Перейти к содержимому


Публикации hənbəli_84

224 публикаций создано hənbəli_84 (учитываются публикации только с 24-мая 23)



#95460 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 08 сентября 2012 - 22:53 в Şiə-sünni dialoqu


Siz özünüz bu yazınızla özünüzü hörmətdən saldız artıq. Savadınız və səviyyəniz elə bu yazınızdan görünür. Əvvəla göstərdiyim ssılkaya daxil olub orda yerləşdirilən skana baxa bilərsiz. Həmçinin bu və bu tip hədislər Sizin bir çox kitablarınızda var, həmçinin şeyxeynlərin də kitablarında - elə bil bu tip hədisləri əvəələr görməmisiz. Bu hədisi nümunə üçün gətirdim, söhbət hədisin özündən getmir, əqidənizdən gedir. Sizə sual verdim ki, maddi olmayan allahınız maddi dünyanı əlində saxlayacaq? Siz isə mənə nağıl danışırsız ki:


Siz deyəsən iradları qəbul etmirsiniz. Ancaq tərif?
Elə mən də onu deyirəm ki, şeyxeynin kitabında şeyxeynin kitabından dəlil gətir.
Yoxsa gedib hansısa bilinməyən bir kitab bəlkə də ümmətin nəzərində zəif olan bir kitabdan dəlil gətirmək və bununla insanları ittiham etmək düzgün deyil.
Əvvəllər görmüşəm ancaq "Peyğəmbər (s) Allahın ovcunu vəsf edərkən öz əlini açıb yumduğunu" görməmişəm.


Mən Sizdən soruşmadım ki, allahınızın ovucu mənim ovucum kimidir?! Mən Sizə sual verdim ki, allahınızın ovucu maddidi ya yox?!

Mən də suala cavab verdim ki, "Allah maddidir" demək küfrdür. Deməli "Allahın ovcu maddidir" demək də küfrdür.


Maddi deyilsə o necə maddi bir şeyi ovucunda tutur?!

Bu sualı verəndə bir məqamda da səhv edirsən.
1)Deyirsən Allahın ovcu - maddi deyilsə
2) yer - maddidir (aydındır)
3) ovcunda tutmağı - maddi qəbul edirsən (insanın ovcunda tutmağına bənzədirsən)

Burda diqqət yetirmək lazımdır ki, "ovcunda tutmaq" özü də Allaha məxsus ovcunda tutmaqdır və onun keyfiiyəti bizə məlum deyil.

Allahın maddi yeri keyfiyyəti məlum olmayan "ovcunda" keyfiyyəti məlum olmayan "tutmağı" mən necə izah edim?
Allah Quranda yazırsa tutacaq deməli tutacaqdır. Allahın hər şeyə Qadir olmasına şübhə edirsən?

Sənin sualın kafirlərin bu sualına oxşayır:
Biz öldükdən sonra və bədənimiz çürüyüb torpağa qarışdıqdan sonra Allah bizi necə dirildəcək?

Sən bu suala cavab verə bilərsən?
Fərz edək ki, hansısa ölünü yandırdılar kül oldu? Allah onu necə dirildəcək? Sən necəliyini bilirsən?


Quranı şərh etməyən insan hədisin şərhini tələb edir. Bu lap gülməlidir.

Siz gözəl başa düşürsünü mən nəyi deyirəm. Sadəcə söz oyunu oynuyursunuz. Mən yuxarıda ümumi tələbləri dedim.
Mən dedim ki, Allahın sifətləri şərh olunmur. Ancaq ayədə və hədisdə gələn digər məqamlar şərh olunur.


Məsələ də elə bundadır ki, Siz fikirləşirsiz ki, allahınızın əli, ayağı və s. insanda olduğu kimidir, yani maddidir. Bunu Sizin ulu babanız İbn Teymiyyə və s. deyiblər. Əhli-sünnə alimləri isə onları bu əqidəyə görə rədd ediblər. Bu haqda İbn Həcər Əsqəlani yazır:


"Əhli sünnə alimləri İbn Teymiyyə haqqında nəzərlərinə görə dörd qismə bölünmüşlər:

I qism - İbn Teymiyyə Allahı cism qərar verir nəzəriyyəsindədirlər və bunu İbn Teymiyyənin "Həməviyyə", "Vasitiyyə" və digər kitablarında qeyd olunan fikirlərilə əsaslandırırlar. Məs: İbn Teymiyyə əl, üz, ayaq və baldır sifətlərini həqiqi mənada Allaha nisbət verir. Onun digər bir əqidəsində Allahın zatıyla ərşdə oturduğu qeyd olunur. İbn Teymiyyəyə belə etiraz olundu ki, əgər Allah Təala zatıyla ərşdə oturmuşsa, bu məkana sığmaq və bölünmək deməkdir. İbn Teymiyyə rədd cavabı olaraq belə buyurdu: "Bölünməyin və məkana sığmağın cismin xüsusiyyətlərindən olması fikriylə razılaşmıram!"

İbn Həcər Əsqəlani "Əd Durarul Kaminətu fi Əyan əl-Miə əs-Saminə" kitabı, c.1, səh 155.




Bu mövzuda isə əqidəniz haqda məlumatlarla yaından tanış ola bilərsiz.


daha bir yalan. İbn Teymiyyə haqqındakı bu müxtəlif fikirlərdən biri doğru ola bilər də. Dördü də doğru ola bilməz ki?
Deməli üçü mütləq yalandır. Əgər üçü mütləq yalandırsa onda elə dördü yalan ola bilər. Bəs sən bilirsən bu fikirlərdən hansı doğrudur?



#95461 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 08 сентября 2012 - 23:01 в Şiə-sünni dialoqu

qardaşim mən sənə konkret Qurandan dəlil yaziram sən görmək istəmirsən,gəl nali mixi qoy kənara qardaş.olmaz belə

fikir ver bura,mən başa düşə bimirəm sən Quran oxuyanda fikrin harda olur? mən əminəm ki sən görürsən qardaşim.hüsnü zənn edirəm!!

Isra 72 - Bu dunyada kor olan axirətdə də kordur



bu ayəni sənin izahinla mən oxusam Allah məni zəlil etməsin nə etsin?

hedid 4 - harada olursaniz olun O sizinlə bərabərdir

hələ cox ayə yazmirama!!!

sən bu ayələri zahiri menasina gorə goturə bilərsən? əgər zahiri mənasina gorə goturursənsə bunlari da gotur! nəyə görə birini təvil

edib birini buraxirsan?


Bu o deməkdir ki, bütün sözlər məcazdadırlar?

Əl Bəqara, 2
Bu qətiyyən şübhə doğurmayan müttəqilərə doğru yol göstərən bir kitabdır

"kitab" sözü məcazdadır?

Nəyin məcaz nəyin ilkin mənada olmasını necə müəyyən edirsən?
Əgər məcazdadırsa məcazda hansı mənada olduğunu necə müəyyən edirsən?



#95446 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 08 сентября 2012 - 11:55 в Şiə-sünni dialoqu

Əl Qazi Ənsari "Əhadisu-ş-şuyuxi-s-siqat" (Məşyəxətu-l-Kubra) kitabı, 1090-cı səhifə,

Peyğəmbərin minbərdə dayanıb Allah haqqında danışdığını gördüm. Dedi: "Qiyamət günündə Allah yeddi göyü və yeddi yeri öz ovucunda cəmləyəcək". Sonra peyğəmbər (ovucunu bağlayıb açaraq) dedi: Sonra bu cür deyəcək: "Mən Allaham, mən Rəhmanam, mən Məlikəm, mən Quddusam.
http://az.313news.ne...ticle/a-75.html

1. Gördüyünüz kimi sizin peyğəmbər də Allahın əlini vəsf edərkən öz əlini camaata göstərir!!!



Bismilləhir rahmənir rahim,

Belə hədis kitabı ilə rastlaşmışam.Siz əgər bu saytın hazırlanması ilə məşğul olursunuzsa mümkünsə aşağıdakı iradlarımı qəbul edin.
1) göstərdiyiniz hədislər mötəbər hədis kitablarında olsun
2) hədislərin səhihliyi və mütəvatir olması şərh olunsun
3) Əhli Sünnənin məşhur mühəddislərinin bu hədis haqqında nəzəri bildirilsin
4) Əhli Sünnənin məşhur alimlərinin bu hədisi necə şərh etməsi bildirilsin
5) bütün yuxarıda sadaladığım məsələlər dəlillərlə, kitablardan scan eləməklə göstərilsin

Əks halda bu tip məqalələr hazırlamaqla özünüz özünüzü hörmətdən salırsınız. Bir azacıq hədis elmindən başı çıxanın sizin uydurmaçı və böhtançı olması qənaətinə gələ bilər.

Bu hədis də yəqin Əhli Sünnə nəzərində uydurma qəbul olunur.
Mən bunu dəqiq bilirəm ki, sələfi alimlərinin icma rəyinə əsasən

"Allah maddidir" demək küfr hesab olunur

"Allah maddi deyil" demək bidət hesab olunur.


2. Allahınızın əli maddi əl deyilsə bəs o maddi dünyanı necə öz əlində tutacaq?


Əhli sünnə əqidəsinə Allahın sifətləri ilə bağlı necə sualını vermək bidət hesab olunur.
Böyük İslam alimləri imam Malik, Əbu Hənifə və s. bu əqidədə olublar.

bir çox insanların əsas problemi ondadır ki, onlar Allahın sifətlərini tam mənada başa düşmək istəyir.

Quranda isə ayə var:
Əl Bəqara, 255
Onlar Onun istədiyindən başqa heç bir şey qavraya bilməyəcəklər.

İnsanın qavrama qabiliyyəti özü məhduddur.

Heç bir tayı bənzəri olmayan bir varlığı insan tam mənada necə başa düşə bilər?

İnsan Allahın sifətlərini tam mənada başa düşə bilməz.

Məsələn ayədə gəlir ki, "yer bütünlüklə Onun ovcunda olacaq".

Allahın sifətlərini tam mənada başa düşmək istəyən insan bu ayəyə baxır nə edir?
ilkin mənada qəbul etsə fikirləşsə ki, insan kimi ovcu var və insan kimi ovcunda tutacaq onda Allahı insana bənzətmiş və maddiləşdirmiş olur.
ona görə məcaza yozur. Dəlil olmadan məcaza özünün məhdud və qüsurlu ağlı ilə yozanda da Allahın sifətinə hədd qoymuş və onu məhdudlaşdırmış olur.

Məsələn "Allahın əli"ni heç bir dəlil olmadan "Elm və Qüdrət" kimi təvil edənlər Allahın "əl" sifətinə hədd qoymuş və məhdudlaşdırmış olurlar.

Bəlkə Allahın əl sifəti başqa bir mənadadır, bəlkə Allahın əl sifəti "Elm və Qüdrət"dən əlavə sifətləri də ("Rəhmət, Mərhəmət, Adillik və s.) bildirir. Siz "Elm və Qüdrət" kimi təvil etməklə Allahın "əl" sifətinə hədd qoyursunuz və onu məhdudlaşdırırsınız.

Sələfi əqidəsində Allah Özü Özünü Quranda və Səhih Qudsi hədislərdə necə vəsf edirsə elə vəsf edilir.

Allahın özünəməxsus əli var, heç bir məxluqun əli Allahın əlinə bənzəmir.
Yer Allahın özünəməxsus ovcunda ozünəməxsus şəkildə olacaq.



#95444 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 08 сентября 2012 - 10:33 в Şiə-sünni dialoqu

bəli eləcə də sənin aqlina özünün qeyd etdiyin kimi noutbuk yox robot gələcək ( öz əlinə oxşar əl yox,əl sözünə uyğin gələn bütün

əllər gələcək və beynin müqayisələr aparacaq

[/font]


Arif, mənim misalımı düzgün başa düşmədin. Baxmayaraq ki, həmin aparatın adı "noutbuk"-dur, mənim ağlıma "robot" gəlir. Yəni öz adında bizim qəbul etdiyimiz əşyalardan fərqli bir əşya ağlıma gəlir.

Eyni qayda ilə "Allahın əli" dedikdə mənim ağlıma "insan əli" gəlmir.

mənim aglima Elm və Qüdrət gəlir.



Bu nəticə insan ağlının məhsuludur, yoxsa yox?


Şuəra surəsi 215 -Sənə tabe olan möminləri qanadının altına al

bunu həqiqi oxudugun kimi başa düş və yozma ! yozsan bu ağlinin məhsuludur.yozmasan öz adini özün qoy



Arif səndən xahiş edirəm. Gəl bir şeyi müzakirə edək qurtaraq, sonra keçək başqa şeyə. Yoxsa mövzu dolaşır. Bu verdiyin sualların cavabı var, sonra müzakirə edərik.
Mən səndən "Allahın əli"nin Elm və Qüdrət kimi təvil edilməsinə dəlil istəmişəm.
SƏn isə mənə konkret cavab verməmisən.
Bu sualın iki mümkün cavabı var:
1-ci mümkün cavabı) dəlilləri göstərirsən. ya ayədə ya da səhih və mütəvatir hədislərdə konkret göstərilir ki, "Allahın əli" dedikdə "Elm və Qüdrət" nəzərdə tutulur.

2-ci mümkün cavabı) dəlil yoxdur, bizim alimlərimiz öz məntiqlərinə əsasən belə təvil ediblər.



#95438 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 07 сентября 2012 - 09:28 в Şiə-sünni dialoqu

iftira deyil mən sənə olduğunu deyirəm.sən nə qədər desən belə fikirləşmirəm beynin əl oldugunu təsdiq edir.özünü dəqiq

tani,elmini artir.sənin beyninin funksiyalarini öyrən.sən görürsən deyəndə gözlərin görür yoxsa beynin?gözlərini yumanda

gördüyün bir şeyi yumulu gözlə görə bilirsən bilmirsən?məsələn sən noutbuk deyirsən amma onu görmürsənsə bu o demək deyil

ki sən noutbuk görməmisən,deyirsən ki,görmüşəm və noutbukun təsviri sənin fikrində canlanir halbuki noutbuku o zaman

görmürsən.


1) Gəl sənə bir misal çəkim.
Biri gəlib desə Amerikada təzə bir aparat düzəldiblər.Adı "noutbuk"-dur, ancaq özü tamam fərqlidir, biz bildiyimiz "noutbuk"lara bənzəmir, robot kimidir, robotun funksiyalarını yerinə yetirir.

Onda kimsə mənim yanımda "Amerikada yeni ixtira olunmuş noutbuk" desə mənim ağlıma bildiyimiz "noutbuk" yox, "robot" gələcək. Baxmayaraq ki, adı "noutbuk"-dur.

Eləcə də mən "Allahın əli" deyəndə ağlıma heç nə gəlmir, çünki bilirəm ki, "Allahın əli" mən bildiyim heç nəyə bənzəmir.

2) Əgər "Allahın əli" deyəndə sənin ağlıva insan əli gəlirsə bu problemlidir.
Çünki yəqin Quranı oxuyursan və ya tilavət edirsən.
Və ya namazda Quranı qiraət edirsən.

Quranı tilavət edəndə "Allahın əli" kəlmələrini tələffüz edəndə sənin ağlıva "insan əli" gəlirmi?
Ya bu kəlmələri tələffüz etmirsən?

Əgər Quranı tilavət edəndə ağlıva "insan əli" gəlmirsə onda niyə sələfilər "Allahın əli var" deyəndə ağlıva insan əli gəlir?

Hər iki ifadədə "əl" sözü var və "insan" sözü yoxdur.

3) Sənə "top" deyildikdə ağlıva oyun topu gəlir, yoxsa döyüş topu.


Fəth surəsi 10 cu ayə-Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir.

nali mixi qoy kənara indi qardaş,


[/font][/size][/color]


Bu ayədə "Elm" və "Qüvvət" sözləri yoxdur. Bu yozum insan ağlının məhsuludurmu?


əks halda sən bizə ya əlinin ustundəki əli göstərməli olacaqsan ya da ki beyət etmədiyin məlum olacaq


Məsələləri bir-bir müzakirə edək. Əvvəl "Elm" və "Qüvvət"-ə dəlil gətir.



#95475 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 09 сентября 2012 - 10:18 в Şiə-sünni dialoqu

henbeli burda mecaz yoxdur.Quran yolu heqiqi menada gosterir amma korlara yox korlari azdirir.
Jamaat nikli nasibi haqqa doze bilmedi.dabana tupurub jeyran kimi cixdi aradan.ne ise...


Mövzunun davamını Şiələrin Allahə mövzusunda müzakirə edək inşəAllah.



#95533 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 10 сентября 2012 - 09:58 в Şiə-sünni dialoqu


Hədisi nümunə üçün gətirdim və kitabı və müəllifi tanımırsızsa o demək deyil ki, onlar zəifdir.

Sizin kitablar da küfr hədislər ilə doludur. Hədis gətirməklə kimisə ittiham etmək düzgün deyil.
Əgər icma alimləri hədisi səhih hesab edirlərsə onda bu sizə ittiham etmək haqqını verir.

Məsələn sizin kitablar Quranın təhrifi ilə bağlı hədislərlə doludur. Siz Quranın təhrifi əqidəsindəsindəsiniz?


Söhbət Sizin Allahı maddi/cism saymağınız haqdadır. Bu haqda yetərində hədis və fətvalarınız var.
Deyirsiz ki, bu küfrdi və belə deyən də kafirdi? Onda aliminizi təkfir edin.

فقالوا : لو كان الله يُرى؛ لزم أن يكون جسماً، والجسم ممتنع على الله تعالى ؛ لأنه يستلزم التشبيه والتمثيل.
والرد عليهم : أنه إن كان يلزم من رؤية الله تعالى أن يكون جسماً؛ فليكن ذلك ، لكننا نعلم علم اليقين أنه لا يماثل أجسام المخلوقين؛ لأن الله تعالى يقول: ( لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ)(الشورى: من الآية11) .

Dedilər: Əgər ALlah göz ilə görülsə, cism olmağı lazımdır. Amma cism Allahdan mumtənidir. Çünki cism təşbih və təmsil istilzam edir.

Onlara cavab: Əgər Allahı görmək üçün Allahın cism olmağı lazımdırsa, olsun! Lakin biz yəqin elmi ilə bilirik ki, O, məxluqların cisminə bənzəmir. Çünki Allah buyurur: "Ona bənzər heç bir şey yoxdur. O, eşidəndir, görəndir!"(Şura-11)

"Şərhul- Aqidətil-Vasitiyyə" Muhəmməd Əl-Useymin



Allah Şeyx Useyminə rəhmət eləsin.
Şeyx Useymin bu fətvasında heç bir problem yoxdur.Çünki O, şərt qoyur:"Əgər Allahı görmək üçün Allahın cism olmağı lazımdırsa"

Allahı görmək həm Quran ayələri ilə, həm də çoxlu sayda mütəvatir hədislərlə təsdiq olunur.
"Allahı görməyi" inkar etmək Quran ayələrini və səhih hədisləri inkar etməkdir.

Şeyx Useymin də "Əgər Allahı görmək üçün yeganə şərt Allahın cism olmasıdırsa" şərtini qoyur.

Bu ona bənzəyir ki, mən deyirəm ki:

Əgər Quranda açıq -aşkar ayələrlə Allahın cism olduğu bildirilirsə onda Allah cismdir.

Mənim bu yazdığımda problem var? Yoxdur, çünki şərt qoymuşam. Useymin də dediyi söz buna bənzəyir.

Yaxud başqa bir misal:

Bir nəfər belə iddia edə bilər ki, Allahın sözlə danışması üçün mütləq Allah cism olmalıdır.

Onda o şəxsə cavab vermək olar ki,
Əgər Allahın sözlə danışması üçün mütləq Allah cism olmalıdırsa onda Allah cismdir.

Bu sözdə də problem yoxdur. Çünki, şərt qoymuşam. Biz "Allahın sözlə danışmasını" inkar edə bilmərik və ya onu məcaza yoza bimərik. Bu fakt Quran ayəsi ilə təsdiq olunur.

4:164
Daha öncə (bir qisim) elçilər barəsində sənə söylədik, (digər) elçilər barəsində isə sənə (heç nə )söyləmədik. Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı.




Yuxarıda göstərdiyim kimi amilinizə də sual edərkən Allahı görmək üçün onun mütləq cism olması lazımdır deyilir.


Bunu izah elədim. O mütləq şəkildə iddia etmir ki, "Allahı görmək üçün onun mütləq cism olması lazımdır".
O, bunu şərt qoyur. Şərt qoymaq başqa şeydir, təsdiqləmək başqa şey.



Mən də əlavə edim ki, Allahı görmək üçün, ya onun nəyisə əlində tutması üçün gərək Allah bir yerdə (həmin əşyanın yerləşdiyi məkanda) olmalıdır. Maddi məkanda dayanmaq üşün gərək dayanan da maddi olsun, necə ki, bunu Useymin də təsdiqləyir.

1-cisi Şeyx Useymin bunların heç birini təsdiqləmir. O şərt qoyur ki, "Əgər bu dediklərin doğrudursa"

2-cisi Sən bunları nəyə əsasən iddia edirsən? DƏlillərin hardadır? Quran və Sünnədən dəlil gətir.
Dünyəvi elmlərə əsasən iddia edirsənsə dünyəvi elmlərin özləri mütləq deyil.
Məsələn Eynşteynin relyativistik mexanikası kəşf olunana qədər hamı elə bilirdi ki, dünyada hər şey Nyuton mexanikasına tabedir.Sonra məlum oldu ki, Nyuton mexanikası böyük sürətlərdə doğru deyil.
Mən subut edə bilərəm ki, sənin heç fizikadan elementar biliklərin yoxdur.Bunları nəyə əsasən iddia edirsən?

Sənin kimi birisi sabah durub iddia edə bilər ki, "Allahın sözlə danışması" üçün Allah maddi olmalıdır.
Onda neynəyəcəksən? Aşağdakı ayəni inkar edəcəksən, ya məcaza yozacaqsan?
4:164
Daha öncə (bir qisim) elçilər barəsində sənə söylədik, (digər) elçilər barəsində isə sənə (heç nə )söyləmədik. Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı.

Əgər öz fikrində qalıb ayəni ilkin mənada qəbul etsən onda həmin adam səni Allahı cisimləşdirməkdə ittiham edəcək.
Onun ittihamı doğru olacaqmı? SƏn Allahı cisimləşdirirsən?



Sizə bir mənbə göstərdim, orda bu mövzu ətraflı müzakirə olunub: http://313news.net/f...php?/topic/631/ məsləhət görürəm baxasız.


Baxmışam, orada əlhəmdulilləh hənbəli qardaş sizin əksər ittihamlarınıza gözəl cavab verib.


Nə danışdığınızı heç özünüz də bilmirsiz. Alimləriniz Allahın elm, qüdrət, eşitmə, görmə və s. sifətlərini şərh etməyiblər? Vəhhabi alimlərindən savayı digər alimlər "Allahın əli" ayəsini "Allahın qüdrəti" kimi şərh edirlər.

Sələfi alimlər Allahı Özü Özünü vəsf etdiyi kimi vəsf ediblər, məcaza yozaraq özlərindən nəsə uydurmayıblar.
Əbu Hənifə də vəhabi alimi olub? O da Allahın əlini məcaza yozmayıb.

Allahın özünəməxsus əli var.



Yalan olmağına sübutunuz var?
Siz yazını səhv başa düşdüz. indi tam tərcüməni gətirərəm baxarsız. Sadəcə biz Allahın cism olub olmaması haqda danışdığımıza görə mən yalnız 1-ci qismin nəzərini gətirmişdim. Birdə diqqət edin ki, bu ƏHLİ-SÜNNƏ alimlərinin fikridir:


"Əhli sünnə alimləri İbn Teymiyyə haqqında nəzərlərinə görə dörd qismə bölünmüşlər:

I qism. İbn Teymiyyə Allahı cism qərar verir nəzəriyyəsindədirlər və bunu İbn Teymiyyənin "Həməviyyə", "Vasitiyyə" və digər kitablarında qeyd olunan fikirlərilə əsaslandırırlar. Məs: İbn Teymiyyə əl, üz, ayaq və baldır sifətlərini həqiqi mənada Allaha nisbət verir. Onun digər bir əqidəsində Allahın zatıyla ərşdə oturduğu qeyd olunur. İbn Teymiyyəyə belə etiraz olundu ki, əgər Allah Təala zatıyla ərşdə oturmuşsa, bu məkana sığmaq və bölünmək deməkdir. İbn Teymiyyə rədd cavabı olaraq belə buyurdu: "Bölünməyin və məkana sığmağın cismin xüsusiyyətlərindən olması fikriylə razılaşmıram!"

II qism. İbn Teymiyyənin zındıq olmasına fətva vermişlər. Bunu İbn Teymiyyənin aşağıdakı sözüylə əsaslandırırlar: "Peyğəmbərə təvəssül etmək haramdır". Bu da Peyğəmbəri (ə.s) alçaltmaq və Ona (ə.s) təzimin qarşısını almaqdır.

III qism. İbn Teymiyyənin münafiq olmasına rəy bildirmişlər. Bu nəzəri Əli ibn Əbu Talibi təhqir etdiyinə görə irəli sürmüşlər. (Həzrət Rəsuləllah (s) Səhihi Müslimdə nəql olunan hədisdə belə buyurur: "Ya Əli, Sənə yalnız mömin məhəbbət bəsləyər, Sənə yalnız münafiq kin-küdurət bəsləyər.")

IV qism. alimlər onu İmamətul Kubranı əldə etmək qəsdilə ittiham etmişlər və uzun müddətli həbsdə qalmasının da səbəbi budur."

İbn Həcər Əsqəlani, "Əd Durarul Kaminətu fi Əyan əl-Miə əs-Saminə" kitabı, c.1, səh. 155


Alimlər arasında belə ziddiyyətlərin olması başa düşüləndir.
Sələfi alimlər Allahı Özü Özünü vəsf etdiyi kimi vəsf ediblər.
Ancaq özlərindən cismin xüsusiyyətlərini kəşf edənlər isə sələf alimlərini Allahı cisimləşdirməkdə ittiham ediblər.
Siz İbn Teymiyyənin dediklərinin dəlillərinə baxmısınız?
Dəlilləri müzakirə etmək daha düzgün olardı. Səhihdirsə siz də qəbul edin, səhih deyilsə inkar edin.



#95615 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 15 сентября 2012 - 12:36 в Şiə-sünni dialoqu

Sizin tormoz olduğuvuzu bilirdim amma bu qədər də yox. Sən mühəddislərindən sitat gətir ki, bu rəvayətləri zəif biliblər. Yenə deyirəm bəyəm gətirdiyiniz bütün şiə rəvayətlərinin zəif yaxud səhih olduğunu qeyd edirsiz?


Mən nadir hallarda əxlaqlı, tərbiyəli, səbirli və müzakirə etməyi bacaran şiələrlə rastlaşmışam. Onlar bu əxlaqı görəsən kimdən öyrənirlər? Əhli beytdən?

Siz məni tanımırsınız. Ağzınızın danışığını bilin.

1-cisi mən rəvayət gətirəndə imkan olanda onun şiə alimlərinin nəzərində səhih və ya zəif olduğunu qeyd edirəm və ona əsasən fikir söyləyirəm.

2-cisi mən gətirdiyim rəvayətin səhih və ya zəif olmasını qeyd etməyəndə həmin rəvayətə əsaslanaraq şiələri nədəsə ittiham etmirəm. Sadəcə həmin rəvayət haqqında şiələrin nəzərini öyrənmək üçün sual verirəm.

Siz rəvayəti gətirisiniz səhih və zəifliyi bəlli olmadan başlayırsınız ittiham etməyə

Məsələn


1. Gördüyünüz kimi sizin peyğəmbər də Allahın əlini vəsf edərkən öz əlini camaata göstərir!!!

al-Fath, İmam Malikin fikrincə nəuzu billah Peyğəmbərin(s) ovucu kəsilməli idi.




#95581 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 14 сентября 2012 - 08:37 в Şiə-sünni dialoqu

Təhrif mövzusu danışılıb. Lazımdırsa o mövzuya keç bəhsi davam etdirək(davam etdirəkə xüsusi diqqət et. Yəni eyni rəvayətləri gətirib ürəyimizi bulandırma)
Hədisi mən gətirmişəm zəifliyini sən sübut eləməlisən. Day onu da mən eliyəcəyəmsə bu nə yazışmadır. Siz Allahın, Rəsulunun(s) və Əhli-Beytin(ə) düşmənləri bəyəm gətirdiyiniz rəvayətlərin səhih olduğunu sübut edirsiz?


Mən də onu izah edirəm ki, hədis gətirməklə deyil.
Hədis gətiribsən Məşhur Əhli Sünnə mühəddislərindən də sitatlar gətir ki, bu hədisə səhih desinlər.
Və ya sübutlar gətir ki, məşhur alimlər fətvalarında bu hədisi dəlil gətirirlər.



#95547 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 11 сентября 2012 - 08:18 в Şiə-sünni dialoqu

öz başinla tərcüməni özün ücün saxla.mənə ərəb lügətindən tərcüməni gətir.5 ci dəfə deyirəm eyni şeyi sənə

özü də qayit mövzuda verilən yerdə cavab yaz.bununla elə bilirsən qurtaracaq ki sənin izahin?düz xütbənin

nöqtəsinə kimi cavab verəcəksən ya da ki etiraf et ki sənin ücün Əli ə.s sözü höccət deyil xətm edək söhbəti

kec sələfilərə suallarda yaz.moder xahiş edirəm nəzarət edəsiz bizə


Arif, sən özün də bilmirsən nə danışırsan. Get ərəb dili bilən tanışlarının biri ilə fikirlərivi müzakirə gələrsən müzakirəni davam edərik.
dedin tərcümə elə. Mən tərcümə elədim.

"yədun" əl deməkdir

"Allah" tərcüməyə ehtiyac yoxdur

"yədullah" izafə olur, "Allahın əli" kimi tərcümə olunur.

Bunlar hamısı lüğətdəndir.
Get lüğətdə "yədun" və "Allah" sözlərinin tərcüməsinə bax. İzafə nədir get öyrən.

Hətta Vasim Məmmədəliyev Quranda "Allahın əli" kimi tərcümə edib. Bu da sənə dəlil.

Sən ümumiyyətlə bilirsən izafə nədir?



#95534 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 10 сентября 2012 - 10:05 в Şiə-sünni dialoqu

al-Fath, İmam Malikin fikrincə nəuzu billah Peyğəmbərin(s) ovucu kəsilməli idi. Çünki:

Maliki alimlərindən Qadi İyad Əs Səbti (476-544 h/1083-1149 m) "Əş Şifa bi Tarifi Huquqil Mustafa" təkfir məsələsini müzakirə edərkən, Uca Allaha orqan nisbət edənlərlə əlaqəli İmam Malikin bu sözlərini nəql edir:


وقال : مَن وصَف شَيْئًا مِن ذاتِ اللَّه تعالى وأشارَ إلى شيءٍ مِن جَسَدِه يَدٍ أَو سَمْعٍ أَو بَصَرٍ قُطِع ذلك مِنْه , لِأَنَّه شَبّه اللَّهَ بنَفْسِه




"(İmam Malik) demişdir: Kim Uca Allahın zatından bir şeyi vəsf edərkən, öz vucudundan əl, qulaq, göz kimi bir şeyə işarə edərsə, işarə etdiyi orqan kəsilər.
Çünki o, Allahı özünə bənzətmişdir."


Qaynaq: Qadi İyad Əs Səbti: Əş Şifa: 1053-1054
Darul Kutubil Arabi: 1404/198
4


Hə vahhabilər, indi bunun hansı düzdü? Hər ikisi öz rəvayətlərinizdi.


Ay Rafizilər, Sizin hədis kitablarınız Quranın təhrifi ilə bağlı hədislər ilə doludur, heç olmasa siz danışmayın.
Hədislərin səhih olub olmamasını araşdırmaq lazımdır.
Mən ona görə AL Fath demişdim ki, mühəddislərin bu hədis haqqında rəyini də saytdakı məqaləyə yerləşdirsin.
Bu hədis çox böyük ehtimalla zəifdir.



#95427 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 06 сентября 2012 - 11:37 в Şiə-sünni dialoqu

eynən hənbəliyə də aiddir yazilanlar.476 ci postuna cavab dəyişməzdir sənin beynin

əl deyəndə sən istəməsən də belə sərhədləri olan və boşluqla əhatə olunmuş əl fikirləşir,mən isə əli məcaz formada

deyildiyini fikirləşirəm və sərhədi və hüdudu olmayan ELMİ və QÜDRƏTİ fikirləşirəm hansi ki beynim bu barədə cox acizdir
vəssalam[/b]


Mən "Allahın əli" dedikdə sərhədləri olan və boşluqda əhatə olunmuş əl fikirləşmirəm. Bu iftiradır.

Sən "əl"in Elm və Qüdrət olmasına Qurandan dəlil gətir.

Əks halda Allahı Özü Özünü vəsf etdiyi kimi vəsf etmədiyin sübut olacaq.



#95422 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 06 сентября 2012 - 08:40 в Şiə-sünni dialoqu

Arif, bizə təəssübkeşlik etməyin deyirsən.

Unutma ki, eyni təəssübkeşlik səndə də ola bilər.

Çünki sən də bizim kimi insansan.

Mən də sənə deyirəm sən də təəsübkeşliyi bir tərəfə qoy 476-cı postu diqqətlə bir neçə dəfə oxu, sonra fikrini bildir



#95367 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 03 сентября 2012 - 09:12 в Şiə-sünni dialoqu

[font="Palatino Linotype"]

İmam Əli (ə): «Dinin başlanğıcı Allahı tanımaqdır. Allahı tanımağın zirvəsi isə Onun varlığına inanıb etiraf etmək və Onu təsdiqləməyin kamalı, tək olduğunu bilməkdir.



وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ

29:61
(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər?

Arif, onda İmam Əlinin (rad)sözlərindən belə çıxır ki, Məkkə müşrikləri Allahı tanımağın zirvəsində olublar.

Əli (rad) kimi elmli və fəzilətli səhabə, möminlərin əmiri olan şəxs Qurana zidd olan belə sözlər deyə bilməz. Bunlar hamısı uydurmadır. Bir az bu haqda fikirləş.



#95366 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 03 сентября 2012 - 08:57 в Şiə-sünni dialoqu

Salafilere gore peygambar savadsiz olub(estagfrullah)
Salafiler ozleri deyirler ki biz sirf peygambarin sunnasi ile gedirik, bes siz salafiler eger gabul edirsiz ki rasulillah(s) ne yazib ne oxumagi bacarib, bes ne ucun siz salafiler yazib oxuyursuz?? Demak siz rasulillahin sunnasi ile getmirsiz??( eceb sualdir Vallahi))


Ay şiə, yazdıqlarından görünür ki, sən hələ başa düşmürsən rasullahın (s) sünnəsi nədir, sələfi əqidəsi nədir.

Allahın izni ilə başa salıram bəlkə başa düşdün.

Sünnə Peyğəmbər (s) etdiklərinə, dediklərinə və görüb etiraz etmədiklərinə deyilir.

Peyğəmbər (s) özü yazıb oxumasa da müsəlmanlardan bu işlə məşğul olanlara qarşı çıxmayıb və əksinə buna təşviq edib.

Bununla bağlı çoxlu hədislər var.

Deməli yazıb-oxumaq da sünnədir.

Biz sələfilər də bu sünnəyə əməl edirik.



#95373 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 03 сентября 2012 - 12:08 в Şiə-sünni dialoqu


İmam Kazim(ə):
Buna görə də Onu,özünün özünü vəsf etdiyi kimi vəsf edin və ondan qeyri vəsfdən çəkinin.


Bu elə sələfi əqidəsidir. Belə çıxır ki, siz imamın dediklərinə əməl etmirsiniz.

قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَنْ تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَيَّ ۖ أَسْتَكْبَرْتَ أَمْ كُنْتَ مِنَ الْعَالِين

38:75
(Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”

Allah (subhənə və təalə) Özü Quranda deyir ki, "iki Əlim var".

Allah Özü Özünü belə vəsf edir. Həmin kəlmənin mənasını yozmaq isə artıq insan ağlının məhsuludur, Allahın Özünün Özünə etdiyi vəsf deyil.



#95368 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 03 сентября 2012 - 09:27 в Şiə-sünni dialoqu

İmam Əli (ə): «Belə isə kim Allahı vəsf edərsə, Ona oxşar və bənzər yaratmış, hər kim Ona

oxşar və bənzər təsəvvür etsə Onu iki saymış olar. Hər kim Onu iki sayarsa, Onun hissədən ibarət olmasına inanmışdır. Onun hissələri

olmasına inanan Onu tanımamışdır. Onu tanımayan Ona işarə edər və Ona işarə edənsə Onu (hədd-hüdud və istiqamətlə) məhdudlaşdırar. Onun üçün hədd müəyyənləşdirən Onu saya gətirmişdir. . (Nəhcül-bəlağə, xütbə 1)



Bu xütbənin özündə İmam Əli (rad) Allahı vəsf etmirmi? Aşağıda yazılanlar Allahın vəsfi deyilmi?



«Varlığı var, ancaq varlığı yaradılmış deyil. Mövcuddur,

ancaq yoxluqdan yaranmayıb. Hər bir şeylədir, ancaq belə deyil ki, ona bənzəmiş olsun. Hər şeydən ayrıdır, ancaq belə deyil ki, ondan kənarda və ayrı olmuş olsun. Faildir, ancaq belə deyil ki, fəaliyyətdə olsun və alətdən istifadə etsin. Görmək üçün bir varlıq olmayan zaman da görən idi. O tək və yeganə idi.(Hətta) o zaman ki,ülfət bağlamağa və ya yoxluğundan tənhalıq duymağa kimsə və yaxud nə isə yox idi»



Xütbənin özündə ziddiyyətlər var.
Allahı vəsf etmək olar. Ancaq Allah Özü Özünü Quranda necə vəsf edirsə həmin qaydada Allahı vəsf etmək olar.



#95374 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 03 сентября 2012 - 12:17 в Şiə-sünni dialoqu


ziddiyətlər səndədi problemi özündə axtar xütbədə yox



Niyə belə danışırsan? Ola bilər elmim azdır yaxşı başa düşmürəm.
Sən də səbirlə başa sal.

İmam Əli (rad) əvvəlcə deyir ki, kim Allahı vəsf edərsə, Ona oxşar və bənzər yaratmışdır.
Sonra başlayır Allahı vəsf etməyə.

Birinci dediyi söz özünə aid olmurmu?
Olmursa niyə olmur?



#95407 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 05 сентября 2012 - 10:28 в Şiə-sünni dialoqu

yox mən elə danişmiram hənbəli,sənə elə gəlir vallahi,həqiqi mənada deyirəm qardaşim,zülm etmişəmsə haqqini halal et,elə mən də haqqin

axtarişina cixmişam,və xütbədə problem görmürəm problem mənim və ya sənin başa düşməməyimdədir və bu problemi aradan qaldirmaq ücün

cixiş yolu özümüzü düzəltməkdir nəinki xütbədə səhv bəhanə, axtarmaq,bunun ücün də cixiş elm öyrənməkdir elmul yeqine catmaq ücün.sonra

bəlkə eynul yeqine catdiq...


Əgər haqqıma girdinsə halal edirəm.

Sənə bir sual verim, ancaq səmimi cavab ver. Səmimi cavab versən İnşəAllah haqq yolu da taparsan.

İmam Kazim(ə)deyir ki:
Buna görə də Onu,özünün özünü vəsf etdiyi kimi vəsf edin və ondan qeyri vəsfdən çəkinin.

Quranda ayədə gəlir ki:


قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَنْ تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَيَّ ۖ أَسْتَكْبَرْتَ أَمْ كُنْتَ مِنَ الْعَالِين


38:75
(Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”

Allah (subhənə və təalə) Özü Quranda deyir ki, "iki əlim var".
Allah Özü Özünü belə vəsf edir. Həmin kəlmənin mənasını yozmaq isə artıq insan ağlının məhsuludur, Allahın Özünün Özünə etdiyi vəsf deyil.

Sələfilər deyir ki: "Allahın iki əli var"

Şiələr deyir ki: "Allahın iki əli yoxdur"

sual:

Kim Allahı Allah Özü Özünü necə vəsf edirsə elə vəsf edir?



#95409 Sələfilərə suallar

Отправлено автор: hənbəli_84 05 сентября 2012 - 11:50 в Şiə-sünni dialoqu

salam aleykum hənbəli ,bəs ona görə sizlərə Əli ə.s xutbəsini yazmişam siz elə dediyinizi deyirsiz.dedim axi ki problem

səndə ya məndə ola bilər xutbədə yox.aciqladim ki,problem sənin beynindədir və Əimmədən də sübut gətirdim ki niyə sən elə


beynində formalaşan fikirdən əl cəkə bilmirsən.ona görə ki əl deyəndə istədin istəmədin beynin əl fikirləşir.elm və

qüdrətin isə sərhədi və hududu yoxdur ( sənin mənim kimi əli olan sərhədlərlə məhdudlanmişdir )qisa yaziram otur fikirləş

qardaş,aldatma özünü.azad ol


Va aleykumussələm.


1)Mən sənə Quran ayəsini dəlil gətirirəm, sən xütbə deyirsən. Sən xütbəni Quran ayəsindən üstün tutursan?

2) Onda Allah niyə ayədə "iki əlim" deyir, niyə "elm və qüdrət" demir? Bəlkə ayə də səhvdir?

3) Sən "Allahın əli" deyəndə sənin və mənim əlimi fikirləşmə, heç bir tayı və bənzəri olmayan əl fikirləş.

Allahın əli sənin və mənim əlimə bənzəmir, sadəcə adları eynidir.

İxlas surəsi
Onun heç bir tayı bənzəri yoxdur

Necə Allah Eşidəndir, insan da eşidəndir.
Ancaq Allahın Eşitməyi insanın eşitməyinə bənzəmir, sadəcə adları eynidir.



#92639 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 13 июня 2012 - 08:21 в Şiə-sünni dialoqu




)))

Subh namazından sonra yemək yemək "şirkdi".

"kalori"
sözü isə bidətdir :rolleyes:



Sən nəyə gülürsən?

Harda qaldı sənin "Hər gün Aşura, hər yer Kərbəla" əqidən?
Nə tez unutdun öz əqidəvi?



#92640 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 13 июня 2012 - 08:25 в Şiə-sünni dialoqu

Mən oxumuşam yüzlərlə yox 1-2-sini o da ən məhşur səhabə olan Əbu Bəkr və Ömər haqqında Əli (ə.s)-ın yalançı, fasiq, xain olduğunu deməysini.


Əbu Bəkr, Ömər, Osman, Əlinin (radiallahu anhum) fəzilətləri haqqında Əhli Sünnənin mötəbər hədis kitablarında yüzlərlə hədislər var.

Sən dediyin 1-2 hədisə əsasən hökm verməliyik, yoxsa yüzlərlə hədisə əsasən.

Şiələr həmişə dəlil gətirəndə bu 1-2 hədisi deyirlər, yüzlərlə hədis haqqında heç danışmırlar.

Çünki əqidələrinə uyğun gəlmir.



#93336 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 03 июля 2012 - 10:17 в Şiə-sünni dialoqu

bu adam səfehin lap öndə gedənidir, bunun məqaləsəini "şiə bəyannaməsi" adı ilə ortalığa atanlar isə ondan da səfehdirlər. qısa cavab üçün linkə baxın: http://www.velayet.c....html#msg156655


Yəhudilərdən də kimsə haqqı araşdırıb İslama gəlsə yəhudilər həmin adamı səfeh və kafir adlandıracaqlar. Bu təbii bir haldır.

Mümkünsə bu şəxsin tərcüməyi halını yerləşdirin. Görək bu insan kim olub və harda təhsil alıb.



#93879 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 11 июля 2012 - 14:53 в Şiə-sünni dialoqu

Bundan əlavə!

Ay ALlahın qanmaz məxluqları!

Osman əl-xəbis hənbəli_84!

Nəyisə müzakirə etmək istəyirsizsə, buyurun uyğun mövzularda müzakirə edək!





Suallar qarşısında aciz qalıbsan bilmirsən neyniyəsən?

Batil əqidə sahibi olanda belə olur da. Get soyuq su iç.

Mən verdiyim suallara sizin əqidədə cavab yoxdur? Hər suala bizim əqidədə oxşar misal tapmaqla cavab vermək istəyibsən.

Bir də ki, sənin kimi əxlaq sahibi ilə nə müzakirə edəcəyik?



#92571 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 11 июня 2012 - 16:24 в Şiə-sünni dialoqu

N_ن_N
Salamu aleykum qardaw. Seni yene de suallarimla narahat edirem)) Bes Peygember s.a.v.a.s.qizlarini bu nadurust osmana niye, hansi meqsedle verib? Bu haqda tarixde melumat var?


Muheqqiq, çox gözəl sual veribsən. Uca Allahın izni ilə belə araşdırsan haqqı taparsan.

Həmçinin nəzərə al ki, Peyğəmbər (s) Allahın elçisi idi. Allah isə insanların keçmişini, gələcəyini, qəlbində olanları, aşkarda və gizlində etdiklərini bilir.

Allaha çoxlu-çoxlu həmd olsun.

Əhli Sünnə mənbələrində Osman (radiallahu anhu)Peyğəmbərin (s) ən yaxın və ən fəzilətli səhabələrindən biri kimi vəsf olunur.
Onu həmçinin "Zunnurreyn" də adlandırırlar. Mənası "iki nur sahibi" deməkdir.
Peyğəmbərin (s) iki qızı ilə evli olduğu üçün bu ad ona verilib.

Şiələrin əqidəsinin əsası budur ki, hamı pisdir təkcə Əli (radiallahu anhu)yaxşıdır. Fərqi yoxdur kimdir Əlidən (radiallahu anhu) başqa hamını pisləyir haqlarında böhtançı rəvayətlər uydurur, Əlini (rad) isə olduğundan artıq şişirdirlər.
Az qalır desinlər ki, bütün səhabələr kafir olub bir dənə Əli (radiallahu anhu) belə fəzilətli olub.

Bənzər sualları mən də verirəm.
Peyğəmbər (s) niyə Əbu Bəkr (rad), Ömər (rad)və Osman (rad) ilə dostluq edirdi?

Peyğəmbər (s) niyə Əbu Bəkrin (rad) qızı Aişə (radiallahu anhə) ilə evlənir?

Peyğəmbər (s) niyə Ömərin (rad) qızı Həfsə (radiallahu anhə) ilə evlənir?

Məgər Peyğəmbər(s) Allahın elçisi deyildi? Məgər Peyğəmbər(s) Allahın elçisi ola-ola özünə mömin dostlar və mömin zövcələr seçə bilmirdi?

Əgər Peyğəmbər(s) Allahın elçisi ola-ola özünə mömin dostlar və mömin zövcələr seçə bilmirdisə bizə necə dost seçmək və yaxud zövcə seçmək ilə bağlı məsləhətlər verə bilər?




Рейтинг@Mail.ru