Перейти к содержимому


Публикации hənbəli_84

224 публикаций создано hənbəli_84 (учитываются публикации только с 27-июня 23)



#96320 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 15:12 в Şiə-sünni dialoqu

O meseleni aydinliq getirerik, sizin cavabinizdan sonra. Ni ye axi geliz sual duwende siz sualdan qachirsiz. Birde sizden yazdigim postu xatirlayib, sizden xahiw edirem suala cavab veresiz.

""Onda bir sualada zehmet deils cavab verin. Sizden soruwanda Allahin da ve insaninda iki eli var... bu beyem oxwarliq deil? siz cavab verirsiz ki beli Allah hech bir mexluqa oxwar deil ve onun iki eli ikside sagdir... Mentiqnen baxanda duzdu, demek olar ki "cavab verdiz", veziyettden chixdiz... "Burda bawka sual yaranir, say etibari ili Allah ve onun mexluqu oxwardi axi, yani men estaxfirUllah deye bilerem ki Allahin ellerin sayi senin ellerin sayi ili beraberdi ve bu meselede Yaradan mexluqa oxwardi... bunu nece izah ede bilersiz??? Say meselesinde Allahin ve mexluqun oxwarligi var ya yox???

Cavaba gore evvelceden tewekur edirem!""


leq, sual verəndə səbirli ol. Bəzən insan bir sualla bağlı bir neçə gün araşdırma apara bilər.



#96562 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 25 ноября 2012 - 09:32 в Şiə-sünni dialoqu

Fiziki proses hərəkətdir ))))))))))))))))))))))). Sən nə damışırsan . Mücərrədin mənası nədir heç bilirsən?))))))0


Adi fizikadan elementar biliklərin yoxdur. Ancaq gəlib Allah sifətlərini müzakirə edirsən, nəyin cisim olub olmadığına hökm verirsən.
Təəccüblü deyil. Mən gördüyüm şiələrin əksəriyyəti savadsız və mövhumatçılar olur.
Allah sənə hidayət versin.

Sən fiziki, mexaniki, dinamiki, statik proseslər arasındakı fərqi mənə deyə bilərsən?

Səs özü dalğalardır. Dalğaların tezliyi 20 Hs və 20000 Hs diapazonunda olmalıdır ki, insan eşitsin.
Dalğa tezliyi daha böyük olan dalğaları insan eşitmir. Məsələn radio dalğaları
Səsin sürəti nə qədərdir? bilirsən?

Dalğa insan qulağına çatanda qulaq dalğanı qəbul edir və beyinə müvafiq impuls göndərir. Beyin həmin impulsu eşitdiyimiz səs kimi qəbul edir.

İndi yenə sual verirəm. Deyirsən ki, "Allah Eşidəndir" və "insan eşidəndir".

Allah da insan kimi eşidir yoxsa yox?



#96319 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 15:09 в Şiə-sünni dialoqu

Allah razi olsun duzeliwe gore,

Onda bir sualada zehmet deils cavab verin. Sizden soruwanda Allahin da ve insaninda iki eli var... bu beyem oxwarliq deil? siz cavab verirsiz ki beli Allah hech bir mexluqa oxwar deil ve onun iki eli ikside sagdir... Mentiqnen baxanda duzdu, demek olar ki "cavab verdiz", veziyettden chixdiz... Burda bawka sual yaranir, say etibari ili Allah ve onun mexluqu oxwardi axi, yani men estaxfirUllah deye bilerem ki Allahin ellerin sayi senin ellerin sayi ili beraberdi ve bu meselede Yaradan mexluqa oxwardi... bunu nece izah ede bilersiz??? Say meselesinde Allahin ve mexluqun oxwarligi var ya yox???

Cavaba gore evvelceden tewekur edirem!


Allah səndən də razı olsun. İnşəAllah sənin sualınla bağlı bir az araşdırma aparım. İnşəAllah ətraflı cavab verərəm.



#96318 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 15:06 в Şiə-sünni dialoqu

Ramin Vəkilov bu məqalənin sahibidir. O mənim qrup yoldaşımdır. O sələf deyildir. Sən bura sələf əqidəsini qoy ortalığa. Onun fikirlərini paylaşma. Batilin qarşısında təvazökar olsan özünü böyük bir şey zənn edər.


Ramin sələfi olmasa da yazdıqları sələfi əqidəsinə uyğundur.

Məqalənin bu hissəsini oxu:
________________________________
"Bunlardan birincisi İslamın ilk nəsillərinin, yəni sələfi yolunu qəbul etməkdədirlər. Yəni onlar Allahın xəbəri sifətlərini təvil etməyin əleyhinə olub onu olduğu kimi qəbul edərlər. Bu barədə İmam Malikin söylədiyi məşhur düstur onların bir dəlilidir: İmam Malik Quranda keçən Allahın ərşə istiva (yayılması) etməsindən bəhs edərkən “İstivanın keyfiyyəti məchuldur İstiva özü isə məlumdur. Buna inanmaq vacibdir. Haqqında sual soruşmaq bidətdir.”
Eyni zamanda Əbu Hənifə də “Əldən məqsəd Allahın qüdrətidir, yaxud da nemətidir deyilməz. Çünki belə bir təvildə Allahın sifətlərinin ibtalı vardır” – deməkdədir.
Burada diqqət ediləcək xüsus odur ki, sələfin bu görüşünü qəbul edənlər bu xəbəri sifətləri olduğu kimi qəbul etsələr də onun keyfiyyətini, yəni necəliyini bilmədiklərini demişlər. "
___________________________

Sələfin əqidəsi nədir? Peyğəmbərin (s), səhabələrin, tabiinlərin, Əbu Hənifənin, imam Malikin, Əhməd ibn Hənbəlin və Şafinin əqidəsi.

Onlar ayələri olduğu kimi qəbul etmiş, keyfiyyətini bilmədiklərini demişlər və təvil etməmişlər.

Biz qəbul edirik ki, "Allah ərşə istiva etdi", ancaq istivanın keyfiyyəti məchuldur.



#96316 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 14:56 в Şiə-sünni dialoqu

aburza, leg və İ_nur.

ayədə gəlir :

"Mənim iki Əlimlə yaratdığıma sənə səcdə etməyə nə mane oldu?"

Diqqət yetirsəniz burda "iki əl"-ə mənsubiyyət var, "mənim" deyilir.
Allah nəyisə (Sizə görə qüdrət və qüvvəti, biz isə bilmirik nədir) Özünün iki əli adlandırır. Allah həmin şey (Sizə görə qüdrət və qüvvət, biz isə bilmirik nədir) vasitəsilə Adəmi yaratdığını bildirir.

Əgər Allah həmin şeyə (Sizə görə qüdrət və qüvvəti, biz isə bilmirik nədir) Özünün iki əli adlandırırsa, biz həmin şeyə "Allahın iki əli" deyə bilmərik?

Həmin şeyin varlığı mənasında "Allahın iki əli var" deyə bilmərik?

Əgər "Allahın iki əli yoxdur" desək birbaşa ayəni inkar etmiş oluruq.

38:75
(Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”

Çünki belə çıxır ki, Allah mövcud olmayan bir şeyə "iki əlim" deyir, və ya mövcud olmayan bir şey vasitəsilə Adəmi yaratdığını bildirir.


Bu hissəyə cavab verə bilərsən?



#96620 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 28 ноября 2012 - 09:56 в Şiə-sünni dialoqu

Siz diyəsən oyun oynuyursuzaaa...

Araz çayın qolu məcazi mənada deyilir (в переносном смысле).

Quranda məcaz var? və ya yox?

Onda həqiqi mənada nədir?

Araz çayı Kür çayının həqiqi mənada nəyidir?

Quranda məcaz var. Ancaq nəyinsə məcaz olması və məcazda nəyisə bildirməsini iddia etmək üçün dəlil olmalıdır.

Şiələrdə isə "Allahın əli"-nin qüdrət və qüvvət olması ilə bağlı səhih və mütəvatir dəlil yoxdur.



#96621 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 28 ноября 2012 - 09:59 в Şiə-sünni dialoqu

Yazdığıvızdan mən belə başa düşürəm ki, Siz ALLAHın əli var, amma (başqa cürdü) insandaki kimi deyil demək istəyirsiz.

Xahiş edirəm konkret və ya yox.





#96661 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 декабря 2012 - 20:36 в Şiə-sünni dialoqu

Ok.

Mən #168 postda "сopy" etmişdim :





Siz isə #174-cü postda cavab olaraq yazdınız ki,



Əgər Siz Allahın qolu var, amma insandaki kimi deyil buyurursunuzsa onda #168 postda qeyd olunduğu İbni Hanbelin fətvası Sizə aidiyyat deyil məgər?

İbn Hənbəlin fətvasında söhbət cisimdən gedir.
Mən demirəm ki, "Allah cisimdir" və ya "Allahın qolu var".
Mən deyirəm ki, "Allahın iki əli var".

"Allahın iki əlinin olması"-ndan çıxmır ki, "Allah cisimdir".



#96660 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 декабря 2012 - 20:32 в Şiə-sünni dialoqu


İmam Əhmədin elmini ən yaxşı cəm edənlərdən Əbu Bəkr Əl Xallal (v. 311 h/923 m) İmamdan nəql etdiyi əqidədə deyir:

وكان يقول إنَّ للهِ تعالى يدانِ وهما صفةٌ له في ذاته ليستا بجارحتين وليستا بمركبتين ولا جسمٍ ولا جنسٍ مِن الأجسام ولا مِن جنسِ المحدود والتركيبِ والأبعاضِ والجوارح

"(İmam Əhməd) belə deyərdi: Uca Allahın iki əli var. Bunlar onun zatının sifətidir.Orqan deyillər, mürəkkəb (hissələrdən ibarət) deyillər, cism deyillər, cism, məhdud, tərkib, parçalar və üzvlər cinsindən deyillər...

"Qaynaq: İmam Əhməd bin Hənbəl: Əl Aqidə - Rivayətu Əbi Bəkr Əl Xallal: 104Diməşq: Darul Quteybə: 1408


Mənim də əqidəm belədir. Uca Allahın iki əli var. Onlar orqan deyil və cisim deyil.



#96623 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 28 ноября 2012 - 10:58 в Şiə-sünni dialoqu

Söhbəti fırlatma.Nəhəng hədis alimin imam Zəhəbi bu sözə yiyə durur deyir ki,Əhməd ibn Hənbəlin oğlu Abdullah atası barədə bu sözləri deyib.
ومن آدابه :

قال عبد الله بن أحمد : رأيت أبي يأخذ شعرة من شعر النبي - صلى الله عليه وسلم - فيضعها على فيه يقبلها . وأحسب أني رأيته يضعها على عينه ،
ويغمسها في الماء ويشربه يستشفي به .

ورأيته أخذ قصعة النبي - صلى الله عليه وسلم - فغسلها في حب الماء ، ثم شرب فيها ورأيته يشرب من ماء زمزم يستشفي به ، ويمسح به يديه ووجهه .

قلت : أين المتنطع المنكر على أحمد ، وقد ثبت أن عبد الله سأل أباه عمن يلمس رمانة منبر النبي - صلى الله عليه وسلم - ويمس الحجرة النبوية ، فقال : لا أرى بذلك بأسا . أعاذنا الله وإياكم من رأي الخوارج ومن البدع .

Əhməd ibn Hənbəlin oğlu Abdullah dedi:Atamı gördüm ki,Peyğəmbərin (sas)tükünü dodaqna qoyub öpürdü.Hətta gördüm ki,o tükü gözünün üstünədə qoydu.Və tükü suya batırıb şəfa tapmaq üçün içdi.Gördüm ki,atam Peyğəmbərin (sas) taxtadan düzəldilmiş qabını kuzənin içində ki,suda yudu sonrada o sudan içdi.Həmçinin də şəfa tapmaq üçün zəm-zəm suyu ilə də bu işi görərdi.Və suyu əllərinə və üzünə çəkərdi.
(İmam Zəhəi deyir)Deyirəm:Əhməd ibn Hənbəlin (bu işini) inkar edən həddi aşanlar(həlak olanlar) haradadır.Sabitdi ki,Əhmədin oğlu Abdullah öz atasından soruşdu ki, bir nəfər Peyğəmbərin (sas) minbərinin rümmanəsinə və dəfn olduğu hücrəsinə toxuna sürtünə onun hökmü nədir? Mən (Əhməd) bu işdə bir ayib görmürəm.(imam Zəhəbi deir)Allah bizi və sizləri xəvaricin rəyindən və didətindən qorusun.

Yəni kimlərsə bu işləri inkar etdikdə imam Zəhəbi onlara xəvaric və bidət əhli
deyir.
İmam Zəhəbi"İmam, mühəddis, hafiz" "Siyər ələm ən-nübəla", c.11,s.212
http://www.islamweb....=60&startno=189
Hənbəli 84 Şəfa verən Allahdır.Niyə imamın Peyğəmbər(səəv)tükünün vasitəsilə,qabının vasitəsilə şəfa tapmaq istəyir? Çünki,zombi deyil.Ağlı başındadır. Bilir şəfa verən Allahdır.Peyğəmbərin (səəv)təbərrüklərinin vasitəsilə Allahdan şəfa almaq istəyir.Məsələnin zahirində dövrümüzün xəvariclərinə elə görsənir ki,Allah ola-ola tükdən kömək istənildi.Allah ola-ola İmam dan kömək istənildi. Həmçinin imam Zəhəbi deyir Əhməd ibn Hənəlin bu əməllərini inkar edən xəvaricin rəyindən və bidətindən Allah bizi və sizləri qorusun.Qeybi bilən Allahdır.Mən isə sənin söhbətlərinə əsasən bilirəm ki,bu kimi məsələlər sənə təsir etməz.Niyyətim atdığın şübhələrə cavab olaraq camaata xidmət etməkdir.Bəlkə sənə də təsir edər.Doğrusunu Allah bilir.

Əziz qardaş və bacılarım sizin üçün bu linkləri qoyuram ki,oxuyasız.
http://tavassul.wordpress.com/ http://www.ehlitevhi...p?showtopic=918 http://www.ehlitevhi...?showtopic=1412 http://www.ehlitevhi...?showtopic=1693




qulam, Əhməd ibn Hənbəl tükdən kömək istəmir axı, təbərrük edir.

Siz təvəssül ilə kömək istəməyi qarışdırırsınız.
İmamlardan, qəbirlərdən və pirlərdən kömək istəmək, şəfa istəmək, uşaq istəmək Allaha təvəssül deyil axı.
Açıq aşkar dua edirsiniz ki, "ya imam mənə kömək elə", "ya imam mən uşaq ver". Sonra uşaq olur adını qoyursunuz "İmamverdi", "Pirverdi", "Ocaqverdi". Sonra deyirsiniz ki, bu imamlardan kömək istəmək deyil, təvəssüldür.
Əgər siz desəydiniz ki, "Ya Allah, imam xatirinə mənə kömək elə" bunu təvəssül adlandırmaq olardı.
Ancaq aiz deyirsiniz "ya imam, mənə kömək elə". Bu artıq təvəssül deyil.
Harda yazılıb ki, belə təvəssül var?




#96622 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 28 ноября 2012 - 10:31 в Şiə-sünni dialoqu

Salam aleyke hənbəli_84,

Hele bil bir nece gun, bir nece hefte oldu. Size ele gelmir arawdirma chox uzun chekdi? Icaze verin suali birde yadiviza salim...

""Onda bir sualada zehmet deils cavab verin. Sizden soruwanda Allahin da ve insaninda iki eli var... bu beyem oxwarliq deil? siz cavab verirsiz ki beli Allah hech bir mexluqa oxwar deil ve onun iki eli ikside sagdir... Mentiqnen baxanda duzdu, demek olar ki "cavab verdiz", veziyettden chixdiz... "Burda bawka sual yaranir, say etibari ili Allah ve onun mexluqu oxwardi axi, yani men estaxfirUllah deye bilerem ki Allahin ellerin sayi senin ellerin sayi ili beraberdi ve bu meselede Yaradan mexluqa oxwardi... bunu nece izah ede bilersiz??? Say meselesinde Allahin ve mexluqun oxwarligi var ya yox???

Cavaba gore evvelceden tewekur edirem!""

Say baxımından oxşatmağı düzgün hesab etmirəm. Bənzərlik keyfiyyət və forma baxımından əsasən nəzərdə tutulur.

Məsələn bir misal çəkim. Allah tək (say kimi 1) ibadətə layiq olan ilahdır. Sayı tək olan şeyləri say baxımından Allaha oxşatmaq düzgündürmü?



#96284 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 ноября 2012 - 09:50 в Şiə-sünni dialoqu

http://www.ehlitevhid.com/forums/index.php?showtopic=1854&st=0


qulam, orda yazılanlarla mən razıyam.

Heç bir sələf alimi demir ki, Allahın əli orqandır.
Sələfilər Quran və hədislərdə "Allahın əli" ifadəsi gəldiyinə görə deyirlər ki, "Allahın əli var".

Əhli Sünnə Vəl Cəmaatın mövqeyi "Allahın əli" ifadəsi gələn ayələri və hədisləri olduğu kimi qəbul etmək, onları müxaliflər kimi qüdrət, nemət kimi mənalarla təvil etməməkdir. Əbu Hənifə deyir: «Allahın əlindən məqsəd qüdrətdir və ya nemətdir deyilməz. Çünki bu durumda Allahın sifətləri iptal olunmuş (itirilmiş) olur. Bu isə Mutəzilə və Qədəriyyənin görüşüdür. Lakin Allahın əli Onun necəliyi bilinməyən sifətidir.

Allahın digər sifətləri ilə bağlı mövqe eynidir.



#96278 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 17:38 в Şiə-sünni dialoqu

Təvəssül haqqında Qurandan ve Sünneden cavablar verilib.
Sadece kor tuttuğun buraxmadığı kimi,bunlar da......
Hind kinolarina qalanda isə,sizin əlli-ayaqlı,baldırrı,oturmuş,saçı qıvrım,üzü şimal kimi allahınız əsl buddaya oxşayir.
Həmişə kimi öz gözünüzdə şalbanı görmürsüz başqalarında tük axtarırsız.Amma onu da tapa bilmirsiz.
Belə təəsübkeşliyiniz davam etsə ,Allah sizi heç hidayət etməyəcək.


Sənin bu iradın aşağıdakı Quran ayəsinə də çatır:
38:75
(Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”

Sən yəqin Quranı oxuyanda da eyni qənaətə gəlirsən.




#95835 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 03 октября 2012 - 08:50 в Şiə-sünni dialoqu

əs-Sələm Aleykum! Alimlər öz araların da elmi bəhslər apararkən bir-birlərini təhqir etməzlər.Misal,Şeyx Şərəfuddin ağa ilə əl-Əzhər universitetinin rektoru Şeyx Səlimin eli bəhsi.


Elə sizin Şeyx Şərəfuddin ağa özü yalançının yekəsi olub. Şeyx Səlimin ölümündən sonra özündən uydurma Muraciat kitabı yazıb.

Buyurun oxuyun.

Link burada

Mater_ier də yəqin bu alimin davamçılarındandır. ))))



#95836 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 03 октября 2012 - 09:04 в Şiə-sünni dialoqu

"Hu" zəmiri hara aid oldu-olmadı elə də əhəmiyyətli deyil. Rəvayət özü zəifdir.


Deməli qəbul edirsən ki, Abu Zeyd hədisi düzgün tərcümə edib, sadəcə söhbəti hədisin səhih və ya zəif olmasına fırladırsan.

bu posta diqqət yetirin:

Allahın düşməni, yalançı və rəvayət və hədisləri yarımçıq gətirən Abu Zeyd(l) yenə rəvayəti qayçılayıb. Rəvayəti tam gətirmiş olsa idi başqa cür olardı.

Rəvayətin orijinalı:

265- يوسف قال حدثني علي بن أحمد بن بقاح، عن عمه، عن زرارة، قال : سألت أبا عبد الله (عليه السلام) عن التشهد فقال أشهد أن لا إله إلا الله وحده لا شريك له و أشهد أن محمدا عبده و رسوله، قلت التحيات الصلوات قال التحيات و الصلوات، فلما خرجت قلت إن لقيته لأسألنه غدا، فسألته من الغد عن التشهد فقال كمثل ذلك، قلت التحيات و الصلوات قال التحيات و الصلوات، قلت ألقاه بعد يوم لأسألنه غدا، فسألته عن التشهد فقال كمثله، قلت التحيات و الصلوات قال التحيات و الصلوات، فلما خرجت ضرطت في لحيته و قلت لا يفلح أبدا

http://www.al-shia.o...l_kashi2/3.html




Yusif -- Əli bin Əhmed bin Bəqqəh -- əmisindən -- Zurarə İmamdan(ə) təşəhhüd barədə soruşanda imam "Əşhədu ən la ilahə illallah vəhdəhu lə şərikə ləh, və əşhədu ənnə Muhammədən əbduhu və rasuluh" deyə cavab verir. Sonra "Əttəhiyyatu əs-salavatu" soruşanda imam(ə) "bu cürdür" dedi.

Hansı şiədən təşəhhüdü soruşsan deyəcək: "Əşhədu ən la ilahə illallah vəhdəhu lə şərikə ləh, və əşhədu ənnə Muhammədən əbduhu və rasuluh". Şiəyə görə təşəhhüddə "Əttəhiyyatu əs-salavatu" yoxdur. Zurarəni təəccübləndirən də elə bu olur. Ona görə də bir neçə gün dəfələrlə soruşur və sonra başa düşür ki, İmam(ə) təqiyyə edib.

Bundan sonra o deyir:

ضرطت في لحيته


"Onun saqqalına yel buraxdım". Yani təşəhhüddə "Əttəhiyyatu əs-salavatu" deyənin saqqalına yel buraxdım. Təqiyyə olduğunu başa düşdüyündən "Onun" deyəndə təşəhhudde "Et-tehiyyatu ves-salavatu" deyəni nəzərdə tutur. Yoxsa o boyda Zurarə namazda təşəhhüdü bilmirdi? Bilmirdi ki, imamiyyə şiəsində belə şey yoxdur. Bu bidətdir. Sonra isə deyir:

و قلت لا يفلح أبدا


Dedim: O, heç vaxt müvəffəq olmaz. Yani namazda "Əttəhiyyatu əs-salavatu" deyən heç vaxt müvəffəq olmaz. Aydın olur ki, Zurarə yeli İmamın(ə) yox Əbu Zeyd kimilərin ("Əttəhiyyatu əs-salavatu" deyənlərin) saqqalına buraxıb.

P.S al-Fath kopiyaya görə gərək bağışlayasan. Sadəcə verdiyin link səhv yerə yönləndirirdi.


1) bu forumda hədis səhv tərcümə olunur. Heç bir elmli şiə buna münasibət bildirmir. Təəsübkeşlik hissi şiələrə qalib gəlir. Hər kəs öz firqəsinə sevinir məsələsi

2) Abu Zeydə böhtan atılır ki, səhv tərcümə edib. Bunun əsasında da Abu Zeyd təhqir olunur. Yenə heç bir şiə buna reaksiya bildirmir. Yenə təəssübkeşlik hissi.

Bəs sizin ədalətiniz harda qaldı?



#95796 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 октября 2012 - 12:33 в Şiə-sünni dialoqu

Sulaym ibn Qeys Xəlili yazır: "Ömər od gətirilməsini əmr etdi və o, evin qapılarını yandırdı. Sonra qapıları sındırmağa başladı və qapılar açıldı. Ömər evə daxil oldu. Fatimə (s) onun yolunu kəsərək qışqırdı: “Ey ata, ey Allahın Rəsulu!”. Ömər öz qılıncına əl atdı və bütün gücü ilə Allah peyğəmbərinin müqəddəs qızına yan tərəfdən zərbə endirdi. Bu zaman Fatimə initlti ilə dedi: “Ey ata, ey Allahın Rəsulu!”. Onda Ömər öz qamçısına əl atdı və Fatiməni vurdu. Xanım Fatimə (s) qışqırdı: “Ey ata, ey Allahın Rəsulu! Əbu Bəkr və Ömər mənə qarşı ədalətsiz hərəkət etdilər!”. Əli (ə) öz yerindən qalxaraq Ömərin yaxasından tutub yerə itələdi, sonra isə onun üzünə və sinəsinə zərbə endirdi.Əli (ə) Öməri öldürmək istəyirdi, amma O, peyğəmbərin sözlərini xatırlayaraq Ömərə dedi: “Ey Suxakın oğlu, Məhəmmədi (s.ə.s) peyğəmbər təyin edənə and içirəm! Əgər əvvəldən peyğəmbərlə mənim aramda bağlanmış və yazılmış əhd olmasaydı, sən yaxşı bilirsən ki, mənim evimə girə bilməzdin. (Sulaym ibn Qeys, “Sulaym ibn Qeys Xəlilinin kitabı” kitabı, səh. 568, mətbəə “Hadi”, Qum şəh)


Lap hind kinosudur eee. Subhənəllah nələr uydururlar.



#95795 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 октября 2012 - 12:30 в Şiə-sünni dialoqu

Ümumiyyətlə, görək əhli-sünnə mənbələrində İmam Əlinin (əs) neçə övladı olması barədə məlumat verilib?

Rəvayətlər aşkar olaraq bildirir ki, imam Əlinin (ə) üç oğlu var idi: Həsən, Hüseyn və Möhsin. Həqiqətdə, Allah Rəsulu (s) bu adları Harunun övladlarının adına (Şəbər, Şubeyr və Muşəbbər) oxşar şəkildə onlara ad qoymuşdu.

Bu barədə rəvayətlər Hakim ən-Nişapurinin "əl-Müstədrək" kitabında, həmçinin Əhməd b. Hənbəlin "əl-Müsnəd" kitabında gəlmişdir.
əl-Hakim və əz-Zəhəbi bu hədisin səhih olduğunu bildirmişdirlər. əl-Müstədrək, 3/180, #4773 (Beyrut, 1990)

"əl-Müsnəd" kitabını təhqiq edən sələfi Şueyb əl-Arnaut da bu hədisin həsən olmasına və ricallarının siqa şəxslər olmasına hökm etmişdir. əl-Müsnəd, 1/98, #769 (Qahirə)

Xüsusi qeyd: Bu rəvayət başqa bir çox məsələlərə də dəlalət edir, amma bura yeri deyil onun müzakirəsi üçün. Qısa bildirim ki, Rəsulullahın (s) "mənim Əliyə nisbətim, Musanın Haruna nisbəti kimidir" hədisini yadınıza salın.

İxtilaf haradadır? İxtilaf ondan ibarətdir ki, əgər İmam Əlinin (əs) Muhsin adlı övladı olubsa, o zaman taleyi necə oldu? Yəni, Fatimə (əs)-ın bətnində ikən siqt oldu, yoxsa doğulandan sonra?

Ömərin Fatimə (əs)-ın qarnından vuraraq Muhsini siqt etməsi hadisəsini İbn Əbi Darim adlı ravi nəql etmişdir. Gəlin görək kimdir bu şəxs?

əz-Zəhəbi "Siyər əlam ən-Nubəla" kitabında (15/577) yazır:

الإمام الحافظ الفاضل ، أبو بكر أحمد بن محمد السري بن يحيى بن السري بن أبي دارم ، التميمي الكوفي الشيعي ، محدث الكوفة

سمع إبراهيم بن عبد الله العبسي القصار ، وأحمد بن موسى الحمار ، وموسى بن هارون ، ومحمد بن عبد الله مطينا ، ومحمد بن عثمان بن أبي شيبة ، وعدة

حدث عنه : الحاكم ، وأبو بكر بن مردويه ، ويحيى بن إبراهيم المزكي ، وأبو الحسن بن الحمامي ، والقاضي أبو بكر الحيري ، وآخرون

كان موصوفا بالحفظ والمعرفة ; إلا أنه يترفض ، قد ألف في الحط على بعض الصحابة

قلت : شيخ ضالٌّ مُعَثَّر

İmam, hafiz, fazil, Əbu Bəkr Əhməd ibn Məhəmməd əs-Sirri ət-Təmimi əl-Kufi, şiə olmuşdur, Kufə hədis alimlərindəndir. əl-Hakim, Əbu Bəkr ibn Mərdəveyh, Yəhya ibn İbrahim Muzəkki, Əbülhəsən ibn əl-Həmmami, Qazi Əbu Bəkr əl-Hiri və başqaları ondan hədis nəql etmişlər. O, hifz və mərifət sifətləri ilə tanınmışdır. Yalnız onda rafizilik var idi və bəzi səhabələrin eyibləri barədə bir kitab yazmışdır.
.....................................
Mən (əz-Zəhəbi) deyirəm: o, qoca, zəlil və günahkar şəxsdir.


Adam da belə iş görərmi heç? Səhabələrin eyiblərini açmaq olarmı heç? Lazım idi bu sənə? Gül kimi imam, hafiz idin, fəzilətli şəxs idin.


Həmin əz-Zəhəbi digər kitabı olan "Mizan əl-İtidal"da (1/139, #552) isə bu cür yazır:

أحمد بن محمد بن السري بن يحيى بن أبي دارم المحدث.

أبو بكر

الكوفي الرافضي الكذاب.

Əhməd b. Muhəmməd b. əs-Sirri b. Yəhya b. Əbi Darim. Muhəddisdir, kufəlidir, rafizidir, yalançıdır.


SÜBHƏNALLAH!!!

Davamında yazır:

وقال محمد بن أحمد بن حماد الكوفي الحافظ - بعد أن أرخ موته: كان مستقيم الأمر عامة دهره، ثم في آخر أيامه كان أكثر ما يقرأ عليه المثالب، حضرته ورجل يقرأ عليه: إن عمر رفس فاطمة حتى أسقطت بمحسن.


Hafiz Məhəmməd ibn Əhməd əl-Həmmad əl-Kufi Əbi Bişr əd-Dulabi dedi: O (İbn Əbi Darim), həyatı boyu düzgün əqidəyə malik olmuşdur. Amma ömrünün son günlərində ona söylənilən rəvayətlərin əksəriyyəti səhabələrin utancverici işləri barədə idi. Günlərin birində onun yanına getdim və bir şəxsin onun yanında belə oxuduğunu gördüm: "Ömər Fatiməni təpiklə vurdu və o, Möhsini siqt etdi (yəni, uşağı saldı)."


Deyəsən İbn Əbi Darimin nə üçün yalançı adlandırılması məlum oldu. Bu boyda imam, hafiz, fəzilətli şəxs olasan, həyatı boyu düzgün əqidəyə malik olasan, amma belə bir böyük "oşıbka" buraxıb səhabələrin utancverici işlərini yazasan. Olmaz belə, ay şeeeeeyx, olmaaaz.


Deyilə bilər ki, bu şəxs rafizi olduğu üçün hədisi qəbul olunmaz. Əsla belə deyildir. Çünki Kutubi-sittənin, xüsusən Buxari və Müslimin neçə-neçə ravisi var ki, rafizi olublar. Niyə onlardan hədis qəbul edilib? Bu gün internet ortamında bir sələfi görməmişəm ki, şiələrin sözünə etibar etsin. Amma alimlər ediblər. Niyə?

Məsələn: Ubeydullah b. Musa, Cəfər b. Süleyman, Əbdüul-Malik b. Ain və sair.



İnşaAllah davam edəcək...


Uşaq anadan olmamış ona ad vermişdilər?

http://www.youtube.com/watch?v=Q8C0_gk6Ftg



#95656 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 16 сентября 2012 - 21:16 в Şiə-sünni dialoqu

Neçənci dəfədir ki, rastlaşıram ki, hədisdə nə yazılmasından şiələr öz əqidələrinə uyğun fırladıb şərh verirlər. Öz əqidələrinə uyğun fırladanda da təqiyyə və təvildən istifadə edirlər.

Maraqlı rəvayətdir. Təqiyyə mövzusu mənim üçün açıq qalmışdı.
Mənə görə əgər bir insanda yalan danışmaq xüsusiyyəti varsa onun hansı sözlərinin doğru hansı sözlərinin yalan olmasını ayırd etmək çətindir.

İndi məsələn bu rəvayətin şərhinə görə İnşəAllah bu məsələni aydınlaşdırarıq.

Sual:
Siz haradan bildiniz ki, imam təqiyyə edir? bəlkə imam təqiyyə etmirmiş. Siz imamın qəlbinə girmişdiniz ki, biləsiniz təqiyyə edir, yoxsa həqiqətən söyləyir?


Sualım cavabsız qalıb.

Haradan bildiniz ki, imam təqiyyə edib? İmamın qəlbinə girmişdiniz?



#95892 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 05 октября 2012 - 09:21 в Şiə-sünni dialoqu


3. Allahın hökmü hansı dəlilə əsasən zinakar səhabəyə tətbiq olunmamalıdır?

Müəllif: Muhamməd ibn İsmail ibn İbrahim ibn Burdəzubə Cofi əl-Buxari (vəfat tarixi h.q 256), "Səhih Buxari" kitabı, səh 861, hədis № 3475
"Aişə dedi:.....Peyğəmbər (s.ə.(ə.)v) buyurdu:.....And olsun Allaha əgər Muhamməd qızı Fatimə oğurluq etsəydi onun əlini kəsərdim."
Qeyd: Əhli beyt (ə.s) məktəbində bu hədis batil hədislərdən biridir. Çünki Fatiməi Zəhra (s.ə) dünya və axirət xanımlarının biridir və ən əfzəlidir. Bu hədis nəql edənlərin haqqında daha məqsədyönlü olardı.

4. Bu böyük günahları bilərəkdən yerinə yetirən səhabələrdən Allah razı qala bilərmi?



Mən bu hədisin mətnində Fatimənin əfzəl olmasına zidd heç nə görmürəm.
Bu hədisi niyə batil hesab edirsiniz? Fikrinizi daha ətrahlı izah edə bilərsiniz?



#95893 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 05 октября 2012 - 09:36 в Şiə-sünni dialoqu

İnandırım səni ki, bu cızma-qaranın azərbaycan dilinə çevrilməsinə çox şad olmuşam. Bunu mən bir dəfə ingiliscə oxumuşam, bir dəfə rusca. Sadəcə həvəs yox idi ki, bunun yazısını azəriyə çevirib təzədən azərbaycanca da rədd verim. Amma ingilis dilində bir neçə rədd vermişdik ingilisdilli forumlarda. Şükr olsun ki, Allah bizə bu gümləri göstərdi, bu bədbaxtı azərbaycan dilində də biyabır edəcəyik. Həmd olsun.


Çox iddialanırsan. İddiavı bu kiçik hissədə göstərə bilərsən? Bu kiçik hissəyə mümkündürsə rəddiyə ver

Kitabdan bir parça:
//Qeyd etmək lazımdır ki,kitabının müqəddiməsində Əbdulhüseyn demək olar ki,əsərin əvvəldən axıra qədər özü tərəfindən uydurulduğunu etiraf etmişdir.
O deyir: “İndi,mən deyə bilmərəm ki,bu məktublar o zaman bizim yazdığımız məktubların eynisidir.Həmçinin,mən deyə bilmərəm ki,burada keçən ifadə və sözlər həqiqətən olduğu kimi mənə və ya ona aiddir.Çünki,keçən dövr ərzində məktublar mühafizə oluna bilmədi. (mən bunları yenidən yazmağa məcbur oldum)” (“Məktublarda İmam Əlinin vilayəti” səh 20)
Əbdulhüseynin bu məktubları əl Bişrinin adından yazdığına daha bir dəlil onun tərəfindən kitabda yazılan bu sözlərdir: Guya əl Bişri yazır: “Mən bundan əvvəl heç vaxt şiələrin vəziyyəti və mötəqid olduqları inanclarına dair məlumat əldə etmək fikrinə düşməmiş, adət-ənənələrinə də bələd olmamışam.Çünki,xüsusi məclislərində olmamış,ölkələrində yaşamamışam.Amma,çox istəyirdim ki,onların alimləri ilə mübahiSəddə iştirak edim, fikirləri,axtarışları və istəkləri haqqda dərindən bəhs etmək üçün onların arasında olum.Tale mənə sənin dərya tək varlığını aşkar etdikdən sonra,dodaqlarımı elminin sərin suyu ilə islatdı.Allah bu ləzzətli su ilə xəstəliyimi sağaltdı,yanğımı söndürdü.Cəddin Mustafa (s.a.s)-nın “elm şəhəri”nə və onun qapısı atan Mürtəzaya (ə) and olsun ki, mən sənin ləzzətli çeşmənin yanğısöndürən şərbətindən daha ləzzətli başqa bir şərbət tapmadım.” (1-ci məktub,səh 25)
Bu anda diqqət edin.Heç bir əl Əzhər şeyxi bu qədər cahil ola bilməz ki,hər bir müsəlmanın andının yalnız Allaha aid etməli olduğunu bilməsin.

İbn Hacər əl Əsqalani yazır: “Abdullah ibn Ömər (r.a)-dən rəvayyət olunur ki,Peyğəmbər (s.a.s) səhabələrə üz tutaraq buyurdu: “Diqqət edin! Allah sizə atalarınıza and içməyi qadağan etmişdir, kim and içərsə ya Allaha and içsin, ya da sussun!” (Buxari, 9/174 (2482); Müslim, 8/436 (3105)

Necə ola bilər ki,əl Əzhər şeyxi Səlim Bişri Maliki bu hədis və bu tipli hədislərdən qafil olsun?Bu misal Hüseynin qulunun bu sözləri yazarkən nəyi qəsd etdiyini anlamağı bizə imkan verir: “İndi,mən deyə bilmərəm ki,bu məktublar o zaman bizim yazdığımız məktubların eynisidir.Həmçinin,mən deyə bilmərəm ki,burada keçən ifadə və sözlər həqiqətən olduğu kimi mənə və ya ona aiddir.”
//



#96256 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 30 октября 2012 - 10:57 в Şiə-sünni dialoqu

Hənbəli_84,

Sən mənə de görüm, "Nəzir edirəm ki, Allah yolunda Peyğəmbər üçün bir qoyun qurban kəsim" cümləsində nə şirk görürsüz?

Əslində başa düşülməyən şiə və sünnilər deyil, özlərinə sələfi deyənlərdi. Adi qurban kəsmək məsələsini də şirkə aid edirsiniz.


Bunu da qeyd edim ki, Əhli Sünnə məktəblərinə görə ittifaq ilə pirlərə, qəbirlərə, əməlisaleh insanlara qurban kəsəmək şirkdir.
istər hənbəli məktəbi olsun, istər şafi məktəbi, istər hənəfi məktəbi olsun, istər maliki məktəbi olsun bu əməl ittifaq ilə şirk sayılır.



#96255 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 30 октября 2012 - 10:49 в Şiə-sünni dialoqu

Hənbəli_84,

Sən mənə de görüm, "Nəzir edirəm ki, Allah yolunda Peyğəmbər üçün bir qoyun qurban kəsim" cümləsində nə şirk görürsüz?

Əslində başa düşülməyən şiə və sünnilər deyil, özlərinə sələfi deyənlərdi. Adi qurban kəsmək məsələsini də şirkə aid edirsiniz.


Allah sənə hidayət versin!

قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ

De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur!

108:2

فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ
Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!

Sənin qurbanın isə Allahın qulu Peyğəmbər(s) üçündür.
Aşağıdakı suallarda ciddiyəm, sən də ciddi cavab ver.
Sən Allah yolunda, Peyğəmbər (s) rizası üçün, Peyğəmbərin dəvəsi üçün də qurban kəsərsən?
Və ya Allah yolunda, Peyğəmbərin (s) rizası üçün, Peyğəmbərin (s) dəvəsinin rahatlığı üçün, Peyğəmbərin dəvəsinin dırnağı üçün də qurban kəsərsən?

Sən uluhiyyət tövhidində Allahı təkləşdirirsən: deyirsən ki, Allah tək Yaradandır, Ən Böyükdür və Ən Qüdrətlidir, yerin və göylərin tək Sahibidir.
Burda Allah və elçisi demirsən.

Ancaq niyə rububiyyət tövhidində təkləşdirmirsən?
Yəni niyə ibadətdə Allahı təkləşdirmirsən? Qurban kəsmək də bir ibadətdir.
Yuxarıda təkcə Allahı deyirsən, qurban kəsəndə isə Allah və Onunla yanaşı peyğəmbəri deyirsən? Niyə burda da təkcə Allahın adını çəkmirsən?



#96194 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 22 октября 2012 - 09:35 в Şiə-sünni dialoqu

Mən imamlardan kömək istəmək, uşaq istəmək, qoruma istəmək, onların adı ilə işə başlamaq kimi məsələrlə bağlı Quran və Sünnədən dəlillər istəmişdim.
Belə dəlillər varsa, zəhmət olmasa, göstərin.



#96193 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 22 октября 2012 - 09:32 в Şiə-sünni dialoqu

Qardaş sözünuzə qüvvət olaraq əhli-sünnənin saytın dan linklər verirəm oxusunlar.Təvəssülü,şəfaəti qəbul edib, vəhabilərə rədiyyə verirlər.

http://www.ehlitevhid.com/forums/index.php?showtopic=918

http://www.ehlitevhi...?showtopic=1412

http://www.ehlitevhi...?showtopic=1693


qulam,

1) bu sayt xəvariclərin saytıdır.
2) Əhli Sünnə ilə bağlı yuxarıda yazdıqlarımı oxu
3) verdiyin linklərdə Quran və Sünnədən dəlil görmədim, ancaq alimlərin sözləridir.



#95655 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 16 сентября 2012 - 21:13 в Şiə-sünni dialoqu

Salam aleykum!

Yuxarida yazdiglarina sen özün sünne ve Qurandan (bidet ve haramligi) barede delil getire bilersen? Yoxsa siz Vahabiler (havadan danishma) elminden bashga bir elim bilmirler?

Senin "qəbirləri dövrə vurmaq" iddian dogrudursa, onda bütün müselmanlar senin fikrince Keebe kenarinda dövre eden bidetcilerdir.)))))


Və aleykum. Dəlil gətirə bilərəm. Ancaq bu mövzu müzakirə üçün uyğun deyil. Mənə sənə İnşəAllah pm mesaj göndərərəm.

Kəbədə qəbir yoxdur. Kəbə məsciddir, Allaha ibadət evidir. Kəbə məzarlıq deyil.




Рейтинг@Mail.ru