Перейти к содержимому


Публикации hənbəli_84

224 публикаций создано hənbəli_84 (учитываются публикации только с 27-июня 23)



#96192 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 22 октября 2012 - 09:30 в Şiə-sünni dialoqu

Ey müsəlmanlar,


Görün nə qədər cılız əqidəyə malikdirlər. Mən buna nə yazım? Bu heç iddiadırmı? Bu adamın nəinki İmamətdən ha, heç Nübuvvətdən anlayışı yoxdu. Hələ Tövhidi demirəm. Vay vay vay. And olsun Allaha, heyrətdə qalmışam bu məntiq sahibinə. Gətirdiyi ayəyə bax, ardınca yazdığı sözlərə bax. Nə bilim vallah.


Yaz başa sal, biz də başa düşək. Quran və səhih hədislərlə izah elə.
Məən həqiqətən sizin əqidənizi başa düşmürəm.

Ancaq bir məsələyə diqqət elə.
Mən təkcə Allahdan kömək istəyirəm, təkcə Ondan qorunma istəyirəm, təkcə Allaha qurban kəsirəm, Allah dua edirəm ki, Qiyamət günü Muhəmmədi (s) mənə şəfaətçi etsin. Əməlisaleh insanları özüm ilə Allah arasında vasitəçi götürmürəm.

Əməlisaleh insanları yalnız Allaha düzgün və gözəl şəkildə ibadət etmək üçün özümə nümunə götürürəm.

Əgər mən dediyim səhv olsa sən də tövhid əhli olursan, mən də heç nə itirmirəm, Allaha şərik qoşmuş da olmuram, mən də tövhid əhli oluram.

Əgər sən dediyin səhv olsa vay sənin halıva, mən yenə heç nə itirmirəm. Mən yenə tövhid əhli oluram.

Hər iki halda mən tövhid əhli oluram.



#96193 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 22 октября 2012 - 09:32 в Şiə-sünni dialoqu

Qardaş sözünuzə qüvvət olaraq əhli-sünnənin saytın dan linklər verirəm oxusunlar.Təvəssülü,şəfaəti qəbul edib, vəhabilərə rədiyyə verirlər.

http://www.ehlitevhid.com/forums/index.php?showtopic=918

http://www.ehlitevhi...?showtopic=1412

http://www.ehlitevhi...?showtopic=1693


qulam,

1) bu sayt xəvariclərin saytıdır.
2) Əhli Sünnə ilə bağlı yuxarıda yazdıqlarımı oxu
3) verdiyin linklərdə Quran və Sünnədən dəlil görmədim, ancaq alimlərin sözləridir.



#96194 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 22 октября 2012 - 09:35 в Şiə-sünni dialoqu

Mən imamlardan kömək istəmək, uşaq istəmək, qoruma istəmək, onların adı ilə işə başlamaq kimi məsələrlə bağlı Quran və Sünnədən dəlillər istəmişdim.
Belə dəlillər varsa, zəhmət olmasa, göstərin.



#96196 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: hənbəli_84 22 октября 2012 - 15:05 в Əqidə və fiqh

Şiələrdə dinə maraqlı yanaşma var.

Sən deməmişdən əvvəllər şiələrdə baş yarmaq normal qəbul olunurmuş. O vaxtı heç kim fikirləşmirmiş belə bir əməli imamlar etməyib.

İndi başa düşüblər ki, sən deməmişdən imamlar belə bir əməl etməyib, bu əməl dində yoxdur.

Təbrik edirəm bir addım irəli gedibsiniz.

İnşəAllah sizdən sonra gələn şiələr sizdən daha qabağa gedər və ələm, mərsiyə demək, qəbirlərin üstündə məscid tikmək, qəbirləri dövrə vurmaq, qəbirləri qabağında sürünmək, qəbirləri öpmək və qucaqlamaq və s. kimi əməlləri etməzlər.

Axı imamlar bu əməlləri də etməyib, bu əməllər də dində yoxdur.



#96255 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 30 октября 2012 - 10:49 в Şiə-sünni dialoqu

Hənbəli_84,

Sən mənə de görüm, "Nəzir edirəm ki, Allah yolunda Peyğəmbər üçün bir qoyun qurban kəsim" cümləsində nə şirk görürsüz?

Əslində başa düşülməyən şiə və sünnilər deyil, özlərinə sələfi deyənlərdi. Adi qurban kəsmək məsələsini də şirkə aid edirsiniz.


Allah sənə hidayət versin!

قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ

De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur!

108:2

فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ
Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!

Sənin qurbanın isə Allahın qulu Peyğəmbər(s) üçündür.
Aşağıdakı suallarda ciddiyəm, sən də ciddi cavab ver.
Sən Allah yolunda, Peyğəmbər (s) rizası üçün, Peyğəmbərin dəvəsi üçün də qurban kəsərsən?
Və ya Allah yolunda, Peyğəmbərin (s) rizası üçün, Peyğəmbərin (s) dəvəsinin rahatlığı üçün, Peyğəmbərin dəvəsinin dırnağı üçün də qurban kəsərsən?

Sən uluhiyyət tövhidində Allahı təkləşdirirsən: deyirsən ki, Allah tək Yaradandır, Ən Böyükdür və Ən Qüdrətlidir, yerin və göylərin tək Sahibidir.
Burda Allah və elçisi demirsən.

Ancaq niyə rububiyyət tövhidində təkləşdirmirsən?
Yəni niyə ibadətdə Allahı təkləşdirmirsən? Qurban kəsmək də bir ibadətdir.
Yuxarıda təkcə Allahı deyirsən, qurban kəsəndə isə Allah və Onunla yanaşı peyğəmbəri deyirsən? Niyə burda da təkcə Allahın adını çəkmirsən?



#96256 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 30 октября 2012 - 10:57 в Şiə-sünni dialoqu

Hənbəli_84,

Sən mənə de görüm, "Nəzir edirəm ki, Allah yolunda Peyğəmbər üçün bir qoyun qurban kəsim" cümləsində nə şirk görürsüz?

Əslində başa düşülməyən şiə və sünnilər deyil, özlərinə sələfi deyənlərdi. Adi qurban kəsmək məsələsini də şirkə aid edirsiniz.


Bunu da qeyd edim ki, Əhli Sünnə məktəblərinə görə ittifaq ilə pirlərə, qəbirlərə, əməlisaleh insanlara qurban kəsəmək şirkdir.
istər hənbəli məktəbi olsun, istər şafi məktəbi, istər hənəfi məktəbi olsun, istər maliki məktəbi olsun bu əməl ittifaq ilə şirk sayılır.



#96257 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 30 октября 2012 - 10:59 в Şiə-sünni dialoqu

Görürəm burdakıların çox hissəsi bilmir ibadət nədir, uluhiyyət tövhidi nədir, rububiyyət tövhidi nədir. İnşəAllah vaxtım olanda daha geniş yazacam.



#96265 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 30 октября 2012 - 14:56 в Şiə-sünni dialoqu

Qurban kəsən insan savab qazanır?

- İNŞƏLLAH qazanır.

İnsan qurban kəsənin qazandığı savabını, məsəlçün valideyninə hədiyyə etmək məqsədi ilə qurban kəsmək olar?

- İNŞƏLLAH kəsmək olar.

Siz isə yazırsız olmaz?!
00000000:nett:

Kiminsə üçün qurban kəsmək başqa şeydir, kəsib savabını kiməsə hədiyyə etmək isə başqa şeydir.

108:2

Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!

Rəbbimiz üçün qurban kəsəndə biz Ona savab hədiyyə etmirik, biz ona ibadət edirik. Rəbbimizin savaba ehtiyacı yoxdur.

Master_ier isə Peyğəmbər (s) üçün qurban kəsmək haqqında soruşur




#96273 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 09:52 в Şiə-sünni dialoqu

Qurban kəsməkdi, namaz qılmaqdı, həc və sair ibadətləri Allah üçün edirsən.

Elə mən də onu izah etmək istəyirəm.
Təəssüf ki, çox adam qurbanı pir üçün, qəbir üçün və s. üçün kəsir.




Siz (əminəm ki)
düz yöndəmdən anlamamısız.


master_ier özü gəlsin məsələni aydınlaşdırsın



#96274 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 10:32 в Şiə-sünni dialoqu

Sən nəyə görə öz sözünü bizə gücnən yedizdirirsən ki,siz də İmamlara(ə.s) ibadət edirsiz.Sənə də cavab veririk ki,Allahdan başqasına ibadət etmək şirkdir.


demək ayrı, əməl ayrı.
Əsas əmələ baxılır.
Məsələn insanlar var deyir ki, Allah təkdir, ancaq gedir tanınmış insanların qəbirləri qarşısında baş əyir.
SOruşanda deyir hörmət mənasında baş əyirəm, ibadət etmirəm ki.
ancaq bilmir ki, baş əymək özü elə ibadətdir. Təkcə Allahın qarşısında baş əymək lazımdır.




Ayədə nə deyilir onlar ibadət edirlər.
Yəni,şəfaətçilərini,vasitəçilərini mütləq güc sahibi bilirdilər.Haçan biz etiqad etsək ki,Peyğəmbər(səəv) və İmamlar(ə.s)mütləq qüdrət sahibidirlər,Allahın izni olmadan kiməsə övlad verirlər,müşkülləri həll edirlər,şəfaət edirlər və s.hə bu halda ayələr bizə aid olar.


Bəli ayədə deyilir ki, ibadət edirlər. Siz də ibadət edirsiniz. Kömək istəmək, qurban kəsmək, ziyarət etmək, qoruma istəmək, dua etmək ibadət sayılır.
Siz də bu ibadətləri Allahdan qeyrilərinə imamlara, qəbirlərə, pirlərə aid edirsiniz.
İbadət etmək mütləq qüdrət sahibi hesab etmək deyil.
Əgər onalr bütləri mütləq qüdrət sahibi hesab etsəydilər, onda onlara Allaha yaxınlaşmaq üçün ibadət etməzdilər. Elə birbaşa bu bütlərə ibadət edərdilər.
Məkkə müşriklərinin Allaha yaxınlaş üçün bütlərə ibadət etməsi sübut edir ki, bütləri Allahdan aşağı dərəcədə görürdülər.
Bu sübut edir ki, onlar bütləri mütləq qüdrət sahibləri və sərbəst varlıqlar hesab etmirdilər.




Şiə təvəssül və şəfaətə etiqad edir.Eyni zamanda da etiqad edir ki,Allahın izni olmadan heç kim şəfaət edə bilməz və onun müşküllərini həll edə bilməz. İnşəƏllah Quran və sünnədən ehtiyac olsa,imkanım daxilində və vaxtım daxilində danışarıq.
Bu ayələri gətirməkdə məqsədin aydındır ki,təvəssül və şəfaəti inkar etmək üçün gətirmisən.Yaxşı əgər bilirdinsə ki,əhli-sünnə alimləri arasın da təvəssül və şəfaət barəsin də ixtilaf var.Bəs nəyə görə bu ayələri gətirirsən.Adama deyərlər get bu ayələri təvəssül və şəfaətə icazə verən alimlərinə verdəəəə.Deməli bilmirdin.Bisəydin bu ayələri gətirməzdin. Sənin dilinlə deyirəm bəlkə də xəvariclərin saytından oxudun.Bəlkə də.Doğrusunu Allah bilər.


Sələfi də təvəssül və şəfaətə etiqad edir. Ancaq sələfi əqidəsində təvəssül və şəfaət Quran və səhih hədislərdə olan dəlillərlə kifayətlənir.

Şiələrdə isə şəfaət və təvəssül o qədər şişirdilib Məkkə müşriklərini keçiblər.

Əhli Sünnə alimlərində şəfaət və təvəssül anlayışı şiələrdən yer-göy qədər fərqlənir.
Əhli Sünnə alimləri arasında əsas ixtilaflar aşağıdakılardır:
1) Ölmüş əməlisaleh insanların xatirinə Allahdan nəsə istəmək kimi dualar

Bu duada da diqqət yetirsən Allahdan istənilir.
2) Peyğəmbərdən (s)Qiyamət günü olan şəfaəti istəmək.

Bu ixtilaflar əsasən bu məsələlərlə bağlı bəzi hədislərin səhih və ya zəif olması səbəbindən doğur.

Ancaq Əhli Sünnə alimləri qəbirlərdən, pirlərdən və əməlisaleh insanlardan kömək istəmək, uşaq istəmək, qorumaq istəmək və onlara qurban kəsməyin şirk olması bəradə ittifaq etmişlər.



“VƏFATINDAN SONRA NƏBİYLƏ TƏVƏSSÜL.

Fəqihlər, vəfatından sonra Nəbiylə - sallallahu aleyhi və səlləm - təvəssül eləmənin məşru olması haqda ixtilaf etmişlər. Yəni, belə deyən kimsənin sözü haqqında: “Allahım! Nəbin xatirinə, Nəbinin Cahı üçün, Nəbinin haqqı üçün səndən istəyirəm”

Birinci Görüş (Caiz olduğu):
Fəqihlərin çoxu (Məlikilər, Şafiilər, Hənəfilərin son dönəm alimləri, Hənbəli məzhəbində əsas görüş) təvəssülün bu növünün caiz olduğuna hökm etmişlər.
Nəbinin - sallallahu aleyhi və səlləm - sağlığında və ya vəfatından sonra olması arasında fərq yoxdur...

İkinci Görüş (Məkruh olduğu):
“Ət Tətərxaniyyə”də“Əl Muntəqa“ adlı kitabdan nəqlən belə gəlmişdir: Əbu Yusuf, İmam Əbu Hənifədən rəvayət etmişdir: Hər kəsin Allaha ancaq Onunla (isim və sifətləriylə) dua eləməsi lazımdır. İzin verilmiş, əmr edilmiş dua Uca Allahın bu kəlamından çıxan nəticədir: “Ən gözəl isimlər Allahındır. Ona bunlarla dua edin””
Əbu Yusufdan, bu əməldə bir bəis olmadığı rəvayət edilmişdir. Rəvayət olunmuş əsər səbəbilə Leysin görüşü də budur.

Üçüncü Görüş (Caiz olmadığı):
Taqiyyuddin ibn Teymiyyə və son dönəm Hənbəli alimlərindən bəziləri, Nəbinin zatı ilə təvəssülün caiz olmadığı görüşündədir…”

Qaynaq: Əl Məvsuatul Fiqhiyyətul Kuveytiyyə: 14/156-161 http://archive.org/d...ikh_pdfbook_ara

Get bu ayələri əhli-sünnə alimlərinə gətir.Denən niyə Peyğəmbərə (səəv)ibadət edirsiz.Axı Quran da belə ayələr var.


2.
[/color][/size]


Bu məsələni yuxarıda izah elədim.




Klassik alimlərinizə məsləhətin olsa,verərsən.

3.Məzhəb imamın (Əhməd ibn Hənbəl)Peyğəmbərin (səəv) tükünü öpüb gözünə qoyarmış sönra da şəfa tapmaq üçün tükü suya batırıb suyuda içərmiş. İmamına denən ki,ay mənim imamım axı Quran da ayə var.Tükə ibadət etmək sayılır axı.[/color]


Bu sənədin səhihliyi haqda bilmirəm. Ancaq imam Əhməd tükdən kömək istəməyib. Başqa bir tərəfdən Peyğəmbərin (s) tükü və paltarı ilə təbərrük etmək ilə bağlı hədislər var.
İmamlardan uşaq istəmək ilə bağlı hədis var?


Hənbəli 84 məndə səni başa düşmürəm. :unsure:


İnşəAllah sənə kitablar deyərəm, oxuyarsan. Allah sənə doğru yolu göstərsin.



#96275 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 10:40 в Şiə-sünni dialoqu

Sən İmam Rza (ə.s) ilə təvəssül edib həkimlərin sağalda bilmədiyi göz xəstəliyindən sağalanlara, müxtəlif xəstəliklərdən şəfa tapanlara bu cür nisyə söhbələrlə cavab vermək istəyirsən? Bu insanlara şəfanı şeytan verir? Sənin əqlin yerindədi?



Bəzi Hind kinolarında var ki, gedirlər bütlərdən şəfa istəyirlər, bəzən də şəfa tapırlar bunu bütdən bilirlər.
İndi gedək hind bütlərinə də ibadət edək?

Bu suala Quran və Sünnə ilə cavab versəm sən tövbə edəcəksən?



#96276 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 11:03 в Şiə-sünni dialoqu

Hamıya oxumağı tövsiyə edirəm.

1. İBRƏTLİ DİALOQ

2. Tövhid Allahın qulları üzərində olan haqqı



#96278 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 17:38 в Şiə-sünni dialoqu

Təvəssül haqqında Qurandan ve Sünneden cavablar verilib.
Sadece kor tuttuğun buraxmadığı kimi,bunlar da......
Hind kinolarina qalanda isə,sizin əlli-ayaqlı,baldırrı,oturmuş,saçı qıvrım,üzü şimal kimi allahınız əsl buddaya oxşayir.
Həmişə kimi öz gözünüzdə şalbanı görmürsüz başqalarında tük axtarırsız.Amma onu da tapa bilmirsiz.
Belə təəsübkeşliyiniz davam etsə ,Allah sizi heç hidayət etməyəcək.


Sənin bu iradın aşağıdakı Quran ayəsinə də çatır:
38:75
(Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”

Sən yəqin Quranı oxuyanda da eyni qənaətə gəlirsən.




#96284 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 ноября 2012 - 09:50 в Şiə-sünni dialoqu

http://www.ehlitevhid.com/forums/index.php?showtopic=1854&st=0


qulam, orda yazılanlarla mən razıyam.

Heç bir sələf alimi demir ki, Allahın əli orqandır.
Sələfilər Quran və hədislərdə "Allahın əli" ifadəsi gəldiyinə görə deyirlər ki, "Allahın əli var".

Əhli Sünnə Vəl Cəmaatın mövqeyi "Allahın əli" ifadəsi gələn ayələri və hədisləri olduğu kimi qəbul etmək, onları müxaliflər kimi qüdrət, nemət kimi mənalarla təvil etməməkdir. Əbu Hənifə deyir: «Allahın əlindən məqsəd qüdrətdir və ya nemətdir deyilməz. Çünki bu durumda Allahın sifətləri iptal olunmuş (itirilmiş) olur. Bu isə Mutəzilə və Qədəriyyənin görüşüdür. Lakin Allahın əli Onun necəliyi bilinməyən sifətidir.

Allahın digər sifətləri ilə bağlı mövqe eynidir.



#96285 Vəhabi(sələfi) fətvası

Отправлено автор: hənbəli_84 01 ноября 2012 - 10:15 в Əqidə və fiqh

Boş-boş işlərlə məşğul olursunuz. Bilmirsiniz nə tapıb yazasınız.

Bu məsələ ilə bağlı iki hədis bilirəm.
1) Peyğəmbər (s) özü üçün insanların ayağa qalxmasını istəyən insan Cəhənnəmdə öz yerini hazır bilsin.

2) Səhabələrdən biri deyir ki, bizim ən çox sevdiyimiz insan Peyğəmbər (s) idi. O, (s) gələndə ayağa qalxmazdıq, çünki bilirdik ki, bunu xoşlamır.

İnşəAllah vaxtım olanda bu hədislərin mənbələrini tapıb yazaram.

Ancaq burda diqqət yetirilməli iki məqam var:
1) kiminsə üçün hörmət mənasında ayağa qalxmaqda problem yoxdur. Bu qadağan olunmur.

2) insanın özü üçün başqa insanların ayağa qalxmasını istəməsi və tələb etməsi qadağan olunur. Bu müsəlmana xas sadəlik və təvözəkarlıqdan uzaq kafirə xas lovğalıq və təkəbbürlük göstəricisidir.

İndi bizdə idarələr var ki, müdir gün ərzində on dəfə girir çıxır. Hər dəfə müdir girib çıxanda bütün işçilər ayağa qalxır oturur.
Yaxud tədbirə bir adam gəlir, qocalı-cavanlı minlərlə adam ayağa qalxır, hətta az qalırlar baş əysinlər. Bu qədər ifrata varmaq nəyə lazımdır?



#96291 Vəhabi(sələfi) fətvası

Отправлено автор: hənbəli_84 01 ноября 2012 - 14:54 в Əqidə və fiqh

Sənin neçə dənə hədis bilməyin heç kimə maraqlı deyil. Sən yuxarıdakı səhih hədisə cavab ver. Belə çıxır ki, Peyğəmbər (s.ə.ə) Xanım Zəhra üçün ayağa qalxanda yaxşı iş görmürdü?

Sən səbirlə və diqqətlə oxu, sonra fikirlərivi yaz.
Tələsik oxuyub gülməli və savadsız məntiqi nəticələr çıxardırsınız.
Fətvada da, mənim yazımda da vurğulanıb ki, kiminsə üçün hörmət mənasında ayağa durmaq problem deyil.
Yəni Peyğəmbər (s) qızı Zəhra üçün ayağa qalxanda yaxşı iş görürdü.

Mənim əvvəlki postumda yazılıb:
Ancaq burda diqqət yetirilməli iki məqam var:
1) kiminsə üçün hörmət mənasında ayağa qalxmaqda problem yoxdur. Bu qadağan olunmur.

2) insanın özü üçün başqa insanların ayağa qalxmasını istəməsi və tələb etməsi qadağan olunur. Bu müsəlmana xas sadəlik və təvözəkarlıqdan uzaq kafirə xas lovğalıq və təkəbbürlük göstəricisidir.



#96292 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 ноября 2012 - 14:57 в Şiə-sünni dialoqu

İbni Teyimiyyə və onların ardıcılı olan alimlər deyirlər ki, Allahın əli var və bu həqiqi , zahiri mənadadır. Onlar bu sözləri kəlimələri möhkəm bildiyinə görə deyirlər. Möhkəmin də qaydası budur ki, lüğətdən baxıb ilkin zahiri məna götürülməlidir. Əgər biz "Əl" kəliməsinə baxsaq o zaman onun xüsusi bir üzv olduğunu görərik. O zaman aydın olur ki, siz Allahın əli dedikdə- Allahın üzvü nəzərdə tutursunuz.


Allah sənə hidayət versin.
Yenə başa düşdü düşmədi ittiham edirsən.
Linkdə yazılan alimlərin fikirlərini diqqətlə, 10-15 dəfə oxu.
Başa düşməsən deyərsən başa salaram



#96304 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 10:22 в Şiə-sünni dialoqu

Hənbəli mən bu məsələni lap dəqiq biliəm. yayınma!
Konkret olaraq de görək siz Allahın isim və sifətlərini möhkəm yoxsa mütəşabih bilirsiniz?


Mütəşabih.

Təvözəkar ol. Bütün insanların bimədiyi çox şey var.

bu linki diqqətlə oxu.



#96305 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 10:25 в Şiə-sünni dialoqu

Salam aleyke,

Bir sual var, Allahin neche dene eli var???

Va aleykəssələm

leq, bunu irad kimi yox məsləhət kimi qəbul et.
Ərəb dilində "salam" yox "sələm" deyilir.

Allahın iki əli var. Bu Quran ayəsində bildirilir.



#96306 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 10:27 в Şiə-sünni dialoqu

İmam Ahmed İbni Hanbelin (r.a) bir fetvasini hatirlatmak isteriz.Gördüğünüz resim İmam Ez Zerkaşinin “Teşiniful Mesami” isimli kitabinin 2-ci cildinin 249-cu sayfasidir.Bu sayfada İmam Ez Zerkaşi(r.a) diyor ki “El Hisal” kitabinin yazari ifade eder:Imam Ahmed bin Hanbel(r.a) dedi ki:

« من قال أن الله جسم لا كالأجسام كفر »

‘ kim Allâh cisimdir, ancak diğer cisimler gibi değildir’ derse kâfir olur”

http://antiselefi.wo...haqqda-fetvasi/


Doğrudur. Biz demirik ki, "Allah cisimdir". Əksinə "Allah cisimdir" demək bizim əqidədə küfrdür.



#96307 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 10:46 в Şiə-sünni dialoqu

Sən Hənbəli "təfsir alimi"bu ayədən belə başa düşdün ki,Allahın 2 əli var?Sən özün boynuna alırsan ki,(nəuzu billah)Allah əli-ayağı budu-baldırı və sairə üzvlıri var, hindiyski budda kimi.Sən əgər buna iman etmisənsə onda mənə de,ərşdə oturmuş Allahın ipi harada sallanır ki,bizdə kedək ondan yapışaq.(Ayədə olduğu kimi).


aburza, leg və İ_nur.

Bu həm elmi və həm də fəlsəfi cəhətdən sübut olunur ki, "Allahın iki əli var" demək Allahı cisimləşdirmək və Allahı məxluqata bənzətmək deyil.

Buna bir misal da çəkim.

Məsələn Quranda ayələrdə gəlir "Allah Eşidəndir".
Ancaq bilirik ki, insanın eşitmə qabiliyyəti var və insan da eşidəndir.

Onda sizin məntiqdən çıxır ki, gərək "Allah Eşidəndir" deməyək.
Əgər "Allah Eşidəndir" desək onda Allahı insana bənzətmiş oluruq, çünki insan da eşidəndir.
Onda gərək Quran ayəsində "Allah Eşidəndir" ifadəsini oxumayaq.Məntiqsiz nəticə almış oluruq.

Bizə məlumdur ki, "Allah Eşidəndir" ancaq Allahın Eşitməyi insanın eşitməyinə bənzəmir, keyfiyyəti bizə məlum deyil.
Eyni qayda ilə "Allahın iki əli" ifadəsi Quranda gəlir.
Biz başa düşürük ki, "Allahın iki əli" məxluqatın əllərinə bənzəmir, keyfiyyəti bizə məlum deyil.

Məsələn ayədə gəlir :

"Mənim iki Əlimlə yaratdığıma sənə səcdə etməyə nə mane oldu?"

Diqqət yetirsəniz burda "iki əl"-ə mənsubiyyət var, "mənim" deyilir.
Allah nəyisə (Sizə görə qüdrət və qüvvəti, biz isə bilmirik nədir) Özünün iki əli adlandırır. Allah həmin şey (Sizə görə qüdrət və qüvvət, biz isə bilmirik nədir) vasitəsilə Adəmi yaratdığını bildirir.

Əgər Allah həmin şeyə (Sizə görə qüdrət və qüvvəti, biz isə bilmirik nədir) Özünün iki əli adlandırırsa, biz həmin şeyə "Allahın iki əli" deyə bilmərik?

Həmin şeyin varlığı mənasında "Allahın iki əli var" deyə bilmərik?

Əgər "Allahın iki əli yoxdur" desək birbaşa ayəni inkar etmiş oluruq.

38:75
(Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”

Çünki belə çıxır ki, Allah mövcud olmayan bir şeyə "iki əlim" deyir, və ya mövcud olmayan bir şey vasitəsilə Adəmi yaratdığını bildirir.



#96315 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 14:54 в Şiə-sünni dialoqu

Eşitmə mücərrəd bir məfhumdur. Bunların eyniliyi cimsmiyyətə aparmır. Söhbət əldən gedir. Əl də ki insanda cismdir. Əgər bunu Allaha aid etsən müşküllər ortaya çıxır.

Eşitmə mücərrəd bir məhfum deyil, fiziki bir prosesdir.
Sevgi, qorxu və s. mücərrəd məhfumlardır.

Səncə Allah üçün də eyni fiziki proses baş verir?



#96316 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 14:56 в Şiə-sünni dialoqu

aburza, leg və İ_nur.

ayədə gəlir :

"Mənim iki Əlimlə yaratdığıma sənə səcdə etməyə nə mane oldu?"

Diqqət yetirsəniz burda "iki əl"-ə mənsubiyyət var, "mənim" deyilir.
Allah nəyisə (Sizə görə qüdrət və qüvvəti, biz isə bilmirik nədir) Özünün iki əli adlandırır. Allah həmin şey (Sizə görə qüdrət və qüvvət, biz isə bilmirik nədir) vasitəsilə Adəmi yaratdığını bildirir.

Əgər Allah həmin şeyə (Sizə görə qüdrət və qüvvəti, biz isə bilmirik nədir) Özünün iki əli adlandırırsa, biz həmin şeyə "Allahın iki əli" deyə bilmərik?

Həmin şeyin varlığı mənasında "Allahın iki əli var" deyə bilmərik?

Əgər "Allahın iki əli yoxdur" desək birbaşa ayəni inkar etmiş oluruq.

38:75
(Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”

Çünki belə çıxır ki, Allah mövcud olmayan bir şeyə "iki əlim" deyir, və ya mövcud olmayan bir şey vasitəsilə Adəmi yaratdığını bildirir.


Bu hissəyə cavab verə bilərsən?



#96318 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 15:06 в Şiə-sünni dialoqu

Ramin Vəkilov bu məqalənin sahibidir. O mənim qrup yoldaşımdır. O sələf deyildir. Sən bura sələf əqidəsini qoy ortalığa. Onun fikirlərini paylaşma. Batilin qarşısında təvazökar olsan özünü böyük bir şey zənn edər.


Ramin sələfi olmasa da yazdıqları sələfi əqidəsinə uyğundur.

Məqalənin bu hissəsini oxu:
________________________________
"Bunlardan birincisi İslamın ilk nəsillərinin, yəni sələfi yolunu qəbul etməkdədirlər. Yəni onlar Allahın xəbəri sifətlərini təvil etməyin əleyhinə olub onu olduğu kimi qəbul edərlər. Bu barədə İmam Malikin söylədiyi məşhur düstur onların bir dəlilidir: İmam Malik Quranda keçən Allahın ərşə istiva (yayılması) etməsindən bəhs edərkən “İstivanın keyfiyyəti məchuldur İstiva özü isə məlumdur. Buna inanmaq vacibdir. Haqqında sual soruşmaq bidətdir.”
Eyni zamanda Əbu Hənifə də “Əldən məqsəd Allahın qüdrətidir, yaxud da nemətidir deyilməz. Çünki belə bir təvildə Allahın sifətlərinin ibtalı vardır” – deməkdədir.
Burada diqqət ediləcək xüsus odur ki, sələfin bu görüşünü qəbul edənlər bu xəbəri sifətləri olduğu kimi qəbul etsələr də onun keyfiyyətini, yəni necəliyini bilmədiklərini demişlər. "
___________________________

Sələfin əqidəsi nədir? Peyğəmbərin (s), səhabələrin, tabiinlərin, Əbu Hənifənin, imam Malikin, Əhməd ibn Hənbəlin və Şafinin əqidəsi.

Onlar ayələri olduğu kimi qəbul etmiş, keyfiyyətini bilmədiklərini demişlər və təvil etməmişlər.

Biz qəbul edirik ki, "Allah ərşə istiva etdi", ancaq istivanın keyfiyyəti məchuldur.



#96319 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 15:09 в Şiə-sünni dialoqu

Allah razi olsun duzeliwe gore,

Onda bir sualada zehmet deils cavab verin. Sizden soruwanda Allahin da ve insaninda iki eli var... bu beyem oxwarliq deil? siz cavab verirsiz ki beli Allah hech bir mexluqa oxwar deil ve onun iki eli ikside sagdir... Mentiqnen baxanda duzdu, demek olar ki "cavab verdiz", veziyettden chixdiz... Burda bawka sual yaranir, say etibari ili Allah ve onun mexluqu oxwardi axi, yani men estaxfirUllah deye bilerem ki Allahin ellerin sayi senin ellerin sayi ili beraberdi ve bu meselede Yaradan mexluqa oxwardi... bunu nece izah ede bilersiz??? Say meselesinde Allahin ve mexluqun oxwarligi var ya yox???

Cavaba gore evvelceden tewekur edirem!


Allah səndən də razı olsun. İnşəAllah sənin sualınla bağlı bir az araşdırma aparım. İnşəAllah ətraflı cavab verərəm.




Рейтинг@Mail.ru