Перейти к содержимому


Публикации shako235

63 публикаций создано shako235 (учитываются публикации только с 15-мая 23)



#72309 Allahı görmək olarmı?

Отправлено автор: shako235 18 апреля 2011 - 16:01 в Şiə-sünni dialoqu

Mir Cəfər ağanın moizəsində bu ayə haqqında belə deyir---Qazi Əbdülcabbar Mötəzili Əl-Muğni (cild 4 səh.212-213) kitabında deyir ki Əbu Hatəm Razi Mücahiddən nəql edir ki - Öz Rəbbinə baxar - yəni ki gulərüzlə parıltılı gözlərlə Rəbbinin savabını gözləyər.



#72291 Allahı görmək olarmı?

Отправлено автор: shako235 18 апреля 2011 - 15:31 в Şiə-sünni dialoqu

Shako ,

Biz şiələr Allahın heç bir zaman (nə bu dünyada nə də axirətdə) görülməyəcəyini isbat etmək üçün "lən" şəkilçisindən istifadə edirik ,bir çox sələfilər də sənin qeyd etdiyini yazmışdılar "lən" şəkilçisi barəsində və guya isbat etmişdilər ki "lən" şəkilçisi bu dünyaya aiddir axirətə yox. Amma 3_Rengli_HeyaT nikli qardaşdan Allah razı olsun ki məsələyə aydınlıq gətirdi və görürəm ki sən də qəbul etdin, elə deyilmi ?

bəli qəbul elədim.məncə bu mövzunu çox uzatmağa ehtiyac yoxdur kim dəlil gətirə bilirsə buyursun gətirsin (lən) şəkilçisi axirətə aid deyil...Dəlil



#72281 Allahı görmək olarmı?

Отправлено автор: shako235 18 апреля 2011 - 15:10 в Şiə-sünni dialoqu

Qurani -Kərimdə açıq-aşkar ayə var LƏN TƏRANİ YA MUSA!
Sən məni heç zaman görməyəcəksən ey Musa! Yaxşı bunu necə izah edəcəksiz ?
Musa (ə) Allahı heç zaman görməyəc siz görəcəksiz ? :rolleyes:
Deyirsiz ki, ayədə LƏN şəkilçisi yalnız bu dünyaya aiddir qiyamətə yox!
Xahiş edirəm buna dəlilinizi gətirin!
Özü də başqa vaxt bar-bar bağırırsız ki, Quranı quranla izah etmək olar! odur ki, buyurun Qurandan dəlilinizi gətirin! LƏN şəkilçisi barədə!




#72275 Allahı görmək olarmı?

Отправлено автор: shako235 18 апреля 2011 - 14:56 в Şiə-sünni dialoqu

salam aleykum.qardaw onlar bu ayeye bele cvb verirler.isterdim fikirleriniz bildiresiniz.ereb dilini bilmirem deye.
Uca Allah buyurur: «De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda özünüzə ölüm diləyin!” Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər («lən yətəmənnauhu ə...bədən»). Allah zalımları tanıyır» (2:94-95). Yəni bu ayədə Allah bizə bildirir ki, kafirlər heç vaxt ölümü istəməyəcəklər. Lakin bu bu dünyaya aiddir. Dəlil? Dəlil budur: «Onlar (Cəhənnəm gözətçisini) çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz burada əbədi qalacaqsınız!”– deyəcək» (43:77). Yəni Cəhənnəmdə olarkən ölümü istəyəcəklər.
Deməli, «lən» ancaq gələcəyi bildirir, əbədiliyi yox.

Aleykum salam !
Allah Qurani Kərimdə Bəqərə-94 və 95-də buyurur :
قُلْ إِنْ كَانَتْ لَكُمُ الدَّارُ الْآخِرَةُ عِنْدَ اللَّهِ خَالِصَةً مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ
De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda (özünüzə) ölüm diləyin!”
ALlah təala burda "ÖLÜM" sözünü , "MƏUT" sözünü işlədib.
Sonra buyurur :
وَلَنْ يَتَمَنَّوْهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ
Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır.
"BUNU" heç vaxt istəməzlər- sözündən məqsəd də MƏUT (ölüm) -dür.
Sonra dediyiniz ayədə isə,"LİYƏQDİ ƏLEYNƏ" deyilir. Yəni, sonra istənilən "MƏUT" yox," QƏDA ƏLA..."-dır....


2.ONların cavabı isə budur :
وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ
İslamdan başqa bir din axtaran şəxsdən, o (din) heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.
Burda HEÇ VAXT QƏBUL OLUNMAZ fikri LƏN şəkilçisi ilə işlənib.YƏNİ AXIRƏTDƏ DƏ QƏBUL OLUNMAZ.Yoxsa,onlar düşünürlər ki, Axirətdə İslamdan başqa din qəbul olunar ?
Bir sonrakı cümlədə isə AXİRƏTDƏ ZİYANA UĞRAYANLARDAN OLAR deyilir.LƏN ŞƏKİLÇİSİ ilə gələn İSLAMIN HEÇ VAXT QƏBUL EDİLMƏMƏSİ məsələsi axirətə də aiddir.


3.إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ فَلَنْ يُقْبَلَ مِنْ أَحَدِهِمْ مِلْءُ الْأَرْضِ ذَهَبًا وَلَوِ افْتَدَىٰ بِهِ ۗ أُولَٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ
Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır. Onlara sarsıdıcı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır.
Yenə də HEÇ BİRİNDƏN..QƏBUL OLUNMAYACAQDIR LƏN şəkilçisi ilədir.




4.إِنَّ الَّذِينَ كَفَرُوا لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَيْئًا ۖ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۚ هُمْ فِيهَا خَالِدُونَ
Kafirlərin malları da, övladları da onlara Allah yanında heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.
HEÇ BİR ŞEYDƏ FAYDA VERƏ BİLMƏZ yenə də LƏN şəkilçisi ilə işlənib.Yenə də Axirətə aiddir.



5.وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ ۚ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ ۚ وَمَنْ يَنْقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَنْ يَضُرَّ اللَّهَ شَيْئًا ۗ وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَ
Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar.
ALLAHA HEÇ BİR ZƏRƏR YETİRMƏZ yenə də LƏN şəkilçisi ilə işlənib.Yoxsa,onlar düşünürlər ki, bu dünyada zərər yetirə bilməzlər,Allaha qiyamət günü zərər yetirə bilərlər ? :rolleyes:
Ümumiyyətlə sözümüzün sübutu üçün ayələr həddindən artıq çoxdur.Sadəcə vaxt məhdudiyyətindən bu qədər yazdım . :rolleyes: inşaAllah kifayət edər!
P.S
Əgər istəsəniz sözümüzün təsdiqi üçün başqa ayələr də misal çəkmək olar


Allah razi olsun qardaw.Allah elmini artirsin.



#72240 Allahı görmək olarmı?

Отправлено автор: shako235 17 апреля 2011 - 22:09 в Şiə-sünni dialoqu

Qurani -Kərimdə açıq-aşkar ayə var LƏN TƏRANİ YA MUSA!
Sən məni heç zaman görməyəcəksən ey Musa! Yaxşı bunu necə izah edəcəksiz ?
Musa (ə) Allahı heç zaman görməyəc siz görəcəksiz ? :rolleyes:
Deyirsiz ki, ayədə LƏN şəkilçisi yalnız bu dünyaya aiddir qiyamətə yox!
Xahiş edirəm buna dəlilinizi gətirin!
Özü də başqa vaxt bar-bar bağırırsız ki, Quranı quranla izah etmək olar! odur ki, buyurun Qurandan dəlilinizi gətirin! LƏN şəkilçisi barədə!



salam aleykum.qardaw onlar bu ayeye bele cvb verirler.isterdim fikirleriniz bildiresiniz.ereb dilini bilmirem deye.
Uca Allah buyurur: «De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda özünüzə ölüm diləyin!” Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər («lən yətəmənnauhu ə...bədən»). Allah zalımları tanıyır» (2:94-95). Yəni bu ayədə Allah bizə bildirir ki, kafirlər heç vaxt ölümü istəməyəcəklər. Lakin bu bu dünyaya aiddir. Dəlil? Dəlil budur: «Onlar (Cəhənnəm gözətçisini) çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz burada əbədi qalacaqsınız!”– deyəcək» (43:77). Yəni Cəhənnəmdə olarkən ölümü istəyəcəklər.
Deməli, «lən» ancaq gələcəyi bildirir, əbədiliyi yox.



#71769 Mövlud günü "bomba" həyacanı

Отправлено автор: shako235 09 апреля 2011 - 21:22 в Ümumislam mövzular

Kişilikdən başqa nə desən gözləmək olar bunlardan



#71574 Şiə cavab verir

Отправлено автор: shako235 04 апреля 2011 - 00:03 в Şiə-sünni dialoqu

Allahdan qeyrisine and icmek olar mi?

http://al-shia.my1.ru/publ/23-1-0-244

Qardaw Allah razi olsun.Onda bu hedis duz deyildi yoxsa bunu sunnilerden soruwum belke?
Abdullah ibn Ömər(r.a.) belə rəvayət edir: Səid ibn Ubəydə dedi: İbn Ömər bir nəfərin belə and içdiyini eşitdi: “Yox, Kəbəyə and içirəm.” İbn Ömər ona dedi: Mən Allah Rasulunun belə dediyini eşitmişəm: “Allahdan qeyrisinin adına and içən müşrikdir.” (Əbu Davud: Kitab 21, nömrə 3245)


Qardaşım o hədisin ravisi ibn Ömərdi. İbn Ömərin sözünə etimad edilməz. O da məşhur qondarmaçılardan və şəxsiyyətcə çox alçaq adamlardan olub.

salam qardas hemin hedisin turkce ve rusca olan metni varsa bura yerlesdirin zehmet olmasa

eleykum salam.ne vaxt and icmek meselesi olsa bu hedisi getirirler qarwi teref bilmek isteyirdim ki sehihdi ya yox.



#71548 "Abəsə" surəsi

Отправлено автор: shako235 03 апреля 2011 - 11:09 в Qur'an və onun təfsiri

Bu müfəssirlərin nəzərində, üzünü turşudan Bəni Üməyyədən bir şəxs idi
1. “Əl-Mizan fi təfsiril Quran”, c. 20, s. 309. Əllamə Muhammad Huseyn Təbatəbai.
2. “Təfsir Numunə”,c. 26, s. 126. Ayətullah Məkarim Şirazi
3. “Təfsir Bəlaği, c. 7, s. 172. Seyyid Əbdul-Höccət Bəlaği
4. “Təfsir Xosrovi” c.8 , s. 486, Şahzadə Əlirza Mirza Xosrovani
5. “Məcməul-Bəyan fi təfsiril Quran”, c. 5, s. 437. Əminəddin Təbərsi Tusi, vəf. 548 h.q., çap: Beyrut.
6. “Muntəxəb ət-Tibyan”, c. 2, s. 360. Şeyx Muhammad ibn Əhmad əl-Hilli, vəf. 598 h.q., çap: Qum, Ayətulla Mərəşi Nəcəfinin ümumi kitabxanası.
7. “Təfsir Kənz əd-Dəqaiq”, c. 14, s. 132. Şeyx Muhammad ibn Muhammadriza əl-Qumi əl-Məşhədi.
8. “Təfsir Şubbər”, c. 1, s. 585. Seyyid Abdullh Şubbər, cap: Beyrut
9. “Əl-cədid fi təfsiril Quran”, c. 7, s. 315. Şeyx Muhammad əs-Səbzivari ən-Nəcəfi, cap: Beyrut.
10. “Min vəhyil Quran”, c. 24, s 74. Muhammad Huseyn Fəzlullah, cap: Beyrut


Bu müfəssirlərin nəzərində üzünü turşudan Osman idi
1. “Təfsir Şərif Lahici”, c. 4, s. 708. Bəhauddin Muhammad Şeyxəli aş-Şərif Lahici
2. “İsna əşari”, c. 14, s. 48. Hüseyn ibn Əhməd əl-Hüsyni
3. “Təqribul-Quran iləl-əzhan”, c. 30, s 44. əs-Seyyid Muhammad əl-Huseyni əş-Şirazi. cap: Beyrut.



#71547 Sünni qardaşlarımıza

Отправлено автор: shako235 03 апреля 2011 - 02:32 в Şiə-sünni dialoqu

Bu sehihdir---Abdullah ibn Ömər(r.a.) belə rəvayət edir: Səid ibn Ubəydə dedi: İbn Ömər bir nəfərin belə and içdiyini eşitdi: “Yox, Kəbəyə and içirəm.” İbn Ömər ona dedi: Mən Allah Rasulunun belə dediyini eşitmişəm: “Allahdan qeyrisinin adına and içən müşrikdir.” (Əbu Davud: Kitab 21, nömrə 3245)
Yoxsa bunlar----Əhməd ibni Hənbəl (Hənbəli məzhəbinin banisi) öz «Müsnəd» kitabında and içməyini rəvayət edir.
«Öz canıma and olsun ki, əmr be məruf və nəhy əz münkər etməyin sakit oturmağından yaxşıdır». («Müsnədi Əhməd», c.5, səh.224 və 225)
Müslim ibni Həccac altı səhih kitabdan biri sayılan öz «Səhih» kitabında belə yazır: Bir kişi Peyğəmbərdən soruşdu: «Hansı sədəqənin savabı çoxdur?» Buyurdu: «Atana and olsun ki, ondan xəbərdar olacaqsan. (Ən savablı sədəqə odur ki,) sağlam halında və hərisliklə, həmçinin, yoxsulluqdan qorxan halda və əbədiyyətə ümid edərək sədəqə verəsən». («Səhihi Müslim», 3-cü cüz (Misir çapı, «Kitabuz-zəkat» babı, «İnnə əfzələs-sədəqə səddəqətus-səhihiş-şəhih»in bəyan olunma babı), səh. 93-94.)



#71546 Sünnü qardaşlara sual

Отправлено автор: shako235 03 апреля 2011 - 02:28 в Şiə-sünni dialoqu

.....



#71542 Şiə cavab verir

Отправлено автор: shako235 03 апреля 2011 - 01:55 в Şiə-sünni dialoqu

Allahdan qeyrisine and icmek olar mi?

http://al-shia.my1.ru/publ/23-1-0-244

Qardaw Allah razi olsun.Onda bu hedis duz deyildi yoxsa bunu sunnilerden soruwum belke?
Abdullah ibn Ömər(r.a.) belə rəvayət edir: Səid ibn Ubəydə dedi: İbn Ömər bir nəfərin belə and içdiyini eşitdi: “Yox, Kəbəyə and içirəm.” İbn Ömər ona dedi: Mən Allah Rasulunun belə dediyini eşitmişəm: “Allahdan qeyrisinin adına and içən müşrikdir.” (Əbu Davud: Kitab 21, nömrə 3245)



#71535 Şiə cavab verir

Отправлено автор: shako235 03 апреля 2011 - 00:43 в Şiə-sünni dialoqu

Allahdan qeyrisine and icmek olar mi?



#69951 Hz.Fatimə(ra) haqqında uydurmalar.

Отправлено автор: shako235 26 февраля 2011 - 01:49 в Şiə-sünni dialoqu

1- ıbn şəhr Aşub «əl-Mənaqib» kitabında (3/132) Ibn Quteybə Dinurinin «əl-Məarif» kitabından nəql edir: “Fatimənin (s) övladları ibarətdirlər: Həsən, Huseyn, Zeynəb, Ummu Gulsum və Muhsin. Muhsin Fatimənin evinə hucum olunan zaman Qunfuzun zərbəsi ilə həlak oldu”

2- Məsudi «ısbatul-vəsiyyət» kitabında (səh. 142) yazır:- «....Onlar Fatimənin evinə hücum çəkəndə Xanımların seyyidəsini qapı ilə divar arasında elə sıxdılar ki, O, Möhsini ziyan etdi!»

3- şəhrestani «əl-Miləlu vən-nihəl» kitabında (1/57 Beyrut nəşri) yazır: Nizam deyib:- “ömər beyət alınan günü Fatimənin qarnına elə bir zərbə vurdu ki, Fatimə bətnində olan uşağı saldı”

4- Zəhəbi «əl-Mizanul-iitidal» kitabında (1/139, 552-ci bölümdə) yazır:- “...Heç şübhəsiz ömər Fatiməyə elə təpik vurdu ki, hətta Muhsin onun bətnindən ziyan oldu”

5- Səfdi «əl-Vafi bil-vafiyat» kitabında (6/17) yazır:- “Nizam mötəzili bu əqidəyə qaildir ki, ömər beyət alınan günü Fatiməni elə vurdu ki, Muhsini onun bətnindən saldı”

6- ısfəraini Təmimi «əl-Fərq beynəl-firəq» kitabında (107-ci səh) cərəyanı yuxarıdakı ibarətə oxşar şəkildə nəql edib.

7-Həmui Cuvəyni şafei «əl-Fəraidus-səmtəyn» kitabında (2/35)ıbn Əbbasa istinad edərək rəvayət edir:-Rəsulullah(s) buyurdub:-“Həqiqətən mən gözlərimlə görürəm ki, məndən sonra qızım Fatimənin evinə qəm və qüssə varid olur. Görürəm ki, onun ehtiramı sındırılıb haqqı qəsb olunur. Görürəm ki, onun irsi əlindən alınıb qabırğası sındırılır. Fatimə fəryad edir ya Muhəmməda! Kimsə onun fəryadına cavab vermir”

8- ıbn Əbil Hədid Mötəzili «şərhu nəhcul-bəlağə» kitabında (14/192 Beyrut nəşri) yazır:- “Muşriklərdən bir dəstə o cümlədən Hibbar ibn Əsvəd Rəsulullahın qızı Zeynəbi incitmək qəsdi ilə (Zeynəb Məkkədən Mədinəyə tərəf yola düşmüşdü) onu təqib edirdi. Zeynəbin dəvəsinə birinci özünü yetirən Hibbar ibn Əsvəd oldu. Hibbar yetişən kimi əlindəki nizəni Zeynəbin kəcavəsinə tərəf atdı. Zeynəb bu vaxt hamilə idi və ona olunan hucumdan bərk qorxdu. Mədinəyə yetişəndə bətnindəki uşaq ziyan oldu. Ona görə də Rəsulullah (s) əmr etdi ki, hər yerdə Hibbar ibn Əsvədi gördülər onu qətlə yetirsinlər”

ıbn Əbil Hədid bu xəbəri nəql edəndən sonra deyir: Mən bu xəbəri Nəqib Əbu Cəfərə oxudum. Nəqib dedi:- “Rəsulullah (s) Hibbar ibn Əsvədin qanını Zeynəbi qorxudub onun bətnindəki uşağın ziyan olduğuna görə mubah edib. Elə isə əgər Rəsulullah (s) dünyada olsaydı heç şübhəsiz Fatiməni qorxudub uşağının ziyan olmasına səbəb olanların qanını da mubah edərdi”

ıbn Əbil Hədid deyir: Nəqibə dedim ki, «Bir dəstə Fatimənin evinə hücum edib onu qorxutdular və nəticədə Fatimə bətnindəki uşağı saldı» xəbəri sənin adından nəql etməyə icazə verirsənmi? Nəqib dedi:- “Yox! Mənim adımdan nəql etmə və xəbərin batil olmasını da mənim tərəfimdən nəql etmə. çünki mən bu barədə heç bir fikir söyləmirəm”

Nəqibin söylədiklərini təhlil edəndə məlum olur ki, Fatimənin uşağını salması hadisəsi onun üçün sübuta yetmiş olub. çünki bu xəbər sübut olmasaydı mənsub olduğu sünnü məzhəbinin əqidəsinə görə gərək onu inkar edəydi. Deyərdi ki, xeyir mən bu xəbəri batil olduğu üçün qəbul etmirəm və onun yalan olduğunu mənim tərəfimdən nəql et. Amma məlum olur ki, xəbərin səhih olduğu ona sübüt olub, lakin məzhəbinə olan təəsübü qəti şəkildə onu təsdiq etməyə imkan verməyib. Nəticədə bu macəranı qəti şəkildə təsdiq etməyib hadsənin baş verməsində şəkk etdiyini bildirib.




Рейтинг@Mail.ru