Перейти к содержимому


Публикации Ehli beyt ashigi

69 публикаций создано Ehli beyt ashigi (учитываются публикации только с 24-мая 23)



#80639 Şiələrə suallar

Отправлено автор: Ehli beyt ashigi 17 сентября 2011 - 01:46 в Şiə-sünni dialoqu

bes mohure secde edib? niye tesdiq etmirsinizki, mohuru shiyeler icad edibler.bunu basqa nece adlandirmaq olar ? biz xalcaya secde etmirik,Allaha secde edirik. ve her bir temiz sheyin uzerinde namaz qiliriq. eger eledirse mescidlerinize niye xalca serirsiz,hesir serin,bidet mohurede ehtiyac olmasin.niye xalca-canamaz alirsiniz,masallida yaxshi hesir duzeldirler,alinda?


Səfehilərin gözlərində olan problem coxdan bizlərə məlum olub.

Mən orada yazmışam ki,nəyin üzərinə,sən məgər səcdə eləyəndə nəuzibillah Allahın üzərinə səcdə edirsən?Yoxsa Allahın qarşısında səcdə edirsən?Bu iki sadə şeyi ayırd edə bilmirsən amma elmdən dəm vurursan.
Möhür torpaqdan düzəldilib və bizdə Hz.Peyğəmbərin(s.a.a.s.) sünnəsinə əməl edib torpağa səcdə edirik.
Hz.Peyğəmbər(s.a.a.s.) torpağa səcdə edib,bizdə torpağa edirik.Amma siz xalcaya,palaza və s.səcdə edirsiz.İndi kimdi bidət əhli?

Əgər bunun hec əhəmiyyəti yoxdursa bəs RəsulullAh(s.a.a.s.) nəyə görə deyib ki:Allah təala
torpağı mənim ücün səcdəgah və pakedici qərar vermişdir?
Əgər bunun əhəmiyyəti hec yoxdursa sizin alimləriniz bəs nəyə görə torpağa səcdəni müstəhəb bilirlər?




#87130 Şiələrə suallar

Отправлено автор: Ehli beyt ashigi 29 декабря 2011 - 13:39 в Şiə-sünni dialoqu

Sağ olun, Qardaş.
Allah köməyiniz olsun.
Allah əcr versin!


Allah səndən də razı olsun qardaşım.

Bir şeyi istəyirəm əlavə edim ki;Gecə namazı müstəhəb namazlardandır,yəni vaxt dar olduqda təkcə "Vətr"namazınıda qılmaq olar və yaxud 2 rəkətli sübh namazı kimi gecə namazı niyyəti ilə də.
Deyilən qunut duaları d müstəhəbdir,bilmirsizsə deməyə bilərsiz,lakin əzbərləsəz daha yaxşı olar.



#87082 Şiələrə suallar

Отправлено автор: Ehli beyt ashigi 28 декабря 2011 - 09:45 в Şiə-sünni dialoqu

Gecə müstəhəb namazının qaydalarını yazın, Allah xətrinə.
Neçə rəkətdir, niyyəti necə edək, və s qaydaları.


Gecə namazı 11 rəkətdir.
1. 8 rəkəti gecə nafiləsidir ki, hərəsi 2 rəkət olmaqla 4 namazdır.
(qaydası Sübh namazı kimidir).
2. 2 rəkət “Şəfi” namazı (qaydası sübh namazı kimidir- qunut yoxdur).
3. 1 rəkət “Vətr” namazıdır.
Qaydası belədir: 1həmd, 3 qul huvəllah, 1 fələq, 1 nəs surələrini oxumaq lazimdır.
Nəs və Fələq surələrini bilməyənlər,İxlas sürəsini deyə bilərlər.
“ Vətr” namazının qunutunda
Əvvəlcə “ Allahummə məğfirli muminina muminat vəl muslimina muslimat” deyib sonra 40-mömin şəxsin adını çək və de:
Əllahum məğfirli:(məsələn: Ayətullah Behçət)
Sonra—70 dəfə: Əstəfrullahə rəbbi və ətubu iləyh.
Sonra 300 dəfə de: “Əl əfv”
Sonra 7 dəfə “Haza məqamul aizi bikə minənnar. Rəbbiğfirli vətub ələyyə innəkə əntə təvvabul ğəfurul rəhim.
Ruku, Səcdə, Təşəhhüd, Salamlar.



#88325 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 20 января 2012 - 15:54 в Ümumislam mövzular

Bismillah,baxmışam deyir məchulul-mülk niyyəti ilə ala bilərsən,sahibi bəlli olmayan mal.Amma maraqlıdır,Quran açıq-aydın sələmi qadağan edib,müctehid niyə niyyəti dəyişməklə bunun caizliyini deyir,çooox maraqlıdır,niyyəti dəyişirəm(o da guya) haram olur halal?( nəyə qəribə məsələdir bu((

Qardaş,biz də sənin kimi qarşımıza cıxan məsələlər haqqında(risalədə olmayan)Ruhanilərə müraciət edirik.Onlarda deyirlər ki,olar.Amma faiz cox olmamaq şərti ilə.Sən bank krediti ilə sələmi bir tutma.Bankın öz xərcləri var,işciləri var.Birdə ki,şəriətdə nisyə mal almaq haram deyil,lakin nisyə verilən mal adətən bir az baha olur,indi duraq deyək ki,bu sələmlə eynidir?



#88255 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 18 января 2012 - 03:14 в Ümumislam mövzular

Bismillah,faizlə nəsə lamağın hökmü nədir???İndiki kredit deyilən şey...1100-ədir,kreditlə gəlib çıxır(fazi-lə)1250-ə,məsələn...



Kredit götürmək haram deyil.
Siz yazdığınız pulun faizi də, normaldır.



#88595 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 29 января 2012 - 00:19 в Ümumislam mövzular

Bismillah,Sistani(rə) deyir(müasir şəriət məsələlərində) məchulil-mülk niyyəti ilə götürmək olar,AMMA şəri hakimdən icazə almalısan...Birincisi,biz İslam dövləti deyilik,dolayısı ilə bizdə şəri hakim yoxdur.İkincisi,bu deyir,sahibi bəlli olmayan mal niyyəti ilə götür,sahibi bəllidir axı?Hər şeydə niyyəti dəyişim,hərçənd bilirəm %-lədir,üstəgəl sahibi bəlli,olsun caiz-halal??Qəribədir...
P.S məchulil-mülk söhbətini kənara qoysaq belə alınmır,çünki şəri hakim yoxdur,bizim ölkədə bu tip ticarət qeyri-caiz olur


Qardaşım,sizin yəqininiz var ki,kredit Quranda deyilən sələmlə birdir?



#88605 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 29 января 2012 - 01:03 в Ümumislam mövzular

Dedim axı,desə 12 aya KREDİT hər ay 50manat burda nə problem?Biri də var,dili ilə deyir kii,7%lə 12aya KREDİT.Mən baxın bundan danışıram,bunun sələmlə nə fərqi var siz buyurun deyin?!

Qardaşım kecəl həsən ya həsən kecəl,nə fərqi var?Birdə ki,mən bu sualı sizə ona görə verdim ki,yəqininiz varsa haramdır,onda götürməyin.

Əllamə Təbətəbai(rə) deyir:"Təvəkkül,təvəssül".Əhli-beytə(ə) təvəssül edirsən,ALlaha təvəkkül bir borc verən insaflı çıxır,hələ şəfaətdən danışmıram

Mənim dostumun anasının ürəyini əməliyyat eləməli idilər 10.000 pul lazım idi.Amma tapa bilmədi və məcbur olub evlərini girov goyub bankdan pul götürdü.Sual;Bu haram idi ya yox?



#88622 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 29 января 2012 - 13:39 в Ümumislam mövzular

Bismillah,mənim müctehid nümayəndəsi olduğumu söylədiyimi görmüsüz?)Bizim təqlid nədir?VACİB!!!Sual verdiz cavabını verdim.Təbatəbainin sözünü bir də yazmıram yuxarıda var.Amma hər adamda da o qədər təvəkkül yoxdur...
Ümmətimin ən doğru danışanı Əbazərdir(ə)...Niyə?Deyir hətta bir dəfə,Nəbi(s)-ni boynunda daşıyır,amma bir şeyin içində.Müşriklər soruşur ki,Nəbi(s) hanı?Deyir dee bu xurcunun içində,gülüb deyirlər ki,dolamısan bizi?Çıxıb gedirlər.Sonra Peyğəmbər(s) soruşur niyə elə dedin,birdən açıb baxardılar(özü bilir,hikmətini onun dilindən istəyir eşitmək).Əbazər(ə) buyurur ki,Allaha təvəkkül elədim,burda da yalan danışmadım.İndi düzdür,mən qarışıq,hər adamda bu təvəkkül olmur,amma olsa haram da yeməz,anası da ölməz.
P.S sadəcə yazdım,əziz qardaşım,sualı verdiz cavablandırdım,özü də Müctehidin(rə) fətvası ilə.Pis çıxmasın,səhərdən(sizlə deyiləm) mənlə dalaşırlar ki,müctehidə itaət vacibdir(mənə görə də elədir,amma müc\tləq höccət deyil),indi də siz deyirsiz ki,müctehid deyir yox,anası ölsün?


Qardaşım mən hər yolnan calışıram ki,sizi başa sala bilim lakin siz mətləbdən uzaqlaşırsız.Sizin sözünüz budur ki,Quranda Allah təala deyir riba haramdır,amma müctəhidlər deyirlər ki,bankdan kredit götürmək olar(zəruriyyət olsa)
İndi sizə bir sual verim;Şərab,araq və s. haramdır düzdür?Amma həkim bir adama deyir ki,100 qram araq icməlisən icməsən öləcəksən.İndi həmən O, adam arağı icsə haram iş görmüş olur?



#88611 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 29 января 2012 - 02:09 в Ümumislam mövzular

Bismillah,Ayətullah Sistani(rə),"Müasir şəriət məsələləri",səhifə 42(mövzu,Bank məsələləri)
Sual-52:AşağıdaAşağıda gələn iki yoldan biri ilə borc alıb faizlə ödəmək caizdirmi?
1)Məcburiyyət qarşısında qalarkən.
2)Məcburiyyət qarşısında qalmadığı təqdirdə və bu şəri yolla caizdirmi?
Cavab:Faiz şərti ilə bankdan borc almaq caiz deyil,lakin onun şəri budur ki,pulları məchulil-malik niyyəti ilə qəbul və ehtiyara əsasən,onları şəri hakimə müraciət etdikdən sonra istifadə etməlidir.Əgər bankın həmin faizi(və ya borc aldığı pul) ondan zorla alacağını bilərsə,bu halda bank müştərək və ya dövlət bankıdırsa,faizi də ödəməlidir.


İndi,mənim aşiqi Əhli-beyt(ə) qardaşım,dostunuz bnları edibsə caiz,etməyibsə qeyri-caiz iş görüb.
P.S Sual-49(səhifə 41də):Banklar 3 qismə bölünür:1.İslami,2.Qeyri-İslami,3. də üç qismə bölünür,şəxsi-müştərək-dövlət,bunlardan hansı birinə məchulil-malik deyirlər?
Cavab:İslami və müştərəkə


Qardaşım, bu insan anasını xilas eləməli təqdirdə durub müctəhidin fətvasını gözləməli idi?
Və yaxud müctəhidə sual göndərilsəydi müctəhid deyəcəkdi ki,yox olmaz,qoy anan ölsün?



#88609 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 29 января 2012 - 01:28 в Ümumislam mövzular

Bismillah,mövzuya baxsaq,bir çox şey çıxacaq.Bank verməsin ee,siz ödəyəndə %-lə ödəyəcəksiz?(yaxud dostunuz)


Əlbətdə ki,%-lə.



#88607 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 29 января 2012 - 01:15 в Ümumislam mövzular

Mən bir şey haqda mübahisə edirəmsə,o demək deyil ki,hər sual mənə ünvanlanmalıdır.%-lə götürməyibsə,niyə problem olsun ki?!


Bank % pul vermir axı.Bu barədə bahsi siz başlatdiz və mövzumuza aid bir sualdır.



#88601 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 29 января 2012 - 00:39 в Ümumislam mövzular

Amma biri var ,dili ilə deyir ki,12% (ON İKİ FAİZ(!)) kreditlə filan şey satılır.Bu kreditin Quranda deyilən sələmlə eyni olmasına,bəli,yəqinim var.Özü də mən soruşmuşdum ki,olar almaq,dedilər(dediz)olar.İş burasındadır ki,müctehidin dediyi İslami dövlətə aid edilir,çünki müctehid deyir ki,şəri hakimdən icazə al,məgər bizdə şəri hakim var?



Qardaşım,orada deyilmir ki,12 % pul verirəm sələmə, deyilir ki,kredit verilir.Yəni dükan faizə mal vermir.Bu bir növ yenədə deyirəm nisiyə mal almağa bənzəyir.Siz malı alanda dükanı işlədən birisi gedib pulunu bankdan cıxarır.Siz pulu banka ödəyirsiz,bankında xərcləri var+ qazanc.
Tutaq ki,bir yaxın adamınız ağır xəstədir və onun müalicəsinə təcili 10.000 manat pul lazımdır.Siz də pul tapa bilməyib banka müraciət edirsiz.İndi deyin görüm bu harmdır ya yox.
Bir şeyidə unutmaq lazım deyil ki,müctehid zəruriyyət olduqda icazə verir
.



#86434 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 19 декабря 2011 - 00:13 в Ümumislam mövzular

Assalamu aleykum "Onlar ibadət etdikləri bütləri Allaha yaxınlaşdıracaq vasitələr bilib ibadət edirdilər" xahiş edirəm kim bu ayənin dəqiq təfsirini bilirsən cavab versin


Bu ayə müşrüklərə aiddir.Bunun təvəssülə nə adiyyatı var?Burada söhbət bütlərə ibadətdən gedir.Mömin məgər Allaha təvəssül edəndə nəyisə və ya kimisə Allaha şərik qoşur?.

yəni oxuyanda acıq aydın görünürki söhbət nədən gedir


Nədən gedir söhbət?Bilirsənsə nəyə görə sual verirsən?

Məsələn Vəhhabilərin alimi əksini deyir. Kimə inanaq??


Ağzunda vəhabi deyirsən,Allah onların kökünü kəssin.



#84133 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 19 ноября 2011 - 21:05 в Ümumislam mövzular

Sizin sözünüzə münasibət bildirim,ayə var axı "Şərab,fal şeytan əməlidir",burdan haramlığı çıxmır???



Qardaşım ,ayədə konkret yazılmayıb haramdır,onun haramlığı haqqında nəticəni Hz.Peyğəmbər(s.ə.v.v.) cıxarıb.Məsumlardan da,şərabın haramlığı haqqında yetərincə hədislər mövcuddur.

Mən belə bilirəm,əvvəl haram olmayıb,sonuncu halda isə elə indi yazdığım ayə nazil olub,bu da haramlığa dəlalət edir



Qardaşım,ayənin nəyə dəlalət edib etməməsini biz bilə bilmərik,ona görədə Quranı, Əhli beytsiz başa düşmək qeyri mümkündür.
Möhkəm ayələr var ki,oxuyub nəticə cıxartmaq asandır.
Məsələn: O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, Donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir! 2:173

Bu ayədə konkret yazılıb ki,donuz əti və s.haram edilmişdir.

Allah sizə ancaq ölü heyvanı, qanı, Donuz ətini və Allahın adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur.Başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir! 6.115

Bu ayədə isə "ancaq" sözü kecib, şərab və sair haram olan şeylərin adları yazılmayıb.İndi sən bu ayədən nə nəticə cıxara bilərsən?



#84106 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 19 ноября 2011 - 12:40 в Ümumislam mövzular

Bismillah,şərab əvvəllər halal olub daa düzdür???Təfsirə baxdım,ərəbi zazdı qatıb,tam çatmadı(
Siz dəqiq bilirsizsə deyin..


Şarab,əvvəllər məkruh olub.Peyğəmbərin(s.ə.v.v.) dövründə də icilib,birdən birə haram olmayıb tədricən Allah təala şərabı haram edib.Hətda Quranda şərabın haramlığı haqqında konkret ayə nazil olmayıb.Şərabı Hz. Peyğəmbər(s.ə.v.v.)haram edib.

Bu hadisə də (Hz.Peyğəmbərin(s.ə.v.v.)şərabı haram buyurması) əbu bəkrin Bədr döyüşündən sonra məkkə müşrüklərinəin yasında icib piyan olub kiminsə başına butulka vurandan sonra olub.))



#83420 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 06 ноября 2011 - 11:39 в Ümumislam mövzular

Bismillah,qəzavü-qədər və bu kimi elmi-fəlsəfi mövzular haqda(bu mütləq olsun,geniş şəkildə) bir kitab deyərdiz zəhmət olmasa...Maraqlı,sağlam dəlilli olsun,bir də azəri dildə.Türkcə də olar


Suаl: Qәzа-qәdәr dеdikdә nә bаşа düşülür? Әgәr qәzа-qәdәr dеdikdә bәndәlәrin tаlеyinin мüәyyәn еdilмәsi, оnlаrın tаlе yоlunu gеtмәyә мәcbur оlмаsı, tаlе мüqәddәrаtını pоzа bilмәмәsi nәzәrdә tutulursа, оndа “insаnın çаlışqаnlıqdаn bаşqа bәhrәsi yохdur” аyәsi nеcә izаh оlunмаlıdır? Bu аyәyә әsаsәn, hәr bir insаnın iхtiyаrı öz әlindәdir vә qәzа-qәdәrin оnun tаlеyinә tәsiri yохdur.

Cаvаb: Qәzа-qәdәr мәsәlәsi bәşәr tаriхi bоyu insаnlаrı düşündürмüş bir мәsәlәdir. Bеlә bir еtiqаd hаnsısа мillәtә аid dеyil. Biziм sәмаvi kitаbıмız vә islамi hәdislәriмiz bu мәsәlәyә dаhа diqqәtlә yаnаşsа dа, о, bütün bәşәriyyәti nаrаhаt еdәn bir мәsәlәdir.

Tәәssüf ki, qәzа-qәdәr мәsәlәsi ilә lаzıмıncа tаnış оlмаyаn insаnlаrın izаhlаrı insаnlаrdа bu мәsәlәyә tәrәddüdlü мünаsibәt yаrаtмışdır. Оnlаr qәzа-qәdәr аnlаyışını insаn irаdәsini мәhdudlаşdırаn bir qаydа kiмi qәbul еdirlәr. Bәzәn оnu мüsbәt qiyмәtlәndirәrәk insаnın pis işlәrә мәcbur оlduğunu bildirir, öz günаhlаrını qәzа-qәdәrin ünvаnınа yаzır, bәzәn isә мәnfi qiyмәtlәndirәrәk, insаnın bir sırа vәzifәlәr qаrşısındа аciz оlduğunu iddiа еdir, insаni vәzifәlәrindәn bоyun qаçırırlаr. Bu мәnаdа qәzа-qәdәr әfsаnәdәn bаşqа bir şеy dеyil. Qәzа-qәdәrin маhiyyәtini rеаl hәyаtdа ахtаrмаq lаzıмdır. Оnun fоrмаlаşмаsındа insаnın irаdәsindәn bаşqа digәr tәsirli амil yoхdur. Qәzа-qәdәr hаqqındа yаnlış tәsәvvürә маlik insаnlаrı inаndırмаq çәtindir ki, qәzа-qәdәr insаn irаdәsinә мüsbәt vә yа мәnfi tәsir göstәrә bilмәz. Bu insаnlаr аdәt еtмişlәr ki, öz sәhvlәrini, nöqsаnlаrını hаnsısа qеybi bir sәbәblә әlаqәlәndirsinlәr. Bu bахıмdаn qәzа-qәdәr оnlаrın әlindә bәhаnәyә çеvrilмişdir. Оnlаr qәzа-qәdәr bәhаnәsi ilә bir çох мәsuliyyәtlәrdәn bоyun qаçırırlаr.

Bu gün qәrb cәмiyyәtinin dә bir hissәsi yаnlış qәzа-qәdәr inаncınа охşаr оlаn “tаriхi zәrurәt” мәsәlәsini оrtаyа аtмışdır. Оnlаr bir çох hаdisәlәri tаriхi zәrurәt hеsаb еdәrәk, мüqаviмәt göstәrмir, ictiмаi vәzifәlәrindәn bоyun qаçırırlаr. Амма bәsirәtli insаnlаr üçün аydındır ki, Аllаhın tәqdiri insаn irаdәsini nәyәsә vаdаr еtмir.

Аllаhın tәqdİrlәri

Әgәr Аllаh-taаlаnın tәqdirlәri ilә tаnış оlsаq, görәcәyik ki, vаrlıq аlәмindә rеаl hәyаtdаn kәnаr qәzа-qәdәr аdlı hәrәkәtvеrici bir qüvvә yохdur. Аllаhın tәqdirlәri vаrlıq аlәмinә hаkiм оlаn qаydаlаr tоplusundаn ibаrәtdir. Bu qаydаlаr insаnın хоşbәхtlik vә bәdbәхtlik yоllаrını qәti şәkildә мüәyyәnlәşdirмişdir. Амма insаn hәr hаnsı bir yоlu sеçмәkdә аzаddır. Мәsәlәni аydınlаşdırмаq üçün мisаllаr göstәrәk:

1. Tәnbәl, bir-birlәri ilә didişәn, tәbii gücünü sәмәrәsiz işlәrә sәrf еdәn, zамаnını vә мühitini tаnıмаyаn, öz хеyrini düşünüb, bаşqаlаrını unudаn мillәtlәr hаqqındа Аllаhın tәqdiri (qаnunu, yаzısı) budur ki, bu мillәtlәr tеz-gеc bәdbәхt оlмаlıdırlаr. Амма zәhмәtkеş мәhruмlаrı hаqqındа düşünәn, sinfi fәrqlәri аrаdаn qаldırмаğа çаlışаn, insаn şәхsiyyәtini qiyмәtlәndirәn, vаrlılаrı yохlullаrının hаqqını ödәyәn мillәtlәr hаqqındа isә Аllаhın tәqdiri budur ki, bu мillәt dаiм rаhаtlıqdа, tәrәqqidә оlsun. Nоrмаl düşüncәyә маlik оlаn hаnsı insаn bu iki tәqdirin rеаllığını inkаr еdә bilәr?!

Аllаh-taаlаnın bu tәqdiri, bir növ yаzısı dünyаdаkı bütün хаlqlаrа аiddir. Мillәtlәrin tаlеyindә оnlаrın istәyindәn bаşqа bir şеy амil sаyılмır. Biz insаnlаr isә öz sәthi мühаkiмәlәriмizә әsаslаnаrаq, hаnsısа bir yоlu sеçir, bu yоlun tәbii zәrәrlәri ilә qаrşılаşdıqdа qәzа-qәdәri günаhlаndırırıq. Hаnsı ki, qәzа-qәdәr insаnа yох, insаnın sеçdiyi yоlа аid bir мәsәlәdir.

2. Böyük iмkаnlаrlа, pоlаd әsәblәrlә, dәrin düşüncә ilә hәyаtа qәdәм qоyмuş gәncin qаrşısındа iki tәqdir dаyаnır. Hәr şеy bu gәncin hаnsı tәqdiri sеçмәsindәn ibаrәtdir. Bu gәnc öz маddi vә мәnәvi iмkаnlаrını еlм vә bilik tәhsilinә vә yа ticаrәtә sәrf еtsә, хоşbәхt bir hәyаt sürәsidir. Амма bu sәrмаyәlәrdәn sui-istifаdә еdib, öz iмkаnlаrını şәrаbхоrluğа, quмаrbаzlığа, cinаyәtә sәrf еtsә, özü öz әli ilә хоşbәхtliyinin üzәrinә qаrа хәtt çәkәsidir. Оnun iмkаnlаrı әlindәn çıхаsı, sаğlамlığı әldәn gеdәsi, düşüncәsi kоrşаlаsıdır. Bәli, hәr iki tәqdiri Аllаh мüәyyәnlәşdirмişdir. Амма Аllаh bu tәqdirlәrin sеçiмindә insаnı аzаd qоyмuşdur. Bir мüddәt аzğın yоldа оlмuş insаn öz tаlеyini dәyişib, dоğru yоlа qаyıdа bilәr. Bu yоllа о öz tаlеyini dә dәyişмiş оlаr. Аllаh insаnа çirkin yоldаn qаyıtмаq, еtdiklәrindәn pеşiмаn оlмаq, хоşbәхtlik yоlundа qәdәм götürмәk iмkаnı vеrмişdir.

3. Хәstәlәnмiş insаn hәkiмә мürаciәt еdib, мüаlicә оlunduqdа şәfа tаpır. Tәbii ki, bu insаn hәkiмә мürаciәt еtмәsә, düzgün мüаlicә аlмаsа, sаğlамlığını itirәsi, yаtаğа buхоvlаnаsıdır. Hәr iki yоlu Аllаh мüәyyәnlәşdirмişdir. Sеçiм insаnın әlindәdir. Sеçilмiş yоlun аqibәtini isә Аllаh мüәyyәnlәşdirмişdir.

Siz vаrlıq аlәмindәki ilаhi sünnәlәrә, qаydаlаrа nәzәr sаlмаqlа qәzа-qәdәrin әsil маhiyyәtini аçıqlаyаn yüzlәrlә nüмunәlәr tаpа bilәrsiniz.



Аyәtullаh Мәkаriм Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni



#83408 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 05 ноября 2011 - 21:44 в Ümumislam mövzular

Və müsəlmanın(bəzən də namazqılanın) aldığı əti yemək olar?Necə kəsilməsi mənə bəlli deyil və alanın da soruşub-soruşmaması bəlli deyil.


Müsəlmanın və namaz qılan insanın evində və ya ona məxsus bir yerdə sizə yemək təklif olunsa,ətin necə kəsilib kəsilməməsini soruşub araşdırmaq lazım deyil və hətda onu soruşmaq özü xoşa qəlməz haldır.Rahat yeyə bilərsiz.



#84149 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 20 ноября 2011 - 11:22 в Ümumislam mövzular

ALLAH Mutaal bu ayede ickini acig ashkar haram bilib!


Allah təala,acıq aşkar ayədə haram deyib?

Şərabın haram olmasında hec kim şəkk eləmir,lakin söhbət ondan gedir ki,şərab haqqında hec bir ayədə haram sözü kecməyib.
Tutaq ki,biz bu ayədən belə nəticəyə gəldik ki,şərab haramdır.Bəs arağ,pivə,viski,tiryək,eroin və s.bunların haram olması haqqında ayə var?

Bir sözdə deyim ki,bu ayədə "cəkinin"deyilib,cəkinindən məqsəd haramdan da ağır sözdür.
Yəni,bir var deyilə bu şərabı icmək olmaz haramdır.Bir də var ki,burada deyilir ki,"cəkinin"yəni ümumiyyətlə onun həndəvərinə yaxınlaşmayın.
Ona görədə möminə nəyinki icki haramdır,hətda icki olan məclisdə oturmaqda haramdır.



#84158 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 20 ноября 2011 - 15:03 в Ümumislam mövzular

Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! (Maide 90 aye)
Bismillah,qardaş mən sizlə razı deyiləm,özünüz deyirsiz ki,burda çəkinin yazılıb,o söz isə haramdan da beş-betərdir.Elə bu dəlildir ki,şərab haramdır.Bir də ərəblər şərab deyəndə təkcə bir şey nəzərdə tuturlar,yaa elə araq,pivə kimi şeyləri???Biz həmişə vovalarla danışanda təfsirlə danışırıq,özümüz isə mən qarışıq elə kim nə istəyir yazır,Təbətəbainin təfsirinə baxıb yazacam ki,orda şərab deyəndə nə nəzərdə tutulur.
Arağı qoyaq bir qırağa,amma ayə açıq-aydın deyir ki,şərab haramdır,bir şey ki,şeytan əməlidir,onun haram olmaması mümkün deyil


Nədə razı deyilsiz?Mən məgər deyirəm ki,şərab haram deyil?
Qardaş mən deyirəm ki,şərab Quranda yazılmayıb ki,haramdır,dəlilin varsa buyur.Bu ayəni məndə bilirəm və dəfələrlə oxumuşam onu bura elə yazırsız ki,guya biz oxumamışıq bu ayəni.Bu ayədə haram sözü kecmədiyindən Peyğəmbər və Əhli beytindən başqa hec kim hökm verə bilməz onun haramlığına.
Qızıl üzük,ipək paltar və s.kişiyə haramdır.Məgər Quranda bunların haramlığı barədə ayə nazil olub?

Yoxsa bunlarda şeytan əməlindən olduğuna görə haramdır?



#84276 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 23 ноября 2011 - 10:00 в Ümumislam mövzular

Salam bir daha!

Mən bir necə gün bundan əvvəl bir sual ünvanlamışdım amma çox təəssüflər olsunki cavab ala bilmədim bu suala.Çox xahiş edirəm məlumatı olan qardaşlardan bu sualı cavablandırardılar. Bu suala cavab tapmaq menim üçün cox vacibdi.Ümüdüm ise siz qardaşlaradı.Əvvəlcədən təşəkkür edirəm hamınıza. Sual isə belə idi.

Bəzi Avropa ölkələrində heyvanın başını kəsməmişdən əvvəl onu yatızdırirlar ya keyləşdirirlər dəqiq bilmirəm sonram bismillah deyib başını kəsirlərki halal olsun. Bu ölkələrdə qanun keyləşdirmədən kəsməyə icazə vermir.
Sualım budurki bucür et halal hesab olunurmu?
Cavabı şiə qardaşlardan eşitmək istərdim. Mümkünsə biraz ətraflı olsun.


Halal hesab olunmur.Heyvanın başını kəsərkən onu yatızdırıb keyləşdirmək olmaz.



#85765 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 12 декабря 2011 - 00:14 в Ümumislam mövzular

Salam aleykum. "Muxtar" filminde gosterilir ki Yezid(l)-in Mekkeye Abdullah ibn Zubeyrin uzerine gonderdiyi ordu Mekkene, Kebeni yandirir. Sualim budur ki, dogurdanmi bele bir tarixi fakt var? VArsa menbesi ile deyerdiz cox xahish edirem.



Yezid İmam Hüseyni (ə) qətlə yetirməkdə, Kə`bəni oda çəkməkdə, Mədinə şəhərini dağıdaraq qız-gəlinlərin namusunu üç gün öz qoşununa halal etməkdə günahkar deyil.
(“Rə`sül-Hüseyn”, səh. 207; “Sualun fi Yəzid ibn Muaviyə”, səh. 16; “Minhacus-sünnə”, c. 8, səh. 238; “İqtizau siratil mustəqim”, səh. 293-296; “əl-fətva”, c. 5, səh. 192 və s.)


Hələ bu ibn teymiyyə kimi, yezid aşiqinin sözüdür.



#84206 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 21 ноября 2011 - 16:36 в Ümumislam mövzular

Allah razi olsun!!!


Allah sizdən də razı olsun qardaşım.



#84192 Sual-Cavab

Отправлено автор: Ehli beyt ashigi 21 ноября 2011 - 11:18 в Ümumislam mövzular

Sual:Bu adam xiftəni qılmaq istəsə(həmin günün),qəza niyyəti ilə qılmalıdır,yaa əda?ya da elə həmişəki niyyətlə???Hansı niyyətlə qılmalıdır???


Məsələ 744: Şam və xiftən namazlarının vaxtı, sərbəst olan şəxs üçün, gecə yarısına qədərdir. Amma üzrlü olan bir şəxs üçün məsələn, unutmaq, yuxuya qalmaq və ya heyzli olmaq və buna bənzər bir səbəbdən, namazı gecə yarısına qədər qılmamışdırsa şam və xiftən namazlarının vaxtı sübh açılana qədər davam edər. Ancaq hər surətdə, qafil olmadığı halda bu iki namaz arasında tərtibə riayət etmək şərtdir. Yə`ni xiftən namazı qəsdən şam namazından qabaq qılınarsa, batildir. Amma əgər gecə yarısına, yalnız xiftən namazını qıla biləcək qədər vaxt qalmışdırsa, xiftən namazını şam namazından qabaq qılması gərəkdir.
Məsələ 747: İxtiyarı öz əlində olan şəxs üçün xiftən namazının axırıncı vaxtı gecə yarısıdır. Gecə isə gün batandan sübh açılana qədərdir.

Məsələ 748: Əgər ixtiyar üzündən şam, və ya xiftən namazını gecə yarısına qədər qılmasa, vacib ehtiyata əsasən, gərək sübh azanından qabaq, əda və qəza niyyəti olmadan o namazı yerinə yetirsin.(Sistani ağa)





#95306 Son Xəbərlər

Отправлено автор: Ehli beyt ashigi 31 августа 2012 - 14:54 в Ümumislam mövzular

Ramil Səfərov Azadlıqda!

http://www.video.az/...ferov-azadliqda



#85168 Son Xəbərlər

Отправлено автор: Ehli beyt ashigi 03 декабря 2011 - 12:29 в Ümumislam mövzular

Allah bizi qorusun dünən axşamdan bəri özümə gələbilmirəm. Məndə ordaydim .Allah şahiddir ki dünəndən niyə hec bir şey edəbilmirik diyə özüm özümü hey günahlandırıram.Allah Bizi Bağışlasın.


Şiələr həmişə məzlum olub.Darıxma qardaşım,Allah hər şeyi görür.
Coxlu dua edək,Allah zalım qövmün əlindən bizlərə nicat versin İnşəAllah.




Рейтинг@Mail.ru