- 313NEWS.NET - FORUM
- → Публикации hənbəli
Публикации hənbəli
176 публикаций создано hənbəli (учитываются публикации только с 26-июня 23)
По типу контента
По пользователю
#12485 İbn Əbil-Hədid kimdir?
Отправлено автор:
hənbəli
19 июля 2009 - 16:31
в
Şiə-sünni dialoqu
Hər şeydən əvvəl şiə alimlərinin onun haqqındakı fikrinə baxaq!
هو عز الدين بن ابي الحسن بن ابي الحديد المدائني صاحب شرح نهج البلاغة المشهور وهو من أكابر الفضلاء المتتبعين وأعاظم النبلاء المتبحرين مواليا لأهل العصمة و الطهارة …… وحسب الدلالة على علو منزلته في الدين وغلوه في امير المؤمنين عليه السلام شرحه الشريف الجامع لكل نفيسة وغريب ، والحاوي لكل نافحة ذات طيب
“Onun adı İzz əd-Din bin Əbil-Həsən bin Əbil-Hədid əl-Mədəini’dir. “Nəhcul-Bələğə” kitabının məşhur şərhini yazan odur. O, araşdırmacı alimlərin böyüklərindəndir, elmdə dərya sayılan alicənabların ən alilərindəndir. İsmət və təharət əhlini (yəni əhli-beyti) dəstəkləyənlərdəndir...Onun bütün gözəllikləri özündə toplayan və inciləri cəm edən şərəfli şərhi (yəni Şərh Nəhcul-Bəlağa) onun dindəki uca məqamına və möminlərin-əmiri Əlinin – aleyhissələm – şanında ğuluv etməsinə dəlalətdə kifayət edir... ”
(əl-Xavanəsəri, “Ravdatul-Cənnət”, 5/20-21)
əl-Qummi isə “əl-Kunə val-Əlqab” kitabında deyir:
ولد في المدائن وكان الغالب على أهل المدائن التشيع و التطرف والمغالاة فسار في دربهم وتقيل مذهبهم و نظم العقائد المعروفة بالعلويات السبع على طريقتهم وفيها غالي و تشيع
ثم خف الى بغداد وجنح الى الاعتزال واصبح كما يقول صاحب نسخة السحر معتزلياً جاهزيا في اكثر شرحه بعد ان كان شيعياً غالياً
“əl-Mədəin şəhərində doğulmuşdur və bu şəhərin əhalisinin çoxu şiə idi, şiəlikdə radikal idilər və etiqadlarında ğuluv vardı. O, da onların bu yolu ilə getmişdir. Onların əqidələrini "əl-Uluviyyət əs-Səbu" adı ilə tanınmış nəzmində qeyd etmişdir və həmin bu beytlərində ğuluv və təşəyyu vardır...(daha sonra həmin bu beytlərdən bəzilərini qeyd edir...) ...Sonra Bağdada getmiş və mötəzili əqidəsinə meyl etmişdir və “Nəsmətus-Səhar” kitabının sahibinin dediyi kimi ifrat şiə olduqdan sonra mötəzili cahizi olmuşdur. Bağdad’da 655-ci ildə vəfat etmişdir. Ayətullah əl-Hilli öz atası vasitəsilə ondan rəvayət etmişdir.”
(əl-Qummi, “əl-Kunə val-Əlqab”, 1/185)
Yusuf İlyən Sirkis “Mucəm əl-Mətbuat əl-Arabiyyə” kitabında (1/29) deyir:
عبد الحميد بن هبة الله بن محمد بن محمد بن أبي الحديد عز الدين المدائني الحكيم الاصولي المعتزلي هو من أكابر الفضلاء المتشيعين .
وأعاظم النبلاء المتبحرين مواليا لاهل بيت العصمة والطهارة وان كان في زي أهل السنة والجماعة
“Abdulhəmid bin Hibbətullah bin Muhamməd bin Muhamməd bin Əbil-Hədid İzz əd-Din əl-Mədəini əl-Həkim əl-Usuli əl-Mötəzili, o, təşəyyu əhlinin fəzilətlilərinin ən böyüklərindəndir. Əhli-sünnət və camaatın cildində olsa da, ismət və təharət əhlini dəstəkləyən elm əhlindən olan alicənabların ən alilərindəndir.”
#13341 İbn Əbil-Hədid kimdir?
Отправлено автор:
hənbəli
26 июля 2009 - 15:33
в
Şiə-sünni dialoqu
Qaldı ki, nuseyrilərin və ələvilərin şiə olub olmamasına, sözsüz ki, onlar Əlinin şiələridir, lakin ifrata varıb kafir olublar...necəki sizin öz alimləriniz belə bəzi ğulati şiələri kafir sayıblar...
#13165 İbn Əbil-Hədid kimdir?
Отправлено автор:
hənbəli
25 июля 2009 - 04:09
в
Şiə-sünni dialoqu
Bilmirəm foruma nəzarət edənlər sənin bu şıltaqlıqlarına niyə göz yumurlar.
Bir də mənə burda heç kəs qırmızı ilə yazdığıma görə irad tutmayıb, belə şeyi xatırlamır. Mən yazarkən qara ilə yazıram, lakin bəzi yerləri qırmızı ilə diqqət üçün işarələyirəm...
Gələn yazında sözlərinə fikir ver və adam kimi yazı yaz!
İbn Əbil-Hədidə gəldikdə isə...biriniz onun məzhəbdə şafi olduğunu yazır, sən isə hənəfi olduğunu deyirsən...məzhəbi qalsın bir kənarda
amma fakt ortadadır, bu adam əhli-sünnət etiqadında olmayıb...səhabələrə münasibətdə şiədir, çünki bir çox səhabəyə tənə edir, Əlini digərlərindən üstün tutur, Əlinin xəlifəliyə təlvih ilə layiq olduğunu deyir...yenə onun sözləri ilə getsək, bu adam bu etiqadı ilə sünni olmaz, bu adam şiədir... mən onun imami şiəsi olduğunu demirəm, amma səhabələrə münasibətdə şiədir.
#12950 İbn Əbil-Hədid kimdir?
Отправлено автор:
hənbəli
23 июля 2009 - 00:54
в
Şiə-sünni dialoqu
və Quranı məxluq hesan etmək kafirlikdirsə, Buxarini niyə möhtərəm sayırsız? halbuki, o da Quranı məxluq bilib.
http://313news.net/f...amp;#entry10425
Buxari belə bir şey deməyib və belə bir şeyə inanmayıb, sənin verdiyin linkdə də belə bir şey yoxdur. Sən sadəcə olaraq yalan danışırsan!
Mövzuda da öz aliminizdən sitatlar gətirdim, öz alimləriniz deyir ki, İbn Əbil-Hədis bir ğulati şiə kimi böyüyüb və ömrünü elə keçirib, ömrünün sonunda Bağdadda mötəzili Cahizin fikirlərindən təsirlənib. Bir insanın şiə olması üçün şiə namazı qılması şərt deyil.
Əgər yuxarıdakı öz alimlərinizin şahidliyini qəbul etmirsizsə, sizə başqa cür kömək edə bilmərəm....
#13123 İbn Əbil-Hədid kimdir?
Отправлено автор:
hənbəli
24 июля 2009 - 17:17
в
Şiə-sünni dialoqu
#12960 İbn Əbil-Hədid kimdir?
Отправлено автор:
hənbəli
23 июля 2009 - 01:43
в
Şiə-sünni dialoqu
ومن زعم ان القران مخلوق فقد كفر وخرج عن الايمان وبانت منه امرأته يستتاب فان تاب والا ضربت عنقه وجعل ماله فيئا بين المسلمين ولم يدفن في مقابر المسلمين ومن وقف وقال لا أقول مخلوق أو غير مخلوق فقد ضاهى الكفر ومن زعم ان لفظي بالقران مخلوق فهذا مبتدع لا يجالس ولا يكلم ومن ذهب بعد مجلسنا هذا إلى محمد بن إسماعيل البخاري فاتهموه فإنه لا يحضر مجلسه الا من كان على مثل مذهبه
"Kim iddia edərsə ki, Quran məxluqdur küfr etmişdir və imandan çıxmışdır, xanımı ondan ayrılmalı, tövbəyə dəvət edilməlidir. Tövbə edərsə (çox gözəl), əks təqdirdə boynu vurular. Malı müsəlmanlar arasında qənimət kimi bölünər, müsəlman qəbrində basdırılmaz və kim tərəddüd edərsə və "məxluq və ya qeyri-məxluq olduğunu demirəm" deyərsə küfrə yaxınlaşmışdır və kim "mənim Quran oxuyarkən ləfzim məxluqdur" deyərsə, bidətçidir. Onunla oturulmaz, onunla danışılmaz və kim bizim məclisdən sonra Muhamməd bin İsmayıl əl-Buxari'nin yanına gedərsə, onu ittiham edin, çünki onun məclisinə onun məzhəbində olandan başqa heç kəs getməz."
Bax, qırmızı ilə işarələdiyimi Abu Sufyan tərcümə etməyib. Qırmızı ilə işarələdiyim də isə əz-Zuhli digər iki qrup insanları zikr etmişdir. Birinci qrupu kafir görür, ikincisini hər han küfrə düşə biləcəyini deyir, üçüncüsünü isə sadəcə bidət adlandırmışdır. Bax, əl-Buxari ilə əz-Zuhlinin arasındakı ixtilaf bundadır. Yəni əz-Zuhliyə görə kim ümumiyyətlə bu sözü deyərsə, özündən əvvəlkilərin açmadığı bir məsələni açmışdır. Ona görə də əz-Zuhli buna bidət demişdir. Lakin hamı bilir ki, əl-Buxarinin dediyi sözlər haqqdır...
Nəsə...indi sənə artıq bunu üçüncü dəfə izah etmiş oldum. Ümid edirəm ki, bundan sonra artıq bir şübhən qalmaz.
#13334 İbn Əbil-Hədid kimdir?
Отправлено автор:
hənbəli
26 июля 2009 - 15:07
в
Şiə-sünni dialoqu
yazını diqqətlə oxusaydın...görərdin ki, sözlərimi Abu Sufyanın təhqirlərinə qarşı yazmışam...bir də nə məğlubiyyətindən danışırsan!
Səninləki mənim söhbətim düşməyib, yuyulmamış çömçə kimi özünü ortaya nə soxursan... Ümumiyyətlə kimin burda təhqirlərə başladığı kimin isə cavab verdiyi ortadadır...mənim yazılarımı oxumağı səndən xahiş eləməmişəm...
Mövzuya gəldikdə isə, İbn Əbil-Hədidin şiə olması ortadadır, təklif edirlər ki, onun öz sözlərinə əsasən əqidəsini müəyyən edək...
Onun əqidəsi budur ki, Əli digər səhabələrdən üstündür (şiə əqidəsi), Əli işarə ilə xilafətə hamıdan layiq idi (şiə əqidəsi), səhabələrə tənə etməsi (şiə əqidəsi)... Burada onun imamiyyə olmasını isbat etməyin nə münasibəti? Özünün "Nəhcul-Bəlağa" şərhini də görün kimin şanı üçün yazıb?!
Bu adam sözsüz şiədir, ona görə də onun şiə-sünni arasındakı söhbətlərdə sünni kimi ortaya atmaq sizin hiylənizdən başqa bir şey deyil!
Abu Sufyan ordusu, sən ümumiyyətlə cahil birisən, sənin cahilliyinin də nə olduğunu göstərmişəm...sən bir daha mənim alimlərimə və ya məzhəbimə təhqir edici sözlər atsan və əgər görməsəm ki, bu səfər də moder sənin ədəbsizliyinə göz yumur...sənin bütün alimlərini qarşında biyabır edəcəm...ona görə də dilini qısa tutdun!
#13007 İbn Əbil-Hədid kimdir?
Отправлено автор:
hənbəli
23 июля 2009 - 14:54
в
Şiə-sünni dialoqu
Sənin hər hərfinə cavab vermək borcundayam?! Buxari ilə əz-Zuhlinin məsələsini mövzusunda cavablandıracam inşəAllah...amma ondan da vacib məsələlər var...səbrli ol!
#13156 İbn Əbil-Hədid kimdir?
Отправлено автор:
hənbəli
25 июля 2009 - 02:48
в
Şiə-sünni dialoqu
ولد بالمدائن "وكان الغالب على أهل المدائن التشيع والتطرف والمغالاة، فسار في دربهم، وتقبل مذهبهم، ونظم العقائد المعروفة بالعلويات السبع على طريقتهم، وفيها غالى وتشيع وذهب به الإسراف في كثير من الأبيات كل مذهب، يقول في إحداها:
علم الغيوب إليه غير مدافع
والصبح أبيض مسفر لا يدفع
وإليه في يوم المعاد حسابنا
وهو الملاذ لنا غداً والمفزع
ورأيت دين الاعتزال وإنني
أهوى لأجلك كل من يتشيع
ولقد علمت بأنه لا بد من
مهديكم وليومه أتوقع
تحميه من جند الإله كتائب
كاليم أقبل زاخراً يتدفع
تالله لا أنسى الحسين وشلوه
تحت السنابك بالعراء موزع
لهفي على تلك الدماء تراق في
أيدي أمية عنوة وتضيع
يأبى أبو العباس أحمد إنه
خير الورى من أن يطل ويمنع
فهو الولي لثأرها وهو الحمو
ل لعبئها إذ كل عود يضلع
والدهر طوع والشبيبة غضة
والسيف عضب والفؤاد مشيع
ثم خف إلى بغداد، وجنح إلى الاعتزال، وأصبح كما يقول صاحب نسخة السحر "معتزلياً جاهزياً في أكثر شرحه بعد أن كان شيعياً غالياً".
"وتوفى في بغداد سنة 655 يروي آية الله العلامة الحلي عن أبيه عنه" (الكنى والألقاب ج1 ص185)] جاء أبو سفيان إلى علي عليه السلام، فقال: وليتم على هذا الأمر أذل بيت في قريش، أما والله لئن شئت لأملأنها على أبى فصيل خيلاً ورجلاً، فقال علىّ عليه السلام: طالما غششت الإسلام وأهله، فما ضررتهم شيئاً، لا حاجة لنا إلى خيلك ورجلك، لولا أنا رأينا أبا بكر لها أهلاً لما تركناه" ["شرح ابن أبي الحديد" ج1 ص130].
Texniki xətadır, dırnaq işarələrinin yerinə görə xəta etmişəm, üzrlü bilin!
İstənilən halda bu sözlərin tam müəllifinin kim olduğunu deyə bilmərəm, lakin Doktor Muhamməd Mehran bunu "əl-İmamə və Əhlul-Beyt" kitabında nəql edir:
http://www.najaf.org...mamahl1-05.html
Lakin etiraf edirəm ki, xəta mənim diqqətsizliyimdən baş verib.
#13118 İbn Əbil-Hədid kimdir?
Отправлено автор:
hənbəli
24 июля 2009 - 17:08
в
Şiə-sünni dialoqu
Onun Əlini digər səhabələrdən üstün sayması və Əlinin təlvih ilə xəlifəyə layiq olmasına etiqad etməsi onun sünni deyil/ şiə olmasına dəlalət edir...indi həmin bu adam Əlinin nass ilə təyin olunmasına inanmırsa, o zaman bu onu şiəlikdən deyil, imamiyyədən çıxarır...
#13177 İbn Əbil-Hədid kimdir?
Отправлено автор:
hənbəli
25 июля 2009 - 05:48
в
Şiə-sünni dialoqu
Hörmət etmək deyəndə, hər şeydən əvvəl özünə hörmət qoy! Bir qədər ədəb, tərbiyə nümayiş elə...sözlərindən görünür ki, həddini bilmirsən, gözün nifrətlə dolu hər tərəfi qırmızı görürsən...hər qarşından keçənə düşmən olmusan...ağzının suyu axır, sanki insan əti yemək istəyirsən...ona görə də özünü normal aparmanı məsləhət gördüm. El içindəsən, millət qabağındasan...sözlərinə fikir ver!
#12383 İbn Əbil-Hədid kimdir?
Отправлено автор:
hənbəli
17 июля 2009 - 22:02
в
Şiə-sünni dialoqu
Bu forumda və digər forumlarda bu zat əhli-sünnətə qarşı dəlil gətirilir və guya sünni alimidir. Bilənlər bunun yalan olduğunu bilirlər. Lakin inadkarlar inad edirlər. Ona görə də inşəallah onun haqqında əhli-sünnət kitablarından və şiə kitablarından nəql gətirərək onun şiə deyil, sünni olduğunu isbat edəcəyik, inşəAllah!
Ümid edirəm ki, bundan sonra mövzumuz yekun bir söz olar...daha bundan sonra bu İbn Əbil-Hədid gözümüzə girməsin!
#13767 İbn Əbil-Hədid kimdir?
Отправлено автор:
hənbəli
28 июля 2009 - 15:09
в
Şiə-sünni dialoqu
#13363 İbn Əbil-Hədid kimdir?
Отправлено автор:
hənbəli
26 июля 2009 - 16:49
в
Şiə-sünni dialoqu
#13376 İbn Əbil-Hədid kimdir?
Отправлено автор:
hənbəli
26 июля 2009 - 17:21
в
Şiə-sünni dialoqu
Meger Zeydiler 12 imamcidirlar?
Manim demayim budur ki Moteziliyin axir vaxtlar xususan salafiler saymirlar ahli sunna kimi.
Motazili zamaninda onlar ahli snna kimi olub va alimleri olub maktablari olub. Yani sunni mazhabin bela problemi yox idid.
Tatar, sən axı ağıl sahibi bir Allah bəndəsisən...burda kim İbn Əbil-Hədidin imamiyyə firqəsindən olduğunu deyir? Yoxsa sizə görə imamiyyədən başqa firqələr şiə sayılmır? Sözsüz ki, onlar da şiədir...lakin ola bilsin ki, sizə görə həqiqi şiə deyildir...bu isə başqa bir məsələdir.
#13918 Ömərlə Ümm Gülsümün nigahı
Отправлено автор:
hənbəli
29 июля 2009 - 19:19
в
Şiə-sünni dialoqu
Çox gözəl! Razılaşaq bununla. (Gəribə budur ki, Sizin kitablarda bu hallara ras gələndə, bu alimlərin xətasıdır deyirsiz, amma şiə kitablarında olanda şiə alimlərinin yalanı. Buna cavab yazmasaz da olar, bunu bizim mövzuya aid etmirəm, ümumi dedim).
Təbəri də öz Tarixində (cild 5 səh. 2734, Zikr Zavaj Umar) yazır:
Ömər Aişəyə Üm Gülsüm bintə Əbu Bəkri almaq istədiyini deyir və Aişə ona cavab verir ki, "Bu mənim əlimdədir". Amma Üm Gülsüm onu rədd edir. Aişə Əmr bin Ası xahiş etdi ki, Ömərlə bu haqda danışsın və o Ömərə Əbu Bəkrin qızı Üm Gülsümü yox, Əlinin qızı Üm Gülsümü almağı məsləhət gördü.
Mən belə başa düşürəm ki, Siz (və alimləriniz) deyirsiz ki, Ömər əvvəl Əbu Bəkrin qızını almaq istəyir, amma o razı olmur və Ömər Əlinin qızını alır. Bu belədirsə Sizə iki sualım var:
Birincisi: Əhli sünnət imamı və mühəddisi Şah Əbdül Haq Dəhləvi yazır:"Əsma bintə Üməys əvvəl Cəfər ibn Təyyarın arvadı idi. O şəhid olduqdan sonra Əbu Bəkrə ərə getdi. Bu evlilikdən sonra onun iki uşağı oldu, Mühəmməd və Ümm Gülsüm. Onun vəfatından sonra Əsma Əliyə ərə getdi və Ümm Gülsüm onun evinə girdi. Bu həmin Ümm Gülsümdür ki, Ömər onunla evləndi".
İkincisi: Deməli Əlinin evində iki Üm Gülsüm böyüyüb? Buna dəlil nədir?
İmam of Ahl'ul Sunnah al Muhaddith Shah Abdul Haq Delavi (Rijal Mishkat page 115)
Birincisi...biz nə xətadırsa, onu göstəririk...nəyin təhrif olduğunu görürüksə onu da göstəririk...yuxarıdakı yazıda açıq aydın yazı xətası olduğu aydındır... Kimin əsassız yerə təhrif ittihamı etməsi ortadadır. əl-Buxari mövzusuna baxmaq kifayət edər...
Təbəri də öz Tarixində (cild 5 səh. 2734, Zikr Zavaj Umar) yazır:
Ömər Aişəyə Üm Gülsüm bintə Əbu Bəkri almaq istədiyini deyir və Aişə ona cavab verir ki, "Bu mənim əlimdədir". Amma Üm Gülsüm onu rədd edir. Aişə Əmr bin Ası xahiş etdi ki, Ömərlə bu haqda danışsın və o Ömərə Əbu Bəkrin qızı Üm Gülsümü yox, Əlinin qızı Üm Gülsümü almağı məsləhət gördü.
Bu və buna bənzər iddialara bir neçə cür cavab vermək olar:
1. Bu rəvayətlərin heç birində Ömərin Əbu Bəkrin qızı ilə evlənməsi haqqında heç bir şey qeyd olunmur, ona görə bunun mövzumuz ilə əlaqəsi yoxdur. Çünki biz Ömərin kimlə evləndiyini və ya Ömərin doğurdan da Əlinin qızı ilə evlənməsi tarixi bir faktdır yoxsa şiələrin iddia etdiyi kimi bir iddiadır? Biz bunları müzakirə edirik...
2. Onu da qeyd etməliyəm ki, Ömərin Əbu Bəkrin qızı Umm Kulsum’un əlini istəməsi haqqında səhih heç bir şey gəlməmişdir. Bu barədə İbn Cərir ət-Tabəri rəvayət edərək deyir: “əl-Mədəini dedi: “Əbu Bəkrin qızı Umm Kulsumun əlini istəmişdi və o, yaşca kiçik idi...” Bu rəvayətin eynisini İbn Kəsir əd-Dəməşqi “əl-Bidayə van-Nihayə” kitabında İbn Cərirdən nəql etmiş, lakin bunu ondan nəql etdiyini zikr etməmişdir. Bu rəvayətin muttəsil bir sənədi yoxdur. Bunu ət-Tabəri gördüyünüz kimi əl-Mədəini’dən rəvayət edir. əl-Mədəini hicri 244 və ya 245-ci ildə vəfat etmişdir. ət-Tabəri isə hicri 310-cu ildə vəfat etmişdir. Bu iki alimin ölümü arasında 82 il vardır. Sözsüz ki, ət-Tabəri ondan bir şey eşitməmişdir. Üstəlik əl-Mədəini öz rəvayətlərinin çoxunu sənədsiz rəvayət edir. Bunu da əlavə edək ki, əl-Mədəini zəif bir ravidir. əz-Zəhəbi “Mizənul-İtidəl” kitabında deyir: “Əli bin Muhamməd Əbul-Həsən əl-Mədəini əl-İxbəri, çoxlu kitab sahibidir. İbn Adiy onu “əl-Kamil” kitabında (zəif ravilər haqqında kitabdır) zikr edərək deyir: “Əli bin Muhamməd bin Abdilləh bin Əbi Seyf əl-Mədəini, Abdurrahmən bin Sumrə’nin mövlasıdır. Hədisdə güclü deyildir. Xəbərlər rəvayət etmişdir, sənədlə rəvayət etdiyi rəvayətlərin sayı azdır.” (əz-Zəhəbi, “Mizanul-İtidəl”, 3/351 (rəq: 1295) )
3. Ömərin evləndiyi Umm Kulsum'un Əlinin deyil, Əbu Bəkrin qızı olması imkansızdır. Bunun bir neçə səbəbi vardır. Birinci səbəb budur ki, Əbu Bəkrin qızı Əlinin himayəsi altında böyüməmişdir. Çünki Umm Kulsumun anası Əsma bint Umeys deyildir və bu barədə tarixi heç bir şahidlik gəlməmişdir. Əksinə Umm Kulsum bin Əbi Bəkrin anası Həbibə bint Xaricə bin Zeyddir, Əsma deyildir. Əli isə Həbibə ilə deyil, Əsma ilə evlənmişdir və Əbu Bəkrin uşaqları arasında Əlinin himayəsi altında böyüyən Əbu Bəkrin Əsma bint Umeysdən olan oğlu Muhamməd bin Əbi Bəkrdir. Ona görə də Umm Kulsum bint Əli deyildikdə bunun Əlinin əli altındakı Əbu Bəkrin qızı olduğunu söyləmək cahillikdir və heç bir tarixi fakta əsaslanmır. əş-Şeyx əş-Şəblənci “Nur əl-Əbsar” kitabında deyir: “Umm Kulsum onun (Əbu Bəkrin) qızları içində ən kiçiyidir. Anasının adı Həbibə bint Xaricə bin Zeyd’dir. Əbu Bəkr ölərək onu dul buraxmışdır və o, bu zaman Umm Kulsum’dan hamilə idi. Əbu Bəkrin vəfatından sonra dünyaya gəlmişdir və onunla Talha bin Ubeydullah evlənmişdir.” (“Nur əl-Əbsar”, səh: 701)
Üstəlik məlumdur ki, Ömər öləndən sonra onun dul qalmış zövcəsi Cafər bin Əbi Talibin oğulları olan Aun bin Cafər ilə Muhamməd bin Cafər ilə evlənmişdir. Əgər Ömərin evləndiyi Umm Kulsum Əbu Bəkrin qızı olsaydı, belə çıxır ki, Umm Kulsum anadan bir qardaşlarına ərə getmişdir. Çünki əgər Umm Kulsum bint Əbi Bəkrin anası Əsma bint Umeysdirsə, o zaman Aun bin Cafər və Muhamməd bin Cafərin də anası həmin Əsma bint Umeysdir. Əuzu billəh...təbii ki, belə bir iddia yaxşı düşünülmədən ortaya atılmış bir yalandır. Başqa bir dəlil isə budur ki, Əbu Bəkrin qızı Umm Kulsum Ömər ilə deyil, Talha bin Ubeydullah ilə evlənmişdir. Əbu Bəkrin qızı Umm Kulsumun tərcümeyi halını yazan heç bir tarix və nəsəb alimi yoxdur ki, onun Ömər ilə evləndiyini qeyd etsinlər. İbn Xalkən “Vafiyyət əl-Ayən” kitabında (3/07) Umm Kulsum bint Əbi Bəkr haqqında deyir: “Onunla Talha bin Ubeydullah evlənmişdir və ondan Muhamməd adında oğlu olmuşdur, Məkkənin valisi idi və ondan həm də Zəkəriyya və Aişə’ni dünyaya gətirmişdir. Sonra Talha qətl edilir və onunla Abdurrahmən bin Abdilləh bin Əbi Rabia əl-Məxzumi evlənmişdir.” Üstəlik Umm Kulsum bint Əbi Bəkr atasının ölümündən sonra dünyaya gəlmişdir və o, Əbu Bəkrin qızları arasında yaşca ən kiçiyidir. əl-Hafiz İbn Hacər deyir: “Umm Kulsum bint Əbi Bəkr əs-Siddiq ət-Təymiyyə, tabiidir, anasının qarnında olarkən atası (yəni Əbu Bəkr) ölmüşdür və o, atasının ölümündən sonra dünyaya gəlmişdir.” (“əl-İsabə”, 4/964) Deməli aydın olur ki, Əbu Bəkrin qızı Umm Kulsum Ömərin xilafətinin ilk ilində dünyaya gəlmişdir. Ömər isə on il xilafətdə olmuşdur. Ömər ölərkən Umm Kulsum’un hələ 9 yaşı belə tamamlanmamışdı. Necə olur ki, Ömərdən Zeyd və Ruqeyyə adında iki uşağı olmuşdur?! Tarixdən məlumdur ki, Ömər hicri 27-ci ildə Umm Kulsumu Əlidən istəmişdir və həmin bu zamanda Əbu Bəkrin qızının hələ dörd yaşı tamamlanmamışdı. Lakin Əlinin Qızı Umm Kulsum isə peyğəmbərin – salləllahu aleyhi va səlləm – vəfatından əvvəl dünyaya gəlmişdir. Adi insan ağlı da təsdiq edir ki, Ömər Əbu Bəkrin qızı ilə deyil, Əlinin qızı ilə evlənmişdir və ondan iki uşağı olmuşdur.
Qaldı ki, Abdulhaqq əd-Dəhləviyə...bunun cavabı belədir:
1. Əgər Şeyx əd-Dəhləvi bunu doğurdan da deyibsə, o zaman ondan əvvəl belə bir söz deyən alim olmamışdır və əd-Dəhləvinin hicri 11-ci əsrdə yaşadığını nəzərə alsaq 11 əsrdən sonra bunu haradan çıxardığı müəmmalı qalır və bununla da sözlərin əsassız olduğu anlaşılır.
2. Yuxarıda qeyd etdiyim səbəblərə görə Ömərin Əbu Bəkrin qızı ilə evlənməsi imkansızdır.
3. Sonunda isə Şeyx əd-Dəhləvinin bu sözlərini netdə nə qədər axtardımsa rastlaşmadım, əgər kimdəsə onun sözlərinin ərəbcəsi varsa...zəhmət olmasa təqdim etsin və sözləri haradan gətirdiyinə bir link atsın (hardan olursa olsun)... heç olmasa bu sözlərin də digər sözlər kimi əsassız olmadığını görək.
Əgər kimsə yuxarıda yazdıqlarımla razı deyilsə, səbəbini yazsın!
#13794 Ömərlə Ümm Gülsümün nigahı
Отправлено автор:
hənbəli
28 июля 2009 - 17:03
в
Şiə-sünni dialoqu
Yaxşı deyək ki, xəta etməmisən...
Amma həmin sözlər tapılıb göstərilməyənə qədər həmin sözlərin orda olmadığını və burada gətirlin nəqlin yalan olduğunu qəbul edək. Çünki mən dediyim kimi kitabın Fihristinə əsasən bütün yerlərə baxdım və belə şey tapa bilmədim, əksinə həmin kitabda Ömərin Əlinin qızı Umm Kulsum ilə evləndiyi yazılır...Ona görə də gördüyüm qədəri ilə həmin sitat uydurma bir sitatdır...
Amma onu da qeyd etməliyəm ki, ərəb dilini bilmədiyin üçün ola bilsin ki, ingilis dilli saytdan götürmüsən. Yəni sənin nə təhrif etdiyini, nə də xəta etdiyini deyə bilmərəm, çünki götürdüyün mənbəyə etibar edib götürmüsən! Amma doğru deyirsən, həmin sözləri müzakirədən çıxar!
#12486 Ömərlə Ümm Gülsümün nigahı
Отправлено автор:
hənbəli
19 июля 2009 - 16:46
в
Şiə-sünni dialoqu
Məni üzrlü bilməsini xahiş edirəm, lakin mənim bu mövzunu başdan ayağa qədər oxumaq imkanım olmadı. Ona görə də bu mövzunu kim oxuyubsa burada məsələni qısalda bilərsə minnətdar olardım. Çünki belə başa düşdüm ki, bu evliliyi inkar etmək cəhdi var burda...
Əgər əhli-sünnət qardaşlardan kimsə şübhələri burada qısa olaraq qeyd edərsə, bunlara inşəAllah cavab verərik...
#13787 Ömərlə Ümm Gülsümün nigahı
Отправлено автор:
hənbəli
28 июля 2009 - 16:48
в
Şiə-sünni dialoqu
Orda tapmadızsa bura baxın:əl-Fəth yazır:
əl-İsabə kitabını nə qədər o yana bu yana çevirdim bu sözləri tapa bilmədim. Fihristə baxdım, həm Umm Kulsim bint Əli, həm də Umm Kulsim bint Əbi Bəkrin qeyd edildiyi bütün yerlərə baxdım, belə bir şyə rast gəlmədim. əl-Fəth bu yazdıqlarını bir daha dəqiqləşdir. Mənim araşdırdığım qədəri ilə "əl-İsabə" kitabında belə bir söhbət yoxdur. Yalana bənzəyir, ola bilsin ki, hansısa ingilis saytında yazıblar...sən də götürüb burada yazmısan. Doğrusunu Allah bilir!İbn hacər "əl-İsabə" səh 323-də yazır:
Ümm Gülsün hələ anasının bətnində idi ki, Əbu Bəkr 13 Hicri ilində vəfat etdi. Ömər onunla 17 Hicri ilində evləndi və onun o vaxt 4-5 yaşı var idi.
Tarix Xəmis cild 2 səh 239 Zikr Zavaac Umar yazır:Ümm Gülsüm Əbu Bəkrin qızı idi və o kiçik qız uşağı idi. Onun anası xristian idi. Əbu Bəkr vəfat edərkən o hamilə idi və Ümm Gülsümü onun vəfatından sonra dünyaya gətirib. O böyüyərkən Ömər ibni Həttab onu Aişədən istədi və o qəbul etdi, amma Ümm Gülsüm bintə Əli onun istəyini rədd etdi və Aişə buna razı oldu.
Həmin şey Ibn Quteybə əl Maarif səh 76, Zikr Aulad Əbu Bəkr:
Həmin şey Riyad əl Nadira cild 1 səh 303, Zikr Aulad Əbu Bəkr:
əl-Fəth mən səndən "Tarix əl-Xamis" haqqında bir şey soruşmadım...səndən soruşdum ki, yuxarıda "əl-İsabə" kitabından sitat gətirmisən...belə bir şeyi kitabda tapa bilmirəm..indi sən mənə başqa bir şey vermə!
Ya de ki, xəta etmisən...ya mənə dəqiq yer göstər! Yəni əməlli başlı bir cavab ver!
Üstəlik verdiyin nəqllərə gəldikdə isə, onlara da baxacağam...
"Tarix əl-Xamis" kitabından yuxarıdakı sözləri yazmısan...
olar ki, "əl-Məarif" kitabındakı sözləri də burada qeyd edəsən? Qoy mən baxım və sənə deyim orda belə bir şey var yoxsa yox...
#13799 Ömərlə Ümm Gülsümün nigahı
Отправлено автор:
hənbəli
28 июля 2009 - 17:48
в
Şiə-sünni dialoqu
Orda tapmadızsa bura baxın:
Tarix Xəmis cild 2 səh 239 Zikr Zavaac Umar yazır:Ümm Gülsüm Əbu Bəkrin qızı idi və o kiçik qız uşağı idi. Onun anası xristian idi. Əbu Bəkr vəfat edərkən o hamilə idi və Ümm Gülsümü onun vəfatından sonra dünyaya gətirib. O böyüyərkən Ömər ibni Həttab onu Aişədən istədi və o qəbul etdi, amma Ümm Gülsüm bintə Əli onun istəyini rədd etdi və Aişə buna razı oldu.
Həmin şey Ibn Quteybə əl Maarif səh 76, Zikr Aulad Əbu Bəkr:
Həmin şey Riyad əl Nadira cild 1 səh 303, Zikr Aulad Əbu Bəkr:Ömərlə Ümm Gülsümün igahı 17 Hicri ilində baş vermişdir. O vaxt Ümm Gülsümün 4-5 yaşı olardı. Deməli o 12, ya 13-cü Hicri ilində anadan olub.
Tarix Abul Fida, cild 1 səh 171
"al-Faruq" Şibli Numani, cild 2 səh 539
Yuxarıda əl-Fəthin sitatında hərflərini böyütdüyüm və altından xətt çəkdiyim sözlər Tarixul-Xamis kitabında yoxdur, bunu kim əslində dəyişibsə təhrif etmək üçün edib (bunu əl-Fəthin etdiyini iddia etmirəm), ola bilsin ki, ingilis dilli təhrifçilər ediblər.
İbn Quteybənin "əl-Məarif" kitabında da belə şey qeyd olunmur, əksinə "əl-Məarif" kitabında Ömərin Əlinin qızı Umm Kulsum ilə evləndiyi qeyd olunmuşdur. Əbul-Fida tarixinə də sonra baxaram...görək elə bir şey var yoxsa yox...
kstati..."Tarixul-Xamis" kitabının ikinci cildini burdan yükləmək olar:
http://www.archive.o...sse/khmais2.pdf
#13798 Ömərlə Ümm Gülsümün nigahı
Отправлено автор:
hənbəli
28 июля 2009 - 17:42
в
Şiə-sünni dialoqu
وتوفي عنها فتركها حبلى فولدت بعده ام كلثوم هذه ولما كبرت خطبها عمر بن الخطاب الى عائشة فأنعمت له وكرهت ام كلثوم بنت علي فاحتالت له حتى امسك عنها وتزوجها طلحة بن عبيد الله ذكره ابن قتيبة وغيره وجميع ما ذكرنا في هذا الفصل من كتاب المعارف ومن كتاب الصفوة لابي الفرج ابن الجوزي ومن الاستيعاب لابي عمر بن عبدالبر ومن كتاب فضائل ابي بكر كل منهم خرج طائفة كذا قي الرياض النضرة
Yuxarıdakı yazını üç ayrı rənglə qeyd elədim, yalnız yaşıl rəng ilə qeyd olunmuş sözlər "Tarixul-Xamis" kitabının sahibi Diyarbəkiriyə aiddir və gördüyünüz kimi, o bunu "ər-Riyad ən-Nudra" kitabından nəql edir. Sitatın zahirindən də görünür ki, sitatın ortasında Əlinin qızı Umm Kulsumun qeyd olunması qəribədir. Çünki söhbət Əbu Bəkrin qızı Umm Kulsumdan gedir və Ömər onun əlini istəyir və məhz Əbu Bəkrin qızı Umm Kulsum ona baxır və onu bəyənmir və sonra Aişə Amrı göndərib Öməri fikrindən çəkindirir. Yəni zahirdən görünən budur.
Üstəlik "ər-Riyad" kitabına nəzər saldıqda görürük ki, xəta "Tarix əl-Xamis" kitabının özündə düşmüşdür, çünki nə "ər-Riyad" kitabında, nə İbnul-Cövzinin "əs-Safvə" kitabında, nə İbn Abdilbərrin kitabında "bint Əli" sözləri yoxdur. Ona görə də onu qırmızı ilə işarələdim. Aydın olur ki, bu kitabın özündəki xətadır, şiələr bunu görüb dəlil gətiriblər...
#13783 Ömərlə Ümm Gülsümün nigahı
Отправлено автор:
hənbəli
28 июля 2009 - 16:23
в
Şiə-sünni dialoqu
#13907 Ömərlə Ümm Gülsümün nigahı
Отправлено автор:
hənbəli
29 июля 2009 - 18:35
в
Şiə-sünni dialoqu
Nə varsa dəqiq yaz araşdıraq...görək doğurdan varmı yoxsa yox!Amma həmin sözə oxşar kəlmələr var. məsələn 4,472 deyesən.
#13347 Ömərlə Ümm Gülsümün nigahı
Отправлено автор:
hənbəli
26 июля 2009 - 15:47
в
Şiə-sünni dialoqu
Cavablarınızı gözləyirəm...mümkündürsə dəqiqləşdirin ki, bu yazdıqlarınızın həqiqət olub olmadığını bilək...!
#14199 Ömərlə Ümm Gülsümün nigahı
Отправлено автор:
hənbəli
02 августа 2009 - 17:34
в
Şiə-sünni dialoqu
hənbəli
Bu məsələ ətrafında çox mübahisə etmək olar. Amma nəticəsi sən istəyən kimi olmayacaq.
Səhih Müslimə şərh yazan Nəvəvi تهذيب الاسماء kitabında yazır ki, Ömər Əbu Bəkrin qızı Ummu Gülsümlə izdivac edib.
ختا عائشة: اللتان أرادهما أبو بكر الصديق، رضى الله عنه، بقوله لعائشة: إنما هما أخواك وأختاك، قالت: هذان أخواى، فمن أختاى؟ فقال: ذو بطن بنت خارجة، فإنى أظنها جارية. ذكر هذه القصة فى باب الهبة من المهذب، وقد تقدم بيانهما فى أسماء الرجال فى النوع الرابع فى الأخوة، وهاتان الأختان هما أسماء بنت أبى بكر، وأم كلثوم، وهى التى كانت حملاً، وقد تقدم هناك إيضاح القصة، وأم كلثوم هذه تزوجها عمر بن الخطاب، رضى الله عنه
Nardarani, bunun nəticəsinin necə olacağını haradan bilirsən?
İmam ən-Nəvəvi'nin "Təhzib əl-Əsma" kitabına baxdım və sənin dediyin sözləri ikinci cild səhifə 369-da tapdım. Bu sözlərə görə təhzibin sahibi Aişənin bacısı Umm Kulsumun Ömər ilə evləndiyi deyilir. Bunun isə xəta olmasını yuxarıda izah etdim, belə bir iddianı isbat edən heç bir dəlil yoxdur. Bütün dəlillər Ömərin Aişədən bacısının əlini istəməsini, lakin bacısının razı olmaması, sonunda isə Aişənin onun fikrindən daşındırmasını göstərir. Üstəlik bu rəvayətlərdən heç biri səhih deyildir.
ikincisi isə kitabdakı bu məlumatın kitabın özündəki digər məlumatlara ziddir. Çünki digər yerlərdə Ömərin Əlinin qızı ilə evləndiyi qeyd olunur. Məsələn Zeyd bin Ömər bin əl-Xattab haqqında deyilir:
مذكور فى المهذب فى صلاة الجنازة. ابن أمير المؤمنين عمر بن الخطاب، رضى الله عنه، من زوجته أم كلثوم بنت على بن أبى طالب من فاطمة بنت رسول الله - صلى الله عليه وسلم ، رضى الله عنهم. قال ابن أبى حاتم سمعت أبى يقول توفى زيد وأمه أم كلثوم فى ساعة واحدة، وهو صغير، ولا يُدرى أيهما مات أول
Digər babda isə Ömərin övladlarından danışarkən deyir:
وأولاد عمر
عبد الله، وحفصة، أمهما زينب بنت مظعون، وعبيد الله أمه مليكة بنت جرول الخزاعية، وعاصم أمه جميلة بنت عاصم بن ثابت حمى النحل، وفاطمة وزيد أمهما أم كلثوم بنت على بن أبى طالب من فاطمة، رضى الله عنهم
Abdullah, Hafsa və bu ikisinin anası Zeynəb bint Mazundur, Abdullah və onun anası Muleykə bint Cərvəl əl-Xazəiyyə, Asim və onun anası Cəmilə bint Asim bin Sabit, Fatimə və Zeyd və bu ikisinin anası Əli bin Əbi Talibin Fatimədən olan qızı Umm Kulsumdur, radiyallahu anhum."
Bir başqa yerdə isə Fatimənin - radiyallahu anhə - uşaqlarından danışarkən deyir:
وولدت لعلى الحسن، والحسين، وزينب، وأم كلثوم، تزوج زينب عبد الله بن جعفر، فولدت له عليًا، وعونًا، وأما أم كلثوم فتزوجها عمر بن الخطاب، رضى الله عنه، فولدت له زيدًا، ثم تزوجها بعد وفاة عمر عون بن جعفر، ومات عنها، ثم تزوجها محمد بن جعفر
"Əlidən əl-Həsən, əl-Hüseyn, Zeynəb və Umm Kulsumu dünyaya gətirmişdir. Zeynəb Abdullah bin Cafər ilə evlənmiş və ona Əli, Aunu dünyaya gətirmişdir. Umm Kulsum isə Ömər bin əl-Xattaba - radiyllahu anhu - ərə getmiş və ondan Zeyd adlı oğlu olmuşdur. Ömər öləndən sonra onunla Aun bin Cafər evlənmiş və ölmüşdür, ondan sonra isə onunla Muhamməd bin Cafər evlənmişdir."Sonra isə Umm Kulsumun haqqında yazarkən deyir:
أم كلثوم بنت على بن أبى طالب، رضى الله عنه وعنها:
مذكورة فى صلاة الميت من المهذب، هى بضم الكاف، وهى بنت فاطمة، رضى الله عنها، بنت رسول الله
تزوجها عمر بن الخطاب، رضى الله عنه، فولدت له زيدًا، ورقية، وتوفيت أم كلثوم هى وابنها زيد بن عمر فى يوم واحد، وقد تقدم بيان ذلك فى ترجمة زيد
əl-Muhəzzəbdə ölüyə cənazə namazı bölməsində zikr olunmuşdur. Kəf hərfi damməli yazılır. peyğəmbərin - salləllahu aleyhi va səlləm - qızı Fatimənin - radiyallahu anhə - qızıdır. Onunla Ömər bin əl-Xattab - radiyallahu anhu - evlənmişdir. Ondan Zeydi və Ruqeyyəni dünyaya gətirmişdir. Umm Kulsum və oğlu Zeyd bin Ömər eyni gündə vəfat etmişdir. Bu, Zeydin tərcüməsində qeyd olundu."
Nardarani, mən yuxarıda məncə Aişənin bacısı Umm Kulsum ilə Ömərin evliliyi iddiası haqqında kifayət qədər yazmışam. Bu evliliyi zikr edən heç bir rəvayət gəlməmişdir. Əlini istəməsi barədə sənədsiz rəvayətlər gəlmişdir. Bundan sonra belə bir evliliyin olduğunu ən-Nəvəvi kimi bir alim söyləsə belə, bu dəlil sayılmaz. Üstəlik mən ən-Nəvəvinin belə bir şey yazmasından şübhə edirəm, çünki "Təhzib əl-Əsma" kitabında Ömərin zövcələrinin adları qeyd olunmuşdur və Aİşənin bacısı ilə evlənməsi qeyd olunmamışdır.
Əgər yuxarıda Aişənin bacısı ilə evliliyin baş verməməsi haqqındakı dəlilləri yuxarıda izah etmişəm.
İnşəAllah, zənn edirəm ki, bir ara internetdə olmayacam...amma, inşəAllah söz verirəm ki, bu mövzuya bir daha geri qayıdacam...xüsusilə bunu isbat etmək mənim boynuma!
- 313NEWS.NET - FORUM
- → Публикации hənbəli
- Политика Конфиденциальности
- Правила форума ·