Перейти к содержимому


Публикации hənbəli_84

224 публикаций создано hənbəli_84 (учитываются публикации только с 17-июня 23)



#93861 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 08:21 в Şiə-sünni dialoqu




Doğurdan ? :rolleyes:

Zəhmət olmasa göstərərsən!

Bundan əlavə, İmam Xomeyni (r.a) də məsum deyil, ictihad edib xəta edib bir savabını qazana bilər. SƏn mənə icmanın fikrini göstər, icmanın! ))



Bəs İmam Xomeynini təqlid edənlər? Onlardamı səhv edirlər?
Sizdə icma rəyimi götürülür yoxsa təqlid etdiyin alimin fikri?
Sən kimi təqlid edirsən?

Bütün yazdıqlarını təqlid etdiyin şəxsdənmi götürüb yazırsan?



#93717 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 09 июля 2012 - 08:47 в Şiə-sünni dialoqu

Qatıq ağdır olmağına sizlər üçün anlamaq mahaldır.

Nəhcül-Bəlağədə bəlağət yoxdur sözüvə gəlincə ay zavallı, bil ki, ərəb ölkələrində Nəhcül-Bəlağənin bəlağəti dərsləri keçirilir. Corc Cordaq kimi xristian bunu qandı amma siz sələfilər qanmadınız. Çünki qanmaq üçün ağıl lazımdır ki, o da sizlərdə yoxdur.


Sən qanansansa qandığıva dəlil gətir. Hər yerdə öz ağlından danışırsan. Heç bir dəlil yoxdur. Sizin üçün dəlil ancaq siz mügtəhidlərin uydurduğu batil əqidədir.

Deyirsən ki,

"bizim üçün mübah onlar üçün günahdır."

1) dəlili nədir?
2) Onlar üçün günah idisə niyə günahlardan çəkinmirdilər?
3) Nə bilirsən ki, bu hədislərdə onlar bu sözləri sən dediyin mənada deyirlər? Onların qəlbinə giribsən?



#93336 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 03 июля 2012 - 10:17 в Şiə-sünni dialoqu

bu adam səfehin lap öndə gedənidir, bunun məqaləsəini "şiə bəyannaməsi" adı ilə ortalığa atanlar isə ondan da səfehdirlər. qısa cavab üçün linkə baxın: http://www.velayet.c....html#msg156655


Yəhudilərdən də kimsə haqqı araşdırıb İslama gəlsə yəhudilər həmin adamı səfeh və kafir adlandıracaqlar. Bu təbii bir haldır.

Mümkünsə bu şəxsin tərcüməyi halını yerləşdirin. Görək bu insan kim olub və harda təhsil alıb.



#92671 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 14 июня 2012 - 09:11 в Şiə-sünni dialoqu

Qardaşlar, Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!





Bu hənbəli_84 nikli nasibinin də maskası cırıldı . Artıq görürsüz ki, səviyyəsiz vahabi alimləri kimi səviyyəsiz - səviyyəsiz danışır.

Görürsüz ki, suallara cavab verə bilmir, verdiyi suallara da tutarlı cavab verilib ağzı yumulub.

İndi bir dənə çıxış yolu qalır : Səviyyəsizliyini aşkar eləmək! Məhz bunu edir.

Əvvəldə də şiələrə iftira atan bu nasibi, bu şərhlərində də ağzına gələni danışır, yalan deyir, şər, böhtan atır.

Çox güman ki, səviyyəsizliyini elə bu şəkildə də nümayiş etdirəcək.

Başqa əlindən nə gəlir ki ? Alimi Əməviyyə məzhəbinin ardıcıllarından olan İbn Teymiyyə kimi səviyyəsiz olanın özü də səviyyəsizlikdə ondan geri qalmamalıdı axı :rolleyes:



Bu nasibilər elə bilirlər ki, cürbəcür niklərlə gəlməklə nasibiliklərini gizlədə biləceylər .

Nə isə ... BOş verün getsün! :rolleyes:


Hər kəsin öz səviyyəsinə görə söhbət edirlər.
Səviyyəsiz söhbətə birinci kim başladı?
"Kalori bidətdir" sözünü kim dedi?



#93862 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 08:23 в Şiə-sünni dialoqu




Ələsgər sənin əxivin əmisidi mənim yox ))

Elə sənin də tərcümələrin əxin Əlixanın tərcümələrinə oxşayır.

Əlixanın da tərcümələri Ələsgərin tərcümələrinə ))

Deməli, elə səni tərcümələrin ələsgərin tərcümələrinə oxşayır ))


Ələsgər Əlixanın əmisi olanda nə olur ki?
Əbu Ləhəb də Peyğəmbərin (s) əmisidir.



#93863 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 08:29 в Şiə-sünni dialoqu



Yaxşı, İbn Kəsir Quranı nəyə əsasən təfsir edib ? Batil əqidəvizə görə ?

İbn Teymiyyə hədisləri, ayələri nəyə görə şərh edib ? Batil əqidəvizə görə ? Sən niyə buna təhrif demirsən ?

Ay balaca, sən heç bildün ki, mən nə dedim ?

Mən dedim ki, ŞƏRH yazıb ? :rolleyes:

Sən heç qanmırsan mən nədən danışıram, başun girmir, bədənivi soxursan!

Get də, get başqa yerdə oyna! :rolleyes:



SƏn söhbəti başa düşmürsən.
Özün dedin ki,


"Tərcüməni şərhinə görə yazıb"

Buna təhrif deyilir.

Doğru olan olduğu kimi tərcümə eləməlisən, altında şərh verməlisən. SƏn özün qanmırsan təhrif nədir, şərh vermək nədir.



#93879 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 14:53 в Şiə-sünni dialoqu

Bundan əlavə!

Ay ALlahın qanmaz məxluqları!

Osman əl-xəbis hənbəli_84!

Nəyisə müzakirə etmək istəyirsizsə, buyurun uyğun mövzularda müzakirə edək!





Suallar qarşısında aciz qalıbsan bilmirsən neyniyəsən?

Batil əqidə sahibi olanda belə olur da. Get soyuq su iç.

Mən verdiyim suallara sizin əqidədə cavab yoxdur? Hər suala bizim əqidədə oxşar misal tapmaqla cavab vermək istəyibsən.

Bir də ki, sənin kimi əxlaq sahibi ilə nə müzakirə edəcəyik?



#93867 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 09:03 в Şiə-sünni dialoqu

Ey şiələr əgər üləmaya ibadət etmirsinizsə aşağıdakı məsələlərə dəlil gətirin:

1) imamlar müqəddəsdirlər
2) bizim üçün mübah imamlar üşn günah hesab olunur
3) imamlar günahsız və ya məsumdurlar



#93865 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 09:00 в Şiə-sünni dialoqu




Bəlkəyə qalsa, bəlkə elə sünni və vahabi ülaması yolunu azıb. Xristian ülaməsı da yolunu azıb. Ülamə huccət deylsə,başına deysün İbn teymiyyənin də, digər alimlərivizin də yazdıqları. Razısan ? )

Sən ülaməyə ibadət edirsən ? Onda başına dəysün İbn Teymiyyənin yazdığı kitablar. Heç biri huccət deyil. Razısan ?
Get sən də dəlillərlə araşdır.
Hə ... Sİzin də şərhlər dəlillərlə olmalıdır. Onda başına deysün İbn Teymiyyənin hədislərə verdiyi şərhlər. Başına deysün İbn KƏsirin Qurana verdiyi təfsir. get özün araşdır. Alimlərivizə ibadət eləmə!
Şərh dəlillə olmalıdı. Nə ki, sizin batil əqidəvizə uyğun gəlmirsə səhih deyil.

Nə uyğundur səhihdi hə?
Sən burda nağıl danışma. Get araşdır gör bu hallardan hansıdır?
Bəsdir üləmaya ibadət etdin. :rolleyes:
Sən get başqa yerdə oyna balaca! :rolleyes:

Sən qanmırsan ? Yoxsa, ümumiyyətlə səndə qanma qabiliyyəti yoxdur ? :rolleyes:
Bütüüüüüüüün bu və bu kimi hədislərə vaqif olan üləma İCMA OLARAQ qəbul edib ki, 14 kimsə məsumdur.

Bunun əksinə, hansı hədis gəlsə, dediyimiz hallardan birindədir. BU mütləqdir.

Özü də mən demədim səhihdi ya səhih deyil. Qanmırsan ? Ya sözləri başa düşmürsən ?

Sənə dedim ki, SƏHİH OLSA BELƏ HUCCƏT DEYİL! :rolleyes:


Çünki, mutəvatir deyil. Sən "səhih" , "huccət", "mutəvatir" anlayışlarını qanırsan ?


Mutəvatir olseydi, bizim üləma nəinki bunun əksini, mütləq bunu qəbul edərdi.

Şiə üləması icma olaraq nəyi qəbul edibsə, o da huccətdi. :rolleyes:

Şübhələrə qalsa, get hələ öz alimlərivizdən şübhə eləginən də ))

Xeyir ola gedib gəlib bizim alimlərdən şübhə edirsən ki ?

Heç öz alimləriviz haqqında bircə dəfə , bircə dəfə də olsa şübhə eləmisən ki, BƏLKƏ BİZİM ALİMLƏRİMİZ YOLUNU AZIB ? AXI, XRİSTİANLAR DA YOLUNU AZIB!

Buna mütləq cavab ver :

Şübhə eləmisən ya yox ?



Bundan əlavə!

İddianı edən sənin nasibi əxin olub, sübutu də gərək o gətirsin!

Başun girmiyən yerə bədənivi soxma!

Yoxsa, mən səndən! Sırf səndən Quranın təfsirini istəyəcəyəm. Özü də bütün ayələrin təfsirlərini bircə bircə . Gətirəcəyin hədisləri bircə bircə səndən soruşacağam. O hədislərin səhih olub-olmamasını da səndən soruşacağam. Nəyə görə səhih olub-olmamasını da . Ravilərininin hansının etibarlı , hansının etibarsız olmasını soruşacağam. Bundan əlavə. Ravilərin də etibarlı olub olmamasını özün qeyd edəcəksən. Rical kitablarıvıza əsasən yoxaaaa. Rical kitablarını yazanlar da alimlər, insanlardı. Məhz özün araşdıracaqsan etibarlıdılar ya yox. Daha mən bilmirəm, yatıb yuxuda görəcəksən, sənə ilham olunacey ya necə ... Axır ki, hallarını özün qeyd edəcəksən! :rolleyes:

İbn Kəsir, İbn teymiyyə və sair bu kimi alimlərivizin də kitablarından dəlil gətirə bilməzsən. Çünki, biz onların kitablarını sənin məntiqinlə çırpdıq öz başlarına! :rolleyes:

Nə deyirsən ? Razısan ?



Sən deyəsən ömürboyu səhabələr arasındakı ixtilaflı məsələləri, imamların şişirdilməsini və Əhli Sünnənin zəif hədislərini öyrənibsən. Sən deyəsən heç Tövhidi öyrənməyibsən və başa düşmürsən.

Sənə məsləhət görürəm ki, bir dəfə gedib sələfi alimlərin yazdığı Tövhid kitablarını oxuyasan. Oxu gör sələfi əqidəsində Tövhid nədir? Sonra bəlkə haqqı qəbul edərsən.

Bax sənə yenə deyirəm. Yəhudi üləması da, Xiristian üləması da, Buddistlərin üləması da və s. üləmalar yolunu azıb.
Təsəvvür elə həmin üləmaların ardınca gedən şəxslər özlərini haqq yolda hesab edirlər.

Bəlkə sən də belə azıbsan.
Bir neçə gün lazımdır bir kitabı oxumağa get gör oxu gör sələfi əqidəsində Tövhid nədir?
Alimlərə ibadət nədir?

Sələfi əqidəsində istər alimlər kitab yazsın, istər fətva versin dəlilləri göstərirlər.
Dəlillər ayələrə və səhih hədislərə olmalıdır.

Alimin kim olmağından asılı olmayaraq dəlilsiz danışan alimin sözü qəbul olunmur.
Bütün camaat Quranı və hədis kitablarını öyrənməyə təşviq olunur. Mədinədə hətta Qurandan əlavə 6 hədis kitabını bütün raviləri ilə əzbər bilən insanlar var.

Sizdəki kimi hər müctəhid heç bir istinad vermədən bir risalə yazmır.
Və İnsanlara da təbliğ olunmur ki, bir alimi seçin təqlid edin.

Qaldıki hədislərin səhih olub-olmamasının araşdırılmasına

Hər kəs imkanı çatdığı qədər öyrənir.
Başqa bir tərəfdən əksər hədislərlə bağlı Əhli Sünnənin alimlərinin rəyi ya eynidir, ya da oxşardır.
İstər hənəfi, istər şafi, istər maliki, istər hənbəli məzhəbinin alimləri olsun. Rəylər əksər hədislərdə üst-üstə düşür.

Qaldı ki, mən heç fikirləşmişəm ki, Əhli Sünnə alimləri və Sələfi alimləri yollarını azıblar?
Bəli fikirləşmişəm və əvvəl bu fikirdə olmuşam. Dədəm, babam, nəslim şiə əqidəsində olub. Özüm araşdıraraq gəlmişəm sələfi əqidəsinə.

Bir neçə gün lazımdır bir kitabı oxumağa get gör oxu gör sələfi əqidəsində Tövhid nədir?
Alimlərə ibadət nədir?



#93864 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 08:36 в Şiə-sünni dialoqu

Ey qoyun yığını, əgər belə dəqiq bilirsizsə, imamlar(ə) böyük günah sahibidirlər, o zaman birini misal gətirin.


Əvvəla qoyun sən və sənin kimilərdi ki, tək bir yaradan Allahı qoyub, Allahın yaratdıqları əməlisaleh insanlardan, onların qəbirlərindən və əşyalarından kömək istəyirsən.

İkincisi heç kim demədi ki, imamlar böyük günah sahibidirlər. Ancaq günahsız da deyillər. Kiçik günahlar hamıda olur. Bununla bağlı qardaş sizin kitablardan hədislər gətirdi.

Sən dəlillər gətirə bilmədin. Haqqı qəbul etmək əvəzinə təkəbbürlük göstərib inkar edirsən.



#92571 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 11 июня 2012 - 16:24 в Şiə-sünni dialoqu

N_ن_N
Salamu aleykum qardaw. Seni yene de suallarimla narahat edirem)) Bes Peygember s.a.v.a.s.qizlarini bu nadurust osmana niye, hansi meqsedle verib? Bu haqda tarixde melumat var?


Muheqqiq, çox gözəl sual veribsən. Uca Allahın izni ilə belə araşdırsan haqqı taparsan.

Həmçinin nəzərə al ki, Peyğəmbər (s) Allahın elçisi idi. Allah isə insanların keçmişini, gələcəyini, qəlbində olanları, aşkarda və gizlində etdiklərini bilir.

Allaha çoxlu-çoxlu həmd olsun.

Əhli Sünnə mənbələrində Osman (radiallahu anhu)Peyğəmbərin (s) ən yaxın və ən fəzilətli səhabələrindən biri kimi vəsf olunur.
Onu həmçinin "Zunnurreyn" də adlandırırlar. Mənası "iki nur sahibi" deməkdir.
Peyğəmbərin (s) iki qızı ilə evli olduğu üçün bu ad ona verilib.

Şiələrin əqidəsinin əsası budur ki, hamı pisdir təkcə Əli (radiallahu anhu)yaxşıdır. Fərqi yoxdur kimdir Əlidən (radiallahu anhu) başqa hamını pisləyir haqlarında böhtançı rəvayətlər uydurur, Əlini (rad) isə olduğundan artıq şişirdirlər.
Az qalır desinlər ki, bütün səhabələr kafir olub bir dənə Əli (radiallahu anhu) belə fəzilətli olub.

Bənzər sualları mən də verirəm.
Peyğəmbər (s) niyə Əbu Bəkr (rad), Ömər (rad)və Osman (rad) ilə dostluq edirdi?

Peyğəmbər (s) niyə Əbu Bəkrin (rad) qızı Aişə (radiallahu anhə) ilə evlənir?

Peyğəmbər (s) niyə Ömərin (rad) qızı Həfsə (radiallahu anhə) ilə evlənir?

Məgər Peyğəmbər(s) Allahın elçisi deyildi? Məgər Peyğəmbər(s) Allahın elçisi ola-ola özünə mömin dostlar və mömin zövcələr seçə bilmirdi?

Əgər Peyğəmbər(s) Allahın elçisi ola-ola özünə mömin dostlar və mömin zövcələr seçə bilmirdisə bizə necə dost seçmək və yaxud zövcə seçmək ilə bağlı məsləhətlər verə bilər?



#92670 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 14 июня 2012 - 09:11 в Şiə-sünni dialoqu

Qardaşlar, Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!





Bu hənbəli_84 nikli nasibinin də maskası cırıldı . Artıq görürsüz ki, səviyyəsiz vahabi alimləri kimi səviyyəsiz - səviyyəsiz danışır.

Görürsüz ki, suallara cavab verə bilmir, verdiyi suallara da tutarlı cavab verilib ağzı yumulub.

İndi bir dənə çıxış yolu qalır : Səviyyəsizliyini aşkar eləmək! Məhz bunu edir.

Əvvəldə də şiələrə iftira atan bu nasibi, bu şərhlərində də ağzına gələni danışır, yalan deyir, şər, böhtan atır.

Çox güman ki, səviyyəsizliyini elə bu şəkildə də nümayiş etdirəcək.

Başqa əlindən nə gəlir ki ? Alimi Əməviyyə məzhəbinin ardıcıllarından olan İbn Teymiyyə kimi səviyyəsiz olanın özü də səviyyəsizlikdə ondan geri qalmamalıdı axı :rolleyes:



Bu nasibilər elə bilirlər ki, cürbəcür niklərlə gəlməklə nasibiliklərini gizlədə biləceylər .

Nə isə ... BOş verün getsün! :rolleyes:


Hər kəsin öz səviyyəsinə görə söhbət edirlər.
Səviyyəsiz söhbətə birinci kim başladı?
"Kalori bidətdir" sözünü kim dedi?



#92602 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 12 июня 2012 - 11:41 в Şiə-sünni dialoqu



Bismilləh.
Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!

Sən də mənim salamıma cavab verməmisən!

Əxican, bilirsən biz burda olduğumuz qısa zaman zərfi içində nə qədər vahabi aferistlər, artistlər görmüşük ? )

Hamısının da oxşar iradları olub : "suala cavab verməmisən", "cavab məntiqsizdir" və s. Odur ki, sənin də belə irad tutmağın məni heç də təəccübləndirmədi.

Bundan əlavə sən burda mübahisə etməyə gəlmisən ya sual verməyə ?

2. SUbhanALlah! Bu suala artıq cavab verib və ətraflı da izah edilib. Muhəqqiq qardaşımız da cavab da razı qalıb. Əgər etirazı olsa, özü edər. Sən kimsən ki, kiminsə adından nə isə danışasan ? )

Yaxşı, sən özün ayrıca sual verirsənsə, gəl sənə cavab verim )

Əvvəla, qeyd edildiyi kimi, bu barədə rəy müxtəlfliyi mövcuddur ki, o qızlar peyğəmbərin (s.a.s) qızları olub ya yox.

İkincisi, cavab verildi ki, əgər qızları olubsa da OSMAN FƏZİLƏTLİ OLUB DEYƏ, FƏZİLƏTLİ ADAMA QIZ VERMƏK MƏQSƏDİ İLƏ verilməyib .

BU da açıq -aşkar yazılmışdı. İndi sən başa düşməmisən bizim nə günahımız var ki ?

Yox əgər iddia edirsənsə ki, peyğəmbərin (s.a.s) məqsədi bu deyildi, başqa idi, o zaman buyur sən dəlil gətir, sübut elə ki, OSMAN MƏHZ FƏZİLƏTLİ OLDUĞUNA GÖRƏ PEYĞƏMBƏR (s.a.s) qızlarını ona vermişdi. Mütləq cavab gözləyəcəyəm!



Sən deyirsən ki, məqsəd filan şey olmuyub. Məqsəd özü nə olub bundan danışmırsan.

Məqsəd nə olub de görək?

Sən verilmiş sualı bir neçə dəfə oxu bəlkə başa düşəsən səndən nə soruşulur



#92595 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 12 июня 2012 - 10:36 в Şiə-sünni dialoqu

Beli Peygemberler serf elemir onu xec kes inkar etmir!Ve kim deyib ki ALLAHIN Resulu (s) ozu elci gonderib aisheyenin ve hefsenin evlerine?abu bekir ve omer can oz ishlerni cox gozel bilirdiler ve oz gizlarni gesten ALLAHIN Resuluna (s) caliyiblar!O ki galdi osman4ika,ALLAHIN Resuli (a) oz gizlarni ona vermemishti o Xanim Xeticenin (k) bacisinin gizlariydi!


Sən özün öz yazdıqların haqqında heç fikirləşirsənmi?

Peyğəmbərin (s) öz razılığı olmadan Aişə (rad) və Həfsə (rad) ilə evlənmişdi?
Lap deyək ki, calamaq istəyiblər Peyğəmbər (s) o qədər zəif insan idi ki, etiraz edə bilmirdi və öz istəyini ifadə edə bilmirdi?
Allah sənə hidayət versin.

Lap tutaq ki, Xədicənin bacısının qızları idi. Yaxşı sənin fikrincə Xədicənin bacısının qızlarını niyə münafiq Osmana vermişdi?
Öz qızlarına başqa cür yanaşırdı, başqasının qızlarına başqa cür?
Öz qızını başqa qızlardan üstün tuturdu?



#92590 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 12 июня 2012 - 09:05 в Şiə-sünni dialoqu




Məgər süzün əqidəvizə görə peyğəmbərlər də (ə) səhv eləmirlər ? :rolleyes:



Bəs sizin əqidəvizə görə isə peyğəmbərlər səhv eləmir. Onda nəticədə alırıq ki, bu evliliklər doğru olub.
Həm Aişə (rad), həm Həfsə (rad), həm də Osman (rad) mömin olublar.



#92587 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 12 июня 2012 - 08:41 в Şiə-sünni dialoqu

henbeli_84. Ebumekr omer ve osmanin fasiq ve munafiqliyi tekzibolunmazdir ve Peygember s hec vaxt bu 3 munafiqle dost olmayib bu oz yerinde. Diger suallarinla bagli forumda geniw muzakireler var maraqlansan tapib oxuya bilersen.


Muheqqiq

Sən niyə İslamı bu forumdan öyrənirsən. Bəlkə bu forumda məsələlər birtərəfli işıqlandırılır. Bəlkə Əhli sünnə tərəfdən bu forumda elmli şəxslər iştirak etmir və ya iştirak etsə də məsələləri kifayət qədər izah etmirlər.

Haqq-hesab günü Allahın qarşısında nə cavab verəcəksən? Deyəcəksən dini forumdan öyrənmişəm?

Əhli Sünnənin mötəbər hədis kitablarında Əbu Bəkr (rad), Ömər (rad), Osman (rad)və Əli (rad) səhabələrin hər birinin fəzilətləri haqqında yüzlərlə hədislər var.


Bu hədisləri oxuyandan sonramı bu qənaətə gəlibsən? Yaxud bu hədisləri oxuyubsanmı?

Buxaridə və Müslimdə Bu səhabələrin fəzilətləri haqqında ayrıca bablar var.
sən fikirləşirsən ki, Buxari də, Müslim də, Tirmizi də, İbn Macə də, Əbu Davud də, Nəsai də, Beyhəqi də, imam Malik də və s. böyük hədis alimləri oturub bu səhabələrin fəzilətləri haqqında hədislər uydurub?

Niyə bu yüzlərlə hədisi qəbul etmirsən?

Gəl məsələyə belə yanaşaq:
Bu səhabələr haqqında 2 qrup hədislər var
1) onların fəzilətləri haqqında
2) onların münafiqliyi haqqında

Aydındır ki, bu qruplar bir-birinə ziddir.İkisindən biri doğrudur, digəri uydurmadır. Peyğəmbərin (s) öz iki qızını Osmana (rad) ərə verməsi hansı qrup hədislərin doğru olduğuna dəlalət edir? Bir az bu haqda fikirləş.



#92669 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 14 июня 2012 - 09:09 в Şiə-sünni dialoqu

Sene yenede bu suallari unvanlayiram evvel gerek bilinsinki sen umumiyyetle ne ile qidalanirsan

ki bizde hemen qidalardan istifade edek seninle sohbete gucumuz taqetimiz olsun

yoxsa sen gelib ele enerji gosterirsen ki burda fovqelade bacarigina lap mat qaliram

yazirsan ki




evvela sen hele menim eqidemin ne oldugunu bilmirsen ? ve hemin eqideninde dunyada ne cur qarwilandigini iddia edib ozunu zelalete salmisan!!!



dawin userinde ne tapmisan ozun bilersen bunun seyide aid oldugunuda dawin uzerinde barmaq izini tapdigin kimi arawdir melumat verersen forumdaki dawda barmaq izi axtaran eqidedawlariva sene mukafat vererler
yenede deyirem eqidemin ne oldugunu bilmeden bow bow laqqirdama




Bu yazinla ne isbat elemek istediyin melum deyil sene bu dunyada seninle bir yawayan varliq kimi meslehetim budur ki get eqidevi duzelt

Yalniw bawa duwme Dini eqidevi demirem ( cnki o yoxdu ) Insani bu dunyada yawayan yaradilmiw olan mexluq kimi eqidevi arawdir ve itirdiklerini yerine qoy



Əgər səni kalori və səhər yeməyi maraqlandırırsa bunları Nun-dan soruş. Onun yazısı kəmiyyətcə mənim yazımdan 2 dəfə çoxdur



#92607 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 12 июня 2012 - 12:05 в Şiə-sünni dialoqu



Muhəqqiqə də verdiyin sualın cavabını verirəm :

Sən nəzərdə tutduğun bu "səhabələrin fəziləti" barədə bircə dənə də mötəbər hədis yoxdur. Yox, əgər peyğəmbərin (s.a.s) adından uydurduğunuz "hədisləri" deyirsənsə bəli oxumuşam. Sənə dəqiq say lazımdı ? )



Sən mötəbər olmadığını necə müəəyyən etdin? Niyə Əhli Sünnə mənbələrindən əqidəvə uyğun olan hədisləri qəbul edirsən və dəlil kimi gətirirsən uyğun olmayanları isə inkar edirsən?

Meyar sənin batil əqidəndir. Nə uyğun gəlir qəbul edirsən, nə uyğun gəlmir təkzib edirsən.



Sən öz xalavı dəvənin belinə mindirib onun "şotuna" ordu yığarsanmı ?

Sən öz arvadıvın dəvənin belinə minib döyüşə getməsinə razı olarsanmı ?

2. Zahirən şəhadət gətirdiyinə görə mən sənin bacılarıvı, qızlarıvı özümə arvad edə bilərəm. Heç bir problemi yoxdur!



Belə şeylər sənin fikrinə gəlir. Deməli belə əxlaq sahibisən. Belə şeylər fikirləşirsən.
Peyğəmbər (s) aid etdiyivi özüvə aid edəndə niyə belə reaksiya verirsən?
Özüvü Peyğəmbərdən (s) üstün tutursan?

Mən öz bacılarımı və qızlarımı sənin kimi qəbirlərə pərəstiş edən şəxsə vermərəm istəyirsən 100 dəfə kəlmeyi şəhadət denən.



3. "ZAHİRƏN ŞƏHADƏT GƏTİRMƏYİN" mənası budur ki, bir insan zahirən şəhadət verirsə, sən onun həmin anda müsəlman olduğuna qərar verirsən.

Yoxsa, siz zahirən şəhadəteyni deyən insanları kafir hesab edirsiz ?

subhanALlah! Bəli! Sizin əqidənizdə hətta, namaz qılmayanlar da kafir sayılırlar.




elədir zahirən şəhadət verirsə müsəlman hesab olunur. Bizim əqidədə namaz qılmayanın kafir hesab olunması isə iftiradır



Məgər sən öz qızlarıvı ZAHİRƏN şəhadəteyni qəbul edib müsəlman olmuş kimsəyə qızlarıvı verməzsən ?

Gərək məhz sənin kimi sapıq birinə qızlarıvı verəsən ? )



zahirən şəhadət gətirməyi ilə kifayətlənmirsən ki. ibadətlərinə baxırsan, əməllərinə baxırsan, əxlaqına baxırsan.
baxırsan qəbirlərdən kömək istəyir ya yox. Təkcə Allahdan kömək istəyir ya yox?
Bu ömürlük ailə həyatıdır. Yarımsaatlıq siğə deyil ki,



#92641 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 13 июня 2012 - 08:38 в Şiə-sünni dialoqu

hənbəli_84

Sən Əhli Sünnənin mötəbər hədis kitablarında olan bu səhabələrin fəzilətləri haqqında olan yüzlərlə hədisləri oxuyubsan?

tebii ki hamisini oxumamiwam amma boyuk ekseriyyetini oxumuwam ve uydurma olduglarini da islam alimlerinin kitablarindan oxumuwam))) Sen ise ehli sunnenin adindan cixiw etme. Senin yazdigindan awkar gorunur ki zir vehabisen. Tovbe et vehabiliyden, wehadetini tezele, islama gel sonra daniwariq.


hansı islam alimlərinin? İran alimlərinin (Sistani, LƏnkərani və s.)?

Əhli Sünnə alimləri də şiələrin hədis kitablarının uydurma olduğunu söyləmişlər.
İstəyirsən bax Nəhcul bəlağə haqqında

Ancaq sənə bir dənə maraqlı bir şey deyim fikir ver.

Şiələr həmişə əqidələrini təsdiq etmək üçün Əhli Sünnənin hədis kitablarından dəlil gətirirlər.
Şiələr Əhli Sünnənin hədis kitablarında Əlinin (rad) fəziləti ilə bağlı hədisləri qəbul edirlər.

Əhli Sünnə isə heç bir məsələdə şiələrin hədis kitablarına müraciət eləmir, heç bir məsələdə şiələrin hədis kitablarından dəlil gətirmirlər.



#92614 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 12 июня 2012 - 12:18 в Şiə-sünni dialoqu

hənbəli_84

Muheqqiq

Sən niyə İslamı bu forumdan öyrənirsən. Bəlkə bu forumda məsələlər birtərəfli işıqlandırılır. Bəlkə Əhli sünnə tərəfdən bu forumda elmli şəxslər iştirak etmir və ya iştirak etsə də məsələləri kifayət qədər izah etmirlər.

Haqq-hesab günü Allahın qarşısında nə cavab verəcəksən? Deyəcəksən dini forumdan öyrənmişəm?

Sene kim dedi ki men islami yalniz bu forumdan oyrenirem?)))) Men bu foruma bir nece ay olar gelmiwem amma islami artiq nece ildir oyrenirem elhemdulilleh. Ve dediyin kimi mehz her iki terefin kitablarini ve goruwlerini mutalie ederek oyrenirem. Bele de ki forumdan islam oyrenmek "zapadlodur" meger?)))) Exilerin butun gunu saytlarda, forumlarda propaqandayla mewguldur hec onlari demirsen)) Savadlilarinizi da gormuwem hem virtualda hem realda qeti narahat olma))) Bu forumda ise elhemdulilleh kifayet qeder elmli qardawlar var ve onlarin suallara verdiyi cavablar realda ustadlarin verdiyi cavablarla demek olar ki ferq etmir. Sene de meslehet gorurem ki dinini abu zeyd kimi kezzeblerden oyrenmekdense bu forumdaki qardawlardan oyrenesen. Inan ki uduzmazsan.


Sən Əhli Sünnənin mötəbər hədis kitablarında olan bu səhabələrin fəzilətləri haqqında olan yüzlərlə hədisləri oxuyubsan?



#92640 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 13 июня 2012 - 08:25 в Şiə-sünni dialoqu

Mən oxumuşam yüzlərlə yox 1-2-sini o da ən məhşur səhabə olan Əbu Bəkr və Ömər haqqında Əli (ə.s)-ın yalançı, fasiq, xain olduğunu deməysini.


Əbu Bəkr, Ömər, Osman, Əlinin (radiallahu anhum) fəzilətləri haqqında Əhli Sünnənin mötəbər hədis kitablarında yüzlərlə hədislər var.

Sən dediyin 1-2 hədisə əsasən hökm verməliyik, yoxsa yüzlərlə hədisə əsasən.

Şiələr həmişə dəlil gətirəndə bu 1-2 hədisi deyirlər, yüzlərlə hədis haqqında heç danışmırlar.

Çünki əqidələrinə uyğun gəlmir.



#92639 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 13 июня 2012 - 08:21 в Şiə-sünni dialoqu




)))

Subh namazından sonra yemək yemək "şirkdi".

"kalori"
sözü isə bidətdir :rolleyes:



Sən nəyə gülürsən?

Harda qaldı sənin "Hər gün Aşura, hər yer Kərbəla" əqidən?
Nə tez unutdun öz əqidəvi?



#92638 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 13 июня 2012 - 08:20 в Şiə-sünni dialoqu

Salam hanbali

sen seher yemeyini subh namazindan evvel yemisen yoxsa subh namazindan sonra ?

yediyin yemeklerin kalorisi cox olub yoxsa az?

Zehmet olmasa cavab yazarsan ciddi sualimdi sene !!!


Sən get özüvü dola. Bütün dünya sizin əqidənizə gülür.

Zəncirlə öz başını döyənlərin ağılsızlığına bütün dünya gülür.

Mən burda bir daşın üzərində barmaq izi tapmışam. Bəlkə hansısa seyidindir.
Sən forumdakı şiələri yığ dəstə ilə gəlin bu barmaq izini ziyarət edib dövrə vurmağa.

Dəstənin qabağına N_ن_N nikli istifadəçini qoy, əlinə də böyük metaldan düzəlmiş ələm ver. Qoy sizin bayraqdar olsun.
Özün də var gücünlə şaxsey-vaxsey qışqır. Bəlkə belə çoxlu savab qazanarsınız.

)))))))



#94869 Terrorçu sələfilərdən iyrənc fətva!!!

Отправлено автор: hənbəli_84 09 августа 2012 - 10:49 в Əqidə və fiqh


İlk qiyas edən şeytan olub Adəmə səcdə etməyən zaman. Sonra deyirsən ki, niyə salam almırsan.


Sizdən çox qiyas edən məgər varmı ki?
Elə bilirəm ki, qəbirlərə dövrə vurmağı Kəbəyə dövrə vurmağa görə qiyas edibsiniz. bu elədirmi?


Ömərin təravihi camaatla qıldırması "bidəti həsənə" deyil? Özü dili ilə deyib ki.


Bu bidət deyildi. Peyğəmbər (s) də camaat ilə təravih namazı qııb. Maraqlanıbsanmı ki, Ömər (rad) bidət həsənə deyəndə nəyi nəzərdə tutub?


Hansı əqidəsini rədd ediblər? Əl, ayaq? Sizdə əqidə deyəndə elə bu başa düşülür?


Allahın iki əlinin olması ilə bağlı Quranda ayə var. Siz sadəcə Quranın zahirini inkar edirsiniz.


Paho. Sizin alimlər də minbərdən krala bu cür desələr, kral da kranın ağzını bağlayar, deyər DİNCƏLİN.



Bizim əqidədə heç kəs dini biznesə çevirməyib. Pul ilə kəbin kəsmir, pul ilə məclis aparmır, pul ilə Quran oxumur.




Azca düşünsəydin sənə də aydın olardı ki, gör əş-Şafeinin zamanında Əhli-beytə (ə.s) qarşı necə zülüm və nifrət var imiş ki, Əhli-beyti sevənlərə də Rafizi damğası vurulurdu. Sadəcə sevənlərə ha. Çünki, əş-Şafeinin rafizilər barədə mövqeyi məlumdu, neçə-neçə kəskin tənqidlərini sitat gətirmək mümkündür.



Subhənəllah.

Əhli beytə sevgi anlayışı nisbidir.

Bizim əqidədə əhli beytə sevgi dedikdə - əhli beytin həyat tərzini və əxlaqını özümüzə nümunə götürmək başa düşülür. Ona görə biz hədis əhli olmuşuq.

Sizin əqidədə əhli beytə sevgi dedikdə isə - əhli beytin həyat tərzini və əxlaqını özünüzə nümunə götürməkdən əlavə əhli beytin qəbirlərini ziyarətgah yerlərinə çevirmək, əhli beytin ad günlərini keçirmək, əhli beytin ölüm günlərini yas etmək, əhli beyt üçün əzdarlıq etmək, mərsiyə demək, əhli beytə insana xas olmyan təriflər demək başa düşülür.


İndi biz çox sevirik yoxsa siz?

Sualı başqa cür qoyaq: Biz düzgün qaydada sevirik yoxsa siz?

Bizə görə siz əhli beytə sevgidə həddi aşıbsınız.

Bir misal çəkim.

İsanı (ə) ilah kimi qəbul edən ona insanüstü təriflər yağdıran camaatın sevgisi düzgündür, yoxsa İsanı (ə) Allahın qulu və elçisi qəbul edən camaatı sevgisi düzgündür?

Sevgidə həddi aşmaq ilə bağlı Quranda bu ayə haqqında bir az fikirləş.

2:165
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.


Bu ayədə diqqət yetir. Həmin insanlar eyni zamanda Allahı da sevirlər.



#95623 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli_84 15 сентября 2012 - 14:24 в Şiə-sünni dialoqu

adə ayil yuxudan get əlüzüvü yu

ibni Couzi sufidi demək .

qardaşim sənə nə məsləhət verim şokdan ayilasan ?


Mən açıq aydın bəyan edirəm ki, bu yazılanlar küfrdür.

Hünərin çatır sən də "Ucaların Ucası"nı Cəbrayılın hesab edilməsini küfr olduğunu bəyan elə.




Рейтинг@Mail.ru