he,amma dua məsələsinde yende uzaq bilirsiz
Zəhmət olmasa bir az da aydın yaz. Həqiqətən də nədən danışdığını başa düşmədim.
78 публикаций создано N_ن_N (учитываются публикации только с 26-апреля 23)
Отправлено автор: N_ن_N 10 февраля 2016 - 12:52 в Əqidə və fiqh
he,amma dua məsələsinde yende uzaq bilirsiz
Zəhmət olmasa bir az da aydın yaz. Həqiqətən də nədən danışdığını başa düşmədim.
Отправлено автор: N_ن_N 09 мая 2016 - 15:25 в Əqidə və fiqh
نون demek isteremki, allah bizə yaxın olduğundan, siz uzaqda olana üz tutub kömek isteyirsiz,
İnan ki, başa düşə bilmirəm sən nəyə və niyə irad tutursan. Çünki, söhbət çoxdan olub deyə müəyyən məqamlar yadımdan çıxıb. Zəhmət olmasa qısaca xatırlat. Dua məsələsində kimi uzaq bilirik? Hansı uzaqda olana üz tutub kömək istəyirik?
Отправлено автор: N_ن_N 15 января 2016 - 14:11 в Əqidə və fiqh
Sənə bir daha da deyirəm bəndənin qəlbində Allahdan qorxusu varsa bu dərəcədə abırsız həyasız olmaz.
qulam, he bu aye sen dediyin kimidir, yani men sehv etmişem yazmışam ayeni, ibadet edirik.. deye yazmışam.. amma ibadet etmirik sadece yaxınlaşaq deye
Bəs mənə deyirdin ki, sən ərəbcə bilmirsən? Allaha şükürlər olsun ki, sənə haqlı irad tutulduğunu başa düşdün. Ümid edirəm ki, bütün həqiqətləri başa düşüb səhv yoldan dönərsən Allahın izniylə.
Allah qulam qardaşımızdan razı olsun. Amin
Отправлено автор: N_ن_N 19 февраля 2016 - 16:30 в Hədislər
salam aleykum..men anlamiram ki Ali a.s ve Abbas r.a aralarinda ki mubahise ne idid ki Abbas Ali a.s bu sozleri deyir! bunlar heresi oz meselesi ucun gelmeyibler ki ? birde ki Abbas Ali a.s barede bu sozleri demesi yalandi...cunki Abbas Ali a.s RasuluLLAHin vesisi ve velisi olmasini bilirdi! Seqife hadisesinde Aby Bekre biyat etmiyenlerin biride Abbas idi!
Va Aleykum əs-salam va rahmətullahi va bərakətuhu. Bu rivayət öz-özlüyündə səhih deyil. Ancaq müxaliflər üçün səhihdir.
Отправлено автор: N_ن_N 10 апреля 2016 - 20:17 в Hədislər
salam aleykum..men anlamiram ki Ali a.s ve Abbas r.a aralarinda ki mubahise ne idid ki Abbas Ali a.s bu sozleri deyir! bunlar heresi oz meselesi ucun gelmeyibler ki ? birde ki Abbas Ali a.s barede bu sozleri demesi yalandi...cunki Abbas Ali a.s RasuluLLAHin vesisi ve velisi olmasini bilirdi! Seqife hadisesinde Aby Bekre biyat etmiyenlerin biride Abbas idi!
Va Aleykum əs-salam va rahmətullahi va bərakətuhu. Bu rivayət öz-özlüyündə səhih deyil. Ancaq müxaliflər üçün səhihdir.
Bəli qardaşım. Rəvayətin öz-özlüyündə səhih olmaması o deməkdir ki, müxaliflər tərəfindən nəql olunub. Bizim üçün müxaliflərin nə dediyinin öz-özlüyündə heç bir önəmi yoxdur. Biz Əlinin (ə) o ikisinə münasibətinin necə olduğunu Muslimdən yaxud digər muxalifdən öyrənməmişik. Bizə əhli-beyt (ə) ardıcıllarının vasitəsilə mütəvatir şəkildə gəlib çatıb Əlinin (ə) onlara münasibəti. Yəni, onlar qəbul etsələr də etməsələr də biz günəşin mövcud olduğunu qəbul edirik. Onlar bunu inar edirlər deyə biz də bu həqiqəti inkar edə bilmərik.
Отправлено автор: N_ن_N 15 августа 2015 - 13:20 в Hədislər
Yenə də səsi-sorağı gəlmir vəhhabilərin.
Bir maraqlı hədisə diqqət edək.
"“Münafiqin üç əlaməti vardır: Yalan danışır, vədinə əmələ etmir, ona edilən əmanətə xəyanət edir.”
Bu hədis müxaliflərin nəzərində səhihdir. Buxaridə də Muslimdə də keçir bu hədis. Qəribədir ki, Əli(ə) Əbu Bəkrlə Ömərə nisbət verdiyi sifətlər arasında bu sifətlər də var.
Отправлено автор: N_ن_N 17 февраля 2016 - 13:02 в Hədislər
Hamıya salam olsun.NUN qardaş əla hədisdir.Bəli nədənsə,vahabilərin səsi gəlmir))
Bu hədisi ilk dəfə eşidən vəhhabilər şoka düşürlər, stress keçiririlər, deppresiyaya giririrlər. İnana bilmirlər. Elə fikirləşirlər ki, "rafizilərin uydurması"dır. Uzun müddət bu şokun təsirindən çıxa bilmirlər. Müəyyən qədər özlərinə gələndən sonra gedirlər "elm tələbələrinin" yanına, bəziləri belə rəvayətin Səhihi-Muslimdə olduğunu inkar edir, insaf deyilən şeydən azdan-çoxdan payı olan bəziləri isə bu rivayəti "şərh edirlər", bir neçə seans keçəndən sonra bir qədər özlərinə gəlirlər. Ancaq yenə də öz "elm tələbələri" tərəfindən aldadıldıqları şübhəsi ilə həyatlarını davam edirlər. Ağlını işlətməyi bacaranlar isə səhv yolda olduğunu başa düşüb yenidən haqq yola qayıdırlar. Bəli, bunun da şahidi olmuşuq.) Valhəmdu lilləhi Rabbil aləmin.
Отправлено автор: N_ن_N 10 марта 2016 - 20:27 в Ümumislam mövzular
Allaha şükürlər olsun ki, İŞİD-vahhabi-terrorist tör-töküntüsü müqəddəs torpaqlardan təmizlənirlər, sonlarına az qalıb inşaAllah. Bundan öncə də yazmışdım indi də yazım. Təkrarın ziyanı yoxdur
İndiki kimi yadımdadır. "İraq və Şamdakı İslam Düşmənləri" ( İŞİD ) İraqda müsəlmanları qıranda bu Anti-Rafa nikli vəhhabi forumda "Rafizilər üzərində qələbə" başlıqlı xüsusi bir mövzu açmışdı. İlk cümləsi də belə idi :
"İraqda və Suriyada rafizi rejimi çökmək üzərədir."
Bütün şər cəbhəsi sevincək olmuşdu. Amma bu onlara nəsib olmadı. Mütləq qələbə yaxındadır Allahın izni ilə.
Отправлено автор: N_ن_N 23 декабря 2015 - 17:39 в Ümumislam mövzular
Allah bütün İslam düşmənlərini məhv eləsin! Amin!
Отправлено автор: N_ن_N 10 марта 2016 - 20:22 в Ümumislam mövzular
Assalamun aleykum , mənim əziz şiə qardaşlarim
getmişdim Kərbəlaya ağam Əbəlfəzin ə.s , ağam Hüseynin ə.s cağirişina - Ərbəin ziyarətinə , Samirraya da nəsib oldu bu dəfə gedə bildik , vəhabi zir zibilindən təmizləyiblər ,kecən Ərbəin qoymadilar bizi amma , Tikritlə arasi 10-15 km di və müharibə gedirdi. maşaAllah yüz minlərlə insan var idi Samirrada ziyarətdə həmin günü.ara da bir top atirdilar amma) Allah sizlərə nəsib etsin belə gözəl ziyarətləri səfərləri.bəh-bəhlərdən nə danişib qurtarmaq olar nə də doymaq...
Allah ziyarətinizi qəbul eləsin qardaşım. Oralar elə gözəl yerlərdir ki, adam qayıtmaq istəmir. Allah hamıya nəsib eləsin. Allahummə amin!
Отправлено автор: N_ن_N 23 декабря 2015 - 17:40 в Ümumislam mövzular
Hər zaman şükür edənlərdən olaq əziz qardaşım. Halbuki, vəhhabilər necə böyük arzularla getmişdilər ora
Отправлено автор: N_ن_N 22 декабря 2015 - 22:32 в Ümumislam mövzular
İraq ordusu İraq və Şamdakı İslam Düşmənlərindən (İŞİD) işğal etdiyi Ramadinin mərkəzinə girib! Allahu Əkbər! Yenə də Anti-Rafa nikli vəhhabinin tələm -tələsik "Rafizilər üzərində qələbə" mövzusu yadıma düşdü. Görəsən hardadı indi bu vəhhabi? Bəlkə də sevindiyindən tələm-tələsik gedib İŞİD-ə qoşulub
Отправлено автор: N_ن_N 23 декабря 2015 - 17:36 в Şiə-sünni dialoqu
Qardaşım, əgər bu işin icazəli olub-olmadığını, yaxud, hansı dəlillərə əsasən icazəli olduğunu soruşursunuzsa, üçüncü şəhadətin məhz azanda deyilə bilməsi üçün imamlardan hədisin olmasına ehtiyac yoxdur. Ümumən Quran və sünnətə əsasən azanda üçüncü şəhadətin deyilməsi icazəlidir. Əgər ehtiyac olsa inşaAllah bu məsələni bir az da geniş izah etmək mümkündür.
Отправлено автор: N_ن_N 05 декабря 2015 - 12:51 в Şiə-sünni dialoqu
Aleykum əsssalam va rahmətullahi va bərakətuhu.
Отправлено автор: N_ن_N 06 декабря 2015 - 12:10 в Şiə-sünni dialoqu
Allah sizdən də razı olsun qardaşım. Sadəcə öz alimlərinə kor-koranə təqlid edirlər. Onlara bunu təlqin edirlər ki rafizilər yalançıdır. Əgər ağıl sahibləri bu məsələlər üzərində düşünsələr haqqı görərlər.
Отправлено автор: N_ن_N 24 декабря 2015 - 15:28 в Şiə-sünni dialoqu
bakigeceleri, mənim əziz qardaşım. Bu fəqir də əhli-beyt (s.a.s) məktəbinin alimlərindən, elm əhlindən azdan-çoxdan nə öyrənə bilibsə onu paylaşmağa çalışır. Bilmədiklərimi də öyrənirəm və hələ də öyrənməkdəyəm Allahın izni ilə. Bu, məsələnin bu tərəfi.
Azanda üçüncü şəhadətə gəlincə. Azanda üçüncü şəhadətin verilməsini şiə fəqihləri caiz görüblər. Buna işarə edən bir çox dəlillər, qərinələr var. Dəlillərdən biri də İmam Cəfər əs-Sadiqdən (s.a) nəql olunan bir hədisdə imam (s.a) buyurur: "Sizdən biriniz "Lə iləhə illəllah, Muhəmmədun rasulullah" desə, "Əli əmirulmuminin" (də) desin".
Ümumiyyətlə mənim əziz qardaşım. Bu mövzu geniş mövzudur. Dəlilləri Quran və səhih sünnəyə müvafiqdir. Həm də qəlbin, əqlin rahat qəbuledəcəyi dəlilləri var
Lakin, xahiş edirəm, əgər daha geniş izahını istəyirsizsə bunun üçün xüsusi bir mövzu açın orda davam edək ki, mövzular bir-birinə qarışmasın. Gələcəkdə başqa möminlər də istədikləri mövzunu öz başlığı altında rahat şəkildə tapa bilsinlər inşaAllah
Отправлено автор: N_ن_N 25 декабря 2015 - 13:57 в Şiə-sünni dialoqu
Allahın izniylə cavab verdim qardaşım. Amma, yaxşı olardı ki, xüsusi bir mövzu açılsın hamının görə biləcəyi şəkildə müzakirə edilsin ki, bu məsələdə müəyyən şübhələri olan qardaşlar öz şübhələrinə cavab tapmış olsunlar. İnşaAllah ki,bu mövzu ilə əlaqədar xüsusi bölmə açılar orda müzakirə edilər
Отправлено автор: N_ن_N 06 января 2016 - 18:36 в Şiə-sünni dialoqu
Niğalayii müsəlmanların Allahı yernən yeksan elədi... Allahummə salli əla Muhəmməd və ali Muhəmməd!
Отправлено автор: N_ن_N 13 сентября 2015 - 23:13 в Əqidə və fiqh
Belə çıxır ki, Allah nəuzubilləh əvvəl bu məsələyə münasibət bildirməmiş, təkcə qiyamətin axırına bir qədər qalmış vaxt üçün Mehdini (ə.f) seçmişdir.
Çox gözəl və incə mətləbə toxunmusan qardaşım. Allah səndən razı olsun. Ümumiyyətlə, imam, rəhbər ya rəiyyətdən aşağı səviyyədə olur, ya rəiyyətlə eyni səviyyədə olur, ya da rəiyyətdən üstün olur. Birinci hal insan fitrətinə ziddir. İkinci hal insan nəfsinə "gəl-gəl" deməkdir. Geriyə bir tək üçüncü hal qalır.
Отправлено автор: N_ن_N 14 сентября 2015 - 18:59 в Əqidə və fiqh
Mənim əziz qulam qardaşım. Allah razı olsun sizdən. Allah şahiddir ki, mən də sizi burda görəndə ürəyim sevinir.
Əziz qardaşım, foruma nəzər salarkən gördüm ki, müzakirələrin birində təəssüf ki, sizin haqqınızda tələsik qərar verib bir vəhhabi ilə səhv salmışam. Tələskənlik edib xətaya düşmüşəm. Üzr istəyirəm sizdən. Mümkündürsə haqqınızı halal edin qardaşım. Allah razı olsun.
Отправлено автор: N_ن_N 15 сентября 2015 - 19:24 в Əqidə və fiqh
Allah razı olsun qulam qardaşım. Minnətdaram. Bir daha təşəkkür edirəm.
Mövzuya gəlincə. İmamətə kim layiqdi kim layiq deyil Allah özü açıqlayır. (Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) “Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm”, -dedi. (İbrahim isə : “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında: ) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, -buyurdu.” (Bəqərə, 124)
Mərhum Əllamə Tabətabəi məşhur təfsirində bu barədə yazır: “Bu ayənin imamların (ömür boyu) mə’sumluğuna dəlil oması barədə ustadlarımızın birindən soruşduqda belə cavab verdi: “İnsanlar əql və məntiq baxımından dörd qrupa bölünür:
1.Ömrünü əvvəldən axıra qədər zülm və haqsızlıqla keçirənlər;
2.Ömrü əvvəldən axıra qədər hər bir günah və zülmdən pak olanlar;
3.Ömrünün əvvəlində zülmkar olan, axırda isə bu işdən çəkinənlər;
4.Ömrünü əvvəlcə ədalətlə başlayan, sonra isə zülmlə başa vuranlar.
Şübhəsiz, həzrət İbrahim kimi peyğəmbərin Allahdan birinci və dördüncü qrupa aid olanlar üçün imamət məqamı istəməsi əsla təsəvvür olunmur. Burada iki qrup qalır və Allah-taala üçüncü qrup üçün imamət məqamını rədd edir. Beləliklə, yalnız bir qrup qalır - ömrünün əvvəlindən sonuna kimi pak və günahdan uzaq olanlar!”
Ağıl sahibləri üçün bundan gözəl izah???
Отправлено автор: N_ن_N 04 июня 2015 - 12:22 в Əqidə və fiqh
Bunu mene yox,imam əliyə soruşsan,deyerki, xevaric,ve muaviye,,..
Çunki onlar gözle görsenen düşmenlerdir,
Şiye deyende yeqinki, haqq şiye yox,mes küfe ve medine şiyelerini qesd edirsen ki,onlar imam əli,imam huseyni tek qoydular,çetin vaxtda..
İmam medineden kerbalaya gelende 4 mine yaxın medine şiyesi ile çıxmışdı,lakin meydanda 72 nefer qaldı,ona göre ya heqiqi şiye olmalısan,ya da xevaric ya nasibi
Отправлено автор: N_ن_N 06 июня 2015 - 16:57 в Əqidə və fiqh
بسم الله الرحمن الرحيم
السلام عليكم و رحمة الله و بركاته