Перейти к содержимому


Публикации hənbəli_84

224 публикаций создано hənbəli_84 (учитываются публикации только с 25-июня 23)



#96625 Так одна ли дочь была у Пророка(асс)?

Отправлено автор: hənbəli_84 28 ноября 2012 - 15:52 в Суннито-шиитский диалог

Отлично)))Значит по вашему я про Ислам нечего незнаю??)))
Уважаемый помоему у вас с арабским языком тоже не хорошо...
Почему Аллах говорит о себе во множественном числе???

Воистину, Мы ниспослали его (Коран) в ночь предопределения (или величия).97.1.


когда Аллах говорит "Мы" подразумевает все свои имена



#97097 Достоинства Умара ибн Хаттаба

Отправлено автор: hənbəli_84 26 декабря 2012 - 09:54 в Суннито-шиитский диалог

проклятие Аллаха над умаром, ненависть к нему ваджиб и ее невозможно описать


U vas est dostoverniy xadis ot proroka (s) chto on kajdiy den (ili postoyanna) koqo to proklinal?



#97096 Достоинства Умара ибн Хаттаба

Отправлено автор: hənbəli_84 26 декабря 2012 - 09:52 в Суннито-шиитский диалог

однажды Пророк(саас)увидел во сне как обезьяны взбираются по его минбару.Джабриил сказал что это дети умайа.(да будет он проклят и его род и те кто его НЕ проклинают)

Термизи том 2.стр 35
Фехри Рази.
Тафсири СУюти.

vot kniqa Tirmizi http://www.darulkita...zi/indexana.htm

ssilku mojesh dat?



#96284 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 ноября 2012 - 09:50 в Şiə-sünni dialoqu

http://www.ehlitevhid.com/forums/index.php?showtopic=1854&st=0


qulam, orda yazılanlarla mən razıyam.

Heç bir sələf alimi demir ki, Allahın əli orqandır.
Sələfilər Quran və hədislərdə "Allahın əli" ifadəsi gəldiyinə görə deyirlər ki, "Allahın əli var".

Əhli Sünnə Vəl Cəmaatın mövqeyi "Allahın əli" ifadəsi gələn ayələri və hədisləri olduğu kimi qəbul etmək, onları müxaliflər kimi qüdrət, nemət kimi mənalarla təvil etməməkdir. Əbu Hənifə deyir: «Allahın əlindən məqsəd qüdrətdir və ya nemətdir deyilməz. Çünki bu durumda Allahın sifətləri iptal olunmuş (itirilmiş) olur. Bu isə Mutəzilə və Qədəriyyənin görüşüdür. Lakin Allahın əli Onun necəliyi bilinməyən sifətidir.

Allahın digər sifətləri ilə bağlı mövqe eynidir.



#96274 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 10:32 в Şiə-sünni dialoqu

Sən nəyə görə öz sözünü bizə gücnən yedizdirirsən ki,siz də İmamlara(ə.s) ibadət edirsiz.Sənə də cavab veririk ki,Allahdan başqasına ibadət etmək şirkdir.


demək ayrı, əməl ayrı.
Əsas əmələ baxılır.
Məsələn insanlar var deyir ki, Allah təkdir, ancaq gedir tanınmış insanların qəbirləri qarşısında baş əyir.
SOruşanda deyir hörmət mənasında baş əyirəm, ibadət etmirəm ki.
ancaq bilmir ki, baş əymək özü elə ibadətdir. Təkcə Allahın qarşısında baş əymək lazımdır.




Ayədə nə deyilir onlar ibadət edirlər.
Yəni,şəfaətçilərini,vasitəçilərini mütləq güc sahibi bilirdilər.Haçan biz etiqad etsək ki,Peyğəmbər(səəv) və İmamlar(ə.s)mütləq qüdrət sahibidirlər,Allahın izni olmadan kiməsə övlad verirlər,müşkülləri həll edirlər,şəfaət edirlər və s.hə bu halda ayələr bizə aid olar.


Bəli ayədə deyilir ki, ibadət edirlər. Siz də ibadət edirsiniz. Kömək istəmək, qurban kəsmək, ziyarət etmək, qoruma istəmək, dua etmək ibadət sayılır.
Siz də bu ibadətləri Allahdan qeyrilərinə imamlara, qəbirlərə, pirlərə aid edirsiniz.
İbadət etmək mütləq qüdrət sahibi hesab etmək deyil.
Əgər onalr bütləri mütləq qüdrət sahibi hesab etsəydilər, onda onlara Allaha yaxınlaşmaq üçün ibadət etməzdilər. Elə birbaşa bu bütlərə ibadət edərdilər.
Məkkə müşriklərinin Allaha yaxınlaş üçün bütlərə ibadət etməsi sübut edir ki, bütləri Allahdan aşağı dərəcədə görürdülər.
Bu sübut edir ki, onlar bütləri mütləq qüdrət sahibləri və sərbəst varlıqlar hesab etmirdilər.




Şiə təvəssül və şəfaətə etiqad edir.Eyni zamanda da etiqad edir ki,Allahın izni olmadan heç kim şəfaət edə bilməz və onun müşküllərini həll edə bilməz. İnşəƏllah Quran və sünnədən ehtiyac olsa,imkanım daxilində və vaxtım daxilində danışarıq.
Bu ayələri gətirməkdə məqsədin aydındır ki,təvəssül və şəfaəti inkar etmək üçün gətirmisən.Yaxşı əgər bilirdinsə ki,əhli-sünnə alimləri arasın da təvəssül və şəfaət barəsin də ixtilaf var.Bəs nəyə görə bu ayələri gətirirsən.Adama deyərlər get bu ayələri təvəssül və şəfaətə icazə verən alimlərinə verdəəəə.Deməli bilmirdin.Bisəydin bu ayələri gətirməzdin. Sənin dilinlə deyirəm bəlkə də xəvariclərin saytından oxudun.Bəlkə də.Doğrusunu Allah bilər.


Sələfi də təvəssül və şəfaətə etiqad edir. Ancaq sələfi əqidəsində təvəssül və şəfaət Quran və səhih hədislərdə olan dəlillərlə kifayətlənir.

Şiələrdə isə şəfaət və təvəssül o qədər şişirdilib Məkkə müşriklərini keçiblər.

Əhli Sünnə alimlərində şəfaət və təvəssül anlayışı şiələrdən yer-göy qədər fərqlənir.
Əhli Sünnə alimləri arasında əsas ixtilaflar aşağıdakılardır:
1) Ölmüş əməlisaleh insanların xatirinə Allahdan nəsə istəmək kimi dualar

Bu duada da diqqət yetirsən Allahdan istənilir.
2) Peyğəmbərdən (s)Qiyamət günü olan şəfaəti istəmək.

Bu ixtilaflar əsasən bu məsələlərlə bağlı bəzi hədislərin səhih və ya zəif olması səbəbindən doğur.

Ancaq Əhli Sünnə alimləri qəbirlərdən, pirlərdən və əməlisaleh insanlardan kömək istəmək, uşaq istəmək, qorumaq istəmək və onlara qurban kəsməyin şirk olması bəradə ittifaq etmişlər.



“VƏFATINDAN SONRA NƏBİYLƏ TƏVƏSSÜL.

Fəqihlər, vəfatından sonra Nəbiylə - sallallahu aleyhi və səlləm - təvəssül eləmənin məşru olması haqda ixtilaf etmişlər. Yəni, belə deyən kimsənin sözü haqqında: “Allahım! Nəbin xatirinə, Nəbinin Cahı üçün, Nəbinin haqqı üçün səndən istəyirəm”

Birinci Görüş (Caiz olduğu):
Fəqihlərin çoxu (Məlikilər, Şafiilər, Hənəfilərin son dönəm alimləri, Hənbəli məzhəbində əsas görüş) təvəssülün bu növünün caiz olduğuna hökm etmişlər.
Nəbinin - sallallahu aleyhi və səlləm - sağlığında və ya vəfatından sonra olması arasında fərq yoxdur...

İkinci Görüş (Məkruh olduğu):
“Ət Tətərxaniyyə”də“Əl Muntəqa“ adlı kitabdan nəqlən belə gəlmişdir: Əbu Yusuf, İmam Əbu Hənifədən rəvayət etmişdir: Hər kəsin Allaha ancaq Onunla (isim və sifətləriylə) dua eləməsi lazımdır. İzin verilmiş, əmr edilmiş dua Uca Allahın bu kəlamından çıxan nəticədir: “Ən gözəl isimlər Allahındır. Ona bunlarla dua edin””
Əbu Yusufdan, bu əməldə bir bəis olmadığı rəvayət edilmişdir. Rəvayət olunmuş əsər səbəbilə Leysin görüşü də budur.

Üçüncü Görüş (Caiz olmadığı):
Taqiyyuddin ibn Teymiyyə və son dönəm Hənbəli alimlərindən bəziləri, Nəbinin zatı ilə təvəssülün caiz olmadığı görüşündədir…”

Qaynaq: Əl Məvsuatul Fiqhiyyətul Kuveytiyyə: 14/156-161 http://archive.org/d...ikh_pdfbook_ara

Get bu ayələri əhli-sünnə alimlərinə gətir.Denən niyə Peyğəmbərə (səəv)ibadət edirsiz.Axı Quran da belə ayələr var.


2.
[/color][/size]


Bu məsələni yuxarıda izah elədim.




Klassik alimlərinizə məsləhətin olsa,verərsən.

3.Məzhəb imamın (Əhməd ibn Hənbəl)Peyğəmbərin (səəv) tükünü öpüb gözünə qoyarmış sönra da şəfa tapmaq üçün tükü suya batırıb suyuda içərmiş. İmamına denən ki,ay mənim imamım axı Quran da ayə var.Tükə ibadət etmək sayılır axı.[/color]


Bu sənədin səhihliyi haqda bilmirəm. Ancaq imam Əhməd tükdən kömək istəməyib. Başqa bir tərəfdən Peyğəmbərin (s) tükü və paltarı ilə təbərrük etmək ilə bağlı hədislər var.
İmamlardan uşaq istəmək ilə bağlı hədis var?


Hənbəli 84 məndə səni başa düşmürəm. :unsure:


İnşəAllah sənə kitablar deyərəm, oxuyarsan. Allah sənə doğru yolu göstərsin.



#96191 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 22 октября 2012 - 09:14 в Şiə-sünni dialoqu

Bu ayə çox gözəl ayədir. Sənin niyyətin öyrənmək olsaydı, elə Quran ayəsini oxuyanda özün bir düşünərdin ki, Allah Təala (c.c.) niyə ayənin sonunda "Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz." buyurur? Bundan qabaqkı ayələri də oxuyub müşriklərin əməllərini görərdin və şahid olardın ki, müşriklərin əməlləri ilə bu sözləri ziddiyət təşkil edir. Bu sözləri sadəcə özlərini təmizə çıxarmaq üçün deyirlər.


Master_ier, Allah sənə ağıl və məntiq versin.
Sənin deməyindən belə çıxır ki, əgər Məkkə müşrikləri həqiqətən Allaha yaxınlaşmaq niyyəti ilə Lat və Uzzaya ibadət etsəydilər onda tövhid əhli olacaqdılar.
Allah ona görə onları yalançı adlandırır ki, Allah Lat və Uzza haqqında dəlil nazil etmədiyi halda müşriklər onları yaxınlaşma vasitəsi seçiblər, özlərindən yalan uydurublar.

Allah sənə hidayət versin. Quran ayələrini öz nəfsinə və əqidənə uyğun izah etmək istəyirsən ancaq alınmır.



Daha aydın olması üçün müşriklərin əməllərinə baxaq.


baxaq


Təvəssüldə sünni-şiə arasında ixtilaf yoxdur, bu ixtilaf sadəcə özlərinə sələfi deyənlərin çıxartdığı hoqqadır. Adətən özlərinə sələfi deyənlər müsəlmanlara qarşı bir neçə ayəni tez-tez sitat gətirirlər. əl-Əraf 194, əl-İsra 56, Yunus 106, Fatir 14, əl-Ənbiya 43 və sair.



Burda da yalan danışırsan.
Siz sələfilərin dəvətinin qarşısını almaq üçün elə təbliğat aparırsınız ki, guya sələfilər Əhli Sünnədən fərqli yeni bir təriqətdir.
Sələfilər elə Əhli Sünnənin özüdür. Sələfilərdə din Quran və səhih hədislərdən başqa bir şeyə əsaslanmır.

Əhli Sünnədə ittifaq ilə əməlisaleh insanlardan kömək istəmək, uşaq istəmək, sığınmaq (qoruma istəmək),onların adı ilə işə başlamaq, onlara qurban kəsmək şirkdir.

İxtilaf isə təvəssülün başqa növlərindədir ki, məsələn şəfaət istəmək və ya onların xatirinə nəsə istəməkdə ixtilaf olunur.

Siz şiələrdə bunların hər ikisi var.


Amma maraqlısı budur ki, bu ayələr hamısı onların əksinədir. Sadəcə olaraq özlərinə sələfi deyənlər ayələrin mahiyyətini anlamırlar.

Məsələn, əl-Əraf 194-də Allah (c.c) "Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır". Yəni, özləri yaranmış olmasınlar. Deməli, onlar rübubiyyət sifətinin nə hamısına, nə də bir hissəsinə malik deyillər.

Və ya əl-İsra 56-da "Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də (onu başqasına) yönəltməyə qadir deyillər". Yəni, onlar o vaxt sizə tanrı ola biləcək ki, zərəri sizdən dəf edə bilsinlər.

Xülasə, bir halda ki, onlar sizə nə fayda verə bilirlər, nə də zərər. Onlar sizi eşitmirlər də. Bəs onda nə üçün onlara ibadət edirsiniz?

Bütün bunlar onu göstərir ki, müraciət olunanlar elə bir əqidə daşıyıcıları idi ki, onların fikrincə tanrılar insan ağılının fövqündə duran qüvvəyə malik idilər. Fayda və zərər verməyin onların əlində olduğunu düşünürdülər.

əz-Zuxruf 9-da Allah (c.c.) buyurur: Həqiqətən, əgər onlardan (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq: “Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən (Allah) yaratmışdır!” – deyə cavab verəcəklər.

Lakin, buna baxmayaraq onlar Allahın rübubiyyət sifətində müşrik edilər. Onlar bir rəbbə yox, bir neçə rəbbə inanırdılar. Onların etiqadına görə aləmi idarə edən, hər işə ayrı-ayrılıqda əncam çəkən rəbblər vardır.

Zeyd b. Əmr b. NAufəl hələ Peyğəmbərin (s) besətindən qabaq bütlərə sitayiş etməyi tərk etmişdir. O, cahillik əqidəsindən danışaraq məşhur şerində belə deyir:

أرب واحد أم ألف ربّ ... أدين إذا تُقسِّمت الاَُمور
عزلت اللات والعزى جميعاً ... كذلك يفصل الجلد الصبور
للا عزّى أدين ولا ابنتيها ... ولا صنم بني عمرو أزور


Bir rəbbəmi, yoxsa ki min rəbbə,
İşlərimin həlli üçün hansı birisinə,
Latı, Üzzanın hamısını tərk etdim,
Səbirli, möhkəm adam belə olmalı.
Nə Üzza, nə də qızlarına etiqadım yox,
Nə də Bəni-Əmrin bütüb ziyarət edirəm.

Həmçinin deyir:

إلى الملك الاَعلى الّذي ليس فوقه ... إله ولا ربّ يكون مدايناً

Uca Məlikə, ondan üstün olmayana,
Elə bir tanrıya ki, ona tay olan yoxdur.

Müşriklər özlərinə tanrı götürməklə onlardan yağış yağdırmasını, onların sayəsində izzətli olmalarını və Allahın digər sifətlərinə aid olanları onlardan diləyirdilər.

İndi necə ola bilər ki, sənin sitat gətirdiyin əz-Zumər surəsi 3-cü ayədə onların bütlərə və ya tanrılara ibadətləri ancaq Allaha yaxınlaşmaqdan ötrü olsun? Deməli, bu ayə yə digər ayələri təsdiqləyərək onu demək istəyir ki, müşriklər dilləri ilə dediklərini qəlblərində təsdiqləmirlər. Qəlblərində həmin tanrıların təsirə malik olmasına etiqad edir, dillərində isə onlardna ancaq vasitə kimi istifadə etdiklərini söyləyirlər. Ona görə də ayənin sonun da deyilir:

"Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz."

Yəni, onlar iddialarında yalançı idilər. Müşriklər bütlərə dünyəvi məqsədlərinə görə ibadət edirdilər.


Bəli, Məkkə müşrikləri uluhiyyət tövhidində yox, rububiyyət tövhidində Allaha şərik qoşurdular.
Bəs yaxşı kömək istəmək, qoruma istəmək, uşaq istəmək, qurban kəsmək, adı ilə işə başlamaq rububiyyət tövhidinə aid deyil?

Dünyəvi işlərdə kömək istəmək, qoruma istəmək və ya uşaq istəmək dünyəvi məqsədlər deyil?

Gedirlər qəbirlərdən, pirlərdən, imamlardan uşaq istəyirlər. Sonra uşaq olanda adını qoyurlar Pirverdi, Ocaqverdi, İmamverdi.

İmam uşaq vermə gücünə malikdirsə bu fövqəl qüvvə deyil?



#96182 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 21 октября 2012 - 16:08 в Şiə-sünni dialoqu

Bu sualları pis mənada başa düşməyin. Mən yalnız sizin əqidəni öyrənmək və başa düşmək üçün bu sualları verirəm.


İmamlardan kömək istəməyinizə dəlil nədir?

Bu ayələr sizə aid olmurmu?


39:3
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.


Siz də imamlara ibadət edirsiniz (onların adı ilə işə başlayırsınız, onların qəbirlərini ibadət yerini çeviribsiniz, onlardan kömək istəyirisniz). Siz də deyirsiniz ki, imamlar bizi Allaha yaxınlaşdırır.

10:18
Onlar Allahı qoyub özlə­­rinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.


İmamlar sağ vaxtı özlərini və öz ailələrini qoruya bilməyiblər. Siz də deyirsiniz ki, imamlar bizim şəfaətçilərimizdir.
İmam Əli və imam Hüseyn öldürülmuşlər. Sağ vaxtı özlərini qoruya bilmiyiblər. Öləndən sonra sizi necə qoruya bilərlər?

3:80
O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?


Əvvəlki ümmətlər belə səhv edib. İmamlar da peyğəmbərin (s) nəslindəndir. Siz də eyni səhvi təkrar etmirsinizmi?



#96192 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 22 октября 2012 - 09:30 в Şiə-sünni dialoqu

Ey müsəlmanlar,


Görün nə qədər cılız əqidəyə malikdirlər. Mən buna nə yazım? Bu heç iddiadırmı? Bu adamın nəinki İmamətdən ha, heç Nübuvvətdən anlayışı yoxdu. Hələ Tövhidi demirəm. Vay vay vay. And olsun Allaha, heyrətdə qalmışam bu məntiq sahibinə. Gətirdiyi ayəyə bax, ardınca yazdığı sözlərə bax. Nə bilim vallah.


Yaz başa sal, biz də başa düşək. Quran və səhih hədislərlə izah elə.
Məən həqiqətən sizin əqidənizi başa düşmürəm.

Ancaq bir məsələyə diqqət elə.
Mən təkcə Allahdan kömək istəyirəm, təkcə Ondan qorunma istəyirəm, təkcə Allaha qurban kəsirəm, Allah dua edirəm ki, Qiyamət günü Muhəmmədi (s) mənə şəfaətçi etsin. Əməlisaleh insanları özüm ilə Allah arasında vasitəçi götürmürəm.

Əməlisaleh insanları yalnız Allaha düzgün və gözəl şəkildə ibadət etmək üçün özümə nümunə götürürəm.

Əgər mən dediyim səhv olsa sən də tövhid əhli olursan, mən də heç nə itirmirəm, Allaha şərik qoşmuş da olmuram, mən də tövhid əhli oluram.

Əgər sən dediyin səhv olsa vay sənin halıva, mən yenə heç nə itirmirəm. Mən yenə tövhid əhli oluram.

Hər iki halda mən tövhid əhli oluram.



#96276 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 11:03 в Şiə-sünni dialoqu

Hamıya oxumağı tövsiyə edirəm.

1. İBRƏTLİ DİALOQ

2. Tövhid Allahın qulları üzərində olan haqqı



#96193 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 22 октября 2012 - 09:32 в Şiə-sünni dialoqu

Qardaş sözünuzə qüvvət olaraq əhli-sünnənin saytın dan linklər verirəm oxusunlar.Təvəssülü,şəfaəti qəbul edib, vəhabilərə rədiyyə verirlər.

http://www.ehlitevhid.com/forums/index.php?showtopic=918

http://www.ehlitevhi...?showtopic=1412

http://www.ehlitevhi...?showtopic=1693


qulam,

1) bu sayt xəvariclərin saytıdır.
2) Əhli Sünnə ilə bağlı yuxarıda yazdıqlarımı oxu
3) verdiyin linklərdə Quran və Sünnədən dəlil görmədim, ancaq alimlərin sözləridir.



#96304 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 02 ноября 2012 - 10:22 в Şiə-sünni dialoqu

Hənbəli mən bu məsələni lap dəqiq biliəm. yayınma!
Konkret olaraq de görək siz Allahın isim və sifətlərini möhkəm yoxsa mütəşabih bilirsiniz?


Mütəşabih.

Təvözəkar ol. Bütün insanların bimədiyi çox şey var.

bu linki diqqətlə oxu.



#96194 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 22 октября 2012 - 09:35 в Şiə-sünni dialoqu

Mən imamlardan kömək istəmək, uşaq istəmək, qoruma istəmək, onların adı ilə işə başlamaq kimi məsələrlə bağlı Quran və Sünnədən dəlillər istəmişdim.
Belə dəlillər varsa, zəhmət olmasa, göstərin.



#95893 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 05 октября 2012 - 09:36 в Şiə-sünni dialoqu

İnandırım səni ki, bu cızma-qaranın azərbaycan dilinə çevrilməsinə çox şad olmuşam. Bunu mən bir dəfə ingiliscə oxumuşam, bir dəfə rusca. Sadəcə həvəs yox idi ki, bunun yazısını azəriyə çevirib təzədən azərbaycanca da rədd verim. Amma ingilis dilində bir neçə rədd vermişdik ingilisdilli forumlarda. Şükr olsun ki, Allah bizə bu gümləri göstərdi, bu bədbaxtı azərbaycan dilində də biyabır edəcəyik. Həmd olsun.


Çox iddialanırsan. İddiavı bu kiçik hissədə göstərə bilərsən? Bu kiçik hissəyə mümkündürsə rəddiyə ver

Kitabdan bir parça:
//Qeyd etmək lazımdır ki,kitabının müqəddiməsində Əbdulhüseyn demək olar ki,əsərin əvvəldən axıra qədər özü tərəfindən uydurulduğunu etiraf etmişdir.
O deyir: “İndi,mən deyə bilmərəm ki,bu məktublar o zaman bizim yazdığımız məktubların eynisidir.Həmçinin,mən deyə bilmərəm ki,burada keçən ifadə və sözlər həqiqətən olduğu kimi mənə və ya ona aiddir.Çünki,keçən dövr ərzində məktublar mühafizə oluna bilmədi. (mən bunları yenidən yazmağa məcbur oldum)” (“Məktublarda İmam Əlinin vilayəti” səh 20)
Əbdulhüseynin bu məktubları əl Bişrinin adından yazdığına daha bir dəlil onun tərəfindən kitabda yazılan bu sözlərdir: Guya əl Bişri yazır: “Mən bundan əvvəl heç vaxt şiələrin vəziyyəti və mötəqid olduqları inanclarına dair məlumat əldə etmək fikrinə düşməmiş, adət-ənənələrinə də bələd olmamışam.Çünki,xüsusi məclislərində olmamış,ölkələrində yaşamamışam.Amma,çox istəyirdim ki,onların alimləri ilə mübahiSəddə iştirak edim, fikirləri,axtarışları və istəkləri haqqda dərindən bəhs etmək üçün onların arasında olum.Tale mənə sənin dərya tək varlığını aşkar etdikdən sonra,dodaqlarımı elminin sərin suyu ilə islatdı.Allah bu ləzzətli su ilə xəstəliyimi sağaltdı,yanğımı söndürdü.Cəddin Mustafa (s.a.s)-nın “elm şəhəri”nə və onun qapısı atan Mürtəzaya (ə) and olsun ki, mən sənin ləzzətli çeşmənin yanğısöndürən şərbətindən daha ləzzətli başqa bir şərbət tapmadım.” (1-ci məktub,səh 25)
Bu anda diqqət edin.Heç bir əl Əzhər şeyxi bu qədər cahil ola bilməz ki,hər bir müsəlmanın andının yalnız Allaha aid etməli olduğunu bilməsin.

İbn Hacər əl Əsqalani yazır: “Abdullah ibn Ömər (r.a)-dən rəvayyət olunur ki,Peyğəmbər (s.a.s) səhabələrə üz tutaraq buyurdu: “Diqqət edin! Allah sizə atalarınıza and içməyi qadağan etmişdir, kim and içərsə ya Allaha and içsin, ya da sussun!” (Buxari, 9/174 (2482); Müslim, 8/436 (3105)

Necə ola bilər ki,əl Əzhər şeyxi Səlim Bişri Maliki bu hədis və bu tipli hədislərdən qafil olsun?Bu misal Hüseynin qulunun bu sözləri yazarkən nəyi qəsd etdiyini anlamağı bizə imkan verir: “İndi,mən deyə bilmərəm ki,bu məktublar o zaman bizim yazdığımız məktubların eynisidir.Həmçinin,mən deyə bilmərəm ki,burada keçən ifadə və sözlər həqiqətən olduğu kimi mənə və ya ona aiddir.”
//



#96255 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 30 октября 2012 - 10:49 в Şiə-sünni dialoqu

Hənbəli_84,

Sən mənə de görüm, "Nəzir edirəm ki, Allah yolunda Peyğəmbər üçün bir qoyun qurban kəsim" cümləsində nə şirk görürsüz?

Əslində başa düşülməyən şiə və sünnilər deyil, özlərinə sələfi deyənlərdi. Adi qurban kəsmək məsələsini də şirkə aid edirsiniz.


Allah sənə hidayət versin!

قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ

De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur!

108:2

فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ
Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!

Sənin qurbanın isə Allahın qulu Peyğəmbər(s) üçündür.
Aşağıdakı suallarda ciddiyəm, sən də ciddi cavab ver.
Sən Allah yolunda, Peyğəmbər (s) rizası üçün, Peyğəmbərin dəvəsi üçün də qurban kəsərsən?
Və ya Allah yolunda, Peyğəmbərin (s) rizası üçün, Peyğəmbərin (s) dəvəsinin rahatlığı üçün, Peyğəmbərin dəvəsinin dırnağı üçün də qurban kəsərsən?

Sən uluhiyyət tövhidində Allahı təkləşdirirsən: deyirsən ki, Allah tək Yaradandır, Ən Böyükdür və Ən Qüdrətlidir, yerin və göylərin tək Sahibidir.
Burda Allah və elçisi demirsən.

Ancaq niyə rububiyyət tövhidində təkləşdirmirsən?
Yəni niyə ibadətdə Allahı təkləşdirmirsən? Qurban kəsmək də bir ibadətdir.
Yuxarıda təkcə Allahı deyirsən, qurban kəsəndə isə Allah və Onunla yanaşı peyğəmbəri deyirsən? Niyə burda da təkcə Allahın adını çəkmirsən?



#96275 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 10:40 в Şiə-sünni dialoqu

Sən İmam Rza (ə.s) ilə təvəssül edib həkimlərin sağalda bilmədiyi göz xəstəliyindən sağalanlara, müxtəlif xəstəliklərdən şəfa tapanlara bu cür nisyə söhbələrlə cavab vermək istəyirsən? Bu insanlara şəfanı şeytan verir? Sənin əqlin yerindədi?



Bəzi Hind kinolarında var ki, gedirlər bütlərdən şəfa istəyirlər, bəzən də şəfa tapırlar bunu bütdən bilirlər.
İndi gedək hind bütlərinə də ibadət edək?

Bu suala Quran və Sünnə ilə cavab versəm sən tövbə edəcəksən?



#96256 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 30 октября 2012 - 10:57 в Şiə-sünni dialoqu

Hənbəli_84,

Sən mənə de görüm, "Nəzir edirəm ki, Allah yolunda Peyğəmbər üçün bir qoyun qurban kəsim" cümləsində nə şirk görürsüz?

Əslində başa düşülməyən şiə və sünnilər deyil, özlərinə sələfi deyənlərdi. Adi qurban kəsmək məsələsini də şirkə aid edirsiniz.


Bunu da qeyd edim ki, Əhli Sünnə məktəblərinə görə ittifaq ilə pirlərə, qəbirlərə, əməlisaleh insanlara qurban kəsəmək şirkdir.
istər hənbəli məktəbi olsun, istər şafi məktəbi, istər hənəfi məktəbi olsun, istər maliki məktəbi olsun bu əməl ittifaq ilə şirk sayılır.



#96278 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 17:38 в Şiə-sünni dialoqu

Təvəssül haqqında Qurandan ve Sünneden cavablar verilib.
Sadece kor tuttuğun buraxmadığı kimi,bunlar da......
Hind kinolarina qalanda isə,sizin əlli-ayaqlı,baldırrı,oturmuş,saçı qıvrım,üzü şimal kimi allahınız əsl buddaya oxşayir.
Həmişə kimi öz gözünüzdə şalbanı görmürsüz başqalarında tük axtarırsız.Amma onu da tapa bilmirsiz.
Belə təəsübkeşliyiniz davam etsə ,Allah sizi heç hidayət etməyəcək.


Sənin bu iradın aşağıdakı Quran ayəsinə də çatır:
38:75
(Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”

Sən yəqin Quranı oxuyanda da eyni qənaətə gəlirsən.




#96257 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 30 октября 2012 - 10:59 в Şiə-sünni dialoqu

Görürəm burdakıların çox hissəsi bilmir ibadət nədir, uluhiyyət tövhidi nədir, rububiyyət tövhidi nədir. İnşəAllah vaxtım olanda daha geniş yazacam.



#96292 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 ноября 2012 - 14:57 в Şiə-sünni dialoqu

İbni Teyimiyyə və onların ardıcılı olan alimlər deyirlər ki, Allahın əli var və bu həqiqi , zahiri mənadadır. Onlar bu sözləri kəlimələri möhkəm bildiyinə görə deyirlər. Möhkəmin də qaydası budur ki, lüğətdən baxıb ilkin zahiri məna götürülməlidir. Əgər biz "Əl" kəliməsinə baxsaq o zaman onun xüsusi bir üzv olduğunu görərik. O zaman aydın olur ki, siz Allahın əli dedikdə- Allahın üzvü nəzərdə tutursunuz.


Allah sənə hidayət versin.
Yenə başa düşdü düşmədi ittiham edirsən.
Linkdə yazılan alimlərin fikirlərini diqqətlə, 10-15 dəfə oxu.
Başa düşməsən deyərsən başa salaram



#96660 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 декабря 2012 - 20:32 в Şiə-sünni dialoqu


İmam Əhmədin elmini ən yaxşı cəm edənlərdən Əbu Bəkr Əl Xallal (v. 311 h/923 m) İmamdan nəql etdiyi əqidədə deyir:

وكان يقول إنَّ للهِ تعالى يدانِ وهما صفةٌ له في ذاته ليستا بجارحتين وليستا بمركبتين ولا جسمٍ ولا جنسٍ مِن الأجسام ولا مِن جنسِ المحدود والتركيبِ والأبعاضِ والجوارح

"(İmam Əhməd) belə deyərdi: Uca Allahın iki əli var. Bunlar onun zatının sifətidir.Orqan deyillər, mürəkkəb (hissələrdən ibarət) deyillər, cism deyillər, cism, məhdud, tərkib, parçalar və üzvlər cinsindən deyillər...

"Qaynaq: İmam Əhməd bin Hənbəl: Əl Aqidə - Rivayətu Əbi Bəkr Əl Xallal: 104Diməşq: Darul Quteybə: 1408


Mənim də əqidəm belədir. Uca Allahın iki əli var. Onlar orqan deyil və cisim deyil.



#95892 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 05 октября 2012 - 09:21 в Şiə-sünni dialoqu


3. Allahın hökmü hansı dəlilə əsasən zinakar səhabəyə tətbiq olunmamalıdır?

Müəllif: Muhamməd ibn İsmail ibn İbrahim ibn Burdəzubə Cofi əl-Buxari (vəfat tarixi h.q 256), "Səhih Buxari" kitabı, səh 861, hədis № 3475
"Aişə dedi:.....Peyğəmbər (s.ə.(ə.)v) buyurdu:.....And olsun Allaha əgər Muhamməd qızı Fatimə oğurluq etsəydi onun əlini kəsərdim."
Qeyd: Əhli beyt (ə.s) məktəbində bu hədis batil hədislərdən biridir. Çünki Fatiməi Zəhra (s.ə) dünya və axirət xanımlarının biridir və ən əfzəlidir. Bu hədis nəql edənlərin haqqında daha məqsədyönlü olardı.

4. Bu böyük günahları bilərəkdən yerinə yetirən səhabələrdən Allah razı qala bilərmi?



Mən bu hədisin mətnində Fatimənin əfzəl olmasına zidd heç nə görmürəm.
Bu hədisi niyə batil hesab edirsiniz? Fikrinizi daha ətrahlı izah edə bilərsiniz?



#95836 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 03 октября 2012 - 09:04 в Şiə-sünni dialoqu

"Hu" zəmiri hara aid oldu-olmadı elə də əhəmiyyətli deyil. Rəvayət özü zəifdir.


Deməli qəbul edirsən ki, Abu Zeyd hədisi düzgün tərcümə edib, sadəcə söhbəti hədisin səhih və ya zəif olmasına fırladırsan.

bu posta diqqət yetirin:

Allahın düşməni, yalançı və rəvayət və hədisləri yarımçıq gətirən Abu Zeyd(l) yenə rəvayəti qayçılayıb. Rəvayəti tam gətirmiş olsa idi başqa cür olardı.

Rəvayətin orijinalı:

265- يوسف قال حدثني علي بن أحمد بن بقاح، عن عمه، عن زرارة، قال : سألت أبا عبد الله (عليه السلام) عن التشهد فقال أشهد أن لا إله إلا الله وحده لا شريك له و أشهد أن محمدا عبده و رسوله، قلت التحيات الصلوات قال التحيات و الصلوات، فلما خرجت قلت إن لقيته لأسألنه غدا، فسألته من الغد عن التشهد فقال كمثل ذلك، قلت التحيات و الصلوات قال التحيات و الصلوات، قلت ألقاه بعد يوم لأسألنه غدا، فسألته عن التشهد فقال كمثله، قلت التحيات و الصلوات قال التحيات و الصلوات، فلما خرجت ضرطت في لحيته و قلت لا يفلح أبدا

http://www.al-shia.o...l_kashi2/3.html




Yusif -- Əli bin Əhmed bin Bəqqəh -- əmisindən -- Zurarə İmamdan(ə) təşəhhüd barədə soruşanda imam "Əşhədu ən la ilahə illallah vəhdəhu lə şərikə ləh, və əşhədu ənnə Muhammədən əbduhu və rasuluh" deyə cavab verir. Sonra "Əttəhiyyatu əs-salavatu" soruşanda imam(ə) "bu cürdür" dedi.

Hansı şiədən təşəhhüdü soruşsan deyəcək: "Əşhədu ən la ilahə illallah vəhdəhu lə şərikə ləh, və əşhədu ənnə Muhammədən əbduhu və rasuluh". Şiəyə görə təşəhhüddə "Əttəhiyyatu əs-salavatu" yoxdur. Zurarəni təəccübləndirən də elə bu olur. Ona görə də bir neçə gün dəfələrlə soruşur və sonra başa düşür ki, İmam(ə) təqiyyə edib.

Bundan sonra o deyir:

ضرطت في لحيته


"Onun saqqalına yel buraxdım". Yani təşəhhüddə "Əttəhiyyatu əs-salavatu" deyənin saqqalına yel buraxdım. Təqiyyə olduğunu başa düşdüyündən "Onun" deyəndə təşəhhudde "Et-tehiyyatu ves-salavatu" deyəni nəzərdə tutur. Yoxsa o boyda Zurarə namazda təşəhhüdü bilmirdi? Bilmirdi ki, imamiyyə şiəsində belə şey yoxdur. Bu bidətdir. Sonra isə deyir:

و قلت لا يفلح أبدا


Dedim: O, heç vaxt müvəffəq olmaz. Yani namazda "Əttəhiyyatu əs-salavatu" deyən heç vaxt müvəffəq olmaz. Aydın olur ki, Zurarə yeli İmamın(ə) yox Əbu Zeyd kimilərin ("Əttəhiyyatu əs-salavatu" deyənlərin) saqqalına buraxıb.

P.S al-Fath kopiyaya görə gərək bağışlayasan. Sadəcə verdiyin link səhv yerə yönləndirirdi.


1) bu forumda hədis səhv tərcümə olunur. Heç bir elmli şiə buna münasibət bildirmir. Təəsübkeşlik hissi şiələrə qalib gəlir. Hər kəs öz firqəsinə sevinir məsələsi

2) Abu Zeydə böhtan atılır ki, səhv tərcümə edib. Bunun əsasında da Abu Zeyd təhqir olunur. Yenə heç bir şiə buna reaksiya bildirmir. Yenə təəssübkeşlik hissi.

Bəs sizin ədalətiniz harda qaldı?



#96661 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 01 декабря 2012 - 20:36 в Şiə-sünni dialoqu

Ok.

Mən #168 postda "сopy" etmişdim :





Siz isə #174-cü postda cavab olaraq yazdınız ki,



Əgər Siz Allahın qolu var, amma insandaki kimi deyil buyurursunuzsa onda #168 postda qeyd olunduğu İbni Hanbelin fətvası Sizə aidiyyat deyil məgər?

İbn Hənbəlin fətvasında söhbət cisimdən gedir.
Mən demirəm ki, "Allah cisimdir" və ya "Allahın qolu var".
Mən deyirəm ki, "Allahın iki əli var".

"Allahın iki əlinin olması"-ndan çıxmır ki, "Allah cisimdir".



#96265 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 30 октября 2012 - 14:56 в Şiə-sünni dialoqu

Qurban kəsən insan savab qazanır?

- İNŞƏLLAH qazanır.

İnsan qurban kəsənin qazandığı savabını, məsəlçün valideyninə hədiyyə etmək məqsədi ilə qurban kəsmək olar?

- İNŞƏLLAH kəsmək olar.

Siz isə yazırsız olmaz?!
00000000:nett:

Kiminsə üçün qurban kəsmək başqa şeydir, kəsib savabını kiməsə hədiyyə etmək isə başqa şeydir.

108:2

Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!

Rəbbimiz üçün qurban kəsəndə biz Ona savab hədiyyə etmirik, biz ona ibadət edirik. Rəbbimizin savaba ehtiyacı yoxdur.

Master_ier isə Peyğəmbər (s) üçün qurban kəsmək haqqında soruşur




#96273 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: hənbəli_84 31 октября 2012 - 09:52 в Şiə-sünni dialoqu

Qurban kəsməkdi, namaz qılmaqdı, həc və sair ibadətləri Allah üçün edirsən.

Elə mən də onu izah etmək istəyirəm.
Təəssüf ki, çox adam qurbanı pir üçün, qəbir üçün və s. üçün kəsir.




Siz (əminəm ki)
düz yöndəmdən anlamamısız.


master_ier özü gəlsin məsələni aydınlaşdırsın




Рейтинг@Mail.ru