Перейти к содержимому


Публикации hənbəli_84

224 публикаций создано hənbəli_84 (учитываются публикации только с 29-июня 23)



#95475 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 09 сентября 2012 - 10:18 в Şiə-sünni dialoqu

henbeli burda mecaz yoxdur.Quran yolu heqiqi menada gosterir amma korlara yox korlari azdirir.
Jamaat nikli nasibi haqqa doze bilmedi.dabana tupurub jeyran kimi cixdi aradan.ne ise...


Mövzunun davamını Şiələrin Allahə mövzusunda müzakirə edək inşəAllah.



#95476 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 09 сентября 2012 - 10:23 в Şiə-sünni dialoqu

Bismilləhir Rahmənir Rahim

Şiələr Allahın iki əlini "Elm və Qüdrət" kimi təvil edirlər. Buna dəlil gətirə bilərlər?



#95477 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 09 сентября 2012 - 10:26 в Şiə-sünni dialoqu

Kitabın müəllifi “ucaların ucası” sözünü şərh edərkən bu mətndə ucaların ucasından qəsd Cəbrayıl (ə) olduğunu vurğulayıb.Çünki, müəllif “ucaların ucası” sözünün üstündə bir rəqəmini qoyub aşağıda bir rəqəmi altında izahat verib, ucaların ucasından məqsəd Cərayıl(ə) olduğunu vurğulayıb.


Sən deməmişdən "ucaların ucası" Cəbrayıldır. Bu qədər şirk olar? Allah bunlara hidayət versin.



#95529 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 10 сентября 2012 - 08:46 в Şiə-sünni dialoqu


محمد بن عبيدة، قال: سألت الرضا عليه السلام عن قول الله عز وجل لإبليس (ما منعك أن تسجد لما خلقت بيدي أستكبرت)؟ قال: يعني بقدرتي وقوتي

Muhəmməd bin Ubeydə rəvayət etdi: (İmam) Rzadan a.s. Allahın əzzə və cəllə İblisə "İki əlimlə yaratdığıma səcdə etməyə sənə nə mane oldu?" dediyi sözü soruşdum. Buyurdu: Yəni qüdrət və qüvvəti.
Şeyx Səduq, Touhid kitabı səh. 501


Elə bir hədis? Əqidəvi məsələlərdə əhəd xəbərlərlə hökm verirsiniz?

Hədisin səhih olması haqqında da yaz.

Arif nikli istifadəçi "Elm və Qüdrət" kimi təvil edirdi. Sizdə təvildə yekdillik var, yoxsa müxtəlif yanaşmalar var?



#95530 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 10 сентября 2012 - 08:48 в Şiə-sünni dialoqu


Kitabın müəllifi “ucaların ucası” sözünü şərh edərkən bu mətndə ucaların ucasından qəsd Cəbrayıl (ə) olduğunu vurğulayıb.


Bunu şirk hesab etmirsiniz? Yoxsa bu tövhiddir?



#95531 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 10 сентября 2012 - 08:57 в Şiə-sünni dialoqu

Kitabin adı “Kəmil az-Ziyarat”-dı.

Yazib: Şia şeyhi ibn Qavlaveyh.


Kitabin 142 səhifəsi: link burada


“Günlərin bir günü, hz Fatimə (ə) evində, Allahın Rəsulü (s), İmam Huseyni (ə) öz əlinə götürdü. Birdən, ağlayıb, səcdə etdi. Bir az vaxt kecdikdə, o dedi: “Ey Fatimə! Ey Məhəmmədin qızi! UCALARIN UCASI BU SAATDA, BU EVDƏ, ÖZÜNÜ ƏN YAXŞI ŞƏKİLƏ, VƏ ƏN YAXŞİ YOL İLƏ, MƏNƏ GÖSTƏRDİ. Və dedi: Ey Məhəmməd! Sən Huseyni sevirsənmi?” Mən dedim: ” O mənim gözümün işıqıdı. Mənim xoş iyili bitkimdi, mənim ruhumun meyvəsidi, və iki gözümün arasında olan dəri parcasıdı”.

SONRA O (ALLAH) ÖZ ƏLİNİ İMAM HUSEYİNİN MÜBARƏK BAŞİNA QOYDU, VƏ DEDİ: Ey Məhəmməd! Bu yeni doğulmuş uşaq, onun üzərinə Mənim bərəkətim, salavatım, rəhmətim, raziliğim olsun, Mubarəkdi. Mənim gəzəbim, lənətim, əzabım, alcaldmağım, və ayıbım, onun qatili üzərinə olsun, və ona nifrət edənin üzərinə, və ona garşi gedənin üzərinə olsun. Bil ki, o şəhidlərin birincilərin və axirincilarin ağasıdı, bu dünyada və axirətdə, və cənnətdə cəvanlarin ağasidi”.



Azərbaycan dilində

Əli Səadətpərvər öz “Şəhidlik günəşi” kitabin (s 36) yazıb:

link burada

Suallar

1) Allah evə necə yerləşdi?
2) Allahı görmək olur?
3) Allah öz əlini Hüseynin başına necə qoyur?



#95533 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 10 сентября 2012 - 09:58 в Şiə-sünni dialoqu


Hədisi nümunə üçün gətirdim və kitabı və müəllifi tanımırsızsa o demək deyil ki, onlar zəifdir.

Sizin kitablar da küfr hədislər ilə doludur. Hədis gətirməklə kimisə ittiham etmək düzgün deyil.
Əgər icma alimləri hədisi səhih hesab edirlərsə onda bu sizə ittiham etmək haqqını verir.

Məsələn sizin kitablar Quranın təhrifi ilə bağlı hədislərlə doludur. Siz Quranın təhrifi əqidəsindəsindəsiniz?


Söhbət Sizin Allahı maddi/cism saymağınız haqdadır. Bu haqda yetərində hədis və fətvalarınız var.
Deyirsiz ki, bu küfrdi və belə deyən də kafirdi? Onda aliminizi təkfir edin.

فقالوا : لو كان الله يُرى؛ لزم أن يكون جسماً، والجسم ممتنع على الله تعالى ؛ لأنه يستلزم التشبيه والتمثيل.
والرد عليهم : أنه إن كان يلزم من رؤية الله تعالى أن يكون جسماً؛ فليكن ذلك ، لكننا نعلم علم اليقين أنه لا يماثل أجسام المخلوقين؛ لأن الله تعالى يقول: ( لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ)(الشورى: من الآية11) .

Dedilər: Əgər ALlah göz ilə görülsə, cism olmağı lazımdır. Amma cism Allahdan mumtənidir. Çünki cism təşbih və təmsil istilzam edir.

Onlara cavab: Əgər Allahı görmək üçün Allahın cism olmağı lazımdırsa, olsun! Lakin biz yəqin elmi ilə bilirik ki, O, məxluqların cisminə bənzəmir. Çünki Allah buyurur: "Ona bənzər heç bir şey yoxdur. O, eşidəndir, görəndir!"(Şura-11)

"Şərhul- Aqidətil-Vasitiyyə" Muhəmməd Əl-Useymin



Allah Şeyx Useyminə rəhmət eləsin.
Şeyx Useymin bu fətvasında heç bir problem yoxdur.Çünki O, şərt qoyur:"Əgər Allahı görmək üçün Allahın cism olmağı lazımdırsa"

Allahı görmək həm Quran ayələri ilə, həm də çoxlu sayda mütəvatir hədislərlə təsdiq olunur.
"Allahı görməyi" inkar etmək Quran ayələrini və səhih hədisləri inkar etməkdir.

Şeyx Useymin də "Əgər Allahı görmək üçün yeganə şərt Allahın cism olmasıdırsa" şərtini qoyur.

Bu ona bənzəyir ki, mən deyirəm ki:

Əgər Quranda açıq -aşkar ayələrlə Allahın cism olduğu bildirilirsə onda Allah cismdir.

Mənim bu yazdığımda problem var? Yoxdur, çünki şərt qoymuşam. Useymin də dediyi söz buna bənzəyir.

Yaxud başqa bir misal:

Bir nəfər belə iddia edə bilər ki, Allahın sözlə danışması üçün mütləq Allah cism olmalıdır.

Onda o şəxsə cavab vermək olar ki,
Əgər Allahın sözlə danışması üçün mütləq Allah cism olmalıdırsa onda Allah cismdir.

Bu sözdə də problem yoxdur. Çünki, şərt qoymuşam. Biz "Allahın sözlə danışmasını" inkar edə bilmərik və ya onu məcaza yoza bimərik. Bu fakt Quran ayəsi ilə təsdiq olunur.

4:164
Daha öncə (bir qisim) elçilər barəsində sənə söylədik, (digər) elçilər barəsində isə sənə (heç nə )söyləmədik. Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı.




Yuxarıda göstərdiyim kimi amilinizə də sual edərkən Allahı görmək üçün onun mütləq cism olması lazımdır deyilir.


Bunu izah elədim. O mütləq şəkildə iddia etmir ki, "Allahı görmək üçün onun mütləq cism olması lazımdır".
O, bunu şərt qoyur. Şərt qoymaq başqa şeydir, təsdiqləmək başqa şey.



Mən də əlavə edim ki, Allahı görmək üçün, ya onun nəyisə əlində tutması üçün gərək Allah bir yerdə (həmin əşyanın yerləşdiyi məkanda) olmalıdır. Maddi məkanda dayanmaq üşün gərək dayanan da maddi olsun, necə ki, bunu Useymin də təsdiqləyir.

1-cisi Şeyx Useymin bunların heç birini təsdiqləmir. O şərt qoyur ki, "Əgər bu dediklərin doğrudursa"

2-cisi Sən bunları nəyə əsasən iddia edirsən? DƏlillərin hardadır? Quran və Sünnədən dəlil gətir.
Dünyəvi elmlərə əsasən iddia edirsənsə dünyəvi elmlərin özləri mütləq deyil.
Məsələn Eynşteynin relyativistik mexanikası kəşf olunana qədər hamı elə bilirdi ki, dünyada hər şey Nyuton mexanikasına tabedir.Sonra məlum oldu ki, Nyuton mexanikası böyük sürətlərdə doğru deyil.
Mən subut edə bilərəm ki, sənin heç fizikadan elementar biliklərin yoxdur.Bunları nəyə əsasən iddia edirsən?

Sənin kimi birisi sabah durub iddia edə bilər ki, "Allahın sözlə danışması" üçün Allah maddi olmalıdır.
Onda neynəyəcəksən? Aşağdakı ayəni inkar edəcəksən, ya məcaza yozacaqsan?
4:164
Daha öncə (bir qisim) elçilər barəsində sənə söylədik, (digər) elçilər barəsində isə sənə (heç nə )söyləmədik. Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı.

Əgər öz fikrində qalıb ayəni ilkin mənada qəbul etsən onda həmin adam səni Allahı cisimləşdirməkdə ittiham edəcək.
Onun ittihamı doğru olacaqmı? SƏn Allahı cisimləşdirirsən?



Sizə bir mənbə göstərdim, orda bu mövzu ətraflı müzakirə olunub: http://313news.net/f...php?/topic/631/ məsləhət görürəm baxasız.


Baxmışam, orada əlhəmdulilləh hənbəli qardaş sizin əksər ittihamlarınıza gözəl cavab verib.


Nə danışdığınızı heç özünüz də bilmirsiz. Alimləriniz Allahın elm, qüdrət, eşitmə, görmə və s. sifətlərini şərh etməyiblər? Vəhhabi alimlərindən savayı digər alimlər "Allahın əli" ayəsini "Allahın qüdrəti" kimi şərh edirlər.

Sələfi alimlər Allahı Özü Özünü vəsf etdiyi kimi vəsf ediblər, məcaza yozaraq özlərindən nəsə uydurmayıblar.
Əbu Hənifə də vəhabi alimi olub? O da Allahın əlini məcaza yozmayıb.

Allahın özünəməxsus əli var.



Yalan olmağına sübutunuz var?
Siz yazını səhv başa düşdüz. indi tam tərcüməni gətirərəm baxarsız. Sadəcə biz Allahın cism olub olmaması haqda danışdığımıza görə mən yalnız 1-ci qismin nəzərini gətirmişdim. Birdə diqqət edin ki, bu ƏHLİ-SÜNNƏ alimlərinin fikridir:


"Əhli sünnə alimləri İbn Teymiyyə haqqında nəzərlərinə görə dörd qismə bölünmüşlər:

I qism. İbn Teymiyyə Allahı cism qərar verir nəzəriyyəsindədirlər və bunu İbn Teymiyyənin "Həməviyyə", "Vasitiyyə" və digər kitablarında qeyd olunan fikirlərilə əsaslandırırlar. Məs: İbn Teymiyyə əl, üz, ayaq və baldır sifətlərini həqiqi mənada Allaha nisbət verir. Onun digər bir əqidəsində Allahın zatıyla ərşdə oturduğu qeyd olunur. İbn Teymiyyəyə belə etiraz olundu ki, əgər Allah Təala zatıyla ərşdə oturmuşsa, bu məkana sığmaq və bölünmək deməkdir. İbn Teymiyyə rədd cavabı olaraq belə buyurdu: "Bölünməyin və məkana sığmağın cismin xüsusiyyətlərindən olması fikriylə razılaşmıram!"

II qism. İbn Teymiyyənin zındıq olmasına fətva vermişlər. Bunu İbn Teymiyyənin aşağıdakı sözüylə əsaslandırırlar: "Peyğəmbərə təvəssül etmək haramdır". Bu da Peyğəmbəri (ə.s) alçaltmaq və Ona (ə.s) təzimin qarşısını almaqdır.

III qism. İbn Teymiyyənin münafiq olmasına rəy bildirmişlər. Bu nəzəri Əli ibn Əbu Talibi təhqir etdiyinə görə irəli sürmüşlər. (Həzrət Rəsuləllah (s) Səhihi Müslimdə nəql olunan hədisdə belə buyurur: "Ya Əli, Sənə yalnız mömin məhəbbət bəsləyər, Sənə yalnız münafiq kin-küdurət bəsləyər.")

IV qism. alimlər onu İmamətul Kubranı əldə etmək qəsdilə ittiham etmişlər və uzun müddətli həbsdə qalmasının da səbəbi budur."

İbn Həcər Əsqəlani, "Əd Durarul Kaminətu fi Əyan əl-Miə əs-Saminə" kitabı, c.1, səh. 155


Alimlər arasında belə ziddiyyətlərin olması başa düşüləndir.
Sələfi alimlər Allahı Özü Özünü vəsf etdiyi kimi vəsf ediblər.
Ancaq özlərindən cismin xüsusiyyətlərini kəşf edənlər isə sələf alimlərini Allahı cisimləşdirməkdə ittiham ediblər.
Siz İbn Teymiyyənin dediklərinin dəlillərinə baxmısınız?
Dəlilləri müzakirə etmək daha düzgün olardı. Səhihdirsə siz də qəbul edin, səhih deyilsə inkar edin.



#95534 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 10 сентября 2012 - 10:05 в Şiə-sünni dialoqu

al-Fath, İmam Malikin fikrincə nəuzu billah Peyğəmbərin(s) ovucu kəsilməli idi. Çünki:

Maliki alimlərindən Qadi İyad Əs Səbti (476-544 h/1083-1149 m) "Əş Şifa bi Tarifi Huquqil Mustafa" təkfir məsələsini müzakirə edərkən, Uca Allaha orqan nisbət edənlərlə əlaqəli İmam Malikin bu sözlərini nəql edir:


وقال : مَن وصَف شَيْئًا مِن ذاتِ اللَّه تعالى وأشارَ إلى شيءٍ مِن جَسَدِه يَدٍ أَو سَمْعٍ أَو بَصَرٍ قُطِع ذلك مِنْه , لِأَنَّه شَبّه اللَّهَ بنَفْسِه




"(İmam Malik) demişdir: Kim Uca Allahın zatından bir şeyi vəsf edərkən, öz vucudundan əl, qulaq, göz kimi bir şeyə işarə edərsə, işarə etdiyi orqan kəsilər.
Çünki o, Allahı özünə bənzətmişdir."


Qaynaq: Qadi İyad Əs Səbti: Əş Şifa: 1053-1054
Darul Kutubil Arabi: 1404/198
4


Hə vahhabilər, indi bunun hansı düzdü? Hər ikisi öz rəvayətlərinizdi.


Ay Rafizilər, Sizin hədis kitablarınız Quranın təhrifi ilə bağlı hədislər ilə doludur, heç olmasa siz danışmayın.
Hədislərin səhih olub olmamasını araşdırmaq lazımdır.
Mən ona görə AL Fath demişdim ki, mühəddislərin bu hədis haqqında rəyini də saytdakı məqaləyə yerləşdirsin.
Bu hədis çox böyük ehtimalla zəifdir.



#95535 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 10 сентября 2012 - 10:18 в Şiə-sünni dialoqu

hənbəli,sənə mən razilig verməmişəm sələfilərə suallar mözvusundan suallari cavablandirmamiş bura gacib qabaqdangəlmişlik edəsən.get ora səni necə

gündü suallar iztirabla yolunu gözləyir bu bir.ikincisi sənə mən sual verdiyim halda niyə sualdan gacib mənə sual verirsən?nə vaxt bu variantlarinizi

qoyub kişi kimi suala cavab verəcəksiz?

indi isə kec sələfilərə suallar movzusuna mənə yədullah sözünü ərəb lügəti ilə tərcümə et.öz başinla yoxa,yiğ başina alim bildiklərini,kitablari tök

qabağina,ərəblərə zəng vur öyrən yədullah sözünün tərcüməsini lügətlə yaz

"yədun" əl deməkdir

"Allah" tərcüməyə ehtiyac yoxdur

"yədullah" izafə olur, "Allahın əli" kimi tərcümə olunur.



#95546 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 11 сентября 2012 - 08:12 в Şiə-sünni dialoqu

Kitabin adı “Kəmil az-Ziyarat”-dı.

Yazib: Şia şeyhi ibn Qavlaveyh.


Kitabin 142 səhifəsi: link burada


“Günlərin bir günü, hz Fatimə (ə) evində, Allahın Rəsulü (s), İmam Huseyni (ə) öz əlinə götürdü. Birdən, ağlayıb, səcdə etdi. Bir az vaxt kecdikdə, o dedi: “Ey Fatimə! Ey Məhəmmədin qızi! UCALARIN UCASI BU SAATDA, BU EVDƏ, ÖZÜNÜ ƏN YAXŞI ŞƏKİLƏ, VƏ ƏN YAXŞİ YOL İLƏ, MƏNƏ GÖSTƏRDİ. Və dedi: Ey Məhəmməd! Sən Huseyni sevirsənmi?” Mən dedim: ” O mənim gözümün işıqıdı. Mənim xoş iyili bitkimdi, mənim ruhumun meyvəsidi, və iki gözümün arasında olan dəri parcasıdı”.

SONRA O (ALLAH) ÖZ ƏLİNİ İMAM HUSEYİNİN MÜBARƏK BAŞİNA QOYDU, VƏ DEDİ: Ey Məhəmməd! Bu yeni doğulmuş uşaq, onun üzərinə Mənim bərəkətim, salavatım, rəhmətim, raziliğim olsun, Mubarəkdi. Mənim gəzəbim, lənətim, əzabım, alcaldmağım, və ayıbım, onun qatili üzərinə olsun, və ona nifrət edənin üzərinə, və ona garşi gedənin üzərinə olsun. Bil ki, o şəhidlərin birincilərin və axirincilarin ağasıdı, bu dünyada və axirətdə, və cənnətdə cəvanlarin ağasidi”.



Azərbaycan dilində

Əli Səadətpərvər öz “Şəhidlik günəşi” kitabin (s 36) yazıb:

link burada

Suallar

1) Allah evə necə yerləşdi?
2) Allahı görmək olur?
3) Allah öz əlini Hüseynin başına necə qoyur?


Bu suallara cavab verən tapılmayacaq?



#95547 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 11 сентября 2012 - 08:18 в Şiə-sünni dialoqu

öz başinla tərcüməni özün ücün saxla.mənə ərəb lügətindən tərcüməni gətir.5 ci dəfə deyirəm eyni şeyi sənə

özü də qayit mövzuda verilən yerdə cavab yaz.bununla elə bilirsən qurtaracaq ki sənin izahin?düz xütbənin

nöqtəsinə kimi cavab verəcəksən ya da ki etiraf et ki sənin ücün Əli ə.s sözü höccət deyil xətm edək söhbəti

kec sələfilərə suallarda yaz.moder xahiş edirəm nəzarət edəsiz bizə


Arif, sən özün də bilmirsən nə danışırsan. Get ərəb dili bilən tanışlarının biri ilə fikirlərivi müzakirə gələrsən müzakirəni davam edərik.
dedin tərcümə elə. Mən tərcümə elədim.

"yədun" əl deməkdir

"Allah" tərcüməyə ehtiyac yoxdur

"yədullah" izafə olur, "Allahın əli" kimi tərcümə olunur.

Bunlar hamısı lüğətdəndir.
Get lüğətdə "yədun" və "Allah" sözlərinin tərcüməsinə bax. İzafə nədir get öyrən.

Hətta Vasim Məmmədəliyev Quranda "Allahın əli" kimi tərcümə edib. Bu da sənə dəlil.

Sən ümumiyyətlə bilirsən izafə nədir?



#95552 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 11 сентября 2012 - 14:27 в Şiə-sünni dialoqu

verdiyin linkdə əxilərün səhifəni poddelka edib qoyublar sənin kimilər ücün sən də özünü biabir edirsən

kiminsə poddelkasini burda nümayiş etdirməklə

1 cisi comentlərə fikir ver Nicat yazib nə məsələdi

2 cisi
ucaların ucası şərhində qəsd Cəbrayıl ə olduğu deyilir.Çünki, müəllif ucaların ucası sözünün üstündə 1 qoyub altında izahat verib

ki, burada məqsəd Cərayıl ə - dir.


Sən də 1-cisi sən də commentlərə fikir ver. Nicatın commentinə admin tərəfindən cavab verilib.

2-cisi Əgər sən Ucaların ucası Cəbrayılı qəbul edirsənsə Allah sənə hidayət versin.
Əgər sən Cəbrayılın bərəkət verdiyini qəbul edirsənsə Allah sənə hidayət versin.

3-cüsü Azərbaycan dilində də var.

Əli Səadətpərvər öz “Şəhidlik günəşi” kitabin (s 36) yazıb:


link burada



#95562 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 12 сентября 2012 - 09:36 в Şiə-sünni dialoqu

Bismilləh,

Əs-Salamu aleykum və rəhmətullah.
Yox, əgər mövzu araşdırılmamış iddia irəli sürülüb dəlil kimi hədis gətirilirsə, demək ki, irad tutanın niyyəti saf niyyət deyil, qərəzli və şeytani niyyətdir. Qeyd olunan hədisə zidd hədislər isə olduqca çoxdur.[/size][/font]


Sizin böyük aliminiz Əli Səadətpərvər Hüseynin ® ən üstün şəhid olmasına bu hədisi dəlil gətirir. Bu nəsə iddia etməyə kifayət edər. Niyə zəif hədisi dəlil gətirir? Belə çıxır ki, sizə sərf edəndə dəlildir, etməyəndə zəifdir.

Hənbəli, və yaxud da Efendi, və yaxud da onun cızma-qaralarını paylaşan kəs, əvvəla, biz sizə heçnə isbat etməli deyilik, əksinə siz bizə dəlil gətirdiyiniz hədisin səhihliyin isbatlamalısınız, çünki Əhli-beyt (ə) məktəbinin bütün hədisləri rical elmə tabedirlər. Siz bizə qarşı hədis gətirsizsə onu araşdırıb gətirməlisiniz, əks halda gətirdiyiniz dəlilin heç bir dəyəri yoxdur. Kitabdan skanlar və "yüngülavari" tərcümələr keçərli deyil.

İkincisi, bu hədisin sənədi məqbul deyil və hədis - zəif hədislər silsiləsindəndir.

Şeyx Cəfər b. Muhəmməd b. Quvləveyh "Kamiluz-ziyarat"da (səh. 141-142) hədisi qeyd edəcəyim kəslərdən nəql edib:

حدثني أبي رحمه الله، عن سعد بن عبد الله، عن محمد بن عيسى بن عبيد اليقطيني، عن محمد بن سنان، عن أبي سعيد القماط، عن ابن أبي يعفور، عن أبي عبد الله (عليه السلام)

"Kamiluz-ziyarat", İbn Quvləveyh, səh. 141, № 166

Gördüyünüz kimi hədisin sənədində Muhəmməd b. Sinan adlı ravi vardır ki, bu da rical elmində məhşur rəyə əsasən zəif ravilərdəndir və bu raviyə etimad etmək qəti şəkildə mümkün deyil. Əllamə Seyyid Əbul-Qasim əl-Xoi (rəhmətullahi əleyh) özünün "Mu'cəmu ricalil-hədis" (17/169) kitabında qeyd edir ki İbn Əqidə, ən-Nəcaşi, əş-Şeyx (Şeyx ət-Tusi), Şeyx əl-Mufid, İbn əl-Ğədairi onun zəif olduğunu bildiriblər. Həmçinin, bu barədə məlumat üçün bir-başa Şeyx ət-Tusinin "əl-Fehrist"inə (səh. 219) və İbn əl-Ğədairinin "ər-Rical"ına (səh. 92) müraciət etmək olar.


Yenə deyirəm sizin böyük aliminiz Əli Səadətpərvər Hüseynin ® ən üstün şəhid olmasına bu hədisi dəlil gətirir. Sizə sərf edəndə dəlildir, etməyəndə zəifdir.

Üçüncüsü, hədisi hətta mötəbər həsab etsək belə, bir sıra alimlərə görə hədisdə keçən "əl-Əliyy və əl-Əla" cümləsində məqsəd Allah Təala deyil, Allahın elçisi olan Cəbraildir (ə). Necə ki, Əllamə Məclisi (rəhmətullahi əleyh) bunu qeyd edib. Həmçinin, Əllamə (r.ə) qeyd edib ki, hədisdə keçən "əlini başına qoydu" cümləsi kinayədir və məqsəd ilahi rəhmətdir. ("Biharul-Ənvar", Əllamə Məclisi, 44/238)

Kimsə irad tuta bilər ki, hədisdə qeyd olunan sifətlər Allah Təalaya məxsusdur və bəzi şiə hədislərind də bu öz əksini tapıb. Cavab: Bu irad batil bir iraddır, çünki Allah Təala Qurani-Kərimin bir sıra ayəsində öz sifətlərini digər məxluqlara da nisbət verib. Misal üçün, Allah Təalə özünü bir sıra ayədə kərəm sahibi adlandırır (Qurani Kərim, 55:27, 55:78), digər ayələrdə isə bu sifəti mələklərə də nisbət verir. (Qurani Kərim, 80:16) Hədisdə keçən sifətlərin bir-başa Allaha şamil olmasına dəlil yoxdur və məqsədin Cəbrailin (ə) olması da mümkündür. Hətta ikinci ehtimal daha əfzəldir, çünki Allaha Təalanın görünməsi Qurani Kərim prizmasından və hədislərə əsasən qeyri-mümkün bir işdir ki, kəlam elmində bu geniş sürətdə izah edilib təsbit olunmuşdur. Bu cür fellər hədislərdə daha çox mələklərə nisbət verilib. Üstəlik, hədisin mətnində müəyyən zaman və məkanda "görsənməyə" işarə edilir ki, bu da bu hadisənin mələklərə nisbət verilməsi ehtimalını daha da gücləndirir, çünki Allah Təala zaman və məkandan münəzzəhdir ki, bu da sabit bir məsələdir.


Elə nağıl yazırsınız ki, bişmiş toyuğun gülməyi gəlir. Belə çıxır ki, Allahın istənilən sifətini mələklərə vermək olar?

Allah sizə hidayət versin ki, Cəbrayılın Ucalardan Uca ola bilməsini qəbul edirsiniz. Bu açıq-aşkar küfrdür.

Dördüncüsü, tərcümədə keçən "Dedim, ey Rəbbim, o mənim gözümün nuru, reyhanim..." cümləsi sizi çaşdırmasın, çünki hədisin originalında "ey Rəbbim" ifadəsi yoxdur və kitabın mütərciminin əlavəsidir. Orijınalda həmin cümlə belə keçir - "...نعم ؛ قُرة عيني ورَيحانتي" - "Bəli, o mənim gözümün nurudur, reyhanımdır..." Bunun şahidi olmaq üçün araşdırmağa ehtiyac yoxdur, "Kamiluz-ziyarat"da gətirdiyiniz skana baxmağınız kifayətdir.


Bəlkə Cəbrayıla Rəbbim sifətini də vermək olar? )) Məclisi bu haqda yazmayıb?
Deməli sizin tərcümələrdə də problemlər var, onlara da etibar etmək olmaz.


Beşincisi, məhrum alim və arif Şeyx Əli Səadətpərvərin (rəhmətullahi əleyh) kitabından sitat gətirildiyi halda, niyə böyük arifin rəyi gətirilməyib? Məgər insafa sığır ki, bir alimin kitabından hədis gətirilsin, amma onun incə irfani izahı kənara atılsın? Bu öz növbəsində bir daha niyyətin şeytani olmasını bəlli edir.

Böyük arif olan Şeyx Səadətpərvərin (rəhmətullahi əleyh) hədisə olan kəlami və irfani qeydlərini və təvillərini olduğu kimi təqdim edirəm ki, insaf əhli bəhrələnsin (səh. 37-38):




Mərhum Şeyxin (r.ə) qeydlərindən də bəlli olur ki, hədisi hətta mötəbər saysaq belə "görməkdə" məqsəd İlahi fəyzdən və təcəlladan bəhrələnməkdir. Həmçinin, "əl"də məqsəd "ilahi rəhmətdir".

La hövla və la quvvətə illa billah! Allah amanında!


1-cisi Əfəndi qardaşımızdan Allah razı olsun. O, nəsə şərh verməyib, sadəcə materialı olduğu kimi yerləşdirib.

2-cisi mən belə görürəm ki, sizin hədislərdə nə deyilməsindən asılı olmayaraq dəlilsiz təvil etməklə öz əqidənizə uyğun fırladacaqsınız.
Sizin üçün Allahın əli bir yerdə qüdrət, başqa yerdə ilahi rəhmətdir. Başqa nə təvilləriniz var?

3-cüsü Əgər Cəbrayılının olması variantını qəbul edən alimləriniz varsa Cəbrayılın Ucaların Ucası olması və ya bərəkət verməsi küfrdür.

4-cüsü siz həmişə Səhih Buxari və Muslim kitablarına irad tutursunuz ki, Allahın əlləri və ayağı ilə bağlı küfr hədislər var.
Bunları deyəndə niyə öz hədisinizi unudursunuz. Niyə belə ədalətsiz yanaşma edirsiniz?
Öz hədisinizdə Allahın əli kəlməsi gələndə bunu normal qəbul edirsiniz və öz əqidənizə uyğun təvil edirsiniz. Onda Səhih Buxari və Muslim kitablarında da gələn hədislərdəki Allahın əli və ayağı kəlmələrini öz əqidənizə uyğun təvil edin, deyin ki, bu hədislərdə problem yoxdur.



#95563 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 12 сентября 2012 - 09:42 в Şiə-sünni dialoqu

Allah razı olsun, Fajr.


Mənə elə gəlir ki, Efendi mazaxistdir. Çünki, "paz"lanmağı xoşlayır. Изображение Gərək arada bir belə "paz"lar gəlsin ki, Efendi də rahat otursun yerində. Yoxsa qaşınır, gecələr yata bilmir.


Master_ier, müsəlmana belə sözlər yaraşmaz.



#95564 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 12 сентября 2012 - 09:43 в Şiə-sünni dialoqu

Mazaxistə bəzən "плетка" yedizdirmək lazımdır. Şiələr bunu gözəl bacarır, çünki haqq gələndə batil "плётка" yeyir. :gizildish:


müsəlmana belə sözlər yaraşmaz. Bura müzakirə yeridir, söyüşmə yeri deyil



#95581 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 14 сентября 2012 - 08:37 в Şiə-sünni dialoqu

Təhrif mövzusu danışılıb. Lazımdırsa o mövzuya keç bəhsi davam etdirək(davam etdirəkə xüsusi diqqət et. Yəni eyni rəvayətləri gətirib ürəyimizi bulandırma)
Hədisi mən gətirmişəm zəifliyini sən sübut eləməlisən. Day onu da mən eliyəcəyəmsə bu nə yazışmadır. Siz Allahın, Rəsulunun(s) və Əhli-Beytin(ə) düşmənləri bəyəm gətirdiyiniz rəvayətlərin səhih olduğunu sübut edirsiz?


Mən də onu izah edirəm ki, hədis gətirməklə deyil.
Hədis gətiribsən Məşhur Əhli Sünnə mühəddislərindən də sitatlar gətir ki, bu hədisə səhih desinlər.
Və ya sübutlar gətir ki, məşhur alimlər fətvalarında bu hədisi dəlil gətirirlər.



#95582 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 14 сентября 2012 - 08:59 в Şiə-sünni dialoqu

Məni ən çox dəhşətə gətirən bilirsiniz nədir?

Zır cahil və dinə yeni gəlmiş sələfiyə onun sələfi qardaşı kimi mən gedib desən ki, "Ucaların Ucası"nı Cəbrayıl hesab etmək olar.
Mənə qayıdar deyər ki, sən nə danışırsan? Bu küfrdür. Məni təkfir edər.

Bu forumda isə mən hesab etdiyimə görə şiələrdən elm tələbələri, ərəb dlini bilən, müxtəlif dini ədəbiyyatları oxuyan şəxslər iştirak edir.

Bu şəxslər bu səhifəni oxuyurlar və alimlər tərəfindən Ucaların Ucasının Cəbrayıl hesab edilməsini və Cəbrayılın bərəkət verməsini elə adi bir şey hesab edirlər ki, sanki çöldə bir dənə hörümçək öldürübsən.

İki gündür bu mövzu başlıqda qalıb bir şiənin təqvasının (Allah qorxusunun) dərəcəsi çatmır ki, təəssübkeşliyi bir tərəfə qoysun və çıxsın yazsın ki, həqiqətən bu açıq-aşkar küfrdür.

Subhənəllah.

Allah Hüseyni (rad) öldürənlərə lənət eləsin. Həqiqətən bu böyük günah idi.

Ancaq vəllahhi, billəhi, təllahi Hüseynin öldürülməsi günahı belə küfr günahın yanında heç zərrə qədər də deyil.

Ey müsəlmanlar, ayılın. Allahın qulları üzərindəki haqqına əməl olunmur.

Allah qulları üzərində haqqı nədir? Heç bir şeyi Ona şərik qoşmadan ibadət etmək.



#95583 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 14 сентября 2012 - 09:13 в Şiə-sünni dialoqu

Bismilləh,

Allahın izni ilə mövzuya davam edək.

Mən bilmək istəyirdim ki, hansı alimləriniz hesab edib ki, bu hədisdə keçən Ucaların Ucası sifətini Cəbrayıla aid etmək olar. Onların adlarını mümkünsə bildirin
1. (birini bilirəm) Məclisi
2.
3.
...

Əvvəlcədən təşəkkür edirəm.



#95586 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 14 сентября 2012 - 10:22 в Şiə-sünni dialoqu

henbeli senin ucun syurpriz var


Allah sənə hidayət versin.

Bu mövzuda sənin əqidən müzakirə olunur. Sənin əqidəndə problem tapılanda onu düzəltmək əvəzinə uşaq kimi deyirsən ki, sənin əqidəndə də problem var.

Fərz edək ki, mən səhv yoldayam səndəmi səhv yolda olmalısan?

Sənə nə bilim sözün yoxdur.



#95588 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli_84 14 сентября 2012 - 10:27 в Şiə-sünni dialoqu

Allah Əhməd ibn Hənbəlin qəbrini ziyarət edir


Müəllif: İmam hafiz Əbul Fərəc Əbdurrəhman ibn Couzi (İmam İbn Couzi), "Mənaqib əl imam Əhməd ibnil Hənbəl"

kitabı, səh 550


Mənbə 1: Doktor Abdullah ibn Abdul Muhsinin təhqiqilə səh 607




Mənbə 2: Səd Kərim Fəqqinin təhqiqilə səh 393



Mənbə 3: Doktor Əli Muhamməd Ömər və Doktor Abdullah ibn Abdul Muhsinin təhqiqilə səh 550


"İmam İbn Couzi buyurur ki, saleh bəndələrdən olan Əbu Bəkr ibn Məkarim ibn Əbi Yəala əl-Hərbi dedi: "Çox yağış yağmış illərdən idi. Ramazan ayının

günlərindən birində bir yuxu gördüm. Adətim üzrə İmam Əhməd ibn hənbəlin ziyarətinə getmişəm. Gördüm ki, İmam Əhməd ibn Hənbəlin qəbri yerə yapışıb.

Onunla yer arasında bir və ya iki saq ölçüsündə məsafə vardı. Öz-özümə dedim: "Qəbrin bu hala düşməsi yağışın çox yağmasındandır". İmam Əhməd ibn

Hənbəlin qəbirdən mənə belə dediyini eşitdim: - Sən düşündüyün kimi deyil! Haqq Əzzə və Cəllin heybətindəndir. Çünki O, mənim ziyarətimə gəlmişdir və

Allah Əzzə və Cəllənin hər il məni ziyarət etməsinin sirrini soruçdum. Allah dedi: - Ey Əhməd, çünki sən Mənim kəlamıma dəstək oldun, bu səbəbdən

Mənim kəlamım mehrablarda yayınar və oxunar."


1. İmam İbn Couzi bu hadisəni Əhməd ibn Hənbəlin fəziltlərindən biri kimi qeyd edir.

2. Etiraz olunsa ki, bu yuxudur və belə bir çey mümkün deyil. Buna belə cavab veriləcək ki, Əhli xilafın səhih hədislərində gəlmişdir ki, Allahı

yuxuda görmək haqqdır və səhihdir.

3. Bu hadisəni nəql edən şəxslər doğru danışan, mötəbər şəxslərdir.


www.burhani.info


Sizin şeyxlər boş-boş işlərlə məşğul olur.
İndi oturub cammatın yuxularını müzakirə edəciyik.
Mən hələ indiyənə qədər yuxunu dəlil gətirib hökm çıxaran Əhli Sünnə alimi görməmişəm.
İddia edirsə ki, belə bir hədislər var hədisləri yazsın və bizim mühəddislərin nəzərində səhih olduğunu sübut eləsin.



#95589 Allah hardadır?

Отправлено автор: hənbəli_84 14 сентября 2012 - 10:36 в Şiə-sünni dialoqu

Allah yeri yaratmazdan öncə balinanın belində idi.

Mənbə 1:

Müəllif: Hafiz Əbu Bəkr Muhamməd ibn Abdullah ibn İbrahim Şafei (vəfat tarixi h.q 354), "Ğilaniyyət" adı ilə şöhrət tapmış "Fəvaid" kitabı, I cild, səh 543, hədis № 696, kitabın mühəqqiqi Helmi Kamil Əsad Abdulhadi



Mənbə 2:

Müəllif: İmam Əbu Yəla Muhamməd ibn Hüseyn ibn Muhamməd ibnul Fərra (vəfat tarixi h.q 458), "İbtal ət təvilat li əxbar əs sifat" kitabı, I cild, səh 237, hədis № 228



".....mənə nəql etdi Abdullah Səmhəc dedi: Rəsuləllaha dedim: - Ya Rəsuləllah səmaları və yeri yaratmazdan öncə Rəbbimiz harada idi?

Rəsuləllah dedi: - Nurdan olan balinanın (böyük balıq) üzərində idi və nurun içində üzürdü. (və ya nura qərq olurdu)"

Hədisdən nəticə:

1. Etiraz olunsa ki, bu hədis zəifdir. Etiraza belə cavab veriləcək ki, kitabın sahibi Əbu Yəla Fərra hədisi rədd etmir və onu qəbul edir. Həmin səhifədə (səh 237) hədisin sonunda buyurur: "Bu hədisi ondan öncə qeyd olunan hədislər dəstəkləyir (və ya gücləndirir)."

2. Balinanın Allahı belində daşıması aşağıdakı fəsadlara səbəb olacaq:

a. Allahın xüsusi məkanda yerləşməsi deməkdir. n.b

b. Allahın əhatə olunması deməkdir. n.b

c. Allahın dəyişməsi və haldan-hala düşməsi deməkdir. n.b

d. Allaha istiqamət verilməsi deməkdir. n.b

e. Allahın cism olması deməkdir. n.b


3. Allahın balinanın belində oturması üçün aşağıdakı mərhələlər keçilməlidir:


a. Allah çəkisini balina daşıyacaq həddə azaltmalıdır. n.b

b. Balina Allahı daşıyacaq həddə böyüməlidir. n.b

d. Balinaya Allahı daşıyacaq həddə qüdrət verilməlidir. n.b


4. Başqa dinlərin nümayəndələrindən biri Rəbbimizi Əbu Yəla Fərranın rəyinə uyğun vəsf etmiş olsa (Müsəlmanların Allahı balinanın belində gəzir) kimə etiraz olunmalıdır?


www.burhani.info

Yenə şeyxləriniz boş-boş işlərlə məşğul olur.

Qardaşım hənbəlinin cavabından götürmüşəm.

link burada



məsələn, əl-Qadi Əbu Yalə - rahiməhullah - vahabi deyil, onu vahabi alimi saymaq cahillikdir. Bilən səbəbini çox gözəl bilir.
Əvvəla bilmək lazımdır ki, əl-Qadi Əbu Yalə mühəddis deyildir, fiqh alimdir və xüsusilə də onun İbtal ət-Təvilət kitabı tənqid olunmuş bir kitabdır, içində münkər hədislər rəvayət etmişdir. əz-Zəhəbi deyir: (Siyər Əaləm ən-Nubələ, 18/90) "Kitabında zəif və uydurma hədislər topladığı üçün aimlər ona qarşı çıxdılar..."




#95612 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli_84 15 сентября 2012 - 12:02 в Şiə-sünni dialoqu

salam aleykum/// Vahhabi sözünü işlədmək küfrdü? sual verirəm çünki mənə dedilər ki Vəhhab Allahın adıdır və kiməsə Vəhhabi demək eyni Allahi demək kimidir və hətta bunu alçaldmaq ya təhqir etmək məqsədiylə deyəndə -insan böyük küfr etmiş olur...və hətta bunu təhqir mənasınan deməyəndə və bir kimsə ozünə belə desədə yenədə ona bu adı vermək olmaz çünki əgər bir insan özünə Allah desə biz onu Allah adlandıra bilmərik axı..... bu və buna bənzər suallara nə cavab vermək olar?


Bu məsələni Sizə düz izah ediblər. Allah gözəl adlarını pis niyyətlə istifadə etmək olmaz. Kimsə pis əməllə məşğul olursa onu öz adı ilə çağırmaq doğrudur. Əgər kiminsə terror etməyinə əminsənsə elə onu terrorçu adlandır.



#95613 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli_84 15 сентября 2012 - 12:06 в Şiə-sünni dialoqu

adə güldürmə özünü ayibdi.dahi alimlərinizin kitablari. kopiyalanib yaxin otur monitora


dahi alimlərimiz olduğunu sübut elə. Edə bilməsən sələfilərə böhtan atdığına görə cavab verəcəksən.

Bu hansısa sufi alimlərin yazdıqlarıdır. Mən açıq aydın bəyan edirəm ki, bu yazılanlar küfrdür.

Hünərin çatır sən də "Ucaların Ucası"nı Cəbrayılın hesab edilməsini küfr olduğunu bəyan elə.

Edə bilməzsən. Çünki sən ya alimlərinin qulusan, ya da öz firqənin qulusan.



#95614 Allah hardadır?

Отправлено автор: hənbəli_84 15 сентября 2012 - 12:19 в Şiə-sünni dialoqu

Allah sənə hidayət versin. Oxuyanlar sənin hansı səviyyədə insan olduğunu görürlər

Sən İmam Əbu Yəla Muhamməd ibn Hüseyn ibn Muhamməd ibnul Fərranın kitabından hədis gətiribsən:



Müəllif: İmam Əbu Yəla Muhamməd ibn Hüseyn ibn Muhamməd ibnul Fərra (vəfat tarixi h.q 458), "İbtal ət təvilat li əxbar əs sifat" kitabı, I cild, səh 237, hədis № 228



".....mənə nəql etdi Abdullah Səmhəc dedi: Rəsuləllaha dedim: - Ya Rəsuləllah səmaları və yeri yaratmazdan öncə Rəbbimiz harada idi?

Rəsuləllah dedi: - Nurdan olan balinanın (böyük balıq) üzərində idi və nurun içində üzürdü. (və ya nura qərq olurdu)"

Hədisdən nəticə:

1. Etiraz olunsa ki, bu hədis zəifdir. Etiraza belə cavab veriləcək ki, kitabın sahibi Əbu Yəla Fərra hədisi rədd etmir və onu qəbul edir. Həmin səhifədə (səh 237) hədisin sonunda buyurur: "Bu hədisi ondan öncə qeyd olunan hədislər dəstəkləyir (və ya gücləndirir)."

2. Balinanın Allahı belində daşıması aşağıdakı fəsadlara səbəb olacaq:

a. Allahın xüsusi məkanda yerləşməsi deməkdir. n.b

b. Allahın əhatə olunması deməkdir. n.b

c. Allahın dəyişməsi və haldan-hala düşməsi deməkdir. n.b

d. Allaha istiqamət verilməsi deməkdir. n.b

e. Allahın cism olması deməkdir. n.b


3. Allahın balinanın belində oturması üçün aşağıdakı mərhələlər keçilməlidir:


a. Allah çəkisini balina daşıyacaq həddə azaltmalıdır. n.b

b. Balina Allahı daşıyacaq həddə böyüməlidir. n.b

d. Balinaya Allahı daşıyacaq həddə qüdrət verilməlidir. n.b


4. Başqa dinlərin nümayəndələrindən biri Rəbbimizi Əbu Yəla Fərranın rəyinə uyğun vəsf etmiş olsa (Müsəlmanların Allahı balinanın belində gəzir) kimə etiraz olunmalıdır?


[b]www.burhani.info



Mən də sənə cavab verirəm ki,

İmam Əbu Yəla Muhamməd ibn Hüseyn ibn Muhamməd ibnul Fərra sələfi deyil, bu məsələnin sələfilərə nə dəxli var?

Sonra İmam Əbu Yəla Muhamməd ibn Hüseyn ibn Muhamməd ibnul Fərra mühəddis deyildir, fiqh alimdir və xüsusilə də onun İbtal ət-Təvilət kitabı tənqid olunmuş bir kitabdır, içində münkər hədislər rəvayət etmişdir

əz-Zəhəbi deyir: "Kitabında zəif və uydurma hədislər topladığı üçün aimlər ona qarşı çıxdılar..."(Siyər Əaləm ən-Nubələ, 18/90)

Yəni bu da zəif və uydurma hədisdir. Heç kim bu hədisə səhih demir.

Bunları mən əvvəlki postda yazmışdım. Başa düşmə qabiliyyəti zəif olan insanlar üçün daha izahlı yazdım. Başa düşməsən dostlarıva denən başa salsın.



#95615 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 15 сентября 2012 - 12:36 в Şiə-sünni dialoqu

Sizin tormoz olduğuvuzu bilirdim amma bu qədər də yox. Sən mühəddislərindən sitat gətir ki, bu rəvayətləri zəif biliblər. Yenə deyirəm bəyəm gətirdiyiniz bütün şiə rəvayətlərinin zəif yaxud səhih olduğunu qeyd edirsiz?


Mən nadir hallarda əxlaqlı, tərbiyəli, səbirli və müzakirə etməyi bacaran şiələrlə rastlaşmışam. Onlar bu əxlaqı görəsən kimdən öyrənirlər? Əhli beytdən?

Siz məni tanımırsınız. Ağzınızın danışığını bilin.

1-cisi mən rəvayət gətirəndə imkan olanda onun şiə alimlərinin nəzərində səhih və ya zəif olduğunu qeyd edirəm və ona əsasən fikir söyləyirəm.

2-cisi mən gətirdiyim rəvayətin səhih və ya zəif olmasını qeyd etməyəndə həmin rəvayətə əsaslanaraq şiələri nədəsə ittiham etmirəm. Sadəcə həmin rəvayət haqqında şiələrin nəzərini öyrənmək üçün sual verirəm.

Siz rəvayəti gətirisiniz səhih və zəifliyi bəlli olmadan başlayırsınız ittiham etməyə

Məsələn


1. Gördüyünüz kimi sizin peyğəmbər də Allahın əlini vəsf edərkən öz əlini camaata göstərir!!!

al-Fath, İmam Malikin fikrincə nəuzu billah Peyğəmbərin(s) ovucu kəsilməli idi.





Рейтинг@Mail.ru