Перейти к содержимому


Публикации hənbəli_84

224 публикаций создано hənbəli_84 (учитываются публикации только с 26-июня 23)



#93880 Şiələrin əqidəsi ilə bağlı dəlillər

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 14:57 в Şiə-sünni dialoqu

Bismilləhirrahmənirrahim

Ey şiələr əgər üləmaya ibadət etmirsinizsə aşağıdakı məsələlərə öz kitablarınızdan dəlil gətirin:

1) imamlar müqəddəsdirlər
2) bizim üçün mübah əməllər imamlar üçün günah hesab olunur
3) imamlar günahsız və ya məsumdurlar

Çox xahiş edirəm, əxlaqlı insanlar müzakirəyə qatılsın.



#93885 Şiələrin əqidəsi ilə bağlı dəlillər

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 16:30 в Şiə-sünni dialoqu

Bundan əlavə, Hənbəli_84, üləma huccət deyilsə, başına deysün İbn teymiyyənin də, İbn Kəsirin də yazdıqları. Burda Munəccidin yazılarını yerləşdirmişdin. O yazılar da onun başına deysün. Hamısı cəfəngiyyatdı, huccət deyil. Get özün araşdır.

Ya sən gərək qəbul edəsən ki, bu adamların və digər alimlərivizin yazdıqlarının bir qəpiklik dəyəri yoxdur, əgər qəbul etməsən deməli, qəbul edirsən ki, sən adını çəkdiklərimiə ibadət edirsən, deməli, Allaha şirk qoşursan, deməli, müşriksən!

İNdi bizim üçün bu yolla aydınlaşdır görək sən müşriksən ya muvəhhid ?

Mütləq cavab gözləyəcəyəm! :rolleyes:


Ay Allahın məxluqu,

mövzunun adına bax. İnşəAllah uyğun mövzuda yaz müzakirə edək.



#93886 Şiələrin əqidəsi ilə bağlı dəlillər

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 16:32 в Şiə-sünni dialoqu




Bu sualıva artıq cavab verilib :




Hətta, istəsən sənin üçün həmin kitabı brda yerləşdirə də bilərəm ki, oxuyasan bəlkə o zaman hidayət oldun )




Mən Sizdən əqidənizi təsdiq ayə və hədislər istəyirəm.

Sizə başa salmaq istəyirəm ki, əgər alimin fikri ayə və hədisə söykənmirsə aparın çırpın divara.)))



#93892 Şiələrin əqidəsi ilə bağlı dəlillər

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 19:44 в Şiə-sünni dialoqu




Sənin kiməsə nəyisə başa salmaq üçün gərək əvvəlcə öz qandığın bir şey olsun!

Bundan əlavə, sən kiməsə nəyisə başa salmaq üçün gərək əvvəlcə gerçək islamı qəbul edəsən, "sələfi əqidəsi" adlandırdığın zındıq vahabi əqidəsindən tövbə edəsən :rolleyes:

Biz də bununla razıyıq ki, nəinki alimin, hətta, Əbu Bəkrin, hətta, Ömərin və digərlərinin sözləri Qurani-Kərimə və peyğəmbər (s.a.s) sünnətinə uyğun gəlmirsə apar çırp divara! :rolleyes:

Üçüncüsü, sənə kitab təklif eləmişəm ki, oxuyasan. İnşaAllah, orda sualalrıva cavab taparsan! )

Hətta, təklif də eləmişəm ki, əgər istəsən kitabı sənin üçün yerləşdirə bilərəm.

Orda sənin verdiyin sualların cavabı verilib. Quran və səhih sünnətə əsasən! :rolleyes:

İnşaAllah oxuyarsan!

Alim olseydün , diyərdim ki, oxuyub iradlarıvı bildirəsən!

Heyif ki, alim deyilsən! )

Odur ki, sənin özüvün gərək qandığın bir şey olsun ki, oxuyub "bu qurana və sünnətə zidd gəlir" deyəsən.

Alimin Quran və sünnətlə sübut etdiyi məsələlər haqqında sənin kimi bir qanmaz cahil durub desə ki, "bu əslində Quran və sünnətlə zidd gəlir" , o zaman sənin iradlarıvı aparıb divara çırpmalı olacağıq! )

Yox əgər sənin hansısa "alimin" desə ki, "filan filan şeylər əslində Quran və sünnətlə zidd gəlir" , onun da iddiasını aparıb divara çırpmalı olacağıq!

Niyə ?

Çünki, əvvəla, sən alimə niyə ibadət edirsən ki, onun kitabından rədd gətirəsən ? ))

İkincisi ona görə ki, bəlli çevrələrdə "alim" kimi tanınmaqla Alim olmaq arasında fərq var )

Sizin "alim" kimi tanıdıqlarınız əslində cahildən başqa bir kimsələr deyil.

Hətta, qəbul edilsə belə ki, onlar da alimdilər.

Bu zaman iki alimin - şiə alimi və vahabi aliminin - fikirləri ziddiyət təşkil etmiş olar.

Bu halda da şiə aliminin fikri əsas götürülür , sapıq vahabi alimin fikrini apar çırp divara! :rolleyes:

Əgər "hansı əsasla" deyib, bunun əksini iddia etsən, bunun əksini hansı əsasla iddia etdiyivi gərək sən də sübut edəsən ))



Məhz belə də eləmişik! Sənin "sələfi" adlandırdığı sapıq alimlərivizin iddialarını Aparıb çırpmışıq divara! :rolleyes:



Hardadır sizin Qurana və mütəvatir hədislərə söykənən əqidəniz?

Allah sizə hidayət versin.

Sən sələfi əqidəsindən sual verəndə mən sənə deyirəmmi ki, get 9 hədis kitabını oxu, cavab ordadır?

Əgər cavabı bilirsən cavab ver, bilmirsən qoy bilənlər cavab versin.



#93894 Təqlid

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 19:52 в Şiə-sünni dialoqu

Bismilləh,

Çox çox çox xahiş edirəm əxlaqlı adamlar mövzu açsın.

Əvvəl məntiqi cəhətdən mövzunu müzakirə edək. Sonra İnşəAllah dəlillərə keçək.

Mən xarici ölkələrin birində olanda xristianlarla söhbət edirdim. Birindən soruşdum ki, İncili oxuyubsan? Dedi yox. Dedim bəs dini necə öyrənirsən? Dedi Keşişlər İncili oxuyur bizə başa salır nə eləmək lazımdır.

İndi buna necə baxırsan? O da inandığı şəxsdən dəlil istəmədən soruşur.
Məsələn xaç xristianların dinində olmuyub. Onlar xaçı qorunma vasitəsi kimi istifadə edir. Bunu keşişdən öyrənib.

Xristianların da özlərinə görə böyük alimləri var və onlar da risalələr yazırlar.



#94109 Təqlid

Отправлено автор: hənbəli_84 16 июля 2012 - 15:17 в Şiə-sünni dialoqu

Mən "4 məzhəbin fiqhi" kitabından sizin imamların nəzərlərini öyrəndim. Namazda əlləri bağlamağı əhli-sünnə ümumi şəkildə müstəhəbb bilir (vacib yox):
1. Malik bu əməli müstəhəbb bilmir, ən yaxşı halda mübah bilir. Bəzi hallarda məkruh hesab edir.
2. Hənifə göbəyin altında bağlamağı müstəhəbb bilir.
3. Hənbəl də göbəyin altında saxlamağı müstəhəbb bilir.
4. Şafi sinədə tutmağı müstəhəbb bilir.
Buradan belə aydın olur ki, sən bu alimlərin nəzərlərini tək-tək araşdırıb ən səhihini götürmüsən. Çünki namaz qiyam şəkli çox əhəmiyyətlidir. Sən də qeyd etdin ki, sizdə təqlid yoxdur və siz araşdırıb qərar verirsiz. İndi buyur yuxarıda 3 müxtəlif rəy mövcuddur. Bu rəylərin hər birinin dəlilinin gətir və öz dəlilini də gətir ki, niyə digərlərini tərk edib, 1-ni götürmüsən. Bir neçə gün bu araşdırma ilə məşğul ola bilərsən, o vaxtadək get araşdır kamil cavab ver. Amma zənnimcə bu səninçün asan olmalıdı, çünki sən bu məsələləri tədqiq etmisən.

P.S. Cavabı tapanda bir mövzunu da bizə izah et görək ki, niyə səhiheyndə namazda əllərin qoyulma yeri ilə bağlı konkret və səhih hədis nəql olunmayıb ki, sizdə bu qədər ixtilaf var? Axı namaz Peyğəmbərin (s) bir ömür yerinə yetirdiyi əməldi və onu demək olar ki, bütün səhabələr görüb. Niyə şiə alimləri arasında bu məsələdə icma olduğu halda, sünni alimləri bu qədər ixtilafda olublar?



Al İslam,

İslam təkdir. Bizim bir peyğəmbərimiz olub. O (s) da bir cür namaz qılıb. Elə bu böyük alimlərin nəzərlərinin müxtəlif olması hansınınsa səhv etdiyini sübut edir. Məsələ onda deyil ki, biz həmin alimlərdən güclü alimik. Məsələ ondadır ki, hədislərin bir qismi bu alimlərə çatmayıb. Əllərində mövcud olan hədislərə əsasən öz nəzərlərini irəli sürüblər. Ancaq bu alimlərin hər birində eyni bir fikrə rast gəlinir ki,
"Əgər mən dediyimin ziddi olan hədisə rast gəlsəniz mən dediyimi tərk edin hədisi götürün"

Hətta imam Şafi ilə bağlı belə bir rəvayət olunur ki, imam Şafi dəstəmazla bağlı bir hədisi eşidir, səhih olduğunu gördükdən sonra dəstəmazın qaydasında düzəliş edir.

Hal-hazırda mühəddislər tərəfindən namazda əllərin sinənin üzərində bağlanması ilə bağlı hədislərin səhih, göbəkaltında bağlanması ilə bağlı hədislərin isə zəif olduğu təsdiq olunmuşdur.

Sual verə bilərsən ki, bəs niyə Əhli Sünnənin böyük hissəsi əllərini göbək altında tutmağa davam edir:

Bunu əsas səbəbi təqlidçilikdir. Həmin böyük alimlərin nəzərini götürürlər. Məsələn özünə hənəfi deyənlər Əbu Hənifənin nəzərini götürürlər. Hədisə əhəmiyyət vermirlər. Əbu Hənifənin etdiyi əməlin dəlilini araşdırmırlar. Əbu Hənifə belə deyib qurtardı. Halbuki Əbu Hənifənin özü deyib ki, əgər mən dediyimlə hədis zidd gələrsə hədisi götürün.Əbu Hənifənin özünə hədis çatmayıb onda problem olmayıb, ancaq müasir hənəfilərə hədis çatıb onlarda problem var.

Bu insanlara da səhih hədisləri göstərirsən, çox böyük qismi öz dədə-baba ənənəsini tərk etməmək üçün
1) ya deyirlər zəif hədislərə də əməl etməkdə problem yoxdur.
2) ya da deyir böyük alimlər (məsələn Əbu Hənifə) niyə bunu bilməyiblər

İstəsən əllərin sinə üzərində tutulması ilə bağlı səhih hədisləri yaza bilərəm.

Bizim əqidə elə onunla fərqlənir ki, kim nə deyir desin əgər dediyinə səhih dəlil göstərə bilməsə qəbul etmirik. Hətta bu sözü deyən ən böyük alim olsa belə.

9:31
Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəblər) qəbul etdilər.

Bu ayədə "Əhli kitabın alimləri və rahibləri özlərinə tanrı qəbul etməsi" Sizin əqidədə necə başa düşülür?



#94110 Təqlid

Отправлено автор: hənbəli_84 16 июля 2012 - 15:23 в Şiə-sünni dialoqu

Arab, men bilmediyim weylere bilmirem deyirem daha vehabiler kimi yalandan daniwmiram))) Sizde, yeni ki vehabilerin bir qisminde teqlidin adinin qebul olunmadigini bilirem. Lakin heqiqi ehli sunnet teqlidi ele biz qebul etdiyimiz qaydada qebul edir. Mehemmed ve Abu Yusuf muctehid olub. Muctehidin diger bir muctehide teqlid etmesi ise haramdir. Sen bu cur daniwmaqla umumiyyetle teqlid anlayiwindan bixeber oldugunu numayiw etdirirsen )


Muheqqiq, problem ondadır ki, sən elə fikirləşirsən ki, bilirsən. Sən bilmədiyivi bilmirsən. Sən məsələn bir dənə hədis kitabını başdan-ayağa oxuyubsan?
Əqidə yoldaşın Aı İslamı nümunə götür. Bax gör necə məntiqli və maraqlı müzakirə aparır və suallar verir.
Söyüş və təhqirlərə keçməklə normal müzakirə aparmaq olmaz. Həmçinin belə hərəkətlər müsəlmana yaraşmaz.



#94111 Təqlid

Отправлено автор: hənbəli_84 16 июля 2012 - 15:29 в Şiə-sünni dialoqu

salamaleykum.


əvvəla onu bildirmək istəyirəm ki unutmayin bu forumu tərbiyli və əxlaqli qardaş və bacilarimiz da oxuyurlar. ona görə də tərbiyəli və əxlaqli olun və sizin yazilari da izləyənlərə qarşi zülm etməyin. mən sizi Allahdan qorxmağa dəvət edirəm. Mən özümü əhlü sünnədən sayiram və üzümü sələflərə tutub bildirirəm ki sizə nə olub ki ağziniza gələni danişirsiniz və müsəlmana xas olmayan əxlaq nümayiş etdirirsiniz. shiələr inciməsin mən onlara ərk etmədiyimə görə onlari danlamiram. məni sələflər diqqətlə dinləsinlər və sonra deməsinlər ki biz eşitmədik və bilmədik. mən sizi Allah rizasi üçün çox sevirəm və tam səmimiyyətlə deyirəm ki siz istər qəsdən istərsə də bilmədən oyuna girmisiniz. və deməyin ki bu oyunun adi haqla batilin oyunudur.Xeyr bu oyunu şər düzüb qoşub siz də onlara yardim edirsiniz. bilirsinizmi sizin yardiminiz nədir şərə?

Sizin zənn edirəm ki bilməyərəkdən kafirlərə etdiyiniz yardimin nədən ibarət olduğunu yazmamişdan qabaq bir məsələyə toxunmaq istəyirəm. Siz mənim sələf qardaşlarim .çox gözəl bilirsiniz və ya bilməlisiniz ki maneələr aradan qalxmadiqca hər hansi müsəlmana kafir və müşrik demək olmaz. həmən müsəlman ən böyük şirk etsə də belə.bir insan ki ləiləhəəllələh deyir . muhəmmədun rasulullah deyir və bununla belə bir başa qəbirdən yardim istəyir buna haqqi çatdirmadiqca buna huccət tamamlamadiqca bu insan cahildir və bununla müsəlman kimi müamilə olunur .ölsə müsəlman kimi basdirilir. axirət işi isə Allaha qalir. Hətta Allah istəsə onu sorğu sualsiz cənnətinə atar və bizim heç birimizdən də soruşmaz.bunlari bilə bilə siz necə bu insanlara haqqi çatdirmamiş bunlara müşrik deyirsiniz və onlarla kafir müamiləsi edirsiniz. Allah rizasi üçün deyin görək sələfin şiələrə qarşi görüşünü kənara qoyub niyə onlari müşrik və kafir görürsünüz və onlarla müamiləni kafir kimi etməyə dəvət edirsiniz. kim bilmirsə bilsin ki ayri ayri alimləri saymasaq sələf umumiyyətlə şiələri və hətta rafiziləri də müsəlman kimi görürlər və onlarla müamiləni müsəlman kimi etməyi lazim bilirlər. bu dediklərimə dəlilləri kim istəsə hamisini gətirə bələrəm. lakin indi mənim demək istədiyim bu deyil. başqa şeydir.

çox qəribə də olsa sələf qardaşlardan soruşuram. heç bilirsinizmi indi dünyada hansi hadisələr baş verir. çox böyük ehtimalla bilmirsiniz..çünki bilsəydiniz indiki həssas bir məqamda şiələrə qarşi kampaniyani saxlayardiniz. bilənlər bilir bilməyənlər üçün mən söyləyirəm .qisasi budur. regionda böyük oyunlar qurublar və zahirən bu oyunlar irana qarşi olan oyunlardir. əslində isə kafirlər islama qarşi böyük bir plan hazirlayiblar. plan müxtəsüər olaraq bundan ibarətdir. irani nəyin bahasina olursa olsun işğal etmək istəyirlər. amerika irakda və afqanistanda verdiyi itkilərdən gözəl dərs alib və indi taktikasini dəyişib.amerika işğal etdiyi musəlman torpaqlarinda nə qədər dəstək görsələr də oyuncaq rəhbərlikdən lakin sadə camat və terrorçulardan amanda qala bilmirlər və mütəmadi olaraq öldürülürlər və bunun qarşisini da ala bilmirlər. təkcə irakda 15min əsgər itirdilər.və məcbur olub rüsvaycasina bir bəhanə tapib ordusunu çixarirlar. onlar təcrübədən çox gözəl bilirlər ki irana girsələr bu vəziyyətdə hətta irani işğal da etsələr belə müsəlman camaatlar istər dəstə dəstə istərsə də fərdi qaydada onlara iranda qan udduracaqlar. bunun belə olmamasi üçün kafirlər əcaib bir plan qurublar və biz də bu planin həyata keçməsi üçün onlara istər bilərəkdən istərsə də bilmədən yardimçi oluruq. bu plan bilirsinizmi nədir. plan budur ki irana sadə ərəb müsəlmanlrinin və qonşu türkdilli müsəlmanlarin köməynin qarşisini almaq üçün mütləq iran xalqini və konkret olaraq şiələri islam aləmində müşrik və kafir elan etmək lazimdir.buna görə gecə və gündüz intensiv olaraq şiələrə qarşi kampaniya gedir ki nəticə olaraq onlar kafir elan olunsunlar əsasən sadə və avam müsəlmanlar tərəfindən. diqqətli olun və bu oyuna getməyin. elə bilməyin ki mən sizə deyirəm ki elmi münaqişələri dayandirin . xeyr mən sizə məsləhət görürəm ki iranin başinin üstündən kafir amerikanlarin qara buludlari ötüb keçməmiş məsuliyyətsiz çixişlarinizi dayandirin. nəfsinizi boğun və səbr edin . unutmayin ki şilərlə münaqişəni uşaqlar yox böyüklər aparmalidir ki məsuliyyəin nə demək olduğunu onlar daha çox bilirlər. səhv də etsələr özləri bilsinlər. siz sadəlövh sələflər isə oyuna getməyin və səbirli olun .

mən bir əhli sünnə kimi Allaha and içirəm ki amerikalilar şiələri müşrük saydiqlarina görə yox müsəlman saydiqlarina görə işğal etmək istəyirlər.

sonda da olsa mövzu barədə. əqidədə təqlid etmək sələfə görə haramdir. qalan məsələlərdə isə mənim kimi avamlar mütləq təqlid etməlidirlər.

artiq əskik danişdimsa haqqinizi halal edin.


Va aleykumussələm va rahmətullahi va bərakətuhu.

Məsləhətlərivə görə Allah razı olsun, əxi.

İnşəAllah nəzərə alarıq.



#94112 Təqlid

Отправлено автор: hənbəli_84 16 июля 2012 - 15:33 в Şiə-sünni dialoqu

Bismillah. Əssalamu əleykum və rəhmətullah. Mövzu gözəl mövzudur. Amma etiraf etməliyəm ki, hər 2 tərəf də lağlağı və məsxərədən başqa heç nə təqdim etməyib. Odur ki, xəbərdarlıq edirəm ki, bu cür gedişlə mövzu bağlanacaq. Gərək hər iki tərəf dəlildən istifadə etsin.
Özüm isə 1-2 cümlə mövzunun mahiyyətindən demək istəyirəm. İstər sünni olsun, istər şiə, istər vəhhabi. Hər biri təqlid edir. Misalçün vəhhabilərin belə bir saytı var: http://dinifetvalar.com/
Şiələrin isə belə: http://fetva.313news.net/
Hər ikisində alimlərin fətvaları əsasında dini hökmlər qeyd edir. 1-ci saytda alimlərinə istinad edən vəhhabilər, həmin hökmləri öz həyatlarında tətbiq edir. Eynən də 2-ci saytdakı hökmlərə şiələr istinad edirlər. Lakin şiələr buna əməl edəndə "təqlid edirlər", lakin vəhhabilər "sünnəyə əməl edirlər". Misaldan göründüyü kimi hər ikisinin mahiyyəti birdir. Əgər sən hər hansı bir alimin nəzərini götürürsənsə, deməli onu "təqlid" edirsən. Məsələ bu qədər bəsitdir...
Lakin burada bir məsələni qeyd etmək istəyirəm. Şiələrlə sünnilərin təqlidində 1 məqam var ki, bu onların əsas fərqidir. Sünnilər və ya vəhhabilər təqlid edəndə hansı hökm onlara sərf edirsə, hansı hökm onların keflərinə uyğundursa, onu götürmək haqları var.
Lakin şiələrdə belə deyil. Şiələrdə YALNIZ ƏLƏM, yəni dövrünün ən savadlı və elmli müctəhidinə təqlid edilməsi vacibdir. Əgər ələm müctehidlə digərlərinin fətvalarında fərq varsa, vacibdir ki, ələm müctəhidin fətvasına əməl etsin və digərlərini tərk etsin.


Bizim fətvalarda sual ilə bağlı ayələr və hədislər qeyd olunur və şərh olunur. Alimin nəzəri ayə və səhih hədislərlə əsaslandırılır.
Kor--koranə dəlilini bilmədən alimin nəzəri bildirilmir. Hətta bildrilsə belə dəlil olmadan sələfi camaat tərəfindən qəbul olunmur.



#94119 Təqlid

Отправлено автор: hənbəli_84 16 июля 2012 - 16:59 в Şiə-sünni dialoqu

dogrudan? ) Erebistanin hansi sebebden Seudiyye adlanib kralliga cevrilmesi haqda alimlerine istinaden bir aye ve yaxud hedis goster bakalim )))


Bak. Dövləti Səudiyyə adlandırmağının dinə nə aidiyyatı var? Sən aidiyyatını sübut elə İnşəAllah mən dəlilini gətirəcəm.

Bu ibadət tərzidir, yoxsa dini məsələdir?

Bu dünyəvi məsələdir, dövlətə istədiyin normal ad qoymaq olar.



#94125 Təqlid

Отправлено автор: hənbəli_84 16 июля 2012 - 21:19 в Şiə-sünni dialoqu

Bax gorursen, bu cur daniwmaqla dinden tamamile bixeber oldugun uze cixir))) Sen dovletin adi da daxil, umumiyyetle dunyanin ele bir sahesini gostere bilersen ki dinin ora hokmu catmasin?


Gəl bir-birimizə dindən xəbərsiz, savadsız kimi sözlər demiyək Bir-birimizi nədəsə günahlandırmayaq.

Təmkin və əxlaqla bir-birimizə sual verək, məsələləri izah edək və müzakirə edək.

Dövlətin adı ilə bağlı dinin hökmü nədir? Deyə bilərsən?
Ya Qurandan ayə yaz ya da səhih hədislər yaz.

Başqa bir tərəfdən "İran" adı və "İranın dövlət quruluşu" da dini hökmlərə söykənir? Əgər elədirsə həmin hökmləri də bir zəhmət yazarsan.



#94128 Təqlid

Отправлено автор: hənbəli_84 16 июля 2012 - 21:38 в Şiə-sünni dialoqu

Ehsen. Onda sen bayaq mene ilk olaraq yazdigin "bilmediyini bilmirsen" ve s.kimi sozleri geri gotur)) Men sene sual vermiwem: Umumiyyetle dunyanin ele bir sahesi var ki dinin ora hokmu catmasin? Sen evvelce menim sualimi cavablandir ve yaxud da bilmirsense, etiraf et bilmediyini. Ondan sonra istediyin suali verersen.


Mən geri götürürəm. İnşəAllah sən də öz sözlərivi götürərsən.

Dinin hökmü hər şeyə çatır. Müəyyən məsələlər var ki, həmin məsələlərdə din heç bir qadağa qoymamış insanların öz seçiminə buraxmışdır. Dinin həmin məsələlərdə hökmü elə sərbəstliyin verilməsidir. Bu da onlardan biridir.
Məsələn dində heç bir qadağa yoxdur ki, Mercedesə min ya BMV-yə min. Hansına istəyirsən min. Yəni Allah bu məsələdə azadlıq (sərbəstlik) verib.
Mən suala cavab verdim. İndi sənin növbən.



#94132 Təqlid

Отправлено автор: hənbəli_84 16 июля 2012 - 22:21 в Şiə-sünni dialoqu

Sen sozunu geri goturmekde duz etdin. Cunki men bilmediyimi bilmeyenlerden deyilem ) Men sualima tam cavab almamiwam. Sen qebul etdin ki dinin her bir weye hokmu catir. Xeyli xub. Bayaq da iddia etmiwdin ki sizin alimler her bir meselede aye ve hedise dayanirlar. O halda buyur, Seudiyye kralliginin haqq oldugunu alimlerine istinaden aye ve hedisle isbat et. Bu sohbeti bitirek, sonra mersedes ve bmw-ye kecerik, onlarin haqqinda da aye ve hedis getirersen. Buyur.


Cavabı artıq vermişəm. Heç bir ayə və hədis bu məsələni qadağan etmir, deməli caizdir.



#94133 Təqlid

Отправлено автор: hənbəli_84 16 июля 2012 - 22:25 в Şiə-sünni dialoqu

Nə Ayətullah Sistani, nə də Ayətullah Məkarim səhih istinadı qoyub, zəifə istinad etmir.


Bunu haradan bilirsən?



#94134 Təqlid

Отправлено автор: hənbəli_84 16 июля 2012 - 22:28 в Şiə-sünni dialoqu

Osmana yazdığım post sənə də aiddir.


43-cü postda suallara cavab vermişəm. Razılaşmadığın məqam var müzakirə edə bilərik.

Sən mənim 43-cü postda verdiyim suala cavab vermiyibsən.



#94135 Təqlid

Отправлено автор: hənbəli_84 16 июля 2012 - 22:31 в Şiə-sünni dialoqu

Sen sozunu geri goturmekde duz etdin. Cunki men bilmediyimi bilmeyenlerden deyilem ) Men sualima tam cavab almamiwam. Sen qebul etdin ki dinin her bir weye hokmu catir. Xeyli xub. Bayaq da iddia etmiwdin ki sizin alimler her bir meselede aye ve hedise dayanirlar. O halda buyur, Seudiyye kralliginin haqq oldugunu alimlerine istinaden aye ve hedisle isbat et. Bu sohbeti bitirek, sonra mersedes ve bmw-ye kecerik, onlarin haqqinda da aye ve hedis getirersen. Buyur.


Ancaq sən sözüvü geri götürmədin. Həqiqətən hər kəs öz əxlaqını nümayiş elətdirir. Amma diqqətli ol haa bu yazdığım cümlə sənin əxlaqsız olmağın demək deyil.



#94148 Təqlid

Отправлено автор: hənbəli_84 17 июля 2012 - 04:31 в Şiə-sünni dialoqu

Hansı kitablarınızda nəql olunub bu hədis?


1) Peyğəmbər (s.a.s.) sağ əli sol əlin üstünə qoyar(1) və deyərdi: "Biz peyğəmbərlərə iftarımızı tezləşdirmək, səhurumuzu gecikdirmək və namazda sağ əlimizi sol əlimizin üstünə qoymaq əmr olunmuşdur(2)"

(1) Muslim, Əbu Davud
(2) İbn Hibban və əz Ziya səhih isnadla

2) Bir dəfə Peyğəmbər (s.a.s) yoldan keçərkən bir kişinin sol əlini sağ əlinin üstünə qoyub namaz qıldığını görmüş, onun əllərini aralayıb sağ əlini sol əlinin üstünə qoymuşdur.(3)

(3) Əhməd və Əbu Davud səhih isnadla


3) Peyğəmbər (s.a.s.) sağ əlini sol əlinin biləyinin və bilək sümüyünün üstünə qoyar(4) və səhabələrinə də belə etməyi əmr edərdi(5). Bəzən isə sağ əli ilə sol əlinin biləyindən tutardı.(6)

(4) Əbu Davud, ən-Nəsai, və İbn Xuzeymə (1/54/2) səhih isnadla
(5) Malik, əl-Buxari və Əbu Əvanə
(6) Ən Nəsai, əl Dəraqutni səhih isnadla

Bu hədislərdən də göründüyü kimi həm sağ əllə sol əldən yapışmaq və həm də sağ əli sol əlin üstünə qoymaq sünnətdir. Lakin hənəfi məzhəbindən olan bəzi sonrakı dövr alimlərinin hesab etdiyi kimi hər ikisini bir-birinə çarpazlamaq bidətdir.

4) Peyğəmbər (s.a.s.) əllərini sinəsinin üstünə qoyardı (7).

(7) Əbu Davud, ibn Xuzeymə (1/54/2) və Əhməd

Namazda əllərin sinəyə qoyulması Sünnədə öz təsdiqini tapmışdır. Bunun əksini göstərən hədislər isə ya zəif, ya da heç bir əsası olmayan qondarma hədislərdir.


4) Peyğəmbər (s.a.s.) həmçinin namazda əlləri çarpazlamağı qadağan edirdi (8).

(8) Əl Buxari, Muslim, Əbu Davud, ən-Nəsai və başqaları



#94149 Təqlid

Отправлено автор: hənbəli_84 17 июля 2012 - 05:22 в Şiə-sünni dialoqu

Sen mene haqqsiz yere "bilmediyini bilmirsen" demiwdin. Bu sebebden sozunu geri goturdun. Men ise seni haqqsiz yere deyil, senin dini dunyadan ayirmana gore ittiham etmiwdim. Bu sebebden sozumu geri goturmeye luzum gormurem. Duz deyirsen, her kes oz exlaqini numayiw etdirir. Sen mene exlaqsiz desen, bu sozunu de esaslandirmana ehtiyac olacaq. Odur ki, meslehet gormurem )


Sən təkcə məni dini dünyadan ayırmaqda deyil, Allahı maddiləşdirməkdə də ittiaham etmişdin.

Mən sənə şərtlər təklif etdim ki, gəl bu şərtlərlə müzakirə edək. Görünür sən qəbul etmədin. Onda səninlə nəyisə müzakirə etməyin mənası yoxdur.



#94153 Təqlid

Отправлено автор: hənbəli_84 17 июля 2012 - 12:18 в Şiə-sünni dialoqu

Sən hansısa alimin səhih istinadı zəifdən üstün tutmasını necə izah edirsən?




Bismilləh,

Səbəbi nə olacaq?

Dünya malı, şan-şöhrət, hakimiyyət, siyasət, insanların idarə olunması və s. Ən sonda bunları itirmək qorxusu

Təsəvvür edin ki, İranda müctəhidin biri araşdırdı gördü ki, “Doğru yol Əhli Sünnədir” və “İmamiyyə əqidəsi uydurmadır”.

İndi həmin müctəhid nə edə bilər? Əgər araşdırmasını bəyan etsə İranda malik olduğu var-dövlətini, şan –şöhrətini, məqamını, ailəsini və hətta həyatını da itirə bilər.
Ətrafındakı hamı ona qarşı çıxacaq və kafir adlandıracaq.
Nə qədər insan belə bir işi edə bilər? Bunun üçün çox güclü imam tələb olunur.

BU MİSALI İSTƏNİLƏN DİNİ MƏKTƏBİN NÜMAYƏNDƏSİNƏ AİD ETMƏK OLAR.

Əhli kitabın yolunu azmış din alimləri haqqında Qurandan dəlillər:

5:13
Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər.

2:42

Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin.

2:44
Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüz (bunu) unudursunuz? Məgər anlamırsınız?

5:63
Nə üçün din xadimləri və baş keşişlər onlara günah sözləri və haram yeməyi qadağan etmirlər? Onların törətdikləri necə də pisdir!

9:34
Ey iman gətirənlər! Baş keşişlərdən və rahiblərdən çoxu insanların mallarını haqsız olaraq yeyir və (onları) Allah yolundan döndərirlər.

26:197
Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi?

2:146
Kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri və yaxud Kəbənin qiblə olduğunu) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir.

6:20
Özlərinə Kitab verdiyimiz kəslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana uğradanlar iman gətirməzlər.


SUAL VERİRƏM. İndi İslamda belə alimlər yoxdur? Əlbəttə var.

Azərbaycanı götürək

9:34
Ey iman gətirənlər! Baş keşişlərdən və rahiblərdən çoxu insanların mallarını haqsız olaraq yeyir və (onları) Allah yolundan döndərirlər.


1) Mollalar dini biznesə döndərib: ölüyə Quran oxumaq, ölü yumaq, yas məclisi keçirmək, kəbin kəsmək və s. Hamısının öz qiyməti var. Niyə bu işləri Allah rizası üçün etmirlər?

Hətta camaat içində mollalara "ölü pulu yeyənlər" deyirlər. Deyirlər ki, mollalar bir insan öləndə sevinirlər.

9:34
(onları) Allah yolundan döndərirlər.


Bu səbəbdən insanlar İslamdan uzaqlaşır.

2) Pirlər, ziyarətgahlar mollalar üçün gəlir obyekləridir. İnsanlar pirlərə pul və hədiyyələr gətirir. Həmin pullar və hədiyyələr piri işlədənlərə qalır.

Məsələn
Mir Mövsüm ağa ziyarətgahı hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib. Dövlətə qazandığından vergi verir.
Təqribən 110 nəfər işçisi var, 1 nəfərə düşən orta aylıq əmək haqqı 1100 manata yaxındır.
Heç sexlərdə bu sayda işçi yoxdur. Heç banklarda belə əmək haqqı verilmir.

3) QMİ-nin özünün VİP salonları var. Restoran kimi işlədirlər, hər menyunun öz qiyməti var.

4) Azərbaycanda avam camaatı aldadaraq xums yığılır, İrana müctəhidlərə göndərilir.
Nə qədər axtardım evdəki qazancından xumsun hesablanması ilə bağlı 1 dənə hədis tapa bilmədim.


5:63
Nə üçün din xadimləri və baş keşişlər onlara günah sözləri və haram yeməyi qadağan etmirlər? Onların törətdikləri necə də pisdir!



Niyə sizin "İslam alimləri" belə əməlləri qadağan etmir?



#94156 Şiələr dini biznesə çeviriblər

Отправлено автор: hənbəli_84 17 июля 2012 - 12:48 в Şiə-sünni dialoqu


Bismilləh,

9:34
Ey iman gətirənlər! Baş keşişlərdən və rahiblərdən çoxu insanların mallarını haqsız olaraq yeyir və (onları) Allah yolundan döndərirlər.


1) Mollalar dini biznesə döndərib: ölüyə Quran oxumaq, ölü yumaq, yas məclisi keçirmək, mərsiyə demək, ağı demək, kəbin kəsmək və s. Hamısının öz qiyməti var. Niyə bu işləri Allah rizası üçün etmirlər?

Hətta camaat içində mollalara "ölü pulu yeyənlər" deyirlər. Deyirlər ki, mollalar bir insan öləndə sevinirlər.

9:34
(onları) Allah yolundan döndərirlər.


Bu səbəbdən insanlar İslamdan uzaqlaşır.

Qeyd.
Sələf əqidəsində "ölüyə Quran oxumaq" yoxdur. Çünki Quran dirilər üçün göndərilib.
Sələf əqidəsində yas məclisi keçirmək, mərsiyə demək, ağı demək yoxdur. Hər bir insan dinə uyğun basdırma qaydasını bilməli və öz ölüsünü özü basdırmalıdır.
Sələf əqidəsində "kəbin kəsmək", "Quran oxumağı öyrətmək" pulsuz, ancaq Allah rizası üçün edilməlidir.


2) Pirlər, ziyarətgahlar mollalar üçün gəlir obyekləridir. İnsanlar pirlərə pul və hədiyyələr gətirir. Həmin pullar və hədiyyələr piri işlədənlərə qalır.

Məsələn
Mir Mövsüm ağa ziyarətgahı hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib. Dövlətə qazandığından vergi verir.
Təqribən 110 nəfər işçisi var, 1 nəfərə düşən orta aylıq əmək haqqı 1100 manata yaxındır.
Heç sexlərdə bu sayda işçi yoxdur. Heç banklarda belə əmək haqqı verilmir.

Qeyd.
Sələf əqidəsində "pir" və "qəbir ziyarətgahları" yoxdur, əksinə qadağandır. Çünki belə əməllər şirkə aparır.
Əbu Hureyrə (rad) Rəsulullahın (s) belə buyurduğunu rəvayət edir: “Ancaq üç məscidi ziyarət etmək məqsədilə səfərə çıxılır: Məscid-u`l-Haram, mənim bu məscidim (Məscidu`n-Nəbəvi) və Məscidu`l-Aqsa.”
əl-Buxari. Muslim.


3) QMİ-nin özünün VİP salonları var. Restoran kimi işlədirlər, hər menyunun öz qiyməti var.

Qeyd.
Sələf əqidəsinə görə yas məclisləri keçirmək yoxdur.


4) Azərbaycanda avam camaatı aldadaraq xums yığılır, İrana müctəhidlərə göndərilir.
Nə qədər axtardım evdəki qazancından xumsun hesablanması ilə bağlı 1 dənə hədis tapa bilmədim.

Qeyd.
Sələf əqidəsinə görə xums döyüşdə əldə olunan qənimətlərdən tutulur.

5:63
Nə üçün din xadimləri və baş keşişlər onlara günah sözləri və haram yeməyi qadağan etmirlər? Onların törətdikləri necə də pisdir!



Niyə sizin "İslam alimləri" belə əməlləri qadağan etmir?



#94219 Təqlid

Отправлено автор: hənbəli_84 19 июля 2012 - 08:55 в Şiə-sünni dialoqu

Ellerin göbeğin altına konacağını ifade eden hadis-i şeriflerin daha kuvvetli olduğunu kabul eden âlimler bulunduğu gibi, ellerin göbeğin üst tarafında kavuşturulacağını ifâde eden hadislerle amel eden ulemâ da vardır. Biz bu mevzudaki delillerin münakaşasını ve mezheb imamlarının görüşlerini 754 ve 756 nolu hadislerin açıklanmasında naklettik. Bu mevzuyu Hanefî âlimlerinden İbnu'-l-Hümâm'ın sözleriyle kapatıyoruz:

"Ellerin göbeğin altında mı, yoksa üstünde mi kavuşturulacağı konusunda ulemâ her ne kadar ihtilâf etmişse de gerçek şu ki bu mes'elede her iki tarafın dayandığı deliller kuvvet itibariyle müsavidir."[141]


http://www.darulkita...m#_Toc105023028


Şeyx Albani İbn Xuzeymədəki hədisi səhih hesab etmiş və özünün namaz haqqındakı risaləsinə daxil etmişdir.

Əgər biz Şeyx Albaninin rəyini qəbul etsək, namaz qılarkən əllərimizi sinə üzərində bağlamaq əməlimiz təqlid deyil.
Çünki kor-koranə kiməsə baxaraq etmirik, dəlilimiz var. Dəlilimiz İbn Xüzeymənin səhihindəki hədisdir.

Əgər Şeyx Albaninin rəyini qəbul etməsək belə namaz qılarkən əllərimizin sinədə bağlamağımız problem deyil.
Çünki digər qism alimlərin rəyinə görə bu məsələ ilə bağlı səhih hədis yoxdur.
Hər hansı fiqhi məsələdə dəlil (ayə və səhih hədis) yoxdursa icma alimlərin ictihadını qəbul etmək olar.
İcma alimlərinin ictihadlarından biri də əllərin sinə üzərində bağlanmasıdır.
Bu halda da təqlid etmirik. Çünki etdiyimiz əməlin dəlilini bilirik. Dəlilimiz bu məsələ ilə bağlı ayə və səhih hədisin olmaması və icma alimlərinin məlum ictihadıdır.

Hər bir halda etdiyimiz əməl təqlid hesab olunmur. Çünki təqlid odur ki, dəlilini bilmədən kor-koranə kiminsə etdiyi əməli və ya dediyi sözü qəbul edəsən. Biz etdiyimiz əməlin dəlilini bilirik.



#94221 Təqlid

Отправлено автор: hənbəli_84 19 июля 2012 - 09:07 в Şiə-sünni dialoqu

1



#94220 Təqlid

Отправлено автор: hənbəli_84 19 июля 2012 - 09:07 в Şiə-sünni dialoqu

bu melumati kimden teqlid etdin menim iw yerim ziyaretgahin lap yanindadi mutamadi olaraq ora gedirem oranin iwcilerini de taniyiram sen iddia etdiyin kimi ortalama 1100 manata yaxin maaw alan hec oxwamirlar

eksine Sizin Ilahiyyat mescidine toplawan tevazokar qardawlarinizin bu cur maawa ve ya gelire sahib oldugunu gormemek hec insafdan deyil eger arawdirma aparirsaniz edaletli olun

yenede deyirem yaxwi olar ki movzu uzre muzakire getsin eger deyeceyiniz soz bura qederdise onda sebrle movzunu acan Qardawi gozleyin ki sizin yazilarinizi deyerlendirsin


Bu məlumatı Mir Mövsum ağa Ziyarətgahının hüquqi şəxs kimi məlumat verdiyi təşkilatların birindən götürmüşəm. Bu çox dəhşətli faktdır, biabırçılıqdır.
İkinci tərəfdən burda orta əmək haqqı yazmışam. Ola bilər 1 nəfər 2000 manat maaş, digəri 200 manat əmək haqqı alır. Orta hesabla adama 1100 manat düşür. Sən ola bilər 200 manat maaş alanı görübsən. Ola bilər 2000 manat maaş alan heç ora işə gəlmir.



#94222 Təqlid

Отправлено автор: hənbəli_84 19 июля 2012 - 09:23 в Şiə-sünni dialoqu

Bu nedir hec bawa duwmedim movzu teqlidin bizde olmasindan getmir eger 1 postu diqqetle oxusaniz bunu aydin gorersiniz sohbeti firlada firlada kecirsiz yenede bawqa meselelere

Movzu sizde olan teqlidden gedir siz qebul etmesenizde sizde muqellidsiniz

Sehv etmiremse bu forumda namazda ellerin movqeyi barede movzu var belke bu sohbetleri orda edesiniz

zehmet olmasa eqli ve neqli delillerle teqlidin sizde haram olmasina ve bunu etmediyinizi isbat edin burda bawqa weyleri muzakire etmeyin


Mən Qurandan dəlillər gətirməklə sübut elədim ki, insanlar arasında "İslam alimləri" kimi tanınan və məşhur olan insanlar öz yollarını aza bilər.

Necə Allah subhənə və təalə Quranda Əhli Kitabın azmış din alimləri haqqında xəbər verir.

Kor-koranə dəlilini bilmədən alimi təqlid etməyin haram olmasının səbəblərindən biri də budur. Əgər kimsə yolunu azmış alimi təqlid edirsə həmin şəxs də azmışdır. Çox sadə məntiqdir.

Təqlidçiliyin haram olması ilə bağlı inşəAllah Qurandan və hədislərdən dəlilləri yazacam.



#94331 Təqlid

Отправлено автор: hənbəli_84 22 июля 2012 - 08:33 в Şiə-sünni dialoqu

Göründüyü kimi cavab gəlmədi. Sübut olundu ki, əhli sünnə hədis külliyatı nə vəziyyətdədir ki, namazın vəziyyəti ilə bağlı 1 dənə də olsun səhih hədis yoxdur.

Hədis külliyatının vəziyyətinə gəlincə sizin hədis külliyatınız bizim hədis külliyatımız ilə müqayisə olunmazdır.
Bunu görmək üçün sən məsələn 2 hədis kitabını (Məsələn Səhih Buxari ilə Usuli Kafi) başdan ayağa oxu. Özün fərqləri görəcəksən.

Məsələn sizin hədis külliyatınızdan bir fakt deyim. Sizdə bir hədis yoxdur ki, Peyğəmbər (s) və ya on iki imam yeni bir işə başlayanda nə deyirdi. Maraqlıdır, elə deyilmi?
İnsan hər gün işlərə başlayır. Ancaq sizdə bir hədisdə belə bir şey gəlməyib. İndi siz özünüzdən "Allah, Məhəmməd, ya Əli" deyirsiniz.

Bizim hədis külliyatımızdan çoxlu hədislər var ki, Peyğəmbər (s) bir işə başlayanda "Bismilləh" deyirdi.

Çoxlu bu kimi faktlar deyə bilərəm.


Osman isə bildirirdi ki, sünni imamlarının 3-ü ictihadda səhv edib və Osman bu səhvi müəyyən edib. Guya zəifi tərk edərək səhihi götürüb və təqlid etməyib. Halbuki götürdüyü hədis mürsəldir. Deməli Osman təqlid edir, amma kefinə görə. Ona kim sərf elədi ona təqlid edir və 15 alimin ayrı-ayrı yerlərdə nəzərini götürdüyündən, guya "1 nəfər kor-koranə təqlid etmir". Xülasə, təqlidsiz mümkün deyil.


al-Islam, əgər bir məsələdə səhih hədis yoxdursa, müəyyən alimlər icmasının nəzərini qəbul etmək təqlid deyil.
Təqlid nədir? Kor-koranə dəlilini bilmədən kiməsə baxaraq əməli götürmək. Osman bu məsələnin dəlillərini bilir.
Bilir ki,
1) Əllərin göbək altında birləşdirilməsi ilə bağlı hədislər zəifdir.
2) Əllərin sinə üzərində birləşdirilməsi ilə bağlı hədisi bir qism alimlər səhih, digər qism alimlər zəif hesab edir.

Ona görə bu təqlid deyil.

Təqlidi sizin timsalınızda izah edim. Məsəln sizin əqidədə siz məsələ ilə bağlı heç bir dəlil (ayə və ya hədis) bilmədən alimlərin nəzərlərini qəbul edirsiniz. Fətvalarınızda alimin hansı ayə və hədislərə əsaslanara rəy verdiyi görsənmir. Bizim əqidədə əlhəmdulilləh bu kimi şeylər yoxdur.




Рейтинг@Mail.ru