Bismilləh.
Əs-salamu aleykum.
Burhan abi, nəsə sənə qanım qaynadı. Ona görə sənin o əziz xətrinə görə iki məsələni də diqqətinə çatdırım.
1. Sən irad tutuarkən mövzunu kökündən yalnış məlumatların üzərində qurub irad tutursan. Məsələn iddia edirəsn ki, guya peyğəmbər (s) səhabələrə Quranı toplamaq barədə nə isə tapşırıq verib. Halbuki, Buxaridə Quranın cəmi bölümündə qeyd edilən "səhih" rəvayətdə Əbu Bəkrlə Ömərin söhbətindən başa düşmək olur ki, belə bir şey olmayıb. Ömər Əbu Bəkrə Quranı toplamağı təklif edir. Əbu Bəkr isə deyir ki, sən Allah rəsulunun (s) etmədiyi bir şeyi etmək istəyirsən? ÖMər də deyir ki, vallahi, bu xeyirlidir. Fikir verirsən? Əgər peyğəmbər (s) onlara belə bir şey tapşırsaydı Əbu Bəkr belə bir sual verməzdi. Deyək ki, Əbu BƏkr unudub tapşırığı. Bəs Ömər? Ömər deməzdimi ki, ay Əbu BƏkr necə yəni peyğəmbərin etmədiyi bir iş? Özü bizə tapşırmadı ki, Quranı toplayaq? Xülasə, bu hədisdən açıq-aşkar görünür ki, belə bir tapşırıq olmayıb onlara. Bəs sən hardan bilirsən ki, belə bir tapşırıq olub? Belə bir tapşırıq var idisə necə olur Əbu Bəkrlə Ömərin xəbəri yoxdur, sənin xəbərin var? Bu yerdə deyirlər ki, qız evində toydu oğlan evinin xəbəri yox
2. Sən öz aləmində Xoiyə (r.a) irad tutursan. Halbuki, sənin bütün dövrlərdə yaşamış bütün alimləri bir araya toplasaq Xoinin (r.a) elm dəryasındakı damla qədər də elmləri yoxdur. Sən isə öz aləmində Xoiyə (r.a) irad tutmağa cəhd etmisən. Özü də boyundan böyük bir iddia etmisən ki, guya bizim rəvayətlərdə açıq-aşkar təhrif başa düşülür amma, alimlərimiz "öz subyektiv fikirləri ilə" onu başqa mənaya təvil ediblər. Halbuki, sizin özünüzdə o qədər çox, həm də səhih hesab etdiyiniz rəvayətlər var ki, açıq-aşkar təhrifi bildirir. Ancaq siz onları "tivalətin nəsxi" kimi şərh edib yazmısız Allahın hesabına! Halbuki, həmin rivayətlərin özündə məsələnin "tivalətin nəsxi" olduğunu sübut edəcək heç nə yoxdur.
Məsələn, Aişənin dediyinə görə bəzi ayələr döşəyin altında idi. Sonra keçi gəldi onları yedi. Rəvayətin özündə "nəsxut-tilavət"dən söhbət getmir. Amma, siz bunu elə şərh etmisiz ki, guya söhbət tilavətin nəsxindən gedir. Yəni, bütün bunlar öz təvilləriniz, şərhlərinizdir. Çarəniz olsa deyərsiz ki, həmin keçi xüsusi bir tapşırıqla, əmrlə gəlmişdi, Allah özü o keçini məmur eləmişdi ki, gəlib həmin ayələri yesin, belələiklə Allah tilavətin nəsxini keçi vasitəsilə gerçəkləşdirmiş olsun. Xülasə, öz qafanıza görə bizim rivayətlərin açıq-aşkar təhrifə işarə etdiyini deyirsiz, halbuki belə deyil. Özünüzdə bir vaqondu ki! Öz rivayətləriniz sinənizə düşmür?
Bu yerdə də deyirlər ki, öz gözündə tiri görmür, başqasının gözündə tir axtarır!