Перейти к содержимому


Публикации hənbəli_84

224 публикаций создано hənbəli_84 (учитываются публикации только с 17-июня 23)



#93100 Şiələrdə Əliyə (rad) münasibət

Отправлено автор: hənbəli_84 26 июня 2012 - 09:50 в Şiə-sünni dialoqu

Bismilləhir rahmənir rahim


Hacı Şahinin dedikləri

Burada Hacı Şahinin dedikləri ilə bağlı səhih dəlillər var?

Belə dəlillər Əhli Sünnə mənbələrində var?



#93730 Şiələrdə Əliyə (rad) münasibət

Отправлено автор: hənbəli_84 09 июля 2012 - 11:16 в Şiə-sünni dialoqu

hənbəli_84 , əxican, əs-salamu aleykum!

Yerləşdirdiyin link açılmır.

Hər bir halda ... Hacı Şahinin haqqında hansısa material yerləşdirib başlığı niyə "şiələrdə Əliyə (ə) münasibət" qoymusan ? :rolleyes:

Yəni, sualım öyrənmək üçün verilib, səni qınamaq üçün yox!


Va aleykumussalam

Məndə link açılır. Sən başqa brouzerdə yoxla məsələn Google Chrome-da

http://www.youtube.com/watch?v=MQNylEBBiFc&list=UUiOEY2q1Aj7POtZ9BTlP2ew&index=7&feature=plcp

Şiələrin ümumən belə əqidədə olması ilə dəfələrlə rastlaşmışam.

Bundan əlavə şiələrdən heç kimin Hacı Şahin dediklərinə görə ona irad bildirdiyini eşitməmişəm. Ona görə müzakirəyə qoymuşam ki,

Həqiqətən şiələr Əli (rad) kimi səhabə haqqında bu əqidədədirmi? Bunu Ona tərif hesab edirlərmi?



#94156 Şiələr dini biznesə çeviriblər

Отправлено автор: hənbəli_84 17 июля 2012 - 12:48 в Şiə-sünni dialoqu


Bismilləh,

9:34
Ey iman gətirənlər! Baş keşişlərdən və rahiblərdən çoxu insanların mallarını haqsız olaraq yeyir və (onları) Allah yolundan döndərirlər.


1) Mollalar dini biznesə döndərib: ölüyə Quran oxumaq, ölü yumaq, yas məclisi keçirmək, mərsiyə demək, ağı demək, kəbin kəsmək və s. Hamısının öz qiyməti var. Niyə bu işləri Allah rizası üçün etmirlər?

Hətta camaat içində mollalara "ölü pulu yeyənlər" deyirlər. Deyirlər ki, mollalar bir insan öləndə sevinirlər.

9:34
(onları) Allah yolundan döndərirlər.


Bu səbəbdən insanlar İslamdan uzaqlaşır.

Qeyd.
Sələf əqidəsində "ölüyə Quran oxumaq" yoxdur. Çünki Quran dirilər üçün göndərilib.
Sələf əqidəsində yas məclisi keçirmək, mərsiyə demək, ağı demək yoxdur. Hər bir insan dinə uyğun basdırma qaydasını bilməli və öz ölüsünü özü basdırmalıdır.
Sələf əqidəsində "kəbin kəsmək", "Quran oxumağı öyrətmək" pulsuz, ancaq Allah rizası üçün edilməlidir.


2) Pirlər, ziyarətgahlar mollalar üçün gəlir obyekləridir. İnsanlar pirlərə pul və hədiyyələr gətirir. Həmin pullar və hədiyyələr piri işlədənlərə qalır.

Məsələn
Mir Mövsüm ağa ziyarətgahı hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib. Dövlətə qazandığından vergi verir.
Təqribən 110 nəfər işçisi var, 1 nəfərə düşən orta aylıq əmək haqqı 1100 manata yaxındır.
Heç sexlərdə bu sayda işçi yoxdur. Heç banklarda belə əmək haqqı verilmir.

Qeyd.
Sələf əqidəsində "pir" və "qəbir ziyarətgahları" yoxdur, əksinə qadağandır. Çünki belə əməllər şirkə aparır.
Əbu Hureyrə (rad) Rəsulullahın (s) belə buyurduğunu rəvayət edir: “Ancaq üç məscidi ziyarət etmək məqsədilə səfərə çıxılır: Məscid-u`l-Haram, mənim bu məscidim (Məscidu`n-Nəbəvi) və Məscidu`l-Aqsa.”
əl-Buxari. Muslim.


3) QMİ-nin özünün VİP salonları var. Restoran kimi işlədirlər, hər menyunun öz qiyməti var.

Qeyd.
Sələf əqidəsinə görə yas məclisləri keçirmək yoxdur.


4) Azərbaycanda avam camaatı aldadaraq xums yığılır, İrana müctəhidlərə göndərilir.
Nə qədər axtardım evdəki qazancından xumsun hesablanması ilə bağlı 1 dənə hədis tapa bilmədim.

Qeyd.
Sələf əqidəsinə görə xums döyüşdə əldə olunan qənimətlərdən tutulur.

5:63
Nə üçün din xadimləri və baş keşişlər onlara günah sözləri və haram yeməyi qadağan etmirlər? Onların törətdikləri necə də pisdir!



Niyə sizin "İslam alimləri" belə əməlləri qadağan etmir?



#92777 Nəhc əl-Bələğə kitabı kimə nisbət edilir?

Отправлено автор: hənbəli_84 17 июня 2012 - 11:56 в Şiə-sünni dialoqu

Eli ibn Ebu Talibin dusmeni zindiq alcaq vehhabiler.


Eli ibn Ebu Talibin dusmeni olan vehhabi dunyada yoxdur.

Eliye dusmen olan getsin anasindan sorusun atasi kimdir.


Bu da bize aid deyil

iftira atmaq bu vehhabilerin qaninda var ulu babalari ibn teymiyye lenetullah kimi.


sen goresen bele bohtan, tehqir ve terbiyesizlikle etmekle kimi teqlid edirsen?

Allah hidayet elesin hidayete layiq olanlari.


Amin

Allah lenet elesin Ehli beyte dusmen olub ve Ehlibeytin feziletlerini alcatlmaq isteyenlere!


Ehli Sunne ehli beyte dushmenchilik etmir, eksine sevir ve ozune numune goturur. Sadece farslar sizi aldadiblar. Ehli beytin adindan hedisler uydurublar. Sizi ehli beytin yolundan azdiriblar. Ehli Beytin yolu ile geden Ehli Sunneni ise Sizin gozunuzde dushmen kimi qeleme veribler. Siz indi Ehli Sunneye dushmenchilik etmekle eslinde Ehli beytin yolu ile geden camaata dushmenchilik edirsiniz.
Eger haqqi axtarirsansa get Nehcul Belagheye yazilmish iradlari arashdir.
Allah sene doghru yolu gostersin.



#92673 Nəhc əl-Bələğə kitabı kimə nisbət edilir?

Отправлено автор: hənbəli_84 14 июня 2012 - 09:19 в Şiə-sünni dialoqu

Nəhc əl-Bələğə kitabı kimə nisbət edilir?

Müəllif: Muhəmməd Saleh əl-Münəccid

Sual: Nəhc əl-Bələğə kitabının nə dərəcədə səhih olduğu və kitab haqqında sizin rəyinizi bilmək istərdim.


Cavab: Həmd Allaha məxsusdur.

Nəhc əl-Bələğə kitabı Əmirəl Möminin Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) nisbət edilən kitablardan biridir. Lakin bu kitabda bir çox şeylər var ki, özlərini islama mənsub edənlər bu barədə ixtilaf etmişdirlər. Rəvayətlərin mənbəyini yoxlamaq üçün şəriətdə buyurulan əmrə itaət edərək elm əhlinin əməl etdikləri böyük elmi qaydaya tabe olaraq Əliyə Allah ondan razı olsun nisbət edilən məsələlərin doğruluğunu yoxlamaq üçün bu məsələdə alimlərə və mütəxəssislərə müraciət etməkdən başqa seçimimiz yoxdur. Çünki səhabələrdən rəvayət olunanların şəriət məsələlərinə təsiri var, xüsusilə də bəzi insanların onu tərifdə ifrata, bəzilərinin isə təfritə vardıqları Möminlərin Əmiri Əli Allah ondan razı olsun kimi şəxsdən söhbət gedirsə bu daha qabarıq nəzərə çarpır. Lakin Allah təala Əhli Sünnəni bu məsələdə orta yolu tutmağa müvəffəq etmişdir.


Bu kitab ilə bağlı elm əhlinin sözlərinə müraciət etsək və içindəkiləri Əlidən Allah ondan razı olsun rəvayət olunan səhih isnadlar ilə müqayisə etsək aydın olur ki, bu kitabda elə materiallar var ki, Əlidən sabit olan məsələlər ilə ziddiyyət təşkil edir. Bu məqsədlə ağıl və elm sahiblərinin bu barədə söylədiklərinə nəzər salaq:


İmam əl-Zəhəbi Allah ondan razı olsun Əl-Murtada “Əli ibn Hüseyn ibn Musa əl-Musavinin (Hicrətin 436-cı ilində vəfat etmişdir) tərcümeyi halında demişdir: “Mən demişəm ki, o İmam Əliyə Allah ondan razı olsun nisbət edilən Nəhc əl-Bələğə kitabının tərtibçisidir (toplayan). Lakin bu kitabın içində olan rəvayətlərin heç bir isnadı (sənədi) yoxdur. Bunlardan bəziləri batildir Doğru olan da var. Lakin orada bəzi uydurma rəvayətlər var ki, imam onları dilinə gətirməkdən uzaqdır, heç vaxt bunu söyləyə bilməz. Bununla yanaşı, məsələyə obyektiv şəkildə yanaşacaq insaflı kəs haradadır? Deyilmişdir ki, bu kitab onun qardaşı Şərif əl-Radiy tərəfindən tərtib edilmişdir. Bu kitabda Allah Rəsulunun sallallahu aleyhi və səlləm səhabələrinə qarşı böhtanlar var. Heç bir faydası olmayan elmdən Allaha pənah aparırıq.
Siyar A`lam əl-Nubala 17/589


Şeyxul İslam ibn Teymiyyə Allah ona rəhmət etsin demişdir: “Nəhc əl-Bələğə sahibinin kitabında daxil etdiyi xütbələrin əksəriyyəti Əliyə qarşı yalanlardır. Əli Allah ondan razı olsun bu cür sözləri dilinə gətirməkdən çox uca və çox dəyərlidir. Lakin bu insanlar yalanlar uydurdular və zənn etdilər ki, bu sözlər tərif, mədhdir, lakin onlar nə doğru, nə də mədhdir. Hər kim Əli və yaxud hər hansı bir məxluqun kəliməsinin hər hansı bəşər kəliməsindən uca olduğunu söylərsə xəta etmişdir, çünki Peyğəmbərin sallallahu aleyhi və səlləm sözləri onun sözlərindən üstündür və onların hər ikisi məxluqdur… Həmçinin, Əlinin sözlərində rast gəlinən doğru mənalara digərlərinin də sözlərində rast gəlmək mümkündür, lakin Nəhc əl-Bələğə sahibi və onun bənzərləri insanların söylədiyi bir çox şeyləri götürüb Əlinin sözləri etdilər. Orada Əlidən rəvayət olunan bəzi kəlimələr var. Bəzi doğru sözlər də var ki, Əli onları söyləmiş olsaydı bunları söyləmək onun üçün münasib olardı (yaraşardı), lakin faktiki olaraq bunlar başqalarının sözləridir. Belə ki, Əl-Hafizin müəllifi olduğu “Kəlam əl-Bəyan vəl Təbyin” və digər kitablarda Əlinin deyil,başqa insanların söylədiyi sözlər var və Nəhc əl-Bələğənin sahibi bunları Əliyə nisbət etmişdir. Nəhc əl-Bələğədə nəql olunan bu xütbələr həqiqətən də Əli tərəfindən söylənilmiş olsa idi, bunlara bu kitab təsnif olunmamışdan əvvəl olan digər kitablarda da rast gəlmək olardı və bunlar Əlidən isnadlarla və digər şəkildə rəvayət olunardı. Rəvayətlərin təhqiqində dərin elmə malik olan kəslərə məlumdur ki, bu xütbələrin çoxu-əslində əksəriyyəti-bundan əvvəl məlum olmamışdır, ona görə də belə nəticəyə gəlmək olar ki, onlar uydurmadır. Ona görə də, rəvayətçi onların hansı kitablarda qeyd olunduğunu bildirməlidir, bunları Əlidən kim rəvayət etmişdir və isnadları nədir. Əks halda istənilən bir kəs bir söz söyləyə və bunun Əli tərəfindən deyildiyini iddia edə bilər (Bu cür etməkdən, yəni boş iddia etməkdən heç kəs aciz deyil). Hədis əhlinin (elm) sahəsindən məlumatı olanlar, isnadları ilə rəvayət və nəqlləri bilənlər və səhihi qeyri-səhihdən (doğru olanı yalandan) ayırmağı bacaranlar, bu cür şeyləri Əlidən rəvayət edənlərin rəvayətləri nəql etməkdə və doğrunu yalan olandan fərqləndirməkdə insanların ən uzaq olduqlarını bilmiş olarlar.


Mənhəc əl-Sünnə əl-Nəbəviyyə, 8/55


Bu kitabda olan yalanları qeyd edən digər alimlər Xatib əl-Bağdadi, Əl-Camili Əxlaq əl-Ravi va Ədəb əl-Səmi əsəri, 2.161; Əl-Qadi ibn Kalkan; Əl-Səfədi və digərləridir. Bu kitabın əleyhinə söylənilənləri aşağıdakı məqamlara görə ümumiləşdirmək olar:


1. Əli (Allah ondan razı olsun) ilə bu kitabın müəllifi arasında yeddi rəvayətçi nəsli var. O heç bir ad belə qeyd etməmişdir. Nəticə etibarilə, onun sözlərini “isnadsız” qəbul edilə bilməz.


2. Bu rəvayətçilər qeyd olunsa belə, onları araşdırmaq və onların ədalətli olub-olmadıqlarını aşkar etmək vacibdir.


3. Bu xütbələrin əksəriyyətinin özündən əvvəlki kitablarda yazılmış olmaması həqiqəti dəlalət edir ki, bunlar uydurulmuşdur.


4. Əl-Murtada-kitabının müəllifi-rəvayət əhlindən (ravilərdən) biri olmamışdır, əksinə o dini bağlılığı və ədalətli olması mübahisə olunan biri olmuşdur.


5. Səhabələrin öndə gedənləri, başçılarına qarşı kitabda olan iftiralar bu kitabın yalan, batiil hesab edilməsi üçün kifayət edir.


6. Kitabda olan təhqirlər və iftiralar möminlərin sifətləri deyil, hələ qalmışdı ki, bunları Əli (Allah ondan razı olsun) kimi imamlara, rəhbərlərə nisbət etmək.


7. Kitabda ziddiyyətlər və yersiz ifadələr keçir. Bundan da yəqinliklə bilmək olar ki, bu kitab bəlağət və dildə məşhur olan biri tərəfindən yazıla bilməz.


8. Qeyd olunan bütün bu etirazlara baxmayaraq, rafizilərin bu kitabı qəbul etməsi və bunun Quran kimi ən səhih olduğuna əmin olmaları həqiqəti göstərir ki, onlar dini “məsələlərin mənbələrini” sübuta yetirmək və dini işlərinin doğru olub-olmamasına fikir vermirlər.


Yuxarıdakılara əsaslanaraq, aydın olur ki, bu kitab Əliyə (Allah ondan razı olsun )nisbət edilə bilməz. Ona görə də, nə olursa olsun şəriət məsələlərində bu kitabda olanların heç birini dəlil olaraq istifadə edilməsinə ehtiyac yoxdur. Lakin, kim kitabın içində olan bəlağətli kəlimələri mütaliə məqsədilə oxumaq istəyirsə bunun hökmü digər Ərəb dili kitablarında olduğu kimidir. Bir şərtlə ki, kitabın içindəkilər Əliyə (Allah ondan razı olsun) nisbət edilməməlidir.


Bax: Kutub həddərə minhə əl-Ulamə, 2/250

http://islam-qa.com/en/ref/30905



#96619 Yezidin törəmələri Azərbaycanda!

Отправлено автор: hənbəli_84 28 ноября 2012 - 09:35 в Ümumislam mövzular

Aşura günündə ailəsini günəmuzd qazancı hesabına birtəhər dolandıran insanların belə İslam dininə hörmət əlaməti olaraq işə çıxmadığı indiki gündə ulu babalarının yasını saxladığımız zəngin ərəblərin bu harın hərəkətləri Salyan sakinləri tərəfindən ikrahla qarşılanıb.


Aşura günü işləməməyin dəlili nədir?



#96659 Yezidin törəmələri Azərbaycanda!

Отправлено автор: hənbəli_84 01 декабря 2012 - 20:26 в Ümumislam mövzular

Əhalisinin 80% əhli-beyt tərəfdarı olan şiə ölkəsi sənə azlıq edir!
Sən deyəsən mövzunu absurd tərəfə yönəltmək istəyirsən?
Əlbətdə Aşura günü işləməmək vacib deyil.Salyan caamatının əksəriyyəti acından ölsə belə aşurada işləməz.
Mən başa düşürəm sənin kimi nasibilərə bu bir təhər gəlir.Ona görə dəlil tələb edirsən!
Mövzunu buna görə açmışam ki,bir diqqət edəsən ki,özünə müsəlman deyən ərəblər, bizim islamafob hakimiyyətimizlə heç bir fərgi yoxdur.Onlar bura kefə gəlir.bunlar da orda ev-eşik, biznes yaradır.
Sənin kimi "dindarlar" o vaxt müaviyəni və yezİT balasın(A.L.E)necə təmizə çıxarırdılarsa,indi onun törəmələrinə haqq qazandırırlar.
İndi isə sən de görüm de Aşura günündə Azərbaycanda ova getməyin(əylənməyin)dəlili nədir?

dəlil ayə, səhih hədis olur, camaatın adət ənənəsi yox.
SƏnin ərəbləri etdiyin ittiham əsassızdır.
Allahın qadağan etmədiyi halaldır. Allahın halal etdiyini haram edən şərikləri yoxdur. Allah Aşura günü ova çıxmağı qadağan etməyib deməli halaldır. Mənim də imkanım olsa şahinlərlə ova çıxaram Aşura günü olsa belə.



#96285 Vəhabi(sələfi) fətvası

Отправлено автор: hənbəli_84 01 ноября 2012 - 10:15 в Əqidə və fiqh

Boş-boş işlərlə məşğul olursunuz. Bilmirsiniz nə tapıb yazasınız.

Bu məsələ ilə bağlı iki hədis bilirəm.
1) Peyğəmbər (s) özü üçün insanların ayağa qalxmasını istəyən insan Cəhənnəmdə öz yerini hazır bilsin.

2) Səhabələrdən biri deyir ki, bizim ən çox sevdiyimiz insan Peyğəmbər (s) idi. O, (s) gələndə ayağa qalxmazdıq, çünki bilirdik ki, bunu xoşlamır.

İnşəAllah vaxtım olanda bu hədislərin mənbələrini tapıb yazaram.

Ancaq burda diqqət yetirilməli iki məqam var:
1) kiminsə üçün hörmət mənasında ayağa qalxmaqda problem yoxdur. Bu qadağan olunmur.

2) insanın özü üçün başqa insanların ayağa qalxmasını istəməsi və tələb etməsi qadağan olunur. Bu müsəlmana xas sadəlik və təvözəkarlıqdan uzaq kafirə xas lovğalıq və təkəbbürlük göstəricisidir.

İndi bizdə idarələr var ki, müdir gün ərzində on dəfə girir çıxır. Hər dəfə müdir girib çıxanda bütün işçilər ayağa qalxır oturur.
Yaxud tədbirə bir adam gəlir, qocalı-cavanlı minlərlə adam ayağa qalxır, hətta az qalırlar baş əysinlər. Bu qədər ifrata varmaq nəyə lazımdır?



#96291 Vəhabi(sələfi) fətvası

Отправлено автор: hənbəli_84 01 ноября 2012 - 14:54 в Əqidə və fiqh

Sənin neçə dənə hədis bilməyin heç kimə maraqlı deyil. Sən yuxarıdakı səhih hədisə cavab ver. Belə çıxır ki, Peyğəmbər (s.ə.ə) Xanım Zəhra üçün ayağa qalxanda yaxşı iş görmürdü?

Sən səbirlə və diqqətlə oxu, sonra fikirlərivi yaz.
Tələsik oxuyub gülməli və savadsız məntiqi nəticələr çıxardırsınız.
Fətvada da, mənim yazımda da vurğulanıb ki, kiminsə üçün hörmət mənasında ayağa durmaq problem deyil.
Yəni Peyğəmbər (s) qızı Zəhra üçün ayağa qalxanda yaxşı iş görürdü.

Mənim əvvəlki postumda yazılıb:
Ancaq burda diqqət yetirilməli iki məqam var:
1) kiminsə üçün hörmət mənasında ayağa qalxmaqda problem yoxdur. Bu qadağan olunmur.

2) insanın özü üçün başqa insanların ayağa qalxmasını istəməsi və tələb etməsi qadağan olunur. Bu müsəlmana xas sadəlik və təvözəkarlıqdan uzaq kafirə xas lovğalıq və təkəbbürlük göstəricisidir.



#92672 Peyğəmbər (s) öz qızlarını fəzilətli olmayan şəxsə ərə verərdimi?

Отправлено автор: hənbəli_84 14 июня 2012 - 09:16 в Şiə-sünni dialoqu

Peyğəmbər (s) öz qızlarını fəzilətli olmayan şəxsə ərə verərdimi?

Əgər Osman (rad) söhbəti olmasa idi mən əminəm ki, şiələr bu suala yekdilliklə "yox" deyərdilər.
Hətta bunu dəlil gətirərdilər ki, bu da Əlinin (rad) bütün digər səhabələrdən daha fəzilətli olmasını sübut edən faktlardan biridir.
Necə Əlinin (rad) uşaq yaşlarından İslamı qəbul etməsini və ilk qəbul edənlərdən olmasını dəlil gətirirlər həmin qaydada da bunu dəlil gətirərdilər.

Sadəcə indi ortaya Osmanın (rad) məsələsi düşüb bunu edə bilmirlər.

Peyğəmbər (s) Allahın elçisi idi. Bütün insanları dünyanın naz-nemətlərinə bağlanmamağa, yalnız Allahın razılığını qazanmağa səsləyən bir insan özünün iki qızını fəzilətli olmayan şəxsə ərə verərdimi?

Başqa hansı səbəbə görə qızlarını fəzilətli olmayan şəxsə ərə verərdi?

Osmanın (rad) var-dövlətinə görəmi?
Osmanın (rad) nüfuzuna görəmi?
Hansı səbəbə görə?

Bunlar hamısı dünya maraqlarıdır ki, heç şübhəsiz Peyğəmbər (s) bunlara bağlı insan deyildi.

Peyğəmbər (s) öz iki qızını Osmana (rad) ərə verməsi Osmanın (rad) fəzilətinin əməli təsdiqidir.

Misal üçün Peyğəmbər (s) Əlinin (rad) fəziləti haqqında dediyi sözlər Əlinin (rad) fəzilətinin söz ilə təsdiqidir.

Haqqı dananlar və hər şeyi öz batil əqidələrinə uyğun yozmaq istəyənlər bunu da fırlatmaq istəyirlər ki,
Guya Peyğəmbər (s) Osmanın (rad) zahirən müsəlman olduğuna görə öz qızlarını ona ərə verib.
Guya Peyğəmbər (s) yaxın ətrafındakı mömin ilə, münafiqi ayırd edə bilmirdi.

Əgər bu batil fikri qəbul etsək onda gərək Peyğəmbər (s) heç kimi Cənnət ilə müjdələmiyəydi.

Əgər bu batil fikri qəbul etsək onda gərək Peyğəmbərin (s) Əli (rad) fəziləti haqqında dediyi sözlərə şübhə ilə yanaşaq.
Çünki bu halda deyə bilərik ki, Peyğəmbər (s) bu sözləri də Əlinin (rad) zahirən müsəlman olduğuna görə deyib.



#92775 Peyğəmbər (s) öz qızlarını fəzilətli olmayan şəxsə ərə verərdimi?

Отправлено автор: hənbəli_84 17 июня 2012 - 11:26 в Şiə-sünni dialoqu

Təbərani “Əl-kəbir” kitabında Əbu Əyyub Ənsaridən xəbər vermişdir ki, Allahın elçisi (s) buyurdu: “Ey Fatimə, bil ki, Allah yer əhlinə nəzər salıb, onların arasından atanı seçdi və peyğəmbərlik taxtına oturtdu. Sonra yenidən nəzər salıb sənin ərini seçdi və mənə vəhy etdi ki, səni onunla evləndirim və onu özümə vəsi seçim.”
Mənbə - Bu hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 153-cü səhifəsindəki 2541-ci hədisin sözləri və həmin sənədi ilədir. Onu “Müntəxəb”də də vermişdir. Əhmədin “Müsnəd”inin 5-ci cildinin 31-ci səhifəsinin haşiyəsində “müntəxəb”ə baxa bilərsiniz.
İbn Əbu Hatəm Ənəsdən nəql etmişdir: “Əbu Bəkr və Ömər Fatiməyə elçiliyə getdilər. O həzrət sükut etdi və cavab vermədi. Onlar Əlinin yanına getdilər ki, onu bu vəziyyətdən xəbərdar etsinlər. Dedilər: Elə bilirik ki, əgər sən Fatiməyə elçi getsən, qəbul edəcəkdir.” Bir qrup etibarlı adamlar, o cümlədən İbn Həcər “Səvaiq”in 11-ci babının əvvəlində, eləcə də İbn Əbu Hatəm bu hədisi nəql etmişlər. Orada bu hədisi Əhməddən, o da Ənəsdən nəql etmişdir. Əbu Davud Sistani onu İbn Həcərin “Səvaiq”də 11-ci babındakı ayələrdən 12-ci ayənin izahındakı kimi nəql etmiş: “Əbu Bəkr Fatiməyə elçi getdi. Peyğəmbər ondan üz çevirdi. Ömər də elçi getdi və ona da razılıq vermədi. Gəlib Əlini onun elçiliyinə vadar etdilər və ona çatdırdılar ki, Peyğəmbərin bu haqda razılığı var.” Əlidən (ə) də buna oxşarı nəql olmuşdur: “Əbu Bəkr və Ömər Fatiməyə elçi getdilər və Peyğəmbər (s) etiraz etdi. Ömər dedi: Ey Əli, onunla evlənməyə sən layiqsən.” Bu hədisi İbn Cərir xəbər vermiş və Dolabi “Əz-zürriyyətüt-Tahirə” kitabında onu düzgün bilmişdir. Bu hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 392-ci səhifəsindəki 6007-ci hədisdir.
Xətib “Müttəfəq” kitabında İbn Abbasdan xəbər vermişdir ki, Peyğəmbər (s) Fatiməni Əli ilə evləndirəndə Fatimə ərz etdi: “Ey Allahın rəsulu, məni kasıb və mal-dövlətsiz bir kişiyəmi verdin? Peyğəmbər (s) buyurdu: Razı deyilsənmi? Allah yer üzünün adamları arasından iki nəfəri seçdi: biri atan, o birisi ərin.” - Mənbə - Bu hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 391-ci səhifəsindəki 2992-ci hədisdir (söz və sənədiylə birgə) ki, Əlinin fəzilətlərində vermiş və sənədinin düzgünlüyünü bəyan etmişdir.


Kutubus siitte den delili getire bilersen?

Shie hedis kitablari menim nezerimde uydurmadir.



#92774 Peyğəmbər (s) öz qızlarını fəzilətli olmayan şəxsə ərə verərdimi?

Отправлено автор: hənbəli_84 17 июня 2012 - 11:24 в Şiə-sünni dialoqu

Nicat ve Malik Eshter qardaslar halaldir size bu kezzab hanbali sindirmisiz )) bedbext suallara cavab vermeyib yoxa cixib ))
Subhenallah oz axmaq bos baslarina ne gic gic fikirler gelir girib yazirlar bura.cox hayasizdirlar bu vehhabiler.bu qeder subut delil yenede oz axmaq fikirlerinden geri cekilmirler.


Allah sene hidayet versin. Bele exlaq ile insanlari Islama devet edirsen? yoxsan insanlari Islamdan qachirdirsan?



#92776 Peyğəmbər (s) öz qızlarını fəzilətli olmayan şəxsə ərə verərdimi?

Отправлено автор: hənbəli_84 17 июня 2012 - 11:41 в Şiə-sünni dialoqu

Qurandan Sizin deliliniz nedir?


Hud - (78) Və (Lut (ə.s)-ın) qövmü tələsik onun yanına gəldilər (ki, həmin qonaqlara təcavüz etsinlər) və onlar bundan qabaq da bu çirkin işləri görürdülər. Dedi: «Ey mənim qövmüm, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha pakdırlar (ki, kəbinlərini kəsib aparasınız). Buna görə də Allahdan qorxun və məni qonaqlarım barəsində xəcalətli və rüsvay etməyin. Məgər sizin aranızda xəbərdar və doğru yolu tapmış bir kişi yoxdur?!»

(79) Dedilər: «Sən yaxşı bilirsən ki, bizim sənin qızların barəsində bir haqqımız (onlara rəğbətimiz və ehtiyacımız) yoxdur. Və əlbəttə, sən bizim nə istədiyimizi yaxşı bilirsən».


Sual: Bəyəm Lut (ə.s)öz qızını fəzilətli insanlara verirdi, yoxsa Allahın əzabı gələn qövmə verirdi?


Qurandan anacq bu iki ayeni delil getirirsiniz. Gelin bu iki ayeni tefsirlerini arashdiraq. Siz oz tefsirlerinizi yazin men oz tefsirlerimizi insheAllah yazaram.
Menim delilim:
2:221
Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.



Peyghember (s) heqiqeten iman getirmish insanlardan tanidiqlari var idi.

Tebii ki Peyghember (s) etrafindaki butun munafiqleri ve mominleri tanimirdi.
Ancaq tanidiqlari da var idi.

Iddia edirsiniz ki, Peyghember (s) Osmanin (rad) munafiq olub-olmamasini bilmirdi?

Onda niye iki qizini mominliyine emin oldughu shexslerden birine vermirdi?

Umumiyyetle Sizin eqiideye gore Peyghember (s) Eli ve onun oghullarindan (radiye Allahu anhum) bashqa bir adamin feziletli ve ya momin olmasi haqd bir soz deyib?



#92684 Peyğəmbər (s) öz qızlarını fəzilətli olmayan şəxsə ərə verərdimi?

Отправлено автор: hənbəli_84 14 июня 2012 - 11:28 в Şiə-sünni dialoqu

Rəsuli Əkrəm (ə.s) öz fəzilətli qızını Hz.Əli (ə.s)-a ərə vermişdi. Bu xanım "Seyyidətun nisail aləmin- Aləmlərin xanımların ağasıdır". Bəli bu qızın Rəsuli Əkrəm (s.ə.ə) tərəfindən kiməsə verilməsi ilahi tapşırıq idi. İstəsən dəlil gətirə bilərəm. Həm də fəzilətdir. Bu öz yerində.


buna mümkünsə dəlil gətir



#93099 Mövludun hökmü

Отправлено автор: hənbəli_84 26 июня 2012 - 09:44 в Şiə-sünni dialoqu

Əlbəttə ki bidətdir.Çünki sən müalicə olunanda Uzi və rentgen aparatından istifadə edirsən.


Mövzunu başdan oxu. Bunlar dünyəvi məsələlərdə olan yeniliklərdir.
Dünyəvi məsələlərdə olan yeniliklər icazəlidir.
Dini məsələlərdə olan yeniliklər isə icazəli deyil.



#93056 Mövludun hökmü

Отправлено автор: hənbəli_84 25 июня 2012 - 10:13 в Şiə-sünni dialoqu

Ezimim Senin Agalarin Omer,Osman Qurani Toplatmag Emri Verib,Qurani Cem Eletdirmisdiler.
Begem Peygember Zamaninda Quran Kitab halinda idi? Bu Ne bidetdi?Yandirin Butun Quranlari.
Quranki Dunyevi Sey deyil.Onun Oxunmasida,Yazilmasida,Qorunmasida,Toplanmasida ibadetdi.Hamsi Ibadetdi.
Bes Xelifelrin Niye ibadete Bidet qatiblar?
Bideti Aradan qaldirin,Yandirin Butun Quranlari!



Səhabələrin icma ilə etdiyi əməllər Peyğəmbər (s) tərəfindən dəstəklənmişdir.

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “İnsanların ən xeyirliləri mənim əsrimdəkilərdir (yəni səhabələr). Sonra ondan sonrakı (ikinci nəsil, yəni tabiun), sonra da ondan sonrakı (üçüncü nəsil, yəni ətbaut-tabiun) əsrdəkilərdir. Daha sonra insanlar gələcək, onlar üçün onların şahidliyinin andlarından əvvəl və yaxud andlarından sonra gəlməsi fərq etməyəcək (yəni, onlar bu məsələlərə ciddi yanaşmayacaqlar)…”. (Buxari, Müslim və Tirmizi rəvayət etmişdir).



#92773 Mövludun hökmü

Отправлено автор: hənbəli_84 17 июня 2012 - 11:20 в Şiə-sünni dialoqu



SubhanALlah!

Gənə də əl-munəccid ? )))

əxican, axı bu əl-munəccid kimdi ki süz buna təqlid eliyirsüz ? :rolleyes: ))


Sen hech bilirsen ki, teqlid nedir?

Tutaq ki, bu sozleri o demir men deyirem. Sen getirdiyi delillere iradivi bildir.

Eli (rad) ve onun oghullari (radiye allahu anhum) movludu qeyd ediblermi?

Onlar etmeyibse sen niye qeyd edirsen?



#92772 Mövludun hökmü

Отправлено автор: hənbəli_84 17 июня 2012 - 11:17 в Şiə-sünni dialoqu

Ne axmaq cavab veribdir suala.Quranda yoxdur))
Ay bisavad Quranda avtomobil teyyare tank top ve s yoxdur bes niye istifade edirsen?

www.az.313news.net/article/a-56.html

Peyğəmbər ad gününü qeyd edib, ya yox?
Əhli-sünnətin Peyğəmbərin ad gününü qadağan etməsi nə dərəcədə düzdür və onların dediyi kimi bidətdir? Gəlin onların öz səhih saydığı hədislərə baxaq.
36 - باب اسْتِحْبَابِ صِياَمِ ثَلاَثَةِ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ وَصَوْمِ يَوْمِ عَرَفَةَ وَعَاشُورَاءَ وَالاِثْنَيْنِ وَالْخَمِيسِ ‏.‏
2804 - حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ، - وَاللَّفْظُ لاِبْنِ الْمُثَنَّى - قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ، حَدَّثَنَا شُعْبَةُ، عَنْ غَيْلاَنَ بْنِ جَرِيرٍ، سَمِعَ عَبْدَ اللَّهِ بْنَ مَعْبَدٍ الزِّمَّانِيَّ، عَنْ أَبِي قَتَادَةَ الأَنْصَارِيِّ، رضى الله عنه أَنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم سُئِلَ عَنْ صَوْمِهِ قَالَ فَغَضِبَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم فَقَالَ عُمَرُ رضى الله عنه رَضِينَا بِاللَّهِ رَبًّا وَبِالإِسْلاَمِ دِينًا وَبِمُحَمَّدٍ رَسُولاً وَبِبَيْعَتِنَا بَيْعَةً ‏.‏ قَالَ فَسُئِلَ عَنْ صِيَامِ الدَّهْرِ فَقَالَ ‏"‏ لاَ صَامَ وَلاَ أَفْطَرَ ‏"‏ ‏.‏ أَوْ ‏"‏ مَا صَامَ وَمَا أَفْطَرَ ‏"‏ ‏.‏ قَالَ فَسُئِلَ عَنْ صَوْمِ يَوْمَيْنِ وَإِفْطَارِ يَوْمٍ قَالَ ‏"‏ وَمَنْ يُطِيقُ ذَلِكَ ‏"‏ ‏.‏ قَالَ وَسُئِلَ عَنْ صَوْمِ يَوْمٍ وَإِفْطَارِ يَوْمَيْنِ قَالَ ‏"‏ لَيْتَ أَنَّ اللَّهَ قَوَّانَا لِذَلِكَ ‏"‏ ‏.‏ قَالَ وَسُئِلَ عَنْ صَوْمِ يَوْمٍ وَإِفْطَارِ يَوْمٍ قَالَ ‏"‏ ذَاكَ صَوْمُ أَخِي دَاوُدَ عَلَيْهِ السَّلاَمُ ‏"‏ ‏.‏ قَالَ وَسُئِلَ عَنْ صَوْمِ يَوْمِ الاِثْنَيْنِ قَالَ ‏"‏ ذَاكَ يَوْمٌ وُلِدْتُ فِيهِ وَيَوْمٌ بُعِثْتُ أَوْ أُنْزِلَ عَلَىَّ فِيهِ ‏"‏ ‏.‏ قَالَ فَقَالَ ‏"‏ صَوْمُ ثَلاَثَةٍ مِنْ كُلِّ شَهْرٍ وَرَمَضَانَ إِلَى رَمَضَانَ صَوْمُ الدَّهْرِ ‏"‏ ‏.‏ قَالَ وَسُئِلَ عَنْ صَوْمِ يَوْمِ عَرَفَةَ فَقَالَ ‏"‏ يُكَفِّرُ السَّنَةَ الْمَاضِيَةَ وَالْبَاقِيَةَ ‏"‏ ‏.‏ قَالَ وَسُئِلَ عَنْ صَوْمِ يَوْمِ عَاشُورَاءَ فَقَالَ ‏"‏ يُكَفِّرُ السَّنَةَ الْمَاضِيَةَ ‏"‏ ‏.‏ وَفِي هَذَا الْحَدِيثِ مِنْ رِوَايَةِ شُعْبَةَ قَالَ وَسُئِلَ عَنْ صَوْمِ يَوْمِ الاِثْنَيْنِ وَالْخَمِيسِ فَسَكَتْنَا عَنْ ذِكْرِ الْخَمِيسِ لَمَّا نَرَاهُ وَهْمًا ‏.‏

Səhih Müslüm. 36. Hər aydan üç gün oruc tutmanın və aşura, ərəfə, bazarertəsi və cüməaxşamı günlərində oruc tutmanın müstəhəbliyi babı. Hədis 2804
Bizə Muhəmməd ibn Musənna və Muhəmməd ibn Bəşşar dedilər (Sözlər ibn Musənnaya aiddir): Bİzə Muhəmməd ibn Cəfər Şü`bədən nəql edərək dedi: Ğəylan ibn Cərir dedi ki, Əbdullah ibn Mə`bəd Zəmmanidən eşitdim ki, Əbu Qətadə Ənsari (r.ə.) dedi: Peyğəmbərdən (s) onun (Peyğəmbərin) oruc tutması barəsində soruşdular və Peyğəmbər (s) qəzəbləndi. Belə olduqda Ömər dedi: „Biz Rəbbimizin Allah, dinimizin İslam, Peyğəmbərimizin isə Muhəmməd (s) olmasına və bey`ətimizə razı olmuşuq.“ Bunun ardınca Peyğəmbərdən soruşuldu: Bütün il oruc tutmağın hökmü nədir? Həzrət (s) buyurdu: Beləsi nə oruc tutub nə də iftar edib. Sonra iki gün oruc tutub bir gün iftar etməyin hökmü soruşuldu. Buyurdu (s): „Buna kimin taqəti olar?“ Sonra bir gün oruc tutub iki gün iftar etməyin hökmü soruşuldu. Buyurdu (s): Kaş Allah bunun üçün bizə qüvvət verərdi. Sonra bir gün oruc tutub, bir gün iftar eləməyin (oruc tutmamağın) hokum soruşuldu. Buyurdu: Bu qardaşım Davudun (ə) orucudur. Sonra bazar ertəsi günü oruc tutmağın hokum soruşuldu. Buyurdu: Bu gün mənim doğum günüm və peyğəmbərliyə çatdığım gündür.
Əhli sunnə qaynaqlarına görə bazar ertəsi oruc tutulmanın müstəhəb olmasına səbəb peyğəmbərin doğum günüdür. Belə bir halda nəcür deyirlər ki, doğum günü kecirmək olmaz?


Allahin izni ile kimin bisavad oldughunu goreceyik.

1-cisi dinde yenilik bashqa sheydir dunyevi heyatda yenilik bashqa sheydir
tank, top, teyyare, avtomobil dunyevi yeniliklerdir. bu kimi yenilikler icazelidir.
dinde yenilik ise icazeli deyil. Dinde yenilik etmek Allahin dinini deyishdirmekdir.

2-cisi Eli (radiyeallahu anhu) ve onun oghulllari bu hedisi bilmirdiler?
Onlar niye Movludu qeyd etmirdiler? Sen dini onlardan yaxshimi bilirsen?



#92674 Mövludun hökmü

Отправлено автор: hənbəli_84 14 июня 2012 - 09:27 в Şiə-sünni dialoqu

Müəllif: Muhəmməd Saleh əl-Münəccid

Sual: Nə üçün insanlardan bəziləri peyğəmbərin doğum gününün keçirilməsini qəbul edir, bəziləri isə qəbul etmir? Sizin bu barədə rəyiniz nədir?


Cavab: Həmd Allaha məxsusdur.


Qurani Kərimdə Peyğəmbərin sallallahu aleyhi və səlləm doğum gününü qeyd etməyə dair heç bir şey yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm özü bunu etməmiş, nə sağlığında, nə də ölümündən sonra kiməsə bunu etməyi əmr etməmişdir. Həqiqətən də, müsəlmanlara əmr etmişdir ki, nəsranilər İsa əleyhissalamı tərifdə, mədhdə həddini aşdıqları kimi, onu tərfidə həddini aşmasınlar. Rəsulullah sallallahu aleyhi və səlləm demişdir: “Məni nəsranilərin Məryəm oğlu İsanı mədh etdikləri kimi mədh etməyin. Şübhəsiz ki, mən də bir qulam. Elə isə mənə, Allahın qulu və elçisi deyin”.


Bu barədə rəvayət olunanlar ondan ibarətdir ki, peyğəmbər sallallahu aleyhi və səlləm öz doğum gününü ibadət günü etmişdir ki, bu da “mərasimdən” fərqli bir şeydir. Ondan sallallahu aleyhi və səlləm “birinci günlər” oruc tutmaq barədə soruşmuşdurlar və o sallallahu aleyhi və səlləm demişdir: “Bu mənim doğulduğum və mənə vəhyin əmanət edildiyi gündür”. (Muslim, Nəsai və Əbu Davud rəvayət etmşdirlər)


Bundan əlavə, biz bilirik ki, Səhabələr (Allah onlardan razı olsun) peyğəmbəri sallallahu aleyhi və səlləm ƏN ÇOX SEVƏN insanlar olmuşdurlar.


Məgər, insanlar içərisində ona sallallahu aleyhi və səlləm ən yaxın olan və onu sallallahu aleyhi və səlləm ən çox sevən Əbu Bəkrin radiyallahu anhunun Peyğəmbərin sallallahu aleyhi və səlləm doğum gününü qeyd etdiyinə dair rəvayət varmı?


Məgər, iyirimi il hakimiyyətdə olan Ömər radiyallahu anhunun bunu qeyd etdiyinə dair rəvayət varmı?


Məgər Osman radiyallahu anhu bunu etmişdir?


Məgər Əli radiyallahu anhu bunu etmişdir?


Məgər Əli radiyallahu anhunun qohumları və tərbiyə etdiyi övladları bunu qeyd etmişdir?


Səhabələrdən kiminsə bunu etdiyi rəvayət edilmişdirmi?


XEYR! VALLAHİ!


Məgər bu ona görə idi ki, onlar bunu “qeyd etməyin” əhəmiyyətindən qafilmi idilər, yoxsa onlar peyğəmbəri sallallahu aleyhi və səlləm həqiqi bir sevgi ilə sevmirdilər?! Bunu ancaq yolunu azmış və başqa insanları da zəlalətə aparan kəsdən başqa heç kəs söyləyə bilməz.


İmamlardan-Əbu Hənifə, Malik, Şafi, Əhməd, Həsən əl-Basri, İbn Sirin-bunlardan kimsə bunu etmişdirmi? Və yaxud başqalarına bunu etməyi və ya bunun yaxşı olduğunu söyləməyi söyləmişdirlərmi? Allaha and olsun ki, xeyr! Hətta birinci və ən fəzilətli, xeyirli üç əsrdə bu barədə söz belə edilməmişdir.


Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “İnsanların ən xeyirliləri mənim əsrimdəkilərdir (yəni səhabələr). Sonra ondan sonrakı (ikinci nəsil, yəni tabiun), sonra da ondan sonrakı (üçüncü nəsil, yəni ətbaut-tabiun) əsrdəkilərdir. Daha sonra insanlar gələcək, onlar üçün onların şahidliyinin andlarından əvvəl və yaxud andlarından sonra gəlməsi fərq etməyəcək (yəni, onlar bu məsələlərə ciddi yanaşmayacaqlar)…”. (Buxari, Müslim və Tirmizi rəvayət etmişdir).


Peyğəmbərin sallallahu aleyhi və səlləm doğum gününü qeyd etmək bir neçə əsr sonra meydana çıxmışdır, o zaman haqq dinin bir çox xüsusiyyətlərinə riayət edilməmiş və bidətlər geniş vüsət almışdı.


Elə isə, məgər bu mərasimi qeyd etmə Peyğəmbərə sallallahu aleyhi və səlləm sevginin əlamətidirmi, təzahürüdürmü?


LAKİN, mümkündürmü ki, Səhabələr, İmamlar və üç ən yaxşı əsrdə olan insanlar bundan xəbəri olmasın, qafil olsunlar və bunun əhəmiyyətini yalnız onlardan sonra gələnlər bilsinlər?!


Quranda bizə bildirilir ki, Peyğəmbərə sallallahu aleyhi və səlləm sevgi onun özü ilə gətirdiyi hidayət yoluna “tabe olmaqla” nümayiş etdirilir. Allah təala buyurur:


“31 De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.


32 De: “Allaha və (göndərdiyi) Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz”. (Ali İmran 3:31-32)


Birinci ayə bəyan edir ki, sevgi yalnız iddiadır, lakin “ixlasın, səmimiyyətin dəlili” peyğəmbərin sallallahu aleyhi və səlləm gətirdiyinə tabe olmaqdır.


İkinci ayə bir daha Allah və Onun Rəsuluna itaətin mühümlüyünü və vacibliyini vurğulayır . Ona görə də, Allah təala ayəni çox ciddi bir xəbərdarlıq ilə bitirir. Bu ayədə “itaət etməkdən imtina edənlər” kafir olaraq vəsf olunur. Peyğəmbər sallallahu aleyhi və səlləm ona tabe olmamağın və onun gətirdiyinə əlavə etməyin təhlükəsindən xəbər vermişdir.


Mövludu qeyd etmək həqiqətən də onun gətirdiyi dinə əlavə etməkdir. Necə ki, bu barədə bütün alimlər ittifaq etmişdirlər. Rəsulullah sallallahu aleyhi və səlləm demişdir: “Sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd sallallahu aleyhi və səlləmin yoludur”. (Müslim və Nəsai)


Allaha dua edirik ki, bizi bidətdən qorusun və itaətdə bizə yardım etsin. Daha doğrusunu Allah bilir. Allahın salat və salamı peyğəmbərimiz Muhəmmədə olsun.



#93059 Mövludun hökmü

Отправлено автор: hənbəli_84 25 июня 2012 - 10:22 в Şiə-sünni dialoqu

Hənbəli onda getmə də həkimə niyə gedirsən? Axı sənin əqidənə görə bu şirk və bidət olar?


Mənim əqidəmə görə bu şirk və ya bidət deyil.
Peyğəmbər (s) deyib müalicə olunun.
başqa bir hədisdə deyib Allah qocalmaaqdan başqa bütün xəstəliklərin dərmanını verib.
Bu niyə şirk və ya bidət oldu başa düşmədim.



#93053 Mövludun hökmü

Отправлено автор: hənbəli_84 25 июня 2012 - 10:04 в Şiə-sünni dialoqu



Səncə mən bilmirəm ki təqlid nədir ? Yaxşı, bəs sən heç bilirsən ki, təqlid nədir ?



Sən heç bilmirsən təqlid nədir.

Təqlid söhbətinə girişsək İnşəAllah sən haqsız çıxarsan.

Təqlid heç bir dəlil (ayə və ya hədis) olmadan kiminsə etdiyi əməli qəbul etmək və əməl etmək deməkdir.

Məsələn mən Mövludu qeyd etmirəm.

Mənim dəlillərim:

1-ci dəlilim:
Rəsulullah sallallahu aleyhi və səlləm demişdir: “Məni nəsranilərin Məryəm oğlu İsanı mədh etdikləri kimi mədh etməyin. Şübhəsiz ki, mən də bir qulam. Elə isə mənə, Allahın qulu və elçisi deyin”.

nəsranilərin İsanı (ə) mədh etmə üsullarından biri də İsanın (ə) mövludunu qeyd etməkdir. Peyğəmbər (s) isə deyir ki, bunu etməyin.

2-ci dəlilim:
Peyğəmbər (s) və səhabələr Mövludu qeyd etməmişlər. Bu məsələ ilə bağlı hətta zəif hədis də yoxdur.

Mən də Peyğəmbəri (s) təqlid edirəm və onun yolu ilə gedirəm.

3-cü dəlilim:

Peyğəmbər (s) demişdir: Dinə olunan hər bir əlavə, yenilik bidətdir, hər bir bidət zəlalətdir, hər bir zəlalət isə oddadır.

Mövlud da dində olunan yenilikdir. Peyğəmbər (s) bunu qadağan edib.

4-cü dəlilm:

Allah (subhənə və təalə) buyurur:
5:3
Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.

Bu ayədən sonra olanlar dinə aid deyil. Bu ayəyə qədər olanlar İslamdan sayılır. Mövlud isə ilk dəfə təqribən hicrətdən 300 il sonra qeyd edilməyə başlanılıb.
Deməli Mövlud İslam dininə aid deyil.

5-ci dəlilim:

Səhih Müslüm. 36. Hər aydan üç gün oruc tutmanın və aşura, ərəfə, bazarertəsi və cüməaxşamı günlərində oruc tutmanın müstəhəbliyi babı. Hədis 2804
Bizə Muhəmməd ibn Musənna və Muhəmməd ibn Bəşşar dedilər (Sözlər ibn Musənnaya aiddir): Bİzə Muhəmməd ibn Cəfər Şü`bədən nəql edərək dedi: Ğəylan ibn Cərir dedi ki, Əbdullah ibn Mə`bəd Zəmmanidən eşitdim ki, Əbu Qətadə Ənsari (r.ə.) dedi: Peyğəmbərdən (s) onun (Peyğəmbərin) oruc tutması barəsində soruşdular və Peyğəmbər (s) qəzəbləndi. Belə olduqda Ömər dedi: „Biz Rəbbimizin Allah, dinimizin İslam, Peyğəmbərimizin isə Muhəmməd (s) olmasına və bey`ətimizə razı olmuşuq.“ Bunun ardınca Peyğəmbərdən soruşuldu: Bütün il oruc tutmağın hökmü nədir? Həzrət (s) buyurdu: Beləsi nə oruc tutub nə də iftar edib. Sonra iki gün oruc tutub bir gün iftar etməyin hökmü soruşuldu. Buyurdu (s): „Buna kimin taqəti olar?“ Sonra bir gün oruc tutub iki gün iftar etməyin hökmü soruşuldu. Buyurdu (s): Kaş Allah bunun üçün bizə qüvvət verərdi. Sonra bir gün oruc tutub, bir gün iftar eləməyin (oruc tutmamağın) hokum soruşuldu. Buyurdu: Bu qardaşım Davudun (ə) orucudur. Sonra bazar ertəsi günü oruc tutmağın hokum soruşuldu. Buyurdu: Bu gün mənim doğum günüm və peyğəmbərliyə çatdığım gündür.

Peyğəmbər (s) özünün doğum günü ilə əlaqədar ancaq həftənin birinci günləri oruc tutub. İldə bir dəfə qeyd edilən Mövlud bayramı olmuyub.

6-cı dəlilim:
Allah (subhənə və təalə) buyurur:

3:85
Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!

Bu əməl İslamda olmadığına görə bu əməl vasitəsilə Allaha yaxınlaşmaq istəsək o əməl Allahdan qəbul edilməz.


Mən bu qeyd olunan dəlillərə əsasən Mövludu qeyd etmirəm. Mən Muhəmməd Saleh əl Munəccidə baxaraq hərəkət etmirəm.

Əgər mən bu dəlilləri bilməsəydim və Muhəmməd Saleh əl Munəccid Mövludu qeyd etmədiyinə görə Mövludu qeyd etməsəydim onda mən Muhəmməd Saleh əl Munəccidi təqlid etmiş olardım. Ancaq bu belə deyil.

Mən bildiyimə görə şiə əqidəsinə görə hansısa müctəhidi təqlid etmək vacibdir.
Gəlin təqlid etdiyimiz şəxsləri müqayisə edək.

Peyğəmbər (s) və Əli (rad) Mövludu qeyd etməmişlər. Bu məsələ ilə bağlı hətta zəif hədis də yoxdur.

Mən Mövludu qeyd etməməklə Peyğəmbəri (s) təqlid edirəm. Mən Mövludu qeyd etməməklə Əlini (rad) təqlid edirəm.Sən Mövludu qeyd etməklə kimi təqlid edirsən?




Əxi, sən bura bizimlə "qaçdı-tutdu" oynamağa gəlmisən ? :rolleyes:

Ya tutaq , ya da tutmayaq!

Bu sözləri sən deyirsənsə, sənün dəlünün nədi ? Nəyə əsasən deyirsən ?

Yox, sən demirsənsə, əl-munəccid deyirsə , kimdi bu əl-munəccid ki, sən ona təqlid edirsən ?



Əl-Münəccid dəlillərini göstərək deyir.
Quranda Mövludu qeyd etmək yoxdur. Hədislərdə Mövludu qeyd etmək yoxdur.
Səhabələr, on iki imam Mövludu qeyd etməyiblər.

Sənə bəs deyil?




Peyğəmbər (s.a.s) təravih namazı qılırdımı ?

O (s.a.s) qılmayıbsa sən niyə qılırsan ?



Peyğəmbər (s) təravih namazı qılıb. Kim deyib ki, qılmıyıb. Sən birinci get Sünnəni öyrən.



İstəyirsən başqa dəlillər də gətirim ?


gətir


Bundan əlavə, lap deyək ki, bu bidətdir.


İbn Teymiyyəvizin etirafına görə İmam Şafei deyib ki, bidət iki cürdü.

Yaxşı bidət

Zəlalətə salan bidət


İbn Teymiyyə də bu fikrə etiraz eləmir.

Niyə ?

Çünki, bu bidəti xəlifəviz Ömər ikiyə bölüb :rolleyes:

İndi deyək ki, bu mövlud "bidətdi" , amma, "yaxşı bidətdi" etirazun var ?


İlk əvvəl bu dediklərinə link qoy.

İmam Şafei (Allah ona rəhim etsin)deyib ki, Peyğəmbər (s) elə hədisini tapsaz ki, mən dediyimə zidd olsun. Onda mən dediyimi tərk edin Peyğəmbərin (s) hədisini götürün.
Peyğəmbər (s) deyib ki, hər bir bidət zəlalətdir.

Ömər (rad)bidət iki yerə bölməyib. Təsnifatmı verib? Ömərin (rad) "gözəl bidət" dediyi əməl həəqiqətən bidət idimi?
Ömər (rad) nə niyyətlə bu sözü demişdi?


2. Peyğəmbərin (s.a.s) və imamların (ə) bir şeyi etməməsi həmin şeyin haram olmasına dəlil deyil.

İndi mən bunu edirəmsə, sənin dəlilin var ki, bu məsələ haramdı, şirkdi və ya zəlalətə salan bidətdi ? :rolleyes:



dəlilləri yuxarıda göstərdim.



#93058 Mövludun hökmü

Отправлено автор: hənbəli_84 25 июня 2012 - 10:20 в Şiə-sünni dialoqu


Ey müsəlmanlar ayılın!

Siz dində yenilik etməyəmi dəlil gətirmək istəyirsiniz?

Təsəvvür edin hər on illikdə müsəlmanlar bir yenilik etsələr din ilkin vaxtından nə qədər çox fərqlənər.

Təsəvvür edin olunan bidətlər o qədər böyüdülür ki, bəzən bidətlər vaciblərdən önə keçir.
Məsələn şiələr Hüseynə (rad) matəm ayı olan Məhərrəmliyi Allaha ibadət ayı olan Ramazan ayından daha böyük şəkildə keçirdirlər.
Ramazanda və adi vaxtlarda məscidə namaz qılmağa getməyən insanların böyük hissəsi Məhərrəmlikdə məscidə şaxsey-vaxsey deməyə gedirlər.
Halbuki Quranda Ramazan ayı və namaz qılmaq var, Məhərrəm ayı və şaxsey-vaxsey demək yoxdur.

Təsəvvür edin müxtəlif regionlarda yaşayan müsəlmanlar hərə öz aliminə görə müxtəlif yeniliklər etsə müsəlmanlar özləri bir-birlərindən nə qədər çox fərqlənər.
Müsəlmanlar indiki dövrdə çoxlu sayda firqələrə bölünməsi və bir-birilə ixtilafda olması məhz bu dində olan yeniliklər səbəbindəndir.

Hamı dini Peyğəmbər (s) və səhabələr kimi başa düşsə və yaşasa müsəlmanlar arasında yekdillik və birlik olar.

bir hədisdə gəlir:
Peyğəmbər (s) demişdir: “Dinə olunan hər bir əlavə, yenilik bidətdir, hər bir bidət zəlalətdir, hər bir zəlalət isə oddadır.”

başqa bir hədisdə gəlir:
Peyğəmbər (s) demişdir: “Kim mənim sünnəmdən üz çevirsə məndən deyildir”

Bu hədislər Əhli Sünnə məbələrindən olduğuna görə qəbul etmirsinizsə onda Quran ayələrinə görə qərar verin.

Allah (subhənə və təalə) buyurur:
5:3
Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.

Bizim İslam dini kamil edilmiş dindir. Kamil nə deməkdir? Yəni mükəmməl.
Dində yenilik edən dində çatışmamazlıq olduğunu iddia etmiş olur. İddia etmiş olur ki, dində bu çatışmır. Bunu da etsək din daha gözəl olar.

Ayədəki “tamamladım” sözünə fikir verin. Yəni bu ayədən sonra olanlar İslam dininə aid deyil.

Allah (subhənə və təalə) buyurur:

3:85
Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!

Dində olan yeniliklər İslam dininə aid deyil.
Deməli dində olan yeniliklər ilə biz Allaha yaxınlaşmaq istəsək bu Allah tərəfindən qəbul edilməz.

Allah (subhənə və təalə) buyurur:

4:59
Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.

Peyğəmbər (s) Mövludu qeyd etməmişdir. Bu məsələ ilə bağlı hətta zəif hədis də yoxdur.

Allah (subhənə və təalə) buyurur:

4:65
Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.

Peyğəmbər (s) Mövludu qeyd etməmişdir. Bu məsələ ilə bağlı hətta zəif hədis də yoxdur.

Dİndə yenilik edən şəxs iddia etmiş olur ki, Allah və Peyğəmbər (s) dini bizə tam çatdırmıyıblar.
Dİndə belə bir əməl də olmalı imiş.

Dİndə yenilik edən şəxs iddia etmiş olur ki, dində belə bir gözəl əməl var imiş, Allah və Peyğəmbər (s) bilməyib bizə deməyiblər. Biz onlardan daha bilikliyik. Biz bilirik.

Əvvəlki ümmətlərə baxın xristianların dində etdiyi yeniliklər ilə onların dinini nə qədər dəyişib.
Baxın görün onların qeyd etdiyi mövlud hazırkı dövrə hansı şəkildə gəlib çatıb. Şaxta babalı, yolkalı mövlud bayramı.



#93055 Mövludun hökmü

Отправлено автор: hənbəli_84 25 июня 2012 - 10:09 в Şiə-sünni dialoqu

Sahih Buhari, KİTÂBU'S-SALÂT

(NAMAZ KİTABI), Peygamber Mescidinin Yapısının Yapılması Babı

Bize Nâfi' tahdîs etti. Ona da Abdullah ibn Umer ® şöyle haber vermiştir: Mescid, Rasûlullah zamanında ham kerpiç ile bina Olunmuş idi. Çatısı hurma dalları, direkleri de hurma gövdeleri idi. Ebû Bekr (genişletme ve süsleme nev'inden) hiçbir şey ziyâde etmedi. Umer (yalnız enini boyunu) artırıp, Rasûlullah zamanındaki bina tarzına göre kerpiç ve hurma dallarıyle bina etti ve direklerini de tekrar ağaç olarak koydu. Sonra Usmân mescidin binasını (genişletme ve süslendirme olarak) değiştirdi ve hem de çok genişletti. Duvarlarım da (kerpiç yerine) nakışlı taşlarla ve kireçle bina etti. Ve direklerini nakışlı taşlardan, tavanını da sâç ağacından yaptı.

hənbəli_84, buyur sualıvı bir də ömər və osman üçün təkrar et ki, Rəsulullah(s.ə.a.s) məscidi dəyişdirmədiyi, dünya malıyla, naxışlarla bəzəmədiyi və bunu da məsləhət görmədiyi halda Ömər və Osman nə üçün bunu etdilər? Çox ağıllı idilər?


Məscid tikmək və məscidi təmir etmək Sünnədə gəlir. Ona görə bu bidət deyil.
Məsələn hədislərdə gəlir ki, Peyğəmbər (s) əvvəllər xütbələri bir kötüyün üzərinə çıxıb deyərdi. Sonra iki pilləli və bir oturacağı olan minbər düzəldilir.



#98714 Rafizilərin qəbrə səcdəsi

Отправлено автор: hənbəli_84 16 мая 2013 - 08:12 в Şiə-sünni dialoqu

Rafizilərin qəbrə səcdəsi


http://www.youtube.com/watch?v=_QV0SpYUxXQ&feature=youtu.be

Görək bunun adını nə qoyacaqsınız? Yenə "təvəssül"?



#93880 Şiələrin əqidəsi ilə bağlı dəlillər

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 14:57 в Şiə-sünni dialoqu

Bismilləhirrahmənirrahim

Ey şiələr əgər üləmaya ibadət etmirsinizsə aşağıdakı məsələlərə öz kitablarınızdan dəlil gətirin:

1) imamlar müqəddəsdirlər
2) bizim üçün mübah əməllər imamlar üçün günah hesab olunur
3) imamlar günahsız və ya məsumdurlar

Çox xahiş edirəm, əxlaqlı insanlar müzakirəyə qatılsın.




Рейтинг@Mail.ru