Перейти к содержимому


Публикации hənbəli_84

224 публикаций создано hənbəli_84 (учитываются публикации только с 26-июня 23)



#96278 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 17:38 в Şiə-sünni dialoqu

Təvəssül haqqında Qurandan ve Sünneden cavablar verilib.
Sadece kor tuttuğun buraxmadığı kimi,bunlar da......
Hind kinolarina qalanda isə,sizin əlli-ayaqlı,baldırrı,oturmuş,saçı qıvrım,üzü şimal kimi allahınız əsl buddaya oxşayir.
Həmişə kimi öz gözünüzdə şalbanı görmürsüz başqalarında tük axtarırsız.Amma onu da tapa bilmirsiz.
Belə təəsübkeşliyiniz davam etsə ,Allah sizi heç hidayət etməyəcək.


Sənin bu iradın aşağıdakı Quran ayəsinə də çatır:
38:75
(Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”

Sən yəqin Quranı oxuyanda da eyni qənaətə gəlirsən.




#96276 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 11:03 в Şiə-sünni dialoqu

Hamıya oxumağı tövsiyə edirəm.

1. İBRƏTLİ DİALOQ

2. Tövhid Allahın qulları üzərində olan haqqı



#96275 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 10:40 в Şiə-sünni dialoqu

Sən İmam Rza (ə.s) ilə təvəssül edib həkimlərin sağalda bilmədiyi göz xəstəliyindən sağalanlara, müxtəlif xəstəliklərdən şəfa tapanlara bu cür nisyə söhbələrlə cavab vermək istəyirsən? Bu insanlara şəfanı şeytan verir? Sənin əqlin yerindədi?



Bəzi Hind kinolarında var ki, gedirlər bütlərdən şəfa istəyirlər, bəzən də şəfa tapırlar bunu bütdən bilirlər.
İndi gedək hind bütlərinə də ibadət edək?

Bu suala Quran və Sünnə ilə cavab versəm sən tövbə edəcəksən?



#96274 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 10:32 в Şiə-sünni dialoqu

Sən nəyə görə öz sözünü bizə gücnən yedizdirirsən ki,siz də İmamlara(ə.s) ibadət edirsiz.Sənə də cavab veririk ki,Allahdan başqasına ibadət etmək şirkdir.


demək ayrı, əməl ayrı.
Əsas əmələ baxılır.
Məsələn insanlar var deyir ki, Allah təkdir, ancaq gedir tanınmış insanların qəbirləri qarşısında baş əyir.
SOruşanda deyir hörmət mənasında baş əyirəm, ibadət etmirəm ki.
ancaq bilmir ki, baş əymək özü elə ibadətdir. Təkcə Allahın qarşısında baş əymək lazımdır.




Ayədə nə deyilir onlar ibadət edirlər.
Yəni,şəfaətçilərini,vasitəçilərini mütləq güc sahibi bilirdilər.Haçan biz etiqad etsək ki,Peyğəmbər(səəv) və İmamlar(ə.s)mütləq qüdrət sahibidirlər,Allahın izni olmadan kiməsə övlad verirlər,müşkülləri həll edirlər,şəfaət edirlər və s.hə bu halda ayələr bizə aid olar.


Bəli ayədə deyilir ki, ibadət edirlər. Siz də ibadət edirsiniz. Kömək istəmək, qurban kəsmək, ziyarət etmək, qoruma istəmək, dua etmək ibadət sayılır.
Siz də bu ibadətləri Allahdan qeyrilərinə imamlara, qəbirlərə, pirlərə aid edirsiniz.
İbadət etmək mütləq qüdrət sahibi hesab etmək deyil.
Əgər onalr bütləri mütləq qüdrət sahibi hesab etsəydilər, onda onlara Allaha yaxınlaşmaq üçün ibadət etməzdilər. Elə birbaşa bu bütlərə ibadət edərdilər.
Məkkə müşriklərinin Allaha yaxınlaş üçün bütlərə ibadət etməsi sübut edir ki, bütləri Allahdan aşağı dərəcədə görürdülər.
Bu sübut edir ki, onlar bütləri mütləq qüdrət sahibləri və sərbəst varlıqlar hesab etmirdilər.




Şiə təvəssül və şəfaətə etiqad edir.Eyni zamanda da etiqad edir ki,Allahın izni olmadan heç kim şəfaət edə bilməz və onun müşküllərini həll edə bilməz. İnşəƏllah Quran və sünnədən ehtiyac olsa,imkanım daxilində və vaxtım daxilində danışarıq.
Bu ayələri gətirməkdə məqsədin aydındır ki,təvəssül və şəfaəti inkar etmək üçün gətirmisən.Yaxşı əgər bilirdinsə ki,əhli-sünnə alimləri arasın da təvəssül və şəfaət barəsin də ixtilaf var.Bəs nəyə görə bu ayələri gətirirsən.Adama deyərlər get bu ayələri təvəssül və şəfaətə icazə verən alimlərinə verdəəəə.Deməli bilmirdin.Bisəydin bu ayələri gətirməzdin. Sənin dilinlə deyirəm bəlkə də xəvariclərin saytından oxudun.Bəlkə də.Doğrusunu Allah bilər.


Sələfi də təvəssül və şəfaətə etiqad edir. Ancaq sələfi əqidəsində təvəssül və şəfaət Quran və səhih hədislərdə olan dəlillərlə kifayətlənir.

Şiələrdə isə şəfaət və təvəssül o qədər şişirdilib Məkkə müşriklərini keçiblər.

Əhli Sünnə alimlərində şəfaət və təvəssül anlayışı şiələrdən yer-göy qədər fərqlənir.
Əhli Sünnə alimləri arasında əsas ixtilaflar aşağıdakılardır:
1) Ölmüş əməlisaleh insanların xatirinə Allahdan nəsə istəmək kimi dualar

Bu duada da diqqət yetirsən Allahdan istənilir.
2) Peyğəmbərdən (s)Qiyamət günü olan şəfaəti istəmək.

Bu ixtilaflar əsasən bu məsələlərlə bağlı bəzi hədislərin səhih və ya zəif olması səbəbindən doğur.

Ancaq Əhli Sünnə alimləri qəbirlərdən, pirlərdən və əməlisaleh insanlardan kömək istəmək, uşaq istəmək, qorumaq istəmək və onlara qurban kəsməyin şirk olması bəradə ittifaq etmişlər.



“VƏFATINDAN SONRA NƏBİYLƏ TƏVƏSSÜL.

Fəqihlər, vəfatından sonra Nəbiylə - sallallahu aleyhi və səlləm - təvəssül eləmənin məşru olması haqda ixtilaf etmişlər. Yəni, belə deyən kimsənin sözü haqqında: “Allahım! Nəbin xatirinə, Nəbinin Cahı üçün, Nəbinin haqqı üçün səndən istəyirəm”

Birinci Görüş (Caiz olduğu):
Fəqihlərin çoxu (Məlikilər, Şafiilər, Hənəfilərin son dönəm alimləri, Hənbəli məzhəbində əsas görüş) təvəssülün bu növünün caiz olduğuna hökm etmişlər.
Nəbinin - sallallahu aleyhi və səlləm - sağlığında və ya vəfatından sonra olması arasında fərq yoxdur...

İkinci Görüş (Məkruh olduğu):
“Ət Tətərxaniyyə”də“Əl Muntəqa“ adlı kitabdan nəqlən belə gəlmişdir: Əbu Yusuf, İmam Əbu Hənifədən rəvayət etmişdir: Hər kəsin Allaha ancaq Onunla (isim və sifətləriylə) dua eləməsi lazımdır. İzin verilmiş, əmr edilmiş dua Uca Allahın bu kəlamından çıxan nəticədir: “Ən gözəl isimlər Allahındır. Ona bunlarla dua edin””
Əbu Yusufdan, bu əməldə bir bəis olmadığı rəvayət edilmişdir. Rəvayət olunmuş əsər səbəbilə Leysin görüşü də budur.

Üçüncü Görüş (Caiz olmadığı):
Taqiyyuddin ibn Teymiyyə və son dönəm Hənbəli alimlərindən bəziləri, Nəbinin zatı ilə təvəssülün caiz olmadığı görüşündədir…”

Qaynaq: Əl Məvsuatul Fiqhiyyətul Kuveytiyyə: 14/156-161 http://archive.org/d...ikh_pdfbook_ara

Get bu ayələri əhli-sünnə alimlərinə gətir.Denən niyə Peyğəmbərə (səəv)ibadət edirsiz.Axı Quran da belə ayələr var.


2.
[/color][/size]


Bu məsələni yuxarıda izah elədim.




Klassik alimlərinizə məsləhətin olsa,verərsən.

3.Məzhəb imamın (Əhməd ibn Hənbəl)Peyğəmbərin (səəv) tükünü öpüb gözünə qoyarmış sönra da şəfa tapmaq üçün tükü suya batırıb suyuda içərmiş. İmamına denən ki,ay mənim imamım axı Quran da ayə var.Tükə ibadət etmək sayılır axı.[/color]


Bu sənədin səhihliyi haqda bilmirəm. Ancaq imam Əhməd tükdən kömək istəməyib. Başqa bir tərəfdən Peyğəmbərin (s) tükü və paltarı ilə təbərrük etmək ilə bağlı hədislər var.
İmamlardan uşaq istəmək ilə bağlı hədis var?


Hənbəli 84 məndə səni başa düşmürəm. :unsure:


İnşəAllah sənə kitablar deyərəm, oxuyarsan. Allah sənə doğru yolu göstərsin.



#96284 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 ноября 2012 - 09:50 в Şiə-sünni dialoqu

http://www.ehlitevhid.com/forums/index.php?showtopic=1854&st=0


qulam, orda yazılanlarla mən razıyam.

Heç bir sələf alimi demir ki, Allahın əli orqandır.
Sələfilər Quran və hədislərdə "Allahın əli" ifadəsi gəldiyinə görə deyirlər ki, "Allahın əli var".

Əhli Sünnə Vəl Cəmaatın mövqeyi "Allahın əli" ifadəsi gələn ayələri və hədisləri olduğu kimi qəbul etmək, onları müxaliflər kimi qüdrət, nemət kimi mənalarla təvil etməməkdir. Əbu Hənifə deyir: «Allahın əlindən məqsəd qüdrətdir və ya nemətdir deyilməz. Çünki bu durumda Allahın sifətləri iptal olunmuş (itirilmiş) olur. Bu isə Mutəzilə və Qədəriyyənin görüşüdür. Lakin Allahın əli Onun necəliyi bilinməyən sifətidir.

Allahın digər sifətləri ilə bağlı mövqe eynidir.



#96292 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 ноября 2012 - 14:57 в Şiə-sünni dialoqu

İbni Teyimiyyə və onların ardıcılı olan alimlər deyirlər ki, Allahın əli var və bu həqiqi , zahiri mənadadır. Onlar bu sözləri kəlimələri möhkəm bildiyinə görə deyirlər. Möhkəmin də qaydası budur ki, lüğətdən baxıb ilkin zahiri məna götürülməlidir. Əgər biz "Əl" kəliməsinə baxsaq o zaman onun xüsusi bir üzv olduğunu görərik. O zaman aydın olur ki, siz Allahın əli dedikdə- Allahın üzvü nəzərdə tutursunuz.


Allah sənə hidayət versin.
Yenə başa düşdü düşmədi ittiham edirsən.
Linkdə yazılan alimlərin fikirlərini diqqətlə, 10-15 dəfə oxu.
Başa düşməsən deyərsən başa salaram



#96306 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 10:27 в Şiə-sünni dialoqu

İmam Ahmed İbni Hanbelin (r.a) bir fetvasini hatirlatmak isteriz.Gördüğünüz resim İmam Ez Zerkaşinin “Teşiniful Mesami” isimli kitabinin 2-ci cildinin 249-cu sayfasidir.Bu sayfada İmam Ez Zerkaşi(r.a) diyor ki “El Hisal” kitabinin yazari ifade eder:Imam Ahmed bin Hanbel(r.a) dedi ki:

« من قال أن الله جسم لا كالأجسام كفر »

‘ kim Allâh cisimdir, ancak diğer cisimler gibi değildir’ derse kâfir olur”

http://antiselefi.wo...haqqda-fetvasi/


Doğrudur. Biz demirik ki, "Allah cisimdir". Əksinə "Allah cisimdir" demək bizim əqidədə küfrdür.



#96305 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 10:25 в Şiə-sünni dialoqu

Salam aleyke,

Bir sual var, Allahin neche dene eli var???

Va aleykəssələm

leq, bunu irad kimi yox məsləhət kimi qəbul et.
Ərəb dilində "salam" yox "sələm" deyilir.

Allahın iki əli var. Bu Quran ayəsində bildirilir.



#96304 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 10:22 в Şiə-sünni dialoqu

Hənbəli mən bu məsələni lap dəqiq biliəm. yayınma!
Konkret olaraq de görək siz Allahın isim və sifətlərini möhkəm yoxsa mütəşabih bilirsiniz?


Mütəşabih.

Təvözəkar ol. Bütün insanların bimədiyi çox şey var.

bu linki diqqətlə oxu.



#95616 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 15 сентября 2012 - 12:46 в Şiə-sünni dialoqu

Allahın düşməni, yalançı və rəvayət və hədisləri yarımçıq gətirən Abu Zeyd(l) yenə rəvayəti qayçılayıb. Rəvayəti tam gətirmiş olsa idi başqa cür olardı.

Rəvayətin orijinalı:

265- يوسف قال حدثني علي بن أحمد بن بقاح، عن عمه، عن زرارة، قال : سألت أبا عبد الله (عليه السلام) عن التشهد فقال أشهد أن لا إله إلا الله وحده لا شريك له و أشهد أن محمدا عبده و رسوله، قلت التحيات الصلوات قال التحيات و الصلوات، فلما خرجت قلت إن لقيته لأسألنه غدا، فسألته من الغد عن التشهد فقال كمثل ذلك، قلت التحيات و الصلوات قال التحيات و الصلوات، قلت ألقاه بعد يوم لأسألنه غدا، فسألته عن التشهد فقال كمثله، قلت التحيات و الصلوات قال التحيات و الصلوات، فلما خرجت ضرطت في لحيته و قلت لا يفلح أبدا

http://www.al-shia.o...l_kashi2/3.html




Yusif -- Əli bin Əhmed bin Bəqqəh -- əmisindən -- Zurarə İmamdan(ə) təşəhhüd barədə soruşanda imam "Əşhədu ən la ilahə illallah vəhdəhu lə şərikə ləh, və əşhədu ənnə Muhammədən əbduhu və rasuluh" deyə cavab verir. Sonra "Əttəhiyyatu əs-salavatu" soruşanda imam(ə) "bu cürdür" dedi.

Hansı şiədən təşəhhüdü soruşsan deyəcək: "Əşhədu ən la ilahə illallah vəhdəhu lə şərikə ləh, və əşhədu ənnə Muhammədən əbduhu və rasuluh". Şiəyə görə təşəhhüddə "Əttəhiyyatu əs-salavatu" yoxdur. Zurarəni təəccübləndirən də elə bu olur. Ona görə də bir neçə gün dəfələrlə soruşur və sonra başa düşür ki, İmam(ə) təqiyyə edib.

Bundan sonra o deyir:

ضرطت في لحيته


"Onun saqqalına yel buraxdım". Yani təşəhhüddə "Əttəhiyyatu əs-salavatu" deyənin saqqalına yel buraxdım. Təqiyyə olduğunu başa düşdüyündən "Onun" deyəndə təşəhhudde "Et-tehiyyatu ves-salavatu" deyəni nəzərdə tutur. Yoxsa o boyda Zurarə namazda təşəhhüdü bilmirdi? Bilmirdi ki, imamiyyə şiəsində belə şey yoxdur. Bu bidətdir. Sonra isə deyir:

و قلت لا يفلح أبدا


Dedim: O, heç vaxt müvəffəq olmaz. Yani namazda "Əttəhiyyatu əs-salavatu" deyən heç vaxt müvəffəq olmaz. Aydın olur ki, Zurarə yeli İmamın(ə) yox Əbu Zeyd kimilərin ("Əttəhiyyatu əs-salavatu" deyənlərin) saqqalına buraxıb.

P.S al-Fath kopiyaya görə gərək bağışlayasan. Sadəcə verdiyin link səhv yerə yönləndirirdi.


Neçənci dəfədir ki, rastlaşıram ki, hədisdə nə yazılmasından şiələr öz əqidələrinə uyğun fırladıb şərh verirlər. Öz əqidələrinə uyğun fırladanda da təqiyyə və təvildən istifadə edirlər.

Maraqlı rəvayətdir. Təqiyyə mövzusu mənim üçün açıq qalmışdı.
Mənə görə əgər bir insanda yalan danışmaq xüsusiyyəti varsa onun hansı sözlərinin doğru hansı sözlərinin yalan olmasını ayırd etmək çətindir.

İndi məsələn bu rəvayətin şərhinə görə İnşəAllah bu məsələni aydınlaşdırarıq.

Sual:
Siz haradan bildiniz ki, imam təqiyyə edir? bəlkə imam təqiyyə etmirmiş. Siz imamın qəlbinə girmişdiniz ki, biləsiniz təqiyyə edir, yoxsa həqiqətən söyləyir?



#95835 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 03 октября 2012 - 08:50 в Şiə-sünni dialoqu

əs-Sələm Aleykum! Alimlər öz araların da elmi bəhslər apararkən bir-birlərini təhqir etməzlər.Misal,Şeyx Şərəfuddin ağa ilə əl-Əzhər universitetinin rektoru Şeyx Səlimin eli bəhsi.


Elə sizin Şeyx Şərəfuddin ağa özü yalançının yekəsi olub. Şeyx Səlimin ölümündən sonra özündən uydurma Muraciat kitabı yazıb.

Buyurun oxuyun.

Link burada

Mater_ier də yəqin bu alimin davamçılarındandır. ))))



#95804 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 октября 2012 - 13:22 в Şiə-sünni dialoqu

Hənbəli-84,sən cahilsən.Çoxsaylı cahil vəhhabilərdən biri kimi.Adını Hənbəli qoymusan nə Hənbəlilikdən nə də Əhli Sünnətdən xəbərin var.


Cahil olmaqdan Allaha sığınıram. Mümkünsə fikrini izah edərdin bilərdim cahilliyim nədədir?



#95656 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 16 сентября 2012 - 21:16 в Şiə-sünni dialoqu

Neçənci dəfədir ki, rastlaşıram ki, hədisdə nə yazılmasından şiələr öz əqidələrinə uyğun fırladıb şərh verirlər. Öz əqidələrinə uyğun fırladanda da təqiyyə və təvildən istifadə edirlər.

Maraqlı rəvayətdir. Təqiyyə mövzusu mənim üçün açıq qalmışdı.
Mənə görə əgər bir insanda yalan danışmaq xüsusiyyəti varsa onun hansı sözlərinin doğru hansı sözlərinin yalan olmasını ayırd etmək çətindir.

İndi məsələn bu rəvayətin şərhinə görə İnşəAllah bu məsələni aydınlaşdırarıq.

Sual:
Siz haradan bildiniz ki, imam təqiyyə edir? bəlkə imam təqiyyə etmirmiş. Siz imamın qəlbinə girmişdiniz ki, biləsiniz təqiyyə edir, yoxsa həqiqətən söyləyir?


Sualım cavabsız qalıb.

Haradan bildiniz ki, imam təqiyyə edib? İmamın qəlbinə girmişdiniz?



#95655 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 16 сентября 2012 - 21:13 в Şiə-sünni dialoqu

Salam aleykum!

Yuxarida yazdiglarina sen özün sünne ve Qurandan (bidet ve haramligi) barede delil getire bilersen? Yoxsa siz Vahabiler (havadan danishma) elminden bashga bir elim bilmirler?

Senin "qəbirləri dövrə vurmaq" iddian dogrudursa, onda bütün müselmanlar senin fikrince Keebe kenarinda dövre eden bidetcilerdir.)))))


Və aleykum. Dəlil gətirə bilərəm. Ancaq bu mövzu müzakirə üçün uyğun deyil. Mənə sənə İnşəAllah pm mesaj göndərərəm.

Kəbədə qəbir yoxdur. Kəbə məsciddir, Allaha ibadət evidir. Kəbə məzarlıq deyil.



#95617 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 15 сентября 2012 - 13:04 в Şiə-sünni dialoqu

Yoxsa o boyda Zurarə namazda təşəhhüdü bilmirdi? Bilmirdi ki, imamiyyə şiəsində belə şey yoxdur. Bu bidətdir.


Sən deməmişdən şiələrdə də bidət anlayışı var imiş.

Əzadarlıq, mərsiyə, ələm, qəbirləri dövrə vurmaq, qəbirlərin üstündə məscid tikmək, pirlər, ocaqlar, mövludu qeyd etmək və s. hamısı sünnə imiş.



#95796 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 октября 2012 - 12:33 в Şiə-sünni dialoqu

Sulaym ibn Qeys Xəlili yazır: "Ömər od gətirilməsini əmr etdi və o, evin qapılarını yandırdı. Sonra qapıları sındırmağa başladı və qapılar açıldı. Ömər evə daxil oldu. Fatimə (s) onun yolunu kəsərək qışqırdı: “Ey ata, ey Allahın Rəsulu!”. Ömər öz qılıncına əl atdı və bütün gücü ilə Allah peyğəmbərinin müqəddəs qızına yan tərəfdən zərbə endirdi. Bu zaman Fatimə initlti ilə dedi: “Ey ata, ey Allahın Rəsulu!”. Onda Ömər öz qamçısına əl atdı və Fatiməni vurdu. Xanım Fatimə (s) qışqırdı: “Ey ata, ey Allahın Rəsulu! Əbu Bəkr və Ömər mənə qarşı ədalətsiz hərəkət etdilər!”. Əli (ə) öz yerindən qalxaraq Ömərin yaxasından tutub yerə itələdi, sonra isə onun üzünə və sinəsinə zərbə endirdi.Əli (ə) Öməri öldürmək istəyirdi, amma O, peyğəmbərin sözlərini xatırlayaraq Ömərə dedi: “Ey Suxakın oğlu, Məhəmmədi (s.ə.s) peyğəmbər təyin edənə and içirəm! Əgər əvvəldən peyğəmbərlə mənim aramda bağlanmış və yazılmış əhd olmasaydı, sən yaxşı bilirsən ki, mənim evimə girə bilməzdin. (Sulaym ibn Qeys, “Sulaym ibn Qeys Xəlilinin kitabı” kitabı, səh. 568, mətbəə “Hadi”, Qum şəh)


Lap hind kinosudur eee. Subhənəllah nələr uydururlar.



#95795 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 октября 2012 - 12:30 в Şiə-sünni dialoqu

Ümumiyyətlə, görək əhli-sünnə mənbələrində İmam Əlinin (əs) neçə övladı olması barədə məlumat verilib?

Rəvayətlər aşkar olaraq bildirir ki, imam Əlinin (ə) üç oğlu var idi: Həsən, Hüseyn və Möhsin. Həqiqətdə, Allah Rəsulu (s) bu adları Harunun övladlarının adına (Şəbər, Şubeyr və Muşəbbər) oxşar şəkildə onlara ad qoymuşdu.

Bu barədə rəvayətlər Hakim ən-Nişapurinin "əl-Müstədrək" kitabında, həmçinin Əhməd b. Hənbəlin "əl-Müsnəd" kitabında gəlmişdir.
əl-Hakim və əz-Zəhəbi bu hədisin səhih olduğunu bildirmişdirlər. əl-Müstədrək, 3/180, #4773 (Beyrut, 1990)

"əl-Müsnəd" kitabını təhqiq edən sələfi Şueyb əl-Arnaut da bu hədisin həsən olmasına və ricallarının siqa şəxslər olmasına hökm etmişdir. əl-Müsnəd, 1/98, #769 (Qahirə)

Xüsusi qeyd: Bu rəvayət başqa bir çox məsələlərə də dəlalət edir, amma bura yeri deyil onun müzakirəsi üçün. Qısa bildirim ki, Rəsulullahın (s) "mənim Əliyə nisbətim, Musanın Haruna nisbəti kimidir" hədisini yadınıza salın.

İxtilaf haradadır? İxtilaf ondan ibarətdir ki, əgər İmam Əlinin (əs) Muhsin adlı övladı olubsa, o zaman taleyi necə oldu? Yəni, Fatimə (əs)-ın bətnində ikən siqt oldu, yoxsa doğulandan sonra?

Ömərin Fatimə (əs)-ın qarnından vuraraq Muhsini siqt etməsi hadisəsini İbn Əbi Darim adlı ravi nəql etmişdir. Gəlin görək kimdir bu şəxs?

əz-Zəhəbi "Siyər əlam ən-Nubəla" kitabında (15/577) yazır:

الإمام الحافظ الفاضل ، أبو بكر أحمد بن محمد السري بن يحيى بن السري بن أبي دارم ، التميمي الكوفي الشيعي ، محدث الكوفة

سمع إبراهيم بن عبد الله العبسي القصار ، وأحمد بن موسى الحمار ، وموسى بن هارون ، ومحمد بن عبد الله مطينا ، ومحمد بن عثمان بن أبي شيبة ، وعدة

حدث عنه : الحاكم ، وأبو بكر بن مردويه ، ويحيى بن إبراهيم المزكي ، وأبو الحسن بن الحمامي ، والقاضي أبو بكر الحيري ، وآخرون

كان موصوفا بالحفظ والمعرفة ; إلا أنه يترفض ، قد ألف في الحط على بعض الصحابة

قلت : شيخ ضالٌّ مُعَثَّر

İmam, hafiz, fazil, Əbu Bəkr Əhməd ibn Məhəmməd əs-Sirri ət-Təmimi əl-Kufi, şiə olmuşdur, Kufə hədis alimlərindəndir. əl-Hakim, Əbu Bəkr ibn Mərdəveyh, Yəhya ibn İbrahim Muzəkki, Əbülhəsən ibn əl-Həmmami, Qazi Əbu Bəkr əl-Hiri və başqaları ondan hədis nəql etmişlər. O, hifz və mərifət sifətləri ilə tanınmışdır. Yalnız onda rafizilik var idi və bəzi səhabələrin eyibləri barədə bir kitab yazmışdır.
.....................................
Mən (əz-Zəhəbi) deyirəm: o, qoca, zəlil və günahkar şəxsdir.


Adam da belə iş görərmi heç? Səhabələrin eyiblərini açmaq olarmı heç? Lazım idi bu sənə? Gül kimi imam, hafiz idin, fəzilətli şəxs idin.


Həmin əz-Zəhəbi digər kitabı olan "Mizan əl-İtidal"da (1/139, #552) isə bu cür yazır:

أحمد بن محمد بن السري بن يحيى بن أبي دارم المحدث.

أبو بكر

الكوفي الرافضي الكذاب.

Əhməd b. Muhəmməd b. əs-Sirri b. Yəhya b. Əbi Darim. Muhəddisdir, kufəlidir, rafizidir, yalançıdır.


SÜBHƏNALLAH!!!

Davamında yazır:

وقال محمد بن أحمد بن حماد الكوفي الحافظ - بعد أن أرخ موته: كان مستقيم الأمر عامة دهره، ثم في آخر أيامه كان أكثر ما يقرأ عليه المثالب، حضرته ورجل يقرأ عليه: إن عمر رفس فاطمة حتى أسقطت بمحسن.


Hafiz Məhəmməd ibn Əhməd əl-Həmmad əl-Kufi Əbi Bişr əd-Dulabi dedi: O (İbn Əbi Darim), həyatı boyu düzgün əqidəyə malik olmuşdur. Amma ömrünün son günlərində ona söylənilən rəvayətlərin əksəriyyəti səhabələrin utancverici işləri barədə idi. Günlərin birində onun yanına getdim və bir şəxsin onun yanında belə oxuduğunu gördüm: "Ömər Fatiməni təpiklə vurdu və o, Möhsini siqt etdi (yəni, uşağı saldı)."


Deyəsən İbn Əbi Darimin nə üçün yalançı adlandırılması məlum oldu. Bu boyda imam, hafiz, fəzilətli şəxs olasan, həyatı boyu düzgün əqidəyə malik olasan, amma belə bir böyük "oşıbka" buraxıb səhabələrin utancverici işlərini yazasan. Olmaz belə, ay şeeeeeyx, olmaaaz.


Deyilə bilər ki, bu şəxs rafizi olduğu üçün hədisi qəbul olunmaz. Əsla belə deyildir. Çünki Kutubi-sittənin, xüsusən Buxari və Müslimin neçə-neçə ravisi var ki, rafizi olublar. Niyə onlardan hədis qəbul edilib? Bu gün internet ortamında bir sələfi görməmişəm ki, şiələrin sözünə etibar etsin. Amma alimlər ediblər. Niyə?

Məsələn: Ubeydullah b. Musa, Cəfər b. Süleyman, Əbdüul-Malik b. Ain və sair.



İnşaAllah davam edəcək...


Uşaq anadan olmamış ona ad vermişdilər?

http://www.youtube.com/watch?v=Q8C0_gk6Ftg



#95797 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 октября 2012 - 12:41 в Şiə-sünni dialoqu

Allahın düşməni, yalançı və rəvayət və hədisləri yarımçıq gətirən Abu Zeyd(l) yenə rəvayəti qayçılayıb. Rəvayəti tam gətirmiş olsa idi başqa cür olardı.

Rəvayətin orijinalı:

265- يوسف قال حدثني علي بن أحمد بن بقاح، عن عمه، عن زرارة، قال : سألت أبا عبد الله (عليه السلام) عن التشهد فقال أشهد أن لا إله إلا الله وحده لا شريك له و أشهد أن محمدا عبده و رسوله، قلت التحيات الصلوات قال التحيات و الصلوات، فلما خرجت قلت إن لقيته لأسألنه غدا، فسألته من الغد عن التشهد فقال كمثل ذلك، قلت التحيات و الصلوات قال التحيات و الصلوات، قلت ألقاه بعد يوم لأسألنه غدا، فسألته عن التشهد فقال كمثله، قلت التحيات و الصلوات قال التحيات و الصلوات، فلما خرجت ضرطت في لحيته و قلت لا يفلح أبدا

http://www.al-shia.o...l_kashi2/3.html




Yusif -- Əli bin Əhmed bin Bəqqəh -- əmisindən -- Zurarə İmamdan(ə) təşəhhüd barədə soruşanda imam "Əşhədu ən la ilahə illallah vəhdəhu lə şərikə ləh, və əşhədu ənnə Muhammədən əbduhu və rasuluh" deyə cavab verir. Sonra "Əttəhiyyatu əs-salavatu" soruşanda imam(ə) "bu cürdür" dedi.

Hansı şiədən təşəhhüdü soruşsan deyəcək: "Əşhədu ən la ilahə illallah vəhdəhu lə şərikə ləh, və əşhədu ənnə Muhammədən əbduhu və rasuluh". Şiəyə görə təşəhhüddə "Əttəhiyyatu əs-salavatu" yoxdur. Zurarəni təəccübləndirən də elə bu olur. Ona görə də bir neçə gün dəfələrlə soruşur və sonra başa düşür ki, İmam(ə) təqiyyə edib.

Bundan sonra o deyir:

ضرطت في لحيته


"Onun saqqalına yel buraxdım". Yani təşəhhüddə "Əttəhiyyatu əs-salavatu" deyənin saqqalına yel buraxdım. Təqiyyə olduğunu başa düşdüyündən "Onun" deyəndə təşəhhudde "Et-tehiyyatu ves-salavatu" deyəni nəzərdə tutur. Yoxsa o boyda Zurarə namazda təşəhhüdü bilmirdi? Bilmirdi ki, imamiyyə şiəsində belə şey yoxdur. Bu bidətdir. Sonra isə deyir:

و قلت لا يفلح أبدا


Dedim: O, heç vaxt müvəffəq olmaz. Yani namazda "Əttəhiyyatu əs-salavatu" deyən heç vaxt müvəffəq olmaz. Aydın olur ki, Zurarə yeli İmamın(ə) yox Əbu Zeyd kimilərin ("Əttəhiyyatu əs-salavatu" deyənlərin) saqqalına buraxıb.

P.S al-Fath kopiyaya görə gərək bağışlayasan. Sadəcə verdiyin link səhv yerə yönləndirirdi.


Abu Zeyd hədisi düzgün tərcümə edib. Utanmırsınız tərcüməni səh edib insanları aldadırsınız.

Niyə "səəltuhu" sözündə "hu" damirini imama aid edirsiniz, ancaq "lihyətəhu" sözündə "hu" damirini imama aid etmirsiniz?



Aydın olur ki, Zurarə yeli İmamın(ə) yox Əbu Zeyd kimilərin ("Əttəhiyyatu əs-salavatu" deyənlərin) saqqalına buraxıb.[/color]


Əgər Əbu Zeyd kimilər olsa idi, "hu" yox "hum" damiri olardı.
Bu qədər yalançılıq olar?



#95801 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 октября 2012 - 12:57 в Şiə-sünni dialoqu

Allah bağışlayandır, mehribandır. bəs o səhabəyə nə gəlib? Hicrətin 2-ci ilində Bədrdə, bağışladı, hicrətin 3-cü ilində Uhudda bağışladı... adam nə qədər qaçar döyüşdən? Hicrətin 5-ci ilində Xəndəkdə qaçıb gizlənmələri, hicrətin 7-ci ilində Xeybərdə qaçmaqları, hicrətin 8-ci ilində Huneyndən qaçmaqlarını kim bağışladı bəs? Bunlara aid Qurandan ayə göstərə bilərsinizmi?

Bundan əlavə, söhbət bağışlanıb, bağışlanmamaqdan söhbət getmədi. söhbət döyüşdən qaçmaqdan, qeyrətdən getdi. Useyd orda qeyrət söhbəti edir və elm tələbəsinə yaraşmayan şəkildə edir.

İmam Zaman (əs) barədə, zühur və əlamətləri, İmamın (əs) funksiyaları və vəzifələri barədə anlayışın olmadığı üçün bu barədə şərh verməyəcəyəm. Mütaliə edərsən, şiə əqidəsinin İmam Zaman (əs) barədə fikirləini öyrənərsən sonra söhbət edərik.

Ən sonda, şiə səhabəyə lənət oxumur. Zahirən səhabəlik edib, daxilən münafiq olanlara lənət oxuyur. Kafir olanlara lənət oxuyur. Bunu da yadında saxla.


Səncə Peyğəmbər (s) münafiqlər ordusu ilə döyüşlərdə qalib gəlirdi? Peyğəmbər (s) münafiqlər ordusu iləmi İslam dövləti qurmuşdu?

SƏhabələrin əksəriyyəti münafiqlər idisə niyə onlar Peyğəmbəri (s) zədəgan müşriklərə satmırdılar?

Münafiq səhabələri nə məcbur edirdi ki, öz rahat həyatlarını tərk etsinlər İslamı qəbul edib Məkkədə təzyiqlərə, əzab-əziyyətlərə və işgəncələrə məruz qalsınlar?

Münafiq səhabələri nə məcbur edirdi ki, öz rahat ev-eşiklərini tərk edib Mədinəyə və Həbəşistana hicrət etsinlər?

Allah sizə hidayət versin. Əli haqqında ifrata varmaq sizin gözünüzü elə tutub ki, haqqı görmürsününz.

Allah əhli beyt haqqında ifrata varıb əhli beyti Allaha şərik qoşanlara lənət eləsin.



#95803 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 октября 2012 - 13:15 в Şiə-sünni dialoqu

İndi gördün qoyun kimdi?Sən əsl qoyunsan.


Peyğəmbər (s) kimisə qoyun adlandırıb?

Ya peyğəmbər (s) onu söyəni söyüb?

Əgər sən haqq yolu ilə getmək istəyirsənsə Peyğəmbəri (s) özünə nümunə götür?



#95798 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 октября 2012 - 12:46 в Şiə-sünni dialoqu

sən deyəsən chashmisan balaca pontifik. sən mənə deyirsən ki mən maska taxmisham.amma bilmirəm nəyə görə deyirsən. əgər mən maska taxmishamsa Allahsubhanahuvataala mənə, taxmamishamsa sənə lənət eləsin ay bash kahin. hech utanmirsan mənə shər atirsan


Əssələmu aleykum, əxi. Səbirli ol. Öyüd nəsihət ver.
Lənətləşməni hər an istifadə etmə.
Vay olsun o insanın halına ki onun üzərinə Allahın lənəti olur.



#97096 Достоинства Умара ибн Хаттаба

Отправлено автор: hənbəli_84 26 декабря 2012 - 09:52 в Суннито-шиитский диалог

однажды Пророк(саас)увидел во сне как обезьяны взбираются по его минбару.Джабриил сказал что это дети умайа.(да будет он проклят и его род и те кто его НЕ проклинают)

Термизи том 2.стр 35
Фехри Рази.
Тафсири СУюти.

vot kniqa Tirmizi http://www.darulkita...zi/indexana.htm

ssilku mojesh dat?



#97097 Достоинства Умара ибн Хаттаба

Отправлено автор: hənbəli_84 26 декабря 2012 - 09:54 в Суннито-шиитский диалог

проклятие Аллаха над умаром, ненависть к нему ваджиб и ее невозможно описать


U vas est dostoverniy xadis ot proroka (s) chto on kajdiy den (ili postoyanna) koqo to proklinal?



#96625 Так одна ли дочь была у Пророка(асс)?

Отправлено автор: hənbəli_84 28 ноября 2012 - 15:52 в Суннито-шиитский диалог

Отлично)))Значит по вашему я про Ислам нечего незнаю??)))
Уважаемый помоему у вас с арабским языком тоже не хорошо...
Почему Аллах говорит о себе во множественном числе???

Воистину, Мы ниспослали его (Коран) в ночь предопределения (или величия).97.1.


когда Аллах говорит "Мы" подразумевает все свои имена




Рейтинг@Mail.ru