Перейти к содержимому


Публикации Vey-sal

643 публикаций создано Vey-sal (учитываются публикации только с 29-апреля 23)



#82015 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 10 октября 2011 - 20:06 в Şiə-sünni dialoqu

yox,senin misalin duz deyil. men basqa cur misal cekim sene. beli biz birbasa Ulu Rebbimizden isteyirik,siz ise onu padshaha benzederek ,dushunursunuz ki xaishinizin yerine yetmesi ucun arada bir vasiteci,araduzelden necedeyim seni teqdim eden,loru dilde desek day-dayliq eden birisi olmalidir.sanki kimse seni "tapshirmasa" e'rizene qol cekmeyecekler, subhanallah ozun fikirlesh gor hansi tovhide uygundur.arada vasiteciye umud baglamaq tovhid ve tevekkukle bir zerbedir.insanin tevekkulunu Allaha deyil ovliyaya yoneldir.
sahebeler hettaa sagliqlarinda iken kiminse gelib onlardan "menim ucun duet" demesini beyenmezdiler.cunki bu insanin Allaha tevekkulunu azaldir.beli ,selef ,birbasha her bir duasini Allaha yoneldir. tovhid necede gozel nemetdir. efsuslar olsunki zeif ve uydurma hedisler ummet arasinda shubhe ve bidetlere yol acmishdir.bu quran ayelerini oxuyun ve dushunun-

1.əl-Fatihə5. Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
3. Ali-İmran126.Kömək ancaq Qüdrətli və Müdrik Allahdandır.


Sən mənim misalımı anlamadın.
Çünki, təsəvvür etmə qabiliyətin zəifdir. Hər şeyi hərfi mənada yozmayın.

Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
Bu sözlər mənim namazdan sonra doğma dilimdə dualarımın əsasını təşkil edir. Və hər duadan sonra mən Peyğəmbər və onun pak ailəsinə (Ə) "səlavət" göndərirəm.
Necədir sənin üçün?
Biz sizdən fərqli olaraq Əhli-beyti (ə.s) və Peyğəmbərin sünnəsini unutmuruq. Siz isə bunları unutmağı bizə tövsiyyə edirsiniz. Bu da sizin - tovhid.

sahebeler hettaa sagliqlarinda iken kiminse gelib onlardan "menim ucun duet" demesini beyenmezdiler.cunki bu insanin Allaha tevekkulunu azaldir.beli ,selef ,birbasha her bir duasini Allaha yoneldir.


Mövzunu təzələmə!
Bu mövzu artıq çeynənilib, həzm olunub. 900-a yaxın cavab var, 50000 nəfər (dəfə) bunları oxuyublar.
Yeyən yedi, yeməyən ac qaldı. Lap olsun "Padşah" yanında...

Sələfi bu deyilənləri qəbul etməsəniz yazıqlar olsun sizə.
Sizin qəlbləriniz möhürlənib. Artıq sizə "tovhid" də kömək etməz.

araduzelden necedeyim seni teqdim eden,loru dilde desek day-dayliq eden birisi olmalidir.sanki kimse seni "tapshirmasa" e'rizene qol cekmeyecekler, subhanallah ozun fikirlesh gor hansi tovhide uygundur.


O, ki qaldı day-day söhbətinə;
Mən sənə qardaş kimi bir söz deyim:
Sizin day-day puldu oturub İsraildə, ABŞ-da, Səudiyyədə və s.
Bizim isə imanımız tək Allahdır və Onun sevımlı məsumları (ə.s) ilə bərabər.
Sələfi sən sitayiş etməyində ol, biz də müqəddəs yolumuzda qalaq. Sən sağ, biz səlamət.
Əsas ruhdu!



#82007 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 10 октября 2011 - 17:54 в Şiə-sünni dialoqu

butun getirilen shubheler bu hedis kimi zeif ve uydurma hedislerdir.selefin tevessul barede gorushu mohkem ve aydin delillere esaslanir.

Əbdulhay, sizi kim məcbur edir ki, təvəssül edəsiniz. Xoşuna gəlmir təvəssül etmək, onda birbaşa və təvəssülsüz, şəfaət etmədən və Peyğəmbəri (S) və Onun pak Əhli-Beytini xatırlamıyıb tək Allahdan (c.c.) nə istəyirsiz diləyin. Niyyətin təmiz olsa Rəbbin sənin duanı eşidər və qəbul edər.

Digər tərəfdən, mənə elə gəlir ki, sən özünü dünyanın ən gözəl və pak olan naz-nemətindən məhrum edirsən.
Təvəssülsüz duan bilirsən nəyə bənzər?
Sanki, bir əyalətin Padşahı rəiyyətə şahyanə bir qonaqlıq verir. Hamının arzusu budur ki, o qonaqlıqda iştirak edələr. Amma ora dəvət olunanların sayı məhduddur. Xoşbəxtlikdən sən də dəvət olunmusan.
Sən bilirsən nə edirsən?
Qonaqlığa gəlmisən, amma ağzıva heç nə vurmursan. Sanki sənin üçün fərqi yox idi.
Onda yerini verəydin birinə də...
Niyə xəsislik edirsən???...



#82985 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 26 октября 2011 - 01:32 в Şiə-sünni dialoqu

Niye gore Islamda gosterish verilmishdir ki qebristanliqa girende salam verin ehli-qubura?Peygember o ayeni bilmirdi bes niye salam verirdi?Ayede gelmiyib axiki salami eshitdire bilersen amma.Bosh yerede salam verilmez axi.

1. Salam bir növ Allahın adıdır.
2. Əhli-quburda olanların bir qismi Allahın rəhmətini qazanıb.
3. Orda səslənən salam daha çox "ocağın sahibinə" verilir.



#83754 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 12 ноября 2011 - 22:22 в Şiə-sünni dialoqu

burda ne varki, ay Vey-sal? deyirsinizki Ya imam Rza ,mene ovlad ver demek olar,men de size quran ayesi getiriremki Allah orada aciq aydin deyirki mene dua edin menden isteyin.


Turk, əgər uca Tanrı İmam Rzaya (ə.s.) xatirən hansısa sonsuzu xoşbəxt edibsə burda heç bir şirk (ya da kufr) yoxdur.
Bu yaxınlarda müqəddəs Məşhəd ziyarətində bir lal kürd qız uşağı dil açdı. İndi biz demirik ki, buna səbəb Allahdan qeyrisidir. Biz bu işdə Allah-Talanın yanında Əhli-Beytimizim (Ə) və İmamlarımızın (Ə) uca məqamını görürük.
Siz harada gördünüz ki, şiyələr kütləvi şəkildə Allahdan başqasından nəsə diləyirlər. Əksinə şiyələr Allahdan daha çox qorxur, Allah-Talanı Peyğəmbərlərimiz (S) və İmamlarımız (Ə) vasitəsilə ilə tanımağı özlərinə borc bilirlər. Şiyələrin Tək Allahdan qorxusu daha güclüdür. Onlar sizlər və qeyriləri kimi küfrə düşməsinlər deyə Əhli-Beytdən (Ə) möhkəm yapışırlar. Öz hədislərinizi yada salın, bəlkə oyanasınız qəflət yuxusundan.



#84243 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 22 ноября 2011 - 21:10 в Şiə-sünni dialoqu

3_Rengli_HeyaT yazir-İstənilən duaların keyfiyyəti İmama Allah tərəfindən bildirilir inşaAllah …… ))) bu cefengiyyata nece inanirsiniz.bunu hardan ciaxrtdiniz? Subutunuz var?


Ahha, daha Qurandan dəlil istəmədiniz. Çünki Qardaş sizdən antidəlil istədi. O da sizdə yox idi. Keçmisiniz subuta?
Yadınızda qalsın; sübut və isbat fizika-riyaziyyat elmlərində olur. İlahiyyətdə nə subut?
Bizim sübutumuz Allahın elçisi İslam Peyğənbəri (S) və onun pak Əhli-beytidir (Ə). Onlara (Ə) iman gətirsəniz sübutunuz da olar, irfanınız da artar. Tem bolee, məntiq elmindən bir az xəbəriniz var.
Allah ruhi şəfa versin!



#84088 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 18 ноября 2011 - 22:14 в Şiə-sünni dialoqu

Sen hele bir klichkada qoyursan camaata? Yeqin Rafka seni kimilerine deyiller...
o ki qaldi shubheye yox,shubheye niye dushuremki? menim elimde elhamdulillah quran ayeleri ver


TURK bu şeyxiniz fətva verəndə hansı Quran ayəsini əsas tutub, maraqlıdır?

Vəhabi Şeyxin yeni fətvası
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Misirin Sələfi məzhəbinə mənsub olan nüfuzlu Şeyxi Muhəmməd Həsən Prezident və parlament seçkiləri qabağı yeni fətva verib.

Fətva bundan ibarətdir: "Səs vermə məsuliyətli bir əməldir. Hər bir insanda gərək ən layiqli və nüfuzlu namizədə səs versin. Əgər seçici Xristian olsada belə müsəlman namizəddən layiqli birisidirsə vacibdir ki, səs həmən o xristiana verilsin."

http://abna.ir/data....ng=13&id=278803



#81831 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 06 октября 2011 - 19:00 в Şiə-sünni dialoqu

hormetli,Kenan 313,kopi etdiklerin butun hedisleri oxudum, o hedislerin her 1-i haqda 1-1 danishmaq olar. onlarin icinde zeif olanlar,sherhe ehtuyaci olanlar var.
men sene ve digerlerine sabit Quran ayesi getirirem. Ayeni diqqetle oxu!
35. Fatir 13. O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.14. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz

indi senden sorushuram-yazdigin hedisler hamisi 1 yerde bu ayeni nesx ede biler?


Əvvəlcə, "təvəssül" sözünün mənasını özünüz üçün araşdırın, sonra bizlərə Qurandan dəlil gətirərsiniz. Bir kəlmənin mənasını qavramayan nə təhər Quranı və hədisləri başa düşə bilər?



#82042 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 10 октября 2011 - 23:22 в Şiə-sünni dialoqu

yox,muselman sayiram.

Əfsuslar olsun ki, bu şeyxiniz şiyəliyi islamdan kənar saydı:

Имам – джума Мадины: Шииты вне религии Ислама
http://abna.ir/data....ang=4&id=270714



#81110 Təvəssul və onun hokmləri

Отправлено автор: Vey-sal 24 сентября 2011 - 19:07 в Şiə-sünni dialoqu

Həqiqətən də çox dəyərli məlumatlardır.Görəsən bu bir neçə cəbhəyə bölünən vahabilərdən təvəssülü inkar edənlər bu barədə nə düşünürlər? :rolleyes:


Qardaş, bir neçə cəbhə deyəndə ki, bunların cəbhə komandiri yəhudilərdir. Onların da əcdadları Musaya (ə.s) dedilər; - "Göstər bizə Allahı". Allahın nəbisi (ə.s) göstərə bilməzdi. Onlar də qızıldan bir buzov düzəldib ona sitayiş etdilər. Onlar üçün Musayla (ə.s) nubuvvət bitdi, Tövrətdən başqa kitab yoxdur. Paxıllıqdan dini zəif olan müsəlmanları dünya malı ilə aldadırlar. Yoxsa kütbeyın vəhabinin nəyinə gərək, müsəlmanlar təvəssül edir ya etmirlər. Məqsəd birdir: Əlaqə. Allahla əlaqənı qırsınlar, müsəlmanlar məsumları unutsunlar. Sonra da bunların tək Allahını otuzdurub kürsüdə, kül olsun müsəlmanların başına. Sonra da Çinlilər kimi hambal kimi işlətsinlər bizləri...
Hammısı yəhudilərin hiyləsidir. Vəhabilər kimdir ki? Tutuquşu.

Kənan Qardaş dəyərli infoya görə cox sağ ol. Allah əvəzini versin.



#80577 Игра

Отправлено автор: Vey-sal 15 сентября 2011 - 22:24 в Игры, приколы, анекдоты и другие забавы

R İ T M



#84167 Sual-Cavab

Отправлено автор: Vey-sal 20 ноября 2011 - 21:07 в Ümumislam mövzular

Bismillah,qardaş,bağışlayın təfsirə baxmadand emişdim.Amma sizin burda yanaşmanız səhvdir ki,ayədə HARAM sözü yoxdursa,demək haram deyil.Təfsir deyirsə ki,ayədən haram olması çıxır,demək haramdır...


Bismillah, Qardaş qarışqadan fil düzəltmək nəyə lazımdır. "Əhli-beyt aşiqi" nikli Qardaş da haram olduğunu təsdiqləyir. Amma, qeyd edib ki, haram sözü Qurani-Kərimin özündə şəraba qarşı yazılmayıb. Burda başa düşülməyəsi nə var ki?
Biz şiyələr Əhli-beytimizin (Ə) və dahi alimlərimizin təfsiri əsasında bilirik ki, bu iş haramdır.

Nə bilim siz səhv yazdınız, mən razı deyiləm və s. bu sözlər nəyə lazımdır? Biz ki, vəhabi deyilik Quranı hərfi qəbul edək.
"Haram" sözünü müzakirə etmək istəyirsiniz bir yeni mövzu açaq danışaq. Məsələn donuz əti haramdır, amma acından ölməmək üçün bu qidadan istifadə etmək olar.



#84174 Sual-Cavab

Отправлено автор: Vey-sal 20 ноября 2011 - 23:35 в Ümumislam mövzular

Bismillah,mən demədim ki,qardaş haram olduğunu deməyib,kimsə səhvən və ya düz olaraq,başqasının sözü ilə razı olmaya bilər,bu nə əxlaqsızlıqdır,nə də təhqir.Nə isə,kimsə incidisə,haqqını halal eləsin
Başqa sual,xiftənin vaxtı sübhə qədərdir,yaa gecə yarısına qədər??


Xeyir, mən demək istəmədim kimsə kiminsə haqqına girdi. Sadəcə fikrimi bildirdim. İslamla əlaqədar haqqı araşdırmaq özü də halal işdir. Tak çto, sizə hallaldır!
Çalıçmalıyıq təlqid etdiyimiz müctəhidin şəri hökmlərindən cavabları tapaq.

Başqa suala cavabım;
Qardaş bax siz tələbəsiniz. Sizə ali məktəbdə ixtisasınızın nəzəriyyəsini öyrədirlər. İxtisaınız üzərə işə düzələndə praktika tələb olunacaq.
Sizin suala loru dildə belə cavab verərdim: Xiftənin vaxtı nəzəriyyədə sübh namazına qədərdir, praktikada gecə yarısına qədərdir. Nəticə çıxarın!

Ən doğrusu namazı azan veriləndə qılmalıyıq.
:rolleyes:



#78742 Sual-Cavab

Отправлено автор: Vey-sal 07 августа 2011 - 01:17 в Ümumislam mövzular

Bakı kəndləri olmağı heç nəyi həll etmir. Bakının çıxışlaı var. Oradan 22 km aralandın UJE FSO qəsrdir.


Zəhmət deyilsə "qəsr" anlayışını bir qədər açıqlayın. Tutaq ki, mənim Moskvadan Bakıya 5-10 günlük səfərim Ramazan ayına təsadüf edir. Mən müvəqqəti Bakıda olsam belə orucumu Ramazan ayında tutmaq istəyirəm. Bu qəsrdir? Yəni mənim Bakıda müvəqqəti oruc tutmağa ixtiyarım yoxdur? Yoxsa könüllü olaraq tuta da bilərəm, ya da saxlayıb qayıdandan sonra daimi yaşadığım məmləkətdə qəza şəklində tuta bilərəm?



#84303 Sual-Cavab

Отправлено автор: Vey-sal 23 ноября 2011 - 18:38 в Ümumislam mövzular

Salam!!

Cox sagolun cavaba görə..ALLAh razı olsun ...Amma iş orasındadırki bu cür kəsməyi müsəlmanlar özləri edirlər yəni qeyri müsəlman etmir. Sadəcə olaraq belə bir problem varki bu ölkələrdə yaşayan müsəlmanlar üçün dövlət ikinci bir çıxış yolu qoymur. Yəni heyvanl keyləşdirib kəsməlidirlər başqa cür mumkun deyil..Mənə maraqlidırki Müctehidlərimizin bu cür hallar ücün fətvaları varmı? Əks təqdirdə əlbətdeki günaha əl atmayacayıq. Ona görədə biraz ətraflı məlimat almaq istərdim.İnanıramki fikrimi düzgün catdıra bildim.

Əgər kiminsə imkanı varsa bu məsələni daha dərindən araşdıra bilərsə cox sevinərəm.Mən bunu edə bilmədim cunki dini savadim və biliklərim cox azdır.Burda cox bilikli və məlumatlı qardaşların yazılarını tez-tez oxuyuram və ona görədə burdan daha dəqiq cavab tapa biləcəyimə inanıram. ALLAH elminizi və biliklərini daha kamil etsin!!!


Qardaş madam ki, bu məsələdə siz bu qədər dərinə getdiniz, deməli siz mərceyi-təqlid olan müctəhidlərimizdən birinə təlqid edirsiniz.
Bu cür yeni suallar Avropa və qeyri-islam dövlətlərində yaşayan şiyə Qardaşlarımızı tez-tez narahat edir. Məsləhət bilirəm ki, müctəhidlərimizin saytında "Suallarınızı verin" bölməsində bu sualınızı yerləşdirin. 2-3 həftəyə cavab alacaqsınız.

Hər halda, mənim fikrimcə sizin bu sualınıza neqativ cavab olacaq.
Çünki, halal məhsul Allahın adı ilə sağlam heyvanın başını kəsməklə (qanını axıtmaqla) əldə olunur.
Bu qaydalara hətta müsəlman ölkələrində tam riayət etmək olmur. Məsələn, statistikaya görə Azərbaycanda 40-dən artıq halal məhsul buraxan müəsisələr var. Onlardan yalnız 2-sinə QMİ rəsmi icazə vermişdir. Qalanları qalıbdır bu müəsisələrin sahiblərinin vicdanına.
O, ki qaldı Avropa və Rusiyaya mən özüm 10 ildən artıqdır Rusiyada yaşayıram, yalnız dünən bilmişəm ki, əksər süd məhsullarının, yağın və pendirin istehsalında haram yağlardan istifadə olunur.



#88583 Sual-Cavab

Отправлено автор: Vey-sal 28 января 2012 - 22:08 в Ümumislam mövzular

Sizin təqlid etdiyiniz müctehid deyir kiiiiiiiiiiii,naməhərəmlə maneə olmadan görüşmək olar!!!(tutuaq ki)...Bir qardaş da hansı ki sizin təqlid etdiyinizə təqlid edir,gəlib soruşsa ki,bunun hökmü nədir???Bilə-bilə ki,Allah haram buyurub,deyəcəksiz,problem yoxdur müctehid caiz bilir-ya yoox?

Bismillahir Rəhmanir Rəhim!

Kanan_313N nikli Qardaş, sizə bir əqidə qardaşı kimi 1-2 nəsihət vermək istəyirəm. Qəbul edərsənsə Şukrənillalah, qəbul etməzsənsə özün bilərsən, ixtiyar sahibisən. SübhənAllah!
1. İlahiyyətdə səriştəniz çox olmadığı üçün tanıdığınız və tanımadığınız vəhabilərlə deyişməyin. Onlardan bir qismi hipnoz, sehirbazlıq və psixologiyada sizdən səriştəlidirlər.

2. Sosial setdə, ələlxüs fasebook-da və vəhabi-sələfi saytlarında öz yəqininlə özünü elmli bilib şiyə əqidəsini müdafiə etmə.
Əmin olduğun mövzularda öz fikrivi bildirmək qəbahət deyil. Amma, demə ki, mən şiyə-cəfəri icmasındanam və ilahiyyətçiyəm. De ki, sadəcə şiyə-müsəlmanam. Bilmədiymi öz alimlərimdən öyrənirəm. Onlar sənə güləcəklər. Amma, bu normal haldır. Səndə onların təkəbbürünə və möhürlənmiş qəlblərinə gülərsən. Onlar cəhənnəm əhlidirlər. Sənə nə olub?

3. İctihad məsələsi bizim əqidəmizin ən ali formasıdır.
Necə ola bilər ki, sıravi zabit qoşun başcısı olan generalın əməlində səhv axtarsın?
Bir müsəlmanın təqliddən uzaq düşməsi eyib deyil, amma ictihad işinə şübhə edib bu barədə publikaya car çəkmək böyük günahdır.
Allah sizi qorusun.

Bu gün islam düşmənlərinin tək qorxduqları adamlar şiyə mərceyi-təlqidləridir.
Məsələn, Moskva şəhərində sizin təlqid etdiyiniz müctəhidin, yəni Sistani ağanın bir neçə nəfər nümayəndəsi var. Hər biri özünün həqiqi nümayəndə olduğunu bəyan edir, diğərlərin qəbul etmir. Bilinmir rəsmi nümayəndə kimdir. Ağanın həqiqi nümayəndələrinə dünyanın hər yerində sui-qəsd edirlər. Deməli düşmənin tək qorxduğu şey ictihad məsələsidir. Gəlin onları sevindirməyək.



#88548 Sual-Cavab

Отправлено автор: Vey-sal 27 января 2012 - 20:36 в Ümumislam mövzular

Amma başqa reklamda isə 1000 manata noutbook satılır,6 aya 20%lə aya 200manat(1200cəmi)-baxın bu sələm oldu uje!!Müctehidin ola bilər qəsdi birinci olsun,hər-halda mən mənə çatanı dedim


Müctəhidə sualını göndər.



#75853 Sual-Cavab

Отправлено автор: Vey-sal 28 июня 2011 - 02:53 в Ümumislam mövzular

İmam Sadiq (ə.s.) büyürub; Hər bir həqiqi mömin hansı ki, şəhid olunub, bu dünyaya qayıdacaq ki, yaşayıb öz əcəli ilə ölsün.
Və hər bir həqiqi mömin hansı ki, öz əcəli ilə ölüb, şəhid olmaqdan ötrü, bu dünyaya qayıdacaqdır. (Bihar əl-ənvər, c 53, s. 40).
Bu hədisdə "rəcəb" mənasında bu dünyaya müvəqqəti qayıtma nəzərdə tutulr.

(Имам Садык говорил о благочестивых праведниках: «Каждый искренний верующий, который был убит, вернется в этот мир, чтобы прожить жизнь и умереть естественной смертью. И каждый искренний верующий, который умер естественной смертью, вернется в этот мир, чтобы пасть мученической смертью» (Бихар аль-анвар, т.53, стр.40).)


Xətrivə dəyməsin amma bir sualım var: sənin gətirdiyin hədislə mən gətirdiyim hədisin nə uzlaşması var?


Xeyir, xətrimə niyə dəyir ki, qardaşım.
Sadəcə, mənə elə gəldi ki, sizin İmamlardan (ə.s.) gətirdiyiniz hər iki hədisi mən yazan hədis tamamlayır. Bəlkə də yanılıram.
Həm də ki, Kənan qardaş sualında məhz Peyğəmbərin əcəli ilə ya da şəhid olmasından soruşmuşdu. Mən də hədisə istinadən yazmaq istədim ki, əsil möminlər hər iki şəhadəti yaşayacaqlar.



#83644 Sual-Cavab

Отправлено автор: Vey-sal 10 ноября 2011 - 17:36 в Ümumislam mövzular

Bismillah,Osman Nəbinin(s) iki qızı ilə evlənib,düzdür bu???


Bismillah, Nəbinin (S) bircə doğma qızı olmayıb ki? Digər qızları dedikdə yəqin qızlığa götürdüyü yetim uşaqlar, ya da ögey qızları olub. Elə deyilmi?



#80947 Sual-Cavab

Отправлено автор: Vey-sal 21 сентября 2011 - 22:43 в Ümumislam mövzular

Sağ olun. Allah köməyiniz olsun.



#81943 Sual-Cavab

Отправлено автор: Vey-sal 09 октября 2011 - 00:39 в Ümumislam mövzular

Bismillah,avtomat-kazino oyunları təbii ki,qumardır,mütləq haram.Mənə maraqlı bu tip yarışlar idi,əslində burda fərq yoxdur ki Counter Strike oynanılır,yaa PS2-də futbol,yaa PS1 crash maşın..Bu oynlar özlüyündə caizdir,sadəcə oyundur.Mənə maraqlı bu idi ki,əgər bir qrup adam bu oyunlardan biri üzrə yarış təşkil edirsə və giriş PULLUDURSA,sonda da pul mükafatı olursa,qumar hökmü daşıyırmı?Qardaş dedi,qumar hökmündədir,mən də elə fikirləşirdirm...



Əgər sizin aldığınız biletin hökmü qumar deyilsə, lotoreyadırsa bəlkə də bu uduş haram sayılmır.



#75688 Sual-Cavab

Отправлено автор: Vey-sal 23 июня 2011 - 23:02 в Ümumislam mövzular

Bismillah,bizim Peyğəmbər(s) öldürülüüb?Yaaa əcəl ilə ölüb?Bu haqda DƏQİQ məlumat vaaar?


Bismillahir-Rəhmani-Rəhim!

Qardaş, Allahın elcisi, sonuncu Peyğəmbər, məsum Məhəmmədin (c.) şəhadəti barəsində sualınız qeyri-adi sualdır.
Yəqin bu şəhadətdə Allah-Təalanın inayəti vardır. Hər-halda bəndə, daha doğrusu "bir qatil kafir" kimdiki üca Allahın istəyinə qarşı gedə.
Hz. Əlı (a.c.) qatilini tanıdı. Taleyinə qarşı çıxıb, ona toxunmadı...
Bu sualın cavabını Tək Allah bilir, məncə bu barədə fikir mübadıləsı biz möminlərə yaraşmaz. Cünki Peyğəmbərimiz Allahına qovuşdu.
Allah sizləri və cəmi mömin şiyələri axirətdə 14 məsumla məşhur etsin, inşəAllah!
Amin!



#82441 Sual-Cavab

Отправлено автор: Vey-sal 17 октября 2011 - 23:00 в Ümumislam mövzular

Sünni saytında İmam Əlinin (ə) Rəcəb ayının 13-də dünyaya gəldiyi yazılıb. Bilmək istəyirəm biznən sünnilər arasında kiminsə doğulduğu və ya vəfat etdiyi gün arasında da fərq var?


Müsəlmanlar, yəni şiyələrlə sünnilər hicri tarixi təqvimini qəbul edirlər və əksər tarixi faktlar bu təqvimlə qeyd olunur. Və onların hər ikisi tarixi, həmçinin İmamların (Ə) doğum və şəhadət tarixlərində ayrı-seçkiliyə yol vermirlər.
Amma, başqa səbəbdən doğum və şəhadət tarixləri sünnilərdə bizimkindən fərqli ola bilər. Məsələn bizim əksəriyyətimiz Xanım Fatimeyi-Zəhranın (ə.s.) təxminən 18 il ömür sürdüyünü bilirik. Amma, bəzi mənbələrdə qeyd olunur ki, Xanım (Ə) 20 il yaşayıb.

Vəhabilərin başqa qaydaları təhrif etdiyləri kimi, qəsdən tarixi təhrif etməsinə inanmaq olar. Amma, onların əhli-sünnə olmasına böyük şübhəm var.



#83339 Sual-Cavab

Отправлено автор: Vey-sal 03 ноября 2011 - 15:41 в Ümumislam mövzular

Heci pivesi kimi kelmeleri ortaya atanlarda kimlerese leke getirmek ve mesxere etmek ucun bu kimi sozleri cixartmiwlar.ALlah hamimizi hidayet elesin!


Qardaş, elə mənə də bu söz birləşməsi xoş gəlmədi. Ona görə də (mən bilən) müctəhidə verilən bu sualın cavabını bura yerləşdirdim.
Allah əcir versin!



#80941 Sual-Cavab

Отправлено автор: Vey-sal 21 сентября 2011 - 20:55 в Ümumislam mövzular

Bismillah, mərhumun əvəzinə (ölü üçün) niyyət edib, namaz qılmaq caizdirmi?
Bu barədə səhih olan dəliləri yazsanız yaxşı olar. Bir nəfər nurçu ilə mübahisə etdim. O, deyir ki, ölü üçün bədən ibadəti qəbul deyil. Mən isə onunla razılaşmadım.



#81926 Sual-Cavab

Отправлено автор: Vey-sal 08 октября 2011 - 22:29 в Ümumislam mövzular

Bismillah,PS2 çempionatı var,TOPAZ RƏSMİ Qumar "şirkəti" tərəfindən.Giriş 7 manat,birinciye 200manat pul mükafatı,ikinci ve üçüncüyə müəyyən qədər...Bilmək istərdim ki,belə oyunda iştirak caizdir?Qumar hökmündədirmi???7manat girişdir,hansısa qrup oyunları təşkil edir(PS2 televizor və s)qələbə qazanana mükafat var...
Mən bilən,hə qumardır,amma dəqiq bilmək istəyirdim


Qardaşım, bu oyunun İslamda hansı hökmdə olmasını deyə bilmərəm, amma bizim dünyəvi cəmiyyətdə bu qumar oyunudur.

Qumar şeytanı sevindirən, möminlər üçün isə ən təhlükəli oyundur.
Ən dəhşətli qumar oyunları - "oyun avtomatları" sayılır. Bax orda ən yüksək uduş şeytanın rəmzi ilə, yəni - 666 ilə təmsil olunmüşdur. Yəni 666 düşəndə gekpotu sındırırsan.

Qumar oyununun xərəba qoyduğu evi heç bir şeytan tələsi ilə bərabər saymıram. Azart oyunlarına öyrəşənlərin əvvəlcə mənəviyyatı və əxlaqı pozulur. Sonra isə belə adam, var qüvvəsi ilə sionostin varlanması (özünün bədbəxtləşməsi) üçün çalışır. Çünki bütün qumar oyunlarının gəliri yalnız iblis övladının ciblərinə getmiş olur.

Bu gün biz əgər 1 müsəlmanı və mömin qardaşımızı qumar oyununun asılılığından qurtarsaq məncə bu 10 nəfəri Allahın namazına gətirməkdən üstündür.




Рейтинг@Mail.ru