Перейти к содержимому


Публикации hənbəli_84

224 публикаций создано hənbəli_84 (учитываются публикации только с 27-июня 23)



#93880 Şiələrin əqidəsi ilə bağlı dəlillər

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 14:57 в Şiə-sünni dialoqu

Bismilləhirrahmənirrahim

Ey şiələr əgər üləmaya ibadət etmirsinizsə aşağıdakı məsələlərə öz kitablarınızdan dəlil gətirin:

1) imamlar müqəddəsdirlər
2) bizim üçün mübah əməllər imamlar üçün günah hesab olunur
3) imamlar günahsız və ya məsumdurlar

Çox xahiş edirəm, əxlaqlı insanlar müzakirəyə qatılsın.



#93892 Şiələrin əqidəsi ilə bağlı dəlillər

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 19:44 в Şiə-sünni dialoqu




Sənin kiməsə nəyisə başa salmaq üçün gərək əvvəlcə öz qandığın bir şey olsun!

Bundan əlavə, sən kiməsə nəyisə başa salmaq üçün gərək əvvəlcə gerçək islamı qəbul edəsən, "sələfi əqidəsi" adlandırdığın zındıq vahabi əqidəsindən tövbə edəsən :rolleyes:

Biz də bununla razıyıq ki, nəinki alimin, hətta, Əbu Bəkrin, hətta, Ömərin və digərlərinin sözləri Qurani-Kərimə və peyğəmbər (s.a.s) sünnətinə uyğun gəlmirsə apar çırp divara! :rolleyes:

Üçüncüsü, sənə kitab təklif eləmişəm ki, oxuyasan. İnşaAllah, orda sualalrıva cavab taparsan! )

Hətta, təklif də eləmişəm ki, əgər istəsən kitabı sənin üçün yerləşdirə bilərəm.

Orda sənin verdiyin sualların cavabı verilib. Quran və səhih sünnətə əsasən! :rolleyes:

İnşaAllah oxuyarsan!

Alim olseydün , diyərdim ki, oxuyub iradlarıvı bildirəsən!

Heyif ki, alim deyilsən! )

Odur ki, sənin özüvün gərək qandığın bir şey olsun ki, oxuyub "bu qurana və sünnətə zidd gəlir" deyəsən.

Alimin Quran və sünnətlə sübut etdiyi məsələlər haqqında sənin kimi bir qanmaz cahil durub desə ki, "bu əslində Quran və sünnətlə zidd gəlir" , o zaman sənin iradlarıvı aparıb divara çırpmalı olacağıq! )

Yox əgər sənin hansısa "alimin" desə ki, "filan filan şeylər əslində Quran və sünnətlə zidd gəlir" , onun da iddiasını aparıb divara çırpmalı olacağıq!

Niyə ?

Çünki, əvvəla, sən alimə niyə ibadət edirsən ki, onun kitabından rədd gətirəsən ? ))

İkincisi ona görə ki, bəlli çevrələrdə "alim" kimi tanınmaqla Alim olmaq arasında fərq var )

Sizin "alim" kimi tanıdıqlarınız əslində cahildən başqa bir kimsələr deyil.

Hətta, qəbul edilsə belə ki, onlar da alimdilər.

Bu zaman iki alimin - şiə alimi və vahabi aliminin - fikirləri ziddiyət təşkil etmiş olar.

Bu halda da şiə aliminin fikri əsas götürülür , sapıq vahabi alimin fikrini apar çırp divara! :rolleyes:

Əgər "hansı əsasla" deyib, bunun əksini iddia etsən, bunun əksini hansı əsasla iddia etdiyivi gərək sən də sübut edəsən ))



Məhz belə də eləmişik! Sənin "sələfi" adlandırdığı sapıq alimlərivizin iddialarını Aparıb çırpmışıq divara! :rolleyes:



Hardadır sizin Qurana və mütəvatir hədislərə söykənən əqidəniz?

Allah sizə hidayət versin.

Sən sələfi əqidəsindən sual verəndə mən sənə deyirəmmi ki, get 9 hədis kitabını oxu, cavab ordadır?

Əgər cavabı bilirsən cavab ver, bilmirsən qoy bilənlər cavab versin.



#93885 Şiələrin əqidəsi ilə bağlı dəlillər

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 16:30 в Şiə-sünni dialoqu

Bundan əlavə, Hənbəli_84, üləma huccət deyilsə, başına deysün İbn teymiyyənin də, İbn Kəsirin də yazdıqları. Burda Munəccidin yazılarını yerləşdirmişdin. O yazılar da onun başına deysün. Hamısı cəfəngiyyatdı, huccət deyil. Get özün araşdır.

Ya sən gərək qəbul edəsən ki, bu adamların və digər alimlərivizin yazdıqlarının bir qəpiklik dəyəri yoxdur, əgər qəbul etməsən deməli, qəbul edirsən ki, sən adını çəkdiklərimiə ibadət edirsən, deməli, Allaha şirk qoşursan, deməli, müşriksən!

İNdi bizim üçün bu yolla aydınlaşdır görək sən müşriksən ya muvəhhid ?

Mütləq cavab gözləyəcəyəm! :rolleyes:


Ay Allahın məxluqu,

mövzunun adına bax. İnşəAllah uyğun mövzuda yaz müzakirə edək.



#96625 Так одна ли дочь была у Пророка(асс)?

Отправлено автор: hənbəli_84 28 ноября 2012 - 15:52 в Суннито-шиитский диалог

Отлично)))Значит по вашему я про Ислам нечего незнаю??)))
Уважаемый помоему у вас с арабским языком тоже не хорошо...
Почему Аллах говорит о себе во множественном числе???

Воистину, Мы ниспослали его (Коран) в ночь предопределения (или величия).97.1.


когда Аллах говорит "Мы" подразумевает все свои имена



#95936 Shiyelere suallar

Отправлено автор: hənbəli_84 08 октября 2012 - 09:13 в Şiə-sünni dialoqu

1 Hәmçinin o kitablarda Allahı oxşatmaq tapırıq. O gülür2, gәlir vә
yeriyir vә dünya sәmasına enir.3 Әlamәt olaraq tanınacağı budunu açır4 vә ayağını
cәhәnnәmә qoyur vә o da dolub deyir: “Bәsdir” vә Allahın uzaq (münәzzәh) olduğu vә
sair sifәtlәr.


Sən izah edə bilərsən niyə "Allah dedi", "Allah danışdı" bənzətmə deyil, ancaq məsələn "Allah gülür" bənzətmədir?

5
Xatırlayıram, Afrikanın şәrqindә Keniyanın Lamu şәhәrindә olanda, mәscidin
daxilindә namaz qılanlara moizә edәn bir vәhhabi imamı gördüm ki, deyirdi: “Allahın
iki әli, iki ayağı, iki gözü vә bir üzü var” Mәn bunu qәbul etmәdikdә Qur’an ayәlәri
gәtirmәyә başladı:

“Yәhudilәr dedilәr: “Allahın әli bağlıdır”. Dediklәrinә görә onların әli bağlandı
vә lәnәtә gәldilәr. Әksinә, Allahın әllәri açıqdır…” (Maidә surәsi, 64-cü ayә)

“Vә dedi: “Bizim gözlәrimizlә gәmini düzәlt”…” (Hud surәsi, 37-ci ayә)

“Hәr bir şәxs fanidir, amma rәbbinin üzü baqi qalar…” (Әr-Rәhman surәsi, 27-ci
ayә)
1 “Sәhih әl-Buxari”, c. 2, sәh. 47; c. 5, sәh. 179; c. 6, sәh. 33
2 “Sәhih әl-Buxari”, c. 4, sәh. 226; c. 5, sәh. 47-48; “Sәhih Müslüm”, c. 1, sәh. 114-122
3 “Sәhih әl-Buxari”, c. 8, sәh. 197
4 “Sәhih әl-Buxari”, c. 8, sәh. 182
5 “Sәhih әl-Buxari”, c. 8, sәh. 187 vә 202
ŞİӘ VӘ SÜNNİLӘRİN ALLAH BARӘDӘ E’TİQADLARI ..................................................................... 27
Mәn dedim: “Dәlil gәtirdiyin bütün bu ayәlәr mәcazidir”. O cavab verdi ki, “Qur’an
hamısı hәqiqәtdir, orada mәcaz yoxdur.” Mәn soruşdum, bәs bu ayәyә nә deyirsәn?

“Bu dünyada kor olan axirәtdә dә kor olar…” (İsra surәsi, 72-ci ayә)
Bu ayәni hәqiqi mәnayamı yozursunuz? Vә dünyada kor olan axirәtdә dә kor
olacaqmı? O belә cavab verdi: “Biz Allahın әlindәn, gözündәn vә üzündәn danışırıq,
korlarla işimiz yoxdur.”
Mәn dedim: Yaxşı, korları keçәk, bәs bu ayәyә nә deyirsәn?

“Hәr bir şey fani olacaq, tәkcә rәbbinin üzü qalacaq…” (Әr-Rәhman surәsi, 27-ci
ayә)
O, mәsciddәkilәrә baxıb dedi: “Sizin içinizdә bu ayәni başa düşmәyәn varmı?
Dediyin bu ayә, bu ayә kimi aydındır:”

“Rәbbinin üzündәn başqa hәr bir şey hәlak olar”. (Qәsәs surәsi, 88-ci ayә)
Mәn dedim: Sәn aranı qarışdırdın. Qardaşım, biz Qur’an barәsindә ixtilafda olduq.
Sәn iddia etdin ki, Qur’anda mәcaz yoxdur, hamısı hәqiqәtdir. Mәn isә belә iddia etdim
ki, Quranda mәcaz var, xüsusәn Allaha cism verәn vә onu başqa bir şeyә bәnzәdәn
ayәlәr. İndi ki, sәn öz rәyinә belә israr edirsәn, onda belә demәlisәn ki, “Onun üzündәn
başqa hәr bir şey hәlak olar” ayәsinin mәnası budur ki, Onun әllәri, ayaqları vә hәr bir
cismi mәhv olub aradan gedәr, ancaq üzü qalar. Allah-tәala belә şeylәrdәn çox ucadır
(uzaqdır). Sonra üzümü orada olanlara tutub dedim: “Sizlәr bunun dediyi ilә razısız?”
Hamı susdu vә hәmin şeyx dә bir söz demәdi. Onlarla vidalaşıb, onlara hidayәt vә
müvәffәqiyyәt arzulayıb onlardan ayrıldım.
Bәli, bu onların sәhih kitablarında vә mühazirәlәrindә olan Allah barәsindәki
әqidәlәridir.


Sən batil şübhələrinin cavabı burdadır:

link burada

Mufessir nikli istifadəçi yazıb:
"Yenə də saadsizliqiniz uzundən nahv qaydalarını bilmediyinize gore aqliniza gelən bu suallara cavab tapa bilmirsiniz.sizin cavabiniz asaqida renglediyim sozlere diqqet ile fikr verin.
وَمَا كَانَ لِمُؤْمِنٍ أَنْ يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَأً ۚ وَمَنْ قَتَلَ مُؤْمِنًا خَطَأً فَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ وَدِيَةٌ مُسَلَّمَةٌ إِلَىٰ أَهْلِهِ إِلَّا أَنْ يَصَّدَّقُوا ۚ فَإِنْ كَانَ مِنْ قَوْمٍ عَدُوٍّ لَكُمْ وَهُوَ مُؤْمِنٌ فَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ ۖ وَإِنْ كَانَ مِنْ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِيثَاقٌ فَدِيَةٌ مُسَلَّمَةٌ إِلَىٰ أَهْلِهِ وَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ ۖ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةً مِنَ اللَّهِ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا

Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu ,səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mömin olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürən şəxs) mömin bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mömin bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Ayenin erebce renglediyim yerlerinin hec birinde qul sozu islenmeyib insanin boynu sozu islenib.Tercume beledir ki kim sehven bir adam oldurerse bir boyun azad etmelidir.Amma arab dilinin qaydasina gore boyun dedikde butun zat nezerde tutulur.Buna gore de arab dilini mukemmel bilen adam bunun oxuyan kimi derhal basa dusur.Ve Allahin uzunden basqa her sey mehv olacaq ayesinde de eyni uslub ve belaqetden istifade edilmisdir.Nece ki yazdiqim nisa 92 ci ayede de bele uslubdan istifade edilib.Sizin ise bilirem ki bele savadiniz yoxdur.Siz ne belaqet elminden ne de bədii-dən hecne bilmirsiniz.Hemcinin siz uslubdan da bixebersiniz.

Bilirdim ki basa duse bilmyecekdin.Amma yene de izah edirem.Siz deyirsiniz ki ayede vech kelimesi cekildiyi ucun ancaq vech (uz) nezerde tutulmalidir.Men ise deyirem ki nisa 92 ci ayeye fikr verin orda تحرير رقبة boyunun azad olunmasi yazilib.Amma dili bilenler ayeni oxuyan kimi qulun yalniz qulluqdan boyununun yox butun vucudunun azad olunmasini basa dusurler.Allahin vachinden basqa butun seyler mehv olacaq ayesi de bu uslubda nazil olmusdur.Vachinden basqa her sey mehv olacaq belaqet ve uslub qaydalarina esasen Allahin butun vucuduna da samil olunur.Yene de qeyd edirem siz savadsizsinizsa biz neyniyek.
"

Sən izah edə bilərmisən niyə "Allahın iki əli var" demək bənzətmədir, ancaq "Allah Eşidəndir" demək bənzətmə deyil?



#95937 Shiyelere suallar

Отправлено автор: hənbəli_84 08 октября 2012 - 09:15 в Şiə-sünni dialoqu

Dua (istişfa mənasında)edirlər amma lüğəvi mənada.Dua ərəbcə çağırmaq müraciət etmək mənasındadır,istilahi mənada etiqadla yanaşı çağırış ibadət dilək istəmə mənasındadır.Monoteistlərə görə xüsusən İslamda ikinci mənada dua yalnız Allaha olunmalıdır.Eyni zamanda bu istişfanıda(övlyalardan sağlığında və vəfatından sonra çağırıb ,müraciət edərək duaçı olmalarını istəmək)inkar mənasında deyil.

http://www.youtube.com/watch?v=vaUE6vmlYhQ


Muhəmməd peyğəmbər (s) istədiyi şəxsə şəfaət edə bilər?

Nuh peyğəmbər (ə) istəsə oğluna şəfaət edə bilər?



#95938 Shiyelere suallar

Отправлено автор: hənbəli_84 08 октября 2012 - 09:22 в Şiə-sünni dialoqu

Mən şiələrdən belə dualar eşitmişəm:

"İmam Əli özü kömək olsun"

"İmam Hüseyn özü qorusun"

Belə duaların şiə əqidəsində hökmü nədir?



#95979 Shiyelere suallar

Отправлено автор: hənbəli_84 09 октября 2012 - 13:44 в Şiə-sünni dialoqu

Onlar haqqinda aye ve sehih hedis var amma gulmek ve sair sifetler haqqinda yoxdur.Gulmek haqqinda olan hedisler qondarmadi.


Daha doğrusu bu hədislər sizin nəzərinizdə qondarmadır, bizim nəzərimizdə isə səhihdir.


Həmçinin bizim nəzərimizdə "on iki imam olması" və "Əlinin imam olması" Quranda və səhih hədislərdə yoxdur. Bununla bağlı bütün hədislər isə qondarmadı.

Bizim nəzərimizdə sizin 4 hədis kitabınız da uydurmadır.

Firqənizin ən böyük alimlərindən biri Məclisi Quranın təhrifi əqidəsində olub.
Bu kafirin yazdığı Biharul Ənvər kitabı isə sizin firqənin ən əsas kitablarından biri hesab olunur.

Sizə görə "ucaların ucası" Cəbrayıl ola bilər. Halbuki bu Qurana da ziddir.

Allahın iki əl sifətini isə heç bir dəlil olmadan naqis ağlınıza necə gəldi yozursunuz və məhduslaşdırırsınız.

"Allahın iki əli"ni biriniz deyir "qüdrət və qüvvət"-dir, başqa birisi deyir "ilahi rəhmət"-dir, başqa birisi deyir "elm və qüdrət"-dir və s.

Allahı Özü Özünü vəsf etdiyi kimi vəsf etmirsiniz, özünüzdən yalanlar uydurub Allahı vəsf edirsiniz.

Şiələrin Allahı mövzusu




#94868 Abu Zeyd

Отправлено автор: hənbəli_84 09 августа 2012 - 10:09 в Şiə-sünni dialoqu

Yaraşiqdiye :dancep6:


Heç utanmırsınız?

Mən Abu Zeydi görməmişəm. Bu şəklin onun olub-olmadığını bilmirəm.

Ancaq hər bir halda

Kiminsə xarici görünüşünə lağ edirsiniz? Bilmirsiniz ki, Allah insanların xarici görünüşünə, malına-mülkünə, məqamına baxmır, Allah insanların qəlbində olan təqvaya baxır.


Başqa bir tərəfdən Allahın yaratdığına eyib tutursunuz?

Allahın yaratdığına eyib tutmaq elə Allaha irad tutmaq deyilmi?

Özünüzün yaraşıqlı olmağınızla fərəhlənirsiniz?

Qorxmursunuz ki, Allahın başqa bir quluna xor baxdığınıza görə Allah sizi eybəcər və rəzil bir şəklə salar.
Yaxud sizin övladlarınızı.

Allahdan qorxun.

Əgər sizin yaraşıqlı görkəminiz varsa bilin ki, bu görkəmi sizə Allah verib və buna görə lovğalanmayın, Allaha şükür edin.

Əgər başqalarının yaraşıqsız görkəmi varsa bilin ki, bu görkəmi həmin şəxsə də Allah verib və buna görə həmin şəxsə xor baxmayın, Allahdan qorxun.

Hələ axirətdə kimin necə görünəcəyini və kimin hansı məqamda olacağını məlum deyil.

Bu hədisi oxuyun, ibrət alın

Səhih Buxaridə belə bir hədis rəvayət olunur,

“Beşikdə [İsrail övladlarından] ancaq üç nəfər danışmışdır."
Bir dəfə körpə uşaq anasının döşündən süd əmərkən bəzəkli bir at üzərində gözəl bir kişi oradan keçirmiş. Körpənin anası: “Allahım! Oğlumu da bunun kimi et!” – deyə dua etmişdir. Körpə anasının döşünü buraxıb üzünü atlıya tərəf çevirmiş, ona baxdıqdan sonra: “Allahım! Məni onun kimi etmə” – deyə dua etmişdir. Sonra yenidən anasının döşünü əmməyə davam etmişdir.
Əbu Hüreyrə: “Allah elçisinin (s) şəhadət barmağını ağzına salaraq körpənin döşü əmməsini vəsf etməsi gözlərimin önündədir. Barmağını əmməyə başladı. Sonra sözünə belə davam etdi:
“Camaat bir kənizin [cariyənin] yanından keçərkən onu döyməyə başlamış, ona: “Sən zina etmisən, oğurluq etmisən” – demişlər. O isə: “Allah mənə bəs edər. O nə gözəl vəkildir” – deyə zikr edirmiş. [Bayaqkı körpənin] anası: “Allahım! Oğlumu bunun kimi etmə” – deyə dua edərkən körpə döşü buraxıb üzünü kənizə tərəf çevirmiş, ona baxdıqdan sonra: “Allahım! Məni onun kimi et” – deyə dua etmişdir. Burada ana ilə oğul arasındakı söhbət belə davam edir:
– Yanımızdan gözəl və yaraşıqlı bir atlı keçdi, mən: “Allahım! Oğlumu bunun kimi et” – dedim. Sən isə: “Allahım! Məni onun kimi etmə” – dedin. Camaat yanımızdan bir kənizi döyə-döyə aparır və ona: “Sən zina etmisən, oğurluq etmisən” deyirlər. Mən: “Allahım! Oğlumu bunun kimi etmə” – deyə dua edirəm, sən isə: “Allahım! Məni onun kimi et” – deyirsən. Uşaq:
– Bu kişi zalım idi. Mən də [buna görə]: “Allahım! Məni onun kimi etmə” – deyə dua etdim. Camaat bu kənizə zina etmədiyi halda “Zina etmisən”, oğurluq etmədiyi halda isə: “Oğurluq etmisən” – deyə [iftira atırdılar]. Mən də [buna görə] “Allahım! Məni onun kimi et” – deyə dua etdim.



Allah sizi doğru yola yönəltsin.



#95193 Azər İbrahim peyğəmbərin (ə.s) atası idi yoxsa əmisi?

Отправлено автор: hənbəli_84 23 августа 2012 - 12:27 в Qur'an və onun təfsiri

Müsəlmanlara salam olsun.

Azərin İbrahimin atası olmamasına dəlil nədir?

Yuxarıda göstərdiyiniz dəlillərdə ancaq "əbəti" kəlməsinin əmi üçün də işlənə biləcəyindən danışırsınız.

Ancaq bu kəlmə həmçinin doğma ata üçün də işlənə bilər.

Bəlkə elə doğma atasıdır. Əmisi olmasına dəlil nədir?



#95583 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 14 сентября 2012 - 09:13 в Şiə-sünni dialoqu

Bismilləh,

Allahın izni ilə mövzuya davam edək.

Mən bilmək istəyirdim ki, hansı alimləriniz hesab edib ki, bu hədisdə keçən Ucaların Ucası sifətini Cəbrayıla aid etmək olar. Onların adlarını mümkünsə bildirin
1. (birini bilirəm) Məclisi
2.
3.
...

Əvvəlcədən təşəkkür edirəm.



#95582 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 14 сентября 2012 - 08:59 в Şiə-sünni dialoqu

Məni ən çox dəhşətə gətirən bilirsiniz nədir?

Zır cahil və dinə yeni gəlmiş sələfiyə onun sələfi qardaşı kimi mən gedib desən ki, "Ucaların Ucası"nı Cəbrayıl hesab etmək olar.
Mənə qayıdar deyər ki, sən nə danışırsan? Bu küfrdür. Məni təkfir edər.

Bu forumda isə mən hesab etdiyimə görə şiələrdən elm tələbələri, ərəb dlini bilən, müxtəlif dini ədəbiyyatları oxuyan şəxslər iştirak edir.

Bu şəxslər bu səhifəni oxuyurlar və alimlər tərəfindən Ucaların Ucasının Cəbrayıl hesab edilməsini və Cəbrayılın bərəkət verməsini elə adi bir şey hesab edirlər ki, sanki çöldə bir dənə hörümçək öldürübsən.

İki gündür bu mövzu başlıqda qalıb bir şiənin təqvasının (Allah qorxusunun) dərəcəsi çatmır ki, təəssübkeşliyi bir tərəfə qoysun və çıxsın yazsın ki, həqiqətən bu açıq-aşkar küfrdür.

Subhənəllah.

Allah Hüseyni (rad) öldürənlərə lənət eləsin. Həqiqətən bu böyük günah idi.

Ancaq vəllahhi, billəhi, təllahi Hüseynin öldürülməsi günahı belə küfr günahın yanında heç zərrə qədər də deyil.

Ey müsəlmanlar, ayılın. Allahın qulları üzərindəki haqqına əməl olunmur.

Allah qulları üzərində haqqı nədir? Heç bir şeyi Ona şərik qoşmadan ibadət etmək.



#95618 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 15 сентября 2012 - 13:06 в Şiə-sünni dialoqu

Bismilləh,

Allahın izni ilə mövzuya davam edək.

Mən bilmək istəyirdim ki, hansı alimləriniz hesab edib ki, bu hədisdə keçən Ucaların Ucası sifətini Cəbrayıla aid etmək olar. Onların adlarını mümkünsə bildirin
1. (birini bilirəm) Məclisi
2.
3.
...

Əvvəlcədən təşəkkür edirəm.


Sualı mümkünsə cavablandırın.



#95564 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 12 сентября 2012 - 09:43 в Şiə-sünni dialoqu

Mazaxistə bəzən "плетка" yedizdirmək lazımdır. Şiələr bunu gözəl bacarır, çünki haqq gələndə batil "плётка" yeyir. :gizildish:


müsəlmana belə sözlər yaraşmaz. Bura müzakirə yeridir, söyüşmə yeri deyil



#95586 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 14 сентября 2012 - 10:22 в Şiə-sünni dialoqu

henbeli senin ucun syurpriz var


Allah sənə hidayət versin.

Bu mövzuda sənin əqidən müzakirə olunur. Sənin əqidəndə problem tapılanda onu düzəltmək əvəzinə uşaq kimi deyirsən ki, sənin əqidəndə də problem var.

Fərz edək ki, mən səhv yoldayam səndəmi səhv yolda olmalısan?

Sənə nə bilim sözün yoxdur.



#95552 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 11 сентября 2012 - 14:27 в Şiə-sünni dialoqu

verdiyin linkdə əxilərün səhifəni poddelka edib qoyublar sənin kimilər ücün sən də özünü biabir edirsən

kiminsə poddelkasini burda nümayiş etdirməklə

1 cisi comentlərə fikir ver Nicat yazib nə məsələdi

2 cisi
ucaların ucası şərhində qəsd Cəbrayıl ə olduğu deyilir.Çünki, müəllif ucaların ucası sözünün üstündə 1 qoyub altında izahat verib

ki, burada məqsəd Cərayıl ə - dir.


Sən də 1-cisi sən də commentlərə fikir ver. Nicatın commentinə admin tərəfindən cavab verilib.

2-cisi Əgər sən Ucaların ucası Cəbrayılı qəbul edirsənsə Allah sənə hidayət versin.
Əgər sən Cəbrayılın bərəkət verdiyini qəbul edirsənsə Allah sənə hidayət versin.

3-cüsü Azərbaycan dilində də var.

Əli Səadətpərvər öz “Şəhidlik günəşi” kitabin (s 36) yazıb:


link burada



#95529 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 10 сентября 2012 - 08:46 в Şiə-sünni dialoqu


محمد بن عبيدة، قال: سألت الرضا عليه السلام عن قول الله عز وجل لإبليس (ما منعك أن تسجد لما خلقت بيدي أستكبرت)؟ قال: يعني بقدرتي وقوتي

Muhəmməd bin Ubeydə rəvayət etdi: (İmam) Rzadan a.s. Allahın əzzə və cəllə İblisə "İki əlimlə yaratdığıma səcdə etməyə sənə nə mane oldu?" dediyi sözü soruşdum. Buyurdu: Yəni qüdrət və qüvvəti.
Şeyx Səduq, Touhid kitabı səh. 501


Elə bir hədis? Əqidəvi məsələlərdə əhəd xəbərlərlə hökm verirsiniz?

Hədisin səhih olması haqqında da yaz.

Arif nikli istifadəçi "Elm və Qüdrət" kimi təvil edirdi. Sizdə təvildə yekdillik var, yoxsa müxtəlif yanaşmalar var?



#95477 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 09 сентября 2012 - 10:26 в Şiə-sünni dialoqu

Kitabın müəllifi “ucaların ucası” sözünü şərh edərkən bu mətndə ucaların ucasından qəsd Cəbrayıl (ə) olduğunu vurğulayıb.Çünki, müəllif “ucaların ucası” sözünün üstündə bir rəqəmini qoyub aşağıda bir rəqəmi altında izahat verib, ucaların ucasından məqsəd Cərayıl(ə) olduğunu vurğulayıb.


Sən deməmişdən "ucaların ucası" Cəbrayıldır. Bu qədər şirk olar? Allah bunlara hidayət versin.



#95476 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 09 сентября 2012 - 10:23 в Şiə-sünni dialoqu

Bismilləhir Rahmənir Rahim

Şiələr Allahın iki əlini "Elm və Qüdrət" kimi təvil edirlər. Buna dəlil gətirə bilərlər?



#95530 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 10 сентября 2012 - 08:48 в Şiə-sünni dialoqu


Kitabın müəllifi “ucaların ucası” sözünü şərh edərkən bu mətndə ucaların ucasından qəsd Cəbrayıl (ə) olduğunu vurğulayıb.


Bunu şirk hesab etmirsiniz? Yoxsa bu tövhiddir?



#95531 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 10 сентября 2012 - 08:57 в Şiə-sünni dialoqu

Kitabin adı “Kəmil az-Ziyarat”-dı.

Yazib: Şia şeyhi ibn Qavlaveyh.


Kitabin 142 səhifəsi: link burada


“Günlərin bir günü, hz Fatimə (ə) evində, Allahın Rəsulü (s), İmam Huseyni (ə) öz əlinə götürdü. Birdən, ağlayıb, səcdə etdi. Bir az vaxt kecdikdə, o dedi: “Ey Fatimə! Ey Məhəmmədin qızi! UCALARIN UCASI BU SAATDA, BU EVDƏ, ÖZÜNÜ ƏN YAXŞI ŞƏKİLƏ, VƏ ƏN YAXŞİ YOL İLƏ, MƏNƏ GÖSTƏRDİ. Və dedi: Ey Məhəmməd! Sən Huseyni sevirsənmi?” Mən dedim: ” O mənim gözümün işıqıdı. Mənim xoş iyili bitkimdi, mənim ruhumun meyvəsidi, və iki gözümün arasında olan dəri parcasıdı”.

SONRA O (ALLAH) ÖZ ƏLİNİ İMAM HUSEYİNİN MÜBARƏK BAŞİNA QOYDU, VƏ DEDİ: Ey Məhəmməd! Bu yeni doğulmuş uşaq, onun üzərinə Mənim bərəkətim, salavatım, rəhmətim, raziliğim olsun, Mubarəkdi. Mənim gəzəbim, lənətim, əzabım, alcaldmağım, və ayıbım, onun qatili üzərinə olsun, və ona nifrət edənin üzərinə, və ona garşi gedənin üzərinə olsun. Bil ki, o şəhidlərin birincilərin və axirincilarin ağasıdı, bu dünyada və axirətdə, və cənnətdə cəvanlarin ağasidi”.



Azərbaycan dilində

Əli Səadətpərvər öz “Şəhidlik günəşi” kitabin (s 36) yazıb:

link burada

Suallar

1) Allah evə necə yerləşdi?
2) Allahı görmək olur?
3) Allah öz əlini Hüseynin başına necə qoyur?



#95562 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 12 сентября 2012 - 09:36 в Şiə-sünni dialoqu

Bismilləh,

Əs-Salamu aleykum və rəhmətullah.
Yox, əgər mövzu araşdırılmamış iddia irəli sürülüb dəlil kimi hədis gətirilirsə, demək ki, irad tutanın niyyəti saf niyyət deyil, qərəzli və şeytani niyyətdir. Qeyd olunan hədisə zidd hədislər isə olduqca çoxdur.[/size][/font]


Sizin böyük aliminiz Əli Səadətpərvər Hüseynin ® ən üstün şəhid olmasına bu hədisi dəlil gətirir. Bu nəsə iddia etməyə kifayət edər. Niyə zəif hədisi dəlil gətirir? Belə çıxır ki, sizə sərf edəndə dəlildir, etməyəndə zəifdir.

Hənbəli, və yaxud da Efendi, və yaxud da onun cızma-qaralarını paylaşan kəs, əvvəla, biz sizə heçnə isbat etməli deyilik, əksinə siz bizə dəlil gətirdiyiniz hədisin səhihliyin isbatlamalısınız, çünki Əhli-beyt (ə) məktəbinin bütün hədisləri rical elmə tabedirlər. Siz bizə qarşı hədis gətirsizsə onu araşdırıb gətirməlisiniz, əks halda gətirdiyiniz dəlilin heç bir dəyəri yoxdur. Kitabdan skanlar və "yüngülavari" tərcümələr keçərli deyil.

İkincisi, bu hədisin sənədi məqbul deyil və hədis - zəif hədislər silsiləsindəndir.

Şeyx Cəfər b. Muhəmməd b. Quvləveyh "Kamiluz-ziyarat"da (səh. 141-142) hədisi qeyd edəcəyim kəslərdən nəql edib:

حدثني أبي رحمه الله، عن سعد بن عبد الله، عن محمد بن عيسى بن عبيد اليقطيني، عن محمد بن سنان، عن أبي سعيد القماط، عن ابن أبي يعفور، عن أبي عبد الله (عليه السلام)

"Kamiluz-ziyarat", İbn Quvləveyh, səh. 141, № 166

Gördüyünüz kimi hədisin sənədində Muhəmməd b. Sinan adlı ravi vardır ki, bu da rical elmində məhşur rəyə əsasən zəif ravilərdəndir və bu raviyə etimad etmək qəti şəkildə mümkün deyil. Əllamə Seyyid Əbul-Qasim əl-Xoi (rəhmətullahi əleyh) özünün "Mu'cəmu ricalil-hədis" (17/169) kitabında qeyd edir ki İbn Əqidə, ən-Nəcaşi, əş-Şeyx (Şeyx ət-Tusi), Şeyx əl-Mufid, İbn əl-Ğədairi onun zəif olduğunu bildiriblər. Həmçinin, bu barədə məlumat üçün bir-başa Şeyx ət-Tusinin "əl-Fehrist"inə (səh. 219) və İbn əl-Ğədairinin "ər-Rical"ına (səh. 92) müraciət etmək olar.


Yenə deyirəm sizin böyük aliminiz Əli Səadətpərvər Hüseynin ® ən üstün şəhid olmasına bu hədisi dəlil gətirir. Sizə sərf edəndə dəlildir, etməyəndə zəifdir.

Üçüncüsü, hədisi hətta mötəbər həsab etsək belə, bir sıra alimlərə görə hədisdə keçən "əl-Əliyy və əl-Əla" cümləsində məqsəd Allah Təala deyil, Allahın elçisi olan Cəbraildir (ə). Necə ki, Əllamə Məclisi (rəhmətullahi əleyh) bunu qeyd edib. Həmçinin, Əllamə (r.ə) qeyd edib ki, hədisdə keçən "əlini başına qoydu" cümləsi kinayədir və məqsəd ilahi rəhmətdir. ("Biharul-Ənvar", Əllamə Məclisi, 44/238)

Kimsə irad tuta bilər ki, hədisdə qeyd olunan sifətlər Allah Təalaya məxsusdur və bəzi şiə hədislərind də bu öz əksini tapıb. Cavab: Bu irad batil bir iraddır, çünki Allah Təala Qurani-Kərimin bir sıra ayəsində öz sifətlərini digər məxluqlara da nisbət verib. Misal üçün, Allah Təalə özünü bir sıra ayədə kərəm sahibi adlandırır (Qurani Kərim, 55:27, 55:78), digər ayələrdə isə bu sifəti mələklərə də nisbət verir. (Qurani Kərim, 80:16) Hədisdə keçən sifətlərin bir-başa Allaha şamil olmasına dəlil yoxdur və məqsədin Cəbrailin (ə) olması da mümkündür. Hətta ikinci ehtimal daha əfzəldir, çünki Allaha Təalanın görünməsi Qurani Kərim prizmasından və hədislərə əsasən qeyri-mümkün bir işdir ki, kəlam elmində bu geniş sürətdə izah edilib təsbit olunmuşdur. Bu cür fellər hədislərdə daha çox mələklərə nisbət verilib. Üstəlik, hədisin mətnində müəyyən zaman və məkanda "görsənməyə" işarə edilir ki, bu da bu hadisənin mələklərə nisbət verilməsi ehtimalını daha da gücləndirir, çünki Allah Təala zaman və məkandan münəzzəhdir ki, bu da sabit bir məsələdir.


Elə nağıl yazırsınız ki, bişmiş toyuğun gülməyi gəlir. Belə çıxır ki, Allahın istənilən sifətini mələklərə vermək olar?

Allah sizə hidayət versin ki, Cəbrayılın Ucalardan Uca ola bilməsini qəbul edirsiniz. Bu açıq-aşkar küfrdür.

Dördüncüsü, tərcümədə keçən "Dedim, ey Rəbbim, o mənim gözümün nuru, reyhanim..." cümləsi sizi çaşdırmasın, çünki hədisin originalında "ey Rəbbim" ifadəsi yoxdur və kitabın mütərciminin əlavəsidir. Orijınalda həmin cümlə belə keçir - "...نعم ؛ قُرة عيني ورَيحانتي" - "Bəli, o mənim gözümün nurudur, reyhanımdır..." Bunun şahidi olmaq üçün araşdırmağa ehtiyac yoxdur, "Kamiluz-ziyarat"da gətirdiyiniz skana baxmağınız kifayətdir.


Bəlkə Cəbrayıla Rəbbim sifətini də vermək olar? )) Məclisi bu haqda yazmayıb?
Deməli sizin tərcümələrdə də problemlər var, onlara da etibar etmək olmaz.


Beşincisi, məhrum alim və arif Şeyx Əli Səadətpərvərin (rəhmətullahi əleyh) kitabından sitat gətirildiyi halda, niyə böyük arifin rəyi gətirilməyib? Məgər insafa sığır ki, bir alimin kitabından hədis gətirilsin, amma onun incə irfani izahı kənara atılsın? Bu öz növbəsində bir daha niyyətin şeytani olmasını bəlli edir.

Böyük arif olan Şeyx Səadətpərvərin (rəhmətullahi əleyh) hədisə olan kəlami və irfani qeydlərini və təvillərini olduğu kimi təqdim edirəm ki, insaf əhli bəhrələnsin (səh. 37-38):




Mərhum Şeyxin (r.ə) qeydlərindən də bəlli olur ki, hədisi hətta mötəbər saysaq belə "görməkdə" məqsəd İlahi fəyzdən və təcəlladan bəhrələnməkdir. Həmçinin, "əl"də məqsəd "ilahi rəhmətdir".

La hövla və la quvvətə illa billah! Allah amanında!


1-cisi Əfəndi qardaşımızdan Allah razı olsun. O, nəsə şərh verməyib, sadəcə materialı olduğu kimi yerləşdirib.

2-cisi mən belə görürəm ki, sizin hədislərdə nə deyilməsindən asılı olmayaraq dəlilsiz təvil etməklə öz əqidənizə uyğun fırladacaqsınız.
Sizin üçün Allahın əli bir yerdə qüdrət, başqa yerdə ilahi rəhmətdir. Başqa nə təvilləriniz var?

3-cüsü Əgər Cəbrayılının olması variantını qəbul edən alimləriniz varsa Cəbrayılın Ucaların Ucası olması və ya bərəkət verməsi küfrdür.

4-cüsü siz həmişə Səhih Buxari və Muslim kitablarına irad tutursunuz ki, Allahın əlləri və ayağı ilə bağlı küfr hədislər var.
Bunları deyəndə niyə öz hədisinizi unudursunuz. Niyə belə ədalətsiz yanaşma edirsiniz?
Öz hədisinizdə Allahın əli kəlməsi gələndə bunu normal qəbul edirsiniz və öz əqidənizə uyğun təvil edirsiniz. Onda Səhih Buxari və Muslim kitablarında da gələn hədislərdəki Allahın əli və ayağı kəlmələrini öz əqidənizə uyğun təvil edin, deyin ki, bu hədislərdə problem yoxdur.



#95546 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 11 сентября 2012 - 08:12 в Şiə-sünni dialoqu

Kitabin adı “Kəmil az-Ziyarat”-dı.

Yazib: Şia şeyhi ibn Qavlaveyh.


Kitabin 142 səhifəsi: link burada


“Günlərin bir günü, hz Fatimə (ə) evində, Allahın Rəsulü (s), İmam Huseyni (ə) öz əlinə götürdü. Birdən, ağlayıb, səcdə etdi. Bir az vaxt kecdikdə, o dedi: “Ey Fatimə! Ey Məhəmmədin qızi! UCALARIN UCASI BU SAATDA, BU EVDƏ, ÖZÜNÜ ƏN YAXŞI ŞƏKİLƏ, VƏ ƏN YAXŞİ YOL İLƏ, MƏNƏ GÖSTƏRDİ. Və dedi: Ey Məhəmməd! Sən Huseyni sevirsənmi?” Mən dedim: ” O mənim gözümün işıqıdı. Mənim xoş iyili bitkimdi, mənim ruhumun meyvəsidi, və iki gözümün arasında olan dəri parcasıdı”.

SONRA O (ALLAH) ÖZ ƏLİNİ İMAM HUSEYİNİN MÜBARƏK BAŞİNA QOYDU, VƏ DEDİ: Ey Məhəmməd! Bu yeni doğulmuş uşaq, onun üzərinə Mənim bərəkətim, salavatım, rəhmətim, raziliğim olsun, Mubarəkdi. Mənim gəzəbim, lənətim, əzabım, alcaldmağım, və ayıbım, onun qatili üzərinə olsun, və ona nifrət edənin üzərinə, və ona garşi gedənin üzərinə olsun. Bil ki, o şəhidlərin birincilərin və axirincilarin ağasıdı, bu dünyada və axirətdə, və cənnətdə cəvanlarin ağasidi”.



Azərbaycan dilində

Əli Səadətpərvər öz “Şəhidlik günəşi” kitabin (s 36) yazıb:

link burada

Suallar

1) Allah evə necə yerləşdi?
2) Allahı görmək olur?
3) Allah öz əlini Hüseynin başına necə qoyur?


Bu suallara cavab verən tapılmayacaq?



#95535 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 10 сентября 2012 - 10:18 в Şiə-sünni dialoqu

hənbəli,sənə mən razilig verməmişəm sələfilərə suallar mözvusundan suallari cavablandirmamiş bura gacib qabaqdangəlmişlik edəsən.get ora səni necə

gündü suallar iztirabla yolunu gözləyir bu bir.ikincisi sənə mən sual verdiyim halda niyə sualdan gacib mənə sual verirsən?nə vaxt bu variantlarinizi

qoyub kişi kimi suala cavab verəcəksiz?

indi isə kec sələfilərə suallar movzusuna mənə yədullah sözünü ərəb lügəti ilə tərcümə et.öz başinla yoxa,yiğ başina alim bildiklərini,kitablari tök

qabağina,ərəblərə zəng vur öyrən yədullah sözünün tərcüməsini lügətlə yaz

"yədun" əl deməkdir

"Allah" tərcüməyə ehtiyac yoxdur

"yədullah" izafə olur, "Allahın əli" kimi tərcümə olunur.



#95563 Şiələrin Allahı

Отправлено автор: hənbəli_84 12 сентября 2012 - 09:42 в Şiə-sünni dialoqu

Allah razı olsun, Fajr.


Mənə elə gəlir ki, Efendi mazaxistdir. Çünki, "paz"lanmağı xoşlayır. Изображение Gərək arada bir belə "paz"lar gəlsin ki, Efendi də rahat otursun yerində. Yoxsa qaşınır, gecələr yata bilmir.


Master_ier, müsəlmana belə sözlər yaraşmaz.




Рейтинг@Mail.ru