Перейти к содержимому


Публикации hənbəli

176 публикаций создано hənbəli (учитываются публикации только с 06-июня 23)



#12147 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 15 июля 2009 - 17:00 в Şiə-sünni dialoqu

Nardarani,
Sənin dediyindən bunu anlayıram ki, əgər kimsə kitabında bir rəvayəti nəql edirsə, həmin rəvayətdəki açıq və ya gizli, sarih və ya mütəşabih hər bir məna kitabın müəllifi adına yozula bilər! Yəni sənin demək istədiyin budur?

Əgər sən bunu iddia edirsənsə, onda burada açıq aydın yaz ki, sənin bu qaydanın necə "güclü" bir qayda olduğunu sənə öz kitablarınızdan sübut edim!

Cavabınız gözləyirəm!
Sonra camaatdan sənə uğurlar diləyəcəyəm!
Ya Allaha!

P.S, təcvid dərslərinə keçmək istəyirsənsə, onun yeri bura deyildir...yazırsansa əməlli başlı bir şey yaz! Öz iranlı şeyxlərinin təcvidindən dəm vur...sonra mənə nəyin doğr olub olmadığını başa salarsan!



#11959 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 13 июля 2009 - 19:32 в Şiə-sünni dialoqu

Nardarani
Xəta etməkdə tək deyilsən, forumda olduğum qısa bir müddətdə çox xətalar gördüm...Sanki nəyisə isbat etməkdən ötrü tələsirsiz. Kimisə ittiham etmək üçün can atırsız. Olmaz ki, bir şeyi yazmamışdan əvvəl yüz ölçüb bir biçəsiz. Daha yazandan sonra yazdıqlarınızın doğruluğunu araşdırmağa ehtiyac qalmasın.
Belə şeylər insanı çox təəssüfləndirir...

Qaldı ki, əl-Buxariyə qarşı gətirdiyin son rəvayətlər...bunların əl-Buxariyə qarşı necə dəlil olacağını anlamıram. Bu əl-Buxarinin öz sözləri deyil...Buxari həmin kitabında kitabına yalnız səhih material toplayacağına qarantiya vermir.
Bir də əl-Buxari özü kitabında Həzrəti Əlinin fəzilətinə dair hədislər nəql edir...heç olmasa bunu biləndən sonra insana qarşı insaflı davranın. Əgər Əliyə qarşı düşmənçiliyi olsaydı kitabına Əlinin fəzilətlərini yerləşdirməzdi. Yuxarıdakı rəvayətlərlə nəyi isbat etmək istədiyinizi anlamaq olmur...Bütün bunların hamısı köhnə məhəllə söhbətlərinə oxşayır. Necə deyərlər.."bağışla sözünü də birtəhər deyirsən aaa!!!"

əl-Buxarinin Həzrəti Əli haqqında kitabında rəvayət etdiyi bəzi hədisləri bura yerləşdirirəm:


حدثنا ‏ ‏قتيبة بن سعيد ‏ ‏حدثنا ‏ ‏عبد العزيز ‏ ‏عن ‏ ‏أبي حازم ‏ ‏عن ‏ ‏سهل بن سعد ‏ ‏رضي الله عنه ‏
‏أن رسول الله ‏ ‏صلى الله عليه وسلم ‏ ‏قال ‏ ‏لأعطين الراية غدا رجلا يفتح الله على يديه قال فبات الناس ‏ ‏يدوكون ‏ ‏ليلتهم أيهم يعطاها فلما أصبح الناس غدوا على رسول الله ‏ ‏صلى الله عليه وسلم ‏ ‏كلهم يرجو أن يعطاها فقال أين ‏ ‏علي بن أبي طالب ‏ ‏فقالوا يشتكي عينيه يا رسول الله قال فأرسلوا إليه فأتوني به فلما جاء بصق في عينيه ودعا له فبرأ حتى كأن لم يكن به وجع فأعطاه الراية فقال ‏ ‏علي ‏ ‏يا رسول الله أقاتلهم حتى يكونوا مثلنا فقال انفذ ‏ ‏على رسلك ‏ ‏حتى تنزل بساحتهم ثم ادعهم إلى الإسلام وأخبرهم بما يجب عليهم من حق الله فيه فوالله لأن يهدي الله بك رجلا واحدا خير لك من أن يكون لك ‏ ‏حمر النعم


bu hədisdə Əlinin digər səhabələr arasından xüsusilə seçilməsi qeyd olunur. Allah qələbə bayrağını Əliyə vermişdir.


‏ ‏حدثني ‏ ‏محمد بن بشار ‏ ‏حدثنا ‏ ‏غندر ‏ ‏حدثنا ‏ ‏شعبة ‏ ‏عن ‏ ‏سعد ‏ ‏قال سمعت ‏ ‏إبراهيم بن سعد ‏ ‏عن ‏ ‏أبيه ‏ ‏قال ‏
‏قال النبي ‏ ‏صلى الله عليه وسلم ‏ ‏لعلي ‏ ‏أما ترضى أن تكون مني بمنزلة ‏ ‏هارون ‏ ‏من ‏ ‏موسى


bu hədisdə isə Allahın Elçisi - salləllahu aleyhi va səlləm - deyir:
"Mənə nisbətdə Harunun Musaya nisbəti kimi olmağa razı deyilsənmi?"

əl-Buxari bu hədisləri Həzrəti Əlinin fəziləti üçün rəvayət etmişdir, eləcədə əhli-beytin ümumi fəzilətləri üçün...

əl-Buxarinin. Muslimi və digərlərini gözdən salmaq istəyi uğurla bitməyəcək...məncə siz sadəcə özünüzün necə qərəzli olduğunuzu göstərməkdən başqa bir şey etmirsiz.



#12266 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 16 июля 2009 - 17:54 в Şiə-sünni dialoqu

Mən sənə dedim ki, əhli-sünnətin hansı alimləri Əlinin xəlifəliyini inkar edib? Əbu Hənifə? Malik? əş-Şafi? Sən elə yazırsan ki, sanki İmam Əhmədə qədər əhli-sünnət inkar edirmiş. Bu yalan və iftiradır. Əbu Yalədən gətirdiyin heç bir şeyi isbat etmir, çünki İmam Əhmədlə söhbət edən Varizə əl-Haməsidir. Dəməşqdəndir...məlumdur ki, Əli şam əhlindən çox müsəlmanı müharibədə qətl etdiyi üçün Əli haqqında şam əhli arasında mənfi bir rəy var idi. Bunu əhli-sünnətin adına yozmaq böhtan və iftiradır. Mən sənə dedim ki, mənə alimlərin görüşlərindən dəlil gətir...adi insanların nə düşünməsini mənə yazma....Qurtar bu yalanlarını...Allahdan qorx!



#11792 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 09 июля 2009 - 22:29 в Şiə-sünni dialoqu

Bunu oxumaq insanı təəccübləndirir. Əlinə harda bir şey keçirsə, araşdırmadan gətirib burda yerləşdirməyin nə faydası?
Buxari bu ittihamlardan təmizdir. Çünki o, bu hədisi əl-Humeydi’dən necə eşidibsə elə də rəvayət etmişdir. Əgər bu hədisləri yaxşı araşdırsaydın həqiqəti görərdin. Qısacası bunu belə izah etmək olar:
Birinci: Əlimizdə olan Hümeydi’nin müsnədi onun tərəfindən deyil, onun tələbəsi Bişr bin Musa əl-Əsdi tərəfindən yazılmışdır. əl-Hümeydi’nin müsnəd əsəri bir çox tələbə tərəfindən yazılmışdır, lakin bizim hal hazırda əlimizdəki nüsxə Bişr bin Musa’nın nüsxəsidir. Əgər gedib əl-Humetdi’nin “Müsnəd”ini açsan görəcəksən ki, hər bir hədisin sənədində deyilir: “Bizə əl-Humeydi rəvayət etdi...”
Deməli buradan bir şeyi öyrənmiş oluruq. əl-Buxari öz şeyxi əl-Humeydi’dən “Səmura”nın adını çəkmədən rəvayət etmiş, digər tələbə isə adını çəkərək zikr etmişdir. Bu isə o deməkdir ki, əl-Humeydi əl-Buxari’yə bu şəkildə rəvayət etmişdir, digər tələbəsinə isə səhabənin adını qeyd edərək rəvayət etmişdir.
İkinci: O zaman ortaya sual çıxır! əl-Humeydi nə üçün fərqli rəvayət etmişdir? Bunun cavabı belədir. əl-Humeydi bu hədisləri Sufyan bin Uyeynə’dən rəvayət etmişdir. Sufyan bin Uyeynə’dən bu hədisi rəvayət edən alimlər bəzən səhabənin adını zikr edərək, bəzən də zikr etməyərək rəvayət etmişlər. əl-Buxari’dən də əvvəl bu hədisi rəvayət edib səhabənin adını zikr etməyən alimlər vardır. Bunlara əş-Şafi’ni, Abdurrazzaq’ı və İbn Carud’u misal vermək olar.
Məsələn əş-Şafi “əl-Müsnəd”də rəvayət edir:
أخبرنا سفيان ، عن عمرو بن دينار ، عن طاوس ، عن ابن عباس رضي الله عنهما قال : بلغ عمر بن الخطاب رضي الله عنه أن رجلا باع خمرا فقال : قاتل الله فلانا باع الخمر ، أما علم أن رسول الله صلى الله عليه وسلم قال : « قاتل الله اليهود ، حرمت عليهم الشحوم فجملوها فباعوها »
İbn Carud isə “əl-Muntəqa” əsərində belə rəvayət edir:
حدثنا ابن المقرئ ، ومحمود بن آدم ، قالا : ثنا سفيان ، عن عمرو ، عن طاوس ، عن ابن عباس ، رضي الله عنهما قال : سمعت عمر ، رضي الله عنه يقول وبلغه أن رجلا باع خمرا فقال : قاتل الله فلانا ألم يعلم أن رسول الله صلى الله عليه وسلم قال : « قاتل الله اليهود حرمت عليهم الشحوم فأجملوها فباعوها »
əl-Buxari’nin rəvayəti isə belədir. Birincisini əl-Humeydi’dən, ikincisini isə Əli bin Abdullahdan rəvayət edir:
حدثنا الحميدي حدثنا سفيان حدثنا عمرو بن دينار قال أخبرني طاوس أنه سمع ابن عباس رضي الله عنهما يقول: بلغ عمر أن فلانا باع خمرا فقال قاتل الله فلانا ألم يعلم أن رسول الله صلى الله عليه وسلم قال ( قاتل الله اليهود حرمت عليهم الشحوم فجملوها فباعوها )

حدثنا علي بن عبد الله حدثنا سفيان عن عمرو عن طاوس عن ابن عباس قال سمعت عمر رضي الله عنه يقول: قاتل الله فلانا ألم يعلم أن النبي صلى الله عليه وسلم قال ( لعن الله اليهود حرمت عليهم الشحوم فجملوها فباعوها )

Yuxarıda gəlmiş rəvayətlərin hamısında “Səmura”nın adı qeyd olunmur. Bütün bu rəvayətlər Sufyan bin Uyeynədən gəlmişdir.
Səhabənin adının zikr olunduğu rəvayətlərə fikir verək:
əl-Humeydi’nin rəvayəti isə belədir:
حدثنا الحميدي ثنا سفيان ثنا عمرو بن دينار قال أخبرني طاوس سمع بن عباس يقول بلغ عمر بن الخطاب أن سمرة باع خمرا فقال قاتل الله سمرة ألم يعلم أن رسول الله صلى الله عليه وسلم قال : لعن الله اليهود حرمت عليهم الشحوم فجملوها فباعوها

Abdurrazzaqın “əl-Musannəf” əsərindəki rəvayət belədir:
أخبرنا عبد الرزاق قال أخبرنا بن عيينة عن عمرو بن دينار عن طاووس عن بن عباس قال بلغ عمر أن سمرة باع خمرا فقال قاتل الله سمرة أما علم أن رسول الله صلى الله عليه وسلم قال قاتل الله اليهود حرمت عليهم الشحوم فجملوها فباعوها - جملوها شروها

Muslim isə “əs-Səhih”də belə rəvayət edir:
حدثنا أبو بكر بن أبي شيبة وزهير بن حرب وإسحاق بن إبراهيم ( واللفظ لأبي بكر ) قالوا حدثنا سفيان بن عيينة عن عمرو عن طاوس عن ابن عباس قال
: بلغ عمر أن سمرة باع خمرا فقال قاتل الله سمرة ألم يعلم أن رسول الله صلى الله عليه وسلم قال ( لعن الله اليهود حرمت عليهم الشحوم فجملوها فباعوها )


Bişr bin Musa “Musnəd əl-Humeydi”də, Abdurrazzaq “əl-Musannəf”də və Muslim “əs-Səhih”də bunu səhabənin adını zikr edərək qeyd edirlər. Hədislərdə gördüyümüz kimi bu hədislərin hamısı Sufyan bin Uyeynə’dən gəlir. Eynilə İbn Macə, İbn Hibban və Əbu Yalə səhabənin adının zikr olunduğu halda Sufyan bin Uyeynə’dən rəvayət edirlər.
Aydın olur ki, Sufyan bin Uyeynə bəzən səhabənin adını qeyd edərək, bəzən də adını qeyd etmədən rəvayət etmişdir. İbn Hibban deyir ki, əl-Humeydi, Sufyan bin Uyeynə’dən iyirmi il hədis rəvayət etmişdir. Şeyx əl-Əazəmi deyir ki, “əl-Humeydi, Sufyan bin Uyeynə’dən hədis eşitməkdə əş-Şafinin yoldaşı idi...” əş-Şafi və əl-Humeydi hər ikisi də Sufyan bin Uyeynənin tələbəsidir, lakin Şafi yolu ilə səhabənin adı zikr olunmadan gəlir, əl-Humeydi yolu ilə isə həm zikr olunaraq, həm də zikr olunmayaraq gəlmişdir.
Ortaya çıxan həqiqət budur ki, əl-Humeydi hər iki rəvayəti Sufyandan eşitmişdir və əl-Humeydi tələbələrindən biri Bişr bin Musa’ya səhabənin adının zikr olunduğu xəbəri rəvayət etmiş, əl-Buxari’yə isə qısa variantı rəvayət etmişdir.
Bir də İbn Əbil-Hədid kimdir ki, ondan nəsə qəbul olunsun?! Dəlil gətirən normal bir mənbədən dəlil gətirsin, öz mötəzili şiə aliminizdən sənədsiz bir şey gətirməklə nəyi isbat etməyi düşünürsüz?!

Üstəlik bunu iddia edən sübut etmək istəyir ki, əl-Buxari səhabənin içki içməsini gizlətmişdir, çünki içki içməklə səhabənin adilliyi aradan qalxmış olur. Bu iddia əsassız bir iddiadır, çünki peyğəmbərin - salləllahu aleyhi va səlləm - zamanında belə içki içib cəzalandırılmış "Himar" adındakı səhabənin hekayəsini elə məhz əl-Buxari özü rəvayət etmişdir.



#13382 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 26 июля 2009 - 17:32 в Şiə-sünni dialoqu

Bir çox hədislərə görə...hər mövzuda yazacaq qədər imkanım yoxdur...gələcəkdə bu barədə sənə xatırladaram mövzunu açarsan, orada cavab verərəm...



#11881 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 11 июля 2009 - 15:15 в Şiə-sünni dialoqu

Subhani
Sən öz istək və arzularına yaza bilərsən...onsuz da yazdıqların öz istək və arzularından başqa bir şey deyildir.

Moder kimi səhv elədiyini belə boynuna ala bilmirsən. Başqalarını necə hökm edəcəksən?
Subhani, yazır:

"Buxarı İmam Cəfəri Sadiqlə (a) bir neçə il bir şəhərdə yaşayıb. Yanı bir dövrdə və bir şəhərdə yaşayıblar. Küleyni məgər Xanım Zəhraynan (a) bir dövrdə yaşayıb?"

Bu sözlərindən sonra deyirsən:

"...sən deyəsən məni bir o gədər də anlamamısan. Cəfəri Sadiq (ə) 4000-dən çox tələbəsi olub və demək olar ki, əksəriyyəti də İmamdan (a) hədis nəql ediblər. Buxari bir neçə il Sadiq (a) yadigarlarından bir yox, yüzləri ilə bir məkandan məskunlaşıb."


Allaha şükür ki, Azərbaycan dilini yaxşı bilirəm. Əvvəlcə deyirsən ki, bəs Cəfər əs-Sadiq ilə Buxari bir neçə il eyni şəhərdə yaşayıb, bir dövrdə və bir şəhərdə yaşayıblar. Belə detskiy bir xəta etmisən...sonra isə cürət edib xətanı boynuna ala bilmirsən. Nəsə, Subhani...ciddiliyini göstərəndən sonra əhli-sünnətə nəyisə isbat etməyi düşünə bilərsən...



#11962 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 13 июля 2009 - 20:23 в Şiə-sünni dialoqu

Bir də Nardarani, məsləhət görürəm ki, əl-Buxarinin həmin kitabını özün götürüb vərəqləyəsən... həmin kitab "ət-Tarix əs-Sağir" adı ilə çap olunmuşdur.
http://www.pdfshere..../files/1487.pdf
Yuxarıda sənə birinci cildini təqdim etdim. Aç və vərəqlə, İmam əl-Buxari xələfilərin hər birinə adlarını qeyd edərək xüsusi bab ayırıb, ondan sonra gələnlərin isə adlarını qeyd etməyib. Sənin məntiqinlə getsək bu səfər əl-Buxari Əliyə tərəfkeşlik edib, Muaviyəyə qarşı çıxır?! Nə bilim...qəribə dəlillər götirirsiz...
Yadıma gəlir ki, bir dəfə şiə biri ilə müzakirəm düşdü və bir əhli-sünnə kitabının Əliyə qarşı qərəzli olduğunu söylədi. Dedim ki, "dəlilin nədir?" Dedi ki, bəs Əlinin adı az qeyd olunur...dedim ki, çox güclü dəlildir. Sonra o qədər üzərində inadkarlıq etdi ki. axırda kitabdakı adları saymağa başladı. Sonunda gördü ki, birinci yeri Ömər, ikinci yeri Əli, üçüncü yeri Osman, dördüncü yeri isə Əbu Bəkr tutdu...Bunu görəndən sonra yaman gülmək tutdu məni...əlhəmdulilləh, həmin qardaş əhli-sünnət məzhəbindədir indi...



#11854 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 10 июля 2009 - 19:20 в Şiə-sünni dialoqu

Vüsal
Əbu Hureyra əvvəldə deyir ki, "Peyğəmbər dedi:" və sonra peyğəmbərin cümləsini deyir və bundan sonra qadındqn misal gətirir. Aydın olan budur ki, sual soruşan ikinci cümlə üçün soruşur. Çünki birinci cümlənin başında deyir ki, "peyğəmbər dedi:..."
Yenə də ortada görünən budur ki, Əbu Hureyra yalan danışmır əksinə öz sözünü ayırır. Yalan danışan olsaydı insanlara yalan danışıb deyərdi ki, "hə...bunu peyğəmbərdən eşitmişəm..."



#11793 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 09 июля 2009 - 22:36 в Şiə-sünni dialoqu

Buxarinin ravilərindən olan Əbu Hureyrənin hədisə xəyanətindən "Səhihul-Buxaridən" nümunə:

فَقَالُوا يَا أَبَا هُرَيْرَةَ سَمِعْتَ هَذَا مِنْ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم‏.‏ قَالَ لاَ هَذَا مِنْ كِيسِ أَبِي هُرَيْرَةَ‏.‏


Dedilər: Ey Əbu-Hureyrə, bunu Peyğəmbər s.a.s.-dən eşitmisən?
(Əbu Hureyrə) Dedi: Xeyr bu Əbu Hureyrənin kisəsindəndir.



"Səhihul-Buxari" "Nəfəqələr" kitabı


Bu isə növbəti biyabırçı yalandır.
حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصٍ، حَدَّثَنَا أَبِي، حَدَّثَنَا الأَعْمَشُ، حَدَّثَنَا أَبُو صَالِحٍ، قَالَ حَدَّثَنِي أَبُو هُرَيْرَةَ ـ رضى الله عنه ـ قَالَ قَالَ النَّبِيُّ صلى الله عليه وسلم ‏"‏ أَفْضَلُ الصَّدَقَةِ مَا تَرَكَ غِنًى، وَالْيَدُ الْعُلْيَا خَيْرٌ مِنَ الْيَدِ السُّفْلَى، وَابْدَأْ بِمَنْ تَعُولُ ‏"‏‏.‏ تَقُولُ الْمَرْأَةُ إِمَّا أَنْ تُطْعِمَنِي وَإِمَّا أَنْ تُطَلِّقَنِي‏.‏ وَيَقُولُ الْعَبْدُ أَطْعِمْنِي وَاسْتَعْمِلْنِي‏.‏ وَيَقُولُ الاِبْنُ أَطْعِمْنِي، إِلَى مَنْ تَدَعُنِي فَقَالُوا يَا أَبَا هُرَيْرَةَ سَمِعْتَ هَذَا مِنْ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم‏.‏ قَالَ لاَ هَذَا مِنْ كِيسِ أَبِي هُرَيْرَةَ‏.‏

Bu hədisin tam şəklidir...Əbu Hureyra peyğəmbərin - salləllahu aleyhi va səlləm - hədisini rəvayət edir və peyğəmbərin sözlərini qırmızı ilə işarələmişəm, daha sonra isə hədisə izah vermişdir və bunu isə yaşıl rənglə işarələmişəm. Əbu Hureyra öz sözlərini bitirdikdən sonra, yanındakılar sonuncu sözlərin peyğəmbərə aid olub olmamasını soruşurlar, Əbu Hureyrə isə bunun öz təcrübəsindən, öz fəhmindən olduğunu deyir. Əksinə bu hədis Əbu Hureyrəni yalanda ittiham edənlərə qarşı dəlildir. Çünki Əbu Hureyra burada peyğəmbərin sözləri ilə öz sözləri arasında fərq qoyur və deyir ki, bu sözlər özünə aiddir. Bu isə göstərir ki, Əbu Hureyra yalan danışmamışdır.
Qırmızı ilə işarələdiyim sözləri isə Əbu Hureyrədən başqa səhabələr də peyğəmbərdən - salləllahu aleyhi va səlləm - rəvayət etmişlər.



#11850 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 10 июля 2009 - 18:52 в Şiə-sünni dialoqu

ٍSubhani,
Əgər insanlar Əbu Hureyrədən bunu soruşublarsa, deməli zahirindən onun sözü ilə peyğəmbərin sözü arasındakı fərqi görüblər. Əbu Hureyrəyə qarşı qərəzli olmağın göz qarşısındadır..onu alçaltmaq üçün dəridən qabıqdan çıxırsan.
Sən gərək Abu Sufyana deyərdin ki, "yekə kişisən...yazırsan yaz...amma bu qədər də yalan yazma daa!!!"
İkinci müsibətin isə budur ki, Buxarinin doğumu ilə Cəfər əs-Sadiqin ölümü arasında təxminən yarım əsr vaxt vardır. Sənə bu məlumatları kim verir, Soruşmaq ayıb olmasın, səni ümumiyyətlə kim əmir təyin edib?



#11795 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 09 июля 2009 - 22:44 в Şiə-sünni dialoqu

Başqa bir məqam Buxarının aşağıdakı hədisi sənədsiz qeyd etməsidir:

وَقَالَ النَّبِيُّ صلى الله عليه وسلم ‏"‏ فَاطِمَةُ سَيِّدَةُ نِسَاءِ أَهْلِ الْجَنَّةِ ‏"‏‏.‏

Peyğəmbər s.a.s. buyurdu: Fatimə (s.a.) cənnət qadinlarının seyyidəsidir.

"Səhihul-Buxari"


Bu isə əvvəlkindən də müsibət bir cahillikdir. Bunu bir neçə cür izah etmək olar.

1. Bu adam əl-Buxarinin muallaq hədisləri barədə elmsizdir. Qısaca desək alimlər Buxarinin cəzm siğəsi ilə rəvayət etdiyi muallaqların səhihliyində şübhə etmirlər və əl-Buxarinin "peyğəmbər - salləllahu aleyhi va səlləm - dedi: " şəklində bir hədisi rəvayət etməsi, onun bu sözlərin peyğəmbər tərəfindən deyildiyinə etiqad etməsini göstərir.
2. Yuxarıdakı hədis cəzm siğəsi ilə gəlmişdir və əl-Buxari öz "Səhih" əsərinin digər yerində bu sözləri sənədi ilə birlikdə qeyd etmişdir. Bu isə peyğəmbərin xəstə olarkən başımızın tacı gözümüzün nuru Fatimeyi Zəhranın qulağına pışıldayaraq onun "qadınların seyyidi olmasını" xəbər verməsidir və əl-Buxari bunu digər yerdə tam şəkildə sənədi ilə birlikdə cağbacağ rəvayət etmişdir. Qoy belə biyabırçı söhbətlər ortaya atan Allahdan qorxsun!



#11851 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 10 июля 2009 - 18:55 в Şiə-sünni dialoqu

Qaldı ki, İbrahimin yalan danışmasına...burada problemli bir şey yoxdur, çünki bu barədə Allah bizə Quranda xəbər verir, bəlkə Allahı da yalanda ittiham edəsiz? Haşa... Çünki Allah özü bu barədə Quranda xəbər vermişdir. Allahu Təalə İbrahimin qıssasını bizlərə anladır: “(İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə qayıdıb ona baş çəkdilər. Dedilər: “Bunu ilahlarımıza kim edibsə, şübhəsiz ki, zalımlardandır.” “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik” – dedilər. “Bunların şahidlik edə bilmələri üçün onu camaatın gözü qabağına gətirin!” dedilər. “Ya İbrahim! İlahlarımızı sən mi bu günə saldın?” – deyə soruşdular. (İbrahim sındırmadığı iri bir bütü göstərib) “Əksinə bunu onların bu böyüyü etmişdir! Soruşun onlardan, əgər danışa bilirlərsə!” (Ənbiya, 58-63)
İbrahim - əleyhissələm – onlara deyir ki, bunu böyük büt etmişdir, halbuki hamı bilir ki, bunu İbrahim özü etmişdir. Hədisdə xəbər verilən yalanın misalı budur və heç bir mömin bəndə şübhə etmir ki, belə yalan Şəriətdə zəmm olunmamış yalandır, əksinə insanları islah etdiyinə görə tərif olunmuşdur və buna görə də peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – bəzi məqamlarda məsləhət üçün yalan danışmağı izn vermişdir.
Eynilə İbrahimin müşriklər qarşısında aya, günəşə ilah deməsi...onlara dərs keçmək məqsədini daşımışdır və bu, Quranda xəbər verilir. Eynilə İbrahim öz qövmünə xəstə olduğunu deyərək onlardan üzr diləyir, onlar getdikdən sonra onların bütlərini dağıdır.
Bu da Quranın sizlərə cavabıdır. Artıq sözə ehtiyac yoxdur. İmam əl-Bəğavi deyir: “Mümkündür ki, onları islah etmək, təqsirlərini başa salmaq və onlara qarşı dəlil gətirmək qəsdi ilə Allah Azzə və Cəllə ona yalan danışmağa izn vermişdir. Necəki Yusufa izn verdi ki, carçıya əmr edib qardaşına desin: “Ey karvan əhli! Siz oğrusunuz!” (Yusuf, 70) Halbuki onlar oğurluq etməmişdilər. "



#13165 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 25 июля 2009 - 04:09 в Şiə-sünni dialoqu

Abu Sufyan orudusu, sən özünü əməlli başlı aparmağı öyrən! Əgər sən mənim məzhəbimdən tullantılar kimi danışmağa özünə icazə verirsənsə, sənə ondan da gözəl cavab verməyə qadir dilimiz var. Daha əvvəl də bu forumda söylədim ki, nasibi sözünü sağa sola atmağı yığışdırın! Nə qədər ki, hörmət göstərəcəksənsə, sənə də hörmət göstəriləcək...
Bilmirəm foruma nəzarət edənlər sənin bu şıltaqlıqlarına niyə göz yumurlar.
Bir də mənə burda heç kəs qırmızı ilə yazdığıma görə irad tutmayıb, belə şeyi xatırlamır. Mən yazarkən qara ilə yazıram, lakin bəzi yerləri qırmızı ilə diqqət üçün işarələyirəm...
Gələn yazında sözlərinə fikir ver və adam kimi yazı yaz!

İbn Əbil-Hədidə gəldikdə isə...biriniz onun məzhəbdə şafi olduğunu yazır, sən isə hənəfi olduğunu deyirsən...məzhəbi qalsın bir kənarda
amma fakt ortadadır, bu adam əhli-sünnət etiqadında olmayıb...səhabələrə münasibətdə şiədir, çünki bir çox səhabəyə tənə edir, Əlini digərlərindən üstün tutur, Əlinin xəlifəliyə təlvih ilə layiq olduğunu deyir...yenə onun sözləri ilə getsək, bu adam bu etiqadı ilə sünni olmaz, bu adam şiədir... mən onun imami şiəsi olduğunu demirəm, amma səhabələrə münasibətdə şiədir.



#13156 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 25 июля 2009 - 02:48 в Şiə-sünni dialoqu

Etiraf etməliyəm ki, bu sözləri nəql etdiyim zaman bu sözlərin həqiqətən də əl-Qummiyə aid olub olmadığını yoxlamamışam, halbuki gətirdiyim sitatda sonuncu cümlədən başqa qalan hissəsi əl-Qummi'nin sözləri deyildir. Bunu isə Şeyx İhsan İlahi Zahirin kitabından götürmüşəm, lakin kitabda bir qədər qeyri aydın yazılıb...tam mətni burada yerləşdirirəm:


ولد بالمدائن "وكان الغالب على أهل المدائن التشيع والتطرف والمغالاة، فسار في دربهم، وتقبل مذهبهم، ونظم العقائد المعروفة بالعلويات السبع على طريقتهم، وفيها غالى وتشيع وذهب به الإسراف في كثير من الأبيات كل مذهب، يقول في إحداها:
علم الغيوب إليه غير مدافع
والصبح أبيض مسفر لا يدفع
وإليه في يوم المعاد حسابنا
وهو الملاذ لنا غداً والمفزع
ورأيت دين الاعتزال وإنني
أهوى لأجلك كل من يتشيع
ولقد علمت بأنه لا بد من
مهديكم وليومه أتوقع
تحميه من جند الإله كتائب
كاليم أقبل زاخراً يتدفع
تالله لا أنسى الحسين وشلوه
تحت السنابك بالعراء موزع
لهفي على تلك الدماء تراق في
أيدي أمية عنوة وتضيع
يأبى أبو العباس أحمد إنه
خير الورى من أن يطل ويمنع
فهو الولي لثأرها وهو الحمو
‍ل لعبئها إذ كل عود يضلع
والدهر طوع والشبيبة غضة
والسيف عضب والفؤاد مشيع

ثم خف إلى بغداد، وجنح إلى الاعتزال، وأصبح كما يقول صاحب نسخة السحر "معتزلياً جاهزياً في أكثر شرحه بعد أن كان شيعياً غالياً".

"وتوفى في بغداد سنة 655 يروي آية الله العلامة الحلي عن أبيه عنه" (الكنى والألقاب ج1 ص185)] جاء أبو سفيان إلى علي عليه السلام، فقال: وليتم على هذا الأمر أذل بيت في قريش، أما والله لئن شئت لأملأنها على أبى فصيل خيلاً ورجلاً، فقال علىّ عليه السلام: طالما غششت الإسلام وأهله، فما ضررتهم شيئاً، لا حاجة لنا إلى خيلك ورجلك، لولا أنا رأينا أبا بكر لها أهلاً لما تركناه" ["شرح ابن أبي الحديد" ج1 ص130].

http://209.85.129.13...3...=clnk&gl=eg
Texniki xətadır, dırnaq işarələrinin yerinə görə xəta etmişəm, üzrlü bilin!

İstənilən halda bu sözlərin tam müəllifinin kim olduğunu deyə bilmərəm, lakin Doktor Muhamməd Mehran bunu "əl-İmamə və Əhlul-Beyt" kitabında nəql edir:
http://www.najaf.org...mamahl1-05.html

Lakin etiraf edirəm ki, xəta mənim diqqətsizliyimdən baş verib.



#13341 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 26 июля 2009 - 15:33 в Şiə-sünni dialoqu

İndi onun həqiqi şiə, yoxsa zay olması haqqındakı söhbət sizin öz məsələnizdir. Fakt budur ki, bu insan sünni deyildir. Heç bir sünni Əlini şeyxeyndən üstün saymır, heç bir sünni Əlinin digərlərindən xilafətə layiq olduğunu söyləmir, ümumiyyətlə heç bir sünni İbn Əbil-Hədid kimi səhabələrə dil uzatmaz...
Qaldı ki, nuseyrilərin və ələvilərin şiə olub olmamasına, sözsüz ki, onlar Əlinin şiələridir, lakin ifrata varıb kafir olublar...necəki sizin öz alimləriniz belə bəzi ğulati şiələri kafir sayıblar...



#13376 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 26 июля 2009 - 17:21 в Şiə-sünni dialoqu

Meger Zeydiler 12 imamcidirlar?
Manim demayim budur ki Moteziliyin axir vaxtlar xususan salafiler saymirlar ahli sunna kimi.
Motazili zamaninda onlar ahli snna kimi olub va alimleri olub maktablari olub. Yani sunni mazhabin bela problemi yox idid.


Tatar, sən axı ağıl sahibi bir Allah bəndəsisən...burda kim İbn Əbil-Hədidin imamiyyə firqəsindən olduğunu deyir? Yoxsa sizə görə imamiyyədən başqa firqələr şiə sayılmır? Sözsüz ki, onlar da şiədir...lakin ola bilsin ki, sizə görə həqiqi şiə deyildir...bu isə başqa bir məsələdir.



#13118 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 24 июля 2009 - 17:08 в Şiə-sünni dialoqu

Harda özünün şiə olmadığını deyir? Məgər "Şiələr rəvayət edir..." və ya "şiələrin dediyi kimi " deməsi onun da şiə etiqadından sərbəst olması anlamına gəlir? Sənin öz alimlərinin onun şiəliyi haqqındakı şahidliklərini təqdim etdim...sən onun imamiyyə ilə razılaşmayan fikirlərini gətirib onun şiəliyini inkar edirsən...mən isə onun şiəliklə razılaşan fikirlərini gətirib onun şiəliyini isbat edirəm...
Onun Əlini digər səhabələrdən üstün sayması və Əlinin təlvih ilə xəlifəyə layiq olmasına etiqad etməsi onun sünni deyil/ şiə olmasına dəlalət edir...indi həmin bu adam Əlinin nass ilə təyin olunmasına inanmırsa, o zaman bu onu şiəlikdən deyil, imamiyyədən çıxarır...



#13767 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 28 июля 2009 - 15:09 в Şiə-sünni dialoqu

Kimin təhqirə başladığı və kimin cavab verdiyinə Allah şahiddir.



#12485 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 19 июля 2009 - 16:31 в Şiə-sünni dialoqu

İbn Əbil-Hədid kimdir?
Hər şeydən əvvəl şiə alimlərinin onun haqqındakı fikrinə baxaq!
هو عز الدين بن ابي الحسن بن ابي الحديد المدائني صاحب شرح نهج البلاغة المشهور وهو من أكابر الفضلاء المتتبعين وأعاظم النبلاء المتبحرين مواليا لأهل العصمة و الطهارة …… وحسب الدلالة على علو منزلته في الدين وغلوه في امير المؤمنين عليه السلام شرحه الشريف الجامع لكل نفيسة وغريب ، والحاوي لكل نافحة ذات طيب
“Onun adı İzz əd-Din bin Əbil-Həsən bin Əbil-Hədid əl-Mədəini’dir. “Nəhcul-Bələğə” kitabının məşhur şərhini yazan odur. O, araşdırmacı alimlərin böyüklərindəndir, elmdə dərya sayılan alicənabların ən alilərindəndir. İsmət və təharət əhlini (yəni əhli-beyti) dəstəkləyənlərdəndir...Onun bütün gözəllikləri özündə toplayan və inciləri cəm edən şərəfli şərhi (yəni Şərh Nəhcul-Bəlağa) onun dindəki uca məqamına və möminlərin-əmiri Əlinin – aleyhissələm – şanında ğuluv etməsinə dəlalətdə kifayət edir... ”
(əl-Xavanəsəri, “Ravdatul-Cənnət”, 5/20-21)

əl-Qummi isə “əl-Kunə val-Əlqab” kitabında deyir:
ولد في المدائن وكان الغالب على أهل المدائن التشيع و التطرف والمغالاة فسار في دربهم وتقيل مذهبهم و نظم العقائد المعروفة بالعلويات السبع على طريقتهم وفيها غالي و تشيع
ثم خف الى بغداد وجنح الى الاعتزال واصبح كما يقول صاحب نسخة السحر معتزلياً جاهزيا في اكثر شرحه بعد ان كان شيعياً غالياً

“əl-Mədəin şəhərində doğulmuşdur və bu şəhərin əhalisinin çoxu şiə idi, şiəlikdə radikal idilər və etiqadlarında ğuluv vardı. O, da onların bu yolu ilə getmişdir. Onların əqidələrini "əl-Uluviyyət əs-Səbu" adı ilə tanınmış nəzmində qeyd etmişdir və həmin bu beytlərində ğuluv və təşəyyu vardır...(daha sonra həmin bu beytlərdən bəzilərini qeyd edir...) ...Sonra Bağdada getmiş və mötəzili əqidəsinə meyl etmişdir və “Nəsmətus-Səhar” kitabının sahibinin dediyi kimi ifrat şiə olduqdan sonra mötəzili cahizi olmuşdur. Bağdad’da 655-ci ildə vəfat etmişdir. Ayətullah əl-Hilli öz atası vasitəsilə ondan rəvayət etmişdir.”
(əl-Qummi, “əl-Kunə val-Əlqab”, 1/185)

Yusuf İlyən Sirkis “Mucəm əl-Mətbuat əl-Arabiyyə” kitabında (1/29) deyir:
عبد الحميد بن هبة الله بن محمد بن محمد بن أبي الحديد عز الدين المدائني الحكيم الاصولي المعتزلي هو من أكابر الفضلاء المتشيعين .
وأعاظم النبلاء المتبحرين مواليا لاهل بيت العصمة والطهارة وان كان في زي أهل السنة والجماعة

“Abdulhəmid bin Hibbətullah bin Muhamməd bin Muhamməd bin Əbil-Hədid İzz əd-Din əl-Mədəini əl-Həkim əl-Usuli əl-Mötəzili, o, təşəyyu əhlinin fəzilətlilərinin ən böyüklərindəndir. Əhli-sünnət və camaatın cildində olsa da, ismət və təharət əhlini dəstəkləyən elm əhlindən olan alicənabların ən alilərindəndir.”



#12950 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 23 июля 2009 - 00:54 в Şiə-sünni dialoqu

və Quranı məxluq hesan etmək kafirlikdirsə, Buxarini niyə möhtərəm sayırsız? halbuki, o da Quranı məxluq bilib.

http://313news.net/f...amp;#entry10425


Buxari belə bir şey deməyib və belə bir şeyə inanmayıb, sənin verdiyin linkdə də belə bir şey yoxdur. Sən sadəcə olaraq yalan danışırsan!

Mövzuda da öz aliminizdən sitatlar gətirdim, öz alimləriniz deyir ki, İbn Əbil-Hədis bir ğulati şiə kimi böyüyüb və ömrünü elə keçirib, ömrünün sonunda Bağdadda mötəzili Cahizin fikirlərindən təsirlənib. Bir insanın şiə olması üçün şiə namazı qılması şərt deyil.
Əgər yuxarıdakı öz alimlərinizin şahidliyini qəbul etmirsizsə, sizə başqa cür kömək edə bilmərəm....



#12383 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 17 июля 2009 - 22:02 в Şiə-sünni dialoqu

İbn Əbil-Hədid kimdir?
Bu forumda və digər forumlarda bu zat əhli-sünnətə qarşı dəlil gətirilir və guya sünni alimidir. Bilənlər bunun yalan olduğunu bilirlər. Lakin inadkarlar inad edirlər. Ona görə də inşəallah onun haqqında əhli-sünnət kitablarından və şiə kitablarından nəql gətirərək onun şiə deyil, sünni olduğunu isbat edəcəyik, inşəAllah!
Ümid edirəm ki, bundan sonra mövzumuz yekun bir söz olar...daha bundan sonra bu İbn Əbil-Hədid gözümüzə girməsin!



#12960 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 23 июля 2009 - 01:43 в Şiə-sünni dialoqu

Sənin əqidə qardaşın Əbu Sufyan ordusu bir adət olaraq ərəbcə yerləşdirdiyi mətni tam tərcümə etməyib və sən də onun tərcüməsinə əsaslanırsan. Ona görə də mən sənin xətrinə onun tərcümə etmədiyi yerləri də əlavə edib təqdim edəcəm:

ومن زعم ان القران مخلوق فقد كفر وخرج عن الايمان وبانت منه امرأته يستتاب فان تاب والا ضربت عنقه وجعل ماله فيئا بين المسلمين ولم يدفن في مقابر المسلمين ومن وقف وقال لا أقول مخلوق أو غير مخلوق فقد ضاهى الكفر ومن زعم ان لفظي بالقران مخلوق فهذا مبتدع لا يجالس ولا يكلم ومن ذهب بعد مجلسنا هذا إلى محمد بن إسماعيل البخاري فاتهموه فإنه لا يحضر مجلسه الا من كان على مثل مذهبه


"Kim iddia edərsə ki, Quran məxluqdur küfr etmişdir və imandan çıxmışdır, xanımı ondan ayrılmalı, tövbəyə dəvət edilməlidir. Tövbə edərsə (çox gözəl), əks təqdirdə boynu vurular. Malı müsəlmanlar arasında qənimət kimi bölünər, müsəlman qəbrində basdırılmaz və kim tərəddüd edərsə və "məxluq və ya qeyri-məxluq olduğunu demirəm" deyərsə küfrə yaxınlaşmışdır və kim "mənim Quran oxuyarkən ləfzim məxluqdur" deyərsə, bidətçidir. Onunla oturulmaz, onunla danışılmaz və kim bizim məclisdən sonra Muhamməd bin İsmayıl əl-Buxari'nin yanına gedərsə, onu ittiham edin, çünki onun məclisinə onun məzhəbində olandan başqa heç kəs getməz."


Bax, qırmızı ilə işarələdiyimi Abu Sufyan tərcümə etməyib. Qırmızı ilə işarələdiyim də isə əz-Zuhli digər iki qrup insanları zikr etmişdir. Birinci qrupu kafir görür, ikincisini hər han küfrə düşə biləcəyini deyir, üçüncüsünü isə sadəcə bidət adlandırmışdır. Bax, əl-Buxari ilə əz-Zuhlinin arasındakı ixtilaf bundadır. Yəni əz-Zuhliyə görə kim ümumiyyətlə bu sözü deyərsə, özündən əvvəlkilərin açmadığı bir məsələni açmışdır. Ona görə də əz-Zuhli buna bidət demişdir. Lakin hamı bilir ki, əl-Buxarinin dediyi sözlər haqqdır...

Nəsə...indi sənə artıq bunu üçüncü dəfə izah etmiş oldum. Ümid edirəm ki, bundan sonra artıq bir şübhən qalmaz.



#13015 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 23 июля 2009 - 15:42 в Şiə-sünni dialoqu

Sənin məntiqinlə getsək sən şiəliyi yalnız imamiyyə ilə bağlayırsan...Sənin bu yazdıqlarının cavabı belədir:
1. Şiəlik sadəcə imamiyyə ilə məhdud deyildir. Şiələrin arasında Əlinin nas ilə təyin olunduğunu (və bu, imamiyyə, ismailiyyə və digərlərinin görüşüdür), digərləri isə tərid və işarə ilə təyin olunduğuna etiqad edirlər. (bu isə bir çox zeydi firqələri və digər mötədil şiələrin görüşüdür)
2. İbn Əbil-Hədid həmin sözlərində Əlinin nass ilə deyil, tərid və təlvih (dolayı və işarə ilə) ilə təyin olunduğuna inanır. bu da şiələrin etiqadıdır, əhli-sünnət belə şeyə etiqad etmir.
3. İbn Əbil-Hədid Əlinin peyğəmbərdən sonra ən fəzilətli olduğuna inanır, bu isə şiəlik etiqadıdır.
4. İbn Əbil-Hədid'in şafi fiqhi ilə məşğul olması onun əhli-sünnətdən olması anlamına gəlmir. Bir çox zeydi imamları fiqhdə hənəfi fəqihləri olublar, lakin bununla belə zeydi alimləridir...ya da bir çox xavariclər maliki fiqhi ilə məşğul olublar, lakin xavariclərdir, əhli-sünnətdən sayılmırlar...

Bütün bunlardan anlayırıq ki, İbn Əbil-Hədid şiə olub, lakin imamiyyə şiəsi olmayıb. Fikrimcə zeydilərin məzhəbinə yaxın olub, çünki zeydilər də əqidədə mötəzilidirlər.



#13108 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 24 июля 2009 - 16:43 в Şiə-sünni dialoqu

ok...səninlə belə edək:

1. Niyə şiələr mötəzili ola bilməz? Zeydi şiələri əqidədə mötəzilidirlər? Yoxsa zeydilərin də şiə olmadığını deyəcəksən?!
2. İbn Əbil-Hədid səhabələrə tənə edir, səhabələrə tənə etmək şiələrin vəsfidir, əhli-sünnətin deyil.
3. İbn Əbil-Hədid Əlinin digər səhabələrdən üstün olduğunu deyir, bu da sünnilik deyil...şiəlikdir.
4. İbn Əbil-Hədid Əlinin işarə ilə peyğəmbərdən sonra xəlifəyə layiq olduğuna etiqad edir, bu da sünnilik deyil, şiəlikdir.

Üstəlik şerlərində Əli haqqında ğuluva gedir...
Onun bu sözləri haqqında bir düşün:
قيلت أخلاق الربوبة التي عذرت بها من شك أنك مربوب
Bunu Həzrəti Əli haqqında deyir...buna əsasən Şeyx Mahmud Şükri əl-Alusi onun Əlinin ilahiliyinə inanması görüşünə meyl etmişdir. Üstəlik onun vəzir İbn Alqamə ilə arasındakı bomba əlaqələri, onun üçün Nəhcul-Bələğa kitabını şərh etməsi bunu göstərir...qısacası, onun haqqında ən doğu sözü Yusuf İlyanın yuxarıdakı sözləridir ki, bu İbn Əbil-Hədid sünni surətindəki bir şiədir...bir insanın şafi məzhəbində olması onun əqidədə də sünni olması anlamına gəlmir.



#13111 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 24 июля 2009 - 16:52 в Şiə-sünni dialoqu

Onun Ömərin Fatiməni incitməsini inkar etməsi onu şiəlikdən çıxarmır, elə deyilmi? çünki mötəzililər ağılla fikirləşməyə üstünlük verirlər, oda fikirləşib, fikirləşib və axırda qəbul edə bilməyib ki, Ömər necə gəlib Əlinin qarşısında peyğəmbərin qızına əziyyət verib, onu döyüb amma Əli evin içində oturub zikr edirmiş...yəni ağıl ilə bunu qəbul edə bilməyib...

Şeyxul-İslam İbn Teymiyyə "Dar ət-Təarud" kitabında (1/89) deyir:
وكان ابن أبي الحديد البغدادي من فضلاء الشيعة المعتزلة المتفلسفة، وله أشعار في هذا الباب
"İbn Əbil-Hədid əl-Bağdadi şiə mötəzili fəlsəfəçi fazillərdən idi və onun bu barədə şerləri vardır..."




Рейтинг@Mail.ru