düşə bilər?

İnsan Allahın sifətlərini tam mənada başa düşə bilməz.

Məsələn ayədə gəlir ki, "yer bütünlüklə Onun ovcunda olacaq".

Allahın sifətlərini tam mənada başa düşmək istəyən insan bu ayəyə baxır nə edir?
ilkin mənada qəbul etsə fikirləşsə ki, insan kimi ovcu var və insan kimi ovcunda tutacaq onda Allahı insana bənzətmiş və maddiləşdirmiş olur.
ona görə məcaza yozur. Dəlil olmadan məcaza özünün məhdud və qüsurlu ağlı ilə yozanda da Allahın sifətinə hədd qoymuş və onu məhdudlaşdırmış olur.

Məsələn "Allahın əli"ni heç bir dəlil olmadan "Elm və Qüdrət" kimi təvil edənlər Allahın "əl" sifətinə hədd qoymuş və məhdudlaşdırmış olurlar.

Bəlkə Allahın əl sifəti başqa bir mənadadır, bəlkə Allahın əl sifəti "Elm və Qüdrət"dən əlavə sifətləri də ("Rəhmət, Mərhəmət, Adillik və s.) bildirir. Siz "Elm və Qüdrət" kimi təvil etməklə Allahın "əl" sifətinə hədd qoyursunuz və onu məhdudlaşdırırsınız.

Sələfi əqidəsində Allah Özü Özünü Quranda və Səhih Qudsi hədislərdə necə vəsf edirsə elə vəsf edilir.

Allahın özünəməxsus əli var, heç bir məxluqun əli Allahın əlinə bənzəmir.
Yer Allahın özünəməxsus ovcunda ozünəməxsus şəkildə olacaq.



#95460 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 08 сентября 2012 - 22:53 в Şiə-sünni dialoqu


Siz özünüz bu yazınızla özünüzü hörmətdən saldız artıq. Savadınız və səviyyəniz elə bu yazınızdan görünür. Əvvəla göstərdiyim ssılkaya daxil olub orda yerləşdirilən skana baxa bilərsiz. Həmçinin bu və bu tip hədislər Sizin bir çox kitablarınızda var, həmçinin şeyxeynlərin də kitablarında - elə bil bu tip hədisləri əvəələr görməmisiz. Bu hədisi nümunə üçün gətirdim, söhbət hədisin özündən getmir, əqidənizdən gedir. Sizə sual verdim ki, maddi olmayan allahınız maddi dünyanı əlində saxlayacaq? Siz isə mənə nağıl danışırsız ki:


Siz deyəsən iradları qəbul etmirsiniz. Ancaq tərif?
Elə mən də onu deyirəm ki, şeyxeynin kitabında şeyxeynin kitabından dəlil gətir.
Yoxsa gedib hansısa bilinməyən bir kitab bəlkə də ümmətin nəzərində zəif olan bir kitabdan dəlil gətirmək və bununla insanları ittiham etmək düzgün deyil.
Əvvəllər görmüşəm ancaq "Peyğəmbər (s) Allahın ovcunu vəsf edərkən öz əlini açıb yumduğunu" görməmişəm.


Mən Sizdən soruşmadım ki, allahınızın ovucu mənim ovucum kimidir?! Mən Sizə sual verdim ki, allahınızın ovucu maddidi ya yox?!

Mən də suala cavab verdim ki, "Allah maddidir" demək küfrdür. Deməli "Allahın ovcu maddidir" demək də küfrdür.


Maddi deyilsə o necə maddi bir şeyi ovucunda tutur?!

Bu sualı verəndə bir məqamda da səhv edirsən.
1)Deyirsən Allahın ovcu - maddi deyilsə
2) yer - maddidir (aydındır)
3) ovcunda tutmağı - maddi qəbul edirsən (insanın ovcunda tutmağına bənzədirsən)

Burda diqqət yetirmək lazımdır ki, "ovcunda tutmaq" özü də Allaha məxsus ovcunda tutmaqdır və onun keyfiiyəti bizə məlum deyil.

Allahın maddi yeri keyfiyyəti məlum olmayan "ovcunda" keyfiyyəti məlum olmayan "tutmağı" mən necə izah edim?
Allah Quranda yazırsa tutacaq deməli tutacaqdır. Allahın hər şeyə Qadir olmasına şübhə edirsən?

Sənin sualın kafirlərin bu sualına oxşayır:
Biz öldükdən sonra və bədənimiz çürüyüb torpağa qarışdıqdan sonra Allah bizi necə dirildəcək?

Sən bu suala cavab verə bilərsən?
Fərz edək ki, hansısa ölünü yandırdılar kül oldu? Allah onu necə dirildəcək? Sən necəliyini bilirsən?


Quranı şərh etməyən insan hədisin şərhini tələb edir. Bu lap gülməlidir.

Siz gözəl başa düşürsünü mən nəyi deyirəm. Sadəcə söz oyunu oynuyursunuz. Mən yuxarıda ümumi tələbləri dedim.
Mən dedim ki, Allahın sifətləri şərh olunmur. Ancaq ayədə və hədisdə gələn digər məqamlar şərh olunur.


Məsələ də elə bundadır ki, Siz fikirləşirsiz ki, allahınızın əli, ayağı və s. insanda olduğu kimidir, yani maddidir. Bunu Sizin ulu babanız İbn Teymiyyə və s. deyiblər. Əhli-sünnə alimləri isə onları bu əqidəyə görə rədd ediblər. Bu haqda İbn Həcər Əsqəlani yazır:


"Əhli sünnə alimləri İbn Teymiyyə haqqında nəzərlərinə görə dörd qismə bölünmüşlər:

I qism - İbn Teymiyyə Allahı cism qərar verir nəzəriyyəsindədirlər və bunu İbn Teymiyyənin "Həməviyyə", "Vasitiyyə" və digər kitablarında qeyd olunan fikirlərilə əsaslandırırlar. Məs: İbn Teymiyyə əl, üz, ayaq və baldır sifətlərini həqiqi mənada Allaha nisbət verir. Onun digər bir əqidəsində Allahın zatıyla ərşdə oturduğu qeyd olunur. İbn Teymiyyəyə belə etiraz olundu ki, əgər Allah Təala zatıyla ərşdə oturmuşsa, bu məkana sığmaq və bölünmək deməkdir. İbn Teymiyyə rədd cavabı olaraq belə buyurdu: "Bölünməyin və məkana sığmağın cismin xüsusiyyətlərindən olması fikriylə razılaşmıram!"

İbn Həcər Əsqəlani "Əd Durarul Kaminətu fi Əyan əl-Miə əs-Saminə" kitabı, c.1, səh 155.




Bu mövzuda isə əqidəniz haqda məlumatlarla yaından tanış ola bilərsiz.


daha bir yalan. İbn Teymiyyə haqqındakı bu müxtəlif fikirlərdən biri doğru ola bilər də. Dördü də doğru ola bilməz ki?
Deməli üçü mütləq yalandır. Əgər üçü mütləq yalandırsa onda elə dördü yalan ola bilər. Bəs sən bilirsən bu fikirlərdən hansı doğrudur?



#95461 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 08 сентября 2012 - 23:01 в Şiə-sünni dialoqu

qardaşim mən sənə konkret Qurandan dəlil yaziram sən görmək istəmirsən,gəl nali mixi qoy kənara qardaş.olmaz belə

fikir ver bura,mən başa düşə bimirəm sən Quran oxuyanda fikrin harda olur? mən əminəm ki sən görürsən qardaşim.hüsnü zənn edirəm!!

Isra 72 - Bu dunyada kor olan axirətdə də kordur



bu ayəni sənin izahinla mən oxusam Allah məni zəlil etməsin nə etsin?

hedid 4 - harada olursaniz olun O sizinlə bərabərdir

hələ cox ayə yazmirama!!!

sən bu ayələri zahiri menasina gorə goturə bilərsən? əgər zahiri mənasina gorə goturursənsə bunlari da gotur! nəyə görə birini təvil

edib birini buraxirsan?


Bu o deməkdir ki, bütün sözlər məcazdadırlar?

Əl Bəqara, 2
Bu qətiyyən şübhə doğurmayan müttəqilərə doğru yol göstərən bir kitabdır

"kitab" sözü məcazdadır?

Nəyin məcaz nəyin ilkin mənada olmasını necə müəyyən edirsən?
Əgər məcazdadırsa məcazda hansı mənada olduğunu necə müəyyən edirsən?




Рейтинг@Mail.ru